< <
4 / total: 17

Mehdinin Fiziki Görünüşü (Xüsusiyyətləri)

Soyu (Nəsli)

Hz. Əli (r.ə)-in rəvayətinə görə Rəsulullah (s.ə.v) belə buyurdu:
Qiyamətin qopması üçün zamanda yalnız bir gündən artıq vaxt qalmamış olsa belə, Allah (c. c.) mənim Əhli-Beytimdən bir şəxsi (Mehdini göndərəcək.) (Sünen-i Ebu Davud, 5/92)

Hz. Əli (r.ə)-dən Peyğəmbərimiz (s.ə.v)-in belə buyurduğu rəvayət edilmişdir: əl-Mehdi bizdən, Əhli-Beytdəndir.

Səid ibn əl Müsəyyəb (r.ə)-in rəvayətinə görə Peyğəmbərimiz (s.ə.v) belə buyurur:
Mehdi qızım Fatimənin nəslindəndir. (Sünen-i Ibn Mace, 10/348)

Mehdi ilə müjdələnin. O Qüreyşdən və Əhli-Beytimdən bir adamdır. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman , 13)

İbn Məsud Rəsulullahın belə buyurduğunu deyir : ...Əhli-beytimdən birini, hansı ki, bu şəxsin adı mənim adım olduğunu xəbər ver, atasının adı da atamın adı olduğunu xəbər ver. Bu şəxs, yer üzünü, əvvəllər haqsızlıqla və zülmlə dolu olduğu halda haqq və ədalətlə doldurar". ( Tirmizi, Fiten 52, (2231, 2232)

Bütün peyğəmbərlər bir-birinin nəslindəndir. Mehdi (ə.s) da, bu nəsildəndir. Xalq arasında bu nəsildən gələnlərə "Seyid" deyilir.

İşarə edən ayələr:

"Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!" (Bəqərə surəsi, 128)

Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi. (Ali İmran surəsi, 33)

Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik. (Ənam surəsi, 87)

Gözəl Olmasi

O (Mehdi) gözəl bir cavandır, üzü gözəldir. Üzünün nuru başına və saçlarının qarasına qədər ucalar. (Mehdilik ve Imamiye, 153 (Ikdüd, Dürer'den)

Üzü parlaq ulduz kimi nurludur.
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 33 )(Kitab-ül Burhan Fi Alamatil-il Mehdiyy-il Ahir Zaman, 22)

Buna işarə edən ayə:

Züleyxa qadınların gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis qurdu. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): "Onların qarşısına çıx!" - deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq təriflədilər və (özlərini itirib əllərindəki bıcaqla meyvənin qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: "Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!" - dedilər. (Yusif surəsi, 31)

Çiynində Peyğəmbərlik Möhürü Vardir

Mehdinin çiynində Peyğəmbərimizdəki kimi peyğəmbərlik möhürü (nişanə, xal) olacaq. (El-Kavlu Fi Muhtasarr Fi Alamatil Mehdiyy-il Muntazar,41)

Çiynində Peyğəmbərin əlaməti vardır. (Kıyamet Alametleri,165 )(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman 23)

Çiynində Peyğəmbərin nişanı vardır. (Kıyamet Alametleri,163)

Hədisi-şəriflərdən belə başa düşülür ki, hz. Mehdinin iki çiyni arasında Rəsulullah (s.ə.v)-dəki kimi açıq görünən bir peyğəmbərlik möhürü olacaq.

Cabir ibn Səmürə (r.ə)-dən belə rəvayət olunur: Rəsullulah(s.ə.v)-in möhürü göyərçin yumurtası kimi yumru idi. (Sünen-i Tirmizi,6/126)

Abdullah ibn Sərcis (r.ə)-dən belə rəvayət edilir. İki kürəyi arasında, sol kürəyi hissəsi tərəfində üstü xallarla (ət xal kimi) dolu peyğəmbər möhürünə baxdım. (İbn Kesir- Semail-i Resul,53)

Əbu Saib ibn Yezid (r.ə)-dən belə rəvayət edilir:
Gözüm Peyğəmbərimiz (s.ə.v)-in iki çiyni arasındakı möhürə sataşdı. Birdən onun düymə boyda olduğunu gördüm. (Sünen-i Tirmizi,6/126)

Rəngi

Rəngi ərəb rəngdədir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman,24)

Qeyd: Ərəb irqinin dəri rəngi qırmızıya qarışıq ağdır.

Hz. Mehdinin rəngi ərəbidir. (Kıyamet Alametleri 163) (El - Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar,29) (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman,24)

Əsmər olacaq. (Kıyamet Alametleri 163)

Ənəs ibn Malik (r.ə) Peyğəmbər (s.ə.v)-in rəngi haqqında belə demişdi:
Ağ (rəngli) idi. Lakin ağı əsmərə çalırdı. (Ibni Kesir, Semail-ür - Resul, 28)

Əsmər (qaradan) dümağ deyil, az qırmızılığı isbat edir. Çünki Rəsulu Əkrəm həzrətlərinin rəngi hamamdan hələ yeni çıxmış və özünə qırmızılıq gəlmiş olan bir ağ insanın o andakı rəngi kimidir. Yəni Rəsulu Əkrəm həzrətlərinin mübarək rəngi, qırmızı ilə qarışıq nurani ağ idi. (Ibni Kəsr, Semail-ür - Rəsul, 28)

Günəş və küləklərin təsiri ilə bədənin rəngi qırmızıya çalan rəng, heç günəş üzü görməyən paltar altında qalan bədənin rənginə də parlaq ağ rəng deyilir.

Əndami

Hz. Mehdinin boy-buxunu, vücudu sanki İsraillilər kimidir. (El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 36 29)

Bədəni İsraillərin bədəni kimidir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 24)

Mehdi sanki, İsrailli bir adamdır. (Quruluşu onlara bənzəyər, yəni heybətli və zəhmlidir.) (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 23 30)

Boyu

Mehdi orta boylu olacaq. (Kıyamet Alametleri El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 41)

Ənəs ibn Malik rəvayətdə belə buyurdu: Rəsulullah (s.ə.v) orta boylu idi.
Bilindiyi kimi, hədisdə keçən "rəba" sözü normal və orta boylu deməkdir. Lakin normal boy üçün uzun olan şəxsə görə bir ölçü vardır. Çünki boyun sahibi öz qarışı ilə yeddi qarış qədər boya sahibdirsə deməli, normal boydadır. (Tirmizi, Semail-i Serif, 15)

Yaşi

30 ilə 40 yaşları arasında olanda göndəriləcək.
Mehdi mənim övladlarımdandır. 40 yaşındadır. (El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 41)

40 yaşındadır. Digər bir rəvayətə görə 30 ilə 40 yaşındadır.(Kıyamet Alametleri, 163 )

Saqqali

Saqqalı bol və sıx olacaq. (El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 23)

Saqqalı SIXDIR (Qiyamət Əlamətləri, 163)

 

4 / total 17
"Harun Yəhyanın Mehdi ve Qızıl Dövr kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net