< <
5 / total: 17

Mehdinin Çixiş Zamani

Ənəs Malikdən Rəsulullah (s.ə.v)-in belə buyurduğu rəvayət olundu:
Dünyanın ömrü, axirət günlərində yeddi gündür. Allah Təala buyurdu ki, "Rəbbin qatında bir gün sizin hesab etdiyiniz min ilə bərabərdir. "
Ənəs ibn Malikdən Rəsulullah (s.ə.v)-in belə buyurduğu nəql edildi: Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını ödəsə, Allah Təala onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmiş kimi, bu dünyanın yeddi min illik ömrü müddətində savab yazar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 88)

Həzrəti Rəsulullah (s.ə.v) keçmişlə, gələcəklə və axirət həyatı ilə əlaqədar olan məsələlər haqqında xəbər verərkən təşbehlərdən istifadə etmişdir.

Burada 7 min il dedikdə, dünyanın həqiqi yaşının 7 min il olduğu nəzərdə tutulmur. (Allahualəm) O zaman 7 min il haqqında olan rəvayətlər, bir təqvim başlanğıcı kimi insanlıq tarixində çox əhəmiyyətli bir hadisəyə, məsələn, tufandan sonra insanların məskun həyata keçmələrinə və dünya həyatının aşkar bir vəchə (səmt) ilə yenidən başlamasına aid başlanğıc ola bilər. Yəni o tarixdən etibarən insanlıq tarixi sanki yenidən başlamışdır, sayları artmağa başlamış, şəhərləşməyə başlamış ola bilər.

Bəzi alimlər hz. Nuh əleyhissalamdan sonrakı dövrü dünyada insanlıq tarixinin yenidən başlaması kimi adlandırmışlar. Necə xristianlar, miladi 1987-ci ilin əvvəlində əhəmiyyətli bir hadisə olduğunu qəbul edib, bir tarixi başlanğıcı meydana gətirib, ondan əvvəl, ondan sonra deyərək bir zamanı təyin edirlərsə, eyni ilə rəvayətdə də, müəyyən bir vaxtın təsbiti üçün, təqvim başlanğıcı kimi 7 min il əvvəli və sonrakı kimi bir tarix zamanlamasına işarə edə bilər. Yəni dünyanın ömrü 7 min il olsa, mən onun bu tarixindəyəm deyilsə, müəyyən bir tarix zamanlaması edilmiş olar.

İmam Rəbbani həzrətləri Məktubatda bu rəvayəti nəql etmişdir.

Təqribən 124 min nəfər peyğəmbərimiz gəlib keçib (Mektubat-i Rabbani, 1/354)

Hz. Adəmdən etibarən Rəsullah (s.ə.v)-ə qədər 124 min peyğəmbər gəlib keçmişdir. Başqa bir rəvayətdə İmam Rəbbani həzrətləri belə buyurmuşdur:

Beləliklə, aradan 1000 ilin keçdiyi vaxt, keçən ümmətlərdə ulül-əzm (Allahın əmirlərinə son dərəcə tabe olan, qadağalarından da şiddətlə çəkinən) bir peyğəmbərin gəldiyi vaxtdır. (Mektubat-i Rabbani, 1/495)

Normalda hər 100 ildən bir peyğəmbər, 1000 ildə də ulül-əzm bir peyğəmbər gəlmişdir.
Hər 100 ildən bir peyğəmbər gəldiyini qəbul etsək, hz. Adəm əleyhissalamdan, hz. Rəsulullah əfəndimizə qədər 12.400.000 il keçməli idi
124.000x 100= 12.400.000 (on iki milyon dörd yüz min il olmalı idi.)
Deməli, Peyğəmbərimiz (s.ə.v) "dünyanın ömrü 7 min ildir" dedikdə, dünyanın əsl yaşını deyil, insanlıq tarixi üçün əhəmiyyətli bir hadisənin baslanğıc zamanını nəzərdə tutmuşdur (Allahu aləm).

Əhməd İbn Hənbəl əsasında də nəql etdi.
Dünyadan beş min altı yüz il keçmişdir. (Kitab-ül Burhan Fi Əlamət-el Axır zaman, 89)

Əvvəlki hədislərdə dünyanın ömrünün 7 min il olduğunu gördük. Burada isə Peyğəmbərimiz (s.ə.v)-ə qədər 5 min 600 il keçdiyi ifadə edilir. Bu rəvayətə görə, Məhəmməd ümmətinin ömrü hicri 1400-cü ilə qədərdir. (7000-5600=1400)(Allahu aləm)

Abdullah (r.ə)-dən belə rəvayət olunur:
Rəsulullah (s.ə.v) buyurdu ki, Əhli-Beytimdən adı adıma bənzəyən bir adam hakimiyyətə keçəcək...
Dünyanın ancaq bir gün ömrü qalsa belə, onun başa keçməsi üçün Allah, o günü mütləq uzadar. (Sünen-i Tirmizi 4/92)

Hz. Əli (r.ə)-dən rəvayət olduğuna görə Rəsulullah (s.ə.v) belə buyurdu: Qiyamətin qopmasına yalnız bir gündən artıq vaxt qalmamış olsa belə, Allah (c.c.) mənim Əhli-Beytimdən bir şəxsi göndərəcək. (Sünen-i Ebu Davud, 5/92)

İbni Macə və Əbu Naim, Əbu Hüreyrədən nəql etdikləri rəvayətə görə Peyğəmbər (s.ə.v) belə buyurdu:
Əgər dünyadan bir gün qalsa, Allah o günü uzadar və Əhli-Beytimdən birini məlik edər. (Burhan Fi Alameti-il Mehdiyy-il Muntazar, 10) (El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 27) (Ölüm-Kıyamet -Ahiret ve Ahir Zaman Alametleri, səh. 437)

Bir az əvvəlki rəvayətlərdən və şərtlərdən başa düşdüyümüzə görə, hicri 1400 –cü il eyni zamanda hz. Mehdinin çıxış ilidir. Hicri 1400-cü ilə girməyə dünya günü olaraq 1 gün qalsa belə, vəzifəsinə hazır olan Mehdinin vəzifəsini yerinə yetirməsi üçün qiyamət müəyyən bir zaman təxirə uzadılacaq. (Allahu aləm)

İbni Abbasdan səhih olaraq, nəql edilən belə bir rəvayət var. O dedi ki, dünya yeddi gündür, hər min gün min il kimidir və Rəsulullah (s.ə.v) də onun sonunda göndərildi.

Dakkak ibn Zeydü Cühənidən belə rəvayət etdilər.
Mən gördüyüm bir yuxunu Rəsulullah (s.ə.v) -ə danışdım. Bu yuxuda Peyğəmbər (s.ə.v) yeddi pilləli bir minbərin ən üst pilləsində idi. O buyurdu ki, yeddi pilləli gördüyün minbər bu dünyanın ömrü olan yeddi min ildir. Mən də onun son min ilində olacam. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 89)

Bu rəvayətlərdən də anladığımıza görə ümmətin ömrü hicri 1400-cü ilə qədərdir. Hicri 1400-cü ildə o (min illik) bir gün bitəcək. Halbuki, ümmət o bitmə günündə hələ də vəd edilən hz. Mehdi (ə.s.)-ı gözləyirdi. O zaman o (min illik) bir gün hz. Mehdi (ə.s)-ın vəzifəsini yerinə yetirməsi üçün uzadılacaq.

İmam Rəbbani Mehdinin Peyğəmbərimizin vəfatından 1000 (min) il sonra, ikinci min ilin içində gələcəyini bildirmişdir.

Ancaq gözlənilən odur ki, aradan min il keçdikdən sonra bu gizli dövlət təcid edilə (yenilənə). Ona bir üstünlük verilib suyu tapması, təmizlənilə... Beləcə, kəmalatın əsli zühur edib onun zillətini örtə… və nisbəti-aliyyənin mürəvvici (ən üstün şərəf və etibarlı olan) Mehdi gəlsin. Allah ondan razı olsun. (Mektubat-i Rabbani, 1/569)

Şəriətin təsdiq xüsusiyyətləri, milləti təcdidi (yenilənməsi) bu ikinci min ildədir.
Bu iddianın doğruluğuna ədalətli şahid, İsa (ə.s)-ın, Mehdi (ə.s)-ın bu min ilin içində olmağıdır. (Mektubat-i Rabbani 1/611)

Rəsulullah (s. ə. v )-in ümməti arasından çıxanlar çox kamildirlər. Yəni, Rəsulullah (s. ə. v )-in həyatdan köçməsindən min il keçdikdən sonra az olsalar da, onların çox kamallı olmaları ona görədir ki, şəriətin möhkəmləndirilməsi, bütünlüklə hasil ola.
Aradan min il keçdikdən sonra Mehdinin gəlişi də bunun üçündür. Onun mübarək kudümünü (gəlişini), hətəmür-rüsül ,yəni Rəsulullah (s.ə.v) müjdələmişdir. Hz. İsa (ə.s) da aradan min il keçdikdən sonra nüzul edəcək. (Mektubat-i Rabbani 1/440)

Peyğəmbərin vəfatından min il keçdikdən sonra ikinci min ilinə qədəm qoyular. İmam Rəbbani həzrətlərinin yuxarıdakı izahlarına görə, ikinci min il içərisində hz. Mehdi (ə.s) gələcəkdir. Buna görə ən uyğun zaman 1400-1600 illəri arasıdır. Bu illər ikinci min ilinin tam ortasıdır. 1400-dən 1500-ə qədər İslamın hakimiyyəti, 1500-1600 illəri arasında da pozulma və qiyamət gözlənilir, Allahu aləm.

Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz (1500) ili aşmayacaq. (Kıyamet Alametleri, 299)

Cəlaləddin Suyutinin "əl-Kəşfi Fi Mücazəvəti Qəmli əl-Ümməti Əl Əlfe Əllezi Dəllət Əleyh əl-Asar" adlı kitabından nəql edilir ki, Bəddiüzaman Səid Nursi həzrətləri də, ümmətin qalibianə ömrünün 1506-cı ilə qədər olacağını bildirmişdir.

"... Birinci cümlə, min beş yüz (1500-cü il) tarixi Axırzamanda bir taifei mücahidənin (din yolunda çalışanların, cihad edənlərin) son zamanlarına və ikinci cümlə, min beş yüz altı (1506-cı il) tarixi ilə qalib olan mücahidlərin tarixinə.... işarə edir.
(...) bu tarixə qədər (yəni 1506-cı ilə qədər) zahir və aşkar olar, bəlkə qalib olaraq davam edəcəyinə rəmzə (işarə edilənə) yaxın ima (işarətlə başa salar) edər". (Sikke-i Tasdik-i Gaybi, 46)

İmam Suyuti (r.ə) daxil olmaqla alimlərin bir qismi bu ümmətin ömrünün (hicri) 1500-cü illərə qədər davam edəcəyinə, sonra isə pozulmanın başlayacağına (Allahu aləm) işarə etmişdilər.

Səhih qaynaqlı hədisi-şəriflərə görə, hz. Mehdi (ə.s) zühur etdikdən sonra 40 il yaşayacaq. Hz. İsa (ə.s) haqqındakı hədisi-şəriflərdə isə onun yer üzündə qalma müddətinin 40-45 il olacağı bildirilmişdir. Hz. Mehdi (ə.s) ilə hz. İsa (ə.s) ömürlərinin bir qismini birlikdə yaşayacaqlar, bu da təxminən 7-10 ildir. Bu məlumatlara görə, hz. Mehdi (ə.s.)-ın və hz. İsa (ə.s)-ın yaşadıqları müddət 1475-1480-ci illərinə kimi olacaq. Bu tarixdən 1500-cü ilə qədər davam edən 20-25 illik bir müddət də vəziyyətin mühafizəsinə xidmət edildiyi bir dövr olacaq.

Bu rəvayətdə də hz. Mehdinin əsrin əvvəlində zühur edəcəyi bildirilmişdir.

Çünki onun (hz. Mehdinin ) zühuru əsrin əvvəlində olacaq. (Mektubat-i Rabbani )

Yuxarıda izah edildiyi kimi, İmam Suyuti həzrətlərinin rəvayətinə görə, Məhəmməd ümmətinin ömrü 1500 (min beş yüz) ili aşmayacaq. Hicri 1500-cü ilə çatmağa isə bir əsr qalmışdır. O da, hicri 1400-cü ilin əvvəlidir.

Rəsulullah (s.ə.v) buyurdu:
Qiyamət yer üzündə Allaha ibadət edilməyən bir yüz il keçmədikcə qopmaz... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiiyy-il Ahir Zaman , 92)

Yuxarıdakı rəvayətlərin işarələrindən səadətli bir əsr keçdikdən sonra və təxminən, bir yüz il zülmün, küfrün hakim olduğu dövrə keçdikdən sonra qiyamət gözləniləcək.

Aparılan hesablamalar, ancaq Mehdi (ə.s)-ın hicri 14-cü əsrin əvvəlində çıxdığı təqdirdə təsdiqlənəcək. Ümmətin ömrü hicri 1500 ili aşmayacağına görə, deməli, Mehdi hicri 1400-cü ilin əvvəlində gəlməlidir. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar)(Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman)(Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 494)(Ramuz: El -Ahadis 508 (Ibni Mace-Tabaranai 'nin Kebiri)

 

5 / total 17
"Harun Yəhyanın Mehdi ve Qızıl Dövr kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net