< <
6 / total: 17

Mehdinin Çixiş Yeri

Hz. Mehdi Xəlifəlik Mərkəzinin Qədimdə Olduğu Yerdən Çıxacaq

Axırzaman haqqındakı rəvayətlərin əsas nöqtəsini mehdiyyət təşkil edir. Axırzamandakı əhəmiyyətli hadisələrin çoxu mehdiyyət ətrafında inkişaf edir. Lakin bu hadisələrin yerləri haqqında müxtəlif rəvayətlər mövcuddur. Bədiüzzaman bu mövzuya belə aydınlıq gətirmişdir:

"İndi hz. Mehdi kimi əşhasın (şəxsin) haqqındakı rəvayətin ixtilafatı və sirri budur ki, hədisləri təsvir edənlər, hədisin mətninin təsvirlərinə uyğun olaraq, gizli olan mənanı aşkara çıxartmışlar. Məsələn, o vaxtlar səltənətin mərkəzi Şamda və ya Mədinədə olduğuna görə hz. Mehdiyə və ya Süfyana aid olan hadisələri də səltənət mərkəzi ətrafında olan Bəsrə, Kufə, Şam kimi yerlərdə təsəvvür edərək bildirmişdilər". (Sözler, 359)

Bir başqa yerdə də ustad mövzunu belə izah etmişdir:

"Xəlifəlik mərkəzi qədim zamanda İraqda, Şamda və Mədinədə olduğuna görə ravilər də, o yerlərin daim elə qalacağını fikirləşmişlər və elə məna verərək, "İslam xəlifəliyin mərkəzi" yaxınlığında təsvir ediblər, Hələb və Şam deyiblər. Hədisin mücməl (müxtəsər olan qısa) xəbərlərini də öz düşüncələrinə uyğun şəkildə təyin ediblər". (Şualar, 492)

Yəni Bədiüzzamanın yuxarıdakı ifadələrindən də aydın olur ki, Axırzaman hədislərini araşdıran alimlər Axırzaman hadisələrini öz dövrlərindəki xəlifəlik mərkəzlərini əsas götürərək yazıblar.

Mehdiyyət hadisəsinin reallaşacağı yer hər alim öz dövrlərindəki xəlifəlik mərkəzi olan İraq, Şam, Kufə, Mədinə kimi şəhərləri ifadə etmişdirlər. Ravilərin bu düşüncələri də vaxt keçdikcə rəvayətlərə daxil edilərək hal-hazırki dövrə gəlib çatmışdır.

Ancaq Axırzaman hadisələrinin baş verdiyi yerlər haqqında rəvayətlərin ortaq nöqtəsi bu hadisələrin xəlifəlik mərkəzində reallaşacağıdır.

Bədiüzzaman da bu nəticəyə gəlmişdir. Bilindiyi kimi, son xəlifəlik mərkəzi "İstanbul" şəhəri olmuşdur. Xəlifəlik bu əsrin əvvəllərində rəsmi olaraq ləğv edilmiş və o gündən bu günə kimi dünyada başqa heç bir yerə də daşınmamışdır. Peyğəmbərimizin iki bayrağı, qılıncı və köynəyi ilə digər müqəddəs əmanətlər də İstanbuldadır. Nəticə olaraq, hələ də bu mənəvi ünvanı qoruyan tək şəhər İstanbuldur.

Hz. Mehdi İstanbuldan çıxacaq və hz. Mehdi İstanbulu mənəvi olaraq fəth edəcək.

Peyğəmbərimiz (s.ə.v) hədislərində hz. Mehdinin İstanbuldan çıxacağını xəbər vermişdir:

Hz. Katade (r.ə)-dən edilən rəvayətə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:
"Mehdi Mədinədən çıxacaq və Məkkəyə gələcək. İnsanlar onu öz aralarından (tanıyıb) ortaya çıxaracaqlar və o, istəmədiyi halda rükun ilə mövqe arasında ona beyət (Mehdi olaraq qəbul) edəcəklər". (Mer'iy ibn Yusuf ibn Ebi bekir ibn Ahmet ibn Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar)

Hz. İbni Amr (r.ə)-dən belə rəvayət edilmişdir: "Peyğəmbərimiz (s.ə.v) buyurdu ki: "Ey ümmət! Altı şey vardır ki, onlar olmadan qiyamət qopmaz (altıncısı) Mədinənin (şəhərin) fəthi. "Soruşdular ki: "Hansı mədinə? (Hansı şəhər?) "Buyurdu ki:" Konstantinopol"".
(*) Bu Konstantinopolun Mehdi tərəfindən ediləcəyi fəthidir. (Kıyamet Alametleri, s. 204 Ramuz-el Ehadis, 296)

 

6 / total 17
"Harun Yəhyanın Mehdi ve Qızıl Dövr kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net