< <
8 / total: 17

Şairlərin Şeirlərində Mehdi

İnsanliğin Alin Yazisi Bir Uşaq

O uşağı gözləyirik.
Dünyanı dəyişdirəcək, yeniləyəcək, məşhur deyimlə söyləyək, dirildəcək uşağı.
O uşağı ki, reklam və təxribat edənləri deyil, etməyənləri bilsin.

Ona verilənin öhdəsindən gələn bir uşaq olsun o uşaq.
Verilməyəni ala bilən bir uşaq. Gizlini, sirr olanı araşdıran, tarixin şifrələrini bilən bir gənc.
Yığılanları paylayan, dağılmışları bərpa edən bir gənc adam.

İtkilərin, itənlərin ürpərtdiyi bir ruh.
Xəyalları, kölgələri xatırladan bir zarafat.
Qabıq olan (düz olmayan) məlumatların sığnağı altında islanmayan anlayış və qavrayış şəxsiyyəti.

Bir müjdə olan uşaq. Müjdə kimi gələn. Müjdə gətirən.
İşıqla gələn uşaq. Ümid işığını gətirən uşaq.
Kapitalizmin və kommunizmin qaranlığını açan ümid işıqlarını daşıyan könül igidi.

Gəlib çatanlardan işarə olan ər. Diriliş igidi.
Şərqin və qərbin həsrətini çəkdiyi carçı.
Yollarda gözlənən, tozların arxasında xəyalı qurulan yolçu.

Sivilizasiyaları, tarixi və təbiəti, insanı və əşyanı yenidən tərəzilərə yerləşdirən tənqid igidi.
Tənqid içində şəxsi tənqid toxumlarını yaşıllaşdırmasını bilən düşüncə əkinçisi.

Yuvalara, evlərə yenidən metafizik (möcüzəvi, qeyri-adi) bir məna qazandıran xızırlıq cəhdinin insanı.

Tanrı nümayəndəsi. Simvollar halında düşüncələrin və ruhların içinə ilmə atan və tikilişləriylə insanları və bütün insanlığı qürursuz edən bütləri məhv edən inanc igidi.

Alçaltma hissi altında əzilən, duyğuları sağlığına qovuşduran və beləcə sözündən çox, ruhuyla doğulacaq azadlığın, əsl azadlığın döyüşçüsü olan qəhrəman.

Bu uşaq mütləq gələcək.
İnsanlıq, gözlənilməz hər bir vaxtda olduğu kimi sıçrayış ilə gələcək.
Bu sıçrayışın təməl daşı olan yeni insan zühur edəcək, əlbət.

Diriliş reallaşacaq.

Gözə görünməz universal tabut parçalanacaq.

Şübhəsiz, bu böyük səy istəyər.
Əslində, işlər dağınıq bir şəkildə və hər yerdə eyni şüur altında olmadan başlamışdır və davam edir.

Bir gün bir yerə yığılma, toplanma da gözlə görünən bir səviyyəyə çatacaq.
İnsan öz barrikadalarının məhkumu və öz zəncirlərinin məhbusu olmuşdur.
Amma bu qiyamətə qədər davam etməz.
Diriliş nəsli, bu məhkumluğa, bu məhbusluğa qarşıçıxmanın cəsarətini göstərəcək və bu qarşıçıxmanın yeni uyğunlaşmaya çevirmənin üsulunu kəsdirəcək.

İnsan yenidən fəzilət imtahanının atəşinə atılacaq, cəhənnəmləri yarıb cənnətinə çatacaq üstün səməndər yaradılışındadır, çünki o…

Şərtlər nə qədər ağır olsa da, ürkməyin.
İnsanın alın yazısı ağırlığıyla, şərtlərdən kənardadır.

Torpağın vəba qaynamasına aldanmayın.
Göy yüklü əsintilər, əlverişli üfüqlər, göy qurşaqları ilə xallıdır.

Ruhun ilham səfəri Cəbrayıl nəfəsiylə dəstəklənir.

Ruhul-Qüds (Cəbrayıl ə.s.) tək keçmişdə insanı yoxlamadığını,
gələcəklərdə də onu mübarək sinəsinə basacağını isbat edəcək.

Ruh müqəddəs ruh tərəfindən sığınacaq.

Axşamla birlikdə süfrələrin üstünə yenə müqəddəs ruhun qanadları gəriləcək.

Uşaq şimal və qərb küləklərini qılıncıyla ikiyə böləcək.
Selləri və uçqunları çiyinləriylə dayandıracaq. Fırtınaları əksinə çevirəcək.

Onsuz da o, bütün bunlar üçün gəlir.

Azğın bir qışı yaşayırıq.
Gələcəyin igidləri onun üzərinə diriliş kəmərlərini və qübbələrini yerləşdirəcək.

Ruhun Ayasofyaları, Süleymaniyələri yenidən yüksələcək.

Diriliş mehtəri dünyanın üfüqünü metafizikanın marşıyla canlandıracaqdır.

Pandorun qutusu bağlanarkən ruhun şəfa ləl-cəvahiratları, gizli olan seyflərin qapaqlarını açılmağa məcbur edəcəklər, çölə çıxma günü gələn sərçənin yumurtanın qabığını dimdiyi ilə tıq-tıq döyməsi kimi.

Müqəddəs şəhərlərin ruhları, gecələri gözlərə görünən müqəddəslər kimi oyanacaqlar.
Bursanın, İstanbulun, Konyanın, Diyarbəkirin, Ərzurumun, Şamın, Bağdadın,
Buxaranın, Səmərqəndin və beş sırada Məkkənin, Mədinənin
və hamısıyla birlikdə Qahirənin, Kuala-Lumpurun, Binqazinin,
İslamabadın, Darüssəlamın ruhları diriləcək.

Əlində bir məşəl bu qış gecəsində gəzəcək o uşağın çatdığı hər şəhər canlanacaq.

Kəndlər ölümün qırılmasından tüstüləyən alovlarda yuyunacaqlar
və müqəddəs bayrağın altında diri gümbəzlər olaraq toplanacaqlar.
Bu şəhərlər məhşərinin qarşısında kim dayana bilər?
"Qalx və qorxut" səsiylə ayağa qalxmış, Allaha qarşı hansı polad və ya dəmir bənd dözə bilər?

SEZAİ QARAQOÇ

Xizirla Qirx Saat

Qiyamət günündən əvvəl
Xızır çəkiləcək yer üzündən
Sonra yaşıllıqları yaylaların
Keçmiş zaman divarları kimi yüksələn çinarların
Çinilərin, miniatürların duanı şöhrətləndirən boyaların
Günəşdə bir quş kimi çırpınan qəsəbələrin
Göz ağrısı gətirən tozların
Yaşıllığı, qırmızılığı, sarılığı çəkiləcək əvvəl
Evlərdə, həyətlərdə eşidiləcək bir əksiklik
Yoldan bir ölü aparırlarmış, sezmişlər (anlamış) kimi
Çıxacaqlar çölə amma
Yollar izsizdir sonsuza qədər.
Xızırın gedişiylə birlikdə
Yollarda izlər itəcək
Yaşamışdı bunu bir anda
Dar bir otaqda
Peyğəmbərin baş ucunda
Əli
Peyğəmbəri yuyarkən büzülmüşdü dünya
Dəniz kimi, vəhşi mərcanlar kimi, yandırırdı əlini isti su.
Ömər bir xoruz sandı dünyanı
Boğazında iti bıçaq
Ölümündə Peyğəmbərin
Əbu Bəkr dörd yanında Cəbrayılın qanadının çırpınıtısını eşitdi
Torpaqdan yüksəlişini surun
İç otaqlarda
Çarşab arxalarında
Ağlayarkən Peyğəmbər qadınları
Duydular qiyaməti bir anda.
Dar bir saatda
Sonra Əli otağının təkliyindən

Dörd divardan bir pıçıltı eşitdi
Göründü bayraqların ən yaşılı
və ordusuyla birlikdə Mehdi.
Müəyyən bir müddət gecikdirən qiyaməti
Qiyamət əlində bir sənəd
Bir tük kimi yüngülləşdirən qiyaməti
Mehdi
Şəhidlik edən ölümü, qiyaməti
Mehdi
Bərəkətin geri dönüşü
Qiyamətin birinci fəcri
Xızırın ətə, sümüyə qovuşması
Bir qədr gecəsində

Seçilənlər seçildilər.
Bir qədr gecəsində
Çevrilməyə başladı taleyi
Yer üzündə
Qarışqa əzabına uğradılmış müsəlmanların
Ən yoxsulu insanların
Ən çox əzilmişi
Əzilmişlərin belə əzdiyi
Acımalarından məğlubiyyətləri
Susan, susdurulan
Dəyişdirilib çevrilən
Tarixi turşudulan
Faydalanılan şəlaləsindən
Amma içiləcək sudan məhrum edilən
Sökülüb atılan coğrafiyasından
Son bahar məntiqindən
Uşaqlarına düşüncə tozu səpilən
Quşluqda şübhəli
Günorta əylənən
Bir kümə tikilən xalqı
Uçurum sahilinə aparılıb
Bir ölü quzğun kimi buraxılan şəhəri
Günəşin batmaqda tələsdiyi
Hər gün son axşam kimi gələn bir axşamda.
Şüşə kəsməsi bir evdə
Ölüm-dirim yığıncağında
Bir gül qəflətən partlayıb açılacaq bir saxsıda və qalxacaq bir insan ayağa və işıq, işıq, işıq
Arxasında solunda və sağında və əllərini çölə uzadacaq.
Ah bu nə ağdır, nə ağdır
Musanın əlləri və üzü İsa üzünün bənzəri
Sonra bir daha dəyişmə
Bir daha dəyişmə
Özündə yekunlaşdıran bütün peyğəmbərləri
Son peyğəmbərin özü sanki
Xızır da işi bitib, aradan çıxan körpülərin ən yüksəyi
Mehdi,
Danışacaq Mehdi,
Gəldi seçilmə günü.
Seçilmək, hazırlanmaq vaxtı
Artıq hər gün hər gecə
Bir qədr günü və gecəsi
Quran enir dağlardan təpələrdən.
Yağış onun ehtiyatında
Xoruzlar ən iti səsləriylə ötmədə
Qoyunlar yunları ilə işıldayır.
Yeni və iti bir müdriklik keçilərdə
Şərqdən qərbə bir şimşək atlardan
Heyamolalarla (xorla, bir yerdə səslənərək) enib çıxan
Bir göyqurşağı dəvələrdən
Qadınlar məryəm örtüləri ilə örtünərlər.
Bacalar yenidən tüstüləyər.
Odunların ən sərtinin yanmasından
Buraxaraq səmada bir yanvar sisi
Dağlarda bir başqa çovğunluq çağlayır
Bənövşədə, kəklikotunda səs var
Bir vəhy uğultusu arılarda
Qarışqalarda hikmət susqunluğu
Barışı və çalışqanlığı sağlam fikrin
toplanmış, hazırlanmış diriliş saatı gəldi
Yüksəldi bir ağardı müsəlman üfüqlərdən
Müsəlman mövsüm və iqlimlərdən
Sözlər sıçradı illərcə gözləmişdilər daşlarda
Bir dəyişiklik oldu düzənliklərdə
Səslərin dayandığı yerdə
Gizlicə davam edər bir ayə sonu yumşaqlığı
Duruşlar bir müddətdən enmişcəsinə ciddi
Davranışlar ölçülüb-biçilmiş

 

Böyük çevriliş başlamadan əvvəl
Özünü buraxaraq kainatın qaçdığı o Bütünə
Bir qanad çırpmasıyla qarışdığı Varlığa
Düzəldib dünyanı yenidən
Cəmiyyəti dirildən insanı çatdıran
Şeytanı bir divar ucunda sıxışdıran
Dam saçaqlarında qovalayıb
Köhnə sərhədinə itələyən
Şəhərlərə xoşbəxtliyi
Bir ikindi anması kimi gətirən
Hər evə mərmər paylayan
Şəlalə paylaşdıran
Qan kanalı uzadan

Əngəlli bir hamiləlikdə
Yatağından qorxan qadınlara
Süd verin, süd verin uşaqlara
Alaraq nar, əncir kimi yeməklərdən
Zeytunlardan şit evi sığınacağı
Məryəmin dayağı xurmadan
Tükənin, var olun varlığıyla Varlığın
Ki, qəti görəcəksiniz
Üzünüzü hara çevirsəniz, çevirin
Odur var olan, var edən
Görünüş verən dəyişdirən
Paylayan, yığan
Heç olmamışa çevirən
Bir anda gəlib
Keçmişə zamanı çevirən
Səsi səsləndirən, yeri canlandıran
Sonra açıb yeli yürüyən bir qəbir kimi
İçinə yeri yerləşdirən, basdıran
Bir qan laxtasından, nütfədən
Bir insan törədən,
Sonra onu böyüdən
Sözünə qulaq verən, ağız edən
İşinə onda bir qabiliyyət verən, özü mayalandıran
İnanc verən, səbir verən
Qurana da, şeytana da
Yoldaş edən dost edən vaxtda
Bir örtü kimi birdən açan dünyanı
Sonra birdən yığan ortalığı
Ən böyük kolleksiya sahibi
Kəllələrindən, sümüklərdən
Günəşdən, aydan, ulduzlardan
Cənnət və cəhənnəmlərin
İtdiyi, doğulduğu girdabından
Hər dövr bir başqa səs
Eşidilən mizrabından
Doğulmamış və ölməyən
Gəlməmiş və getməyən

SEZAİ QARAQOÇ

"Qardaşın sən soyda, çıx ey Mehdiyi-sahib zühur!
Milləti-İslamı pamal etdi Çeyşi fütur.
Qalmadı İslam içində, bir yerdə aramü-hüzur
Örtdü mülkü ilğıma ləşkəri-zülmü-şürir...

ZİYA PAŞA

Son Günəş

Hicri 1390–cı il, Ramazan ayı, qədr gecəsi
Naxışçının naxış etdiyi dirilişin hecası ki,
Tərənnümə başladı bir anda bütün aləm
Dar bir otaqda gözü yaşlı bir adəm
Bağlanmış səcdəgaha haşyətlə inləyərək
Tükənmiş gözdə yaşlar indi ağlayır ürəkdən
Məhz o an parladı üfüqdə parıltılı nur
Sonra bir günəş doğuldu ziyasıyla uzaqdan
Aləm də gördüyümüz islami dirilişin
Səbəbi məhz bu şəms bunu beləcə bilin
On il əvvəl doğuldu parlayar bu əsr əvvəli
Miladi sanmayın hicri əsrin əvvəli.
Bəli, bu idi gözlənilən İslamın son fərdası
Silinər, gedər artıq küfrün uzun gecəsi
Səni gözləməkdən çaşğına dönmüşdük biz
Doğuldun bir daha batma, batma, Allah xatirinə
Bu millətin nəsibi əsrlər vardır ki,
Cəlal İlahi təcəlli etsin qurban olduğum Camal
Ey ümmət, diqqət yetirin hicri əsr əvvəlinə
Şahid olacaqsınız günəşin doğuşuna
Bağrı yanıq İslama əsəcək badi-səba
Eşidin bu müjdəni ''vetubalil gureba''

ADİL GÖKBURUN

Dünya İlə Hasbihal (Görüşmə)

Ey gəldi-gedər fani dünya, sənin də soyun gəldi,
Yükünü aldın artıq, yaş isə kamala çatdı.
Zavalı göstərən kiçik əlamətlərdən
Hansıdır çıxmayan, hansıdır bir desənə
Zinalar, binalar, pavilyon qadınlarımı?
İçkilər, qumarlar, şərab dükanlarımı?
Vurmalar, qırmalar, insan öldürmələrmi?
Min bir növ hiylələr tələ qurmalarımı?
Zülmlər, cəfalar haqqın qovulmasımı?
Hıçqıraraq, ağlayaraq qəribə boğulmasımı?
En, min dünyası deyərlər indi növbə səndədir
Comərd nəbi ilə Rəsullar tükənəcəyi
Nəmrud yetişdirməkdən sən də bezdin, elə deyilmi?
Kədərlənmə çox yaxında gələcək Mehdi
Qaralmış sifətini, işıqlandırar günəşi
O Mehdi ki, zavalın ilk böyük əlaməti
Sonunu xəbər verən qiyamətin ilk fəcri.

ADİL GÖKBURUN

İmam Mehdi

Ulduzla doğulacaq İslam günəşi,
İmanla sönəcək küfrün atəşi.
Məhəmməd ümməti gözləyir səni
Nə olar qiyamət, imamul-Mehdi
Möminin əziyyəti sənlə sona çatar,
Qırılar zəncirlər iman xilas olar
Üfüqlər nurlanar zülmət yox olar
Gözlənilən günəşsən imamul Mehdi.
Yaxınlaşdı zamanın titrəyər tağutlar (üsyankarlar)
Yellənər, üzü üstə aşar bütlər
Adından çox qorxar müasir nəmrudlar
Bir sadə qılıncsan, imamul Mehdi.
Atomlar susarlar sənin qarşında
Əmin olarsan göylərlə yerin
Fatimə övladı, son peyğəmbərin
Xəlifətullahsan (hökmdarsan) imamul-Mehdi
Ayların içində təkdir Ramazan
Cəbrayıl səsini eşitdiyi zaman
Bəlkə qiyam etdi sahibi-zaman
İntizarımızsan imamul-Mehdi.

ADİL GÖKBURUN

 

8 / total 17
"Harun Yəhyanın Mehdi ve Qızıl Dövr kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net