< <
9 / total: 17

Axirzamanla Əlaqədar Müxtəlif Mövzular

Giriş

Axırzaman mövzusu bəzi insanlar üçün tanış bir mövzu olmaya bilər. Buna görə əvvəlcə bu anlayışı qısaca olaraq açıqlamağımızda fayda var. Axırzaman son dövr mənasını verir və İslama görə qiyamətə yaxın bir dövrdə yaşanacaq bir dövrü ifadə edir.

Qurandakı işarələr və Peyğəmbərimizin hədislərindəki təfərrüatlı şərhləri bir yerə yığıldıqda ortaya əhəmiyyətli bir nəticə çıxır. Ayə və hədislər Axırzamanın iki mərhələdən ibarət olduğunu göstərir. Birinci dövrə dünyanın maddi və mənəvi problemlərlə dolu olduğu bir dövr, bunun ardınca gələcək ikinci dövrü isə "Qızıl dövr" olaraq adlandırırlar. Bu Quran əxlaqının və hər sahədə üstün bir rifahın yaşanacağı bir dövrdür. Dünyanın Qızıl dövrün sona çatması ilə birlikdə çox sürətli bir ictimai çökməyə girməsi ilə də qiyamət saatının gəlişi gözlənilir.

Bu kitabda Axırzaman əlamətlərini ayə və hədislər üzərində araşdırdığımız bəzi kitablarımızdan seçmələr edilmişdir. Açıq-aydın görünür ki, əsas mövzu olan işarələr bir-birinin ardınca, bir-bir təsvir edildiyi kimi, hal-hazırda yaşadığımız dövrdə reallaşmağa başlamışdır. On dörd əsr əvvəl bildirilən əlamətlərin yaranması inananların Allaha olan iman və bağlılıqlarını artıran son dərəcə böyük hadisələrdir. Bu qədər işarənin bir yerdə və çox qısa bir zaman içində ard-arda reallaşması əlbəttə ki, təsadüf deyil. Bu işarələr Allahın inanan qullarına bir müjdəsidir.

Növbəti səhifələrdəki qeydlərim Rəbbimizin: "De ki: Allaha həmd olsun. O sizə ayələrini göstərəcək, siz də onları bilib tanıyacaqsınız". (Nəml surəsi, 93) vədi üzərində hazırlanmışdır.

Xüsusilə, ifadə etmək istədiyimiz əhəmiyyətli bir xüsusiyyət də budur ki, hər şeyin doğrusunu Allah bilir. Hər mövzuda olduğu kimi Axırzaman haqqında da, Onun bizə öyrətdiyindən başqa heç bir məlumatımız yoxdur.

I Hissə: Qiyamət Əlamətləri

Qiyamətin Əlamətləri Quranda Bildirilmişdir

Məgər kafirlər o Saatın qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O Saat onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar? (Məhəmməd surəsi, 18)

Bu ayə ilə gələcəyi bildirilən qiyamət əlamətlərinin Quranda əvvəlcədən bildirildiyi aydın olur. Bu "böyük xəbər"in işarələrini anlamaq üçün ayələr üzərində düşünməliyik. Əks halda, ayədə bildirildiyi kimi, qiyamət anı gəldikdən sonra düşünməyin heç bir faydası olmayacaq.

Qiyamətin Yaxın Olduğu Quranda Açıq Şəkildə Xəbər Verilmişdir

Allah ayələrində qiyamət saatının yaxın olduğunu və buna şübhə olmadığını bildirmişdir:

Həqiqət budur ki, qiyamət saatı yaxınlaşır, ona şübhə yoxdur... (Həcc surəsi, 7)

Biz göyləri, yeri və hər ikisinin arasındakıları haqq-ədalətlə yaratdıq. Şübhəsiz ki, o qiyamət saatı da yaxınlaşaraq gəlir... (Hicr surəsi, 85)

Quranın qiyamət ilə əlaqədar xəbərindən 1400 ildən çox müddət keçdiyini və bu müddətin də bir insanın həyatı ilə müqayisə edərkən uzun olduğunu fikirləşənlər ola bilər. Ancaq burada əsas olan Yerin, Günəşin, ulduzların, bir sözlə bütün kainatın sonu olmasıdır. Kainatın milyardlarla illik keçmişini göz qabağına gətirsək, 14 əsrlik bir müddətin çox qısa olduğunu anlayarıq.

İslam Əxlaqı Yer Üzünə Hakim Olacaq

Allah şirk qoşmadan, yalnız Ona qulluq edən, Onun razılığını qazanmağa çalışan, xeyirli işlər görən möminləri "güc və iqtidar sahibi" edəcəyini müjdələmişdir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

Haqq olan dini səmimi şəkildə yaşayan saleh qulların yer üzünə varis etməsinin ilahi bir qanun olduğu da növbəti ayələrdə bildirilir:

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar. (Ənbiya surəsi, 105)

Şübhəsiz ki, Allah vədini yerinə yetirəndir və vədindən dönməyəndir. Azğın fəlsəfələri, səhv ideologiyaları və batil din anlayışlarını ortadan qaldıracaq olan, insanları qaranlıqlardan işıqlığa çıxaracaq olan gözəl əxlaq İslam əxlaqıdır. Yuxarıdakı ayələrdə vurğulandığı kimi inkarçıların və müşriklərin bu böyük hadisəyə maneə törədə bilməsinə isə söz ola bilməz.

Ayın Yarılması Bir Qiyamət Əlamətidir

Quranın 54-cü surəsi "Qəmər"in türkcə mənası "ay"deməkdır. Bu surənin böyük bir hissəsində özlərinə göndərilən peyğəmbərlərin xəbərdarlıqlarını yalanlayan Nuh, Ad, Səmud və Lut xalqının, Firon və ətrafındakıların başlarına gələn bəlalar izah edilir. Eyni zamanda birinci ayədə qiyamət vaxtı ilə əlaqədar çox əhəmiyyətli bir xəbər verilir:

O saat (qiyamət saatı) yaxınlaşdı və Ay yarıldı. (Qəmər surəsi, 1)

Ayədə istifadə edilən "yarmaq" felinin ərəbcə mənası "şakka"dır. Bu sözün ərəb dilində müxtəlif mənaları var. Bəzi Quran təfsirlərində "ikiyə yarılmaq" mənası seçilmişdir. Bununla yanaşı, "şakka" sözü ərəbcədə "torpağı sürtmə, torpağı qazma" mənalarında da istifadə edilir.

İkinci mənasına misal olaraq Əbəsə surəsinin 26-cı ayəsində keçən istifadəsini nümunə verə bilərik:

Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq. Sonra da yeri çat-çat yarıb orada taxıl yetişdiririk. Habelə üzüm və yonca, zeytun və xurma ağacları. (Əbəsə surəsi, 25-29)

Göründüyü kimi, bu ayədəki "şakka" ifadəsi "yerin ikiyə yarılması" mənasında deyil, "müxtəlif bitkilərin yetişməsi üçün torpağın sürtülərək yarılması" mənasında istifadə edilmişdir.

Məhz, tam bu nöqtədə 1969-cu ilə geri dönsək Quranın çox böyük bir möcüzəsi ilə qarşılaşmış olarıq. Qəmər surəsində 14 əsr bundan əvvəl xəbər verilən ayə 20 iyul 1969-cu ildə Ay səthində edilən işlər ilə reallaşmışdır. Amerikalı astronavtların Aya ayaq basaraq, Ay torpağı üzərində elmi araşdırmalar aparmaları, daş və torpaq nümunələri toplamaları Ayın yarılması ilə əlaqədar ayədəki ifadələrə tam olaraq uyğun gəlir.

Peyğəmbərimiz (s.ə.v)-In Açıqladığı Əlamətlər Bir-Birinin Ardınca və Ifadə Edildiyi Şəkildə, Yaşadığımız Dövrdə Həyata Keçir

Araşdırmamıza səbəb olan hədislərin Peyğəmbərimiz tərəfindən deyildiyi sözlər olduğu asanlıqla aydın olur. Əlimizdə doğrunu səhvdən ayırmağa əsas verən metod bilgisi var. Bilindiyi kimi, qiyamət ilə əlaqədar hədislər gələcəyə aid hadisələri ehtiva edir. Buna görə zaman içərisində hədisin bir-bir reallaşması sözlərin qaynağına aid bütün şübhələri ortadan qaldırır.

Mövzunun əsas meyarı Axırzaman və qiyamət əlamətləri üzərində araşdırma aparan bir çox İslam alimi tərəfindən də istifadə edilmişdir. Mövzunun mütəxəssislərindən olan Bədiüzzaman Səid Nursi də Axırzaman haqqındakı hədislərin indiki vaxtda meydana gələn və gözlə görünən hadisələrlə tam uyğun gəlməsi ilə hədislərin həqiqət olduğunu göstərdiyini ifadə etmişdir.

Hədislərdə bildirilən işarələrin bir qismi 1400 illik İslam tarixinin hər hansı bir dövründə dünyanın müəyyən bir bölgəsində müəyyən bir ölçüdə görünə bilər. Belə bir vəziyyət o dövrün Axırzaman olduğunu göstərməz. Çünki bir dövrün Axırzaman olaraq xarakterizə edilməsi üçün qiyamət əlamətlərinin hamısının eyni dövrdə bir-birinin ardnca reallaşmalıdır. Bu vəziyyət bir hədisdə belə bildirilir:

"Qiyamət əlamətləri bir-birinin ardınca meydana gəlir. Bir düzüm muncuqların ard-arda qopması kimi". (Ramuz-Əl Ehadis, 277/6; Camiü's-Sagir, 3/167)

Allahın Açıq Şəkildə Inkar Edilməsi

"Allah açıq-aşkar inkar edilmədikcə qiyamət qopmaz." (Son Zamanlarla İlgili Hadisler, səh. 85; Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 27)

Peyğəmbərimizin dövründən indiyə kimi keçən 14 əsr müddətində bir çox azğın fəlsəfə və fikir sisteminin olması tarixi bir həqiqətdir.Bununla yanaşı XIX əsrin ortalarına qədər ateizmin açıq-aşkar təbliğatı kimi bir ideologiya hələ qeyd olunmamışdır. Bu tarixdən sonra isə darvinizm, kommunizm, faşizm, materializm, anarxiya, nihilizm, egzistansializm kimi fikir cərəyanları bu istiqamətdə fəaliyyətlərə başlamışdılar, bir yaradıcını qəbul etmədiklərini, Allahı tanımadıqlarını hər fürsətdə dilə gətirmişdilər. XIX əsrdə irəli sürülən azğın fikirlər XX əsrdə ətrafına çoxlu sayda tərəfdar toplamış, beləliklə, tarixdə bənzəri görünməyən bir vəziyyət yaranmışdır.

Döyüşlər və Anarxiya

"Dünya hərc-mərclik içində qaldığı, fitnələr zühur etdiyi, yollar kəsildiyi, bəziləri bəzilərinə hücum etdiyi zaman…" (Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh.454)

"Qiyamətə yaxın anarxiya və qarışıqlıq olacaq". (Suyuti, Cami'üs Sagir, 3/211; Ahmed bin Hanbel, Müsned, 2/492)

"Bu hadisələr baş vermədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar yayılacaq…" (Camiüs-Sagir, 3:211, Müsned, 2:492, 4:391, 392)

Geridə qalan 14 əsrlik dövrə baxsaq görərik ki, XX əsrdən əvvəlki döyüşlər regional olaraq sabit qalmışdır. Bütün dünya xalqlarına, siyasi mexanizmlərə, iqtisadiyyatlara, ictimai strukturlara təsir edən döyüşlər isə yaxın keçmişdə yaşanan iki dünya müharibəsində olmuşdur. I Dünya müharibəsində 20 milyondan, II Dünya müharibəsində isə 50 milyondan çox insan ölmüşdür. II Dünya müharibəsi eyni zamanda tarixin ən qanlı, ən böyük və ən dağıdıcı müharibəsi olmuşdur, bu danılmaz bir həqiqətdir.

II Dünya müharibəsindən sonra Soyuq müharibə, Koreya müharibəsi, Vyetnam müharibəsi, Ərəb-İsrail döyüşləri, İran-İraq müharibəsi və Körfəz müharibəsi dövrümüzün ən qızğın döyüşləri olmuşdur. Regional döyüşlər, iğtişaşlar və vətəndaş müharibələri eyni zamanda dünyanın bir çox yerində dağıdıcı nəticələrə səbəb olmuşdur. Bosniya, Fələstin, Çeçenistan, Əfqanıstan, Kəşmir və bir çox yerdə yaşanan problemlər insanlığa təsir etməyə davam edir.

Müharibələr kimi bütün dünya insanlarını dərindən maraqlandıran digər mövzu isə qarışıqlıqdır, hansı ki, beynəlxalq səviyyədə planlaşdırılan terror hadisələrindən ibarətdir. Boston Universitetindən Prof. Vojtech Mastninin ifadə etdiyi kimi, terror hadisələri XX əsrin ortalarından sonra qat-qat artmıştır.

Həqiqətən, terrorizm XX əsrə xas olan faktlardandır. İrqçilik, kommunizm və buna oxşar olan ideoloji məqsədlər və ya etnik iddialarla ortaya çıxan təşkilatlar, inkişaf edən texnologiyanın da köməyi ilə, qanlı hadisələr törətmişlər. Bu kədərli hadisələrdə çox qan tökülmüş, saysız-hesabsız insan ölmüş və ya şikəst qalmışdır.

Böyük Şəhərlərin Yox Olması (Məhv Olması): Döyüşlər və Fəlakətlər

"Böyük şəhərlər, elə bil, dünən yoxmuş kimi həlak (yox) olar." (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 38)

Hədisdə ifadə edilən böyük şəhərlərin həlak olması, döyüşləri və müxtəlif təbii fəlakətlər nəticəsində meydana gələn dağılmaları ifadə edir. Yaxın keçmişdə inkişaf etdirilən nüvə silahları, təyyarələr, bombalar, mərmilər və buna bənzər müasir silahların döyüşlərdə istifadə edilməsi, böyük təxribata səbəb olmuşdur. Bu qorxunc silahlar tarixdə bənzəri görünməmiş, müqayisə edilməyəcək dərəcədə dağılmalara səbəb olmuşdur. Əlbəttə, hədəf mövqeyindəki böyük şəhərlər də bu dağılmalardan birinci dərəcədə təsirlənən yerlər olmuşdur. II Dünya müharibəsinin bənzərsiz nəticələri buna bir nümunədir. Dünya tarixinin ən böyük müharibəsində atom bombasının istifadə edilməsi ilə Hiroşima və Naqasaki tamamilə yerlə-yeksan olmuşdur. Avropanın paytaxtları və dəyərli şəhərlərin böyük qismi də ağır bombardmanlar nəticəsində dağılmışdır.

Son illərdəki qasırğa, fırtına, tufan və burulğan kimi fəlakətlər, başda Amerika qitəsi olmaqla, dünyanın bir çox yerində dağıdıcı zərərə səbəb olmuşdur. Bunlara əlavə olaraq sellər nəticəsində də bəzi məskunlaşma mərkəzləri sular və palçıq altında qalmışdır. Həm də, zəlzələlər, vulkanlar və sunami dalğalarının meydana gətirdiyi böyük fəlakətlər də unudulmamışdır.

Zəlzələlər

"Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… zəlzələlər çoxalacaq…" (Ramuz-El Ehadis, 476/11)

"Qiyamətdən əvvəl iki böyük hadisə olacaq… və sonra da zəlzələli illər". (Ramuz-El Ehadis, 187/2)

Son bir neçə il ərzində baş verən və davam edən böyük zəlzələlər dünya ictimaiyyətinin gündəmində davamlı olaraq ön sıralardadır. Amerikan Milli Zəlzələ İnformasiya Mərkəzi məlumatlarına əsasən 1999-cu ildə yer üzündə 20.832 dəfə zəlzələ olmuşdur.

Yoxsulluq

"Kasıblar çoxalacaq". (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 455)

"Aclıq və böhran (maddi çətinlik) olduqca yayılacaq". (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 440)

Peyğəmbərimizin işarə etdiyi dövr hal-hazırda yaşadığımız dövrün şərtlərini təsvir edir. Keçmiş əsrlərə baxıldıqda quraqlıq, döyüşlər və ya fəlakətlər kimi səbəblərlə əziyyət və çətinliklər yaşandığı, lakin bunların keçici olması və regional ölçülərdə qaldığı görünür. Halbuki, hal-hazırda yaşadığımız dövrdə olan kasıblıq və maddi çətinlik keçən əsrlərdəki kimi keçici deyil, əksinə davamlı, nizamlı və böyük ölçüdədir.

İndiki vaxtda dünya daxilində kasıblıq çox ciddi səviyyəyə çatmış vəziyyətdədir. UNICEF-in son hesabatlarına diqqət yetirsək, dünya əhalisinin 1/4-i təsəvvür edilməyəcək dərəcədə çətinlik və yoxsulluq şərtləri altında yaşayır.

1 milyard 300 milyon adam gündə 1 dollar, 3 milyard adam da gündə 2 dollar ilə dolanır. Təxminən 1 milyard 300 milyon insan təmiz sudan, 2 milyard 600 milyon insan sağlamlıq xidmətlərindən istifadə edə bilmir.

Əxlaqi Çöküş

"Fahişəlik açıq olmadan… qiyamət qopmaz". (Ramuz-El Ehadis, 91/7)

"Zinanın çoxalması qiyamət əlamətlərindəndir". (Buhari, Tecrid'i 1/16)

"Qiyamət yaxınlaşdıqda… qadınla (kişilər) yolun ortasında cinsi münasibətdə olacaq dərəcədə həya ortadan qalxar." (Son Zamanlarla İlgili Hadisler, səh. 97)

"Kişilər kişilərlə, qadınlar qadınlarla qane olduqları zaman… qiyamət yaxınlaşacaq". (Ramuz-El Ehadis, 448/8; Ölüm Kıyamet ve Diriliş, səh. 480)

Hal-hazırda yaşadığımız dövrdə dünya cəmiyyətlərinin ictimai strukturlarını təhdid edən çox böyük bir təhlükə mövcuddur. Bu təhlükə insan bədənini ölümə aparan viruslara bənzər şəkildə, hiyləgərcəsinə fəaliyyəti ilə cəmiyyəti uçuruma aparır. Məhz bu təhlükə bir insan birliyinə dəstək olan əxlaqi dəyərlərin korlanmasıdır. Homoseksuallıq, fahişəlik ticarətinin, evlilik xaricində cinsi əlaqənin, cinsi cinayətlərin, pornoqrafiyanın, təcavüz hadisələrinin və cinsi xəstəliklərin artması əxlaqi çöküşün bəzi əsas göstəriciləridir.

Haqq Dinin və Quran Əxlaqının Tərk Edilməsinə Dair Bəzi Hədislər

"İnsanlar elə bir dövrdə yaşayar ki, Qurani-Kərim bir yerdə, insanlar isə başqa bir yerdə olarlar". (Son Zamanlarla İlgili Hadisler, səh. 23)

"Bundan sonra bəzi Quran oxuyan, lakin oxuduqları dillərində qalan, ürəklərinə enməyən insanların törəyəcəyi bir zaman gələcəkdir". (Son Zamanlarla İlgili Hadisler, səh. 61)

"Haram olan şeylərin halal sayılması… qiyamət əlamətlərindəndir". (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 454)

"Alimlər elmi sırf pul qazanmaq üçün öyrəndikdə… dini, dünyalıq qarşılığında satdıqlarında… hökmü satdıqlarında… qiyamət yaxınlaşmış olacaq". (Ölüm Kıyamet ve Diriliş, səh. 480)

"Yaxşılıq tərk edilib əmr edilmədikcə, pislik işlənib əldən qoyulmadıqca… qiyamət qopmaz". (Ölüm Kıyamet ve Diriliş, səh. 480)

"Qiyamət yaxınlaşar, xeyirli işlər azalar". (Kıyamet Alametleri, səh. 264)

"(Qiyamətin bir əlaməti) Məscidlər içərisində günahkarların səslərinin yüksəlməsi və günahkarların dinin əmr etdiklərini yerinə yetirən səmimi möminlərə qarşı qalib gəlib, onlara hökm etmələridir". (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 450)

Qiyamətdən Əvvəl Saxta Peyğəmbərlər Ortaya Çıxacaq

"Hər biri Allahın elçisi olduğunu iddia edən otuza yaxın yalançı çıxmadıqca qiyamət qopmayacaq". (Tirmizi, Fiten 43; Ebu Davud, Melahim 16)

Mütəxəssislər saxta məsih axınlarının 1970-ci illərdə ortaya çıxmağa başladığını, o tarixdən bu günə kimi sürətlə artdığını bildirir. Mütəxəssislərə görə, bu artıma səbəb olan əsas iki təməl xüsusiyyəti var. Bunlardan biri kommunizmin dağılması, digəri isə internet texnologiyasının təmin etdiyi imkanlardır.

Hz. İsanın Yer Üzünə Dönüşü Quranda Xəbər Verilmişdir

Allah inkarçıların hz. İsanı öldürmələrinə icazə verməmiş, onu Öz qatına yüksəltmişdir və təkrar yer üzünə dönəcəyini də insanlara bildirmişdir. Hz. İsanın yer üzünə dönüşü ilə əlaqədar olan xəbərlər Quranda bildirilir.

◉ İsa Peyğəmbəri öldürmək üçün tələ quran inkarçıların, onu qətiliklə öldürə bilmədikləri bir ayədə belə təsfir olunur:

bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!" – dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa surəsi, 157)

◉ Hz. İsanın ölmədiyi insanların yaşadığı boyutdan (aləmdən) alınaraq, Allah qatına yüksəldildiyi ayədə belə bildirilir:

Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi, 158)

◉ Ali İmran surəsinin 55-ci ayəsində hz. İsaya uyanların qiyamətə qədər, inkar edənlərə qalib gələcəkləri xəbər verilmişdir.

2000 il əvvəl hz. İsaya tabe olan həvarilərin heç bir siyasi gücə sahib olmadıqları tarixi bir həqiqətdir. Bu dövr ilə indiki dövrdə yaşayan və özlərini xristian olaraq adlandıranların isə başda təslis (üçləmə) olmaqla bir çox azğın inancı müdafiə etdikləri, buna görə həqiqi mənada isəvi olaraq ifadə edilə bilməyəcəkləri də açıqdır. Çünki Quranın bir çox ayəsində təslisə inananların inkara düşdükləri ifadə edilir. O halda, qiyamət saatından əvvəlki dövrdə inkarçılara üstün gələcək əsl isəvilər ortaya çıxacaq. Ali İmran surəsindəki ilahi vəd də beləcə təcəlli edəcək. Şübhəsiz, müjdələnmiş bu birlik hz. İsanın yer üzünə dönməsi ilə özünü büruzə verəcək.

◉ Quranda verilən bir başqa məlumat da hz. İsanın ölümündən əvvəl bütün əhli-kitabın ona iman etməsi ilə əlaqədardır:

Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır. (Nisa surəsi, 159)

Bu ayədən də açıq-aydın görünür ki, hz. İsa ilə əlaqədar olaraq hələ reallaşmayan üç ilahi vəd qalmışdır. İlk öncə, İsa peyğəmbərin hər insan kimi yaşadıqdan sonra öləcəyi bildirilir. İkinci vəd, bütün əhli-kitabın onu cismani olaraq görəcəyi və ona yaşayarkən itaət edəcəyidir. Şübhəsiz, bu iki xəbər də hz. İsanın qiyamət əvvəlindəki gəlişində reallaşacaq hadisələrdir. Ayədəki üçüncü xəbər hz. İsanın əhli-kitab haqqındakı şahidliyi də qiyamət günündə reallaşacaq.

◉ Quranda hz. İsanın ölümünü açıqlayan bir başqa ayə isə Məryəm surəsində keçir.

"Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!" (Məryəm surəsi, 33)

Bu ayə Ali İmran surəsinin 55-ci ayəsiylə birlikdə araşdırıldıqda çox əhəmiyyətli bir həqiqətə işarə edilir. Ali İmran surəsindəki ayədə hz. İsanın Allah qatına yüksəldiyi ifadə edilir. Bu ayədə, ölmə, ya da öldürülmə ilə əlaqədar bir məlumat verilmir. Ancaq Məryəm surəsinin 33-cü ayəsində hz. İsanın öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə ancaq hz. İsanın ikinci dəfə dünyaya gəlişi və bir müddət yaşadıqdan sonra vəfat etməsiylə mümkün ola bilər. (Doğrusunu Allah bilir)

◉ Hz. İsanın yer üzünə dönüşünə işarə edən bir başqa ayə belədir:

Ona (hz. İsaya) kitabı (hikməti) Tövratı və İncili öyrədəcək. (Ali İmran surəsi, 48)

Bu ayədə keçən "kitab" sözünün nəyi ifadə etdiyini anlamaq üçün mövzu ilə əlaqədar digər Quran ayələrinə baxdığımızda bunu anlayırıq ki, əgər Tövrat və İncil eyni ayədə bir yerdə istifadə edilirsə və eyni zamanda "kitab" sözü bunlarla yanaşı verilibsə, buradakı "kitab" sözü Quran mənasını ifadə edir. Ali İmran surəsinin 3-cü ayəsini buna bir misal olaraq göstərə bilərik. Burada 48-ci ayədəki hz. İsanın öyrənəcəyi bildirilən kitab ancaq Quran ola bilər. İsa Peyğəmbərin bundan təxminən 2000 il əvvəlki həyatında, Tövrat və İncil üzrə bilik sahibi olduğu bilinir. Quranı öyrənməsi isə yalnız yer üzünə yenidən gəldiyi zaman reallaşa bilər.

◉ Ali İmran surəsinin 59-cu ayəsindəki, "Şübhəsiz, Allah qatında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir..." ifadəsi də olduqca diqqət çəkir. Bu ayədə iki Peyğəmbər arasındakı bəzi oxşarlıqlara diqqət yetirilir. Bilindiyi kimi, həm hz. Adəm və hz. İsa atasız doğulmuşdular. Eyni zamanda, hz. Adəmin cənnətdən yer üzünə endirilməsi, hz. İsanın Axırzamanda Allah qatından yer üzünə endirilməsində də oxşarlıq ola bilər.

◉ Quranda hz. İsa ilə əlaqədar belə bir məlumat da verilir:

Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! (Zuxruf surəsi, 61)

Hz. İsanın Quranın endirilməsindən 6 əsr əvvəl yaşadığını bilirik. Bu halda, yuxarıdakı ayədə bildirilən onun ilk həyatının deyil, Axırzamandakı dönüşünün qiyamət üçün bir məlumat qaynağı olacaq (Doğrusunu Allah bilir). Hz. İsanın ikinci gəlişi həm xristian, həm də İslam dünyasında səbirsizliklə gözlənilir. Bu müqəddəs qonağın yer üzünü şərəfləndirməsiylə də çox əhəmiyyətli bir qiyamət əlaməti daha da təcəlli etmiş olacaq.

◉ Hz. İsanın təkrar dünyaya gələcəyi ilə əlaqədar bir başqa dəlil isə Maidə surəsinin 110-cu ayəsində və Ali İmran surəsinin 46-cı ayəsində keçən "kəhlən" sözüdür. Ayələrdə belə buyrulur:

Allah deyəcəkdir: "Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın..." (Maidə surəsi, 110)

O, həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır". (Ali İmran surəsi, 46)

Bu söz Quranda yalnız yuxarıdakı iki ayədə və yalnız hz. İsa üçün istifadə edilmişdir. Hz. İsanın yetkin halını ifadə etmək üçün istifadə edilən "kəhlən" sözünün mənası "otuz ilə əlli yaşları arasında, gənclik dövrünü bitirib qocalığa ayaq basan, yaşı kamala çatmış kəs" deməkdir. Bu söz İslam alimləri arasında ittifaqla "35 yaşdan sonrakı dövrə işarə edir" kimi tərcümə ediliib.

Hz. İsanın gənc yaşlarında-otuz yaşının əvvəlində göyə yüksəldiyini, yer üzünə endikdən sonra qırx il qalacağını ifadə edən və İbn Abbasdan rəvayət edilən hədisə əsaslanan İslam alimləri hz. İsanın yaşlılıq dövrünün təkrar dünyaya gəlişindən sonra olacağını, buna görə bu ayənin hz. İsanın zühuruna dair bir dəlil olduğunu demişdilər.

Peyğəmbərimiz Hz. İsanın Dönüşünü Müjdələmişdir

Hz. İsanın dünyaya təkrar gəlişi ilə əlaqədar Peyğəmbərimizin də bir çox hədisi var. İslam alimlərindən Şövqani hz. İsanın dönüşünə aid 29 hədis olduğunu, bu hədislərdə verilən məlumatların da səhv olma ehtimalının olmadığını ifadə etmişdir. (Sünen-i İbn-i Mace, 10/338)

Bu mövzudakı bəzi hədislər belədir:

"Həyatım əlində olan Allaha and içirəm ki, Məryəm oğlu İsa (ə.s)-ın ədalətli bir hakim olaraq sizlərin arasına enməsi şübhəsiz yaxındır". (Sahihi Müslim, 6/532)

"İsa ibn Məryəm ədalətli bir hakim və ədalətli bir imam (dövlət başçısı) olaraq enmədikcə qiyamət qopmayacaq". (Sünen-i İbn-i Mace, 10/340)

Peyğəmbərimiz hz. İsanın gəldikdən sonra edəcəyi işlər barədə belə bildirmişdir:

"İsa ibn Məryəm enər, qırx il Allahın kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər". (Ahir Zaman Mehdi'sinin Alametleri, səh. 92)

"İsa ibn Məryəm mənim ümmətim içində ədalətli bir hakim və (rəhbərlikdə) ədalətli bir imam olacaq, xaçı qırıb əzəcək və donuzu öldürəcək… Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək". (Sünen-i İbn-i Mace, 10/334)

II Hissə:Axirzaman və Dabbətül-Ərz

Peyğəmbərimiz və Bəzi İslam Böyükləri Axırzaman Haqqında Əhəmiyyətli Şərhlər Vermişlər.

Allah Axırzamanın bu böyük qarışıqlıq içində olan insanları qurtaracaq. Yolunu azmış insanları doğru yola dəvət etmək üçün, Mehdi (doğruya aparan) sifətini daşıyan üstün əxlaqlı bir qulunu vəsilə edəcək. Mehdi əvvəl İslam dünyasında fikri-elmi mübarizə aparacaq və İslamın əslindən ayrı düşən müsəlmanları əsl imana və əxlaqa döndərəcək. Mehdinin bu nöqtədə üç əsas vəzifəsi vardır:

◉ 1. Allahı inkar edən və dinsizliyi dəstəkləyən fəlsəfi sistemlərin çürüdülməsi.

◉ 2. İslamı onu degenerasiya edən ikiüzlü insanların əlindən qurtararaq, xurafatçılığa qarşı mübarizə aparması. Quranın hökmlərinə uyğun, həqiqi İslam əxlaqının üzə çıxarılması və tətbiq edilməsi.

◉ 3. Bütün İslam dünyasını siyasi və ictimai cəhətdən gücləndirməsi, hüzur, əmin-amanlıq, təhlükəsizlik və rifahın təmin etməsi, ictimai problemləri həll etməsi.

Hədislərdə bildirildiyinə görə, Mehdi ilə eyni dövrdə dünyaya yenidən dönəcək olan hz. İsa isə xüsusilə, xristian və yəhudi dünyasına xitab edəcək, onları düşdükləri xurafatlardan ayrılıb Qurana uyğun şəkildə yaşamağa dəvət edəcək. Xristianların hz. İsaya tabe olması ilə yanaşı, İslam və xristian dünyaları tək bir inanc altında birləşəcək və dünya "Qızıl dövr" olaraq xatırlanan böyük bir sülh, təhlükəsizlik, xoşbəxtlik və rifah dövrü yaşayacaq.

Mehdinin Çıxış Əlamətləri: Fitnələrin Çoxalması

Fitnə mühitləri, dərin imana sahib olan möminlər üçün imanlarının, səbirlərinin və axirətdəki dərəcələrinin artmasına vəsilə olduğu halda, zəif və səthi imana sahib olan kəslərin imanlarını itirmələrinə, ya da imanlarının daha da azalmasına gətirib çıxarar. Məhz bu cür bir fitnə mühitinin ən çox və şiddətli şəkildə yaşandığı bir dövrdə Mehdi ortaya çıxacaq:

"Qiyamət yaxınlaşdığı zaman və möminlərin ürəyi ölüm, aclıq, fitnələr, sünnələrin itməsi, bidətlərin (dinin əslində olmayan, sonra ortaya çıxan uydurmalar) ortaya çıxması, əmri bil maruf və nəhyi anıl münkər (yaxşılığı əmr etmək, pisliklərdən çəkindirmək) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman mənim övladlarımdan Mehdi vəsiləsiylə Cənab Haqq sünnələri canlandırar. Onun ədalət və bərəkəti ilə möminlərin ürəyi fərahlanar, əcəm (ərəb olmayan) və ərəb millətləri arasına ülfət və məhəbbət salar". (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 66)

"Məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq. Aclıq və dolanışıq çətinliyi olduqca yayılacaq. Fitnələr çoxalacaq". (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh.440)

"Heç bir tərəfin ondan gizli qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət bir münadinin (ucadan səslənən) səmadan səslənərək: "Ey insanlar, əmiriniz artıq Mehdidir" deməsinə kimi davam edəcək". (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)

Hədislərdə hər kəsə çatacaq, sürətlə yayılacaq bir fitnədən bəhs edilir. Yəni hər kəsin xəbərdar olacağı, dinə və Allaha qarşı olan bir fitnə, insanların imanlarını hədəf alacaq. İndiki vaxtda Allahın varlığına və yaratmasına qarşı çıxan ən böyük və geniş miqyaslı cərəyan materialist fəlsəfədir. Bu fəlsəfənin özünə dayaq bildiyi elmi təməl isə təkamül nəzəriyyəsidir. Heç bir elmi və məntiqi dəlili olmayan, tamamilə ağıl və elmdən kənar olan, güclü təbliğat, aldatmaca və gözbağlıca üsullarıyla boş sözlər, dünya səviyyəsində müəyyən materialist bölmələr tərəfindən kütlələrə təbliğat aparılır.

Bu gün təkamül nəzəriyyəsinin istər mətbuat istərsə, televiziya yoluyla girmədiyi heç bir ev, bu nəzəriyyəni duymamış insan demək olar ki, yoxdur. Bu vəziyyət bütün qərb dünyası üçün keçərli olduğu kimi, müsəlman ölkələr üçün də etibarlı sayılmışdır. Çünki dərs kitablarına belə soxulmuş olan bu nəzəriyyə qarşıya qoyduğu saysız yalan və göz bağlamaları daha uşaq yaşlardan etibarən insanlara təbliğ edilir, təsadüflər nəticəsində meydana gəldikləri, meymundan törədikləri kimi gülünc, boş sözlərlə insanları aldadırlar. İbtidai siniflərdən universitetlərə qədər gənclərin təkamülçü yalanlarla beyinləri doldurulur.

Burada diqqəti cəlb edən daha bir faktor var. Peyğəmbərimizin hədisində ifadə etdiyi kimi, bir fitnənin dünyanın hər yerinə nüfuz etməsi və sürətlə yayılması ancaq dövrümüzdəki texnoloji imkanlarla (mətbuat, nəşr, internet, peyk ünsiyyəti və s. ...) reallaşa bilər. Keçmişdəki şərtlərə əsasən bir fitnənin dünya səviyyəsində bu qədər geniş miqyasda yayılması mümkün deyildi. Necə ki, bu günə qədər Allahın varlığına, yaradılışa və dinə qarşı müharibə elan etmiş, dünya miqyasında yayılmış başqa bir fitnə keçmiş zamanlarda görünməmişdir. Bütün bunlar Mehdinin çıxış dövrünə, yəni yaşadığımız dövrə aid işarələrdir.

Haramların Halal Sayılması

Son illər ərzində olduqca geniş yayılmış halalı, haramı əhəmiyyətsiz hesab edən, hər cür azğınlığı mübah (düz) sayan həyat tərzi, hədislərdə təsvir edilən mühiti özündə çox açıq bir şəkildə əks etdirir. Mehdinin çıxış əlamətləri olan bu qaranlıq mühit, hədislərdə belə təsvir edilir:

"Küfr hər yeri zəbt edib, hökmü cəmiyyət içində aşkarca işlənmədikcə Mehdi zühur etməz. Bu vaxtda baş verən isə… küfrün zəbtidir. Onun qüvvətidir." (Mektubat-ı Rabbani, 2-259)

"Hz. Mehdi bütün haramların halal sayıldığı böyük bir fitnədən sonra çıxacaq". (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)

İran-Iraq Döyüşü

"Şəvval ayında qiyam, Zilqadədə hərb danışıqları, Zilhiccədə isə müharibə başlayacaq". (Kıyamet Alametleri, səh. 166)

Hədisdə ifadə edilən Şəvval, Zilqadə və Zilhiccə ayları İran-İraq müharibəsinin başlanğıc tarixinə uyğun gəlir. İran şahına qarşı olan ilk qiyam, bildiyimiz kimi, hədisdə ifadə edilən 5 Şəvval 1398–ci ildə (8 sentyabr 1976) olmuşdur.

Hicri 1400 Zilhiccə (1980 oktyabr) ayında İran-İraq arasındakı müharibə artıq başlamışdır.

Bir başqa hədisdə də bu döyüşün təfərrüatları belə təsvir edilir:

"Faris tərəfdən gələcək bir qövm belə deyəcək: "Ey ərəblər! Siz çox xurafata qaçdınız! Siz bunlara lazımi qədər haqq verməsəniz, sizinlə heç kim birlik qurmayacaq...Bir gün, onlara və bir gün də sizlərə verilsin və qarşılıqlı sözlər tutulsun..." Onlar Mutıka çıxacaqlar, müsəlmanlar oradan aşağı yazıya enəcəklər... Müşriklər digər tərəfdəki (Rakabə) deyilən bir qapqara olan çayın kənarında dayanacaqlar... Aralarında döyüş olacaq: Hər iki ordudan Allah zəfəri qaldıracaq…" (Kıyamet Alametleri, El Berzenci, səh. 179)

Şərhi:

◉ Faris cəhətdən gələcək: İran tərəfindən gələcək

◉ Faris: İran - iranlı (Böyük Lüğət)

◉ Yazıya enəcəklər: düzənliyə-İraq düzənliyi

◉ Mutık: Bölgədəki bir dağın adı.

◉ Rakabə: Neft quyularının çox olduğu bölgədir.

Bu hədisdə irqçilikdən qaynaqlanan bir anlaşılmazlığın olacağına diqqət çəkilir. Bu anlaşılmazlığa görə, yazıya (Yazı: İraq düzənliyi) enilir və döyüş başlanılır. Həm də hədisin də işarə etdiyi kimi, İran-İraq müharibəsi 8 il davam etmiş və minlərlə itki verilməsinə baxmayaraq bir nəticə verməmişdir. Heç bir tərəf qalib gələ bilməmişdir.

Əfqanıstanın Işğalı

"Talikana (Əfqanıstana) təəssüf oldu. Şübhəsiz, Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqıyla tanıyan insanlar vardır. Onlar Axırzaman Mehdisinin köməkçiləridir". (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 59)

Hədisdə Əfqanistanın Axırzamanda işğal ediləcəyinə işarə edilir. Həqiqətən də rusların Əfqanistanı işğalı 1979-cu ilə (hicri 1400-cü ilə), başqa ifadəylə desək, hicri 14-cü əsrin başlanğıcına uyğun gəlir.

Həm də bu rəvayətdə Əfqanistanın maddi zənginliklərinə də diqqət çəkilir. Bu gün Əfqanistanda müxtəlif səbəblərə görə işlədilməmiş böyük neft yataqları, dəmir hövzələri və kömür mədənləri vardır.

Fərat Çayının Suyunun Kəsilməsi

Fərat çayının suyunun kəsilib dayandırılması da Mehdinin çıxış əlamətlərindəndir:

"Fərat çayının suyu çəkilərək qızıl xəzinələrinin üzə çıxması yaxınlaşır. Kim o vaxt orada olsa, o xəzinədən bir şey götürməsin". (Hadisi Buhari ve Müslim rivayet etmişlerdir. Riyazü's Salihin, 3/332)

Rəsulullah: "Fərat çayı qızıl bir dağ üzərindən üzə çıxmadıqca qiyamət qopmayacaq..." deyə buyurmuşdu. (Sahih-i Müslim, 11/320)

Göründüyü kimi, Mehdinin çıxışının mühüm əlamətlərindən biri olan Fərat çayının dayandırılması və qızıl qədər dəyərli olan xəzinənin ortaya çıxması, bir çox böyük hədis kitabında yer almışdır. Suyutinin kitabında bu hədis "suyun dayandırılması" kimi keçir. Həqiqətən də Keban anbarı Fərat çayının suyunu dayandıraraq kəsmişdir. Düzəldilən anbar sayəsində elektrikin çıxarılması, toplanan suyun ərazidə istifadə edilərək torpağın səmərəsinin artması və çatdırılmanın asanlaşdırılması təmin edilib, bu səbəblərdən buradakı torpaqlar qızıl kimi qiymətli hala gəlmişdir. Anbar betondan nəhəng bir dağı xatırladır. Bu anbardan (hədisi şərifdəki bənzətməyə görə dağdan) qızıl dəyərində sərvət tökülür. Buna görə anbar qızıl bir dağ xüsusiyyətini daşıyır. (Doğrusunu Allah bilir)

Ramazan Ayında Ay və Günəş Tutulmaları

"Mehdi üçün 2 əlamət vardır ki, bunun birincisi Ramazanın birinci gecəsi Ayın, ikincisi də, ayın ortasında Günəşin tutulmasıdır". (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)

"Mehdinin çıxmasından əvvəl bir Ramazan ayı içində iki dəfə Günəş tutulacaq". (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 440)

"... Günəşin orucluq ayının ortasında, Ayın isə sonunda tutulması..." (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 37)

"Mehdinin gəlişi Ramazan ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq". (Kıyamet Alametleri, səh. 200)

Yuxarıdakı rəvayətlərdə diqqəti cəlb edən ən mühüm şey Ramazan ayının ortasında həm Günəş tutulmasının, həm də bir ay içində Ayın və Günəşin iki dəfə tutulmasının qeyri-mümkün olduğunun fərq edilməsidir. Bu normal şərtlərdə reallaşmayan bir vəziyyətdir. Halbuki, digər Axırzaman əlamətlərinin çoxu insanın anlaya biləcəyi, müəyyən səbəblərə bağlı olaraq reallaşa biləcək hadisələrdir.

Əgər bu hədislərdə təsvir edilən hadisələr diqqətlə araşdırılsa, rəvayətlər arasında müxtəlif fərqli cəhətlər olduğunu anlayarıq. Belə bir vəziyyətdə ediləcək ən düzgün şey eyni hadisəyə aid olan müxtəlif rəvayətlərin birləşdiyi ortaq istiqamətləri müəyyən etmək olacaq. Buna əsasən yuxarıdakı hədis rəvayətlərinin cəmindən çıxan ortaq nəticələr bunlardır:

◉ 1. Ramazan ayında Ay və Günəş tutulmaları olacaq.

◉ 2. Bu tutulmalar ortalama 14-15 gün ara ilə olacaq.

◉ 3. Bu tutulmalar 2 dəfə təkrarlanacaq.

Bu təsbitlərə uyğun olaraq, 1981-ci ildə (hicri-1401-ci ildə) Ramazan ayının 15-ci günü Ay, 29-cu günündə isə Günəş tutulmuşdur. Yenə ikinci dəfə 1982-ci ildə (hicri-1402-ci ildə) Ramazan ayının 14-cü günü Ay, 28-ci günü də Günəş tutulmuşdur.

Eyni zamanda, bu hadisədə Ayın Ramazanın tam ortasında BÜTÖV AY halında tutulması və diqqətləri cəlb edərək bir əlamət kimi meydana çıxması da son dərəcə mənalıdır.

Bu hadisələrin Mehdinin digər çıxış əlamətləriylə eyni dövrdə meydana gəlməsi və hicri 14-cü əsrin əvvəllərində üst-üstə 2 il (1401-1402) möcüzəvi bir tərzdə təkrarlanması, rəvayətlərin işarələrinin bu hadisələr ola bildiyini təsdiqləyir.

Quyruqlu Ulduzun Doğulması

"Mehdinin çıxışından əvvəl (hər tərəfi) işıqlandıran quyruqlu bir ulduz doğulacaq". (Kıyamet Alametleri, səh. 200)

"O gəlmədən əvvəl, şərqdən işıq saçan bir ulduz (kometa) görünəcək." (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)

"O ulduzun doğulması Günəş və Ay tutulmasından sonra olacaq". (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 32)

Hədislərdə ifadə edildiyi kimi:

◉ 1986-cı ildə (hicri 1406-cı ildə), yəni 14-cü əsrin əvvəllərində "Halley" kometası Yerin yaxınlığından keçmişdir. Bu kometa parlaq, işıqlı bir ulduzdur.

◉ Hərəkət istiqaməti şərqdən qərbə doğrudur.

◉ Bu ulduz 1981 və 1982-ci (1401-1402) illərdə meydana gələn Ay və Günəş tutulmaları hadisəsindən sonra ortaya çıxmışdır.

Bu ulduzun doğuşunun da digər çıxış əlamətləri ilə eyni zamanda meydana gəlməsi Halley kometasının hədisdə işarə edilən ulduz olduğunu isbat edir.

Kəbə Basqını və Kəbədə Qan Axıdılması

"Onun çıxacağı il insanlar həccə başlarında bir əmir (başçı) olmadan gedəcəklər... Birlikdə Beytül-Şərifi (Kəbəni) təvaf edəcəklər, sonra Minaya enəndə, itlər kimi bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabə Cəmrəsinin (Şeytana daş atılan təpə) üzərinə axacaq". (Kıyamet Alametleri, səh. 168-169)

Minaya endiklərində ətraflarında itlərin boğuşması kimi, qəbilələrin bir-biri ilə savaşmaları kimi böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar... (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 35)

Yuxarıdakı hədislərdə "onun çıxacağı il" cümləsi istifadə edilərək, Mehdinin çıxış tarixində, Həcc əsnasında baş veriləcək bir qırğına diqqət çəkilmişdir. 1979-cu ildə Həcc əsnasında reallaşan Kəbə basqınında eynilə belə bir qırğın yaşanmışdır. Çox maraqlıdır ki, bu qanlı Kəbə basqını da Axırzamanın başlanğıcının və Mehdinin çıxışının digər əlamətlərinin reallaşdığı dövrün tam başında, yəni hicri 1400-cü ilin ilk günündə, 1 məhərrəm 1400-cü il (21 noyabr 1979) tarixində meydana gəlmişdir.

Yenə hədisi-şərifdə qanların axıdılacağından bəhs edilərək öldürmə hadisəsinə diqqət çəkilmişdir. Basqın əsnasında Səudiyyə əsgərləri ilə təcavüzkar xadimlər arasında baş verən vuruşmada 30 adamın öldürülməsi bu rəvayətin qalan qismini də təsdiqləmişdir.

1979-cu (hicri 1400) ildə reallaşan bu Kəbə basqınının ardınca 7 il sonra hicri 1407-ci ildə Həcc əsnasında daha böyük qanlı bir hadisə baş vermişdir. Bu hadisədə prospektlərdə nümayiş edənlər hacılara hücum edərək 402 adamı qətlə yetirmiş, çox qan axıdılmışdır. Beytül-Müəzzəmin yanında müsəlmanların (Səudiyyə Ərəbistanın əsgərləri ilə iranlı hacıların) bir-birlərini öldürmələri ilə böyük günahlar işlənmişdir. Bu qanlı hadisələr haqqında hədislə təsvir edilən hadisə arasında çox böyük oxşarlıqlar var:

"Şəvvalda (Ramazan ayından sonrakı ay) döyüş nərələri, Zilhiccədə (ərəblərin sonuncu ayı) də vuruşma və qətl hadisələri olar, yenə Zilhiccədə hacılar talan edilər, hətta prospektlər qandan keçilməz dərəcəyə gələr və haramlar tapdalanar. Beytül-Müəzzəmin yanında böyük günahlar işlənər". (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 37)

Yuxarıdakı hədisdə Beytül-Müəzzəmin (Kəbənin) içində deyil, yanında baş verəcək hadisələrə diqqət çəkilmişdir. 1407-ci ilin Zilhiccə ayında (Həcc mövsümündə) meydana gələn hadisələr də əvvəlkindən fərqli olaraq Kəbənin içində deyil yanında baş vermişdir. Ən başda izah etdiyimiz hadisə isə 1 Məhərrəm 1400-cü ildə Beytül-Müəzzəmin (Kəbənin) şəxsən içərisində olmuşdu. Hər iki hadisə rəvayətlərin işarəsinə uyğun bir şəkildə reallaşmışdır.

Şərq Tərəfdən Bir Atəşin (Alovun) Görünməsi

"İkdiddurər" adlı kitabda Mehdinin zühur əlamətləri haqqında belə keçir:

Şərqdə səmada üç gecə görünən böyük bir alovun çıxması. Mutad (adətlərin xaricində) şəfəq qırmızılığı kimi olmayan bir qırmızılığın səmada görünüb, üfüqdə yayılması. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 32)

Şərqdən üç və ya yeddi gün ard-arda böyük bir alov zühur edəcək, göydə qaranlıq görünəcək, adətən, göydə olan qırmızılığın yerinə, təmamilə başqa bir qırmızılıq yayılacaq. Yer üzünün eşidib anlaya biləcəyi bir dildə nida ediləcək. (Kıyamet Alametleri, səh. 166)

And içərəm ki, bir atəş sizi bürüyəcək. O atəş bu gün Berehut deyilən vadidə sönük vəziyyətdədir. O alov insanları dəhşətli əzabla udar. O atəş insanları, malları yandırıb məhv edər. Səkkiz gün içində külək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar. Gecəki isti, gündüzün hərarətindən daha şiddətli olar. O atəş insanların başının üzərindən ərşin altına qədər yaxınlaşaraq yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc gurultusu olar. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 461)

Hz. Mehdinin çıxışının əvvəlki əlamətlərindən olan bu alov haqqında qısa bir şərh etmək yerinə düşər. Bilindiyi kimi iyul ayında 1991-ci ildə İraqın Küveyt şəhərini işğal etdikdən sonra Küveytə aid neft quyularına atəş edilməsi nəticəsində Küveyt və Bəsrə körfəzində çox böyük bir yanğın hadisəsi baş vermişdir.

Həm də hədisi-şərifin ilk hissəsində, atəş haqqında "sönük bir vəziyyətdədir" deyilir. Atəş yanıcı bir maddənin yanmasıyla meydana gələn bir vəziyyət olduğuna görə, burada sönük vəziyyətdə gözləyən atəşin özü deyil, atəşin yandıracağı xammaldır.

Burada torpaq altından çıxarılan neftə işarə edilir. Necə ki, hədisdəki Berehut deyilən yer, bir quyunun adıdır. Bu quyu neft quyusudur. Zamanı gəlincə bu quyulardan çıxarılan neft yanmağa hazır bir atəş halına gələcəkdir.

Günəşdən Bir Əlamətin Meydana Çıxması

"O, (Mehdi), Günəşdən bir əlamət meydana çıxana qədər gəlməyəcək". (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)

"Günəş əlamət olaraq doğmadıqca Mehdi çıxmayacaq". (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 33)

Günəşdə meydana çıxacaq olan bu əlamət, 20-ci əsrdə görünən böyük partlama ola bilər.

Həm də 11 avqust 1999-cu ildə reallaşan günəş tutulması əsrimizdə sonuncu olaraq tam günəş tutulmasıdır. İlk dəfə bu qədər çox insan günəş tutulmasını, həm də bu qədər uzun bir müddət izləyə bilmişdir, araşdırma fürsəti əldə etmişdir. Bu tutulmada diqqət çəkən bir xüsusiyyət də Türkiyənin bu tam tutulmanın ən yaxşı izlənildiyi ölkələrdən biri olması idi. Bartından Silopiyə qədər təxminən 12 şəhər və 100 yer, tutulmanı müşahidə edə bilmişdir.

Peyğəmbərimizin mehdiyyət haqqında Quranda işarə olduğunu bildirən müxtəlif hədisləri vardır.

"Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29)

"Əshabi-Kəhf Mehdinin köməkçiləri olacaq". (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, səh. 59)

"Mehdinin köməkçilərinin sayı Talut ilə çayı keçənlər qədərdir". (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 57)

III Hissə: Qizil Dövr

Peyğəmbərimiz Qızıl Dövrü Cənnətə Bənzər Xüsusiyyətlərlə Təsvir Etmişdir

Peyğəmbərimizdən gələn bir çox hədisdə, yer üzündə İslam əxlaqının hakim olacağı bir dövrün yaşanacağına işarə edilir. "Qızıl dövr" adıyla tanınan bu dövr, hədislərdən də aydın olur ki, yarım əsrdən çox davam edəcək və Əsri-Səadətə oxşar bir dövr olacaq.

İnsanlar Qızıl dövrdə həyatlarından o qədər razı olacaqlar ki, bir hədisin ifadəsinə görə zamanın necə keçdiyini belə bilməyəcəklər, bu gözəlliklərdən daha çox faydalanmaq üçün Allahdan ömürlərinin uzadılmasını" istəyəcəklər. Peyğəmbərimizin başqa bir ifadəsində də Axırzamandakı mühit belə təsvir edilir:

"… Kiçiklər "kaş ki, mən böyük olaydım", böyüklər də "kaş ki, mən kiçik olaydım" deyə arzu edərlər... Yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər". (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 17)

Qızıl Dövrdə Görünməmiş Bir Bolluq Olacaq

Bu dövrdə məhsullarda və mallarda o zamana qədər hələ görünməmiş bir bolluq olacağı, bu məhsulların sayılıb, ölçülmədən hər istəyənə paylanacağı bir çox hədisi-şərifdə də bildirilir:

Rəsuli-Əkrəm əfəndimiz belə buyurdu: "Ümmətimin sonunda elə bir dövlət rəisi olacaq ki, ovuc-ovuc mal və pul ovuclayacaq və bu malı ədəd olaraq saymayacaq" (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 433)

"Mehdi insanlara malı və əşyanı paylayarkən saymadan, bol-bol verəcək". (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 24)

"… Yer üzündəki xəzinələri üzə çıxaracaq". (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 45)

"…Ərz özündə gizlətdiyi bütün zənginliklərini, qızıldan və gümüşdən sütunlar halında çölə çıxaracaq". (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 464)

Texnoloji Inkişaflar Qızıl Dövrdəki Bolluğun Təmin Edilməsində Mühüm Rol Oynayacaq

"İnsanlar bir ölçü buğda əkdiklərinin qarşılığında yeddi yüz ölçü məhsul alacaqlar... İnsan bir neçə ovuc toxum atacaq, 700 ovuc çıxacaq ... Çox yağış yağmasına baxmayaraq bir damlası belə boşa getməyəcək". (Kıyamet Alametleri, səh. 164 / El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 24)

Bu rəvayətdə Axırzamanda müasir əkinçiliyə keçilməsi, yeni istehsal texnikalarının inkişaf etdirilməsi, toxum islahı işləri və yağış sularının yeni anbarlar, gölməçələrdə yığılaraq dəyərləndirilməsi nəticəsində meydana gələcək istehsal artımına diqqət çəkilmişdir.

Böhran və Çətin Illər Bitəcək

Qızıl dövrdə çox böyük bir zənginlik və rifah yaşanacaq. Ehtiyac içində olana istədiyindən qat-qat çox veriləcək, heç bir şey sayılıb ölçülməyəcək.

Peyğəmbərimiz də xüsusilə, ümmətinin son dövründə, yəni Axırzamanda müsəlmanların böyük bir bolluq içində yaşayacaqlarını xəbər vermişdir:

"…Elə bir dövr gələcək ki, o zamanda adam (ayırdığı) qızıl sədəqəsiylə (hər tərəfi) gəzəcək, sonra sədəqəsini əlindən alacaq bir kasıb adam tapılmayacaq". (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 462)

"… O dövrdə ümmətim nemətlənəcək, heyvanlar bolluq içində və ərzin nəbatını (bitkiləri, məhsulları) çox olacaq…" (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 26)

"… Şübhəsiz ki, o dövrdə mal çoxalıb su kimi axacaq, onu heç bir kim (tənəzzül edib) qəbul etməyəcək." (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 464)

Din Əsl Halına Dönəcək

Peyğəmbərimizin hədislərində Axırzamana aid bildirilən bir başqa xəbər isə, İslamdan uzaq din anlayışının tamamilə ortadan qalxmasıdır. Qızıl dövrdə Peyğəmbərimizdən sonra inkişaf edən bidətlərlə (dinimizdə olmayan, sonra dinimiz adı altında uydurmalar) dolu İslam anlayışı tamamilə düzələcək və din əsl halına dönəcək. Hədislərdə bu mövzu ilə əlaqədar olaraq, Axırzamanda ortadan qaldırılmayacaq bidətin (uydurmalar, xurafatlar) qalmayacağı və eyni ilə Peyğəmbərimiz kimi dinin zərurətlərinin yerinə yetiriləcəyi ifadə edilir. (Kıyamet Alametleri, səh. 163)

Bilindiyi kimi, Peyğəmbərimizin və səhabələrin vəfatından sonra dinimizə Quranda bildirilən hökmlərə zidd xurafatlar, ibadət formaları daxil edilmişdir, Rəsulullah adına saysız-hesabsız hədislər, hökmlər uydurulmuşdur. Bunların bir çoxu hal-hazırda yaşadığımız dövrə qədər gəlmişdir. Əsrlərdir davam edən bu müddət ərzində səmimi müsəlmanlar dinin əslini ayaqda tutmaq üçün əllərindən gələni etsələr də, bu gün İslam adına ortaya çıxan bir çox mövzunun Quranda olmadığı açıq bir həqiqətdir.

Şübhəsiz ki, nəyin dinə uyğun olub-olmadığını öyrənmək üçün müraciət edə biləcəyimiz tək qaynaq Qurandır. Buna görə Axırzamanda dinə sonradan əlavə edilmiş xurafatlar, Qurana baxılaraq (Qurana uyğun ölçü götürülərək) bir-bir tətbiqdən qaldırılacaq. Yalnız bu cür həqiqi din ortaya çıxacaq.

Qızıl dövrdə yaşanacaq çox əhəmiyyətli başqa bir hadisə isə, dinin əslinə dönməsində səmimi müsəlmanların apardıqları səyi və cəhdləridir. Bu dövrdə İslam aləmindəki ixtilaflar, ayrılıqlar ortadan qalxacaq. İslam tarixinin ən böyük alimlərindən biri olan Muhyiddin Ərəbi "Fütühatül-Məkkiyə" adlı əsərində bu haqda bu təsbiti bildirmişdir:

"... Dini Peyğəmbərin dövründə olduğu kimi eyni ilə tətbiq edəcək. Yer üzündə məzhəbləri ləğv edəcək. Xalis həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq". (Muhammed IBN Resul El Hüseyin El Berzenci, Kıyamet Alametleri, səh.186-187)

IV Hissə: Kəhf Surəsində Axirzamana Aid İşarələr

Kəhf Surəsi Peyğəmbərimizin Diqqət Çəkdiyi Bir Surədir

Kəhf surəsinin Axırzamanla əlaqəsi olduğuna dair Peyğəmbərimizin bir çox hədisləri var. Bu hədislərdən bəziləri belədir:

Nəvvas ibn Səman əl-Kilabi (r.ə)-dən belə rəvayət edilir.
"Sizdən kim Dəccala yetişsə, Kəhf surəsinin ilk ayələrini onun üzərinə oxusun. Bu surənin sonu Dəccalın fitnəsindən qurtuluşunuzdur". (Sünəni Əbu Davud, 5/121)

Əbu Ümamə əl-Bahilidən belə rəvayət edilmişdir.
"... Kim onun (Dəccalın) cəhənnəminin bəlasına uğrasa, Allahdan kömək diləsin və Kəhf surəsinin ilk ayələrini oxusun ki, atəş İbrahim (ə.s)-a sərinlik və salamatlıq gətirdiyi kimi, bu atəş də həmin insana sərinlik və salamatlıq gətirsin". (Sünen-i İbni Mace Tercemesi ve Şerhi, Haydar Hatipoğlu, Kahraman Yayınları, 10-cu cild, səh.332)

Kəhf Surəsində Bəzi Sirlər və Axırzamana Aid Işarələr Var

Hz. Məhəmməd (s.ə.v)-in müsəlmanlara, Kəhf surəsini mütləq oxumalarını tövsiyə etməsinin hikmətlərindən biri də Kəhf surəsində Axırzamana aid çox əhəmiyyətli işarələrin olmasıdır. Kəhf surəsində Axırzamanda çıxacaq olan Dəccaldan və onun yer üzünə yaymaq istədiyi dinsizlik axınlarından qorunmaq və insanlığa bəla gətirəcək bu fitnəyə qarşı mübarizə edə bilmək üçün lazımlı işarələr, həm də müsəlmanların istifadə edə biləcəyi dərslər var. Peyğəmbərimizin Axırzamanda bu surəni diqqətlə oxumağı və əzbər bilmələrini tövsiyə etməyi, bu vəziyyətə açıq bir işarədir. Eyni zamanda, Əshabi-Kəhfin inkarçı qövmlərinin arasında yaşadıqları, ardından hz. Musanın Allahın rəhmət verdiyi bir adamdan öyrəndiyi dərin elm və bunun da ardından hz. Zülqərneynin bütün dünyaya hakimiyyət quraraq İslam əxlaqını yayması üzərində düşünülməsi lazım olan mövzulardır.

Kəhf Surəsində Kəhf Əhlinin Fövqəladə Vəziyyəti Izah Edilir

Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? Bir zaman gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!" – demişdilər. (Kəhf surəsi, 9-10)

Gənclərdən ibarət olan Kəhf əhlinin yaşadıqları adi hal xaricində olan metafizik hadisələrdir. Həyatlarının hər anı möcüzəvi irəliləyişlərlə doludur. Peyğəmbərimizin hədislərində Axırzamanla əlaqəsinə diqqət çəkilən Kəhf əhlinin Quranda izah edilən bu vəziyyəti Axırzamanda da insanların fövqəladə, metafizik hadisələrlə qarşılaşa biləcəklərinə bir işarədir.

Kəhf surəsinin 10-cu ayəsində gənclərin bir yerə "sığındıqları" bildirilir. Hekayənin sonrakı ayələrindən aydın olur ki, Kəhf əhlinin mağaraya sığınmalarının səbəbi dövrün təzyiq dolu sisteminin yaratdığı mühitdir. Öz fikirlərini rahat bildirə bilməyən, doğruları izah edə bilməyən, Allahın dinini lazım olduğu kimi təbliğ etmələrinə maneə törədilən Kəhf əhli həlli bu cəmiyyətdən uzaqlaşmaqda tapmışdır.

Ancaq bu vəziyyət uzaqlaşıb gözləmək mənasında deyil. Kəhf əhli mağaraya sığınmış, etdikləri işləri Allahın asanlaşdırması, onlara rəhmətindən bəxş etməsi üçün dua etmişlər. Bir sözlə, Kəhf əhlinin mağaraya sığınmasının səbəbi yalnız gözləmək deyil, özlərini bu müddət ərzində inkişaf etdirmək olmuşdur. Axırzamanda da totalitar rejimlərin olduğu yerlərdə, təzyiq altında olan müsəlmanlar gizlənəcəklər. Bu yolla Allahın onların üzərlərindəki rəhmətini artırmasını, işlərini və dinə düşmən fikir cərəyanlarına qarşı icra etdikləri mübarizəni daha da asanlaşdırmasını ümid edəcəklər.

"Əshabi-Kəhfin Gizliliyi Müəyyən Müddətə Qədər Davam Etmişdir

Bir zaman gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!" – demişdilər. Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). (Kəhf surəsi, 11-12)

Kəhf əhlinin yaşadığı xəbər verilən bu yuxu halının səbəbi qədərə (alın yazısına) təslim olmaları, təvəkkül etmələri və hüzur ola bilər. Çünki bütün kainatı bir qədər (tale, qismət) üzrə yoxdan yaradan Allah dünyada reallaşan bütün hadisələri də müsəlmanların lehinə tənzimləyər.

İndiki vaxtda da bir qisim müsəlmanlar qəribə rəhmani yuxu içərisindədirlər. Bunun sayəsində insanları dindən uzaqlaşdırmağa çalışan materialist ideologiyaların səbəb olduğu bəlaların dəhşətindən və şiddətindən təsirlənmirlər. Bu materialist axınlar üzündən ibarət olan əxlaqi degenerasiyadan, zülm və qarışıqlıqdan təsirlənmədən Quran əxlaqını yaşamağı davam etdirirlər.

Əshabi-Kəhfin gizliliyi, ayədən də aydın olduğu kimi, müəyyən bir müddətə qədər davam etmişdir. Daha sonra Allahın təqdir etdiyi zamanda Onun diləməsiylə bu gənclər oyanmışdılar.

Öz Millətlərinə Allahın Dinini Təbliğ Etmişlər

"Cavanlardan biri o birilərinə dedi: "Bizim bu xalqımız Allahdan başqa məbudlar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! (Kəhf surəsi, 15)

Bu ayədə Kəhf əhlinin öz millətlərinə qarşı etdikləri təbliğ fəaliyyətindən bəhs edilir. Onlar öz dövrlərindəki müşriklərə Allahın dinini təbliğ etmiş, onlardan Allaha şirk qoşmaqdan imtina etmələrini istəmişlər. Həm də müşrikləri inkarlarını sübut edən bir dəlil gətirməyə dəvət etmişlər, onlar bir dəlil gətirə bilmədiklərinə görə müşriklərin yalanlarını və böhtanlarını açıqlamışlar.

Eynilə Kəhf əhlinin yaşadığı dövrdə olduğu kimi, əsrimizdə də müsəlmanlar Allahdan başqasını ilah edənlərdən dəlillər istəyirlər. Axırzamanda maddəni və təsadüfləri ilah olaraq tanıdan bütpərəst bir inanc mövcuddur, bu inanc da darvinizmdir.

Darvinizm bütün kainatın özbaşına və bütün olanların təsadüflər nəticəsində meydana gəldiyini iddia edən, təbiətdə yalnız güclü olanın həyatda qalacağı şəkildə şiddətə əsaslanan bir sistem olduğunu müdafiə edən din əleyhdarlarına aid olan bir iddiadır. Həqiqətdə Allahın sonsuz güc və qüdrəti ilə yoxdan var etdiyi cansız və canlı varlıqları, özbaşına təsadüflərin meydana gətirdiyini iddia edən darvinistlər bu iddialarıyla Allaha qarşı çox böyük bir böhtan atmışdılar.

İnkarçıların Fikir Sistemindən Tamamilə Uzaqlaşmışdılar

Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın. (Kəhf surəsi, 16)

İnkarçıların təzyiqləri nəticəsində Kəhf əhli özlərini tamamilə təcrid etmək və inkarçılardan tamamilə qopmaq məcburiyyətində qalmışlar. Mağaraya sığınmaları da bu təcrid olma vəziyyəti ifadə edir. Allah bu dövrdə Kəhf əhlinin üzərindəki nemətini yaymış, onlara bir çox mövzuda asanlıq vermişdir. Bu asanlıq və dəstəklərdən ən mühüm olanı isə iman edənlərin inkar edənlərin mənfi təsirlərindən uzaq qalmaları olmuşdur.

Kəhf Əhli Gizlənmək Məcburiyyətində Qalmışlar

Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. Onda siz heç vaxt nicat tapa bilməzsiniz!" (Kəhf surəsi, 20)

Bu ayədə "daşqalaq (daşa tutarlar)" ifadəsi ilə terrorist bir xarakter təsvir edilir. İndiki vaxtda da dinsiz ideologiyaların təsiri altında qalan insanlarda bu xarakter açıq şəkildə görünür. Məsələn, kommunist ideologiyanı mənimsəyən terroristlər vətəni qorumaq üçün canını fəda edərmiş kimi mübarizə aparan dövlət vəzifəlilərinə, polislərə və mühafizəçilərə, yalnız dövlətə olan düşmənliklərinə görə daş atırlar, hücum edirlər. Bu davranışlarındakı məqsəd isə bu kəsləri qorxutmaq, güclərini azaltmaqdır. Bu yolla kommunizm tərəfdarları öz din düşməni ideallarını reallaşdıra bilməyi, ölkələrini xaosa və qarışıqlığa sürüyərək kommunist bir sistemi hakim etməyi məqsəd qoymuşlar.

Buna görə Axırzamanda insanların dünyaya bəladan başqa bir şey gətirməyən qanlı ideologiyalardan uzaq dayanmaları, din əleyhdarı ideologiyaların təxribatlarına, təbliğlərinə aldanmamaları, təxribatçıların tərəfində olmaları olduqca əhəmiyyətlidir.

Onların Sayını Yalnız Allah və Az Sayda Adam Bilir

Bəziləri: "Onlar üçdür, dördüncüsü köpəkləridir!" – deyəcəklər. Digərləri isə "Onlar beşdir, altıncısı köpəkləridir!" – deyəcəklər. Bununla da qeyb haqqında təxmini fikir yürüdəcəklər. Bəziləri də: "Onlar yeddidir, səkkizincisi köpəkləridir!" – deyəcəklər. De: "Onların sayını Rəbbim daha yaxşı bilir. İnsanlardan bunu bilən çox azdır!" Mağara əhli barədə açıq mübahisə et (ayələrə əsaslan) və kitab əhlinin heç birindən onlar barədə bir şey soruşma! (Kəhf surəsi, 22)

Ayədə keçən "onların sayını çox az (insan) bilə bilər" ifadəsiylə Allah dərin məlumata sahib olan çox az adamın bu insanların sayını biləcəyinə işarə edir. Məsələn, bu adam hz. Xızır ola bilər. Bununla yanaşı hz. Xızırın təhsilindən keçmiş və ona tabe olmuş tələbələrinin də Allahın istəyi və bildirməsiylə bu məlumata sahib ola bilərlər. Necə ki, Quranda Allahın vəhy etməsiylə elçilərin qeyb haqqında bəzi məlumatlara sahib olduqları bildirilir.

Hz. Musa və Gənc Köməkçisinin "Iki Dənizin Birləşdiyi Yerə" Etdikləri Səfər

Bir zaman Musa öz gənc xidmətçisinə belə demişdi: "Mən iki dənizin qovuşduğu yerə çatana qədər yaxud uzun illər sərf edənə qədər səfərimə davam edəcəyəm".(Kəhf surəsi, 60)

Bu ayədə işlədilən "gənc" sözü ilə, bir iş görərkən gənc insanların da köməyindən faydalanmağa və onlarla birlikdə fəaliyyət göstərməyin əhəmiyyətli olmasına işarə edilə bilər.

Gənclərin yaşlarından irəli gələn enerjilərini, dinamikliyini, aktivliyini, güclərini, şövq və həyəcanlarını Allah rizası üçün xeyir işlərdə istifadə etməyə təşviq etmək lazımlıdır. Necə ki, ayələrdə də bu mövzuya diqqət çəkilir, hz. Musaya qövmündən iman gətirənlərin yalnız bir hisəssinin gənc olduğu bəhs edilir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil (gənclər) iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunis surəsi, 83)

Kəhf surəsinin 60-cı ayəsində diqqət çəkilən bir başqa mövzu isə hz. Musanın üzərində dayandığı görüşmə yeridir. Hz. Musa çıxdığı səfərdə bir adamla görüşməyi hədəfə almışdır və özünə bu görüşmə yerinin "iki dənizin birləşdiyi bir bölgə" olaraq bildirildiyi aydın olur. Hz. Musanın bəhs etdiyi yer də dünya üzərində bu tərifə uyğun gələn bölgələrdən hər hansı bir yerdir.

Hz. Musanın Üstün Mərhəmət və Elm Sahibi Olan Hz. Xızır Ilə Görüşməsi

Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (ledün elmi) qullarımızdan birinə rast gəldilər. (Kəhf surəsi, 65)

Allah qullarına qarşı sonsuz mərhəmət sahibidir, Rəhman və Rəhimdir. Hz. Musanın görüşmək üçün yola çıxdığı hz. Xızır isə Allahın ona rəhmət verdiyi bir adamdır. Yəni Allahın Rəhman və Rəhim sifəti ilə hz. Xızırda təcəlli edər. Allah hz. Xızıra Öz qatından üstün bir elm vermiş və onu üstün bir qul etmişdir.

Kəhf Surəsində Hz. Zülqərneyn Haqqında Əhəmiyyətli Məlumatlar Verilmişdir

(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar. De: "Onun barəsində sizə bir hekayə (öyüd, xatırlatma, bəzi xəbərlər) danışacam!" (Kəhf surəsi, 83)

Ayədə keçən "öyüd və xatırlatma" ifadəsi çox əhəmiyyət kəsb edir. Çünki tarix boyu hz. Zülqərneyn hekayəsi müxtəlif şərhçilər tərəfindən çox müxtəlif formalarda şərh olunmuşdur.

Ancaq Allah Quranda hz. Zülqərneyn hekayəsi haqqında ilk ayəsində bu hekayənin tərəflərinin hikmətlərindən bəzilərini bizlərə açıq şəkildə bildirir. Möminlərə bir xatırlatma, öyüd vermə və hikmət bildirmə...

Hz. Zülqərneyn Güclü Bir Iqtidara və Üstün Bir Elmə Malikdir

Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik. O, yer üzündə gəzib dolaşmaq üçün səfərə çıxdı. (Kəhf surəsi, 84-85)

Ayələrdən hz. Zülqərneynin ölkəsində problemlərin yaşanmadığı, iqtidarının çox möhkəm, ağıllı və güclü olduğu aydın olur.

Allah ayədə keçən "hər şeyin yolunu ona öyrətdik" ifadəsiylə hz. Zülqərneynə hər şeyə həll və əlac tapma gücü verdiyinə diqqət çəkir. Hz. Zülqərneyn çox ağıllı, fərasətli və bəsirət sahibi bir mömindir. Allahın verdiyi bu üstün xüsusiyyətlər sayəsində kompleks kimi görünən hər cür problemi dərhal həll edə bilir, əksiklikləri (problemləri) aradan qaldırır.

Hz. Zülqərneyn Yalnız Bir Dövlət Adamı və Hakim Deyil, Eyni Zamanda Bir Mürşiddir

O belə dedi: "Zülm (küfr) edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir!

İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!" (Onu Allaha yaxınlaşdırmaq üçün bacardığımız hər şeyi - oruc, namaz, zəkat, cihad və s. öyrədəcək, gücü çatmayan bir işi isə görməyə vadar etməyəcəyik). (Kəhf surəsi, 87-88)

Hz. Zülqərneyn hər sözündə, danışıqlarında dərhal Allahı və axirət gününü xatırladır, yəni onlarla müsəlmancasına danışır. Ayələrdə keçən ifadələrdən hz. Zülqərneynin müsəlman bir idarəçi, dövlətinin isə müsəlman bir dövlət olduğu, tabeliyində olan insanlara elm öyrətdiyi, onlara Allahın razılığına uyğun tərzdə hökm etdiyi açıq şəkildə görünür.

Hz. Zülqərneyn qarşılaşdığı cəmiyyəti (topluluğu) dərhal Allaha iman etməyə, səmimiyyətə, Quranda bildirilən saleh əməlləri, ibadətləri yerinə yetirməyə dəvət edir. Bu insanları təşviq etmək üçün dünya və axirət həyatındakı qarşılığa diqqət çəkir, bu yolla onları hidayətə çağırır.

Hz. Zülqərneyn Özündən Kömək Istənilən Bir Liderdir

Onlar (tərcüməçi vasitəsiylə) dedilər: "Ey Zülqərneyn! Yəcuc və Məcuc bu ərazidə fitnə-fəsad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (vergi) versək olarmı?" (Kəhf surəsi, 94)

Yəcüc və Məcücün apardıqları təxribatlarına görə çətin vəziyyətdə olan bu qövm hz. Zülqərneyndən onlara kömək etməyi istəyirlər, bu köməyin qarşılığında da ona vergi verməyi təklif edirlər. Buradan hz. Zülqərneynin tək başına bir adam olmadığı, bir dövləti idarə etdiyi aydın olur. Eynilə hz. Süleyman kimi hz. Zülqərneyn də dövlət gücünə və əsgəri (ordu) gücünə malikdir.

Ayədə işarə edilən bir başqa mövzu da hz. Zülqərneynin yanında dil mütəxəssisləri kimi memar və abadlıq haqqında da anlayan bir qrup olmasıdır. Hz. Zülqərneynin bu işlərlə də maraqlandığı, memarlığı və abadlıq texnologiyasını yaxşı bildiyi də göstərdiyi köməkdən bəlli olur. Hətta bu mövzulardakı məlumatı ilə tanındığı, məşhur olduğuna da ayələrdə işarə edilir. Onun bu sahədə məşhur olduğuna görə digər dövlətlər ondan kömək istəyirlər. Bütün bu xüsusiyyətləri hz. Zülqərneynin dövlətinin gücünü və böyüklüyünü anlamaq üçün bir dəlildir.

Hz. Zülqərneynin həm qərb tərəfdə, həm də şərq tərəfdə belə böyük hörmət görməsi və təsirli olması, onun dünyaya hakim bir dövlətin başında olduğunun göstəricisidir. Buna görə, ayələrdən onun yer üzünə sülh, ədalət və əmin-amanlıq gətirməklə məsul bir lider olduğunu anlayırıq. Özünü yalnız öz ölkəsindən deyil, dünyanın hər bölgəsindən məsul olduğunu hiss edir.

Hz. Zülqərneyn hekayəsi ilə Axırzamanda İslam əxlaqının da eyni hz. Zülqərneyn kimi bütün dünyaya hakim olacağına işarə edilir.

Hz. Zülqərneyn hekayəsi haqqında müxtəlif şərhlər:

Hz. Zülqərneyn hekayəsi haqqında ağıla gələn bir başqa ehtimal da, bu hekayənin gələcəkdə reallaşacaq hadisələri izah etməsidir.

Allah qatında zaman təkdir, gələcək, keçmiş və indi tək bir anda yaşanır. Necə ki, Quranın bəzi ayələrində qiyamət günündə, cənnətdə və cəhənnəmdə baş verəcək hər bir incəlik reallaşmış və nəticələnmiş hadisələr olaraq bizlərə izah edilir. Bu ayələrdən biri belədir:

Sur çalındı; beləcə Allahın dilədikləri xaricində, göylərdə və yerdə olanlar çarpılıb-yıxıldı (öldülər). Sonra bir daha ona üfürüldü, artıq onlar ayağa qalxmış vəziyyətdə müşahidə edirlər. (Zumər surəsi, 68)

Göründüyü kimi, ayədə bildirilən hadisələr keçmişdə olmuş bitmiş hadisələr kimi izah edilir. Halbuki, bunların hamısı bizim üçün gələcəkdədir, hələ reallaşmamışdır. Buna görə hz. Zülqərneyn hekayəsi də gələcəyə dair bir hadisə olub, bizə keçmiş zaman olaraq izah edilir.

Allah Kəhf surəsinin 84-cü ayəsində hz. Zülqərneyn üçün "... ona hər şeydən bir yol (səbəb) verdik" deyə buyurmuşdur. Burada hz. Zülqərneynin gələcəkdə dünyanın hər yerinə hakim, böyük bir gücə sahib olacağına işarə edilmişdir.

İndiki vaxtda bir ölkənin, ya da bir liderin dünya hakimiyyətindən danışmaq üçün bu ölkənin maddi gücü ilə yanaşı, ünsiyyət texnologiyasına da sahib olması lazımdır. Bir liderin bölgə-bölgə gəzib, ölkələrə nəzarət etməsi mümkün deyil. Buna görə liderin mərkəzi bir paytaxtda olub, digər bölgələri isə peyk və müxtəlif ünsiyyət vasitələriylə idarə etməyi daha məqsədə uyğundur. Necə ki, Kəhf surəsinin 95-ci ayəsində keçən "Rəbbimin, məni, özündə möhkəm bir iqtidarla məskun etdiyi (güc, nemət və imkan), daha xeyirlidir..." ifadəsiylə hz. Zülqərneynin bir nizama sahib olduğuna işarə edilir.

Hekayəni bu istiqamətdə araşdırdığımızda, hər ayənin fərqli bir işarəsi ola biləcəyini görərik. Məsələn, hz. Zülqərneynin əvvəl qərbə, sonra şərqə getdiyi, daha sonra da geriyə döndüyü bildirilir. Bu ayələrdə peyk (dalğa) kanalların dəyişdirilməsinə, yanında peyk, dalğa kanalları dəyişdirdikcə hz. Zülqərneynin fərqli bir bölgə ilə ünsiyyət qurduğuna işarə edilir. Ayələrdə davamlı olaraq nəyisə tapmağa diqqət çəkilir. Hz. Zülqərneynin "hücrə"nin yanında bir qövm"tapdığından", şərq tərəfdə söz başa düşməyən bir qövm "tapdığından" bəhs edilir. Bu "tapmalar" bir axtarış nəticəsində meydana gəlir və peyk (dalğa) kanallarında aparılan bir "axtarışa" işarə edilə bilər. Allahu aləm

Ayələrdə şərq tərəfdəki xalq üçün "günəşi özlərinə sipər etməmiş" deyilir. Əgər bu məlumatları ünsiyyət texnologiyasını göz qabağına gətirərək analiz etsək, burada iki müxtəlif işarə olduğunu anlayarıq. Hz. Zülqərneyn peyk vasitəsilə bu bölgələri və onları izləyə bilir. (Doğrusunu Allah bilir) Həm də bu ifadə ilə Axırzamanda bir çox sahədə istifadə edilən kamera texnologiyasına da işarə edilə bilər. İndiki vaxtda kameralar, ədalətli işlərdə, meteorologiya, kriminaloji, kəşfiyyat, sənaye kimi bir çox sahədə istifadə edilir. İnsan vücudu da bu kameralar vasitəsilə bütün təfərrüatlarıyla araşdırıla bilir.

Ayələrdə hz. Zülqərneynin xitab etdiyi bildirilən qövm isə, onlarla peyk vasitəçiliyi ilə və televiziya kanalı vasitəsi ilə ünsiyyət qura bilir. Bu şəkildə dünyanın hər yerindəki insanların şikayətlərini və ehtiyaclarını öyrənib daha sonra hakim olduğu bu bölgələri qərargahından təlimatla idarə edə bilir.

Ayələrdə keçən Yəcüc və Məcücün təxribatçılığı klassik mənada bir terror ya da, anarxiya hadisəsi ola biləcəyi kimi, dalğa (yayın) vasitəsilə edilən bir təxribatçılıq da ola bilər. Digər yayımlara maneə törədib yalnız özləri təxribat məqsədli bir yayın etməsi də ola bilər. Hz. Zülqərneyn də bu yayına fərqli üsullarla maneə törətmiş, beləliklə, təxribatçılığın qarşısını ala bilirlər. Məsələn, ayədə danışılan dəmir və misi istifadə edərək, bir elektromaqnit sahə meydana gətirmiş, bu şəkildə radio və televiziya verilişlərini poza bilər. Necə ki, elektromaqnit qaynaqlardan biri olan trafo, dəmir ətrafına mis sarılaraq əldə edilir. Çünki bu elektromaqnit sahə çox güclü olanda radio və televiziya verilişlərini poza bilir.

Bir başqa ehtimal isə çox böyük, kütləvi bir peyk antenası istehsalına işarə edilə bilər. Antenanın böyük olmağının səbəbi isə Yəcüc və Məcücün yer üzündəki bütün dalğaları nasaz hala gətirən, pozucu təsirinin qarşısını almaq üçün ola bilər. Antenaların səthləri, ümumiyyətlə, daha ucuz və yüngül olan alüminiumdan ibarətdir. Ancaq antenanın keçiriciliyini artıra bilən ən ideal vəsait əslində alüminium deyil. Mis çox ideal bir keçiricidir. Bu cəhətdən, mis seçilmiş ola bilər. Ancaq bu qədər böyük bir antenanın mislərlə örtülməsi də ağlasığmazdır. Bunun yerinə antenanın səthi əridilmiş mislə örtülsə, həm davamlı olar, həm də tək parça hamar bir səth əldə edilərək antenanın olduqca ən yüksək səviyyədə işləməsi ilə reallaşdırılar.

Əleyhdar dalğa yolu ilə də elektromaqnit sahə meydana gətirərək əldə edilən bu dalğanı, görünməz bir əngəl olaraq da bildirmək olar. Necə ki, bəzi İslam alimləri Kəhf surəsinin 93-cü ayəsində keçən ifadəni "səddeyn" deyil, "süddeyn", Kəhf surəsinin 94-cü ayəsində keçən ifadəni isə "sədd" deyil, "südd" şəklində oxuyarlar. Əgər "sədd" kimi oxunsa, bu "gözlə görünən maneə" mənasını verir, "südd" kimi oxunsa, "gözlə görünməyən maneə" mənasını verir. (Doğrusunu Allah bilir).

Ayədə keçən "Beləliklə, nə onu aşa bildilər, nə onu deşməyə güc çatdıra bildilər" (Kəhf surəsi, 97) ifadə də buna işarə edə bilər. Çünki bu böyük antenanın dalğalarına maneə törətmək istəyən Yəcüc və Məcücün ya bu dalğanın üzərinə çıxa bilmələri, ya da bu dalğanı deşmələri lazımdır. Beynəlxalq ədəbiyyatda quldur, pirat (xaker) dalğaya daxil olub, qeyri-qanuni yayın etməsini də "yayımı kəsmək" kimi adlandırmaq olar.

Bu şərhi əsas götürsək, "dərhal heç bir söz anlamayan" izahı da edən peyk dalğaları, bəzi dövrlərdə qavraya bilməyən bir qövmə də işarə edilə bilər. Bu qövm dalğanın pozulduğu zaman sözü anlaya bilmir, sonra dalğa düzələndə də məqbul olaraq dərhal qavramağa başlayır (Doğrusunu Allah bilir).

Kəhf surəsinin 86-cı ayəsində keçən "... quru palçıqlı bir çeşmə" ifadəsi də diqqət çəkir. Çünki normal bir televiziya ekranında günəşin batması kiçik bir su çeşməsində batması kimidir. Televiziyada görüntülərinin rəngi dəyişər və dəniz səthindəki bir batış ekranda bozlaşacağı üçün xaricdən bu görünüşü izləyən bir adam üçün günəş lehməli bir çeşmədə batmış kimi görünər. "Aynin hamiyə" ifadəsində keçən "ayn"- göz və "hamiyə"-bulanıq sözlərinin bu mənaları da gözə və televiziyadakı görünüşün bulanıqlığına işarə edə bilər.

Həmçinin, həm qərb, həm də şərq tərəfi ilə ünsiyyətdə olması, bir tərəfdə günəş doğularkən digər tərəfdə günəş batması da dünyanın müxtəlif bölgələri ilə əlaqə qurulmasına da işarə edir.

Kəhf surəsindəki bəzi ayələrin Əbcəd hesabının verdiyi tarix (ayələrin hərf və sayı ilə hesablama) günümüzə yaxın zamanlara işarə edir.

Onların qəlbinə (səbir, mətanət) qüvvət verdik. (Kəhf surəsi, 14)

Əbcəd hesabı hicri 1400 miladi 1979-cu ili verir.

"Rəbbimin mənə verəcəyi qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən daha yaxşıdır...(Kəhf surəsi, 95)

Əbcəd hesabı hicri 1409, miladi 1988-ci ili verir (Şəddəsiz)

Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik... (Kəhf surəsi, 84)

Əbcəd hesabı hicri 1440, miladi 2019-cu ili verir (şəddəli).

Kəhf surəsində hicri XIV əsrin əvvəlinə, yəni miladi təqvimi ilə XX əsrin sonu və XXI əsrin əvvəlinə uyğun gəlir, işarə edən rəqəmi isə Kəhf surəsinin sıra nömrəsi ilə ayə sayının hasilindən alınır, bu da 1980 rəqəmidir. Bu rəqəm hicri XIV əsrin əvvəlinə işarə edir.

18-ci surə Kəhf surəsi 110 ayə 18 X 110 = 1980

Bədiüzzaman Səid Nursi də bir çox sözündə Axırzamanın başlanğıcı olaraq eyni tarixlərə işarə etmişdir. Məsələn, bir sözü bu şəkildədir:

"Məhz bu həqiqəti bilməyən insafsız insanlar deyərlər ki: "Axirətin təfsilatını dərs alan gözüaçıq, iti nəzərli olan səhabələrin fikirləri nə üçün min il həqiqətdən uzaq olaraq, fikirləri düşmüş kimi, gələcək dünyada 1400 il sonra gələcək bir həqiqəti əsrlərində qərib zənn etmişlər?"

Ustad burada səhabələrin yaşadığı dövrdən 1400 il sonrasından bəhs edərək Axırzamanın 1980-ci illərə qədəm qoyacağına işarə etmişdir. Burada nə 1373, nə 1378, nə də 1398 deyilməmişdir, tam 1400 deyilmişdir. Yəni hicri XIV.

Kəhf surəsi iman edənlər üçün çox əhəmiyyətli bir müjdə verir. Bu müjdə, Peyğəmbərimizin də hədislərində bildirdiyi müqəddəs bir dövr olan Axırzamanın yaxınlaşmasıdır. Kəhf surəsi bu cəhətdən İslamın Axırzamanda keçirəcəyi başlanğıc, inkişaf və hz. İsanın gəlişi ilə yanaşı nəticələnəcək olan hakimiyyət dövrlərinə işarə edir.

V Hissə: Həzrəti Süleyman

Hz. Süleymana O Günə Qədər Bənzəri Görünməmiş Bir Mülk Verilmişdir

O dedi: "Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxş edənsən. (Sad surəsi, 35)

Yuxarıdakı ayədə xəbər verilən hz. Süleymanın duasına Allah razılıq vermiş və onu Öz qatından çox böyük nemətlərlə və üstün elmlərlə dəstəkləmiş, ona heç kimin çata bilməyəcəyi bir mülk, görkəmli bir səltənət, bənzəri olmayan bir hakimiyyət vermişdir. Hz. Süleymanın həyatından bəzi hekayələrin verildiyi ayələrdə bu zənginlikdən, güc və iqtidardan, sahib olduğu elmləri istifadə etməyindən bir çox təfərrüatlar verilir.

Hz. Süleymana Quşların Danışıq Dili Öyrədilmişdir

Allah hz. Süleymana quşların danışıq dilini öyrətmiş və bu üstün elm sayəsində ordusunda quşlardan ibarət olan bir bölmə yaratmışdır. Hz. Süleyman bu vasitə ilə quşlarla əlaqə qurmuş, onlara dilədiyi şəkildə hökm edə bilmişdir. Bu vəziyyət tamamilə Allahın hz. Süleymana olan rəhmətinin bir nəticəsidir.

... Ey insanlar, bizə quşların danışma dili öyrədildi və bizə hər şeydən (bol bir nemət) verildi. Həqiqətən bu, açıq-aşkar bir lütfdür. (Nəml surəsi, 16)

Hz. Süleyman hekayəsindəki bu barədə bəzi əhəmiyyətli nəticələri vardır:

◉ Quşların digər insanların eşidə bilmədiyi xüsusi bir dalğada, özlərinə xas bir danışıqları vardır. Hz. Süleymana bu xüsusi kanalda danışığı anlaya biləcək bir elm verilmişdir. Bu, texnoloji bir imkanla da ola bilər.

◉ Süleyman peyğəmbər quşların bu fərqli dalğadakı səsli ünsiyyətini başa düşməsi sayəsində onlara müxtəlif əmrlər vermiş, quşlar da onun bu əmrlərini yerinə yetirmişdirlər (Doğrusunu Allah bilir).

◉ Hz. Süleyman quşları bəzən xəbər aparıb-gətirməkdə, bəzən də kəşfiyyat üçün istifadə etmiş və bu şəkildə çox əhəmiyyətli nəticələr əldə etmişdir. Bu elm onun digər ölkələrlə əlaqə qurmasını asanlaşdırmış, çox uzaq bölgələrə rahatlıqla çatmasına imkan yaratmışdır (Doğrusunu Allah bilir).

◉ Bu ayə ilə Axırzamanda buna oxşar olan üstün bir texnologiyanın istifadə ediləcəyinə diqqət çəkilir. Bu hekayədə keçən quşlarla, bildiyimiz quşlara deyil, bu gün istifadə edilən pilotsuz təyyarələrə də işarə edilə bilər.

◉ Bunların xaricində hz. Süleyman digər ölkələr və düşmənləri haqqında kəşfiyyat əldə etmək üçün quşlara ötürücü yerləşdirmiş, bu şəkildə həm görünüş, həm də səs qeydi əldə etmiş, əldə etdiyi qeydləri ölkəsinin rəhbərliyində müxtəlif şəkillərdə istifadə etmiş ola bilər.

◉ Hz. Süleymanın cinlər və şeytanlar üzərində böyük bir hakimiyyəti olduğu bildirilmişdir. Allah Səba surəsinin 12-ci ayəsində "... Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi..." deyə bildirir. Ənbiya surəsinin 82-ci ayəsində isə "... Onun üçün şeytanlardan dənizdə dalğıclıq (qəvvaşlıq) edən və bundan başqa işlər (ev tikənləri, mehrab düzəldənləri) görənləri də (onun əmrinə verdik)..." deyə buyrulmuşdur. Bunları dərindən fikirləşəndə buradakı quşlardan qəsd, quş görünüşündəki cinlərdən meydana gələn bir ordu ola bilər.

◉ Bir başqa ehtimal isə ayədə danışılan quşların cinlər vasitəsiylə istiqamətləndirilə bilməsidir və Süleyman peyğəmbər də cinlər vasitəsiylə quşlara istədiyi bütün işləri gördürə bilər.

◉ Quran Allahın qiyamətə qədər bütün insanlar üçün etibarlı kitabıdır. Buna görə hz. Süleyman hekayəsində izah edilən hadisələrin bənzərləri Axırzamanda da yaşana bilər. Bu ayələr Allahın cinləri və şeytanları Axırzamanda da insanların xidmətinə verəcəyinə işarə edə bilər. Yenə bu hekayədə işarəvi mənada diqqət çəkilən yüksək texnologiyadan, Axırzamandakı insanların çox sıx olaraq istifadə edəcəyinə diqqət çəkilir (Doğrusunu Allah bilir).

Hz. Süleymanın Dişi Qarışqanı Başa Düşməsi

Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!" (Nəml surəsi, 19)

◉ Hz. Süleymanın qarışqaların öz aralarındakı söhbətlərini eşitməsində də Axırzamanda kompyuter texnologiyasında yaşanacaq irəliləyişlərə dair bəzi diqqətçəkici işarələr ola bilər.

◉ İndiki dövrdə "Silikon Vadisi" termini texnoloji dünyasının mərkəzini ifadə edir. Hz. Süleyman hekayəsində də bir qarışqa vadisindən bəhs edilməsi olduqca mənalıdır. Allah bu ayə ilə Axırzamanda yaşanacaq inkişaf etmiş bir texnologiyaya diqqət çəkir (Doğrusunu Allah bilir).

◉ Həm də indiki vaxtda qarışqalar və bəzi böcək növləri yüksək texnologiya sahəsində sıx olaraq istifadə edilir. Bu canlılardan nümunə götürülərək inkişaf etdirilən robot proyektləri, müdafiə etmə sənayəsindən texnologiya sahəsinə qədər bir çox sahədə xidmət etməyi məqsəd qoymuşdur. Ayədə bu inkişaflara da işarə ola bilər.

Axırzamana Aid Müjdələr

Hz. Süleymanın və hz. Zülqərneynin yaşadıqları dövrlərdə reallaşmış olan bu dünya hakimiyyəti bütün müsəlmanlar üçün çox böyük bir müjdədir. Çünki bu hekayələrdə Axırzamana aid əhəmiyyətli işarələr var.

Allahın sərhədlərini ciddi şəkildə, səliqə ilə qoruyan, İslam əxlaqını dünya üzərində hakim etmək üçün ciddi bir səy sərf edən və heç bir çətinlik qarşısında əyilməyən müsəlmanlar, tarixin hər dövründə mütləq qalib gələcəklər. Allahın köməyi və dəstəyi mütləq onların üzərində olacaq. Hz. Süleyman və hz. Zülqərneyn yuxarıda sadaladığımız xüsusiyyətlərin dünyadakı qarşılığını güclü bir hakimiyyətlə (və əlbəttə Allahın digər bir çox mənəvi lütfü ilə) almışlar. Axırzamanda eyni hakimiyyət Allahın izniylə mütləq reallaşacaq.

İslam əxlaqının bu böyük hakimiyyəti, əvvəl də vurğuladığımız kimi, Peyğəmbərimizin bəzi hədislərində hz. Süleyman və hz. Zülqərneynin dünya hakimiyyətlərinə bənzədilərək təsvir edilmişdir. Bunlardan bəziləri belədir:

Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiy-il Muntazar, səh. 29)

Bütünlüklə yer üzünün Məliki dörd nəfərdir. Onların ikisi: möminlərdən olan Zülqərneyn və Süleyman, digər ikisi kafirlərdən olan Nəmrud və Buhtunnasrdır. Yerə beşinci olaraq Əhli-Beytimdən biri sahib olacaq. Yəni Mehdi. (Mektubat-ı Rabbani, 2/1163)

Mehdinin Çıxışından Əvvəlki Vəziyyət

Axırzamanda ümmətimin başına sultanlarından şiddətli bəlalar gələr, belə ki, yerləri müsəlmanlara dar gələr. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 12)

Bu hədis Mehdi gəlməmişdən əvvəl bəzi müsəlman ölkələrində din əxlaqından uzaq, zalım, mərhəmətsiz xarakterli və ya bacarıqsız insanların iqtidarda olacağına işarə edir. Həqiqətən də, bu gün İslam dünyasının bir hissəsində iqtidarda olan idarəçilər müsəlman xalqına əziyyət verir, təzyiqçi və despot rejimləri ilə insanlara əziyyət verirlər. Bir qismində isə əhil (layiq olmayan) olmayan idarəçilərə görə xalq müxtəlif bəlalara məruz qalır. İraq, Liviya, Suriya, Somali, Efiopiya, Əfqanıstan, Tunis və Cibuti kimi ölkələr başda olmaqla, müsəlmanlar ölkə rəhbərliyindəki liderlər tərəfindən təzyiq altına alınır, müxtəlif təzyiq və çətinliklərə məruz qalırlar. Müsəlmanların dinlərini azad yaşamaları və ibadətlərini yerinə yetirmələrinə mane törədilir, iqtisadi çətinliklər həyatı çətinləşdirir.

◉ Tozlu, tüstülü (dumanlı), qaranlıq bir fitnə görünəcək, bunu digərləri izləyəcək... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 26)

Fitnə-insanın ağıl və ürəyini birbaşa haqq və həqiqətdən çəkindirən, döyüş, azdırma, qarışıqlıq, ixtilaf, ixtişaş-kimi mənalar verən bir sözdür. 15 hədisdə bu fitnənin ardınca toz və tüstü buraxacağı ifadə edilir. Həm də bu fitnənin qaranlıq kimi xarakterizə edilməsi, haradan gəldiyi müəyyən olmayan, ümid edilməyən bir hadisə olduğuna işarə edilə bilər.

Bu nöqteyi-nəzərdən baxıldıqda hədisin əsas mövzusu, 11 sentyabr 2001-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu York və Vaşinqton şəhərlərində baş verən dünya tarixinin ən böyük terror hadisəsi olaraq xarakterizə edilən hücuma işarə etməsi ola bilər. Televiziya ekranlarında və qəzetlərdə də bildirildiyi kimi, bu iki böyük terror hadisəsinin ardınca böyük bir toz buludu və tüstü ətrafı bürüyüb əhatə etmişdir...

... Bu hadisə həm dünya tarixinin ən böyük terror hücumlarından biri, həm digər əlamətlərə yaxın dövrlərdə baş verməsi, həm də, hədisdə edilən tərifə bənzər xüsusiyyətlər daşıdığına görə olduqca əhəmiyyət kəsb edir. Buna görə minlərlə günahsız insanın ölümünə və yaralanmasına səbəb olan bu insanlıq tarixinin ən elmi terroru hədisdə xəbər verilən və Mehdinin çıxışının bir əlaməti olaraq bildirilən tozlu tüstü, qaranlıq fitnə ola bilər.

◉ Mehdidən əvvəl məşhur qırğınların baş verəcəyi böyük bir fitnə görünəcək. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 37)

Peyğəmbərimizin Mehdinin gəlişi ilə əlaqədar bildirdiyi hədislərin böyük bir hissəsində Mehdi çıxmamışdan əvvəl dünyada qarışıqlıq, etibarsızlıq və narahatlıqların hakim olacağından bəhs edilir. Döyüşlər və iğtişaşlarla yanaşı, toplu qırğınların yaşanacağı da bu dövrün diqqətə çarpan xüsusiyyətlərindən biridir. Həm də hədisdə qırğınların məşhur olacağına, yəni bütün dünya səviyyəsində yaşanacağına diqqət çəkilir.

Keçdiyimiz əsrdə iki böyük dünya müharibəsi yaşanmış və sırf bu döyüşlərdə 65 milyon insan həlak olmuşdur. XX əsrdə siyasi səbəblərlə qətlə yetirilən vətəndaşların sayının 180 milyonu keçdiyi təxmin edilir. Bu əvvəlki əsrlərlə müqayisə edildikdə fövqəladə dərəcədə olan yüksək bir rəqəmdir.

◉ Günahsız insanlar qətl edilməyincə Mehdi çıxmayacaq və baş verən qırğınlara yerdəkilər və göydəkilər artıq dözülməz bir hala gələndə zühur edəcək...(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 37)

Mehdinin çıxışı ilə əlaqədar hədislərdə qırğınların yayılmasından bəhs edilərkən, bu qırğınların günahsız insanları hədəf alacağına xüsusilə diqqət çəkmişdir. Əvvəllər də anladığımız kimi, indiki vaxtda demək olar bütün döyüşlərdə, müharibələrdə əsl hədəf sivil xalq olur. Qırğınlar da əslində, vətəndaş və günahsız xalqa istiqamətli olaraq reallaşdırılır. Qətl edilənlərin əksəriyyəti uşaqlar, yaşlılar və qadınlardır. Xüsusilə, özlərini müdafiə etmə imkanı olmayan bu insanların seçilməsi qırğınların miqyasının böyüməsinə, həyatlarını itirən insanların sayının çoxalmasına səbəb olur.

Terrorizmin məqsədi xalq arasında qorxu və dəhşəti yaymaq olduğuna görə bu cür hücumların əsl yönəldiyi seqment əksər hallarda xalqdır.

◉ Heç bir tərəfin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 21-22)

"Fitnə" sözü isə əvvəl də ifadə edildiyi kimi "döyüş, qarışıqlıq, müharibə, ixtilaf" kimi mənaları ifadə edir. Sözün bu mənalarını fikirləşdikdə, xüsusilə, son bir əsrdir, hədisdə də ifadə edildiyi kimi qaldığı yerdən dərhal başqa bir tərəfə yayılan döyüşlər, daxili qarşıdurmalar, qarışıqlıqlar dünyanın dörd bir tərəfində bitib tükənmədən davam edir. Xüsusilə, geridə buraxdığımız XX əsr "Döyüşlər Əsri" olaraq xatırlanır. Hal-hazırda yaşadığımız XXI əsr isə döyüşlər və terror hadisələri ilə başlamışdır və hələ də bunlar dünyanın dörd bir tərəfində davam edir.

◉ İnsanların ümidsiz olduğu və "heç Mehdi filan yoxmuş" dediyi bir dövrdə Allah Mehdini göndərər... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 55)

Yuxarıdakı hədisdə Qızıl dövr əlamətlərindən birinin insanların "Mehdinin gəlməyəcəyini", bir ümidsizliyə qapılmaları olduğu bildirilir.

Axırzamanda döyüşlərlə, yoxsulluqla, aclıqla, ədalətsizliklərlə, əxlaqi çöküşlə və müxtəlif epidemiya xəstəliklərlə dolu yaşayan insanlar bütün bu mənfiliklərin ortadan qalxa biləcəyinə dair inamlarını itirərlər. Müsəlmanlar arasında da bir çox adam Qızıl dövrün başlayıb İslam əxlaqının dünya üzərində hakim olacağı istiqamətindəki ümidlərini itirər və fitnələrin artaraq davam edəcəyinə inanar.

Necə ki, indiki vaxtda da bu ruh halının nümunələri tez-tez görünür. Peyğəmbərimizin Mehdinin gəlişi və Qızıl dövrdə yaşanacaq gözəlliklərlə əlaqədar çoxlu sayda hədisi olmasına baxmayaraq, bir çox adam belə bir dövrün yaşanmayacağını zənn edir. Məhz bu zənn də, Axırzaman əlamətlərindən biridir. Qızıl dövr, bu ümidsizlik halının insanlar arasında yayıldığı bir zamanda Allahın insanlara olan rəhməti sayəsində başlayacaq.

◉ İnsanlar 95-ci ilə qədər malik olacaq, yəni işləri yaxşı gedəcək, 97 və ya 99-cu illərdə isə mülkləri zail olacaq... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 54)

Hədisdəki "95-ci il" şəklindəki ifadə ilə 1995-ci ilə diqqət çəkilir. 1995-ci ili insanların nisbətən daha mürəffəh (bolluq içində) bir həyat sürdükləri, həyat şərtlərinin çox çətinləşmədiyi bir dövrdür. Necə ki, hədisdə bu il içində "işlərin yaxşı gedəcəyi" xəbər verilmişdir. Yəni bu dövrdə insanlar həyatlarını davam etdirə biləcək bir gəlirə sahibdirlər və hələ mülk əldə edə biləcək qədər zəngindirlər. Lakin 1997-1999-cu illər iqtisadiyyatın çox pisləşdiyi, kasıblığın və yoxsulluğun artdığı bir dövrdür. Bu illər arasında malın və mülkün dəyəri qalmayacaq. İndiki vaxtda Argentina nümunə kimi bu hadisə reallaşmışdır və hələ də şiddətlə davam edir.

◉ Ondan əvvəl Şam və Misir məlikləri öldürüləcək... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 49)

Misirin yaxın tarixi araşdırılanda hədisdə də ifadə edildiyi kimi bir məlikin öldürüldüyü görünür. 1970-ci ildə Misirin başına keçən və 11 il iqtidarda qalan Ənvər Sədat olmuşdur.

Ənvər Sədat 1981-ci ildə bir rəsmi keçid əsnasında müxalifləri tərəfindən təşkil edilən bir sui-qəsd nəticəsində həyatını itirmişdir. Misir tarixində öldürülən idarəçilərdən digərləri də, 1910-cu ildə sui-qəsdə məruz qalan baş nazir Boutros Qali, 1945-ci ildə öldürülən Misir baş naziri Əhməd Mahir Paşa və 1948-də yenə bir sui-qəsd nəticəsində öldürülən Misir baş naziri Mahmud Nukrasi Paşadır.

"Şam" sözü isə yalnız Suriyadakı Şam şəhərini bildirmir. "Şam" sözünün ərəbcə leksik mənası "sol" deməkdir və keçmiş zamandan bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin olduğu bölgə) sol tərəfində qalan ölkələri ifadə edir. 19 Şam bölgəsi idarəçilərindən də sui-qəsdə uğrayan çoxlu sayda adam olmuşdur. Bunlardan bir neçəsi belədir;

1920-ci ildə öldürülən Suriyanın köhnə respublika başçısı Salah Al-Deyən Beetar

1921-ci ildə öldürülən Suriya baş naziri Droubi Paşa

1949-cu ildə sui-qəsdə uğrayan Suriya Baş naziri Muhsin al-Barazi

1951-ci ildə öldürülən İordaniya kralı Abdullah

1982-ci ildə bombalı sui-qəsdə uğrayan Livanda Falanjist lideri Bəşir Cemayel...

Mehdi Dövrünün Hz. Süleyman və Hz. Zülqərneyn Dövrləri Ilə Olan Oxşarlıqları

Mehdilik hz. Süleymanın və hz. Zülqərneynin üstün əxlaqlarının Axırzamanda yenidən daha dəyişik və geniş bir zəmində yaşanmasıdır. Hz. Süleymanın və hz. Zülqərneynin şəxsi mənəviyyatları, ruhları, məntiqləri, ağıl təcəlliləri, ictimai təcəlliləri Axırzamanda özünü göstərəcək.

Hz. Süleyman, hz. Zülqərneyn və Mehdi dövrləri İslamın, gözəl əxlaqın yer üzündə yayılmış formada yaşanmasıdır. Hər üçü də Allahın bəyəndiyi dövrlərdir. Quranda və Peyğəmbərimizin hədislərində bildirilən Buhtunnasr (Beytül-Müqəddəsi yıxan və 70.000 yəhudini öldürüyü söylənən Babil kralının adı), Nəmrud (hz.İbrahim (ə.s)-ı odun içinə atan və ona qarşı çıxan bir hökmdar) və Firon dövrləri isə şeytaniyyətin və imansızlığın hakim olduğu dövrlərdir. Bu dövrlərin dərhal ardınca Allah necə İslam əxlaqını hakim etdisə, Axırzamanda, yəni dünyanın son dövrlərində də Rəbbimiz İslam əxlaqının hakim olduğu bir dövrü qullarına yaşadacaq. Məhz bu Qızıl dövrdür.

Bu dövr hz. Süleyman və hz. Zülqərneyn dövrlərinin daha geniş bir şəkildə əks olunması və təcəllisidir. Bir başqa sözlə desək, Mehdilik-hüzur, xoşbəxtlik, sevgi, qardaşlıq, vəfa, sülh, fədakarlıq, insanlıq, yardımsevərlik kimi xüsusiyyətlərin dünyaya hakim olmasıdır. Hz. Süleyman və hz. Zülqərneyn ilə Qızıl dövrü arasındakı bənzərliklərdən bəzi nümunələri belə sıralaya bilərik:

◉ Mehdinin Dünya Hakimiyyəti

Əvvəl də vurğuladığımız kimi, hz. Süleyman və hz. Zülqərneyn İslam əxlaqını dünyaya hakim etmişlər. Çox geniş bir coğrafiyaya hökm etmiş, çox güclü bir orduya sahib olmuşlar və onların dövrü bu cəhətləri ilə Qızıl dövr ilə çox böyük bənzərliklər göstərir.

Qızıl dövr də İslam əxlaqının bütün dünyaya hakim olacağı, insanların axın-axın müsəlman olacaqları, inkarçı ideologiyaların yer üzündən silinəcəyi, dinin Peyğəmbərimizin dövründəki kimi yaşanacağı bir dövrdür. Bəzi hədislərdə Qızıl dövründəki hakimiyyət bu şəkildə təsvir edilir:

(Mehdi) bütün dünyaya malik olacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 10)

Mehdi şərq ilə qərb arasındakı hər yeri fəth edəcək. (El Kavlu'l Muhtasar Fi Alamat-il Mehdiyy-il Muntazar, səh. 56)

◉ Mehdinin Sahib Olduğu Xüsusi Elm Hz. Süleymana və Hz. Zülqərneynə Bağışlanan Böyük Elmlərdir

Kitabın əvvəlki hissələrində Allahın hz. Süleymana müxtəlif elmlər lütf etdiyindən bəhs etdik. O, Allahın istəyi ilə cinlərə və şeytanlara hökm etmiş, quşlarla danışmış, qarışqaların öz aralarındakı söhbətlərini eşidə bilmiş, külək və mis mədənləri onun əmrinə verilmişdir. Bunların hər biri hz. Süleymanı digər insanlardan fərqləndirən möcüzəvi xüsusiyyətlərdir. Hz. Zülqərneyn üçün də Quranda, "Məhz belə, onun yanında özü qavradığı elm, biliyi olduğunu" (və ya yanında olub-bitən hər şeyi) Biz (elmimizlə) tamamilə əhatə etmişdik". (Kəhf surəsi, 91) şəklində bildirilir. Buradan da aydın olur ki, hz. Zülqərneyn Allahın elm verdiyi qullardandır.

Mehdi də eynilə bu iki müqəddəs insan kimi çox xüsusi elmlərə sahib olacaq. Daşköprülüzadə Əhməd Əfəndi "Mövzuatul ulum" adlı əsərində (11/246) Mehdinin cifr (rəqəm və hərflərin hesablaması ilə əldə edilən məlumat) elminə sahib olacağını qeyd etmişdir. Bir başqa hədisdə isə Mehdi haqqında belə deyilir:

O, heç kimin bilmədiyi gizli bir vəziyyətə bələd olduğu üçün ona Mehdi deyilmişdir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 77)

Peyğəmbərimiz həm də Mehdinin eynilə hz. Süleyman kimi heyvanların dilini biləcəyini və onun kimi insanların yanında cinlər üzərində də hakimiyyəti olacağını bildirmişdir:

O (Mehdi), təsdiqlənmiş, quş və bütün heyvanların dillərini bilən biridir. Onun üçün ədaləti, bütün insanlar və cinlər tərəfindən keçərli olacaq. (Kıyamet Alametleri, səh. 188)

◉ Sülhpərvər Olmaları və Diplomatik Sülhü Seçmələri

Hz. Süleymanın qonşu ölkələrlə olan əlaqələrində xoşməramlı, bağışlayıcı və sülhpərvər olduğunu əvvəl də vurğulamışdıq. O, problemləri siyasi yolla həll etməyi üstün tutur və demokratik üsulları izləyirdi. Hz. Süleyman yaşadığı dövrdə çox üstün bir mədəniyyət meydana gətirmiş və hakimiyyətini də siyasətlə, sənətlə və mədəniyyətlə təmin etmişdir. Çox güclü, qarşı çıxıla bilməz ordulara sahib olmasına baxmayaraq, əsgəri gücünü istifadə etməmişdir. Hz. Zülqərneyn isə, ətrafındakı xalqlar tərəfindən "yer üzündə təxribatçılığı və fitnənin qarşısını alan adam" olaraq tanınmış, insanlara sülh və hüzur gətirən bir lider olmuşdur. Hz. Süleyman və hz. Zülqərneyn dövrləri bu cəhətləri ilə Qızıl dövrə çox bənzəyir.

Qızıl dövrdə də insanlar öz istəkləriylə müsəlman olacaq, heç bir döyüşə ehtiyac olmadan İslam əxlaqı bütün dünyaya hakim olacaq. Bu dövrü təsvir edən hədislərdə belə bildirilir:

Zamanında nə bir kimsə yuxusundan oyandırılacaq, nə də bir kimsənin burnu qanayacaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 42)

Mehdi peyğəmbərin yoluyla gedəcək, yatan adamı oyandırmayacaq, qan da axıtmayacaq. (Kıyamet Alametleri, səh. 163)

Hədislərdə də ifadə edildiyi kimi, Mehdi bütün dünyaya İslam əxlaqını sülh yoluyla hakim edəcək, döyüş və şiddətdən uzaq duracaq. Mehdinin gedəcəyi yol bütün dünya səviyyəsində böyük bir mədəni addım ilə insanların İslam əxlaqına yönəldilməsi olacaq. O dövrdə Allahın izniylə aşağıdakı ayələr təcəlli edəcək:

Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1- 3)

◉ Din Əxlaqına Dəvət Mövzusunda Qərarlı Olmaları və Sürətli Davranışları

Hz. Süleyman aldığı ağıllı (məntiqli) və ardıcıl qərarlar ilə bütün möminlər üçün çox əhəmiyyətli bir nümunədir. Səba ölkəsini iman etməyə dəvət etmək üçün yazdığı məktub onun təbliğ gücünü göstərir, elm sahibi bir adamın vasitəsilə Səba məlikəsinin taxtını gətirtməsi, sürətli qərar almağının əhəmiyyəti bildirilir. Hz. Zülqərneynin Yəcüc və Məcüc adlı qövmün təxribatçılığının qarşısını almaq üçün dərhal qiyamətə kimi dağılmayacaq dərəcədə möhkəm bir səth tikməsi də, onun gücünün və ağıllı olmağının bir göstəricisidir. Qızıl dövrün də bu cür cəhətləri ilə hz. Süleyman və hz. Zülqərneyn dövrünə çox böyük oxşarlığı var.

Qızıl dövrdə insanlar axın-axın İslama yönələcək, buna görə çox geniş, əhatəli və ardıcıl çalışacaqlar. Cəmiyyətlər bir-birinin ardınca İslam əxlaqını mənimsəyəcək, inkarçı ideologiyalar sürətli və davamlı cəhdlərinə baxmayaraq dünya üzərindən qalxacaq, hər cür zülm sistemi tarixin qaranlıqlarına basdırılacaq. Bu mövzu ilə əlaqədar olaraq böyük İslam alimi Muhyiddin Ərəbi bunları bildirir:

Allah ona (Mehdiyə) o qədər güc verəcək ki, bir gecənin içində zülmü və (zülm) əhlini məhv edəcək, dini ayağa qaldıracaq, İslamı canlandıracaq, fikir verilməyən din əxlaqına yenidən qiymət qazandıracaq. Elə bil ölümündən sonra onu dirildəcək... Əslində cahil, xəsis və qorxaq olan bir adam dərhal alim, səxavətli və cəsur olacaq... Dini Rəsulullah (s.ə.v)-in dövründəki kimi tətbiq edəcək... (Muhyiddin Arabi el-Endülüsu, Futuhat-ül Mekkiye, Bab 66, Kıyamet Alametleri, səh. 186)

◉ Abadlıq Işlərinə Böyük Əhəmiyyət Verilməsi

Hz. Süleymanın abadlıq (tikinti, memarlıq) işlərinə verdiyi əhəmiyyəti kitabın əvvəlki səhifələrində də də dəqiqliyi ilə qeyd etmişdik. O, əmri altında işləyən bina ustası olan cinləri və şeytanları istifadə edərək qalalar, heykəllər, çanaqlar (iri qablar) və qazanlar düzəltdirmişdir. Onun görkəmli sarayını hər görən insan, başda Səba məlikəsi olmaqla, heyran qalmışdır. Hz. Zülqərneynin tikdiyi səthin istehsalında isə Allahın istəyi xaricində dağıla bilməyəcək dərəcədə güclü bir texnika istifadə edilmişdir.

Peyğəmbərimizin hədislərində Qızıl dövrdə də abadlıq işlərinə çox böyük əhəmiyyət veriləcəyi bildirilmişdir. Bu dövrdə şəhərlərə hüzur və sülhlə yanaşı yüksək bir mədəniyyət də aparılacaq. Bu hədislərdən biri belədir:

Mehdi Konstantinopol və digər diyarların abadlaşdırılmasına çalışar. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 40)

◉ Zənginliyi və Ehtişamı İslamın Mənfəəti, Allahın Razılığı Üçün Istifadə Etmələri

Hz. Süleymanın sahib olduğu zənginlikləri Allahın dinini izah etmək və İslam əxlaqını dünya üzərinə yaymaq üçün ən gözəl şəkildə istifadə etmişdir. Fəth etdiyi ölkələrdə yaşayan insanları əvvəlcə Allaha iman etməyə və təslim olmağa dəvət etmişdir. Səba ölkəsinə göndərdiyi İslama dəvət məktubu da buna çox əhəmiyyətli bir dəlildir. Hz. Zülqərneyn də "... Rəbbimin məni özündə möhkəm bir iqtidarla məskun etdiyi (güc, nemət və imkan) daha xeyirlidir..." (Kəhf surəsi, 95) ayəsindən də aydın olur ki, Allahın nemətiylə möhkəm bir iqtidara malikdir və bu böyük gücü yer üzündə təxribatçılığa maneə törətmək üçün istifadə etmişdir.

Qızıl dövründə də insanlar çox böyük bir zənginliyə, rifaha və əmin-amanlığa qovuşacaqlar. Mehdi yer üzünün bütün zənginliyini, Allahın dinini yer üzünə hakim etmək üçün istifadə edəcək, fəth etdiyi ölkələrdə gözəl əxlaqı və sülhü əsas tutacaq. Onun tayı-bərabəri və bənzəri olmayan tətbiqləri, insanların İslam əxlaqına qarşı ürəklərinin yumşalmasına vəsilə olacaq və İslam əxlaqı çox qısa bir müddətdə bütün dünyaya hakim olacaq. Bu mövzudakı hədislərdən bəziləri belədir:

Ümmətim arasında Mehdi çıxacaq, Allah onu insanları zəngin etmək üçün göndərəcək. Ümmət nemətlənəcək, heyvanlar bol-bol yeyib içəcək, ərz nəbatatını çıxaracaq... (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 15)

... Beyətdən əvvəl, insanlar qrup-qrup onun yanına axışacaqlar və oraya gedən hər bir kəs ondan bərəkət qazanacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 25)

 

Qeydlər:

1 Bədiüzzaman Səid Nursi, Şualar, səh. 360, Şaban Döğen, Mehdi ve Deccal, Gençlik Yayınları, İstanbul, 1998, səh.15

2 M. Encarta Encyclopedia 2000, "Terrorism"

3 US Geological Survey National Earthquake Information Center, "Earthquake Facts and Statistics", 2000, http://wwwneic.cr.usgs.gov/neis/eqlists/eqstats.html

4 UNICEF, "Children and Poverty: Key Facts", 2000, http://www.unicef.org/copenhagen5/factsheets.htm

5 Manufacturing Dissent, "World Statistics - The Rich and the Poor", 1999, http://www.reagan.com/HotTopics.main/HotMike/document-8.13.1999.6.html

6 UNICEF, "Children and Poverty: Key Facts", 2000, http://www.unicef.org/copenhagen5/factsheets.htm

7 Time, 7 Aprel 1997, "The lure of the cult"

8 Faslu'l-Makal fi Refi İsa Hayyen və Nüzulihi və Katlihi'd-Deccal, səh. 20

9 Bədiüzzaman Səid Nursi, Sözlər, səh. 343

9 / total 17
"Harun Yəhyanın Mehdi ve Qızıl Dövr kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net