< <
11 / total: 17

Qurandaki Hekayələr və Mehdiyyət

Kəhf Surəsinin Axirzamanla Bağliliği

Rəsulullah (s.ə.v) Axırzamanda çıxacaq Dəccaldan qorunmaları və fitnələrindən əmin olmaları üçün müsəlmanlara Kəhf surəsini oxumalarını tövsiyə etmişdir:

Nəvvas ibn Səman əl-Kulabi (r.ə)-dən belə rəvayət edilmişdir.
Sizdən kim Dəccala yetişsə, Kəhf surəsinin əvvəlini onun üzərinə oxusun, bu surənin sonu Dəccalın fitnəsindən qurtuluşunuzdur. (Sünen-i Ebu Davud, 5/121)

Madən ibn Əbu Talha (r.ə)-dən belə rəvayət edilmişdir:
Kim Kəhf surəsinin əvvəlindən on ayəsini əzbərləsə, Dəccalın fitnəsindən əmin (qorunmuş) olar.
Əbu Davud, Düstu Vaidə, Katadədən belə nəql etdiyini dedi: Kim Kəhf surəsinin sonlarından on ayə əzbərləsə, Subə də Katadədən rəvayətində "Kəhf surəsinin axırından əzbərləsin" demişdi. (Sünen-i Ebu Davud, 5/122)

Əbu Dərda (r.ə)-dən olunan rəvayətə görə Peyğəmbər (s.ə.v) belə buyuruşdu: Hər kim Kəhf surəsinin əvvəlindən üç ayə oxusa, Dəccalın fitnəsindən qorunar. (Sünen-i Tirmizi, 5/30)

Əbu Ümamə əl-Bahili (r.ə)-dən rəvayət edilmişdir: ...kim onun (Dəccalın) cəhənnəminin bəlasına uğrasa, Allahdan kömək diləsin və Kəhf surəsinin ilk ayələrini oxusun ki, atəş İbrahim (ə.s)-a olduğu kimi bu atəş də o kimsəyə soyuq və salamatlıq olsun. (Sünnəni Ibni Macə, 10/332) Hədisi-şərifdə belə buyurulmuşdur: ...Hər kim Dəccalın atəşi ilə zəbt və imtahan edilərsə, Allahdan kömək istəsin və Kəhf surəsinin başlanğıc ayələrini oxusun. Bu surətlə Dəccalın, atəşi ona qarşı soyuq və salamat olar. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 494)

Rəsulullah (s.ə.v)-in Kəhf surəsi üzərindəki təkidli tövsiyələrinin böyük hikmətlərindən biri, Kəhf surəsində bəhs olunan hekayələrin xüsusiyyətinin, Axırzamanda çıxacaq Dəccaldan onun fitnələrindən qorunmaq və onlara qarşı mübarizə apara bilmək üçün lazımlı plan, taktika və strategiyanı göstərməkdir.

Hədisi-şəriflərdə, "Süfyan Dəccal" deyə xatırlanan İslam Dəccalının fitnəsini yenə hədislərdə bildirilən hz. Mehdi (ə.s) və köməkçiləri məhv edəcək. Hz. Mehdi dövründə oyanaraq, ona tabe olacaq Əshabı-Kəhfdən bəhs edən surənin oxunması tövsiyə edilərək, bəlkə də Axırzamanda bu mübarək şəxslərin Dəccal fitnəsinə qarşı aparacaqları mübarizənin xüsusiyyətlərinə işarə edilir.

İbni Mərdüyə, təfsirində İbni Abbas hədisini yüksəldərək belə rəvayət etdi:
Əshabi-Kəhf Mehdinin köməkçiləri olacaq. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman , 59)

İmam Əbu İshak Sələbi, təfsirində Kəhf hekayəsini izah edərkən belə dedi: Mehdi çıxdığı zaman Kəhf əhlinə gedib salam verəndə Allah onları dirildəcək və Mehdinin yanında yerlərini tutacaqlar. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman 39)

Bir şərhi də belədir:

Bu rəvayətdə bu hekayənin bir bənzərinin həqiqi Əshabi-Kəhfə bənzədilən Mehdi və köməkçilərinə təkrar yaşanacağına işarə edilir. (Allahualəm)

Hz. Mehdi (ə.s)-ın gedib Əshabi-Kəhfə salam verməsi bəlkə də köməkçiləri ilə sonradan köçmələrinə və onları özü ilə birlikdə cihad etməyə çağıracağına işarə edir. Rəvayətdə keçən "diriltmə" ifadəsi isə keçmişdə yaşamış Əshabi-Kəhfin (Kəhf əhlinin) indiki dövrdə təkrar canlanıb həyata qayıtmaları deyil, Mehdi (ə.s) dövründə yaşayacaq və ona köməkçi olacaq oxşar gənclərin qəflət yuxusundan oyanıb, özlərini dərk etmələrinə və Mehdi (ə.s)-ın yanında yar alıb vəzifəyə başlamaqlarını bildirir, Allahualəm.

Əshabi-Kəhf Hekayəsi (Mağara Yoldaşlari)

Rəsulullah (s.ə.v) hz. Mehdi (ə.s) və köməkçilərini əsl Əshabi-Kəhfə oxşatdığına görə, aralarında bir çox ortaq xüsusiyyətləri ola bilər.

Əshabi-Kəhfin Qurani-Kərimdə izah edilən xüsusiyyətləri və hz. Mehdi (ə.s) ilə köməkçilərinin hədisi-şəriflərdə bəhs edilən xüsusiyyətləri arasındakı oxşar xüsusiyyətləri təsbit etdiyimiz qədər nəzərinizə çatdırırıq.

Əshabi-Kəhf Gənclərdən İbarət Birlikdir

Xatırla ki, o zaman gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc (asanlaşdır) ver! (Bizi kafirlərin bəlasından, düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru yola yönəlt!)" - demişdilər. (Kəhf surəsi, 10)

"...Həqiqətən onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini (imanını, səbatını və bəsirətini) artırmışdıq". (Kəhf surəsi, 13)

Hz. Mehdi (ə.s) və köməkçiləri də hədisi-şəriflərdə ifadə edildiyi kimi gənclərdən ibarət bir birlikdir.

Hz. Əli (r.ə) belə rəvayət etmişdir: (Mehdi) bizdən, Qüreyşdən bir gəncdir, eyni zamanda gəlib Allah yolunda onu (xəzinələri-malları) böləcək. (Kıyamet Alametleri, 202)

Naim ibn Hammad, İbn Abbasdan belə rəvayət etdi: Mehdi bizdən, Əhli-Beytdən bir gəncdir. İxtiyarlarınız (qocalarınız) ona yetişməyəcək, gəncləriniz isə onu ümid edəcəklər. Allah istədiyini edəcək. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman ,23)

Hz. Ammar ibn Yasir (r.ə)-dən belə rəvayət edilmişdir:
Ya Abbas! Bu işi Allah (c.c) mənimlə başlatdı, sənin sülaləndən biri ilə də bitirəcək, o cavan (Mehdi) dünyanı əvvəlcə zülmlə dolduğu kimi təkrar, ədalətlə dolduracaq. (Rumuz El-Ahadis, 498 (Dare Kutni'nin Sünen'i)

Mehdinin bayraqdarı (bayraq tutanı), saqqalı az, rəngi sarı, kiçik bir gənc olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 51)

Onun bayraqdarı şərqdən Təmimi soyuna mənsub bir gənc olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il)

Saylari Az, Kiçik Bir Birlikdir

(Sonra gələn nəsillər) Deyəcəklər ki: "üçdülər, onların dördüncüsü köpəkləridir." və : "Beşdilər, onların altıncısı köpəkləridir!" deyəcəklər. (Bu,) bilinməyənə (qeybə) daş atmaqdır. "Yeddirlər, onların səkkizincisi köpəkləridir!" Deyəcəklər. De ki: "Rəbbim, onların sayını daha yaxşı bilir, onları az (insan) xaricində kimsə bilməz" elə isə onlar barəsində açıqda olan bir müzakirədən başqa müzakirə etmə və onlar haqqında bunlardan heç kimsəyə bir şey soruşma. (Kəhf surəsi, 22)

Hz. Mehdi (ə.s)-ın köməkçiləri də Əshabi-Kəhf kimi sayları az olan bir camaatdır.
Bu vəzirlər 10-dan aşağı lakin 5-dən yuxarı olacaq.

(Bu vəzirlər) Məmləkət işlərinin ağırlıqlarını Mehdi ilə paylaşacaqlar. 9 (doqquz) adamdan ibarət olacaqlar. (Kıyamet Alametleri, 187)

Əbu Cəfər Məhəmməd ibn Əlidən belə rəvayət edildi:
Mehdi hələ çıxmamışdan əvvəl onun bir yoldaşı ona tabe olan bəzi insanlarla qarşılaşacaq və "Siz burada neçə nəfərsiz?" deyə soruşacaq. Onlar da "40 adamıq" deyə cavab verəcəklər.
Ertahdan rəvayət edildi ki, ...Mehdinin Süfyani ilə döyüşündə) ən böyük ordusu 313 adamın əmrini əlində tutaraq ətrafa meydan oxuyacaq. (Kıyamet Alametleri, 169)

Hz. Mehdi (ə.s)-ın köməkçiləri ilə əlaqədar bu cür müxtəlif rəvayətlər müxtəlif inkişaf mərhələlərinə işarə edir. Əvvəllər sayları çox az ikən sonralar 313 nəfərə qədər artır.

Bədiüzzaman Səid Nursi həzrətləri bu köməkçilərin azlığına baxmayaraq çox qiymətli olduqlarıını belə bildirir:

...Bu vəzifənin istinad etdiyi qüvvət və mənəvi ordusu, tək ixlas və sədaqət və yardımsevər sifətlərinə tam sahib olan bir qisim şagirdlərdir. Nə qədər az da olsalar, mənəvi cəhətdən bir ordu qədər qüvvətli və qiymətlidirlər. (Emirdağ Lahikası, 259)

Allah (C. C)-Ə İmanlari Qüvvətlidir:

"... Həqiqətən onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini (imanını, səbatını və bəsirətini) artırmışdıq". (Kəhf surəsi, 13)

"...onların ürəklərinə qüvvət (mətanət) vermişdik". (Kəhf surəsi, 14)

Hz. Mehdi (ə.s) və köməkçiləri də Allaha qarşı olduqca itaətkar və imanları qüvvətli olan gənclərdir.

Hz. Mehdi Allahdan çox qorxan biri olacaq. Eynilə, qartal cinsindən nəsr quşunun qanadlarıyla titrəməsi kimi Allahdan titrəyərək qorxacaq. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, 53)

Onlar Allahın xas qullarıdır. (Kıyamet Alametleri)

Onların ürəkləri dəmir kimidir və onlar gündüz aslan, gecə də ibadət edərlər. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, 57)

Şübhəsiz ki, onlar hidayət bayraqlarıdır. (Ramuz el-Ehadis, 1/153)

Allah yolunda heç bir qınayanın qınamasından qorxmayan seçmə müsəlmanlardır. (Sünen-i Ibni Mace, 10/259)

Yaşadiqlari Dövr Din Düşmənliyi Dövrüdür:

Bizim bu camaat (qövmümüz) Allahdan başqa tanrılar qəbul etdilər. Elə isə onlar öz tanrıları barəsində (bütlərə ibadət etməyin düzgün olması haqqında) bir dəlil gətirməli deyildilərmi? Allaha qarşı yalan uydurub böhtan atandan daha zalım (özünə zülm edən) kim ola bilər?! (Kəhf surəsi, 15)

Ayələrdə və təsfirlərdə də göründüyü kimi, Əshabi-Kəhf dövründə xalq dövrünün dəccalı olan zalım kralın məcburiyyətiylə artıq bir olan Allaha inanmırmışlar. Xalq yenidən bütlərə tapınmağa, Allahın haram buyurduğu bütün hərəkətləri etməyə başlamışdılar. Məhz hz. Mehdi və köməkçilərinin zühurundan əvvəl də buna oxşar bir vəziyyət hədisi-şəriflərdə xəbər verilmişdir.

Əbu Hüreyrədən belə rəvayət edilir:
Hər kəsin gözü qabağında və açıq-aşkar Allah Təala inkar edilənə qədər hz. Mehdi gəlməz. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman , 27)

Bir hədisi-şərifdə Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "Küfr hər yeri zəbt edib hökmü cəmiyyət içində aşkarda işlənmədikcə Mehdi zühur etməz". (Mektubat-i Rabbani, 2/258)

Hz. Mehdi bütün haramların halal sayıldığı böyük bir fitnədən sonra çıxacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar,39)

Heç bir tərəfin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət bir nida edənin səmadan səslənərək "Ey insanlar, əmriniz artıq Mehdidir." deməyinə qədər davam edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar,2 4)

Dövrün Dəccaliyyət Nizamina Qarşidirlar

... Demişdilər ki: "Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, həddi aşmış (ifrata varmış) olarıq!"... (Kəhf surəsi, 14)

Gənclərin biri demişdi ki, "Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman, mağaraya çəkilin ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın". (Kəhf surəsi, 16)

Zalim Krala və Əyanlarina Qarşi Çox Təmkinlidirlər

...İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa ondan sizə ruzi (yemək alıb) gətirsin. O, çox ehtiyatlı olsun (ağıllı davransın) və sizin barənizdə heç kimə bir xəbər (nişan) verməsin! (Kəhf surəsi, 19)

Əgər onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. (Onda) siz heç vaxt nicat tapa bilməzsiniz!" (Kəhf surəsi, 20)

Hz. Mehdi və köməkçilərinin də, eyni ilə Əshabi-Kəhf kimi çox təmkinli hərəkət edəcəklərini mübarizələrini sakit icra edəcəklərini hədisi-şəriflərdən anlayırıq.

(Mehdi) zamanında kimsə nə yuxusundan oyandırılacaq, nə də bir kəsin burnu qanayacaq. (Kiyamet Alametleri, 163)

Mehdi əsgərləriylə birlikdə yola çıxacaq və çox sükunət içində gedəcək. (Kiyamet Alametleri, 173)

Lakin Qövmləri O Nizama Tabe Olmuşlar:

"...Bizim bu camaat (qövmümüz) Allahdan başqa tanrılar qəbul etdi..." (Kəhf surəsi, 15)

Həm də surənin digər ayələrində ifadə edilən xüsusiyyətlərdə də hər şey çox dəqiq aydın olur.

Gənclər Bağli Bir Məkanda Olacaqlar

... o zaman gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə asanlıq ver (bizi müvəffəqiyətli et) –demişdilər(Kəhf surəsi, 10)

Əshabi-Kəhfin sığındığı mağara təfsirçilərin şərhinə görə bir dağın ətəklərində olub qapısı dəniz tərəfə baxacaq.

Hədisi-şəriflərdən anladığımız kimi, hz. Mehdi və köməkçilərinin də hərəkət mərkəzi dəniz sahilində olacaq.

Mehdi səhər namazına dəstəmaz almaq üçün dənizin yanına bayrağı taxacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar,57, Kiyamet Alametleri, 181)

Bu ordunun hərəkət etməsi və göndərilməsi, Məğrib (Qərb) dağındakı Masinə deyilən yerdəki dəniz sahilindən olacaq. (Ölüm-Kiyamet-Ahiret ve Ahirzaman Alametleri, 439)

Gənclərin Mübarizə Yeri Mağaralari Olacaq

...Gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və işimizə fərəc ver (bizi müvəffəqiyətli et) (Kəhf surəsi, 10)

Gənclərin biri demişdi ki, "Onları və Allahdan başqa tapındıqları tanrıları tərk edib getdiyiniz zaman mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətindən əta etsin və işinizdə sizin üçün fayda hazırlasın".(Kəhf surəsi, 16)

Əshabi-Kəhfin mağarası onların yalnız sığınıb qaldıqları bir yer deyil. Ora eyni zamanda onların strategiyalarını təyin etdikləri mübarizə yeridir. Çünki mağaraya girdikdən sonra etdikləri dualarında "bizə işimizdə asanlıq göstər, bizi müvəffəqiyətli et" deyə Allahdan kömək istəmişdilər. Buradan da aydın olur ki, onlar mağarada mübarizə ilə məşğul olurmuşlar.

Mağaranin Ortasinda Geniş Bir Yeri Var

"...Onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin". (Kəhf surəsi, 17)

Mağaranin Qapisinda Bir Gözətçi Var

"...İt də iki əlini (qabaq pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı..." (Kəhf surəsi, 18)

Mağaranin Yaxinliğiinda Bir Məscid Var

"...Onların barəsində mübahisə edirlər: "Onların üstündə bir bina tikin. Rəbbi onları daha yaxşı bilər!" Onların (Əshabı-Kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (möminlər) isə: "Onların üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!" - dedilər". (Kəhf surəsi, 21)

XARİCİ HADİSƏLƏRDƏN KƏNARDIRLAR Biz onları mağarada illərlə yuxuya verdik. (Kəhf surəsi, 11)

Bəzi təfsirlərdə Əshabı-Kəhfin sığındıqları mağarada uzun illər yalnız yatdıqları və başqa bir işlə məşğul olmadıqları izah edilir. Bu şərhi bir az açıqlamaq lazımdır. Beləliklə, Əshabı-Kəhf bu mağarada mübarizələrini də davam etdirirdilər. 10 və 16-cı ayələrdə " "Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər..." deyə dua etdiklərini görürük, buradan da mübarizə apardıqları üzə çıxır. Uzun illər ancaq yatan insanların bu formada dua etmələri mümkün deyil. Əslində 18-ci ayədə də onların yatmadığı aydın olur. Çünki Allah Təala "Onları görsəydin ayıq olduqlarını düşünərsən..." deyərək, gözlərinin açıq olduğunu, normal insanlar kimi ayaqda fəaliyyətlərini davam etdirdiklərini, yəni yatmadıqlarını izah edir. Ayənin "...halbuki, onlar yuxudadırlar" cümləsində keçən "yuxu" isə anladığımız yuxu deyil. Burada insanın yuxu halındakı "hüzur və sakitliyi, təhlükəsizlik və etibarı" mənasında verilmişdir. Qurani-Kərimdə "yuxu" sözünün bu mənada istifadə edildiyi başqa ayələr də mövcuddur.

"...Öz tərəfindən qorumaq əlaməti olaraq, sizi yuxuya daldırdı. (Ənfal surəsi, 11)

Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün yüngül bir yuxu (mürgüləmə) göndərdi. O sizin bir qisminizi bürüdü. (Ali-Imran surəsi, 154)

Sonradan Xalq Tərəfindən Taninacaqlar

... Allahın vədinin doğru olduğunu və qiyamətin həqiqətən qopacağına əsla şübhə olmadığını bilsinlər deyə onların halı ilə beləcə tanış etdik (şəhər xalqına və sonrakı insanlara onları tapdırmış olduq)... (Kəhf surəsi, 21)

Baş Verən Hadisə Qiyamətə Dəlildir:

... Allahın vədinin doğru olduğunu və qiyamətin həqiqətən qopacağına əsla şübhə olmadığını bilsinlər deyə onların halı ilə beləcə tanış etdik (şəhər xalqına və sonrakı insanlara onları tapdırmış olduq)... (Kəhf surəsi, 21)

Əshabı-Kəhfin əvvəl yuxuya verilməsi, aradan 300+9 il keçdikdən sonra oyandırılması Allah Təala üçün öldükdən sonra diriltmənin nə qədər asan olacağına bir dəlil olduğu kimi, bu hadisə eyni zamanda qiyamətin qopacağına və axirət həyatının varlığına da açıq bir dəlildir. Qiyamət qopandan sonra ölülərin təkrar həyata qovuşaraq məhşərə göndəriləcəklərinə dair gözlə görünən gözəl bir nümunədir.

Əshabi-Kəhfin oyandırılması qiyamətin qopacağına dair necə bir misal və dəlildirsə, eləcə hz. Mehdi və köməkçilərinin zühuru da bu vəd edilən vaxta yaxınlaşıldığını göstərən ilk əlamətdir.

...Və Mehdinin zühuru da qiyamət əlamətlərindən birincisidir. (Ölüm-Kiyamet-Ahiret ve Ahirzaman Alametleri, 494)

Bu surədə Əshabı-Kəhfin yanında Əshabı-Raqimdən də bəhs edilir.

İbni Abbas (r.ə)-in rəvayətində Raqim (yazıçıdır), kitabədir. Səid İbni Cübeyr isə Raqimin daşdan bir lövhə olduğunu və bunun əsasında Əshabı-Kəhfin hekayəsinin yazıldığını nəql etmişdir. (Ibni Kesir Tefsiri , 9/4938)

Hədisdə Əshabı-Kəhfə bənzədilən Mehdi və köməkçilərinin bəlkə də Raqim (lövhə) kimi hər hansı bir şey üzərində adlarının toplu olaraq yazılı olacağına işarə edilir. (Allahu aləm).

Talut Hekayəsi

Məhəmməd ibn Hənəfi (r.ə)-dən belə rəvayət edilir:
Bir gün biz hz.Əlinin yanındaykən biri hz. Mehdiyə aid sual verdi. Əli (r.ə) "Təəssüf" dedi. Sonra əliylə bir doqquz rəqəmi yazdı və sonra da, o, Axırzamanda adama "Allahdan qorx , Allahdan qorx" deyildiyi vaxtda çıxar dedi və belə davam etdi:
Buludların səmada toplandığı kimi, Allah Onun ətrafına bir qövm toplayar. Onların ürəklərini uzlaşdırar. Onlar içlərindən şəhid olana kədərlənməz, onlara qatılana da sevinməzlər. Sayları Bədr səhabələrinin sayı qədərdir. Əvvəlkilər onları keçmədiyi kimi, sonrakılar da onlara çata bilməzlər. (Kitabul Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman .57)

Bir şərhi də belədir:

Bu rəvayətdə bildirilən "9" işarəsi əbəs yerə deyilməsi mümkün deyildir. Sual zaman bildirilən bir söhbətin başlanğıcı olduğuna görə, bu "9" hz. Mehdinin çıxış dövrü ilə əlaqədar bir rəqəmə işarə edə bilər. Məsələn, Mehdinin zühur ili hicri XIV əsrin əvvəli, miladi təqvimi ilə 1979-cu ildir. (Allahu aləm)

Bu "9" işarəsinin bir başqa şərhi də belədir:

Doqquz il ilə işarə edilməsi eyni zamanda Konstantinopolu fəth etmə müddəti ilə də uyğun gəlir. (Kıyamet Alametleri, 183)

Yuxarıdakı rəvayətdə də göründüyü kimi bu "9" hz. Mehdi (ə.s)-ın Konstantinopolu mənəvi cəhətdən fəth edəcəyi ilin müddətidir. (Allahu aləm)

Buludların səmada toplandığı kimi...

Rəvayətin ikinci qisminin buludların səmada toplandığı kimi xüsusilə bəlli olmuş bir bənzətmə ilə başlaması da səbəbsiz yerə deyil (Allahu aləm). Bu bənzətmənin işarə etdiyi cəhət də çox diqqət cəlb edir. Çünki bulud tüstü kimi səmadan bəzi əlamətlər, Mehdinin, çıxacağı dövrələrə aid əlamətlər kimi bir çox rəvayətdə keçir, məsələn:

Əbu Naim, İbni Ömərdən belə rəvayət etdi:

Hz. Mehdi başının üstündə bir bulud olduğu halda çıxacaq, o buludda bir münadi "Bu Allahın xəlifəsi Mehdidir, ona tabe olun" deyə səslənəcək. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman)

Bir şərhi də belədir:

Bu bulud bəlkə də Mehdi dövründə zühur edəcək, onun çıxış əlamətlərindən sayılacaq bir tüstü hadisəsinə işarə edir.

... Allah onun ətrafında bir qövm toplayar. Onların ürəklərini uzlaşdırar...

Axırzamanda Allah Təala hz. Mehdinin ətrafında elə bir mübarək qrup toplayar ki, bu qrup munis (sevimli), ürəkləri uzlaşmış və bir-birlərinə böyük bir sevgi ilə bağlanmışlar, bu qövmün Mehdiyə qarşı sevgiləri də olduqca çox böyükdür.

...Onlar aralarında şəhid olana kədərlənməz, onlara qatılanlara da sevinməzlər...

Mehdinin ətrafindakı bu qrup hər şeyi Allah Təaladan gəldiyini bildikləri üçün, aralarından hər hansı birinin ayrılmasına və azalmasına görə kədərlənməz, heç sarsılmadan igidcəsinə mübarizələrinə davam edərlər. Yenə onlara qatılan biri olduqda isə bu yeni qardaşlarını Allah Təalanın göndərdiyini, ona hidayət verdiyini, əxlaqını gözəlləşdirdiyini, ürəyinə məhəbbət və sevgi saldığını bilərlər, nəfsləri bundan bir pay çıxarıb sevinməzlər.

Əvvəlkilər onları keçmədiyi kimi, sonrakılar da onlara çata bilməyəcəklər...

Burada isə Mehdinin köməkçilərinin mücadilələrində göstərdikləri ixlas, sədaqət, köməkləşmə kimi bir sıra müsbət xüsusiyyətlərindəki üstünlüklərə görə, əvvəlki və sonrakılardan üstün olacaqlarına diqqət çəkilir. Bu cihad edənlərin üstünlüklərinin cəhətləri müxtəlifdir, lakin buradakı izahın möhtəşəm bir müjdə olduğunu da açıq şəkildə görürük.

...Və onların sayları Talut İlə çayı keçənlər qədərdir

Mehdi və ordusundan bəhs edən bu hədisi-şərifdə onların yalnız sayı və xüsusiyyətləri verilməmişdir, Talutun da adı zikr edilərək onun ordusuyla bir bənzərlik olduğu da verilmişdir. Eyni zamanda bu hədis Mehdi ilə Talutun mübarizələrində bir sıra ortaq xüsusiyyətlərin ola biləcəyinə diqqət çəkərək, sonradan gələləcək Mehdi və ordusuna bu ibrətli hekayədən həm xəbərdarlıq, həm irşad ala biləcəklərini tövsiyə edir.

Qurani-Kərim Talut hekayəsini Bəqərə surəsində belə xəbər verir:

Musadan sonra İsrail oğullarından bir dəstəni (onların başına gələnləri) bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!" O dedi: "Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?" Onlar dedilər: "Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?" Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla (hamısı döyüşdən) üz çevirdilər. Allah zalımları tanıyır. (Bəqərə surəsi, 246)

Bu ayəti-kərimədə bir qisim insanlara cihad etmək fərz edildikdə, çox azı müstəsna olmaqla mübarizəyə qatılmadıqları bildirilir.

Dövrümüzdə də mücadilə fərz olduğu halda böyük bir kütlə əmri bil maruf və nəhyi-anıl münkər (yaxşılığı əmr etmək və pislikdın çəkindirmək) olaraq təyin olunan təbliğdən, mübarizədən qaçırlar. Çox kiçik bir azlıq bu müqəddəs vəzifəni deruhtə (əmr olunan vəzifəni öz üzərinə alır və yerinə yetirir) edir.

Peyğəmbərləri onlara dedi: "Allah Talutu sizə hökmdar təyin etdi!" Onlar dedilər: "O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir". O dedi: "Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir" (Bəqərə surəsi, 247)

O dövrdə bəziləri Talutu şan-şöhrət, zənginlik, ehtişam içində bir şəxs olaraq gözləyirdi, hökmdarlıq xüsusiyyətində olan adamın ancaq bu kimi xüsusiyyətlərə sahib olması lazım olduğunu sanaraq yanılırdılar. Lakin Allah Təala da Talutun elm və bədən baxımından güclü olmasını istəyərək mülkünü dilədiyinə verəcəyini bildirir. Zamanımızda da, bir qisim avam, cahil insanlar Mehdini şan-şöhrət, səltənət içində bir şəxs olaraq gözləyir. Halbuki, Allah (c.c) mülkü istədiyinə verəcəyindən, bu şəxslər avamın ümid etmədiyi, heç təxmin etmədiyi kəslərdir. (Allahu aləm)

Yuxarıda 247-ci ayəti-kərimin işarəli qisminin əbcədi (hesablama ilə) 1379 və ya L (lam) şəddəsiylə birlikdə 1409 rəqəmini verir.

Görəsən, hicri 1409-cu ilin (Miladi 1988-1989 illəri) İslam alimlərinin əksəriyyəti tərəfindən Mehdinin çıxış ili olaraq qəbul etdikləri, hicri 1400-cü illərin əvvəllərinə uyğun gəlməsi, bizlərə Mehdinin də ayəti-kərimənin tərcüməsinə uyğun bir şəkildə, müsəlmanlar üzərinə seçildiyini və vəzifələndirildiyini müjdələyirmi? (Allahu aləm)

Peyğəmbəri onlara dedi: "(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir təskinlik, rahatlıq (mənəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun ailəsindən qalan əşyalar (Musanın əsası, Tövratın bəzi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin doğruluğunu təsdiq edən) qəti dəlil vardır". (Bəqərə surəsi, 248)

Talutun hökmdarlığının əlaməti müqəddəs tabutdur (sandıq). Bəhs olunan müqəddəs tabutun içində bu rəvayətə görə hz. Musanın əsası ilə bəzi Tövrat lövhələri və hz.Harunun əsası ilə sarığı kimi bir sıra müqəddəs əmanətlər var.

Talut ilə Mehdi arasında bir bənzərlik də burada görünür. Axırzaman da, Mehdinin dövründə də müqəddəs tabutun tapılacağı rəvayət edilmişdir hansı ki, bu müqəddəs tabut da Mehdinin hökmdarlığının əlamətlərindən biri olacaq. (Allahu aləm)

Hz. Mehdi tabutu-Səkinəni Antakya mağarasından çıxaracaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar ,54)

Mehdinin əlində (zamanında) Səkinə (rahatlıq, inanc) olan tabut Tabəriyə gölündən çıxarılar və Beytül-Makdisdə Onun önünə gətirilər. Yəhudilər bunu görüncə az bir qismi istisna olmaqla, çoxu müsəlman olarlar. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman,77)

Hz. Mehdi ... Beytül-Müqəddəsin xəzinələrini, tabutu-Səkinəni Bəni-İsrail süfrəsi ilə lövhələrin mədənlərini, hz. Adəmin cübbəsini, hz. Süleymanın minbərinin əsasını və Allahın Bəni-İsrailə göndərdiyi süd qədər ağ olan əlcəkləri çıxaracaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar,35)

Hz. Talutun sayı az, lakin olduqca seçilmiş, nəfsini idarə edə bilən bir ordusu vardı. Bu ordusunu seçmək üçün bir çaydan içməmələrini dedi. Nəfsinə hakim ola bilməyən böyük bir kütlə bu çayın suyundan çox içərək o mübarək orduya layiq olmadıqlarını göstərdilər.

Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: "Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir". Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdilər. (Talut) onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra (bəziləri) dedilər: "Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq". Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: "Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" Allah səbir edənlərlədi!" (Bəqərə surəsi, 249)

Axırzamanda hz. Mehdi (ə.s) mübarizəsində də insanlar bir növ belə çaylarla (maneələrlə) yoxlanacaqlar, seçmə, nəfsinə hakim olan müsəlmanlar ancaq seçiləcəklər. Bu haqda Mehdinin qarşılaşacağı Dəccal və Dəccalın yalançı çayları ilə əlaqədar olaraq müxtəlif rəvayətlər də bildirilmişdir.

Hüzeyfə (r.ə) dediyinə görə Rəsulu Əkrəm (s.ə.v) belə buyurmuşdur:
Şübhəsiz ki, mən Dəccalın səviyyəsində olan şeyləri ondan daha yaxşı bilirəm. Onun yanında iki axan çay vardır. Onlardan biri gözlə görünə bilən ağ bir sudur. Digəri də gözlə görünən öz-özünə alovlanıb yanan bir atəşdir. Əgər kimsə ona çatsa, atəş olaraq gördüyü çaya gəlsin. Sonra başını salsın. Sonra başını aşağıya əyib ondan içsin, çünki ,o çay (əslində) soyuq bir sudur. (Ölüm-Kiyamet-Ahiret ve Ahirzaman Alametleri, 48)

Dəccalın fitnəsiylə qarşılaşanlar, dərk etmədən ona gözəl görünən və bu zahirən faydalı sandığı hərəkətləri (ayədə keçən çox su içmək kimi) işləyərək əslində pis yola düşərlər. Bu fitnədən xilas olmaq üçün Dəccalın zahirən pis göstərdiyi əməlləri işləmək və nəfsdən gələn hərəkəti etməmək lazımdır.

Ayədə ifadə edildiyi kimi hz.Talut (ə.s)-a tabe olanların bir çoxu nəfslərinə təslim olaraq (xəbərdarlıq edildiyi halda bir ovucdan çox su içərək) özlərinə böyük zərər vermişlər, düşmənlə döyüşərək taqətdən düşmüşlər.

İndi də Dəccalın rəvayətlərdə bildirilən çaylarından doya-doya yeyib içən nəfslərinə hakim ola bilməyən əhli-dəlalət imtahandan keçməyərək ancaq bir ovuc cihad edən bu müqəddəs orduya qatılmaqla haqq qazanır.

Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: "Ey Rəbbimiz, bizə bol səbir və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!" (Bəqərə surəsi, 250)

Hz. Talut və ordusu, o dövrdəki küfrün lideri və Dəccalı olan Caluta qarşı güc, qüvvət və dözümlülük verməsi üçün Allah Təalaya dua edir.

".... Ey Rəbbimiz! üzərimizə səbir yağdır."
Çox lətif bir təslimiyyətdir, Talut və ordusunun etdiyi bu duanın əbcəd hesabı 1988 rəqəmini verir. Görəsən, 1988 ili (hicri 1408) Mehdinin çıxış ili olaraq qəbul edilən hicri XIV əsrin lap əvvəlinə uyğun gəlməyi Mehdi və ordusunun belə bir duası olacağını bizlərə xəbər verirmi?

Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə məğlub etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfükardır. (Bəqərə surəsi, 251)

Yuxarıdakı ayədə Talutun Caluta qarşı qələbəsi izah edilir. Allah İnşaAllah Mehdi və ordusunu da Dəccala qarşı müvəffəq edəcək, Dəccalın fitnə və fəsadını onların əliylə ortadan qaldıracaq, məğlub edəcək.

Talut hekayəsinin Qurani-Kərimdə izah edilən xüsusiyyətləri ilə mehdiyyət hadisəsinin, hədisi-şəriflərdə bildirilən xüsusiyyətləri arasındakı bənzərlik bununla bitmir.

1. Hz. Talutun gələcəyini İsrailoğullarının peyğəmbərləri xəbər verir.
Hz. Mehdinin gələcəyini də bizlərə Peyğəmbərimiz (s.ə.v) xəbər vermişdir.

2. Hz. Talutun ordusu rəvayətlərə görə 313 adamdır.
Hz. Mehdinin ordusu da cəmi 313 adam olacaqdır.

3. Hz. Talutdan sonra başa bir peyğəmbər (hz. Davud) keçir.
Hz. Mehdidən sonra da başa, səmadan nüzul edəcək olan hz. İsa keçəcək. (Allahu aləm).

Zülqərneyn və Mehdi

Ümumilikdə, yer üzünün dörd məliyi olub. Onların ikisi möminlərdən, ikisi də kafirlərdəndir.
Zülqərneyn və Süleyman möminlərdəndir. Nəmrud və Buhtunnasir isə kafirlərdəndir.
Yerə beşinci olaraq Əhli-Beytimdən biri sahib olacaq. Yəni Mehdi. (Mektubat-i Rabbani, 2/251)(Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, 32)

Mehdi eyniylə Zülqərneynlə Süleyman kimi bütün dünyaya hökm edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 32)(Kiyamet Alametleri, 183)

İbni Cevzi, Tarix adlı əsərində İbni Abbasdan belə rəvayət etdi:
Yer üzünə dörd adam malik olmuşdur. İkisi mömin, ikisi kafirdir. Möminlər Zülqərneyn və Süleyman (ə.s) kafirlər isə, Nəmrud və Buhtunnasirdir. Beşinci olaraq Əhli-Beytimdən biri gələcək və o da, dünyaya malik olacaq. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman , 10)

Bu günə qədər müsəlmanlardan dünyaya iki lider hakim olmuşdur: Hz. Zülqərneyn və hz. Süleyman (ə.s). Dünyaya hakim olacaq üçüncü müsəlman lider hədisi-şərifin "eyniylə Zülqərneyn və Süleyman kimi" deyə xəbər verdiyi hz. Mehdi (ə.s)-dır. Bu oxşarlıqdan meydana gələn hz. Zülqərneyn və Süleyman (ə.s)-da xüsusiyyətlərin, eyni ilə onlar kimi dünyaya hakim olacaq hz. Mehdidə də olması mümkündür.

Zülqərneyn məna etibarilə "iki cəhətli" və "iki çarxlı", dəbilqəsində "iki buynuz olan" və ya "saçı iki bölük olan" deməkdir. Sayılan bu xüsusiyyətlər Mehdidə də əsas cəhətlərdən ola bilər. Lakin biz əsl ayə və hədislərdə təsbit etdiyimiz bənzər xüsusiyyətləri sadalayacağıq.

Zülqərneyn hekayəsi Qurani-Kərimdə Əshabi-Kəhf hekayəsinin izah edildiyi Kəhf surəsində keçir. Çox gözəl bir uyğunluq var, bu hekayə 80-ci ayələrdə izah edilməyə başlanır.

(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar. De: "Onun barəsində sizə bir hekayə (bəzi xəbərlər, öyüd-nəsihət) danışacağam!" (Kəhf surəsi, 83)

Qurani-Kərim hz. Zülqərneyndən xəbər verərkən hədislər də hz. Mehdidən xəbər verir.

Mehdinin gələcəyinə dair səhih hədislər təvatür (içində yalan ehtimalı olmayan) dərəcəsindədir. (Kiyamet Alametleri, 193)

Biz onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və hər şey verdik (hər şeyin yolunu ona öyrətdik). (Kəhf surəsi, 84)

Bu ayənin təfsirlərində hz. Zülqərneynin yer üzündə qüdrətə çatdırılması, onun dünyaya hakim olduğu kimi izah edilmişdir. Yenə onun müxtəlif ilahi köməklərə (elm, qənaət) qovuşduğu da xəbər verilmişdir.

Mehdinin də dünyaya hakim olacağını hədislərdən öyrənirik.

Abdullah ibn Məsuddan belə rəvayət edilmişdir: Mehdi dünyaya sahib olar. (Ramuz el-Ehadis,1/135)

Dünyadan bir gün qalsa belə Allah, o günü uzadıb mənim Əhli-Beytimdən birini dünyaya hakim etmək üçün göndərəcək. (El-Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar,24)

Mehdi də Zülqərneyn kimi Allah (c.c)-dən kömək görər. (Vəhbi (Allahdan vəhy edilir) elmi buna misaldır.)

Mehdi bizdən Əhli-Beytdəndir. Allah (c.c) onu bir gecədə islah edər, yetkinləşdirər. (Ona imamət mövqeyi və xariqüladə (adətlərin xaricində) hallar verib insanlığa göndərər.)

O da, bir yol tutdu. (Kəhf surəsi, 85)

Hz. Zülqərneynin izah edilən hekayəsində 3 yol izlədiyi bildirilir. Birinci şərqdən qərbə, sonra qərbdən şərqə, üçüncü də şimala doğru yola çıxdığı bildirilir. Bunlar ayələrin əsl mənalarıdır. Həm də bu ayəti-kərimələr, "eyniylə Zülqərneyn kimi" deyə bənzətmə edilən hz. Mehdiyə və onun da 3 ayrı yol tutmasına işarə edilir. (Allahu aləm)

Hz. Zülqərneyn (ə.s)-ın səfərində mühüm bir mərhələdə əhəmiyyətli bir hadisə ayələrdə belə izah edilir:

Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: "Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!" (Kəhf surəsi, 86)

Ayəti-kərimənin qəribə və sirli bir izahatı olduğu üçün mütləq dərin bir mənası, mühüm bir işarəsi vardır.

Gedə-gedə günəşin batdığı yerə çatdıqda

Bilindiyi kimi hər nə qədər gedirsə gedilsin, günəş (qütb dairələri xaric) dünyanın hər tərəfindən hər gün doğular və batar. Lakin ayədə, xüsusilə, günəşin batdığı müəyyən bir yer və müəyyən bir zamandan bəhs edilir.

Günəşi isti

Bu günəş isti bir mühitdə gözdən itir

Və qara palçıqlı

Günəşin itdiyi yer bataqlıq və murdar bir yerdir

Bir çeşmədə batan gördü

Günəş kiçik bir yerdə batır, gizlənir.

Ayənin son qismində isə günəşin batdığı bataqlıq yer, zülm edən zalımların olduğu bir qövmün varlığına işarə edir. Bu günəşin batması ilə zalımların əlaqəsi nədir görəsən?

Günəşin gözlərdən itməsi hadisəsindən dərhal sonra haqsız yerə insanlara çətinlik və ağrı-acı, zülm verən din əleyhdarlarının davranışlarında olan zalımlıqdan bəhs edilməsi böyük məna kəsb edir.

Bir sonrakı ayə bu xüsusiyyətə daha da aydınlıq gətirir.

O, belə cavab verdi: "Zülm (küfr) edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir(Kəhf surəsi, 87)

88-ci ayədə də möminlərə müjdə verilir.

İman gətirib yaxşı iş görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!". (Kəhf surəsi, 88)

Sonra o, başqa bir yola tərəf üz tutub getdi. (Kəhf surəsi, 89)

Təfsirlərdə hz. Zülqərneyn (ə.s)-ın bu səfər şərqə tərəf yola çıxması izah edilir (Allahu aləm). Hz. Mehdi də əvvəl qərbə sonra şərqə tərəf yola çıxacaq.

Mehdi şərq ilə qərb arasındakı hər yeri fəth edər. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar,57)

Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün (günəşə) qarşı heç bir örtük yaratmamışdıq. (Kəhf surəsi, 90)

Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq. (Kəhf surəsi, 91)

Zülqərneynin bir mənası da "iki cəhətli" deməkdir. Hz. Zülqərneynin əvvəl günəşin gizləndiyi bir tərəfə, sonra günəşin doğduğu bir tərəfə qovuşması çox əhəmiyyət kəsb edir, bəzi şifrələrə, sirlərə işarə edir. (Allahu aləm) Bəlkə də bu sirlərin hz. Mehdi ilə də bir əlaqəsi ola bilər.

Hz. Zülqərneyn (ə.s) bu səfər şimala tərəf üz tutdu.

Sonra başqa bir tərəfə yola düşdü. (Kəhf surəsi, 92)

Nəhayət, (Yəcuc-Məcüc tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib çatdıqda, onların ön tərəfindən az qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü. (Kəhf surəsi, 93)

İndiki vaxtda İslam və xristian dünyası dağ kimi böyük və güclü bir quruluş ifadə edir. Lakin bu iki böyük kütlə aralarının pozulduğuna görə dinsizliyə və kommunizmə qarşı bir ittifaqa girmirlər. Bu aralıqdan istifadə edən baş güclər isə dünyanı ələ keçirməyə çalışır və fitnə-fəsad çıxardırlar.

Hz. Həmdi Yazar "Quran Dili 5/3287"-də təfsirçilərin bu qövm üçün "türklərdir" dediyini nəql etmişdir.

Onlar (tərcüməçi vasitəsilə) dedilər: "Ey Zülqərneyn! Yəcuc-Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?" (Kəhf surəsi, 94)

Hz. Mehdi və Isa (ə.s)-ın görüşdüyü bir dövrdə, yəni hz. Mehdi (ə.s) İslam aləminin başında olduğu və hz. Isa (ə.s) əmri altındakılarla güc birliyi qurduğu bir zamanda qiyamət əlaməti olaraq zikr edilən Yəcüc və Məcüc çıxacaqdır.

O (Zülqərneyn) dedi: "Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha xeyirlidir. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim (Kəhf surəsi, 95)

Mənə dəmir parçaları gətirin!" (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: "(Körükləri) üfürün!" - dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına gətirdikdə: "Mənə ərimiş mis gətirin, onun üstünə tökün!" dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ gəldi). (Kəhf surəsi, 96)

(Yəcuc-Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər. (Kəhf surəsi, 97)

Hz. Zülqərneyn (ə.s) iki dağ kimi maneə və iki fəsadçı qövm ilə qarşılaşır. Bu iki dağın arası açıq olur. Bu iki dağın arasının açıq olması Yəcüc və Məcücun fitnə və fəsad çıxartmalarına yol açırdı və fürsət yaradırdı.

Hz. Zülqərneyn (ə.s) qarşılaşdığı bu qövmdən maddi, texnoloji kömək alır. Bu kömək sayəsində iki dağın arasını birləşdirir.

Hz. Zülqərneyn (ə.s) bu fəsadçı qövmə qarşı müdafiə etmə şəbəkəsi istehsalında böyük miqdarda dəmir və mis cövhərindən faydalanır.

Hz. Zülqərneyn (ə.s)-a bənzədilən hz. Mehdi (ə.s) dövründə də İnşaAllah arası açıq iki böyük kütlə İslam və xristian dünyası birləşəcək, ateizm və onun nümayəndələrinə qarşı ortaq bir ittifaq və müdafiə etmə sənayesi quracaqlar, dəmir və mis ilə işarələnilmiş texnoloji sistemlər də onlara qarşı bir şəbəkəvari vəzifəsini yerinə yetirəcək. (Allahu aləm)

Hz. Süleyman və Mehdi

Hz. Süleyman (ə.s) və hz. Mehdi arasındakı rəvayətlərdə bildirilən ortaq xüsusiyyətlər bunlardır:

Ədalətli Olmaları:

Hz. Süleyman (ə.s) çox ədalətli bir hökmdardır. (Esbab-i Nüzul - ö.N. Bilmen Tefsiri - Ibni Kesir Tefsiri)

Mehdi əvvəllər zülmlə olan dünyanı ədalətlə dolduracaq. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, 11)

Dövrlərində Bolluq və Rifah Olması:

Hz. Süleyman dövründə bolluq olduğu bildirilir.

Ümmətim o dövrdə (Mehdi dövründə) elə bir rifah (bolluq) görəcək ki, o günə kimi hələ onun mislini belə görməmişdir. (Sünen-i Ibni Mace 10/347)

Çıxışlarından Əvvəl Fitnələrin Baş Verməsi:

Hz. Süleyman (ə.s) səltənətindən əvvəl çox böyük bir fitnə olmuşdu. (Esbab-i Nüzul - ö.N. Bilmen Tefsiri - Ibni Kesir Tefsiri.)

Mehdi bütün haramların halal sayıldığı böyük bir fitnədən sonra çıxacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar,37)

Qalma Müddətləri:

Hz. Süleyman (ə.s) 40 il maddi-mənəvi səltənət sürmüşdür (hökmdar olmuşdur). (Esbab-i Nüzul - ö.N. Bilmen Tefsiri - Ibni Kesir Tefsiri )

Hz. Mehdi də 40 il baqi qalacaq. (Esbab-i Nüzul - ö.N. Bilmen Tefsiri - Ibni Kesir Tefsiri, 50)

Müqəddəs Əmanətlər Haqqında:

Hz. Süleyman (ə.s)-ın yanında dövrünün müqəddəs əmanətləri (Tövratı-şərif, Musanın əsası) var idi. (Esbab-i Nüzul - ö.N. Bilmen Tefsiri - Ibni Kesir Tefsiri)

(Mehdinin) əlamətlərinə gəldikdə yanında Allah Rəsulunun köynəyi, qılıncı, bayrağı (müqəddəs əmanətlər) olacaq. (Kiyamet Alametleri, 164)

Memarlıq Işlərinə Önəm Vermələri:

Hz. Süleyman (ə.s) dövründə abadlıq işlərinə böyük əhəmiyyət verilmişdi. Əmri altında bir çox memar və sənətkar işlədirdi. (Esbab-i Nüzul - ö.N. Bilmen Tefsiri - Ibni Kesir Tefsiri)

Mehdi Konstantinopol və digər diyarların abadlığına dair işlər görəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar,42)

 

11 / total 17
"Harun Yəhyanın Mehdi ve Qızıl Dövr kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net