< <
6 / total: 16

Quranda Təsvir Edilən Mömin

Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar və yalnız öz Rəbbinə təvəkkül edərlər. (Ənfal surəsi, 2)

...O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. ...Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman olaraq adlandırdı. (Həcc surəsi, 78)

İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!” deyən kəsdən daha gözəl söz deyən kim ola bilər? (Fussilət surəsi, 33)

Müsəlman olmağın ilk şərti tək İlah olan Allaha qulluq etməkdir. İslam, əslində bu şərtin müxtəlif formalarda həyata keçirilməsidir. Bu qanuna əsaslanmayan hər şey İslamdan kənardır, "cahilliyət" aiddir. Amma bu tək cümləylə ifadə edilən həqiqət, insanların zənn etdiyindən olduqca dərin mənalar daşıyır. Çünki "cahiliyyət cəmiyyət"inin nümayəndəsi olan, lakin özünü mömin hesab edən kəslərin heç biri, Allahdan başqasına qulluq etdikləri düşüncəsinə sahib deyillər. Əlbəttə ki, heç biri namaz qılarkən qarşılarına bir heykəl qoyub da ona tapınmırlar. Belə bir şey etmədikləri üçün də Allaha qulluq etdiklərini iddia edərlər.

Amma həqiqət heç də elə göründüyü kimi deyil. Bu ziddiyyət, "qulluq etmə" ifadəsinin, yalnız "bir varlığın qarşısında səcdə etmə" olaraq başa düşülməsindən qaynaqlanır. "Qulluq etmə" ifadəsinin mənasını, "cahiliyyət cəmiyyəti"nin ona verdiyi yanlış və qısa tərifdə deyil, Quran ayələrində axtarmaq lazımdır:

Mən, cinləri və insanları yalnız Mənə qulluq etsinlər deyə yaratdım. (Zəriyət surəsi, 56)

Yuxarıdakı ayədə, Allahın cinləri və insanları "yalnız Özünə qulluq etmələri üçün" yaratdığı bildirilir. Mömin, əlbəttə ki, bu təsvirə uyğun gələn, yəni Allahın yaratmasına uyğun olaraq "Ona qulluq edən" və ayənin ifadəsinə görə, Ona qulluq etməkdən başqa bir şey etməyən insandır.

Allaha qul olmağın nə demək olduğu, Allaha necə qul olunduğu aşağıdakı ayədə izah olunur:

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!. (Ənam surəsi, 162)

Ayədə bildirildiyi kimi, Allaha qulluq etmək, insanın yalnız 5 vaxt namazını və ya digər ibadətlərini deyil, bütün həyatını hətta ölümünü belə əhatə edir. Mömin, bütün həyatını Allaha qulluq etməklə keçirən insandır. Bunun qarşılığında Allahın razılığını, rəhmətini və sonsuz cənnətini qazanacaq.

Həyatını Allah rizası xaricindəki məqsədlərə yönəltmək isə Allahın Quranda bildirdiyi kimi "şirk"dir, yəni Allaha şərik qoşmaqdır. Peyğəmbərlər tarix boyu insanları Allaha şərik qoşmaqdan imtina etməyə çağırmışlar. Quranda bildirildiyinə görə bütün "cahiliyyət" cəmiyyətləri Uca Allaha şərik qoşan cəmiyyətlərdir. Buna görə də hal-hazırda dünyanın böyük bir hissəsi də şirkə əsaslanan bir dinə mənsubdur. Bu dünyada ancaq mömin birlikləri təkcə Allaha qul edərək haqq dini yaşayarlar. Ayədə bildirildiyi kimi möminlər yalnız bunu söyləyər:

De: “Ey insanlar! Dinimə şəkk edirsinizsə, bilin ki, mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”. (Yunis surəsi, 104)

Yaxşı, bəs onda insan Allaha necə qulluq edər? Yalnız bu müqəddəs işi görməkdən ibarət olan həyatını necə keçirər? Cahiliyyət cəmiyyətlərində zənn edildiyi kimi, bütün günlərini "əziyyət" içindəmi keçirər? Hərəkətsiz, sabit, içinə qapalı bir insan modelinimi yaşayar?

Tam əksinə səmimi bir mömin Allaha qəlbən təslim olmağın verdiyi əmin-amanlıq, hüzur və rahatlığın sevincini yaşayar. Sahib olduğu və gördüyü hər şeyin Allahın lütfü olduğunu bilər, bu nemətlərin verdiyi sevinc və həyəcanı yaşıyar. Bir sözlə, mömin şən, gülərüzlü, qayğısız, əzmkar, keyfiyyətli bir insandır. Yalnız Allah üçün yaşayar, Allah üçün çalışar, Allahı razı salmaq üçün özünə verilən bütün imkanlardan istifadə edər.

Bilinməlidir ki, həqiqi İslam dinini tanımayanların zənn etdiyinin əksinə, insanı çətinliyə salan əsl şey din əxlaqından, Allah sevgisindən və Allah qorxusundan uzaq yaşamaqdır. Yalnız Allaha qul olan adam isə mümkün qədər sərbəst, rahat, şən və xoşbəxtdir. Onu zəncirləyən "saxta ilah"ların boyunduruğundan xilas olmuşdur. "İnsanlar haqqımda nə düşünər?", "filankəs məni sevməsə nə edərəm?", "işdən atılsam nə olar?" kimi milyonlarla qorxu ondan uzaqlaşmışdır. Aciz, zalım, ağılsız və heç bir şeyə gücü çatmayan milyonlarla xəyali ilaha qulluq etmənin təzyiqindən xilas olub, hər şeyə gücü çatan, sonsuz ağıl və gözəllik sahibi, hər şeyi idarəsi altında saxlayan, sonsuz şəfqət və ədalət sahibi olan Allaha bağlanmışdır. O, Quranda bildirildiyi kimi "ən möhkəm dəstəkdən yapışmışdır. Ayədə belə buyurulur:

Dində məcburiyyət yoxdur. Şübhəsiz, doğru yol azğınlıqdan aydın fərqlənir. Artıq kim tağutu inkar edib Allaha iman gətirərsə, o, heç vaxt qırılmayan ən möhkəm bir dəstəkdən yapışmışdır; bunun qopması yoxdur. Allah, eşidəndir, biləndir. (Bəqərə surəsi, 256)

Necə ki, Quranda yalnız Allaha qulluq etməyə dəvət edən peyğəmbərlərin sərbəstləşdirici və "zəncirlərdən xilasedici" xüsusiyyəti belə bildirilmişdir:

O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri, xəbər gətirən və yazıb-oxumaq bilməyən elçinin ardınca gedərlər. O onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf surəsi, 157)

Digər bir ayədə isə Allah, möminlərin xüsusiyyətlərini belə bildirir:

Şübhəsiz, Müsəlman kişilər və Müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, qəlbən (Allaha) itaət edən kişilər və qəlbən (Allaha) itaət edən qadınlar, sadiq kişilər və sadiq qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, hörmətlə (Allahdan) qorxan kişilər və hörmətlə (Allahdan) qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və Allahı çox zikr edən qadınlar; (məhz) bunlar üçün Allah bir bağışlanma və böyük bir mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)

Möminin Allahla səmimi və yaxın bir əlaqəsi vardır. Allah onun tək dostu, tək yardımçısıdır. Quranda hz. İbrahim (ə.s)-ın Allahla olan yaxın əlaqəsi müsəlmanlara nümunə olması üçün belə xəbər verilir:

O (İbrahim) dedi: “Siz nəyə ibadət etdiyinizi gördünüzmü - həm siz, həm də ulu babalarınız? Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir. O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. Ey Rəbbim! Mənə hökm və hikmət ver və məni əməlisalehlərə qovuşdur! Məni, sonrakı nəsillər üçün yaxşı bir nümunə et! Məni nemətlərlə dolu cənnətin varislərindən et! Atamı bağışla! Çünki o, azanlardandır. Onların (insanların) dirildiləcəyi gün məni rüsvay etmə! O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. (Şuəra surəsi, 75-88)

Quranda yalnız Allaha qulluq etmənin rahatlığını yaşayan mömin ilə, Allaha saysız şəriklər qoşan, saysız saxta ilaha qulluq edən adamın nümunəsi isə belə verilmişdir:

Allah (özünə şərik qoşanlar üçün) bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bilmir. (Zumər surəsi, 29)

Möminin ən böyük xüsusiyyətlərindən biri də qürurdan, özündən razılıqdan, digər bir sözlə, sanki özünü ilahlaşdırmaqdan xilas olmuş olmasıdır. Allaha qəlbən təslim olub, Ona sığınan bir mömin heç vaxt özündən razı qalaraq öz içində sıxışıb qalmaz və özünü daim inkişaf etdirər. Quranda bildirilən mömin xüsusiyyətlərini hər keçən gün daha çox yaşamağa səy göstərər. Təvazökarlığı bütün hərəkətlərində əks olunar. Allah təvazökar qullarını bir ayəsində belə nümunə verir:

Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!” deyərlər. (Furqan surəsi, 63)

Allaha tabe olmayanların ən böyük səhvi isə öz ağlını bəyənmək, qürurlanmaq, sanki özünü ilahlaşdırmaqdır. (Allahı tənzih edərik.) Quranda, vicdanı, həqiqətləri gördüyü və qəbul etdiyi halda qürurundan ötrü təkəbbürlənən və həqiqətlərdən qaçan insanlardan belə bəhs edilmişdir:

Vicdanları qəbul etdiyi halda, zülm və qürurlanmadan ötrü bunları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)

Qürurlu insanların inkar etmələri və doğru yoldan sapmalarının əksinə, möminin həyatı Allahın özünə bildirdiyi məsuliyyəti yerinə yetirmək səyi ilə keçər. Möminin daim mübarizə halında olacağı əsl ünsür isə öz nəfsidir. Quranda nəfsin pis əməllərə çağıran cəhəti belə xəbər verilmişdir:

Mən nəfsimi təmizə çıxara bilmərəm. Çünki həqiqətən nəfs, (Rəbbimin qoruduğu kimsədən başqa) var gücüylə pisliyi əmr edər. Şübhəsiz, mənim Rəbbim, bağışlayandır, qoruyandır. (Yusuf surəsi, 53)

Mömin həyatının hər anında nəfsinə qarşı diqqətli olar və hər vaxt, hər şərtdə vicdanının səsinə qulaq asar. Daim Allahın rizasına uyğun olan şeyi edər. Onu, qorxu, bezginlik, ümidsizlik, zəiflik kimi müxtəlif maneələrdən istifadə edərək yolundan döndərməyə çalışan nəfsini, şövqlə, əzmlə, cəsarətlə, səbirlə məğlub edər. Heç vaxt yolundan dönməz, çünki bu yol onun tək dostu, tək yardımçısı və tək dayağı olan Allahın yoludur. Əlbəttə ki, möminin mübarizəsi öz nəfsi ilə məhdudlaşmaz. Quranda Rəbbimizin möminlərə bildirdiyi bir məsuliyyət daha vardır: Yaxşılığı əmr etmək və pislikdən çəkindirmək.

Mömin Quran ayələrində də bildirildiyi kimi, Allahın yer üzündəki xəlifəsidir. İnsanların Allahın yoluyla getmələrinə mane olanlara, onlara təzyiq və zülm göstərənlərə qarşı böyük bir fikri mübarizə aparar, çünki bu, ona Quranda xəbər verilən bir məsuliyyətdir.

Ancaq, Quran əxlaqına bağlı insanların istiqamət verdiyi bir cəmiyyət həqiqi ədaləti və doğruluğu yaşaya bilər. Mömin, Allah rizasını qazanmaq üçün yaşayan, insanlar arasında ədaləti qoruyan, onları doğruya yönəldən adamdır. Möminlər, boynuna götürdükləri məsuliyyət nə qədər böyük olursa olsun Allahın öyrətdiyi əxlaqdan heç vaxt güzəştə getməzlər. Onların bu xüsusiyyətləri Quranda belə bildirilir:

Əgər onları yer üzündə yerləşdirib hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41)

Allahdan qorxmayan insanlar isə nə vəzifəyə gəlirlərsə gəlsinlər şəxsi mənfəətləri arxasınca qaçar, mövqe, şöhrət, mal, mülk əldə etmə yarışına girərlər. Buna görə də, belə insanların söz sahibi olduğu bir cəmiyyət həyatında heç vaxt əsl mənada hüzur və xoşbəxtlik yaşanmaz.

Möminlər isə hər şərtdə insanları pis əməllərdən çəkindirmək, onları gözəl davranışlara təşviq etmək, onlara nümunə olmaq və yaxşılığı "əmr etmək" üçün böyük bir səy göstərərlər. Bu səylərində əsla zəiflik göstərməzlər. Quranda, möminlərin sarsılmaz xarakteri belə izah edilir:

Neçə-neçə peyğəmbərlə birlikdə bir çox Rəbbanilər (Rəbbani alimlər) də vuruşmuş və Onlar Allah yolunda başlarına gələnlərə görə nə zəifləmiş, nə də düşmənə boyun əymişlər. Allah səbir edənləri sevir.Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” olmuşdur. Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir. (Ali İmran surəsi, 146-148)

Səmimi mömini saxta dindarlardan fərqləndirən ən diqqətə çarpan xüsusiyyətlərindən biri də, dini izah edərkən insanlardan heç bir mənfəət güdməməsidir. Hədəfi pul, mal, mövqe və ya insanların rəğbətini qazanmaq deyil, yalnız Allahın məmnuniyyətini qazanmaqdır. O "əcrini" (mükafatını) yalnız Allah Qatında axtarar. Quranda bu mövzuda peyğəmbərlərin nümunəvi əxlaqından nümunələr verən bir çox ayə vardır. Bunlardan bir neçəsi belədir:

Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istəmədim. Mənim mükafatım ancaq Allahdadır. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir”. (Yunis surəsi, 72)

Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu Kitab aləmlər üçün yalnız bir öyüd-nəsihət və xatırlatmadır”. (Ənam surəsi, 90)

Müsəlman həmçinin üstün bir əxlaq sahibidir. Dünyəvi, kiçik macəraların arxasınca qaçmadığı üçün, anlayışlı, mərhəmətli və bağışlayıcıdır. Hissləriylə deyil, ağlıyla hərəkət edər, qəzəblənməz. Fədakar, köməksevər və incə düşüncəlidir. Möminlərin bu gözəl xüsusiyyətləri Quranda belə bildirilir:

O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Bu yurdun (dünyanın) gözəl nəticəsi (axirət xoşbəxtliyi) onlar üçündür. (Rad surəsi, 22)

Onlar, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyənlər, qəzəblərini boğanlar və insanlardakı haqlarından bağışlamaq yolu ilə vaz keçənlərdir. Allah yaxşı iş görənləri sevir. (Ali İmran surəsi, 134)

Sən bağışlama yolunu tut, (İslam dininə) uyğun olanı əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)

Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və islah etsə, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. (Şura surəsi, 40)

Onlar yalandan şahidlik etməz, boş və faydasız şeylərə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər. (Furqan surəsi, 72)

Ona qarşı duyduqları sevgiyə baxmayaraq, yeməyi yoxsula, yetimə və əsirə də yedirdərlər. (İnsan surəsi, 8)

Ancaq bunu da ifadə etmək lazımdır ki, əlbəttə, möminin səhvləri də olacaq. Bu, onun insan və dolayısilə bir qul olmasının tələbidir. Amma saleh müsəlman dərhal etdiyi səhvlər üçün Allahdan bağışlanma diləyər və onları tamamilə düzəldər. Heç bir səhv onu ümidsizliyə salmaz, çünki o Allahın sonsuz rəhmətinə sığınmışdır. Quranda bu mövzu belə xəbər verilir:

Onlar, pis bir iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb dərhal günahlarından ötrü bağışlanma diləyənlərdir. Günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar bilə-bilə etdikləri şeylərə (pis əməllərə) görə israr etməzlər. (Ali İmran surəsi, 135)

Möminin dostu Allah və Allaha dost olan digər möminlərdir. Əgər Allaha düşmən isə, ən yaxını belə artıq onun üçün dost deyil. Allaha bağlanmış bir mömin də, aralarında imandan başqa heç bir ortaq xüsusiyyət (nəsil, sosial status, maddi imkanlar kimi) olmasa belə onun qardaşıdır. Allah üçün sevmənin verdiyi üstünlüyə nail olmuşdur; Allahın razı olduğu insanları sevər.

Müsəlmanın ağlı da açıqdır. Allaha güvəndiyi və özünü Ona təslim etdiyi üçün beynini qurcalayan lüzumsuz qorxular, narahatlıqlar, kədərlər yoxdur. "Sağlam düşüncə" sahibidir. Bu səbəblə də böyük və geniş düşünə bilər, hadisələrin incəliklərini, dolaşıq tərəflərini dərk edər. Məlumat, hikmət və ağıl sahibidir.

Dünyada müvəqqəti olaraq yaşayır. Təlimdən keçəcək, ruhu hər keçən gün daha da nəcibləşəcək, əsl yurduna, axirətə hazırlanacaq. Burada özünə yazılan tarix isə Allahın saleh qullarına yaraşacaq şəkildə şan və şərəflə doludur.

 

6 / total 16
"Harun Yəhyanın Həqiqəti Düşündünüz mü? kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net