< <
14 / total: 16

Gözümüzün Önündəki Möcüzələr

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq. Biz onları əsl həqiqət kimi yaratdıq. Lakin insanların çoxu bilmir. (Duxan surəsi, 38-39)

Kitabımızın əvvəlki hissələrində bir nümunə vermiş və "birdən-birə" yaranan bir insandan danışmışdıq. Bu insanın, özünə və ətrafındakı mühitə nə qədər böyük bir heyrətlə və heyranlıqla baxacağını xatırlatmışdıq və sizin vəziyyətinizin də bu adamınkından əslində heç bir fərqinin olmadığını, ancaq vərdişlər nəticəsində, təəccüblənməyi, heyrətlənməyi, mükəmməllikləri hiss etməyi unutmuş ola biləcəyinizi vurğulamışdıq. Digər bir sözlə, bir çox insanın gözünün önündəki möcüzələri görə bilmədiyini ifadə etmişdik.

Quran ayələrində diqqət çəkilən mövzuların başında da, bu düşünmə tənbəlliyinin və vərdişlərdən qaynaqlanan laqeydliyin yox edilməsi gəlir. Quranda, iman etmək üçün möcüzə gəlməsini gözləyən və beləliklə, doğru yoldan sapan qövmlərdən danışılarkən, onsuz da ətrafımızın tamamilə "möcüzəvi" hadisələrlə dolu olduğu bildirilər.

Quranda insanlar bir çox ayəylə təbiəti araşdırmağa və "Allahın varlıq dəlillərini"ni görməyə çağırılar. Çünki bütün təbiət, bütün kainat "yaradılmış" olduqlarını göstərən işarələrlə doludur və özlərini yaradan Uca Allahın güc, bilik və sənətini göstərmək üçün mövcuddurlar. İnsan, ağlından istifadə edərək bu işarələri görmək və Allahı tanımaqla məsuldur.

Biz bu hissədə Allahın yaratdığı canlılar arasında, Quranda adları verilərək diqqət çəkilən bir neçə nümunədən danışacağıq.

Ağcaqanad

Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)

Ağcaqanad demək olar ki, hər insanın "ülfət"lə baxdığı (ülfəti, "əslində fövqəladə və təəccübləndirəcək xüsusiyyətdəki şeyləri, yaranan vərdişdən ötrü normal qarşılamaq, təəccüblənməmək, heyrətlənməmək və heyrətlənə bilməmək" kimi tərif edə bilərik), əhəmiyyət vermədiyi, mükəmməlliyini düşünmədiyi və "adi" bir şey kimi gördüyü bir varlıqdır. Amma əslində bu kiçik canlıya Allah ayələrdə diqqət çəkmişdir.

Ağcaqanadın Fövqəladə Macərası

Ümumiyyətlə ağcaqanadlar barəsində bilinən məlumat qanla bəslənmələridir. Halbuki bu, o qədər də doğru məlumat deyil. Çünki ağcaqanadların hamısı deyil, təkcə dişiləri qan sorar. Həmçinin dişilər qidalanmaqdan ötrü qan sormazlar. Əslində həm dişilərin, həm də erkəklərin qidaları çiçək nektarıdır. Erkəklərdən fərqli olaraq, dişilərin qan sormalarının yeganə səbəbi, daşıdıqları yumurtaların yetkinləşmək üçün qanda olan zülallara ehtiyac duymasıdır. Digər bir sözlə, dişi ağcaqanad yalnız növünün kəsilməməsi üçün qan sorar.

Ağcaqanadın ən inanılmaz və heyranlıq oyandırıcı xüsusiyyətlərindən biri inkişaf müddətidir. Heyvan, çox fərqli mərhələlərdən keçərək kiçicik bir sürfədən ağcaqanada çevrilər. Bu inkişafın əhvalatı qısaca olaraq belədir:

Dişi ağcaqanad, qanla qidalanan və yetkinləşən yumurtalarını, yaz və ya payız aylarında, nəmli yarpaqların üstünə və ya qurumuş gölməçələrə buraxar. Ana ağcaqanad əvvəlcə qarnının alt hissəsindəki həssas reseptorların köməyi ilə zəmində yumurtalar üçün əlverişli şəraitlər axtarar. Lazımi xüsusiyyətlərə sahib bir yer tapdığı vaxt yumurtlamağa başlayar. Uzunluqları 1 millimetrə də çatmayan yumurtalar tək-tək və ya qruplar halında olmaqla sırayla düzülər. Bəzi növlər isə yumurtalarını bir sal meydana gətirirmiş kimi bir-birinə yapışmış şəkildə buraxarlar. Bu yumurta qruplarının bəzilərində 300 qədər yumurta olar.

Ana ağcaqanadın diqqətlə yerləşdirdiyi ağ rəngli yumurtalar dərhal tündləşməyə başlayar və iki saat ərzində tamamilə qapqara qaralarlar. Bu tünd rəng, onların böcəklər və quşlar tərəfindən görünmələrinə mane olduğundan yumurtaları əhəmiyyətli dərəcədə qoruyur.

Kürt yatma dövrünün bitməsi üçün bir qış keçməlidir. Yumurtalar uzun və soyuq bir qışa dözə biləcək quruluşda yaradıldıqlarından yaz gəlib kürt yatma dövrü bitənədək zərər görmədən canlılıqlarını qoruyarlar.

Yumurtadan Çıxış

Kürt yatma dövrü tamamlandığında ağcaqanad sürfələri demək olar ki, eyni vaxtda yumurtadan çıxmağa başlayarlar. Əvvəlcə birinci sonra isə tezliklə digər yumurtalar çatlayar. Sonra da bütün sürfələr suda üzməyə başlayar. Fasiləsiz surətdə bəslənən sürfələr sürətlə böyüyər. Qısa müddət ərzində dəriləri daha çox böyümələrinə mane olacaq şəkildə gərilər. Bu, ilk dəri dəyişmə vaxtının gəldiyini göstərir. Olduqca möhkəm və kövrək olan dəri asanlıqla soyular. Ağcaqanad sürfəsi öz inkişafını tamamlayanadək iki dəfə daha dəri dəyişdirəcək.

Sürfələrin bəslənməsi üçün yaradılmış üsul olduqca diqqət çəkicidir. Sürfələr, tüklərdən yaranan yelpik formasındakı iki uzadılma ilə su içində kiçik burulğanlar meydana gətirərək, bakteriya və digər mikroorqanizmlərin ağızlarına doğru hərəkət etmələrini təmin edərlər. Sürfə, dalğıcların istifadə etdiyi "snorkelinq"ə bənzər bir hava şlanqıyla tənəffüs edər. Su içində başıaşağı vəziyyətdə dayanarlar. Bədənlərinin ifraz etdiyi yapışqan bir ifrazat, suyun hava dəliklərindən içəri girməsinə də maneə olar. Bir sözlə, heyvan, bir çox həssas tarazlığın bir yerdə işləməsi sayəsində yaşayır. Hava şlanqı olmasa heyvan yaşaya bilməz, yapışqan ifrazat olmasa şlanq tıxanar.

Aradan keçən müddət ərzində sürfələrin əksəriyyəti, dərilərini yenidən dəyişdirmişlər. Son dəri dəyişdirmə əməliyyatı digərlərindən olduqca fərqlidir. Sürfələr artıq əsl bir ağcaqanad olmaq üçün son mərhələ olan "pup" fazasına daxil olmuşlar. Sürfənin dərisinin içində kifayət qədər inkişaf edən pupun artıq bu qılafdan xilas olma vaxtı gəlib çatmışdır.

Qılafın içindən elə fərqli bir canlı çıxar ki, bunların eyni canlının fərqli inkişaf mərhələləri olduğuna inanmaq çətindir və bu dəyişmə, nə sürfənin, nə anasının, nə də başqa bir canlının həyata keçirə bilməyəcəyi qədər kompleks və həssas bir əməliyyatdır.

Bu son dəyişmə əsnasında bir boru vasitəsilə suyun üstünə uzanmış olan hava dəlikləri bağlanacağından, heyvan havasız qalma təhlükəsiylə üz-üzə gələr. Amma yeni çıxan canlı artıq bu kanaldan deyil, baş tərəfində meydana gələn iki boru vasitəsilə tənəffüs edəcək. Buna görə də qılaf dəyişdirməyə başlamadan əvvəl bunlar suyun səthinə çıxarlar. Üç-dörd gün davam edən pup fazasında heç qidalanmazlar.

Pupun içindəki ağcaqanad artıq olduqca inkişaf etmiş və son şəklini almışdır. Bir antena formasındakı bığcıqları, xortumları, ayaqları, döş qəfəsi, qanadları, qarnı və başının böyük hissəsini əhatə edən gözləri ilə ağcaqanad artıq uçmağa hazırdır.

Pup baş tərəfdən yırtılar. Həqiqi bir ağcaqanadın meydana çıxacağı bu mərhələ, ölüm təhlükəsi ən yüksək olan mərhələdir. Bu mərhələdəki ən böyük təhlükə pupun içinə su girməsidir. Ancaq yırtılan baş tərəf, ağcaqanadın başının su ilə təmas etməsinə mane olacaq yapışqan maye ilə örtülmüşdür.

Ağcaqanad suya dəymədən pupdan çıxmaq məcburiyyətindədir. Suyun səthinə yalnız ayaqları dəyər. Bu an çox əhəmiyyətlidir, çünki zəif bir külək onu məhv edə bilər. Pupdan çıxan ağcaqanad yarım saat dincəldikdən sonra ilk uçuşuna başlayar.

Canlı, artıq suya dəymədən suyun içindən çıxmışdır...

Görüldüyü kimi, olduqca incə xüsusiyyətlərə sahib bir quruluş sayəsində ağcaqanad yumurtaları ağcaqanada çevrilə bilirlər. Hər mərhələdə olduqca təfərrüatlı bir yaradılış vardır. Sürfələrin nəfəs almalarını təmin edən hava şlanqları, suyun içəri girməsinə mane olan yapışqan maye və daha bir çox təfərrüat ağcaqanaddakı qüsursuz yaradılışı göstərər. Bu yaradılış necə baş vermişdir? Təkamülçülərə görə ağcaqanadlar təsadüflər nəticəsində meydana gəlmişdirlər. Əlbəttə ki, bu iddia qarşısında bu sualı vermək lazımdır: Görəsən ilk ağcaqanad necə olub da, belə bir çevrilmə "qabiliyyətinə" sahib olmuşdur? Bir sürfə, öz-özünə, üç dəfə dəri dəyişdirib bir ağcaqanada çevrilməyə necə "qərar" vermişdir? Ağcaqanadın bunu düşünəcək ağla sahib olması mümkündürmü?

Əlbəttə ki, xeyr. Ağcaqanadların belə bir şeyi düşünmələri qeyri-mümkündür. Aydındır ki, Allahın Quranda nümunə olaraq verdiyi bu heyvan xüsusi olaraq belə yaradılmışdır.

Ağcaqanadın İstilik Reseptorları

Ağcaqanadlar, olduqca həssas istilik reseptorlarıyla təchiz edilmişdirlər. Ətraflarındakı varlıqları, istiliklərinə görə rəng-rəng qəbul edə bilərlər. Bu proses işıqdan asılı olmadığı üçün, qaranlıq bir otaqda belə qan damarlarını asanlıqla taparlar.

Ağcaqanadın istilik reseptorları, 1/1000 dərəcəlik temperatur dəyişikliklərini belə hiss edəcək həssaslıqdadır.

Ağcaqanadın "Qan Sorma" Texnikası

Hədəfin üstünə qonan ağcaqanad, xortumundakı dodaqcıqlar (latınca; labellum) vasitəsilə əvvəlcə bir nöqtə seçər. Heyvanın şprisə bənzəyən iynəsi xüsusi bir qılafla mühafizə olunmuşdur. Qan sorma əməliyyatı əsnasında bu qılaf iynədən ayrılar.

Dəri, zənn edildiyi kimi iynənin batırılması üsuluyla deşilməz. Bu məqamda vəzifə, bıçaq itiliyindəki üst çənə və üzərində arxaya tərəf meyilli dişlərin yerləşdiyi alt çənəyə düşür. Alt çənə mişar kimi irəli-geri hərəkət edər və dəri üst çənənin köməyi ilə sanki kəsilər. Açılan yarıqdan içəri soxulan iynə qan damarına çatdıqda deşmə əməliyyatına son verilər. Canlı artıq qan sormağa başlayacaq.

Ancaq məlumdur ki, insan bədəni, damarlardakı ən kiçik bir zədələnmə nəticəsində qanı dərhal laxtalandıraraq, o nahiyədəki qan axımını dayandıran bir fermentə malikdir. Əslində bu ağcaqanad üçün böyük bir problem yaratmalıdır. Çünki onun açdığı kiçik dəliyə də bədən dərhal reaksiya verəcək, dərhal qan laxtalanacaq və bərpa əməliyyatı başlayacaq. Əlbəttə ki, bu da ağcaqanadın heç qan sora bilməməsi deməkdir.

Amma ağcaqanad üçün bu problem aradan qaldırılmışdır. Canlı qan sormağa başlamadan, bədənində ifraz etdiyi xüsusi bir mayeni insanın damarında açdığı dəlikdən içəri ötürər. Bu maye, qandakı laxtalanmanı təmin edən fermenti təsirsiz hala gətirər. Beləliklə də, laxtalanma problemi olmadan, ağcaqanad özünü qidayla təmin edə bilər. Ağcaqanadın sancdığı yerdə əmələ gələn qaşınmaya və şişməyə səbəb olan da, məhz laxtalanmanın qarşısını alan bu mayedir.

Şübhəsiz ki, bu inanılmaz bir əməliyyatdır və qarşımıza bu sualları çıxarır:
1) Ağcaqanad insan bədənində belə laxtalandırıcı ferment olduğunu haradan bilir?
2) Bu fermentə qarşı öz bədənində bir ifrazat hazırlaması üçün, fermentin tərkibini (kimyəvi quruluşunu) bilmək məcburiyyətindədir. Bu necə ola bilər?
3) Bunu bilsə belə, öz bədənində belə bir ifrazat hazırlayıb, bunu iynəsinə köçürəcək "texniki təchizat"ı necə meydana gətirmiş ola bilər?

Əslində bu sualların cavabı sadədir: Ağcaqanad bunların heç birini bacara bilməz. Nə bunun üçün zəruri olan ağla, nə kimya məlumatına, nə də ifrazatı hazırlayacaq "laboratoriya" təchizatına malikdir. Bəhs etdiyimiz varlıq, bir neçə millimetr böyüklüyündə tamamilə şüursuz bir ağcaqanaddır, məhz bu qədər!...

Ağcaqanadı, belə inanılmaz, fövqəladə və heyrət oyandırıcı bir sistemin sahibi edən isə, "göylərin, yerin və onlar arasındakıların Rəbbi olan" Allahdır.

Bal Arısı

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Arıların hazırladığı bal dediyimiz maddənin insan bədəni üçün nə qədər əhəmiyyətli bir qida maddəsi olduğu artıq demək olar ki, hamı tərəfindən bilinir. Bəs bu qiymətli qida maddəni hazırlayan arının təfərrüatlı əhvalatını heç düşünmüşdünüzmü?

Arıların qida mənbəyi məlum olduğu kimi çiçək nektarıdır. Ancaq qış aylarında çiçək nektarı tapmaları qeyri-mümkündür. Bu səbəblə də, topladıqları çiçək nektarlarını öz bədənlərindəki xüsusi ifrazatlarla qarışdıraraq, yeni bir qida maddəsini, yəni balı hazırlayar və bunu qış üçün tədarük edərlər.

Burada diqqət çəkən məqam, arıların, öz ehtiyaclardan qat-qat artıq bal tədarük etmələridir. Əlbəttə ki, ağla gələn ilk sual, arı üçün yersiz zaman və enerji itkisi kimi görünən bu; "həddən artıq istehsal"dan nə üçün imtina edilməməsidir? Bu sualın cavabı isə, yuxarıda yer verdiyimiz Nəhl surəsinin 68-ci və 69-cu ayələrində bildirilən, arının aldığı "vəhy"də gizlənmişdir. Arılar da digər bütün canlılar kimi Allahın vəhyi ilə hərəkət edərlər.

Arılar, yaradılışlarının gərəyi olaraq yalnız özləri üçün deyil, insanlar üçün də bal hazırlayırlar. Yer üzündəki bir çox canlı kimi arılar da insanların xidmətinə verilmişdir. Eynilə hər gün özünə o qədər də fayda verməməsinə baxmayaraq, ən azı bir yumurta verən toyuq və ya balasının ehtiyacından qat-qat artıq süd verən inək kimi...

Şandakı Mükəmməl Təşkilatlanma

Arıların şan içindəki həyatları və bal hazırlamaları da olduqca heyrətləndirici incəliklər ehtiva edir. Arıların şanda görmələri lazım olan çox sayda "iş" vardır və mükəmməl bir təşkilatlanmayla bu işlərin öhdəsindən gəlirlər:

Rütubətin nizamlanması və ventilyasiya: Bal üçün, əhəmiyyətli dərəcədə qoruyucu xüsusiyyət kəsb edən şan içindəki rütubət nisbəti daim müəyyən səviyyədə olmalıdır. Şanın içindəki rütubət normadan az və ya çox olduqda bal, həm qidalandırıcı, həm də qoruyucu xüsusiyyətini itirəcək, yəni xarab olacaqdır. Eynilə şandakı temperatur da 10 ay ərzində tam 32⁰ olmalıdır. Şandakı temperatur və rütubət miqdarını daimi olaraq lazımi səviyyədə saxlamaq vəzifəsi xüsusi bir "ventilyator qrupu"na verilmişdir.

İsti bir gündə arıların şanların havasını dəyişdirdikləri asanlıqla görülə bilər. Şanın giriş hissəsi arılarla dolar və onlar, elə bil, zəminə yapışıb qalar və qanadlarıyla şanı yelpiklərlər. Beləliklə, şandakı hava, arılar tərəfindən bir tərəfdən girib o biri tərəfdən çıxmağa məcbur edilir. Şanın içində yelpikləyən əlavə arılar havanı dörd bir tərəfə qovar.

Şanın içindəki ventilyasiya sisteminin digər bir faydası da, şanı tüstüdən və hava çirkliliyindən qorumasıdır.

Sağlamlıq sistemi: Arıların balın xüsusiyyətinin korlanmaması üçün göstərdikləri səy yalnız temperatur və rütubəti nizamlamaqla məhdudlaşmır. Şanda, bakteriyaların törəməsinə səbəb olan bütün hadisələri nəzarət altında saxlamaq üçün mükəmməl bir sağlamlıq sistemi işlədilər. Bu sistem ilk növbədə bakteriya əmələ gətirməsi ehtimalı olan maddələrin yox edilməsini hədəfləyər. Arıların sağlamlıq sisteminin təməl prinsipi kənar maddələrin şana girməsinin qarşısını almaqdır. Bu səbəblə də, şanın girişində daim iki növbətçi saxlanılar. Bu tədbirə baxmayaraq, arılar, içəri yad bir böcək və ya yad bir cisim girdikdə, bunun ən qısa vaxtda şandan kənarlaşdırılması üçün səfərbər olarlar.

Şandan kənara atıla bilməyəcək böyüklükdəki yad cisimlərdən ötrü isə, başqa bir qorunma mexanizmi dövrəyə girər. Arılar belə vəziyyətlər üçün "propolis" adı verilən bir maddə hazırlayarlar. Bunu, şam, qovaq, akasiya kimi ağaclardan yığdıqları qatranlara, bəzi xüsusi ifrazatlar əlavə edərək edərlər. Propolisin xüsusiyyəti, içinə bakteriyaların sığına bilməməsidir. Çöldən şana girmiş canlılar propolislə sarılarlar və beləliklə də, bir cür mumiyalanaraq şandakı mühitdən təcrid olunmuş olarlar.

Arıların bu davranışlarıyla əlaqədar əvvəlcə bu məqama diqqət çəkməkdə fayda vardır: Arılar, canlılar öldükləri vaxt, bədənlərinin sıradan çıxacağını və əmələ gələn maddələrin şandakı canlılara zərər verə biləcəyini bilirlər. Həmçinin bu korlanmanın qarşısını almaq üçün ölən canlı üzərində xüsusi kimyəvi əməliyyatların aparılmasının lazım olduğunu da bilirlər. Mumiyalama əməliyyatı üçün də özündə bakteriya saxlamamaq xüsusiyyətinə sahib bir maddə olan propolisdən istifadə edirlər.

Bura qədər sadalanmış məlumatlar əsasında düşünərək bu sualları verək: Görəsən arılar bir canlıda meydana gələ biləcək korlanmaları və bu korlanmanın zərərli təsirlərini necə yox edə biləcəklərini haradan bilirlər? Üstəlik, təkcə bunları bilməklə kiyafətlənməyib, propolis kimi bir maddədən istifadə etməyə başlamağı necə dərk etmiş ola bilərlər? Arılara bunu öyrədən kimdir? Arılar bu maddəni necə kəşf etmişlər? Formulunu necə tapıb, necə hazırlamağa başlamışdırlar? Bu formula aid məlumatı digər koloniya üzvlərinə və özlərindən sonra gələn nəsillərə necə ötürmüşlər?

Mumiyalama əməliyyatı, antiseptik maddənin tərkibi və hazırlanması və ya hansı yerlərdə istifadə ediləcəyi kimi mövzularda arıların həm məlumat sahibi ola bilməyəcəyi, həm də bədənlərində bunları hazırlaya biləcəkləri bir sistemi, özlərinin meydana gətirə bilməyəcəkləri aydındır. Bütün bunları arılar öz-özlərinə fikirləşib tapa bilməzlər. Hər mərhələsində müəyyən ağıl və məlumat tələb edən bu əməliyyatları, arılar təsadüfən də öyrənməmişdirlər. Çünki təsadüflər, şüurlu və ağıllı hərəkətlər meydana gətirə bilməzlər.

Bunlar, bütün bu əməliyyatların necə həyata keçiriləcəyini arılara başqa biri tərəfindən öyrədilmiş olduğunu göstərir. Bütün bu məlumatları arılara ilham edən, yaradıcıları olan Allahdır. Yer üzündəki hər şey kimi arılar da Məlik (bütün kainatın sahibi və mütləq hökmdarı) olan Allaha boyun əymişlər:

Haqq Məlik olan Allah hər şeydən ucadır! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı Ərşin Rəbbidir. (Muminun surəsi, 116)

Ən Az Vəsaitlə Ən Çox Tədarük

Balarıları kiçik arı mumu parçalarına forma verərək, 30 000 arının yaşaya biləcəyi və birlikdə işləyə biləcəyi şanlar inşa edə bilərlər.

Şan, hər bir üzündə yüzlərlə kiçik pətək gözü olan, divarı da arı mumundan hörülmüş pətəklərdən ibarətdir. Bütün pətək gözləri tamamilə eyni böyüklükdədir. Bu mühəndislik möcüzəsi, minlərlə arının birlikdə işləməsiylə ortaya çıxar. Arılar, bu pətək gözlərindən qida maddələrini ehtiyyatda saxlamaq və gənc arıların baxımı üçün istifadə edərlər.

Balarıları, pətək gözlərini milyonlarla ildir ki, (100 milyon il bundan əvvələ aid arı qalığı tapılmışdır) altıbucaqlı formada inşa edir. Görəsən niyə səkkizbucaqlı və ya beşbucaqlı kimi həndəsi formalar deyil, əksinə xüsusi olaraq altıbucaqlı forma seçilmişdir? Riyaziyyatçılar bu sualı belə cavablandırır: Vahid sahədən maksimum istifadə etmək üçün ən uyğun həndəsi forma altıbucaqlıdır. Pətəklər altıbucaqlı əvəzinə başqa bir formada inşa edilsəydi, istifadəsiz yerlər meydana çıxacaq, beləliklə, daha az bal tədarük edilə biləcək və şandan daha az sayda arı faydalanacaqdı.

Dərinlikləri eyni olduğu təqdirdə, üçbucaqlı və dördbucaqlı pətək gözlərində də altıbucaqlı pətək gözlərindəki qədər bal saxlanıla bilərdi. Ancaq bu həndəsi formalardan ətrafı ən qısa olan altıbucaqlıdır. Eyni həcmə malik olmasına baxmayaraq, altıbucaqlı pətək gözləri üçün istifadə edilən vəsait üçbucaqlı və ya dördbucaqlı pətək gözləri üçün istifadə ediləndən daha azdır.

Bu vəziyyətdə bu nəticəyə gəlinər: Altıbucaqlı pətək gözü, ən yüksək miqdarda bal tədarük etməklə yanaşı, inşası üçün ən az bal mumu tələb edən həndəsi formadır. Mürəkkəb həndəsi əməliyyatlardan sonra əldə olunan bu nəticə, əlbəttə ki, arılar tərəfindən hesablanmamışdır. Bu kiçik heyvanlar altıbucaqlı formadan, yaradılışlarının gərəyi olaraq, yalnız özlərinə öyrədildiyi, digər bir sözlə "vəhy edildiyi" üçün istifadə edirlər.

Arıların altıbucaqlı pətək gözləri hər cəhətdən işəyararlı bir dizayndır. Pətək gözləri arasında ahəngdarlıq vardır və divarları ortaqdır. Bu, yenə ən az arı mumuyla, ən yüksək miqdarda qida tədarük etməyə imkan verər. Olduqca nazik olmalarına baxmayaraq pətək gözləri, öz kütlələrinin bir neçə mislindəki ağırlıqları daşıya biləcək gücdədirlər.

Arılar pətək gözlərinin yan səthləriylə yanaşı, dib tərəflərini də inşa edərkən ən yüksək qənaət qanununu nəzərə alarlar.

Pətəklər, kürək kürəyə vermiş iki sıradan ibarət bir dilim şəklində inşa edilər. Belə olduqda, iki pətək gözününü birləşmə nöqtəsi kimi bir problem ortaya çıxacaq. Bu problem, pətək gözü oturacaqlarının, üç rombun birləşdirilərək inşa edilməsiylə həll edilmişdir. Pətəyin bir üzündə üç pətək gözü inşa edilməsi, oturacağın qarşı üzündə avtomatik şəkildə bir pətək gözü oturacağının öz-özünə inşa edilmiş olması deməkdir.

Oturacaq romb formasındakı arı mumu təbəqələrindən ibarət olduğundan, bu üsulla inşa edilən pətək gözlərinin dib tərəfində aşağıya doğru dərinləşmə görülər. Bu hüceyrənin həcminin, dolayısilə ehtiyyatda saxlanılacaq balın miqdarının artması deməkdir.

Bura qədər izah edilənlərdən də görüldüyü kimi altıbucaqlı forma, bir pətəyin hörülməsi üçün ən ideal formadır. Bu məqamda cavablandırılmalı olan bir sual ortaya çıxır: Arılar altıbucaqlının ən ideal forma olduğunu haradan bilirlər?

Pətəklərdəki bu qüsursuz dizayn nümunəsinin arılar tərəfindən xəyali təkamül prosesində yavaş-yavaş meydana gətirilə bilməyəcəyini anlamaq üçün təkcə sağlamfikirli bir insan olmaq kifayətdir. Bir arının bir gün beşbucaqlı pətək inşa edib, daha sonrakı gün üçbucaqlı formanı sınaqdan keçirib, bir müddət belə davam edib, daha sonrakı günlərdə, illərdə və ya əsrlərdə isə altıbucaqlı formanın pətək inşasında ən səmərəli forma olduğunu anlayıb, pətəyi daim belə inşa etməyə qərar verdiyi ssenarisini düşünmək belə olduqca axmaq bir hərəkətdir. Belə bir şeyi iddia etmək, arıların ən azı insanlar qədər ağıl və şüur sahibi varlıqlar olduğunu iddia etməkdir. Belə ki, bu iddianın qəbul edilməsi də ağıl və vicdan baxımından qeyri-mümkündür.

Arıları Allah yaratmışdır. Təkamül prosesindən keçməmişdirlər. Heç bir şəkildə dəyişikliyə məruz qalmamışdırlar. Müasir dövrdə də, ilk yaradıldıqları andakı xüsusiyyətlərinə sahibdirlər.

Pətək Gözlərinin Digər Xüsusiyyətləri

Balarılarının pətək inşası əsnasında diqqət yetirdikləri digər bir xüsusiyyət, pətək gözlərinin meylliyidir. Gözlər hər iki tərəfə doğru 13 dərəcə yüksəldilərək yerə tam paralel olmalarının qarşısı alınar. Beləliklə, bal, ağız hissədən axıb getməz.

İşçi balarıları işləyərkən, elə bil, bir-birinə keçmiş halqalar kimi salxım forması halında bir yerə cəmləşərlər. Buradakı məqsəd, arı mumunun hazırlanması üçün zəruri olan 35⁰C-lik temperaturun təmin edilə bilməsidir. Arılar qarınlarındakı torbacıqlardan şəffaf bir maye çıxardarlar. Bu maye, çölə axar və ağ rəngli, nazik arı mumu təbəqələrini möhkəmlədər. Arılar da arı mumunu ayaqlarındakı kiçik qarmaqlarla toplayarlar. Daha sonra arı mumunu ağızlarına qoyar, yumşalana qədər ağızlarında əməliyyatdan keçirər və ona pətəklərdə forma verərlər. Bir çox arı birlikdə hərəkət edərək, arı mumunun yumşaq və istifadəyə yararlı vəziyyətdə qalması üçün, iş prosesi gedən yerin temperaturunun tam istənilən səviyyədə qalmasını təmin edər.

Pətəyin inşasında çox maraqlı bir məqam daha vardır: Pətəyin inşasına şanın yuxarı hissəsindən başlanılar və eyni anda iki-üç cərgə aşağı doğru hörülər. Bir pətək dilimi hər iki tərəfə doğru genişləyərkən, əvvəlcə ehtiva etdiyi iki sıranın oturacaqları birləşər. Bu iş çox münasib və nizamlı şəkildə baş tutar. Belə ki, pətəyin bir-birindən fərqli iki və ya üç hissədən hazırlandığını görmək qeyri-mümkündür. Eyni vaxtda müxtəlif uclardan hörülən pətək dilimləri o qədər düzgün formaya malikdirlər ki, pətəklər yüzlərlə bucaq ehtiva etməsinə baxmayaraq, tək hissədən ibarət bir quruluş təəssüratı verərlər.

Bunun meydana gələ bilməsi üçün, arılar, başlanğıc və birləşmə nöqtələri arasındakı məsafələri əvvəlcədən hesablayıb, pətək gözlərinin ölçülərini onun əsasında planlaşdırmalıdırlar. Minlərlə arının belə bir şeyi bacara bilməsi, elm adamlarını heyrətə gətirir.

Görüldüyü kimi pətəklərin hörülməsiylə əlaqədar təfərrüatlar olduqca çoxdur. Pətəyin xüsusi olaraq hazırlanmış bir quruluş olduğu açıq şəkildə görülür. Belə bir quruluşun təsadüf nəticəsində meydana gəldiyini düşünmək isə olduqca axmaq bir hərəkət olacaq. Arıların həyatlarındakı hər mərhələ Allahın sonsuz qüdrətinin və yaratma gücünün bir təcəllisidir.

Arılar gedəcəkləri istiqaməti necə müəyyənləşdirirlər?

Arılar qida əldə edə bilmək üçün, çox vaxt uzaqlara gedərək geniş əraziləri axtarmaq məcburiyyətində qalarlar. Şanlarından 800 metr məsafəyə qədər uzanan bir sahədə, tarla çiçəklərindən nektar və tozcuq toplayarlar. Çiçəkləri tapan arı, bunların yerini digər arılara xəbər vermək üçün şanına qayıdar. Ancaq bu arı, şandakı dostlarına çiçəklərin yerini hansı yolla başa salacaq?

Rəqs yoluyla!... Şana qayıdan arı bir növ rəqs etməyə başlayar. Bu rəqs, digər arıların çiçəklərin yerini tapa bilmələri üçün istifadə edilən bir izahat yoludur. Arının təkrar etdiyi rəqs, digər arılara hədəfə çatmaq üçün lazım olan istiqamət, uzaqlıq kimi bütün məlumatları əskiksiz şəkildə verər.

Rəqs, arının dayanmadan çəkdiyi "8" rəqəmi formasından ibarətdir. Arı, səkkizin ortasını, quyruq hissəsini titrədərək ziq-zaqlar halında çəkər. Ziq-zaqlı yolun Günəş-şan arasındakı düz xəttlə əmələ gətirdiyi bucaq, tamamilə çiçəklərin olduğu yerin istiqamətini verər.

Təkcə həmin bu yerin istiqamətini bilmək də kifayət etməz. İşçi arılar nektar toplaya bilmək üçün, nə qədər uzağa getməli olduqlarını da "bilməli"dirlər. Şana geri qayıdan arı, digər arılara, yenə müəyyən bədən hərəkətləriylə tozcuqlara olan məsafəni "başa salar". Bunu bədənin alt hissəsini yırğalayıb ani hava axınları meydana gətirərək ifadə edər. Digər arılar da bığcıqlarıyla bu axınları hiss edərək gedəcəkləri qida mənbəyinin uzaqlığını müəyyənləşdirərlər. Məsələn, 250 metr uzaqlıqdakı yeri "təsvir etmək" üçün yarım dəqiqəlik bir müddət ərzində bədəninin alt hissəsini 5 dəfə yırğalayar. Beləliklə də, ifadə edilən bucaq və uzaqlıqla hədəfin yeri konkret şəkildə ifadə edilmiş olar.

Amma mənbəyə gediş-gəliş müddəti böyük vaxt aparan uçuşlarda, arını yeni bir problem gözləyər: Qida mənbəyini yalnız Günəşə görə təsvir etmə qabiliyyətinə sahib olan arı, şana qayıdana qədər, günəş hər 4 dəqiqədə 1 dərəcə yer dəyişdirər. Buna görə də arı, yolda keçirdiyi hər 4 dəqiqə üçün yoldaşlarına verdiyi istiqamətdə bir dərəcə xəta etməsi lazım gəldiyi halda, o heç vaxt belə bir problemlə üzləşməz. Çünki gözü yüzlərlə kiçik altıbucaqlı linzalardan ibarətdir. Hər linza eynilə bir teleskopda olduğu kimi çox dar bir sahəni görər. Günün müəyyən vaxtında Günəşə doğru baxan bir arı, uçarkən daim yerini tapa bilər. Elm adamları arının bu işi, zamana görə günəşin yaydığı işıq miqdarının dəyişməsindən faydalanaraq etdiyini söyləyirlər. Nəticədə arı, günəş hərəkət etdikcə şanda, verəcəyi istiqamətdə dəyişiklik edərək hədəfin istiqamətini düzgün şəkildə müəyyənləşdirər.

Çiçək İşarələmə Üsulu

Bal arıları, bir çiçəyin nektarının daha əvvəl başqa arılar tərəfindən istifadə olunduğunu həmin çiçəyə qonan kimi anlayar və dərhal həmin çiçəyi tərk edərlər. Bu sayədə həm vaxt, həm də enerji itkisinə yol verməzlər. Bəs arı çiçək üzərində araşdırma aparmadan nektarın bitdiyini haradan bilir?

Çünki çiçəkdən faydalanan və nektarından istifadə edən yoldaşları həmin çiçəyin üstünə, özünəməxsus qoxuya malik bir damla buraxaraq, onu işarələyərlər. Onlardan sonra gələn hər hansı bir arı çiçəyə qonan kimi əvvəlcədən buraxılan qoxunu hiss edər və çiçəyin işə yaramaz olduğunu başa düşərək dərhal başqa bir çiçəyə yönələr. Beləliklə də, birdən çox arının eyni çiçək üzərində qalaraq vaxt itirmələrinin qarşısı alınar.

Bal Möcüzəsi

Allahın kiçik bir heyvan vasitəsiylə insanlara bəxş etdiyi balın necə əhəmiyyətli bir qida mənbəyi olduğunu bilirsinizmi?

Bal, fruktoza və qlükoza kimi şəkərlərlə yanaşı maqnezium, kalium, kalsium, natrium xlor, kükürd, dəmir və fosfor kimi minerallara malikdir. Nektar və tozcuqların xüsusiyyətlərinə görə dəyişməklə yanaşı, balda B1, B2, B6, B5, B3 və C vitaminləri var. Həmçinin az miqdarda mis, yod, dəmir və sink də olur. Balın tərkibində bunlardan başqa bəzi hormonlar da vardır.

Bal, Quran ayəsində xəbər verildiyi kimi, "insanlara şəfa" vermə xüsusiyyəti daşıyır. 1993-cü il 20-26 sentyabr tarixləri arasında Çində keçirilən Dünya Arıçılıq Konqresində elm adamlarının bal haqqındakı şərhləri də bunu təsdiqləyir:

Konqresdə müzakirə olunan əsas mövzu arı məhsulları ilə müalicə mövzusu oldu. Xüsusilə də amerikalı elm adamları bal, arı südü, tozcuq və propolisin bir çox xəstəliyi müalicə etdiyini bildirdilər. Rumıniyalı bir həkim balı katarakt xəstələri üzərində sınaqdan keçirdiyini və 2094 xəstədən 2002-sinin (95%) bal sayəsində tam olaraq yaxşılaşdığını dedi. Polşalı həkimlər isə propolisin babasil, dəri və qadın xəstəlikləri kimi bir çox xəstəliyə fayda verdiyini müəyyənləşdirdiklərini bildirdilər. (Hürriyet, 19 oktyabr 1993)

Elm sahəsində ən qabaqcıl yerləri tutan ölkələrdə arıçılıq və arı məhsulları artıq özlüyündə bir tədqiqat sahəsidir. Balın digər faydaları isə belə sadalana bilər:

Asanlıqla həzm olunar: İçindəki şəkərlərin digər bir şəkər növünə (fruktozanın qlükozaya) çevrilə bilmə xüsusiyyəti sayəsində bal, yüksək miqdarda turşu ehtiva etməsinə baxmayaraq, ən həssas mədə tərəfindən belə asanlıqla həzm edilər. Həmçinin bağırsaqların və böyrəklərin daha yaxşı işləməsinə kömək edər.

Kalorisi azdır: Balın digər bir xüsusiyyəti də, eyni miqdardakı şəkərlə müqayisədə olduqca şirin olmasına baxmayaraq, bədəni təxminən 40% nisbətində daha az kalori ilə təmin etməsidir. Bədənə yüksək enerji verməsinə baxmayaraq, kökəltməməsi balı üstün bir qida mənbəyi etməyə kifayət edər.

Sürətlə qana qarışar: Bal ilıq suyla qarışdırıldığında 7 dəqiqə ərzində qana qarışar. Tərkibində olan sərbəst haldakı şəkərlərdən ötrü beynin işləməsi asanlaşar.

Qan hazırlanmasına dəstək olar: Bal, qan hazırlanması üçün bədənin ehtiyac duyduğu enerjinin əhəmiyyətli bir hissəsini təmin edər. Həmçinin qanın təmizlənməsinə də yardım edər. Həm qan dövranını tənzimləyər, həm də onun hərəkətinin asanlaşdırar. Damar sərtləşməsinə qarşı əhəmiyyətli bir qoruyucudur.

İçinə bakteriya sığına bilməz: Balın bakteriyaların sığınmasına imkan verməyən xüsusiyyəti "öldürücü təsir" deyə adlandırılar. Aparılan təcrübələr sulandırılmış balın bakteriya öldürücü xüsusiyyətinin saf bala görə iki qat artdığını göstərmişdir. İşin maraqlı cəhəti, arı koloniyasına yeni daxil olacaq tırtılların, özlərinə baxmaqla mükəlləf olan arılar tərəfindən (sulandırılmış balın bu xüsusiyyətini bilirmiş kimi) sulandırılmış balla bəslənməsidir.

Arı südü: Arı südü, şandakı işçi arıların hazırladığı maddədir. Çox bəsləyici olan arı südündə şəkər, zülal, yağ və bir çox vitamin olur. Bədənin gücsüz düşdüyü vəziyyətlərdə və toxumaların yaşlanmasından yaranan pozulmalarda istifadə edilər.

Dəvə

Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini görmürlər? Dağların necə sancıldığını görmürlər? Yerin necə döşədildiyini görmürlər? Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. (Ğaşiyə surəsi, 17-21)

Bütün varlıqlar, bütün kainatı olduğu kimi özlərini də yaradan Allahın sonsuz gücünü və elmini göstərirlər. Allah bunu bir çox ayədə bildirir, yaratdığı hər şeyin bir ayə, yəni bir dəlil və ibrət olduğuna daim diqqət çəkir.

Ğaşiyə surəsinin 17-ci ayəsində də, yenə üzərində diqqətlə düşünülməsi və ibrət götürülməsi lazım olan bir heyvandan; "dəvə"dən bəhs edilir.

Aşağıda, Allahın Quranda; "məgər onlar dəvənin necə yaradıldığını görmürlər?" ifadəsiylə üzərində düşünməyə dəvət etdiyi bu heyvan haqqında bəzi heyrətləndirici məlumatlar verilmişdir.

1) İnanılmaz dərəcədə aclıq və susuzluğa dözmə qabiliyyəti: Dəvə, 50⁰C temperatur altında 8 gün ac-susuz qala bilər. Bu müddət ərzində bədən çəkisinin cəmi 22%-ni itirər. İnsan, öz bədənində olan suyun 12%-ni itirdiyi vaxt öldüyü halda, dəvə, bədənindəki suyun 40%-ni itirdiyi halda ölməz. Dəvənin susuzluğa dayana bilməsinin digər bir səbəbi də, gündüzlər bədən temperaturunu 41⁰C-yə qədər yüksəldən bir mexanizmə sahib olmasıdır. Bu sayədə gündüzlər qızmar səhrada su itkisini minimum səviyyədə saxlaya bilir. Soyuq səhra gecələrində isə bədən temperaturunu 30⁰C-yə qədər aşağı sala bilir.

2) Mükəmməl su istifadəsi vahidi: Dəvələr, 10 dəqiqədə bədən ağırlıqlarının üçdə biri nisbətində su içərlər. Bu miqdar bəzən 130 litrə çata bilir. Bununla yanaşı dəvə, insanla müqayisədə 100 qat daha geniş bir sahəni əhatə edən bir burun selikli qişasına malikdir. Heyvan, çox böyük və qıvrımlı burun selikli qişası sayəsində, havadakı rütubətin 66%-ni tuta bilir.

3) Qidalardan və sudan maksimum istifadə: Heyvanların çoxu böyrəklərində yığılan sidik cövhəri qana qarışdığı anda zəhərlənərək ölər. Halbuki, dəvə, bədənində əmələ gələn sidik cövhərini dəfələrlə qaraciyərdən keçirərək, sudan və qidalardan maksimum dərəcədə istifadə edə bilir.

Dəvənin qan və hüceyrə quruluşu da, səhra şəraitində uzun müddət susuz yaşaya bilməsini təmin edə biləcək şəkildədir. Hüceyrə divarları, hüceyrələrin çox su itirməsinin qarşısını alacaq bir quruluşdadır. Qan isə, dəvənin bədənində su minimum səviyyəyə endikdə belə qanın axım sürətinin zəifləməsinə imkan verməyəcək bir formadadır. Həmçinin qanında, susuzluğa davamlığı artıran albumin fermenti, digər canlılarla müqayisədə daha yüksək miqdarda mövcuddur.

Dəvənin digər bir yardımçısı da hörgücüdür. Hörgüclərdə dəvənin bədən ağırlığının beşdə bir hissəsi qədər yağ tədarük edilmişdir. Dəvədə yağın tək bir nöqtədə toplanması, (yağa bağlı olaraq) bədənin hər yerində intensiv surətdə su itkisinin qarşısını alar. Bu da dəvənin sudan minimum ölçüdə istifadə etməsinə səbəb olar.

Bir hörgüclü dəvə, normalda gündə 30-50 kiloqram qida qəbul edə bildiyi halda, çətin şərtlər altında gündə yalnız 2 kiloqram quru otla belə bir ay ərzində yaşaya bilir. Dəvənin ağız və dodaq quruluşu, ayaqqabı dərisini deşəcək qədər kəskin tikanları belə rahatlıqla yeyə biləcəyi formadadır. Dörd kameralı mədəsi və həzm sistemi isə qabağına çıxan hər şeyi üyüdə biləcək qədər güclüdür. Dəvə normalda bir yemək növü olmayan kauçuk kimi maddələrdən belə istifadə etməyi bacarar. Quraq mühitlərdə bu xüsusiyyətin nə qədər qiymətli olduğu aydındır.

4) Tornadolara və fırtınalara qarşı görülən tədbir: Dəvənin kirpikləri iki qatlıdır. Kirpiklər, tələ kimi iç-içə keçərək, gözü güclü qum fırtınalarına qarşı tam bir qoruma altına alar. Dəvələr həmçinin burun dəliklərini də qum girməsin deyə bağlaya bilərlər.

5) Qızmar istiyə və dondurucu soyuğa qarşı görülən tədbir: Bütün bədənini örtən sıx tüklər səhradakı qızmar günəş şüasının heyvanın dərisinə çatmasına mane olar. Bunlar həmçinin soyuqda da heyvanın isinməsini təmin edər. Səhra dəvələri 70⁰C-lik temperaturdan zərər görmədikləri halda, cüt hörgüclü dəvələr sıfır dərəcədən aşağı -52⁰C-lik temperaturda belə yaşaya bilirlər. Bu cür dəvələr, 4 000 metrlik hündür yaylalarda belə yaşaya bilirlər.

6) Qızmar qumlar üçün görülmüş tədbir: Qıçlarına görə olduqca böyük olan ayaqları da, quma batmadan yeriyə bilsin deyə xüsusi olaraq geniş səthə malik şəkildə yaradılmışdır. Dabanlarındakı xüsusi qalın dəri isə qızmar səhra qumlarına qarşı görülmüş tədbirdir. Bütün bu məlumatlar əsasında bunları düşünək:

Dəvə, öz bədənini səhra mühitinə görə mi qaydaya salmışdır? Burun selikli qişasını özü əmələ gətirib, hörgücünü özümü yaratmışdır? Yaxud tornado və fırtınaya qarşı göz və burun quruluşunu özümü dizayn etmişdir? Qan və hüceyrə quruluşunu, sudan qənaətlə istifadə etmək üçün özümü nizamlamışdır? Bədənindəki tüklərin quruluş və xüsusiyyətini dəvənin özümü seçmişdir? O mu özünü "səhra gəmisi"nə çevirmişdir?

Əlbəttə ki, dəvə (digər hər hansı bir canlı kimi) bunları edə bilməz, öz-özünü insanlara faydalı hala gətirə bilməz.

"Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?" ayəsi, həqiqətən də bu inanılmaz heyvanın meydana gəlişini ən yaxşı şəkildə izah edir. Dəvə də, hər şey kimi yaradılmış, müxtəlif xüsusiyyətlərlə bəzənmiş və Allahın yaratmasındakı üstünlüyün bir dəlili olaraq yer üzünə yerləşdirilmişdir.

Dəvə, bu cür üstün fiziki xüsusiyyətlərlə yaradılmaqla yanaşı, ona insana xidmət etmək, insana isə, bütün varlıq aləmindəki buna bənzər yaradılış möcüzələrini görmək və bütün varlıqların yaradıcısı olan Allahı tanımaq vəzifəsi verilmişdir...

 

14 / total 16
"Harun Yəhyanın Həqiqəti Düşündünüz mü? kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net