Quranda Şəfqət və Ədalət

< <
6 / total: 7

Nəticə

Kitab boyu iman gətirən insanın ədalət anlayışının və sevgi dolu rəftarının necə olmasından, bu cür ədalət və əxlaq insanlar arasında hakim olduqda necə cəmiyyət formalaşacağından bəhs edilmişdir. Ancaq burada bir cəhətin də üzərində dayanmaq lazımdır: insanların cəmiyyətdə ədaləti bərqərar etmək üçün cəhd etməsi eyni zamanda bu insanların Allahın dininə uyğun yaşamaqda və Quran ayələrini tətbiq etməkdə dəqiqliklərini də göstərir.

Ona görə də Qurana iman gətirən müsəlmanlar əsil ədaləti tam tətbiq etməlidirlər. Bir müsəlman Allahın Quranda bildirdiyi oruc, 5 vaxt namaz, örtü kimi əmr və ibadətlərinə necə ciddi yanaşırsa, eyni şəkildə Allahın əmr etdiyi kimi, ədalətlə hökm verməklə və mərhəmətli olmaqla da məsuldur. Əks təqdirdə bu, Quran ayələrinin bir qisminə inanıb digər qisminə inanmamaq deməkdir ki, Quranda insanların bu xətaya düşəcəyinə diqqət çəkilmişdir:

... Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir. (Bəqərə surəsi, 85)

Mömin Allahın ayələrdə bildirdiyi əzabının nə qədər şiddətli olacağını çox yaxşı bilir. Allah ən ədalətli, insanlar arasında ədaləti tam tətbiq edəndir. O, ədalətini dünyada olduğu kimi, axirətdə də qullarına göstərəcək. İnsanların bütün həyatı boyu etdikləri hər hərəkət, dedikləri hər söz, ağıllarından keçirdikləri hər fikir, böyük-kiçik hər əməl Allah qatında ədalətlə haqq-hesab olunacaq və insanlar buna əsasən əməllərinin qarşılığını alacaqlar. Bu qarşılıq ya sonsuz cənnət nemətləri, ya da cəhənnəm əzabıdır:

Hamınızın dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. O, insanları yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün yenidən dirildir. Kafirləri etdikləri küfrlərə görə qaynar su və şiddətli bir əzab gözləyir! (Yunus surəsi, 4)

Məhz buna görə müsəlman Allahın razı qalmadığı hər cür davranışdan çəkinər. Peyğəmbərimizin (səv) dövründəki və daha sonra onun yolunu izləyən xəlifələr kimi bütün müsəlman idarəçilərin dövrlərindəki sülh və əmin-amanlığın səbəbi Qurana bağlılıqlarıdır.

Kitabda ən gözəl nümunələrlə təsvir edildiyi kimi, müsəlman türk xalqı da tarix boyu ədaləti, tolerantlığı, mərhəməti, vicdanı, heysiyyəti ilə dünyaya nizam vermiş şərəfli keçmişə malikdir. Bu səbəbdən də keçmiş təcrübələrindən faydalanaraq dünyada ədalətin bərqərar edilməsi və zülmə son qoyulması üçün qarşısında heç bir maneə yoxdur. Ediləcək tək şey milli birlik içində olmaq və Quranda öyrədilən əsil ədaləti dünyaya hakim etmək üçün ciddi səy göstərməkdir.

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

 

6 / total 7
"Harun Yəhyanın Quranda Şəfqət və Ədalət kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net