< <
4 / total: 17

1-ci Bölüm: Quranda Diqqət Çəkilən Dörd Heyvan - Dəvə

"Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?"

Deve

Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini görmürlər? Dağların necə yerə sancıldığını görmürlər? Yerin necə döşədildiyini görmürlər? Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.
(Ğaşiyə surəsi, 17-21)

Bütün varlıqları sahib olduqları xüsusiyyətlərlə yaradan Rəbbimizin sonsuz gücünü və elmini göstərdiklərinə heç bir şübhə yoxdur. Allah, Qurandakı bir çox ayədə bu həqiqəti bildirir, Allahın hər yaratdığının bir ayə, yəni „bir dəlil və ibrət“ olduğuna davamlı diqqət çəkir.

Ğaşiyə surəsinin 17-ci ayəsində də üzərində diqqətlə düşünülməli və ibrət götürülməli olan bir heyvandan, "dəvə" dən bəhs edilir.

Bu hissədə, Allahın Quranda "baxmırlarmı o dəvəyə necə yaradıldı" ifadəsiylə diqqət çəkdiyi bu canlını araşdıracağıq.

Dəvəni "xüsusi bir canlı" edən, ən ağır şəraitlərdən belə təsirlənməyən bədən quruluşudur. Bu elə bir bədəndir ki, aclıq və susuzluğa günlərlə dayanar, günlər boyu, kürəyində yüzlərlə kilo ağırlıqla yol qət edə bilər.

Dəvənin, təfərrüatını sonrakı səhifələrdə görəcəyiniz xüsusiyyətləri, onun, quraq mühitlər üçün xüsusi bir yaradılışla var edildiyini və insanın xidmətinə verildiyini göstərir. Və bu də düşünən insanlar üçün açıq bir yaradılış dəlilidir.

"Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan insanlar üçün dəlillər vardır." (Yunis surəsi, 6)

Aclıq Və Susuzluğa Fövqəladə Dözmə Qabiliyyəti:

Dəvə, 50°C istilikdə 8 gün ac-susuz qala bilər. Bu müddət içində ümumi çəkisinin 22%-ni itirər. İnsan, bədənində olan suyun 12%-ni itirdiyində ölərkən, dəvə, bədənindəki suyun 40%-ni itirdiyi halda ölməz. Dəvənin susuzluğa dözümlülüyünün digər bir səbəbi də, gündüz bədən istiliyini 41°C-yə qədər qaldıran bir mexanizmə sahib olmasıdır. Bunun sayəsində, gündüz həddindən artıq səhra istisində su itkisini minimum səviyyədə saxlaya bilir. Soyuq səhra gecələrində isə bədən istiliyini 30°C-yə qədər sala bilir.

Mükəmməl Su Istifadə Etmə Modulu:

Dəvələr, 10 dəqiqədə ağırlıqlarının üçdə biri nisbətində su içərlər. Bu miqdar bəzən 130 litr ola bilir. Bununla yanaşı, dəvə, insana nisbətlə 100 qat daha geniş sahəni əhatə edən burun selikli qişasına malikdir. Heyvan, çox böyük və qıvrımlı burun selikli qişası sayəsində, havadakı nəmin 66%-nı tuta bilir.

Deve

1. Besin deposu hörgüç

Bir yağ yığıntısı şeklindeki hörgüç, Hecin devesinin kıtlık anında periyodik olarak beslenmesini sağlar. Hayvan bu sayede 3 hafta su içmeden yaşayabilir. Bu sırada vücut ağırlığının %33'-ünü kaybeder. Aynı koşullar altında insan, vücut ağırlığının %8'ini kaybeder ve 36 saat içinde vücut suyunu tamamen yitirerek ölür.

2. Isıya karşı yalıtkan kürk

Bu kürk, hayvanın vücudunu sıcağa ve soğuğa karşı koruyan, su kaybını azaltan kalın ve keçeleşmiş tüylerden oluşmuştur. Hecin devesi gündüzleri iç sıcaklığını 41 dereceye kadar çıkararak terlemeyi geciktirir. Böylece su kaybını engellemiş olur.

Kalın kürkü sayesinde, Asya'nın, yazın (+) 50 dereceye varan sıcağına, kışın ise (-) 50 dereceye kadar ulaşan soğuğuna dayanabilir.

3. Kumdan korunan baş

Kirpikleri birbiri içine geçebilen bir sisteme sahiptir. Herhangi bir tehlike anında otomatik olarak kapanırlar. İç içe geçen kirpikler hayvanın gözüne en ufak bir toz tanesinin bile girmesine izin vermezler.

Burun ve kulaklar, kum ve tozdan korunması için uzun kıllarla kaplıdır.

Uzun boynu yerden 3 metre yükseklikteki yaprakları bile yemesine imkan tanır.

4. Her türlü araziye uygun ayaklar

Ayaklar, esnek bir yastıkla birleşmiş iki parmakla donanmıştır. Hayvanın toprağı daha iyi kavramasını sağlayan bu yapı, yağımsı dört toptan oluşmuştur. Her türlü arazi şartına uygundur.

Tırnaklar ayağı herhangi bir çarpışmadan dolayı oluşacak zararlardan korur.

Dizler bir boynuz kadar sert ve kalın bir zardan oluşan nasırla kaplıdır. Bu nasırlar hayvan kumlara yattığında onu aşırı sıcak olan zeminden ve yaralanmalardan korur.

Qidalardan və Sudan Maksimum Istifadə:

Heyvanların çoxu, böyrəklərində yığılan sidik cövhəri qana qarışdığı anda zəhərlənərək ölər. Halbuki, dəvə, bədənində yaranan sidik cövhərini dəfələrlə qaraciyərdən keçirərək, sudan və qidalardan maksimum dərəcədə istifadə edə bilir.

Dəvənin qan və hüceyrə quruluşu da, səhra şərtlərində uzun müddət susuz yaşaya bilməsini təmin edə biləcək şəkildədir.

Hüceyrə divarları, hüceyrələrin çox su itirməsini maneə törədəcək bir quruluşdadır. Qan quruluşu isə, dəvənin bədənində su minimuma endiyində belə qan axışında bir ağırlaşma yaratmayacaq formadadır. Ayrıca qanında, susuzluğa dözümlüyü artıran alüminium fermenti, digər canlılardan fərqli olaraq, daha çox miqdardadır.

Dəvənin bir başqa dəstəkləyicisi də hürgücüdür. Hürgüclərdə dəvənin bədən ağırlığının beşdə biri qədər yağ yığılmışdır. Dəvədə yağın tək bir nöqtədə toplanması, -yağa bağlı olaraq- bədənin hər yerində çoxlu miqrdarda su sərfinə mane olar. Bu da dəvənin suyu minimum nisbətdə istifadə etməsinə səbəb olar.

Bir hürgüclü dəvə, normal olaraq, gündə 30-50 kq. qida ala bilərkən, çətin şərtlərdə gündə yalnız 2 kq. quru otla bir ay boyunca yaşaya bilir. Dəvənin ağız və dodaq quruluşu, ayaqqabı dərisini deşəcək qədər iti tikanları belə rahatlıqla yeyə biləcəyi şəkildədir. Dörd kameralı mədəsi və həzm sistemi isə önünə çıxan hər şeyi üyüdə biləcək qədər güclüdür. Dəvə adi halda, yemək qrupuna daxil olmayan kauçuk kimi maddələrdən belə istifadə edə bilər. Quraq mühitlərdə bu xüsusiyyətin nə qədər qiymətli olduğu açıqdır.

Deve

Hecin develeri, Orta Asya'nın yüksek yaylalarında -52 derecelik soğuğa  karşı dayanabilmektedir.

Tornadolara Və Tufanlara Qarşı Tədbir:

Dəvənin gözləri iki qat kirpiklidir. Kirpiklər, tələ kimi iç-içə keçərək, gözü şiddətli qum tufanlarına qarşı tam qoruyar. Dəvələr ayrıca, burun dəliklərini də qum girməsinə maneə törətmək üçün bağlaya bilərlər.

Yandırıcı Istiyə Və Dondurucu Soyuğa Qarşı Tədbir:

Bütün bədənini örtən sıx tüklər səhranın yandırıcı günəşinin heyvanın dərisini yandırmasına mane olar. Bunlar eyni zamanda soyuqda da heyvanın isinməsini təmin edərlər. Səhra dəvələri 70°C-lik istiliyin təsiri olmazkən, cüt hürgüclü dəvələr mənfi 52°C-lik soyuqda yaşaya bilirlər. Bu tip dəvələr, 4.000 metrlik yüksək yaylalarda belə həyatını davam etdirə bilirlər.

Qızmar Qumlar Üçün Tədbir:

Ayaqlarına nisbətən son dərəcə böyük olan pəncələri də xüsusi olaraq yaradılmış, heyvan quma batmadan gedə bilsin deyə genişlədilib yayılmışdır. Ayaq dabanlarındakı xüsusi qalın dəri isə qızmar səhra qumlarına qarşı alınmış tədbirdir. Bütün bu məlumatların əsasında düşünək:

Dəvə, öz bədənini səhra mühitinə görə özü nizamlamışdır? Burunun selikli qişasını özü meydana gətirib, belindəki hürgücü özü meydana gətirmişdir? Ya da tornado və tufana qarşı göz və burun quruluşunu özü hazırlamışdır? Qan və hüceyrə quruluşunu, “su sərf etməmək əsası” üzərinə özü təşkil etmişdir? Bədənindəki tüklərin toxumasını dəvənin özü seçmişdir? Özü özünü "səhra gəmisi"nə çevirmişdir?

Dəvə -hər hansı bir başqa canlı kimi- əlbəttə, bunları edə bilməz, öz-özünü insanlara faydalı hala gətirə bilməz. "Baxmırlar, o dəvəyə, necə yaradıldı?" ayəsi, həqiqətən də bu fövqəladə heyvanın mövcudluğunu ən yaxşı şəkildə açıqlayır. Dəvə də, digər bütün varlıqlar kimi yaradılmış, müxtəlif xüsusiyyətlərlə bəzənmiş və Allahın yaratmasındakı üstünlüyün bir dəlili olaraq yer üzünə yerləşdirilmişdir.

Dəvə, bu cür üstün fiziki xüsusiyyətlərlə yaradılarkən, insana xidmət etməklə vəzifələndirilmişdir. İnsan isə, bütün varlıq aləminin içindəki buna bənzər yaradılış möcüzələrini görmək və bütün varlıqların yaradıcısı olan Allahı bilib-tanımaqla...

Qeydlər

The Camel, Hilde Gauthier-Pilters & Anne Innis Dag, The University of Chicago Press, 1981... Ça m'intéresse, Aralık 1992... Science Illustrée Temmuz 1993, Il grande libro degli animali e lambiente, Paolo Schmidt di Friedberg, Vallarddi Industrie Grafiche, Lainate-Italia, 1975.

 

4 / total 17
"Harun Yəhyanın Düşünən İnsanlar Üçün kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net