< <
13 / total: 17

3-cü Bölüm: Canlılardaki İbrətlər - Quşlarin Köçmə Sirləri

Quranda Allah, “Məgər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür.” (Mülk surəsi, 19) ayəsiylə, quşların uçuşlarına diqqət çəkir. Bu hissədə, xüsusilə köçəri quşlar qələmə alınmış, bunların göylərdə nə cür mükəmməl tarazlıqlarla səfər etdikləri və bədənlərinin sahib olduğu sistemlər izah edilərək, Allahın onları "göydə tutması" ilə əlaqədar sirlərinin əsas xətlərinə yer verilmişdir.

Köç Zamanini Necə Təyin Edirlər?

Kuşlarda göç

Quşların necə və niyə köç etməyə başladıqları, "köç qərarı"nı nəyə əsaslanaraq aldıqları əsrlərdir maraqlı olan mövzudur. Bəzi elm adamları köçün səbəbini mövsüm dəyişikliklərinə, bəziləri də yemək axtarışına bağlayarlar. Əhəmiyyətli olan, bu uzun məsafəli uçuşların öz bədənlərindən başqa heç bir qorunmaya, texniki təchizata və təhlükəsizliyə sahib olmayan bu heyvanlar tərəfindən necə reallaşdırıldığıdır. Çünki köç hadisəsi istiqaməti tapma, qida yığma, uzun müddət uça bilmə kimi bacarıqlar tələb edir. Bu xüsusiyyətlərə sahib olmayan bir heyvanın birdən-birə köç edən heyvana çevrilməsi mümkün deyil.

Bu mövzuya cavab vermək üçün edilən təcrübələrdən biri belədir: Bağça bülbülləri, istilik və işıq kimi daxili şərtləri dəyişdirilə bilən bir laboratoriyada təcrübələrə tabe edilmişdir. İçəridəki şərtlər çöldəkilərdən fərqli olaraq təşkil edilmişdir. Məsələn, çöldə qış mövsümü yaşanarkən, laboratoriyada bahar mühiti təmin edilmişdir, buna görə quşlar içəridəki şərtlərə görə bədənlərindəki tənzimləmələri etmişlər. Eynilə köç vaxtının yaxınlaşdığı zamanlarda etdikləri kimi, yanacaq üçün yağ yığmışlar. Lakin quşlar, süni mövsümə görə özlərini nizamlayıb, erkəndən köç edəcəkmiş kimi hazırlansalar da, köç hərəkətinə vaxtından əvvəl başlamamışlar. Quşlar çöldəki mövsümə uymuşlar. Bu nəticə quşların köçə başlama qərarını mövsüm şərtlərini müşahidə edərək almadıqlarının isbatıdır.

Görəsən, quşlar köç vaxtını nəyə əsaslanaraq təyin edərlər? Elm adamları bu problemin cavabını hələ tapa bilməmişlər. Bu səbəblə, canlılarda, bağlı bir mühitdə zamanı təyin edə bilməyi və mövsüm dəyişikliklərini ayırd edə bilməyi təmin edən bir "daxili saat"ın var olduğunu düşünürlər. Amma, "quşların daxili saatı var, bunun sayəsində köç vaxtını bilirlər" cavabı elmdən kənar bir cavabdır. Bu necə bir saatdır, bədənin hansı orqanına bağlı olaraq işləyir və necə meydana gəlmişdir? Bu saatın pozulması, geri qalması vəziyyətində nə olar?

Eyni sistemin yalnız tək köçəri quş üçün deyil, bütün köç edən canlılar üçün keçərli olduğunu düşünsək bu sualların cavabları daha da əhəmiyyət qazanar.

Bilindiyi kimi, köçəri quşlar eyni yerdən köçə başlamazlar, çünki hər biri eyni yerdə deyil. Bir çox növ, əvvəl müəyyən bir yerdə toplanar, sonra birlikdə köçə başlayarlar. Yaxşı, bu planlaşdırmanı necə edirlər? Necə olur ki, quşların sahib olduqları qəbul edilən "saat"lar, bir-biriylə bu cür uyğundur? Bu cür nizamlı bir sistemin öz-özünə meydana gəlməsi düşünülə bilərmi?

Köç kimi planlı bir hərəkətin öz-özünə meydana gəlməsi qeyri-mümkündür. Ayrıca, quşlarda və köç edən digər bütün canlılarda nə növdə olursa olsun bir saat yoxdur. Köç edən bütün canlılar bunu hər il öz təyin etdikləri zamanlarda edərlər, amma bunu daxili saata uyaraq edərlər. Bəzi kəslərin daxili saat olaraq xarakterizə etdikləri şey; Allahın bu canlılar üzərindəki idarəetməsidir. Kainatdakı hər şey kimi köç edən canlılar da Allahın əmrlərinə uyurlar.

Kuşlarda göç

"Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir."
(Nur surəsi, 41)

Enerji İstifadəsi

Kuşlarda göç

A. Alaska
B. Sarı Salkım Kuşunun Göç Yolları
H. Hawai

1. Kuluçka yeri
2. Kışlama Yeri
3. Göç Yolları

Quşlar uçmaq üçün böyük bir enerji sərf edərlər. Buna görə də quru və dənizdəki bütün canlılardan daha çox yanacağa ehtiyac duyarlar. Məsələn, 3.000 km.-lik Havay-Alaska məsafəsini qət edə bilmək üçün bir neçə qramlıq "sarısalxım quşu", səfəri boyunca 2.5 milyon dəfə qanad çırpmaq məcburiyyətindədir. Buna baxmayaraq, 36 saat kimi uzun bir müddət havada qala bilir. Bu səfəri sırasındakı sürəti isə saatda orta hesabla 80 km.-dir. Bu qədər yorucu bir uçuş əsnasında, quşların qanındakı turşu miqdarı həddindən artıq dərəcədə artar və yüksələn bədən istiliyi səbəbiylə də quş huşunu itirmə təhlükəsiylə qarşı-qarşıya qalar. Bəzi quşlar bu təhlükəni quruya enərək əngəlləyərlər. Yaxşı, geniş dənizlərin üzərindən köç edənlər necə xilas olacaq? Quş alimləri bu vəziyyətdə quşların qanadlarını mümkün olduğu qədər açıb, özlərini buraxaraq sərinlədiklərini müşahidə etmişlər.

Köçəri quşların maddələr mübadiləsi də, bu işi qaldıracaq qədər güclüdür. Məsələn, köç edən ən kiçik quş olan "kolibri"nin bədənindəki maddələr mübadiləsi hərəkəti, bir filinkindən 20 qat daha çoxdur. Quşun bədən istiliyi 62°C-yə çatar.

Uçuş Texnikalari

Quşlar, belə çətin uçuşlar üçün uyğun bir tərzdə yaradılmış olmaları ilə yanaşı, bir də əlverişli küləklərdən faydalanmalarını təmin edəcək qabiliyyətlərlə təchiz edilmişlər.

Məsələn, leylək, yüksəlməkdə olan ilıq hava axınlarıyla 2.000 m.-ə qədər çıxar, ardından qanad çırpmadan bir sonrakı ilıq hava axınına doğru süzər.

Quş dəstələrinin bir başqa uçuş texnikası isə "V" şəklindəki uçuşdur. Bunun sayəsində, qabaqda gedən qüvvətli və böyük quşlar, hava axınına qarşı bir növ qalxan meydana gətirərək, daha zəif olanların işlərini asanlaşdırarlar. Təyyarə mühəndisi Dietrich Hummel bu şəkildə bir təşkilatın dəstə daxilində 23% qazanc əldə etdiyini isbat etmişdir.

Yüksək Hündürlükdə Uçuş

Köçəri quşların bir hissəsi çox yüksək hündürlükdə uçarlar. Məsələn, qazlar 8.000 m. yüksəklərdə uça bilərlər. Atmosferin, 5.000 m.-də belə dəniz səviyyəsi ilə müqayisədə 63% daha az təzyiq olduğu xatırlandığında qazların uçduğu yüksəkliyin nə cür ağlasığmaz olduğu aydın olur. Çünki, atmosferin bu cür seyrək olduğu bir yüksəklikdə uçan quş, daha sürətli qanad çırpmaq və buna görə də, daha çox oksigen almaq məcburiyyətindədir.

Ancaq bu heyvanların ciyərləri, hündürlükdəki oksigendən maksimum dərəcədə faydalana biləcək şəkildə yaradılmışdır. Məməli heyvanlarınkından fərqli bir şəkildə işləyən ağciyərlər, quşların seyrək havadan normadan çox enerji almalarını təmin edər.

Kuşlarda göç

Sıcak hava dalgası içinde yükselen kuş, en yukarı ulaştığında kendini aşağı bırakarak süzülür. Bu kuşa büyük bir enerji tasarrufu sağlamaktadır.

 

Mükəmməl Duyma Qabiliyyəti

 

Quşlar köçləri əsnasında hava hadisələrinə də diqqət yetirərlər. Məsələn, yaxınlaşan bir fırtınanın mərkəzinə girməmək üçün yollarını dəyişdirərlər. Quşların bu xüsusiyyətini araşdıranlardan ornitoloq Melvin L. Kreithen bəzi quşların atmosferdə çox uzaq məsafələrə yayılan son dərəcə kiçik tezlikli səsləri eşitdiklərini təyin etmişdir. Bunun sayəsində, köçəri quş, olduğu yerdən çox uzaqdakı bir dağın üzərində partlayan fırtınanı və ya yüzlərlə kilometr irəlidə, dənizin üzərindəki göy gurultusunu eşidə bilir. Ayrıca, quşların köç yollarını, hava şərtlərinin ümumiyyətlə təhlükəli olduğu bölgələrdən uzaq tutduqları da bilinir.

İstiqamətin Aşkarlanmasi

Kuşlarda göç - Kolibri kuşu

Çok küçük olmasına rağmen uzun göç yolculukları yapabilen kolibri.

Quşlar, minlərlə kilometrlik uçuşları əsnasında, kompas, xəritə ya da buna oxşar istiqamət təyin edicilərdən məhrum olaraq, necə doğru istiqaməti tapırlar?...

Bununla əlaqədar olaraq ilk qarşıya qoyulan nəzəriyyə, quşların yer şəkillərini əzbərlədikləri və beləcə, yolu çaşmadan qət edə bildikləri şəklində idi. Amma edilən təcrübələr, bu nəzəriyyənin səhv olduğunu göstərmişdir.

Mövzuyla əlaqədar olaraq göyərçinlər üzərində edilən bir təcrübədə, heyvanların gözlərinə ətrafı görmələrini maneə törədən donuq linzalar taxılmışdır. Ancaq, beləcə yer üzünü görmələri əngəllənmiş göyərçinlər, dəstələrindən bir neçə kilometr kənarda buraxılsalar belə, yenə gedəcəkləri yolu tapa bilmişlər.

Daha sonra edilən tədqiqatlarda, dünyanın maqnit sahəsinin xüsusilə quş növləri üzərində təsirli olduğu aydın olmuşdur. Aparılan müxtəlif işlərlə, quşların yerin maqnit sahəsindən faydalanaraq istiqamətlərini tapmalarını təmin edən olduqca inkişaf etmiş bir "maqnitometr" (maqnit sahə qəbuledicisi) sisteminə sahib olduqları ortaya qoyulmuşdur. Bu sistem sayəsində, quşlar, köç əsnasında dünyanın dəyişən maqnit sahəsini hiss edərək, istiqamətlərini təyin edirlər. Təcrübələr, köçəri quşların, maqnit sahəsindəki 2%-lik bir dəyişməni belə qəbul etdiklərini göstərmişdir.

Bəziləri, quşların bədənində bir cür kompas olduğunu söyləyərək, mövzunu açıqladıqlarını zənn edirlər. Ancaq, əsil böyük sual bu nöqtədən doğulur.

Sual budur: Quşlar necə olub ki, "təbii kompas" ilə təchiz edilmişlər? Kompasın, "icad" edilən bir şey olduğunu, insan ağlı tərəfindən edildiyini bilirik. Yaxşı, insanın məlumat təcrübəsiylə ortaya çıxardığı cihaz olan kompas, quşların bədənində necə var olmuşdur? Görəsən, illər əvvəl, bir quş növü, istiqamət taparkən dünyanın maqnit sahəsindən yararlanmanın faydasını düşünmüş və öz bədəni üçün bir "maqnitometr" icad etmişdir? Yoxsa yenə illər əvvəl, bir quş növü "təsadüfən" belə bir mexanizm ilə bəzənmişdir? Şübhəsiz xeyr...

Kuşlarda göç

Yukarıdaki illustrasyon, kuşların uçarken faydalandıkları 12 unsuru göstermektedir.

1- Güneş,
2- Zamanlama hissi,
3- Yıldızların konumları,
4- Ultraviyole ışınları,
5- Polarize ışık,
6- Çok düşük frekanslı sesler,

7- Çok uzaklardan gelen dalga, gökgürültüsü gibi sesler,
8- Dünyanın manyetik alanı,
9- Yerçekimi,
10- Meteoroloji değerlendirmesi,
11- Uygun rüzgarlar,
12- Yeryüzü şekilleri.

Nə quşun özü, nə də bir təsadüf, bədənə son dərəcə inkişaf etmiş bir kompas əlavə edə bilməz. Quşun bədən quruluşu, ağciyəri, qanadları, həzm sistemi və s. kimi, istiqamət tapma qabiliyyətləri də Allahın qüsursuz yaradışının nümunəsidir:

Onlar dedilər: “Allah Özünə övlad götürmüşdür!” Halbuki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur.(Bəqərə surəsi, 116)

Monarx Kəpənəklərinin Heyrət Verici Səfəri

Cənub-şərqi Kanadada yaşayan Monarx kəpənəklərinin köç əhvalatı isə, quşlarınkından daha da mürəkkəbdir.

Monarx kəpənəkləri, normalda, tırtıl olmaqdan xilas olub tam bir kəpənək olduqdan sonra ancaq 5-6 həftə yaşayarlar. Bir il içində, 4 monarx nəsli yaşayar. Bu dörd nəslin üçü, yaz və yay aylarında yaşayar.

Payız gəldiyində vəziyyət dəyişər. Çünki payızla birlikdə, köç başlayacaq və bu köçü boynuna götürəcək olan monarx nəsli, eyni il içində gəlib-keçmiş olan digər nəsillərdən çox daha uzun yaşayacaq. Köç edəcək olan monarxlar, mövsümün dördüncü nəsil kəpənəkləridir.

Köç, çox maraqlı bir şəkildə, tam olaraq payızda gecə ilə gündüz bərabərləşdiyi gecədə başlayar. Cənuba köçən bu kəpənəklər, əvvəlki digər üç nəsildən altı ay daha çox yaşayacaqlar. Çünki çıxdıqları səfəri tamamlayıb geri dönə bilmələri üçün bu qədər müddət yaşamaları şərtdir.

Monark kelebekleri

Monarkların binlercesi bir ağaca konduklarında, ağaç neredeyse görünmez olur.

Cənuba enən kəpənəklər, Şimal tropikini keçib soyuqları geridə buraxdıqlarında dağılmazlar. Qitənin yarısını aşan bir köçdən sonra milyonlarla kəpənək Meksikanın ortasında yerləşər. Bura, üzəri zəngin bitki örtüyü ilə əhatələnmiş vulkanik dağların arxalarıdır. 3000 m. yüksəklikdəki bu yer kəpənəklərin yaşaya biləcəyi qədər istidir. Burada, dekabrdan marta qədər 4 ay boyunca heç bir şey yeməzlər. Həyatlarını bədənlərindəki yağ ehtiyatlarıyla davam etdirərkən, yalnız su içərlər.

Yazda açmağa başlayan çiçəklər monarxlar üçün əhəmiyyətlidir. 4 aylıq bir gözləmədən sonra ilk dəfə bal tozcuğu ziyafəti edərlər. Artıq Şimali Amerikaya dönüş üçün lazım olan enerjini yığmışlar. 2 aylıq həyat müddətini səkkiz aya uzadılmış olaraq yaşayan bu nəslin başqa tərəflərdən digər nəsillərdən heç bir fərqi yoxdur. Martın sonunda yola düşməzdən əvvəl cütləşərlər. Tam gecə ilə gündüz bərabərləşdiyi gün koloniya şimala uçmağa başlayar. Səfərlərini tamamlayıb Kanadaya çatdıqdan az sonra da ölərlər. Ancaq, ölməzdən əvvəl, soylarının davamı üçün lazım olan nəsli də dünyaya gətirərlər.

Yeni doğan nəsil, ilin ilk nəslidir və təxminən yarım ay yaşayacaq. Daha sonra ikinci və üçüncü nəsillər... Dördüncü nəsilə gəlindiyində köç yenə başlayacaq, bu nəsil yenə digərlərindən altı ay daha çox yaşayacaq və zəncir belə davam edəcək...

Bu maraqlı sistem, ağıla bir çox sual gətirir: Necə olur ki, hər dörd nəsildən biri altı ay daha uzun yaşayacaq şəkildə doğulur? Necə olur ki, bu uzun yaşayan nəsil minlərlə ildir tam qış aylarına uyğun gəlir? Necə olur ki, kəpənəklər köçə tam gecə ilə gündüz bərabər olduğu gündə başlayır, bu incə hesabı dəqiq bilir, yoxsa təqvimdən istifadə edirlər?

Monark kelebekleri

"Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, fərqi yoxdur, Allah kökslərdə olanları bilir.Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin?"
(Mulk surəsi, 13, 14)

Şübhəsiz, bu sualların təkamül ya da buna oxşar nəzəriyyələrin içində heç bir cavabı ola bilməz. Çünki, kəpənəklər bu maraqlı xüsusiyyətləri var olduqları andan bəri daşımalıdırlar. Əgər dünya üzərindəki ilk dördüncü monarx nəsli uzun yaşama xüsusiyyətinə sahib olmasaydı, bütün kəpənəklər o qış içində ölərdi və heyvanların nəsli tükənərdi.

Monarxlar, var edildikləri andan etibarən bu fövqəladə xüsusiyyəti daşımalıdırlar. "Təsadüf"lər, heyvanın nəslini köçə görə nizamlama kimi bir qabiliyyətə şübhəsiz sahib deyil. Kəpənəklər, belə düşünüb, dördüncü nəsillərini uzun yaşatmağa qərar vermiş, sonra da maddələr mübadilələrini, DNT-lərini, genlərini buna görə nizamlamış da ola bilməzlər.

Açıqdır ki, monarxlar, belə bir xüsusiyyətə sahib olaraq yaradılmışlar. Hər şeydən xəbərdar olan Allah yaratma sənətinin bənzərsizliyini monarxların həyatlarında bir daha bizə göstərir.

 

13 / total 17
"Harun Yəhyanın Düşünən İnsanlar Üçün kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net