Dinimizi Öyrənək

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
8 / total: 8

Son Söz

Əziz uşaqlar! Kitabda bura qədər hayatımızla əlaqədar bilməli olduğumuz ən əsas və ən əhəmiyyətli həqiqətləri öyrəndik. "Dünyaya niyə gəldik? Bizi və hər şeyi yaradan Rəbbimiz necə davranışlar etməyimizi istəyir? Allahı razı salmaq üçün necə davranmalıyıq? Axirət həyatı nədir? İnsan niyə cəhənnəmdən qorxmalıdır?" kimi suallar verdik.

Ümid edirik ki, hamınız bu sualların cavablarını çox yaxşı düşünərsiniz. Hələ çox gənc ola bilərsiniz, amma unutmayın ki, bir gün siz də beli bükülmüş qoca bir əmi və ya xala olacaqsınız.

Çocuklar

Sizə ölümü düşünmək üçün, hələ çox erkən olduğunu söyləyənlər də çıxa bilər. Amma yenə də unutmayın ki, Allahın sizi yanına alacağı zamanı heç kəs bilə bilməz. Bəlkə 1 gün sonra, bəlkə də 10 il sonra ölümlə qarşılaşacaqsınız. İman edənlərdənsinizsə, ölüm vaxtınız gələndə canınız gözəl şəkildə alınacaq, öldükdən sonra hər cür gözəlliyin olduğu, dünyada sizi narahat edən, xoşunuza gəlməyən heç bir şeyin olmadığı, mükəmməl bir ölkəyə gedəcəksiniz. Qiyamət günündə yaşanacaq dəhşət verici hadisələri yağışlı bir gündə evində oturub pəncərədən çölü seyr edən bir insan kimi seyr edərək, o günün qorxusundan uzaq olacaqsınız.

Bütün bunları düşündüyünüz təqdirdə, Allahın istədiyi kimi bir insan olmaq üçün vaxt itirməyin nə qədər mənasız olduğunu dərhal biləcəksiniz.

Yenə unutmayın ki, dünyada hər şey üçün bir bəhanə, bir səbəb tapa bilər və hətta qarşınızdakı insanları da razı sala bilərsiniz. Amma ölümdən sonrakı axirət həyatında, hər şeyi görən və bilən Allahın qarşısına çıxdıqda qüsurlarınız və günahlarınız üçün ortaya atacağınız hər hansı üzrlü səbəb tapa bilməyəcəksiniz.

Bundan ötrü də, ən gözəl və doğru şəkildə, qətiyyən vaxt itirmədən bütün bu həqiqətlər üzərində düşünməli və Allahın sevdiyi bir insan olmaq üçün hərəkətə keçməlisiniz.

Onlar dedilər: “Sən Ucasan! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən hər şeyi Bilən, hökm və hikmət sahibisən!” (Bəqərə surəsi, 32)
8 / total 8
"Harun Yəhyanın Dinimizi Öyrənək kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com adnanoktarhukuk.com adnanoktarakumpas.com adnanoktargercekleri.com ingilizderindevleti.net