< <
3 / total: 10

Nemətlərdən Lazımınca Zövq Almağın Yeganə Yolu İman Gətirməkdir

İnsanların həqiqi xoşbəxtliyə nail olmalarının yeganə yolu Allaha iman gətirməkdir. Bu həqiqət Quranda: "...Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır" (Rad surəsi, 28) ayəsiylə bildirilir. Yaşanılan bədbəxtlikdən və bezginlikdən, ancaq, Allahın rəhməti və qulları üzərindəki neməti qavranıldığı və iman əxlaqı yaşanıldığı təqdirdə qurtulmaq mümkündür. Dünya həyatından ancaq bu yolla həqiqi mənada zövq alına bilər, ancaq bu yolla gözəlliklərin qiyməti tam olaraq anlaşıla bilər.

Allahın: "...Bu dünyada gözəl rəftarlar edənlər üçün gözəl mükafat vardır..." (Nəhl surəsi, 30)"beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi..." (Ali İmran surəsi, 148) ayələriylə xatırlatdığı kimi, Allah gözəl həyatı ancaq iman gətirənlərə yaşadar. İnkarçılar üçünsə, Allahın bir ayədə: "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq..." (Taha surəsi, 124) hökmüylə bildirdiyi kimi, mütləq "sıxıntılı həyat tərzi" yaşayacaq. Bu insanlar, iman gətirməkdən savayı, heç bir yolla bu sıxıntılı həyatdan xilas ola bilməz, heç bir yolla həqiqi xoşbəxtliyə nail ola bilməzlər. Maddi cəhətdən çox böyük imkanlara sahib olsalar da, bunlardan lazımınca zövq ala bilməz bu nemətlərin sevincini tam olaraq yaşaya bilməzlər.

Çünki gözəlliklərin bir insana zövq verməsi üçün, o, bu gözəllikləri qiymətləndirə biləcək anlayışa sahib olmalıdır. Məsələn, bir qərənfilin yarpaqlarındakı mükəmməl düzülüşü, qoxusunu, yumşaqlığını görməli, daha əhəmiyyətlisi bu bənzərsiz gözəlliyin böyük nemət olaraq yaradıldığını anlamalıdır. Bunu həqiqi mənada anlayacaq insanlar da yalnız iman sahibləridir. Çünki Allaha iman edənlər, dünyadakı hər incəliyin Rəbbimizin böyük lütfü olduğunu anlayırlar. Bu insanlar ətraflarını əhatə edən nemətlərin Allah tərəfindən verildiyini bilir və hər gözəllikdə Allahın sonsuz yaratma gücünü düşünürlər. Bu, onların Allaha olan sevgilərini və bağlılıqlarını artırır.

Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) Allahın verdiyi nemətlərlə əlaqədar belə buyurmuşdur:

"Sizə verdiyi nemətlərindən ötrü Allahı sevin, məni də Allah məni sevdiyi üçün sevin". (Tirmizi; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 4-cü cild, tərcüməçi: Dr. Sıtkı Gülle, Huzur nəşriyyat evi, İstanbul 1998, səh.594)

Sonsuz güc və qüdrət sahibi olan Rəbbimiz, iman gətirənlərə olan sevgi və mərhəmətinin əlaməti olaraq onları dünya həyatında müxtəlif nemətlərlə faydalandırır. Bu, insanın bütün həyatı üçün aiddir.

Belə bir insan üçün səhər oyandığında nəfəs almaq çox böyük nemətdir və sevinc vəsiləsidir. Çünki Allah ona, rizasını qazanacağı bir gün daha nəsib etmiş, bir fürsət daha vermişdir. Yeriyə bilməsi, danışa bilməsi, gülə bilməsi, hərəkət edə bilməsi bu insan üçün xoşbəxtlik mənbəyidir. İstədiyi təqdirdə Allahın, bütün gücünü, hərəkət qabiliyyətini əlindən ala biləcəyini dərk edir. Bu insan bütün bunlara sahib olmağın nemət olduğunu bilər, bundan ötrü də, həyatdan çox böyük zövq alar.

Dünya həyatının bir neçə on illik imtahan müddəti olduğundan, əsil həyatın sonsuz axirət həyatı olduğundan xəbərdardır. Qısa davam edən həyatı boyu göstərdiyi gözəl əxlaqın, sıxıntı və çətinliklər qarşısındakı səbir və təvəkkülünün özünə cənnət nemətləri olaraq geri qayıdacağına ümid edər. Bundan ötrü də, dünya həyatındakı hər çətinlik onun üçün mükafat vəsiləsinə çevrilir. Məhz iman sahiblərinin dünya həyatındakı şən, dinc, etibarlı, rahat rəftarlarının səbəblərindən biri budur.

İnkarçıların yaşadığı depressiyanın və bütün zövqlərini tükətmiş olmalarının səbəbi də imanın insanlara qazandırdığı bu ruh halından uzaq yaşamalarıdır.

 

3 / total 10
"Harun Yəhyanın Dünya Həyatında Bütün Zövqləri Tükədənlər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net