< <
6 / total: 10

İnkarçıların Dünya Həyatında İtirdikləri Zövqlər 3/3

İtirilən Mənəvi Zövqlə

Dünyada Tükədilib Yox Edilən Ən Böyük Zövqlərdən Biri Sevgidir

Sevgi insanın ən dərin və ən güclü hiss edə bildiyi duyğulardan biridir. Eləcə də, Allahın dünya həyatında insanlar üçün yaratdığı ən gözəl, ən böyük nemətlərdəndir. İnsan, Allahın yaratdığı maddi-mənəvi bütün nemətlərdən çox böyük zövq alar; gözəl bir mənzərə, gözəl bir ev, valehedici bir musiqi, estetik hazırlanmış bir süfrə, bütün bunlar, insan ruhunda böyük coşğuya səbəb olar. Lakin heç biri sevgidən alınan zövqün yerini tutmaz.

Sevgini həqiqi mənada yaşaya bilmək üçünsə, müəyyən şərtlər təmin olunmalıdır. Əvvəla bir insanın sevgini yaşaya bilməsi üçün, o, digər insanlardakı gözəl xüsusiyyətləri, incəlikləri görə biləcək ağla sahib olmalıdır. İnsanın ağlı və vicdanı nə qədər açıqdırsa, sevə bilmə gücü də o qədər yüksəkdir. İnsana bu üstün xüsusiyyətləri qazandıran isə, ancaq iman və Allah qorxusudur. Dolayısilə insan, imanı və Allah qorxusu ölçüsündə sevgi bəsləyə bilər, sevgidən bu ölçüdə zövq ala bilər.

Eynilə bir insanın həqiqi mənada sevilməsi üçün də, yenə bu insan sevilə biləcək xüsusiyyətlərə sahib olmalıdır. Bunlar Allah qorxusuna və imana əsaslanan xüsusiyyətlərdir. Bir insan Allaha nə qədər dərin iman edər, Allahdan nə qədər qorxarsa, bu insanda o qədər çox seviləcək xüsusiyyət meydana gələr. Çünki Allahdan qorxan insan gözəl əxlaqlı olar; mərhəmət, tolerantlıq, etibarlılıq, cəsarət, fədakarlıq, ağıl, vicdan həssaslığı kimi xüsusiyyətləri Allah qorxusu ilə yaranar. Bütün bunlar da iman gözüylə baxan insanların qəlbində normal olaraq güclü və dərin sevgi meydana gəlməsini təmin edər. Bu şərtlər bir yerə toplanmadıqda, yəni sevginin təməli Allah qorxusu və imana əsaslanmadıqda isə, insanların əsil sevgini yaşamaları mümkün olmaz.

Möminlərin başqa insanlara qarşı qəlblərində bəslədikləri sevginin əsl mənbəyi isə, Allaha qarşı bəslədikləri sevgidir. Bir insana qarşı bəslənilən qəlbdəki coşğunu Allahın yaratdığını, hər şeydə Allahın təcəlli etdiyini bilmək, insana sevgidəki dərinliyi verən əsil səbəbdir.

Cahil insanların isə, sevgiyə olan dünyagörüşləri çox fərqlidir. Sevgi anlayışları tamamilə mənfəətə əsaslandığı üçün, sevgini həqiqi mənada heç vaxt yaşaya bilməzlər. Özlərinə mənfəət təqdim edən, rahatlıqlarını təmin edən, cahil meyarlar əsasında yaxşılıq edən insanları sevməli olduqlarına inanarlar. Lakin bu inanclarını, çürük təməllərə əsaslandırdıqları üçün, qəlbdən gələn səmimi sevgiyə döndərə bilməzlər. Çünki ən çox (daha doğrusu yalnız) özlərini sevərlər. Özlərinin çox qiymətli olduğuna inandıqları üçün, həmişə özlərinə gözəllik təqdim edilməsini, özlərinin əl üstündə gəzdirilmələrini, qayğı və diqqət görmələrini istəyərlər.

Bütün bunlar özlərinə təqdim edildiyi müddətcə qarşı tərəfə bir növ sevgi bəsləyərlər. Lakin bu sevgi çox vaxt qarşılarındakı insana zövq verən, onu xoşbəxt edə biləcək və sevildiyini hiss edə biləcəyi bir sevgi olmaz. Bu, süni olduğu və mənfəət qarşılığında, xatir üçün göstərildiyi məlum olan nəzakət nümayişindən ibarətdir. Necə ki, həmin bu insandan əldə edə biləcəkləri maddi və ya mənəvi mənfəət bitdikdə, bu saxta nəzakət nümayişi də dərhal bitər.

Sevgiləri saxta təməllərə əsaslandığı üçün, həqiqətən çox sevdiklərini iddia edən insanlar belə, sevgilərini səmimi rəftarlarıyla göstərə bilməzlər. Məsələn, bir-birlərinə olan sevgilərini qəlbdən gələn səmimi sözlərlə ifadə edə bilməzlər. Cahil cəmiyyətlərdə ümumiyyətlə bu məqsədlə istifadə edilməsi üçün, qəlibləşdirilmiş sevgi sözləri, sevgi cümlələri vardır. Xüsusi günlərdə sevgi nümayişi olaraq alınan hədiyyələrin üzərlərində həmişə bu sözlər yazılar. Halbuki səmimi sevgidə insan hər an sevdiyi insana bu duyğularını daha əvvəl heç işlətmədiyi, bir-birindən valehedici, bir-birindən təəccüblü sözlərlə ifadə edə bilər. Hər biri digərindən və əvvəlkindən fərqli olar. Çünki bu coşğunu qəlbində ən canlı şəkildə hər an yaşayar.

Həqiqətən sevən insan, sevdiyini qürurlandırar, ucaldar. Onu, dünyada və axirətdə zərər gətirəcək şeylərdən çəkindirər. Onun yaxşılığı, rahatlığı, təhlükəsizliyi üçün səmimi səy göstərər. Hamısından əhəmiyyətlisi, sevgisi müəyyən şərtlərdən asılı olmaz. Sevgisinə qarşılıq gördüyü təqdirdə sevən bir insan, həqiqi mənada sevgini bilməz. Əsil sevgidə qarşılıq, ancaq Allahdan gözlənilər. Əsil məqsəd Allahın rizasını qazana bilməkdir.

Cahil cəmiyyətlərdəki yanlış qənaətlərdən biri də; "zamanın sevgini azaldan ünsür olması"dır. Zamanla insanların bir-birlərindən sıxılacaqlarına, həyəcanlarını itirəcəklərinə inanarlar. Həqiqətən də cahil cəmiyyətlərdə bəzi əlaqələr çox vaxt bu şəkildə nəticələnər. Bu düşüncə bəzi insanların yaşadıqlarının "süni sevgi" olmasından, əsil sevgini heç yaşamamış olmalarından qaynaqlanır. Əsil sevgidə, tam əksinə, zaman həmişə müsbət rol oynayar. İnsanlar bir-birlərinin gözəl xüsusiyyətlərinə, şəfqət, mərhəmət, əliaçıqlıq, incə düşüncə, fədakarlıq kimi xüsusiyyətlərinə hər dəfə şahid olduqlarında sevgiləri qat-qat artar. Zaman içində insanların şəxsiyyətlərinin inkişaf etməsi, əxlaqlarının gözəlləşməsi, rəftarlarının mükəmməlləşməsi ilə birlikdə, bir-birlərinə qarşı bəslədikləri sevgi də dərinləşər. Əsil sevgidə əsla bezmək və sıxılmaq olmaz.

Eləcə də, əsil sevgidə bir insanın gözəlliyini, maddiyyatını, etibarını itirməsi qətiyyən əhəmiyyət daşımaz. Tək əhəmiyyətli olan insanın əxlaqı və xarakteridir. Lakin cahil insanların əsil prinsipləri maddi dəyərlər olduğu üçün, bu çürük təməllər əsasında qurulan əlaqələr, maddi itkilərlə birlikdə dərhal yox olar.

Görüldüyü kimi, cahil insanlar qəlblərindəki inanc pozuqluqlarından ötrü sevgisiz dünyada yaşayırlar. İnsan ruhunun ən çox zövq aldığı bir gözəllikdən, öz dünyagörüşlərindəki səhvlikdən ötrü lazımınca zövq ala bilmirlər. Daha da əhəmiyyətlisi, dünya həyatında olarkən sevgini həqiqi mənada yaşamayan, sevib-sevilməyi bacarmayan bu insanlar axirətdə də əbədiyyən bu nemətin zövqündən məhrum qalacaqlar. Çünki cənnət, Allah sevgisiylə dolu olan, sevməyi çox yaxşı bacaran, sevilməkdən çox zövq alan insanların əbədiyyən yaşayacaqları yerdir. Allah Quran ayələrində, dünya həyatındakı gözəl əxlaqlarına qarşılıq sonsuz gözəllik yurdu olan cənnətdə möminləri müjdələdiyi nemətlərdən birinin də; "bir-birlərinə sevgiylə bağlı" həyat yoldaşları olduğunu bildirmişdir. Allah ayələrdə cənnətdəki mühiti belə təsvir edir:

Onlar diqqətlə bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər. Onların ətrafında həmişəcavan xidmətçi gənclər fırlanacaqlar; çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə – ondan başları ağrımaz və məst olmazlar, bəyənib seçdikləri meyvələr və istədikləri quş əti ilə hərlənəcəklər. Onları iri gözlü hurilər gözləyir – sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər. Bu, onların etdikləri əməllərin mükafatı olacaq. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər. Ancaq: “Salam! Salam!” – sözləri eşidəcəklər. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri! Onlar dolu budaqları bükülmüş gilas ağacları arasında, meyvələri salxım-salxım asılmış banan ağacları altında, uzanmış kölgəliklərdə, daim axan sular kənarında, çoxlu meyvələr, tükənməz və qadağan edilməyən meyvələr içində və hündür yerlərə qoyulmuş döşəklər üstündə olacaqlar. Həqiqət budur ki, Biz onları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik – ərlərinə sevgiylə bağlı, həmyaşıdlar. Bunlar sağ tərəf sahibləri üçündür. (Vaqiə surəsi, 15-38)

Allah Sevgisiylə Yaşanılan Sevgi

Hörmətli Adnan Oktarın Tempo Telekanalındakı Canlı Müsahibəsi, 10 Mart 2009-cu il.

Adnan Oktar: İnsanların böyük hissəsi ruhlarındakı sevgini öldürüblər. Birkərə ölünü, yəni ruhlarındakı ölünü diriltməlidirlər; o sevgini ortaya çıxartmalıdırlar. Lakin əsas məsələ, Allah sevgisinin insanı əhatə etməsidir, Allah qorxusunun insanı əhatə etməsidir. Allah sevgisinə nail olan insan dünyanın bütün gözəlliklərinə də nail olar, axirətin də bütün gözəlliklərinə nail olar. Allahın rizasını qazandıqdan sonra artıq insanın ağlı Allahın ağlına bağlanmış olar. Artıq o insanı Allah idarə edər, yəni o insan şeytanın idarəsindən çıxar. Qəlbini və könülünü tamamilə Allaha təslim edən, artıq tamamilə Allahın rəhbərliyinə keçmiş olar. Belə insan həmişə dərinliyi, xoşbəxtliyi və gözəlliyi yaşayar... Allah sevgisiylə yaşanılan sevgi, Allah sevgisiylə olan yaxınlıq, halalı ilə olan yaxınlıq qətiyyən bezginlik yaratmaz, əksinə getdikcə artan dərinlikdə bir istək, sevgi və məhəbbət meydana gətirər. Hər dəfə daha artar, normalda klassik qadınlar bilərlər, onların bal ayıları vardır, çox qısa davam edər, ondan sonra kişi ondan iyrənər və soyuyar. Lakin mömində isə, əksinə o bal ayıları təkrarlanan bal ayılarına çevrilər. Hər dəfə hər ay daha artan bir sevgi, istək və məhəbbət duyarlar. Bu Allahın onlara olan lütfüdür, Allahın onlara verdiyi nemətdir. Bu cənnətdə də belə olacaq və dünyada da bu şəkildədir. Bu yalnız möminlərə məxsusdur, Allaha inananlara məxsus üstün gözəllik və nemətdir.

 

Peyğəmbərimiz (s.ə.v)-in Qadınlara Olan Dünya görüşü

 

Hörmətli Adnan Oktarın Kaçkar Telekanalındakı Canlı Müsahibəsi, 12 Fevral 2009-cu il.

Adnan Oktar: Peyğəmbərimiz (s.ə.v)-in xanımları, Peyğəmbərimiz (s.ə.v)-ə çox aşiqdilər. Onu çox sevirdilər. Allahın təcəllisi kimi görürdülər. Allah rizası üçün evlənmişdilər. Bir də özünü Peyğəmbərimiz (s.ə.v)-ə bağışlayan qadınlar vardı. Allah üçün özünü bağışlayanlar vardı. Peyğəmbərimiz (s.ə.v): “3 şey mənə sevdirildi” deyir. Gözəl qoxu, qadınlar və namaz deyir, dünyanın nemətləri olaraq. Peyğəmbərimiz (s.ə.v) çox həyat yoldaşlarına çox düşkündü, çox sevgi dolu idi. Onları Allahın təcəllisi kimi görürdü. Onlar da Peyğəmbərimiz (s.ə.v)-da Allahın təcəllilərini görürdülər. Çox böyük nemət idi və Peyğəmbərimiz (s.ə.v)-in yanında çox gözəl yetişdilər. Lakin bəzi həyat yoldaşlarının, budur, Təhrim surəsində var, bəzi xətalı rəftarları olub, onlara bəzi şeyləri gizli saxlamalarını söyləyib, onlar da gedib çatdırıblar, şeytandan Allaha sığınıram; "sənə bunu kim söylədi" deyir, həyat yoldaşı, O da: "Hər şeydən xəbəri olan, yəni Allah mənə söylədi" deyir. Lakin bəzi ayələrdən də, yenə bəzi həyat yoldaşlarının Peyğəmbərimiz (s.ə.v)-i bir qədər incitdikləri aydın olur. Şeytandan Allaha sığınıram: "Əgər siz dünyanın bərbəzəyini istəyirsinizsə, gəlin sizi gözəl tərzdə sərbəst buraxım" deyir. Ayə: "Yox, əgər Allahı, Onun Elçisini və Onun yolunda mübarizə aparmağı istəyirsinizsə" deyə davam edir. Səbir edin, davam edin tərzində belə bir xəbərdarlıq var...

Hz. Aişə görünməmiş dərəcədə Peyğəmbərimiz (s.ə.v)-ə düşkün idi və onu həddinən artıq sevirdi, çox güclü sevirdi. Bildiyiniz kimi gənc yaşında evləndi, kiçik yaşda evlənmişdi, lakin ümumiyyətlə Peyğəmbərimiz (s.ə.v)-in yanında olmaq, ona xidmət etmək həyat yoldaşları üçün, olduqca böyük nemətdir. Ondan həm elm, həm də feyz alırdılar. Eləcə də, onun sevgisini yaşayırdılar. Peyğəmbərimiz (s.ə.v) ehtirası çox yaxşı bilən bir insandı. Dərinliyi çox gözəl bilən bir insandı. Bir də Peyğəmbərimiz (s.ə.v) super yaraşıqlı idi, bildiyiniz kimi qara gözlü idi. İri cüssəli, geniş çiyinli və aslan kimi idi. Peyğəmbərimiz (s.ə.v)-in saçları uzun idi, ortadan ayrılmış idi, hərdənbir onları hörürdü.

Gözləri sürməli, qara saqqallı, qara saçlı idi. Vəfatına yaxın vaxtadək saçlarında çox az ağ tük vardı. 63 yaşında belə saçında çox nadir ağ tük vardı. Bu da bir möcüzədir yəni, maşaAllah. Müşk kimi iy gəlirdi, həmişə gül qoxusu gəlirdi Peyğəmbərimiz (s.ə.v)-dən. Onun, Peyğəmbərimiz (s.ə.v)-in, kürəyində hz. Mehdi (ə.s) da olduğu kimi möhür işarəsi vardı. Bu genetik yolla Mehdiyə qədər gəlib çıxmışdır. Allahın hikməti, Allahın vəsiləsi, genetiki Allah vəsilə edir. Ta Axırzamanda onun övladlarından hz. Mehdinin kürəyində çıxır, eynilə Peyğəmbərimiz (s.ə.v) də olduğu kimi.

Bir də Peyğəmbərimiz (s.ə.v) olduqca qüvvətli idi. Pəhləvan idi, onu, Peyğəmbərimiz (s.ə.v)-i məğlub edən tapılmırdı, yəni tutduğu hər insanı məğlub edirdi, maşaAllah. Zarafatcıl idi, çox zarafat edən, lakin gözəl, belə hikmətli zarafatlar edən bir insan idi. Qadın nemətini ən gözəl yaşayan ən dərinliyi ilə yaşayan insan idi. Qadınların gözəlliyinin haqqını tam verən insan idi. Həyat yoldaşlarının gözəlliyini çox yaxşı qavrayan, onlarda Allahın təcəllisini görən bir insan idi.

Vəfa və Sədaqət Duyğularını İtiriblər

Kitabın əvvəlindən buraya qədər ifadə etdiyimiz kimi, cahil insanlar həyatlarını, həyatdan və ətraflarındakı insanlardan ən çox mənfəət əldə etmə məqsədi əsasında qurublar. Bu məqsədləri onları, qarşılarına çıxan hər şeyə mənfəət gözüylə baxmağa və bu yolda hər şeyi (ən əhəmiyyət verdikləri dəyərləri, ən sevdiklərini söylədikləri insanları belə) asanlıqla gözdən çıxartmağa sövq edər. Dolayısilə, bu insanlar arasında həqiqi mənada vəfa və ya sədaqət duyğusu yaşanmaz.

Ardınca hərisliklə qaçdıqları pul, mal, mülk kimi dəyərlərə olan hərislikləri, onlara sevgi, hörmət, vəfa, sədaqət kimi duyğuların əhəmiyyətini və dəyərini unutdurar. Maddi dəyərlərin özlərini olduqca xoşbəxt edə biləcəyini güman edərlər. Halbuki əvvəlki sətirlərdə də toxunduğumuz kimi, bunların heç biri onlara axtardıqları rahatlığı verməz. Cəmiyyətdə nə qədər etibar, mal, mülk, şan, şöhrət sahibi olsalar da, bunların heç biri ilə insanların həqiqi mənada dostluqlarını qazana bilməzlər, sədaqət göstərmələrini təmin edə bilməzlər.

Cahil insanlar həyatlarının hər sahəsində bu dəyərlərdən məhrum olarlar. Əvvəla heç vaxt həqiqi mənada dost və yoldaş əldə edə bilməzlər. Bunun səbəbi isə; "nəyə və hansı prinsiplərə görə dost seçdikləri" sualının cavabında gizlənmişdir. Dost olacaqları insanlarda Allah qorxusu, səmimiyyət, gözəl əxlaq kimi dəyərlərdənsə, yaşadıqları cəmiyyətin gözündə özlərinə etibar və mənfəət təmin edəcək xüsusiyyətləri axtararlar.

Yaxşı bir mahalda yaşayan biri üçün, başqa insanın bənzər bir mahalda yaşaması, son model bir avtomobilinin olması, tanınmış bir ailəyə və ya tanınmış bir soyada sahib olması, zəngin, gözəl və yaraşıqlı olması dost seçimində ən böyük rol oynayır. Yaxud daha təvazökar cəmiyyətdə yaşayan biri üçünsə, dost olacağı insanın həmin cəmiyyətdə hörmət göstərilən meyar nədirsə (yaxşı məktəbdə oxuması, bəyənilən peşə sahibi olması, ətrafındakıların diqqətini çəkən gözəlliyə və ya yaraşıqlılığa sahib olması, insanların özündən çəkindikləri qədər güclü olması və s. şeylər) ona sahib olması kifayətdir.

Lakin bu xüsusiyyətlərin heç biri, insanların qarşılıqlı surətdə bir-birlərinə sədaqət və ya vəfa duyğuları bəsləməsini təmin etməz. Bir-birlərinin arxasınca danışmaları, başqalarından əldə edəcəkləri mənfəətlər üçün bir-birlərini gözdən çıxarda bilmələri, bir-birlərinə xəyanət etmələri bu dostluq əlaqələrində tez-tez rast gəlinən rəftarlardandır.

Eynilə tərəflərdən birinin maddi və ya mənəvi sıxıntı və ehtiyac içinə düşməsi də yenə bu dostluqları bitirə bilən səbəblərdəndir. Çünki belə vəziyyət qarşısında həmin insan üçün fədakarlıq etmək məcburiyyətində qalacaqlarını, özlərinə heç bir fayda verməyəcək məsuliyyətləri yüklənəcəklərini düşünər və belə bir dostluğun onlara əziyyət verməyə başlayacağı qərarına gələrlər. Dolayısilə bu dünyagörüşünə sahib insanlar üçün ən yaxşı çıxış yolu, dostlarını sıxıntı və çətinlik anında tərk edib, yerinə özlərinə mənfəət təmin edə biləcək yeni dostlar tapmaq olar.

Şübhəsiz ki, cahil insanların sədaqətsizlik təməli üzərində qurulan bu əlaqələrinin nümunələrini evlilik həyatlarında da görmək mümkündür. Necə ki, bu cür insanların özləri də, bundan çəkdikləri zərərləri tez-tez dilə gətirərlər. Həyat yoldaşları arasındakı sədaqətsizlik bu insanlar arasında o qədər geniş şəkildə yaşanılır ki, bu vəziyyət cahil cəmiyyətlərdə sanki "həyatın sabit və dəyişməz qanunu" kimi qəbul edilmişdir.

Evlənərkən cütlər "yaxşı gündə və pis gündə" bir-birlərinə sadiq qalacaqlarına, bir-birlərini tərk etməyəcəklərinə, qoruyub himayə edəcəklərinə söz verərlər. Lakin bu sözün hələ ilk günlərdən etibarən tutulmamasından ötrü, çox fərqli üsullarla bu sədaqət təmin edilməyə çalışılar. Hazırda dünyanın bir çox yerində evlənən cütlər evləndikdən sonra, rəhbər orqanlar hüzurunda sahib olduqları malları bölüşərək bu mövzunu zəmanət altına alırlar.

Tərəflər hər hansı vəziyyətdə, maddi və mənəvi cəhətdən çətin şəraitdə qalmamaq üçün, müqavilələr bağlayır və boşanacaqları təqdirdə tələb etdikləri mülk və pulu hələ ən başdan qələmə alırlar. Bu tətbiqlər, tərəflərin bir-birlərinə hansı dünyagörüşüylə yaxınlaşdıqlarını açıqca göstərir. Sevgilərinin, hörmətlərinin, dostluqlarının həqiqi vəfa və sədaqət duyğusu üzərində qurulmadığını, hər hansı mənfəət qarşıdurması yaşandıqda, hər iki tərəfin də bir-birini tərk etmə ehtimallarının olduğunu qəbul edirlər. Hələ ən başından bu qədər çürük təməl üzərində qurulan əlaqələr də normal olaraq boşanma ilə nəticələnir.

Sədaqətsizlik nümunələrinə bu insanların iş həyatlarında da tez-tez rast gəlinər. Daha çox pul qazana bilmək üçün, bir-birlərini asanlıqla aldada bilər və hətta fırıldaq gələ bilərlər. Cahil cəmiyyətlərdə bir çox insan, yoldaşlarıyla olan dostluqlarının bu səbəblərdən ötrü pozulduğundan gileylənər. Bəzi insanların öz aralarında "qohumla ticarət etmək olmaz" kimi sözlər meydana gətirmələri də bu sədaqətsizliklərini bilmələrindən qaynaqlanır.

Həmin bu vəfasızlıq nümunələri təkcə fərdi olaraq deyil, ictimai olaraq da tətbiq olunar. Çox vaxt cəmiyyət olaraq əl üstündə gəzdirilən, təriflənilən, sevilən, dəyər verilən insanlar, insanlara təqdim etdikləri mənfəətləri itirdikləri vaxt, özlərinə göstərilən hörmət və sevgidən də məhrum qalarlar. Bu sədaqətsizlik nümunəsinə demək olar ki, hər yerdə rast gəlmək mümkündür. Kimsəsizlər və qocalar evi, bu vəfasızlığın ən açıq nümunələriylə doludur. İnsanlara mənfəət təqdim edə biləcək imkanlar sahib olduqları vaxt, hörmət və sevgi görən, əl üstündə gəzdirilən, gözlərinə girilməyə çalışılan bu insanlar, gəncliklərini, sağlamlıqlarını və mənfəət təqdim edə bilmə imkanlarını itirdikləri anda uşaqları, nəvələri, qohumları tərəfindən də olsa, tək-tənha, diqqətsiz və sevgisiz buraxıla bilərlər. On illərini həsr edib, böyük zəhmətlə böyütdükləri uşaqları, yaşadıqları cahil əxlaqdan ötrü qoca vaxtlarında analarını, atalarını axtarmaz hala gələ bilərlər.

Siyasət, mədəniyyət və ya təhsil kimi müxtəlif sahələrdə cəmiyyətə xidmət etmiş insanların da zamanla yaddaşlardan silindiyi məlum həqiqətdir. Məktəb illərində istər ailələr, istərsə də şagirdlər tərəfindən baş tacı edilən, bütün istəkləri yerinə yetirilən, gözünə girilməyə çalışılan müəllimlər, məktəbin bitməsiylə birlikdə unudular. Çünki bu insanların, cahil meyarlara görə artıq bu insanlardan əldə edə biləcəkləri mənfəətləri qalmamışdır.

Cahil insanların yaşadıqları bu vəziyyətlə əlaqədar unudulmaması lazım gələn şey isə, qarşılaşdıqları bu vəfasızlıq və sədaqətsizliyin tamamilə öz əxlaqlarının əks olunması olmasıdır. Həyatlarına cahil qanunlar, cahil əxlaq əsasında yön verən bu insanlar, heç kəsə həqiqi mənada vəfa və sədaqətlə bağlanmamalarının qarşılığını alırlar. Halbuki Quran əxlaqını yaşayan insanlardan ibarət olan bir cəmiyyətin fərdləri bu çətinliklərin heç birini yaşamazlar. Möminlər bir-birlərini, nə təqdim etdikləri mənfəətlərə, nə gəncliklərinə, nə də sağlamlıqlarına görə sevərlər. Yeganə meyarları bu insanların Allaha olan səmimi sevgiləri və gözəl əxlaqlarıdır. Bunlar olduğu müddətcə bu insanlar yaşlansalar, möhtac vəziyyətə düşsələr və mənfəətə təmin edə bilməyəcək vəziyyətə düşsələr də heç bir fərqi olmaz. İman sahibləri bu insanlara səmimi sevgi və hörmətlərini ən səmimi rəftarlarıyla göstərməyə davam edərlər. Görüldüyü kimi, həqiqi vəfa və sədaqət duyğuları ancaq Quran əxlaqıyla əldə edilə bilir. Lakin bir-birlərini Allah üçün sevən insanlar dostluqlarını, sevgilərini, hörmətlərini davam etdirə bilir və təkcə bu insanlar sədaqət və vəfa duyğularından zövq ala bilirlər.

Hörmət Duyğularını İtiriblər

Hörmət, bir insanın digərinə olan sevgisinin və ona verdiyi dəyərin mühüm əlamətidir. Qarşısındakı insanda gördüyü gözəl xüsusiyyətlər, insanın normal olaraq ona qarşı dərin hörmət hissi bəsləməsini təmin edər. Lakin bilinməlidir ki, bu gözəl xüsusiyyətlər ancaq Quran əxlaqının yaşanmasıyla yarana bilir. Çünki kamil və etibarlı şəxsiyyət və şərtlərə görə dəyişməyən gözəl əxlaq xüsusiyyətləri, ancaq Allah qorxusu ilə qazanıla bilir.

Əlbəttə ki, cahil cəmiyyətdə də məlum hörmət məhfumu var. Lakin bu hörmət məhfumu yanlış təməllər üzərində qurulmuşdur. Cahil meyarlar əsasında yaşayan insanlar bəzi mövzularda özlərindən daha üstün olduğunu düşündükləri insanlara qarşı hörmət bəsləyərlər. Bir insanın daha zəngin, daha etibarlı, daha ehtişamlı və ya karyera cəhətdən daha yuxarı səviyyədə olması cahil meyarlar baxımından hörmət göstərmə səbəbidir. Lakin cahil insanların hörmət anlayışında bu insanların hansı əxlaqa sahib olduqlarının, insanlar üçün hansı faydalı işlər gördüklərinin, ətraflarındakı insanlara qarşı necə rəftarlar göstərdiklərinin heç bir əhəmiyyəti yoxdur.

Zənginliyini və ya şöhrətini pis yollardan, çirkli işlərdən də qazanmış olsa, bu insan yenə də cəmiyyətin bəzi təbəqələri tərəfindən hörmətlə qarşılana bilər. Lakin bu, həqiqi hörmət deyil. Bəzi insanlar bir çox məsələdə olduğu kimi, bu məsələdə də yenə qarşılarındakı insanlardan ən çox mənfəəti əldə edə bilmək üçün onlara saxta hörmət göstərirlər. Əslində isə, nə qarşılarındakı insana həqiqi mənada dəyər verir, nə də özləri hörmət görürlər.

Kitabın əvvəlindən etibarən ciddi şəkildə üzərində dayanıldığı kimi, inkar içində olmalarından ötrü, bu insanlar bir insanın sahib olduğu gözəl əxlaq xüsusiyyətlərini, incə ağıl əlamətlərini və ya üstün istiqamətlərini lazımınca görə bilməz, onun seviləcək tərəflərini layiqincə qavraya bilməzlər. Bundan ötrü də, ürəklərində normal sevgi, heyranlıq və hörmət hissi yaranmaz. Əksinə xoşlamadıqları bir insana qarşı sırf mənfəət əldə edə bilmək üçün, hörmət göstərmək məcburiyyətində qalmaları onları qəzəbləndirər. Çünki din əxlaqı yaşanmadığı təqdirdə insanların bir çoxu, həmişə ən üstün olanın, ən çox hörmət bəslənilənin, hörmət göstərilənin özləri olmasını istəyərlər. Son sözü həmişə özləri söyləməyi və insanları idarə edən insan olmağı arzulayırlar. Həmçinin qısa müddətli də olsa, başqa biri üçün nəfslərinin bu istəyindən güzəştə getmək qürurlarına çox ağır gələr.

Burada diqqət çəkən məqam isə, süni olaraq hörmət göstərilən tərəfin də bu vəziyyətdən xəbərdar olmasıdır. Özünə qarşı həqiqi mənada hörmət göstərilmədiyindən xəbərdardır. Lakin o da əlindəki maddi imkandan istifadə edərək əldə etdiyi bu süni rəftardan lazımınca istifadə edə bilmək üçün, bunu anlamazlıqdan gələr.

Görüldüyü kimi, cahil cəmiyyətlərdə olduqca səmimiyyətsiz bir sistem hakimdir. Müsəlmanlar isə bir-birlərini, gördükləri gözəl əxlaq xüsusiyyətlərinə görə sevdikləri üçün hörmətləri də daimi olar. Bu hörmətli rəftar eyni zamanda Allahın onlara Quranla bildirdiyi bir əmrdir. İman sahibləri Allahın rizasını qazanmaq üçün bu gözəl əxlaqı səmimi şəkildə yaşamalı olduqlarını bilərlər. Süni hörməti Allah Qatında da xoş qarşılanmadığını, Allahın qəlblərindəkinə görə özlərinə qarşılıq verəcəyini bilərək hərəkət edərlər.

Cahil cəmiyyətlərdə isə, bu saxta hörmət anlayışından savayı insanların bir-birlərinə qarşı hörmətli rəftar nümayiş etdirdiklərinə elə də rast gəlinə bilməz. Bəzi insanlar illərlə hər cür çətinliyə sinə gərərək özlərini böyüdən analarına və atalarına qarşı da olduqca hörmətsiz rəftarlar nümayiş etdirə bilirlər. Bəziləri isə, küçədən keçərkən rastlaşdıqları yaşlı birinə qarşı hörmətsizlik edə bilirlər. Onların yaşlılıq və ya xəstəlik kimi səbəblərdən qaynaqlanan qüsurlarını lağa qoya bilir, onları narahat edəcək rəftarlar nümayiş etdirə bilir və lazımi hörməti göstərməyə bilirlər.

Halbuki Allah Quranın bir çox ayəsində möminlərə, yolda qalana, yoxsula, əsirə, ata-anaya, yetimə, möhtac olana həmişə yaxşı davranmağı, şəfqətli və rəhmli rəftar göstərmələrini nəsihət edir. Bundan ötrü də, yaşlılara hörmət etmək, ata-anaya möhtac və aciz vəziyyətə düşdükləri vaxt, "uf" belə deməyəcək qədər hörmətli rəftar nümayiş etdirmək möminlərin mühüm xüsusiyyətlərindəndir. Allah Quranda möminlərə belə əmr edir:

Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! (İsra surəsi, 23)

Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, yaxın qohumlara, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, yolda qalana və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir. (Nisa surəsi, 36)

Dostluqdan Zövq Ala Bilməzlər

Hər insan özünə "yaxın dost" axtarır. Xoşbəxt anlarını bölüşəcək, çətin anlarında özünə dəstək olacaq, çıxış yolu tapa bilmədiyi mövzularda çıxış yolları göstərəcək, özünü qeyd-şərtsiz sevəcək, sədaqət göstərəcək, qoruyub himayə edəcək, xətalarına şəfqətlə yaxınlaşacaq, sağlam vaxtında olduğu qədər xəstə vaxtında və ya yaşlılığında da özünü tək buraxmayacaq insanlar axtarar. Lakin bütün bu xüsusiyyətləri göstərə biləcək insanlara çox çətin rast gələ biləcəyini bildiyi üçün; "tək bir yaxın dost"unun olmasına razı olar.

Şübhəsiz ki, hər insanın ehtiyac duyub axtardığı "əsil dostluq" çox böyük nemətdir. Əsil dost, insanın yaxşı və pis günündə yanında olan, özü üçün nə istəyirsə dostları üçün də qəti tərəddüd etmədən eynisini istəyən, onun xoşbəxt olmasını, yaxşı olmasını ən azı özü qədər arzulayan insandır. Qısqanclıq, paxıllıq, rəqabət kimi düşüncələrə qapılmadan qarşısındakı insanı səmimiyyətlə sevən və həmişə onun yaxşılığını istəyən insandır.

Həqiqi dost olmağın şərti həmin insanın dünyada və axirətdə xoşbəxt olmasını hədəfləməkdir. Yeri gəldikdə açıq və dürüst danışıb ona çatışmayan cəhətlərini söyləmək, bunları düzəltməsinin yollarını göstərmək də mühüm dostluq xüsusiyyətidir. Bəzi insanlar çox vaxt bunu insanın əleyhinə olan rəftar hesab edərlər. Halbuki belə bir şeyi ancaq həqiqətən sevən və həqiqətən dost olan insan edər. Rəqabət gözüylə baxan, həsəd aparan insanlar məcbur qalmadıqca başqalarına səhvlərini söyləməzlər. Çünki başqalarının özlərindən yaxşı olmasını istəməzlər. Bunun əvəzinə "çox yaxşısan", "həmişə belə qal", "səni belə, olduğun kimi sevirik" kimi sözlər söyləyərək səmimiyyətsiz yanaşarlar.

"Əsil dost" olmaq üçün bir insanı; "həqiqətən seviləsi dəyərlər üçün sevmək" lazımdır. Bunlar bir insanın; "Allah qorxusu, imanı, səmimiyyəti və gözəl əxlaqı"dır. Təkcə bu dəyərlər əsasında qurulan dostluqlar daimidir. Məhz bundan ötrü də, cahil əxlaqı yaşayan insanlar, bütün istəklərinə baxmayaraq, əsil yaxın dostu çox vaxt tapa bilməzlər. Əlbəttə ki, bir çox insanın bu mövzudakı; "çox yalnızam", "tək bir dostum belə yoxdur", "hamısı dar günümdə tək qoydular, bəyəm hamısı da yaxşı gün dostuymuş" kimi sözlərinə rast gəlmisiniz.

Əvvəlki səhifələrdə nümunələrini gördüyümüz kimi bəzi insanların zənginlik, gözəllik, etibar, vəzifə və ya ictimai status kimi dəyərlərə görə qurduqları dostluqlar heç vaxt uzun müddətli olmaz. Çünki dostluğun əsaslandığı bu dəyərlərdə dəyişiklik olduğu vaxt, dostluq da bitər. Məsələn, cahil əxlaqdakı bir insan, çox gözəl və ehtişamlı olduğu üçün birlikdə olduğu bir insanın, bir anda bir qəza nəticəsində tanınmayacaq qədər eyibli və eyni zamanda da baxıma möhtac, aciz vəziyyətə düşməsiylə birlikdə bu insana göstərdiyi bütün diqqətini və ona yaxınlığını itirə bilər. Halbuki bu dostluq və yaxınlıq, insanların Allah qorxuları, imanları və gözəl əxlaqları üzərində qurulsa, fiziki dəyişikliklər bu dostluğa təsir göstərə bilməz. Əksinə acizlik içindəki bu insana daha da çox şəfqət və mərhəmət bəslənilər.

Lakin belə şey də var ki, cahil insanlar başqalarına göstərdikləri bu vəfasız rəftarların çətinliyini özləri də çəkərlər. Özləri də həyatları boyu bəzi maddi-mənəvi enişlər və yüksəlişlər yaşayarlar. Gözəlliklərini, gəncliklərini, sağlamlıqlarını, sahib olduqları malları, zənginliklərini itirə bilərlər. Əvvəllər əsil dost zənn etdikləri insanların, yaşlılıqlarında, möhtac vəziyyətə düşdüklərində özlərinə dəyər vermədiklərini görərlər. Yaxşı günlərində çox səmimi, çox yaxın davranan, bir-birlərinə ölənədək sədaqət göstərəcəkləri sözünü verən bu insanlar, bir-birləriylə danışmayacaq və hətta bir-birlərini tanımazlıqdan gələcək qədər tam fərqli rəftar nümayiş etdirərlər. Hər hansı problemləri olduqda bunu bölüşəcəkləri, fikrini öyrənəcəkləri, kömək istəyəcəkləri, güvənə biləcəkləri insanların olmadığını görərlər. "Ən yaxınım" dedikləri insanların belə, mənfəətlərini dostluqdan üstün tutduqlarını anlayarlar.

Quran əxlaqının yaşandığı bir mühitdə isə, bunların heç biri yaşanmaz. Çünki Allah qorxusu və iman, insanların bir-birlərinə həqiqi mənada sevgi və hörmət göstərmələrini təmin edəcək dəyərlərdir. Bu əxlaqı yaşamayan insanların, bir-birlərinin pis əxlaq xüsusiyyətlərini bilərək həqiqi mənada sevgi, hörmət bəsləyə bilmələri, güvənə bilmələri qeyri-mümkündür. Bir insanın yalan danışdığını, ikiüzlü və süni rəftar göstərdiyini bilib, mənfəətləri üçün başqalarından istifadə etdiyini görüb də, səmimi sevgi və hörmət bəslənilməsi qeyri-mümkündür. İnsan, (hər nə qədər dostum, yaxınım desə də) bu insanın başqalarına olduğu kimi, özünə qarşı da eyni cür yanaşdığını görə bilər. Məhz cahil insanlar bir-birlərinin iç üzlərini bildiklərindən ötrü, qarşılıqlı şəkildə ancaq saxta dostluqlar qura bilərlər.

Yaşadıqları bu həyat tərzi, dindən uzaq cahil sistemin məhsuludur. Buna görə də, mütləq çıxılmaz vəziyyətdədir. Bu çıxılmaz vəziyyəti özləri də görər və həmişə bu məsələdən gileylənər, itirdikləri zövqlərin yoxluğunu hiss etmələri barəsində söhbətlər edərlər. Necə ki, bütün bu problemlərinə baxmayaraq, yenə də xoşbəxtliyi iman gətirməkdə, gözəl əxlaqı yaşamaqda axtarmazlar. Eyni çürük sistemdə çıxış yolları tapmağa çalışar, bundan ötrü də, uğur qazana bilməzlər.

Bir İnsanı Qiymətli Edən Allah Qorxusu, Ağlı və İmanıdır

 

Hörmətli Adnan Oktarın Tempo Telekanalındakı Canlı Müsahibəsi, 3 Fevral 2009-cu il.

Adnan Oktar: Bir qadını ən gözəl edən şey ağılıdır, yəni çox ağıllı bir qadın insanı ovsunlayar, fövqəladə gücə sahib olar. Əgər bir sirr istəyirlərsə, mən onlara ən yaxşı sirri verirəm, yəni çox imanlı, Allahdan çox qorxan, çox çox ağıllı qadın ağıllı bir kişini ovsunlayar, yəni fövqəladə təsir gücü olar, yəni təxmin, təxəyyül edilə bilməyəcək, insanın ruhunu çox güclü sarsıdan gücə sahib olar həmin qadın. Həmçinin böyük güc sahibidir və bu gücündən ötrü də, Allaha həmd etməlidir, olduqca təsir edicidir. Ağıllı bir qadının da hər şeyi gözəl olar, yəni zahiri görkəmi də gözəl olar, Allah zahiri görkəmini də gözəlləşdirər, dərisini də gözəlləşdirər, hər şeyini gözəlləşdirər. Bu qəti Allahın qanunudur, mütləq olan bir şeydir, bunu yaşayan hər kəs görər. Eynilə ağıllı bir qadın, çox ağıllı bir qadın da, çox ağıllı bir kişidən fövqəladə təsirlənər, əgər bir sirr öyrənmək istəyirlərsə bunu söyləyim, həmin kişi də onları sanki ovsunlayar, yəni olduqca fövqəladə gücün ruhunu, ağlını hiss edər qadın o zaman, yəni sanki gözlərindən bir-birlərinin bədəninə girər qadın və kişi, olduqca təsirlənərlər, Allahın möcüzəsidir bu. Lakin ağıllı həqiqətən ağıllı insanlara məxsus bir xüsusiyyətdir bu. Bunu dinsizlər qətiyyən anlaya bilməzlər, təsvir etsəniz də anlaya bilməzlər, bunu itirmiş olmağın onlara verdiyi əzabı da hiss edəcək deyildirlər, çünki onsuz da ruhsuzluqdan, yəni bu dərinliyi qavraya bilməməkdən, boşluqdan sanki ruhları yanar, qovrular. Onu belə hiss edə bilməyəcək vəziyyətdədirlər, yəni təsvir etsən də anlamazlar. Lakin dindarlar üçün, Allahın bu cür xüsusi sirri var və möcüzədir bu, məsələn, bilinməyən insanların bilmədiyi bir möcüzədir bu. İnsan ancaq bununla gözəl olar, lakin gözəl olmaq üçün iman gətirilməz, iman gətirdiyi üçün insan çox gözəl olar. Yəni səmimi qadın olduqca valehedicidir, çünki birkərə yalan danışmaz, yalan danışan qadın çox xoşagəlməzdir. Yəni bir insan yalan danışan bir qadınla əlaqə yarada bilməz. Səmimi olmayan, yəni üzündə maska gəzdirən bir qadın da çox xoşagəlməzdir, yəni çox gözəl də ola bilər, yəni zahiri görkəmi olduqca gözəl ola bilər, lakin insanın ruhunda ət təsiri yaradar, yəni qəssabdakı ətlə eyni mövqedə olar, heç bir təsir yaratmaz, donuq ət parçası olar. Təsir, o qadın adlı şey, onun içindəki o ruh və gücdür, yəni xüsusi elektrikə sahibdir, ona qadın deyilər. O da ancaq çox böyük ağılla, böyük səmimiyyətlə və düzgünlüklə ortaya çıxar. Yəni düz danışan bir kişi ilə, dürüst olan bir qadın bir yerdə olduqlarında bundan görünməmiş zövq alarlar. Lakin hər ikisi də yalançıdırsa, hər ikisi də oyun oynayırsa, belə ki, mən kinofilmlərdə, televiziyada bunu çox görürəm, yəni saxta sevgilər, saxta oyunlar olduqca alçaldıcı və çox əziyyət vericidir. Məsələn, qadının qarşısında diz çökür əlində çiçəklə, dizində mətnlə ona yalvarır, bu, tam rüsvayçılıq və əzabdır, yəni qadın nifrət edər, belə süni, uşaq kimi və ağılsız hərəkət edənlərdən nifrət edər, lakin hiss etdirməz və ya bunu anlamazlıqdan gələr, o da ağılsız hərəkətlər edər, o da gözü yaşarırmış kimi edər, yəni çox pis tamaşa oynanılar hər kəsin canı yanar, amma bu pis tamaşa beləcə davam edər...

Səmimiyyətdən Zövq Ala Bilməzlər

Səmimiyyət, insanın içiylə çölünün bir olması, qəlbində nə hiss edir, nə yaşayırsa, çölə də bunu əks etdirməsidir. Olduqca dürüst, açıq və konkret olması, əsil düşüncələrini, duyğularını qəti gozlətmədən, qəti hesab aparmadan, özünü olduğundan fərqli göstərməyə çalışmadan, əsil xarakterini açıqca göstərməsidir. Səmimiyyət, güvən təlqin edən, bir insana sevgi, hörmət bəsləyərək bağlanmağı təmin edən xüsusiyyətlərdəndir. Allah insanı bu əxlaqı yaşadığı təqdirdə rahatlıq tapacaq və bu yolla qəlbən rahat və xoşbəxt ola biləcək şəkildə yaratmışdır.

Səmimiyyətsiz hərəkət edən bir insan, başda özünə olan hörmətini itirdiyi kimi, ətrafındakı "yoldaşım", "dostum" və ya "yaxınım" dediyi insanlara qarşı da, əsil mənada sevgi və ya hörmət bəsləyə bilməz. İçinin və çölünün fərqli olduğunu, qarşısındakı insanı az da olsa aldatdığını, mütləq dürüst və açıq davranmadığını, yeri gəldikdə asanlıqla süniliyə sığına biləcəyini bilmək, bu insanları ən yaxınlarıyla birlikdə olduqlarında belə saxta və sıxıntılı həyat içində yaşamağa sövq edər.

Cahil cəmiyyətlərdə insanların bir çoxu bu sıxıntını yaşayır və səmimiyyətin zövqündən məhrum həyat tərzi sürürlər. Qəlblərində sevgi, hörmət, sədaqət kimi bir çox gözəl duyğunu yaşaya bilmir, həmişə bütün bunların təqlidini edərək həyatlarına davam edirlər. Lakin, əlbəttə ki, bu sünilik ətraflarındakı insanlar tərəfindən asanlıqla başa düşülür. Çünki insan bir məsələ barəsində qəlbində nə hiss edirsə, bu istər-istəməz rəftarlarına da əks olunur. Birini həqiqətən səmimi şəkildə sevirsə, bunu hər nə qədər gizlətmək istəsə də, bacara bilməz. Müəyyən şəkildə üzündən, baxışlarından, üslubundan, rəftarlarından qarşı tərəfə bu hissini bəlli edər. Əgər bir insandan xoşlanmır və ya ona qarşı nifrət kimi duyğular bəsləyirsə, eynilə bunu da hər nə qədər gizləmək istəsə də, bacara bilməz. Üz ifadəsindən, işlətdiyi sözlərdən, cümlələrin, aksentlərindən içindəki qəzəb, hirslilik və ya narazılıq xaricə əks olunar.

Cahil əxlaqdakı insanların bu davranışları əslində ən çox özlərinə zərər verər. Çünki özləri insanlara saxta duyğularla və süni rəftarlarla yaxınlaşarlarkən, onlar da eyni səmimiyyətsizliyi bu insanlara yönəldərlər. Əvvəlki səhifələrdə də ifadə etdiyimiz kimi, bütün həyatları boyu səmimi, qəlbdən və dürüst bir dostun həsrətini çəkdikləri halda, cəmiyyətdə hakim olan əxlaq anlayışından ötrü bu nemətlərdən məhrum qalarlar. Heç kimlə dost ola bilməz, yaxın və mehriban əlaqə yaşaya bilməzlər. Ən yaxın dostlarına, evli olduqları insanlara hətta bəzən ata-analarına qarşı da eyni səmimiyyətsizliklə yaxınlaşa bilərlər.

Halbuki təbiilik, dürüstlük, içi çölü bir və səmimi olmaq insan ruhuna böyük zövq verir. Bu, insanın vicdanına ən uyğun davranışdır. Bundan ötrü də, fitrətinə uyğun şəkildə hərəkət edən bir insan, vicdanı rahatlığın zövqünü də aşar. Dürüst olduğu təqdirdə, zərər çəkəcəyini bilsə də, vicdan rahatlığının verəcəyi zövqü heç nəyə dəyişməz. Cahil insanlar isə, dürüst olmağa yanaşmazlar. Çünki içlərində olduqca pis əxlaq xüsusiyyətlərini gizlədər və bunların aydın olacağı təqdirdə ətraflarındakı insanlardan reaksiya almaqdan qorxarlar. Bundan ötrü də, əsil duyğularını, düşüncələrini mümkün qədər gizlədərlər. Möminlər isə, qəlblərində Allah rizasına uyğun, yaxşı xüsusiyyətləri yaşadıqları üçün, bunları kənara əks etdirməkdə heç bir problem görməzlər. Əgər qarşılarındakı insan haqqında müsbət fikirləri vardırsa, bunu onsuz da açıqca həmin insanın özünə söyləyərlər. Yox əgər mənfi qənaətləri varsa da, bunu da qarşı tərəfin xeyirinə olacaq şəkildə münasib şəkildə söyləyərlər. Çünki Allah Quranda: "Tövbə edən, ibadət edən, həmd edən, (İslam üçün) səyahət edən, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ" (Tövbə surəsi, 112) deyə buyuraraq möminlərə insanları "yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan etməyi" buyurur.

Cahil əxlaqı yaşayan insanlar belə dürüstlük anlayışına sahib olduqları təqdirdə, ətraflarındakı insanlardan mənfi reaksiyalar alaraq zərər çəkəcəklərini zənn edərlər. Halbuki bu, eyni dürüstlüyü və səmimiyyəti yaşayan insanlar üçün mühüm sevgi səbəbidir. Bunun əvəzinə yüzlərlə kompliment deyilsə, böyük diqqət göstərilsə bunların heç biri səmimiyyətin qəlbdə meydana gətirəcəyi sevgini, yaxınlığı və etibarı yarada bilməz.

Məhz cahil insanlar bu gözəl xüsusiyyətdən ruhun alacağı zövqü tükədib qurtarıblar. Öz batil inancları, onlara ikiüzlülüyü, süniliyi və saxtakarlığı daha cəlbedici və daha cazibədar göstərir. Bu inanc formasının zərərini yenə ən çox özləri çəkdikləri, həyatlarının sonunadək ətraflarındakı insanlar tərəfindən aldadıldıqları halda, yenə də imtina etmirlər. Allah Quranda inkarçıların, din əxlaqını yaşmaqdan başqa çıxış yolu olmadığını gördükləri halda, öz yanlış sistemlərini yaşamaqda israr etdiklərinə və bundan ötrü də, əzabla qarşılıq aldıqlarına belə diqqət çəkir:

O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ. (Casiyə surəsi, 8)

Böyük günah işlətməkdə israr edirdilər. (Vaqiə surəsi, 46)

Hörmətli Adnan Oktarın Çay telekanalındakı canlı müsahibəsi, 4 mart 2009-cu il.

Adnan Oktar: Lakin insanlar səmimi olduqları vaxt, əsasən, daha əvvəl də bunu qeyd etdim, məntiqlərinə tərs düşür, öz ağılları ilə deyil, zəkaları ilə qiymətləndirmə aparırlar. Məntiqlimi davranım?, yoxsa vicdanlımı? deyir. Məntiqli davranıb bəlaya düçar olurlar. Məntiqdə daim bəla var. Vicdanlarıyla hərəkət etməlidirlər. Səmimi insan həmişə vicdanıyla hərəkət edər. Əlbəttə ki, vicdanıyla hərəkət edən həmişə çətinliklərlə üzləşər. Yəni səmimiyyət çətindir, asan deyildir səmimiyyətdir. İnsanın başına min bir cür bəla gələr səmimiyyətdən. Məntiqdə insanlar bu işlərdən xilas olar, lakin sürünərlər. Yəni əsil bəla da o zaman gələr. Lakin şirin bəlalardır.

Məsələn, birinə avtomobil dəyər, insanlar da onun yanından uzaqlaşar. Bütün avtomobillər keçib gedər, sən isə, enib qaldırarsan onu, çiyninə qoyarsan xəstəxanaya apararsan. Polis sənmi öldürdün deyə yaxandan yapışar. Bir çox insanda olmuşdur bu. Buna razı olmalıdır. Mən bu insanı Allah rizası üçün götürb apararam, siz nə deyirsinizsə deyin deməlidir yəni. Yəni lazım gəlsə həbs də olunar. Lakin o insan orada tərk edilməz. Yaxud biri bir qadını öldürməyə çalışır. İnsan seyr edir ortada. Hər nə bahasına olsa da, gedib o qadını qurtarmaq lazımdır. Nə ola bilər ki, guya? Seyr edilərmi bu? Məsələn, mən bu yaxınlarda da belə bir görmüşdüm, çox təəccübləndim, yəni məntiqini də anlaya bilmədim. Yazıq bir qadın, insan da əlinə bıçaq alıb, televiziyada yayımladılar. İnsan müntəzəm surətdə bıçağı qadına batırır. Bütün aləm seyr edir. Bu nə deməkdir? Mən bunu anlaya bilmədim. Orada o qadını qurtarmaq üçün hər şey edilər, yəni hər şey mübahdır. Odunu əlinə vurarsan, atarsan bıçağı kənara, bitər məsələ. Bu niyə bu qədər uzadılır? Qadını belə dəlmə-deşik etdikdən gedib qurtardılar. Yəni bu işdirmi? Televiziyada gördüm bütün xalq dolmuşdu, yəni bir insan belə çıxmırmı burada? Bunda nə problem var? Seyr edilərmi bu? Hətta lazım gəlsə nəzakətlə yaxınlaşıla bilər, bir şey söyləyəcəyəm deyərsən, bir şey başa salacağam, elə deyil?, bildiyim bir həqiqət deyərsən. Yəni çox məqbul olar, yanına yaxınlaşıb boş vaxtını tapıb tullanıb əlindən alarsan. Yazıq qadını o cür dəlmə-deşik etdirməyin nə mənası var? Buna bənzər, belə hadisələr çox olur. Bu nə üçün edilir? Məntiqdən istifadə edildiyinə görə. Vicdandan istifadə edilməlidir.

Gözəl Əxlaq Göstərməyin Zövqünü İtiriblər

Quran əxlaqına uyğun, kamil rəftarlarla qarşılaşmaq hamının xoşuna gələr. Hamı ətrafındakı insanların özünə yaxşı və gözəl rəftarlar sərgilməsini istəyər. Qüsurları olduqda tolerant davranılmasını, bir problem olduqda ən ədalətli şəkildə qərar verilməsini, nə qədər qürurlu rəftar sərgilənsə də özlərinə təvazökarlığın istiliyi ilə yaxınlaşılmasını arzulayar. Nə qədər dözülməz rəftar göstərilsə də, özünə qarşı səbirlə yanaşılmasını, ehtiyac içində olduqda fədakarlıq göstərilməsini, nə qədər çox olsa da, səhvlərinin hər dəfə bağışlanılmasını, həmişə sevgiylə yaxınlaşılmasını gözləyər. Belə əxlaqla qarşılaşmadıqları vaxt isə, bu vəziyyətdən olduqca narahat olar. Etdiyi söhbətlərdə həmişə bu vəziyyətdən gileylənər, "insanlığın öldüyü"ndən, insanların korlandığından, heç kəsin özündən başqasını düşünmədiyindən, maddiyatçı dünyanın, insanları insani duyğulardan uzaqlaşdırdığından bəhs edər.

Bütün bu tələblərinə baxmayaraq, bir çox insan bu cür əxlaqı yaşamaq üçün heç bir səy göstərməz. Həm; "mənə yaxşılıq edilsin, lakin mən təkcə özümü düşünüm" və ya "mənə zərər gələcəyinə başqasına zərər gəlsin" bənzəri eqoist düşüncələri, həm qürurları, həm də bəzi cahil inanclarından ötrü, gözəl əxlaqı yaşamaqdan qaçarlar. Bu vəziyyətin təməlində isə, Allah qorxuları olmadığı üçün, vicdanlarının səsinə görə deyil, mənfəətlərinə görə hərəkət etmələri yatır.

İnsana gözəl əxlaq qazandıracaq yeganə yol Allaha iman gətirmək və bu imandan qaynaqlanan Allah qorxusudur. Bundan savayı, insanların göstərdikləri gözəl rəftarlar həmişə müxtəlif mənfəətlərə söykənən, müvəqqəti rəftarlardan ibarət olacaq. Məsələn, bir yerdən mənfəət gələcəyini hiss etdikləri vaxt, cahil əxlaqlarından güzəştə gedirmiş kimi görünəcək, hərdənbir fədakarlıqlar və tolerant rəftarlar göstərəcək, bundan başqa isə, yalnız mənfəətlərinin özlərini sövq etdiyi əxlaqı yaşayacaqlar.

Bu yanlış düşüncələrin onlara vurduğu ziyansa, çox böyükdür. Hər nə qədər eqoist, qeyri-tolerant və ya ədalətsiz davrandıqlarında, kiçik-kiçik dünyəvi mənfəətlər təmin edirlərmiş kimi görünsələr də, əslində yaşadıqları bu pis əxlaq ruhlarına çox böyük zərər verər. Hər dəfə vicdanlarına zidd hərəkət etdikləri vaxt, bu onların içlərinin daha da qaralmasına, ruhlarında daha böyük boşluqlar, mənəviyyatlarında daha böyük itkilər yaranmasına səbəb olar.

Gün ərzində yüz dəfələrlə gözəl davranacaqları hadisələrlə qarşılaşarlar. Necə ki, bu fürsətləri həmişə vicdansız şəkildə qiymətləndirmələri, onları həssaslıq hissini yox edər. Artıq heç nədən təsirlənməyən, vicdanlarında çox cüzi hərəkət də, bunu hiss etmədən hər cür yanlış rəftarı asanlıqla göstərə biləcək insanlara çevrilərlər.

Həm heç zəhmət çəkməmək, həm də gözəl bir dünyada, gözəl bir həyat yaşamaq istəyərlər. Halbuki zəhmət çəkmədən heç bir gözəllik meydana gəlməz. Allahın bir Quran ayəsində: "İnsan özünə xeyir diləməkdən usanmaz..." (Fussilət surəsi, 49) sözləriylə bildirdiyi kimi, özləri üçün həmişə hər şeyin ən yaxşısını, ən çoxunu istəyərlər. Gözəl əxlaq göstərib bunun üçün səy göstərmələri tələb olunduqda isə, "mən beləyəm", "bu yaşdan sonra dəyişə bilmərəm ki", "mənim şəxsiyyətim belədir, xarakterim belədir" kimi sözlər işlədərlər. Halbuki bu vəziyyət nə xarakterlərindən, nə də yaşlarından qaynaqlanır. Bu, ancaq heç bir zəhmət çəkməyib, nəfslərinə uyğun davranmalarındandır. İnsan ancaq zəhmət çəkdikdə, doğru olanı etmək üçün iradə göstərdikdə ortaya gözəl rəftar çıxar. Lakin cahil insanlar nəfslərini yetişdirmək və iradə göstərmək üçün özlərini motivasiya edəcək hər hansı səbəb tapa bilməzlər. Axirətə inanmadıqları, haqq-hesab günündə vicdanlarının səsini dinləyib-dinləmədiklər məsələsində sorğu-sual ediləcəklərinə ehtimal vermədikləri üçün; "niyə özümü çətinliyə salım?", "niyə istədiyim kimi davranmıyım?" deyə düşünərlər. Halbuki bu insanlar yanılırlar və vicdanlarının səsinə qulaq asmadan etdikləri hər rəftarın hesabını axirətdə verəcəklər.

Bütün bunlarla yanaşı, gözəl əxlaq insana dünyada böyük zövq yaşadır. Gözəl əxlaq ruhda (heç bir maddi mənfəətlə müqayisə edilməyəcək dərəcədə) böyük həyəcan və coşğu meydana gətirər. Bu zövqü almayan insanların bunu anlamaları qeyri-mümkündür. Bu, cahil əxlaqın ruhda yaratdığı boşluğun tam əksi olan bir həyəcandır. Vicdanın səsinə qulaq asmağın verdiyi rahatlıq və coşğunu, tamah edilən hər hansı dünyəvi mənfəətdə tapmaq qeyri-mümkündür.

Eqoist xarakterləri bu insanların çox qaranlıq dünyada yaşamalarına səbəb olar. Çünki hər kəsin eyni eqoist əxlaqı mənimsədiyi bir dünyada, fədakarlıq edəcək, anlayışlı davranacaq, göz yumub bağışlayacaq, səhvlərə qarşı mərhəmətlə, sevgiylə yaxınlaşacaq heç kim qalmamış olar. Dolayısilə sülhdən, qardaşlıqdan, sükunətdən uzaq, xaosun və qarışıqlığın hakim olduğu bir mühitdə yaşamağa məhkum olarlar. Fədakarlığın zövqünü ala bilmədikləri üçün, eqoizmin verdiyi vicdan əzabını yaşayarlar. İtaətkar olmağın, gözəl söz söyləməyin, göz yummağın gözəlliyini dada bilmədikləri üçün, döyüş, mübahisə və çəkişmə mühitlərinin sıxıntısını çəkərlər. Əsəbiləşmənin, qışqırıb-bağırmağın, vurub-yıxmağın həm mənəvi, həm də fiziki əzabını dadarlar.

İnsanların həmişə bir-birlərinə "söz ilişdirdiyi", lağlağı üslublarla danışdığı, qəzəbli sözlər söylədiyi, kin və intiqam duyğularını yatışdırmaq ardınca qaçdıqları çətin mühitlərdə yaşayarlar. Təvazökarlıq etməyin bəxş etdiyi asanlığı yaşaya bilmədikləri üçün, qürurun və eqoizmin ruha verdiyi qatılığı, sərtliyi və sıxıntını dadarlar. Gözləri həmişə daha artığında olduğu üçün, qənaətkar və şüküredici olmağın ruha verdiyi rahatlıq hissindən xəbərsiz yaşayar, həris və tamahkar olmağın verdiyi sıxıntıya dözmək məcburiyyətində qalarlar. Tamamilə vicdanlarına zidd əxlaq göstərdikləri üçün, həmişə böyük vicdan əzabıyla yaşayarlar. Həmçinin ətraflarındakı insanların da həmişə bu əxlaqı göstərmələri onlar üçün ayrı kədər və sıxıntı vəsiləsi olar. Həyatlarını, dünyanın imkanlarından ən yaxşı şəkildə istifadə edərək gözəl həyat yaşamaq məqsədi üzərində qurmuş bu insanlar üçün, bu cür qaranlıq həyat, əlbəttə ki, böyük məyusluqdur.

Lakin unudulmamalıdır ki, bu qaranlıq həyatı həmin bu insanlar öz iradələriylə seçiblər. Allaha iman gətirib, həm dünyada, həm də axirətdə, həyatı və bütün zövqləri mümkün qədər ən gözəl, ən dolu və ən güclü şəkildə yaşamaq olduğu halda, onlar yalnız dünyadakı bəzi müvəqqəti maddi zövqlərə razı olublar. Gözəl əxlaq göstərə bilmək öz əllərində olduğu halda, vicdanları ilə nəfslərinə uymaq arasında seçim etmiş və seçimlərini nəfslərinə uymaqdan yana etmişdirlər. Yaşadıqları qaranlıq dünyanı, xaos mühitini özləri istəmiş və əllərindəki zövqləri bilə-bilə özləri tükədiblər.

Allah Quranda: "Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların – məhz onların qazandıqları günahlara görə sığınacaqları yer Oddur" (Yunis surəsi, 7-8) ayələriylə "dünya həyatına razı qalan" bu insanları axirətdə ala biləcəkləri qarşılığı xatırladaraq xəbərdar edir.

Şəfqət və Mərhəmətdən Zövq Ala Bilməzlər

Şəfqət və mərhəmət mühüm gözəl əxlaq xüsusiyyətlərindəndir. Bu əxlaqa sahib insanlar, bu gözəl rəftarı göstərdikləri üçün, həm özləri böyük zövq alar, həm də ətraflarındakı insanların sevgisini, hörmətini və razılığını qazanarlar.

Mərhəmət, insanı daha bir çox gözəl əxlaq xüsusiyyətinə sövq edər. Sevgi, diqqət, köməksevərlik, eləcə də, tolerant, kamil və səmimi rəftar göstərə bilmək həmişə bu xüsusiyyət sayəsində mümkün olar. Mərhəmətli bir insan özündən əvvəl, ehtiyac içindəki insanların ehtiyaclarını düşünər. Mərhəmət yaşanmadıqda isə ortaya, özündən başqasını düşünməyən, daşürəkli və ruhsuz bir insan modeli çıxar. Belə insanlar yalnız öz həyatlarını (və bunu da ən yaxşı şərtlər altında) davam etdirməyi əsas hədəflərinə çevirərlər. Necə ki, ruhlarında yaşadıqları pozulmadan ötrü bir çox zövqdən məhrum qalarlar, hətta bəziləri ruhlarında yaşadıqları bu pozulmanın dərəcəsindən ötrü, bunlardan məhrum qaldıqlarını belə görə bilməyəcək vəziyyətə gələrlər.

Küçədə qalmış, ac və ya soyuqda üşümüş bir insana yardım əlini uzada bilmək, xəstə birinə mərhəmət göstərə bilmək və imkan təmin edə bilmək böyük əxlaq tələb edir. Bu əxlaqı göstərməyin verəcəyi zövqü, dünyadakı heç bir maddi zövq verə bilməz. Milyardlarla manat pul verilsə, mülk təklif edilsə, imkan təqdim edilsə, heç biri bu əxlaqı göstərməyin verəcəyi zövqlə müqayisə edilə bilməz. Bu əxlaqı Allah üçün göstərə bilməyin, qarşılığında Allahın rizasını qazanmağı ümid edə bilməyin, Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uyğun hərəkət etmiş olmağın verdiyi sevinc, şövq və həyəcan bütün bu zövqlərdən üstündür.

Lakin cahil insanlar inkar içində yaşadıqlarından ötrü, bu zövqlərdən də məhrum qalmış, daşürəkli, mərhəmətsiz, insafsız əxlaq qazanıblar. Əlbəttə ki, aralarında mərhəmətli görünən insanlar da var. Lakin bunlar da mərhəmət qarşılığında; "minnət qoymaq", "etdiklərini başa vurmaq" və ya "qarşılığında mənfəət tələb etmək" kimi ümidlərlə bu əxlaqı göstərərlər. Allah bu insanların göstərdiyi pis əxlaqa Quran ayələrində belə diqqət çəkir:

Dini yalan sayan o kimsəni gördünmü? O elə insandır ki, yetimi qovar və heç kəsi kasıba əl tutmağa sövq etməz. (Maun Surəsi, 1-3)

Onlar göstəriş edirlər və cüzi köməyə (yaxud zəkata) də mane olurlar. (Maun surəsi, 6-7)

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)

Cahil cəmiyyətlərdə insanlar ən yaxınlarına belə eyni yanlış dünyagörüşüylə yanaşa bilərlər. Bunların altında da mənfəət yata bilir. Məsələn, irəliləyən yaşlarda, maddi və ya mənəvi cəhətdən möhtac vəziyyətə düşüldükdə hər insan özünə baxacaq, özü ilə maraqlanacaq bəzi insanlara ehtiyac duyar. Məhz cahil cəmiyyətlərdəki insanlar ən yaxınlarına belə gələcəkdə qarşılaşa biləcəkləri bu şərtləri nəzərə alaraq qayğı, sevgi, şəfqət və diqqət göstərə bilirlər. Lakin unudulmamalıdır ki, pis əxlaq göstərən insanlar, öz yaşadıqları əxlaqın bənzəriylə qarşılıq görərlər. Onlara da səmimi mərhəmət hissi ilə yaxınlaşılmaz. Heç vaxt səmimi, tamamilə qarşılıqsız yaxınlıq və diqqətlə qarşılaşmazlar. Onlara da mənfəətə əsaslanan şəfqət göstərilər. Eləcə də, mərhəmətin, sevginin korlandığı, mənəvi dəyərlərdən uzaqlaşılmış, maddi dəyərlərin əhəmiyyət qazandığı bir dünyada yaşamaq məcburiyyətində qalarlar. Beləliklə də, müəyyən mənada pis əxlaqlarına qarşılıq taparlar. Allah, inkarçıların yaşadığı bu çətin həyatı Quran ayələrində "sıxıntılı güzəran" sözləriylə belə təsvir edir:

Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?” Allah deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!” Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha sürəklidir. (Taha surəsi, 124-127)

Rahatlıq və Güvən İçində Yaşamağın Zövqünü İtiriblər

Cahil insanların ruh halını müşahidə etdiyimiz vaxt, həmişə müəyyən gərginlik və narahatlıq içində olduqlarını, qorxu və narahatlıq dolu dünyada yaşadıqlarını görərik. Ara küçələrdə üzlərində dəhşət ifadəsiylə, hər an bir təhlükə ilə qarşılaşma qorxusu içində gəzən insanlar, özlərinə biganə yanaşılacağı narahatlığıyla yaşadıqları bütün hallarından bəlli olan yaşlı və ya kasıb insanlar, kasıblıqlarından ötrü cəmiyyətdə əzilməyin, hörmət görməməyin narahatlığını yaşayanlar, sahib olduqları zənginliyin əllərindən alınacağının, hər an aldadılacaqlarının narahatlığını yaşayanlar bu mühitdəki insan mənzərələrindən yalnız bir neçəsidir. Bu küçədə yaşanan vəziyyətdir. Eyni gərginlik və qorxu mühitləri insanların ən rahat və ən çox güvən içində olmaları lazım gələn yerlərdə də yaşanar. Demək olar ki, hər gün yaşanılan ailə mübahisələri, ailələrin uşaqlarına qarşı anlayışsız davranmaları evlərdə yaşanılan gərginliklərin səbəblərindən yalnız ikisidir.

İş mühitlərində də vəziyyət bundan fərqli deyil. Bir-birlərinə olan anlayışsız rəftarları və öz deyimləriylə; "bir-birlərini işdən və ya vəzifədən çıxartmağa" istiqamətli rəqabətə girmələrindən ötrü eyni narahatlıq iş yerlərinə də hakim olmuşdur. Bundan ötrü də, bəzi insanlar hər an səhvlik etmək qorxusuyla yaşayır və etdikləri səhvləri gizlədə bilmək üçün böyük gərginliyə qapılırlar.

Bir çox insan ən yaxınlarına belə güvənə bilmir, maddi-mənəvi cəhətdən aldadılmaq ehtimalından ötrü, həmişə gərginlik içində yaşayır. Dünyanın hər yerində uşaqlar öz ailələrinin malını ələ keçirə bilir, ailələr uşaqlarını öldürənədək döyə bilir, eləcə də, pul üçün küçə ortasında qəti tərəddüd etmədən bir-birlərini öldürə bilirlər. Demək olar ki, hər gün televiziya ekranlarına əks olunan, dəhşət və qorxu dolu görünüşləri görürlər.

Terror və zorakılıq hadisələri artıq bir çox ölkədə tez-tez görülən adi hadisələrə çevrilmişdir. Yüzlərlə insanın olduğu alış-veriş mərkəzlərinin və ya iş yerlərinin bombalanması, etibarlı zənn edilərək pul yatırılan bankın soyulması və ya bank sahibinin müştərilərini aldadıb pulları mənimsəməsi, evləndikləri və ya yanlarında işlətdikləri, qoruyub himayə etdikləri insanların özlərini aldatması olduqca sıx rast gəlinən hadisələrdir. Qəzet səhifələri, oxucuları hər gün bir qədər də heyrətləndirən bu cür dəhşətamiz hadisələrlə doludur.

Bəs Bütün Bunların Səbəbi Nədir?

Əlbəttə ki, kitabın əvvəlindən etibarən üzərində dayandığımız kimi, bu vəziyyətin də əsas səbəbi, bu mərhəmətsiz hərəkətləri edən insanların Quran əxlaqını yaşamamaları, Allahdan lazımınca qorxmamalarıdır. Allahdan lazımınca qorxsalar, heç kəs heç kəsə qarşı haqsız və ədalətsiz rəftar göstərə bilməz, hər kəs bir-birinin yaxşılığını düşünər, bir-birini qoruyub himayə edər və gözəl əxlaq göstərər. Heç kəs həmişə narahatlıq və gərginlik içində yaşamaq məcburiyyətində qalmaz, rahatlıq və əmin-amanlıq dolu mühit meydana gələr.

Qorxu və narahatlıqlardan xilas olmaq isə, ancaq Allaha təvəkkül etməklə mümkün olar. Çünki yaşanılan sıxıntı və gərginlik bütün hadisələrin Allahın nəzarəti altında meydana gəldiyini dərk etməməkdən, Allaha güvənib təslim olmamaqdan qaynaqlanır. Həmin bu sıxıntıları yaşayan insanlar ətraflarında olub bitən hadisələrin və təmasda olduqları bütün insanların Allahın nəzarəti altında olduğunu qavramırlar. Zəlzələ, sel, yağış və ya yanğın kimi hadisələrin öz-özünə baş verən müstəqil hadisələr olduğuna inanırlar. Allaha iman gətirmədikləri üçün bütün bunların təsadüf, şans və ya uğursuzluq kimi xəyal məhsulu anlayışlara bağlı şəkildə baş verdiyini zənn edərlər. Belə düşündükləri üçün də, hər an yeni bir sürprizlə qarşılaşma ehtimalının verdiyi gərginliyi yaşayarlar. Halbuki həmişə qorxu və narahatlıq içində gəzmək çıxış variantı deyil. Əksinə bu şəkildə çox çətin, narahat və bədbəxt həyat yaşayar, mövcud gözəlliklərdən də heç bir zövq ala bilməzlər.

Çıxış yolu Allaha güvənməkdədir. Bütün kainatda olub bitən hər şey yalnız Allahın nəzarəti altındadır. Həmçinin Allah iman gətirən qulları üçün hər hadisəni xeyirli yaradar. İman gətirənlər də yaxşı və ya pis, gözəl və ya çirkin görülən bütün hadisələri Allahın insanları sınamaq və gözəl rəftarlar göstərənləri mükafatlandırmaq üçün yaratdığını bilərlər. Dolayısilə necə bir hadisə ilə qarşılaşsalar da, Allahın özlərini qoruyacağını və hər hadisənin özləri üçün xeyirli olacağını bilərlər. Bundan ötrü də, içləri çox rahatdır. Allah, bu həqiqəti görüb Özünə səmimiyyətlə təslim olan qullarını Qatından endirdiyi "rahatlıq və etimad duyğusu" ilə dəstəkləyir:

Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq və etimad duyğusu göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, hökm və hikmıt sahibidir. (Fəth surəsi, 4)

Eynilə dünyada baş verən hadisələr kimi, bütün insanlar da yenə Allahın nəzarəti altında, Onun icazəsi ilə və Onun məlumatı daxilində hərəkət edirlər. Allahın Quranda: "Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir" (Yunis surəsi, 107) ayəsi ilə ifadə etdiyi kimi, Allah icazə vermədikcə heç kəs heç kəsə nə zərər, nə də fayda verə bilər.

Bu həqiqəti bilmək, möminlərə qorxudan, narahatlıqdan, gərginlikdən uzaq, rahat və əmin-amanlıq dolu bir həyat təmin edər. Allaha iman gətirmək və Qurana tabe olmaq əvəzinə, öz azğın məntiqlərinə görə yaşamaqda israr edən cahil insanlar isə, bu əmin-amanlığın, rahatlığın, xoşbəxtliyin zövqündən uzaq həyat yaşayarlar. Bu, inkarlarına qarşılıq, Allahın onlara dünya həyatında yaşatdığı itkilərdən yalnız biridir.

Hörmətli Adnan Oktarın 2 aprel 2008-ci il tarixli mətbuat konfransından

Adnan Oktar: Mən küçədə insanlara baxıram, bir-birlərinin üzlərinə belə baxmırlar gəzərkən, yeriyərkən. Hər kəs bir-birindən qorxur, böyük sevgisizlik var. Halbuki insan yolda yeriyərkən birini gördükdə salamlaşar, kefini əhvalını soruşar, gülərüz göstərər, elə deyil? Sevgiylə baxar, belə şey olmaz. Bu gedişat da nədir? Millət bir-birini sevsin, millətimiz bir-birini sevsin. Artıq bu dəhşət mühiti, bu sıxıntı mühiti aradan qalxsın...

Hörmətli Adnan Oktarın İxlas Xəbər Agentliyinə verdiyi müsahibə, 6 aprel 2008-ci il.

Adnan Oktar: Qardaşlıq əlaqələri yaxşı şəkildə gücləndirilməlidir, sevgi əlaqələri yaxşı şəkildə gücləndirilməlidir. Mən çölə çıxıram, insanlara baxıram, insanların üzü gülmür. Heç kəs bir-birinin üzünə baxmır, heç kəsdə sevgi əlaməti yoxdur. Üzləri donuqdur. Bir kərə bu bəla aradan qaldırılmalıdır. Bu sevgi niyə getdi bizim millətimizdən, bu niyə getdi, bu dərhal həll edilməlidir. Çünki ruh enerjisi getmişdir, bu ruh enerjisi yenidən millətimizə qaytarılmalıdır. Onları, bir-birlərinə qarşı sevgi gözüylə yaxınlaşdırmaq lazımdır.

Ümidvar Olmağın Zövqünü İtiriblər

Cahil cəmiyyətlərdə insanlar; "həyatın bəzi qəti həqiqətləri" olduğuna, belə bir dünyada ümidvar olmağın isə bir növ "təsəlli metodu" olduğuna inanarlar. Onlara görə "pulu olanın güclü olması", "kasıbın normal olaraq əzilməsi", "yaxşılıq etməyin saflıq olması", "doğru danışanın zərər çəkmiş olması", "gözəlliyin, pulun, vəzifənin hər qapını açması" kimi prinsiplər "həyatın həqiqətləri"dir. Bu yanlış dünyagörüşünə görə, insanlar dünyanı bu həqiqətləri bilərək yaşamalı, hadisələri və insanları həmişə bu həqiqətləri göz qabağında saxlayaraq qiymətləndirməlidirlər. Çünki bu batil inanclarına görə həyat qəti şəkildə bu qanunlar əsasında davam edir. Həmçinin yenə öz deyimləriylə; "dünya tərsinə dönmədikcə" bu qanunlarda heç bir dəyişiklik olmayacaq.

Halbuki insan həyatında "həyatın həqiqətləri" deyə bir anlayış etibarlı deyil. Təkcə Allahın Quranla bildirdiyi həqiqətlər var. Həmçinin Allah insanlara ümidvar olmalarını əmr edir. Çünki Allah hər şeyə qadirdir. Allah, Özünə dua edənin duasını qəbul edəcəyini bildirir, yaxşı və gözəl rəftarlar göstərənlər üçün, həmişə daha artığı və daha gözəli olduğunu qeyd edir:

Göylərdə və yerdə nə varsa, Allahındır. Bu, Allahın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə mükafatlandırması üçündür. (Nəcm surəsi, 31)

Lakin cahil insanlar həyatlarını olduqca azğın inanclar üzərində qurduqları üçün, ortaya pessimist və ümidsiz ruh halı çıxar. Bütün dünyanı, yaşadıqları hadisələri, qarşılaşdıqları insanları həmişə bu ruh halıyla, bu dünyagörüşüylə qiymətləndirərlər. Bundan ötrü də, bədbəxt həyat yaşayarlar.

Pessimizm və tərs dünyagörüşü bütün həyatlarına hakimdir. Gələcəyə dair bitib tükənməyən narahatlıqlar yaşayarlar. Hər biri sabah nələr olacağını, ideallarının, istəklərinin necə formalaşacağını düşünüb həmişə narahat olarlar. Demək olar ki, hər gün; yolda, avtobusda, iş yerlərində, hər gecə yataqlarına uzandıqlarında içlərində həmişə bu mövzuları düşünər, bunlar barəsində ağıllarında minlərlə xəyali ssenari qurarlar. Sonra da günlərlə bu xəyali mənfi halları yox etməyə çalışar və ortadan qaldırmaq üçün mübarizə apararlar. Məsələn, hələ universitetinə qəbul olmadan, dörd ilin necə keçəcəyinin, necə məzun olacaqlarının, məzun olduqdan sonra necə iş tapacaqlarının narahatlığını yaşayarlar.

Bütün bunları düşünərkən hadisələri öz zehinlərində həmişə ola biləcək ən mənfi şəkildə canlandırar, hələ universitetə başlamadan, qəti şəkildə gerçəkləşəcəyinə inandıqları bu hadisələrin yaratdığı kədər hissini yaşamağa başlayarlar. İstədikləri ixtisasa qəbul ola bilməyəcəklərini, qəbul olsalar da bunun maddi xərcini ödəyə bilməyəcəklərini, eləcə də, işləmək məcburiyyətində qalacaqları üçün dərslərində uğur qazana bilməyəcəklərini, məzun ola bilməyəcəklərini, olsalar belə, iş tapa bilməyib bu qədər zəhmətdən sonra işsiz qalacaqlarını düşünərlər. Cahil insanların yaşadığı bu ruh halı yalnız gələcəyə dair planlarında deyil, gündəlik həyatlarında da özünü göstərər. Məsələn, səhər evdən çıxdıqları andan etibarən içlərində gecikəcəklərinin, avtobuslarına çata bilməyəcəklərinin narahatlığını yaşayarlar. Avtobuslarına vaxtında çatsalar belə, bu dəfə də, sıx nəqliyyatın hərəkətinin yaranması ehtimalını düşünüb sıxılarlar. Əgər avtobuslarına vaxtında çata bilməsələr, işlərinə gecikəcəklərinin, müdirləri tərəfindən tənbeh olunub alıb iş yerindəki insanlar üzərində mənfi təəssürat yaradacaqlarının dərdinə qapılarlar. Qurduqları bu xəyallara, bütün bunlar üçün yenə xəyali çıxış yolları tapmağa başlayarlar. Məsələn, işə gecikdiklərində bunu müdirlərinə necə açıqlayacaqlarına dair zehinlərində xəyali sözlər quraşdırar, məsuliyyətsiz olmadıqlarını göstərmək üçün, gün ərzində nələr edə biləcəklərinə dair ssenarilər qurarlar.

Halbuki Allah Quranda: "Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın" (Ənam surəsi, 59) ayəsi ilə, hələ yaşanmamış hadisələri yalnız Özünün biləcəyini bildirmişdir. Çünki keçmişdəki və gələcəkdəki bütün hadisələri Allah yaradar. Dolayısilə insanın öz-özünə zehnində ssenarilər qurması və bitib tükənməyən xülyalara qapılması tamamilə mənasızdır. Hadisələr, Allah necə istəsə o cür də olacaq.

Həmçinin Allah insanlara: “...Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir insanlar ümidlərini kəsər” (Yusif surəsi, 87) ayəsi ilə heç vaxt ümidsizliyə qapılmamalarını əmr edir. Digər bir ayəsində isə Allah: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (Bəqərə surəsi, 186) deyə bildirir və Özünə dua edənin duasına cavab verəcəyini xatırladır. Ümidvar olaraq, heç bir şübhəyə və vəsvəsəyə qapılmadan Allahın qəti olaraq kömək edəcəyini bilərək edilən bir dua (Allahın icazəsi ilə) qarşılıq tapacaq.

Pessimizmə qapılmaq, hadisələri mənfi gözlə qiymətləndirmək və ya gələcəyə pessimist ruhla baxmaq üçün, heç bir səbəb yoxdur. Yeganə şərt səmimi-qəlbdən Allaha iman gətirmək, Ona könüldən güvənmək, nəticə nə olsa da, bunun xeyir olacağını bilərək Allaha təslim olmaqdır.

Allaha iman gətirməməkdə israr edən və tamamilə öz cahil məntiqləri çərçivəsində formalaşan bir həyat yaşamaqda inad edən cahil insanları, Qurandan üz döndərmələrinin qarşılığını pessimist və ümidsiz ruh halı içində yaşayaraq alarlar. Axirətdə isə, inkardakı bu israrlarının qarşılığını qurtulmaqdan ümid kəsmiş bir həyat tərzi yaşayaraq alacaqlar. Allah inkarçıların bu vəziyyətini Quranda belə bildirir:

Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar. Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər. (Zuxruf surəsi, 74-76)

Ağlın və Dərin Düşünməyin Zövqünü Bilməzlər

Ağıl insanların ən çox ehtiyac duyduqları, lakin ətraflarında çox nadir halda rastlaşa bildikləri xüsusiyyətlərdən biridir. Bəzi insanlar istər gündəlik həyatlarında qarşılaşdıqları problemləri həll edərkən, istərsə də, gələcəyə dair planlar qurarkən, bütün incəlikləri ən mükəmməl şəkildə hazırlayıb ən ağıllı qərarlar almağı və sağlam addımlarla hərəkət etməyi istəyərlər. Öz bilik, təcrübə və mühakimələrinin qeyri-kafi qaldığı anlarda isə, özlərinə yol göstərəcək ağıllı, fərasətli, bəsirətli insanların köməyinə ehtiyac duyarlar. Lakin hər vaxt istədikləri bu ağlı özlərinə verə biləcək insanlara rast gələ bilməzlər. Ətraflarındakı insanlardan eşidə bildikləri sözlər, öyrənə bildikləri çıxış yolları həmişə eyni tövsiyələrdən ibarət olar.

Bunun mühüm bir səbəbi, cahil insanların ətraflarındakı digər insanları razı salmağa istiqamətli, özlərindən gözlədikləri bir həyat tərzi yaşamalarıdır. Doğru, gözəl və faydalı olanı araşdırıb tapmaq əvəzinə, özləri üçün dünya həyatında hansı şəxsiyyəti uyğun hesab edirlərsə həmin şəxsiyyətin tələb etdiyi cahil meyarlar əsasında yaşamalarıdır. Belə olduqda həmin bu insanlar "dəyişməz bir həyat" yaşamağa başlayarlar.

Dəyişməz bir həyat tərzində, düşünməyə və ağıl işlətməyə yer yoxdur. İnsanların harada nə edəcəkləri, necə davranacaqları, hansı üsullardan istifadə edəcəkləri həmişə əvvəldən təyin olunmuşdur, nəsildən-nəslə ötürülən dəyişməz həyat tərzi var. Bu həyat tərzini sorğu-sual etmək, səhvlərini görüb doğrularla dəyişdirmək qətiyyən yanaşılmayan rəftardır.

Allah Quranda cahil cəmiyyətdəki bu dünyagörüşünə belə diqqət çəkir:

Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)

Bəzi insanlar atalarından özlərinə miras qalan həyat tərzinə elə alışıblar ki, həyatlarının hər mərhələsində ağlın çatışmadığını hiss etdikləri halda, bunu necə əldə edə biləcəklərini düşünməyə belə yanaşmazlar. Halbuki ağlın mənbəyi imandır. Allah bu həqiqətə Quranda: "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir" (Ənfal surəsi, 29) ayəsiylə diqqət çəkir.

Ağıl işlətmək və yenilik gətirə bilmək, əsaslı çıxış yolları gətirmək, qəlibləşmiş hərəkətlərdən kənara çıxa bilmək iman gətirənlərə məxsus xüsusiyyətdir. Allahın Quranla bildirdiyi həqiqətləri qavramaq və Qurana uyğun yaşamaq insana ağıl qazandırar. Cahil cəmiyyətin ağıldan məhrum cəmiyyət olması da, məhz bu həqiqətlərdən xəbərsiz olmalarından və həyatlarını yanlış təməllər üzərində qurmalarından qaynaqlanır.

Ağlın çatışmazlığı cahil cəmiyyətə ikinci bir şeydən daha məhrum edər. Ağıllarını işlətmədikləri üçün, düşünmək kimi mühüm xüsusiyyətdən də məhrum yaşamaq məcburiyyətində qalarlar. Quranın bir çox ayəsində Allah "düşünməyin" və "dərin düşünməyin" əhəmiyyətinə diqqət çəkir. İnsan düşünərək həqiqətləri görər, doğruları tapar, gözəl rəftarlar göstərər və insani xüsusiyyətləri ancaq düşünməklə qazanar.

Allah Quranda düşünməyən və ağıllarını işlətməyən insanların vəziyyətinə belə nümunə gətirir:

İnkarçıların məsəli çığırtı və bağırtıdan başqa bir şey eşitməyib (duyduğu və ya eşitdiyi şeyin mənasını bilməyən və dayanmadan) bağıran (bir heyvan)ın məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, bundan ötrü ağıllarını işlədə bilməzlər. (Bəqərə surəsi, 171)

Şübhəsiz ki, Allah yanında, yerdə çırpınanların ən pisi (qətiyyən) ağlını işlədə bilməyən karlar və lallardır. (Ənfal surəsi, 22)

Zəka məhfumu, insanın düşünmə, qavrama, mühakimə etmə və nəticə çıxartma qabiliyyətlərini ifadə edər. İlk dəfə qarşılaşılan və ya ani şəkildə baş verən hadisələrə uyğunlaşma təmin edə bilmə, anlama, öyrənmə, analiz qabiliyyəti, beş duyğunun, diqqətin və düşüncənin cəmləşdirilməsi, incəliklərə diqqət yetirilməsi həmişə zəka sayəsində yerinə yetirilər. Dolayısilə ağıldan məhrum insanlar zəkaları sayəsində yaşamağa davam edə və ehtiyaclarını ödəyə bilərlər. İşləyərək, vərdiş edərək, özlərini öyrədərək, əldə etdikləri bilik, illər ərzində topladıqları məlumat və təcrübələrdən istifadə edərək müəyyən nöqtəyə qədər ortaya bir şeylər çıxarda bilərlər. Lakin ağıl insana bütün bunlardan fərqli olaraq, fərqli qavrayış və dərinlik qazandırar.

Ağıl insana geniş dünyagörüşü qazandırar. Hər şeydən əvvəl hər mövzuda insana yol göstərər və doğruya çatdırar. Normal, ilk dəfə yaşanılan və ya gözlənilməz hadisələr qarşısında ən məqbul rəftarı göstərə bilməsini, içindən çıxılmaz kimi görülən, düyünə çevrilmiş məsələlərə çıxış yolu gətirə bilməsini, istənilən məsələdə ən doğru diaqnozları edə bilməsini təmin edər. Bununla yanaşı sevmək, sevilmək, etimad duyğusu verə bilmək kimi xüsusiyyətlər də yenə ancaq ağılla qazanıla bilər; insan ağlının dərəcəsi səviyyəsində sevə bilər və yenə ağlının dərəcəsi səviyyəsində hörmətini ifadə edə bilər.

Ağıl insan həyatındakı maddi-mənəvi hər şeyin keyfiyyətini artırar. Ağıllı insanın söhbəti, sözləri və bütün rəftarları çox zəngin olar. Dünyagörüşü çox geniş, alışılandan kənar, bənzərsiz və nümunəsiz olar. Hər rəftarı, hər sözü hikmətli, doğru və məqsədəuyğun olar.

Məhz cahil cəmiyyət bu mühüm və əhəmiyyətli xüsusiyyətdən məhrumdur. Həyatlarını ağlın işlədilmədiyi, dəyişmədən yaşanılan, cəmiyyət psixologiyasına əsasən; "kim nə deyər" düşüncəsiylə hərəkət edilən bir dünyada davam etdirərlər. Bu da ortaya, nöqsanlarını görə bilməyən, bunlara daimi çıxış yolları gətirə bilməyən, xoşbəxtliyi yanlış yollarda axtaran bir insan modeli çıxmasına səbəb olar.

İffətli, Təmkinli və Şərəfli Olmağın Zövqünü İtiriblər

Cahil cəmiyyətlərdə insanlar bir-birinə bəzi məlum maddi dəyərlərə görə hörmət göstərərlər. Lakin bu hörmət səmimi deyil, əksərən saxta və qarşı tərəfin sahib olduğu imkanlardan mənfəət əldə etməyə əsaslanan duyğu olar. İnsanların bir-birlərinə qarşı həqiqi mənada hörmət göstərmələrini təmin edəcək xüsusiyyətlər isə, bu maddi dəyərlərlə qətiyyən ölçülə bilməyəcək qədər qiymətli və təqlid edilməsi qeyri-mümkün olan fəzilətlərdir. İffət, təmkin və şərəf kimi məhfumlar bu fəzilətlərdən bəziləridir. Bu məhfumlar bir insana dəyər və məna qazandıran, insanların gözündə həqiqi mənada hörmət və sevgi oyandıran xüsusiyyətlərdir. Dünyanın ən zəngin, ən gözəl və ya ən yüksək rütbəli insanı olsa belə, bunların heç biri insanların ruhunda iffətli, təmkinli və şərəfli insana qarşı duyulan hörmət hissini meydana gətirə bilməz. İffətli və təmkinli bir insana təbii hörmət göstərilər. Bu xüsusiyyətlərə sahib bir insanın təbii heybəti və gözəlliyi, təbii ruh dərinliyi və nəcibliyi vardır.

Cahil insanlar isə, iffətli olmağın zövqünü və gözəlliyini, iffətli insanlara qarşı duyulan bu heyranlığı yaşaya bilməzlər. İstər əxlaqi, istərsə də, ictimai sahədə hər keçən gün artan pozulma, insanlara bu rəftar gözəlliyinin əhəmiyyətini unutdurmuşdur. Pozulmanı müasirlik əlaməti kimi qəbul edən bəzi cahil insanlar, bu cür fəzilətlərdənsə, bir-birlərinin qarşısında üstünlük qazana biləcəkləri dünyəvi xüsusiyyətlərə əhəmiyyət verərlər. Bir insanın hansı mahalda yaşadığı, hansı marka və hansı model avtomobilə sahib olduğu, ən son modanı izləyib-izləmədiyi, ən son meydana gələn musiqi qruplarının musiqi albomlarını tanıyıb-tanımadığı kimi mövzular bu insanlar üçün iffət və təmkindən olduqca əhəmiyyətli hala gəlmişdir. Özlərinə bir dost seçəcəkləri vaxt, bu insanın əxlaq səviyyəsinə, iffətinə, şərəfinə baxmaq ağıllarına xeyli vaxtdan sonra gələr.

Hətta Quran əxlaqını yaşamayan bəzi insanlar, bir insanın iffətinə əhəmiyyət verməsini, şərəfli və təmkinli rəftarlar göstərməsini heç istəməzlər. Bundan ötrü də, dostluq əlaqəsi quracaqları insanları da öz yanlış dünyagörüşlərinə sahib insanlar arasından seçməyi seçərlər. Lakin, əlbəttə ki, bu vəziyyətdə də bir-birlərinə hörmət göstərə bilməzlər. Əksinə, əxlaqlarındakı pozulmanın dərəcəsinə müvafiq şəkildə bir-birlərinə qarşı mümkün qədər çirkin və tərs rəftarlar göstərərlər ki, məhz bu da yaşadıqları çirkin əxlaqın özlərinə geri qayıdan sıxıntılarından biridir.

Cahil cəmiyyətin zövq almağı itirdiyi digər bir xüsusiyyət də, şərəfdir. Kiçik insanların səviyyəsinə düşməmək, sadə davranışlara, kiçik mənfəətlər əldə etmək üçün saxtakarlıqlara, yalana, ikiüzlülüyə tənəzzül etməmək, insanların cahil rəftarlarına yetkin davranışlarla və gözəl əxlaqla cavab vermək cahil cəmiyyət insanlarının çoxunun əməl etmədiyi rəftarlardır. Şərəfi daha çox pul, mal-dövlət, etibar sahibi olmaqla, qürurlu olmaqla, deyilən sözün altında qalmamaqla, insanlara yuxarıdan aşağı baxmaqla, sahib olduqlarıyla öyünərək qazana biləcəklərini zənn edərlər.

Bəs iffət, şərəf, təmkin kimi fəzilətlərin itirilib bunların əvəzinə maddi dəyərlərin əhəmiyyət qazandığı bir dünya bu insanları necə bir həyata sürükləyər?

Hər şeydən əvvəl əxlaqi pozğunluq insanlara zənn etdikləri kimi sərbəstlik və ya rahatlıq gətirməz. Tam əksinə hədd-hüdud nədir bilməyən, həyatı ifrat formada yaşayan, mənəvi dəyərləri, insanı insan edən xüsusiyyətləri heç yerinə qoyan insanların yaşadığı bir cəmiyyət modeli bu insanları böyük xaosa və boşluğa sürükləyər. Azğın cərəyanların arxasına düşərək həyatlarını məhv edən, narkotik aludəçisi olub intihara qədər aparan zorakılıq hərəkətləri göstərən gənclərin vəziyyəti, bu xaosun yalnız kiçik nümunələridir. Həmçinin bütün bunlar bu insanların ruhlarında yaşadıqları boşluqdan ötrüdür.

İffətə, təmkinə, şərəfə əhəmiyyət verməyən, gözəl əxlaqa, insani fəzilətlərə ehtiyac duymadan yaşaya biləcəklərini zənn edən bu insanlar mənəvi cəhətdən olduğu qədər, fiziki cəhətdən də xeyli sarsılarlar. Ruhlarındakı bu boşluq üz ifadələrinə, baxışlarına, sözlərinə, rəftarlarına da əks olunar. Fiziki cəhətdən nə qədər üstün xüsusiyyətlərə sahib olsalar da, bunların hər biri öz təsirini itirər. Bəlkə də, üz xətləri çox gözəl olar, lakin baxan bir insanın qəlbində təsir və ya həyəcan oyandırmaz. Çünki bir insanın ruhunda məna qalmadıqda, bu boşluq üzünə də əks olunar. Gözlərində boş, mənasız, donuq və ölü baxış meydana gələr. Bu insanın mənəvi dərinliyinin, ruhi zənginliyinin olmadığı kənardan baxanlar tərəfindən dərhal aydın olar.

Belə insanların bütün həyatlarına, bir-birlərində həqiqətən sevməyə, hörmət və sədaqət göstərməyə dəyəcək xüsusiyyətlər olmadığını daxilən bilməyin verdiyi ruhsuzluq hakimdir. Belə olduqda isə, nə həqiqətən sevə bilər, nə həqiqi mənada dost ola bilər, nə də bir-birlərinə həqiqi mənada dəyər verə bilərlər.

Məhz bütün bunlar cahil insanların Quran əxlaqını yaşamağa yanaşmamalarının nəticələrindəndir. Allah qorxusunun olmadığı, insanların vicdanlarının səsinə qulaq asmadıqları, gözəl əxlaqa və bunun gətirdiyi insani dəyərlərə əhəmiyyət vermədikləri bir anlayış tərzində, belə nəticələrin ortaya çıxması olduqca normaldır. Quran əxlaqının yaşanması, insanların bu sıxıntılarına son qoya biləcək yeganə çıxış yoludur. Sevmək, sevilmək, xoşbəxt olmaq, dünya həyatının gözəlliklərindən zövq almaq, ancaq Allahın müəyyənləşdirdiyi gözəl əxlaqa uyğun yaşamaqla mümkün olar.

Cahil İnsanların Heç Almadıqları Bir Zövq: "Allah Rizası Üçün Yaşamaq"

Həyatlarını dünya həyatının arxasınca qaçaraq tükədən cahil insanların itirdikləri zövqlərin biri də, Allah rizasına uyğun hərəkət etməyin, Onun sevgisini, dostluğunu və yaxınlığını ummağın verdiyi böyük həyəcandır. Bu, bir çox cahil insanın həyatları boyu heç anlaya bilmədikləri və heç dadmadıqları çox böyük duyğudur. Bir insanın ən yaxın dostu, yeganə köməkçisi və dəstəkçisi, əsil sevdiyi və bütün həyatını rizasını qazanmağa həsr etdiyi Rəbbimiz olan Allahdır. İmanlı bir insan, oyandığı andan etibarən bütün vaxtını Allahın bəyənəcəyi bir əxlaq göstərə bilmək, Onun sevgisini qazana biləcəyi rəftarlar göstərmək məqsədi ilə keçirər. Allahın razı qalacağını ümid etdiyi bir rəftar göstərə bildiyi hər an, imanlı bir insan üçün böyük həyəcan mənbəyi və böyük sevinc vəsiləsi olar.

Allah üstün güc sahibi olan Yaradıcımızdır və Onun qüdrəti qarşısında hər insanın etməli olduğu, qulluq vəzifələrini tam şəkildə yerinə yetirməkdir. İmanlı bir insan özünü, ibadətlərinə göstərdiyi diqqətlə bəlli edər. Allahın fərz buyurduğu 5 vaxt namaz, dəstəmaz və oruc kimi ibadətlərini həyatı boyu şövqlə davam etdirər. İbni Ömər (r.ə)-dən rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:

"İslam beş təməl üzərində qurulmuşdur: Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Elçisi olduğuna şahidlik etmək. Namazı doğru-düzgün qılmaq, zəkatı layiqincə vermək, Allahın evi olan Kəbəni həcc etmək və Ramazan orucunu tutmaq". (Buhârî, Îmân 1, 2, Tefsîru sûre(2) 30; Müslim, Îmân 19-22. Həmçinin baxın: Tirmizî, Îmân 3; Nesâî, Îmân 13)

Eynilə Allah rizasına uyğun olmayan bir rəftardan, Ona olan sevgisindən ötrü çəkinməsi, Ona olan sədaqətindən və bağlılığından güzəştə getməməsi də, yenə imanlı bir insanın qəlbində böyük xoşbəxtlik hissi yaranmasına səbəb olar.

Saleh mömin bütün həyatı boyu, insanlar arasında Allahın ən sevdiyi, ən çox razı qaldığı, Allaha ən yaxın insan ola bilmək üçün səy göstərər. Bu səyin ruha verdiyi zövq, dünyadakı heç bir nemətdən alınacaq zövqlə müqayisə edilə bilməz.

Allah, bir Quran ayəsində: "...Allah, İbrahimi dost tutmuşdur" (Nisa surəsi, 125) deyə bildirər. Mömin bir insan, peyğəmbərlərin əxlaqını özünə nümunə götürərək, Allahın hz. İbrahimə bəxş etdiyi dostluq nemətinə layiq olub, Allahın yaxınlığını qazana bilmək üçün bütün həyatı boyu səmimi səy göstərər. Allah Quranda iman sahibləriylə əlaqədar belə buyurur:

Önə keçən mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Məhz, bu, “böyük qurtuluş və xoşbəxtlik”dir. (Tövbə surəsi, 100)

İmanlı bir insan Allahın ayədə bildirdiyi insanlardan ola bilmək və Rəbbimizi razı salmaq üçün, əlindən gələn hər şeyi edər. Bu səmimi səyin ruhda yaratdığı coşğu, vicdanda oyandırdığı rahatlıq və etimad duyğusu insana çox böyük zövq verər. Bütün bu zövqlər möminlərin axirətdə də əbədiyyən alacaqları nemətlərdəndir. Allah, iman sahibi qulları üçün axirətdə də; "rəhmətinin, rizasının və cənnətinin" olduğunu müjdələyir:

De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür. (Ali İmran surəsi, 15)

Məhz cahil insanlar bütün bu nemətlərin varlığından xəbərsiz həyat tərzi yaşayarlar. Vicdanlarının səsinə qulaq asmadan, yalnız nəfslərinin istəkləri ardınca qaçaraq yaşadıqları üçün, bütün bu gözəlliklərdən məhrum qalarlar. Həmçinin bu məhrumiyyət digər nemətlərdə olduğu kimi, axirət həyatında da Allah istədiyi müddətcə davam edəcək.

 

6 / total 10
"Harun Yəhyanın Dünya Həyatında Bütün Zövqləri Tükədənlər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net