< <
7 / total: 10

Bütün Zövqləri Yenidən Qazanmaq Mümkündür

Dünyanın bir-birindən gözəl nemətləri əlinin altında olduğu, bütün imkanlar özünə təqdim edildiyi halda, bunların heç birindən zövq almadığını, qəti xoşbəxt ola bilmədiyini dilə gətirən bir çox insan var. Bu şəkildə dünya həyatını sıxıntı və çətinlik içində yaşadığını görən bir insan, artıq həyatının müəyyən mərhələsində dayanıb düşünməli, nə etdiyini, hansı məqsəd əsasında, hara doğru sürükləndiyini sorğu-sual etməlidir. Bu insan; "bu cür gözəlliklərlə təchiz edilmiş, zövq verəcək nemətlərlə dolu bir dünyada həyat, bu qədər sıxıntılı, bu qədər bədbəxtlikd və əzab dolu olmamalıdır" deyə düşünməli, ruhundakı boşluğun, həyatındakı mənasızlığın səbəbini araşdırmalıdır. Daha çox vaxt itirməyin bədbəxtliyini artırmaqdan başqa bir işə yaramayacağını anlamalı və ciddi axtarış içində olmalıdır.

Həyatını dünyadan və əlindəki imkanlardan ən böyük faydanı və zövqü qazanmaq üzərində qurduğu halda (düşündüyünün tam əksinə) zövqü və xoşbəxtliyi demək olar ki, heç dada bilməməsində xüsusi hikmət olduğunu görməlidir. Bu vəziyyətin, Allahın mərhəmətinin və rəhmətinin gərəyi olduğunu görməlidir. Allah ona hələ vaxtı olduğu və hələ də ölümlə qarşılaşmadığı bir vaxtda, dayanıb düşünməsi və yanlış yolda olduğunu anlaması üçün fürsət verir.

Əhəmiyyətli olan isə, insanın bütün bunları, gücünün, sərvətinin, sağlamlığının, gəncliyinin, gözəlliyinin əldən getdiyini, ölümün artıq özünə qəti şəkildə yaxınlaşdığını anladığı anda deyil, Allah özünə bu həqiqəti göstərdiyi, vicdanı özünü ilk xəbərdar etdiyi anda qəbul edib sorğu-sual etməlidir.

Səmimi şəkildə bu nöqtəyə gəldiyi vaxt, Allahın icazəsi ilə vicdanı ona doğru yolu göstərəcək və etməli olduğu şeyi söyləyəcək. Bütün insanlara şah damarlarından daha yaxın olan və hər şeyi bilən Rəbbimiz onun qəlbindəki bu istəyi və axtarışı biləcək və ona mütləq doğru yolu, bu sıxıntılı həyatdan qurtulma yollarını göstərəcək.

İnsanların həyatlarında müsbət bir dəyişiklik yaranmırsa, ruhlarında gözəl və yaxşı olana doğru irəliləyiş olmursa, bunun qəti şəkildə özlərindən qaynaqlandığı unudulmamalıdır. Allah bu həqiqəti Quranda: "Sənə yaxşılıqdan hər nə gəlirsə Allahdandır, pislikdən də sənə nə gəlirsə o da özündəndir..." (Nisa surəsi, 79) ayəsiylə insanlara bildirir. Eləcə də, Allahın digər bir ayədə: "Bu, ona görədir ki, bir camaat nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir" (Ənfal surəsi, 53) deyə bildirdiyi kimi, insanın yaşadığı bu vəziyyətin dəyişməsi üçün, həmin insan ruhunda səmimi dəyişiklik etməlidir. Bu dəyişikliyi etdiyi, səmimi sorğu-sual apardığı və səmimi niyyət dəyişikliyinə qərar verdiyi anda isə, Allah bunu biləcək və bu insanın üzərindəki nemətini dəyişdirəcək.

Allah sonsuz rəhmli və bağışlayan, rəhməti çox geniş olandır. Allah: "Yalnız tövbə edənlər, (özlərini və başqalarını) düzəldənlər və (endiriləni) bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!" (Bəqərə surəsi, 160) ayəsi ilə insanlara sonsuz rəhmətini xatırladır.

Allahın istədiyi əxlaqı yaşadığı təqdirdə, Rəbbimiz, kimliyindən və əvvəllər necə rəftarlar göstərdiyindən asılı olmayaraq, həmin insanı bağışlayacağını, pis əməllərinin yaxşı əməllərə çevirəcəyini, gözəl əxlaqına qarşılıq axirətdə olduğu kimi, dünya həyatında da yaxşılıq və gözəllik yaradacağını bildirir. Allahın bu həqiqəti bildirdiyi ayələrindən bəziləri belədir:

Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)

Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir. (Ali İmran surəsi, 148)

Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər... (Ənam surəsi, 160)

... Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır. (Əraf surəsi, 56)

...Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, öyüd alanlar üçün bir öyüddür. Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. (Hud surəsi, 114-115)

Ancaq tövbə edən, iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər... (Furqan surəsi, 70)

Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı verilər. Onlar o gün qorxusuna qarşı əmin-amanlıq içində olacaqlar. (Nəml surəsi, 89)

...Bu dünyada yaxşılıq edənləri yaxşılıq gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir. (Zumər surəsi, 10)

İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De: “Mən sizdən bunun əvəzində yaxın sevgidən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şura surəsi, 23)

...Biz yaxşı iş görənləri belə mükafatlandırarıq. (Yusif surəsi, 22)

Allah, səmimi axtarış içində olan insanlara mütləq yol göstərəcək və mütləq kömək edəcək. Əvvəllər həyatlarına hakim olan qorxunu, qaranlığı, kədəri, sıxıntı yox edəcək, bunların yerinə qəlblərinə rahatlıq və etimad duyğusunu yerləşdirəcək.

Bütün bu həqiqətləri görən və səmimi şəkildə: "Allahın ipindən möhkəm yapışaraq" (Ali İmran surəsi, 103) Rəbbimizə təslim olan bir insan artıq "qopmayan dəstəkdən yapışdığını" (Loğman surəsi, 22) və Allahın diləməsi istisna olmaqla, qətiyyən ziyana uğramayacağını, dünyada və axirətdə bütün nemətlərdən ən çox zövqü alaraq, ən gözəl həyatı yaşayacağını bilməlidir. Allah Quranda belə bildirir:

Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir. (Yunis surəsi, 107)

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

 

7 / total 10
"Harun Yəhyanın Dünya Həyatında Bütün Zövqləri Tükədənlər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net