< <
8 / total: 10

Dünyəvi Zövqlərin Bitdiyi An: Ölüm

Dünya həyatına hərisliklə bağlanan bütün insanların çox yaxşı bildiyi, ancaq həmişə qaçmağa çalışdıqları mühüm bir həqiqət var, belə ki, bu ölümdür və hər insan bir gün mütləq bununla qarşılaşacaq. Eləcə də, ölüm bütün həyatını dünya həyatı üzərində qurmuş bir insanın bu dünya həyatı üçün, çəkdiyi bütün zəhməti bir anda silib yox edəcək və tamamilə mənasız hala gətirəcək. On illər boyu göstərilən səy, yığılıb toplanılan mallar, insanlar arasında öyünülən bütün dəyərlər, ölümlə birlikdə bütün gücünü itirəcək. İnsan dünyanın ən zəngin, ən gözəl, ən hörmətli və ya ən tanınmış insanı da olsa, bir anda bütün maddi dəyərlərini itirəcək. Bədəni qısa müddətdə yanına yanaşıla bilməyəcək qədər pis vəziyyətə düşəcək, sonra isə, çürüyüb yox olacağı torpağın altına qoyulacaq. Axirətə inanmayan bir insan üçün dünya həyatına dair on illər boyu aparılan bütün mübarizə, yalnız bu aqibət üçündür. Həyatı hərisliklə yaşamağa çalışmaq, bütün zövqləri doyunca alıb tükətməyə çalışmaq, insanın uğrayacağı aqibətdən baxımından heç nəyi dəyişdirməyəcək. Ölüm bütün bu zövqləri mütləq yox edəcək.

Həmçinin ölüm, inkarçı insanlar üçün hərisliklə bağlanılan hər dəyərin bitdiyi, bunun yerinə çox böyük peşmanlığın və çətin bir həyatın başladığı bir an olacaq. Allah, bu insanların əbədiyyən davam edəcək bu əzabdan əvvəl, ölüm anlarında da böyük əzab yaşayacaqlarını Quranda bildirir:

Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda necə olacaq? (Məhəmməd surəsi, 27)

...Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” dediklərini bircə görəydin. (Ənam surəsi, 93)

Nəhayət ayaq ayağa dolaşacağı zaman – o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir. O nə Quranı təsdiq etdi, nə də namaz qıldı. Haqqı da yalan saydı və üz döndərdi. Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi. Sən buna layiqsən, artığına da layiqsən! Yenə layiqsən, artığına da layiqsən! (Qiyamət surəsi, 29-35)

Görüldüyü kimi, ölüm qəti həqiqətdir və inkarçılar üçün Allahın diləməsi istisna olmaqla sonsuz əzabın mütləq başlanğıcıdır. Lakin bəzi insanlar həyatları boyu ölümü mümkün qədər az xatırlamağa, az yada salmağa və hətta unutmağa çalışarlar. Ta ki, ölüm onlara gəlib çatanadək...

Bütün ömürlərini dünya həyatından bir qədər də artıq faydalana bilməyin hərisliyi ilə yaşayıb tükədən bu insanlar, ölümlə qarşılaşdıqları vaxt, həyatları boyu vicdanlarında həmişə ört-basdır etməyə, düşünməməyə çalışdıqları ölümün nə qədər həqiqət olduğunu anlayarlar. Dərhal Allaha sığınıb bir qurtuluş yolu tapmağa çalışarlar. Lakin Allahın Quranda: "Sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək və o gün Cəhənnəm gətiriləcək. O gün insan düşünüb xatırlayacaq. Lakin bu xatırlamanın ona nə faydası? O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” deyəcəkdir" (Fəcr surəsi, 22-24) ayələri ilə ifadə etdiyi kimi, artıq bu peşmanlığın insana faydası olmaz. Çünki Allah insana doğru yolu və üzərindəki rəhmətini görməsi üçün "müəyyən ömür müddəti", vaxt vermişdir. Allah Quranda, ömürlərini qəflət içində tükədən insanların peşmanlığını belə bildirir:

Onlar orada belə bağıracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə öyüd alacaq insanın öyüd ala biləcəyi qədər uzun ömür vermədikmi? Sizə xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı! Artıq zalımlara kömək edən olmaz”. (Fatir surəsi, 37)

Allah, özlərinə verilən bu müddəti əleyhlərində istifadə edərək, ölümlə qarşılaşdıqları vaxt, tövbə etməyə qərar verən insanların bu tələblərinin qəbul edilməyəcəyini bildirir. Bundan ötrü də, hər insan Allahın xatırlatdığı bu həqiqəti hələ vaxt olduğu halda, düşünməli və bu geri dönüşü olmayan anı yaşamadan əvvəl Allaha təslim olmalıdır. Yeganə məqsəd dünya həyatının zövqlərindən istifadə etməkdirsə, hər nə qədər istənilməsə və hər nə qədər düşünülməməyə çalışılsa da, bunlar bir gün mütləq bitəcək. Allahın bir insan üçün, müəyyənləşdirdiyi ömür müddəti bitdikdə, insanın hərislik etdiyi, arxasınca qaçdığı bütün zövqlər, torpağın altındakı çürümüş bədəni üçün bütün mənasını və dəyərini itirmiş olacaq. Bu düşüncəyə qapılmış insanlar bu açıq həqiqəti görüb anlamalıdırlar. İnkar, insanlara dünya həyatında bədbəxtlik, ölüm anında peşmanlıq, axirətdə isə əzabdan başqa bir şey qazandırmır. İman isə, insanlara dünya həyatının zövqlərini ən yüksək səviyyədə ala biləcəkləri ruh dərinliyi, axirət həyatında isə, sonsuza qədər zövqlərin ən artığını qazandırır.

İnsan bu iki şey arasındakı açıq-aydın fərqi görmək və inkarın zülmətindən xilas olmaq üçün, imanın nuruna təslim olmalıdır. Bu kitabda inkarçıların qəlblərində yaşadıqları boşluğu və bədbəxtliyi, tükətdikləri zövqləri, özlərinin də həmişə gileyləndikləri həyatlarının mənasızlığını mövzu götürməkdəki məqsəd, insanların həqiqəti görmələrinə və Allaha təslim olmalarına vəsilə olmağa çalışmaqdır. Ümid edirik ki, ölüm anında yaşanılacaq bu peşmanlıqdan əvvəl bütün insanlar Allahın rəhmətinə təslim olar və İslam əxlaqının gözəlliyini yaşayarlar. Çünki Allah bunu əksi olduqlda, inkarçıların peşmanlıqlarından ötrü axirətdə "dəfələrlə müsəlman olmalarını arzulayacaqlarını" bildirmişdir ki, axirətdə artıq bir daha bu istəklərini gerçəkləşdirmə imkanları qalmayacaq:

O inkarçılar dəfələrlə müsəlman olmalarını arzulayacaqlar. Qoy onlar yeyib-içsinlər, əylənsinlər və (boş) əməllər onların başlarını qatsın. Gələcəkdə biləcəklər. (Hicr surəsi, 2-3)

 

8 / total 10
"Harun Yəhyanın Dünya Həyatında Bütün Zövqləri Tükədənlər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net