< <
3 / total: 9

Quranda Müşriklər Neçə Sinifə Ayrilir?

Şirk mövzusuna Quranda bir çox baxımdan yer verilmişdir. Şirkin ümumi məntiqi hər zaman eyni olsa da, şirk qoşmanın bir çox növü olduğu Quranda bildirilir. Şirk və şirk qoşanların vəziyyətlərinin izah edildiyi ayələr araşdırıldığında müşriklərin hamısının ortaq bir xüsusiyyət olaraq Allahdan başqa ilahlar, yəni yol göstərənlər, hökm edənlər, nizam quranlar, dostlar, köməkçilər hesab edən kəslər olduqları görünür. Ancaq şirk qoşduqları şeylər baxımından müşriklərin növləri vardır. Quranda müəyyən edilmiş və bəhsi keçən müəyyən müşrik növlərini bu başlıqlar altında araşdıra bilərik.

Güc Sahibi Gördükləri Insanları Saxta Ilah Hesab Edənlər

Bu mövzuda Quranda verilən ən diqqətə çarpan nümunə Fironun qövmüdür. Çünki bu qövm böyük bir qəflətə düşərək rəhbərlərini, yəni öz idarəçilərini saxta ilah hesab etmişdir. Fironun yaxın ətrafının və qövmünün meydana gətirdiyi şirk sistemi və bu sistemin xüsusiyyətləri əslində hər çağda, hər cəmiyyətdə görünən universal bir modeldir. Firon qövmü içində ilahlığını elan etmiş (Allahı tənzih edirik), qövmü də ona boyun əymişdir. Fironun qondarma ilahlığını dilə gətirdiyi azğın bir ifadəni Allah Quranda belə bildirir:

O, camaatını toplayıb onlara səsləndi: “Sizin ən uca rəbbiniz mənəm!” (Naziat surəsi, 23-24)

Firona əvvəlcə tabe olan və onu dəstəkləyənlər öz yaxın çevrəsi idi. "Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. ..." (Qəsəs surəsi, 38) ayəsindən də aydın olduğu kimi Firon qövmünün əyanları üzərində bir hakimiyyət qurmuş və sözdə ilahlıq iddiasını onlara qəbul etdirmişdi. Onlar da xalq üzərində imtiyaz sahibi olduqları üçün bu azğın sistemin özləri üçün sərfəli olacağını düşünmüş və Firondan mənfəət ummuşlardı. Buna görə onun ilahlıq iddia etdiyi (Allahı tənzih edirik) azğın bir nizamını mənimsəmişlər. Ancaq bu inancları onları fəlakətə apardı. Dünyada və axirətdə də sonsuza qədər düçar olduqları qorxunc bir əzaba məhkum oldular. Quranda Fironun əmrinə tabe olanların öndə gedənlərinin vəziyyəti və aqibətləri belə izah edilir:

Firon və onun əyanlarına. Onlar isə Fironun əmrinə tabe oldular. Halbuki, Fironun əmri doğru yol göstərən əmr deyildi. Firon Qiyamət günü öz qövmünün qabağına düşüb onları Oda aparacaq. Girəcəkləri yer nə pis yerdir! Onları həm burada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Onlara verilən pay nə pis paydır! Bu, sənə söylədiyimiz məmləkətlər haqqında hekayətlərin bəzisidir. Onlardan izi qalanı da vardır, yerlə-yeksan olanı da. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə Allahdan başqa çağırdıqları bütlər onları heç nədən qurtara bilmədilər. Bütlər onların ancaq tələfatını artırdı.(Hud surəsi, 97-101)

Yaxın ətrafından sonra Firona boyun əyənlər Fironun ordusu və hökmü altındakı Misir xalqı idi. Kasıb, gücsüz və möhtac olan xalq Fironun əmrinə boyun əymişdi. Bu vəziyyəti xəbər verən ayələrdə belə buyurulur:

Firon qövmünü çağırıb dedi: “Ey xalqım! Məgər Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi?... (Zuxruf surəsi, 51)

Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq adamlar idilər (Zuxruf surəsi, 54)

O vaxtlar Misirdə əsarət altında olan İsrail övladlarının əhəmiyyətli bir hissəsi də təzyiq və qorxudan qaynaqlanan bir şirk içində idilər. Onlar da Misir xalqının digər hissəsi kimi Fironun Allahdan müstəqil-Allahın tənzih edirik-bir gücü olduğunu zənn edir və ondan Allahdan qorxan kimi (Allahı tənzih edirik) qorxurdular. Buna görə Fironun boyunduruğunda yaşamağı Allahın elçiləri ilə göndərdiyi dinə iman etməkdən üstün tutmuşdular:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunus surəsi, 83)

Ayədə də xəbər verildiyi kimi Fironun zalım və təzyiq dolu nizamına görə hz. Musaya yalnız bir qrup gənc tabe olmuşdu. Xalqın böyük əksəriyyəti isə təzyiq, qorxaqlıq, cahillik, hər nə bahasına olursa olsun mənfəətlərini qorumaq qayğısı kimi dünyəvi səbəblərlə Fironu haqsız yerə ilahlaşdırmışlar (Allahı tənzih edirik), onun nizamını Allahın dinindən üstün tutaraq müşrik bir cəmiyyət halına düşmüşlər. Halbuki, onların etmələri lazım olan şey, tək İlahın Allah olduğunu bilib, yalnız Ondan qorxmaq, Ona təvəkkül edərək güvənmək və Onun razı olacağı şəkildə hərəkət edərək peyğəmbərlərinin izindən getməkdir. Əgər gücün tək sahibinin Allah olduğunu, Fironun müstəqil bir gücə sahib olmadığını bilsəydilər və bu həqiqətə iman etsəydilər Firondan çəkinməz, onun verəcəyi əzabdan qorxmazdılar.

Fironun Allahın idarəsində olan aciz bir varlıq olduğunu dərk etsəydilər, Firona boyun əyməyə bilərdilər. Halbuki, Fironun sahib olduğunu düşündükləri mülk və zənginlik, ehtişam, hərbi güc, həqiqətdə Allaha aid idi. Onlar bu həqiqəti qavraya bilmədikləri və Allahın gücünü də haqqıyla təqdir edə bilmədikləri üçün Fironun zahiri gücünə aldandılar. Allahın dilədiyi anda Fironun sahib olduğu hər şeyi ala biləcəyini bilsəydilər belə bir çirkin bir müşrik əxlaqı göstərməz, belə alçalmazdılar. Necə ki, Allah Fironu suda boğaraq istədiyi anda əlindən bütün gücünü ala biləcəyini də göstərmişdir. Əslində bu, Fironu ağılsız şəkildə tanrılaşdıran (Allahı tənzih edirik) müşrikləri utandıracaq bir nümunədir. Məhz buna görə Fironun qövmü hər cür müşrik cəmiyyət modelinə açıq-aşkar bir nümunədir. Bu model əsrlərdir dünyadakı bir çox ölkənin insanları tərəfindən də yaşanmış məşhur bir şirk növüdür.

Bütlərə Tapınanlar

Allaha şirk qoşulan canlı və ya cansız hər şeyin "büt" olaraq adlandırıla bilinəcəyini əvvəlki hissələrdə ifadə etmişdik. Lakin bu hissədə "büt" sözünü ən klassik mənada, yəni daş, metal, taxta kimi maddələrdən şəkil və surət verilərək düzəldilən heykəllər üçün istifadə edəcəyik. İlk baxışda insan bu cür bütlərə inanmağın köhnə cəmiyyətlərin, ya da indiki vaxtda elm və texnologiyanın çatmadığı bəzi primitiv totemci qəbilələrin adəti olduğunu düşünə bilər. Ancaq bu hadisəni göründüyü qədər bəsit qəbul etmək doğru deyil. Çünki bu cür bir şirkin özündə bu heykəllərin təmsil etdikləri anlayışlar gizlənir. Buna görə bütə tapınanlar, ümumiyyətlə, bu bütlərin şəxsən özlərindən çox, onların xatırlatdıqları anlayışı seçirlər. Bu şəkildə, yol göstərici, əmr verən, qoruyucu, qurtarıcı olaraq Allaha ortaq qoşduqları varlıqları, öz ağıllarına görə yonduqları heykəli ölümsüzləşdirməyə çalışarlar. Nəticədə bütləri yonmağın təməlində bu yanlış bir məntiq gizlənir.

Yonulan bütlər əslində şirk qoşulan varlığı, ya da anlayışı təmsil edirlər. Buna görə əsli ilə eyni ehtiram və hörmətə bərabər tutularlar. Əslində şirk qoşulan isə bunların təmsil etdikləri məna və zehniyyətdir. Quranda hz. İbrahimin müşrik qövmünün də bənzər şəkildə təmsili heykəllər yonaraq bunlara ibadət etdikləri belə xəbər verilir:

Bir zaman o öz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?” – demişdi. Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!” – demişdilər. (Ənbiya surəsi, 52-53)

Ayələrdən aydın olduğu kimi bu cür tapınmalar insanlara atalarından miras qalır. Bu səbəbdən bütə tapınmaq həqiqətdə nə qədər məntiqsiz bir hərəkət olsa da, uşaqlıqdan etibarən alınan təlqinlər nəticəsində ən müasir cəmiyyətlərdə belə unudulmayan ictimai bir davranış forması halına düşə bilir.

Yonulan bütlərin bir xüsusiyyəti də zamanla bunların, təmsil etdikləri anlayışla eyni xüsusiyyətdə tutulmağa başlanmasıdır. Məsələn, bir çox Şərqi Asiya ölkəsində başlanğıcda Buddanın özü haqsız yerə ilahlaşdırılmışdır (Allahı tənzih edirik). Daha sonra onu təmsil edən heykəllər düzəldilərək xatirəsi və düşüncə sistemi qorunmağa çalışılmışdır. Bu gün isə şəxsən bu heykəllər saxta ilahlar halına gətirilmiş və insanların tapındıqları, hörmət etdikləri, dua etdikləri, kömək istədikləri bütlər olmuşlar. Dünyanın bir çox yerində bənzər məntiqdə müxtəlif bütə tapınma şəkilləri mövcuddur.

Tarixi qeydlərdə, Quranın endirildiyi dövrdə də ərəblərin çoxlu sayda və növdə bütlərin olduğu yerdən bəhs edilir. Necə ki, Quran ayələrində də onların bu vəziyyətləri təsvir edilir. Tarixi sənədləri araşdırdıqda bu bütlərin əslində müəyyən anlayışları təmsil etdiklərini, bir növ simvol xüsusiyyətində olduqlarını da açıq şəkildə görərik. Yəni əslində ərəb cəmiyyəti də sanıldığı kimi yalnız daşdan, taxtadan yonulmuş şəkillərin, heykəllərin şəxsən özünə tapınmırdı. Onun təmsil etdiyi mənaya ibadət edirdilər. Məsələn, bu bütlər güc, pul, qadın, bərəkət kimi mənalar daşıyırdı. Buna görə müşriklər də ağılsız bu mənalara yəni gücə, pula, qadına və s. tapınırdılar. Bu məntiqlə baxıldığında bütlərin əslində dövrümüzdəki cəmiyyətlərinin ibadət və özlərinə görə dinə qarşı seçdikləri dəyərlərdən çox da fərqli şeylər olmadıqları aydın olar. Buna görə müşriklərdən, bütpərəstlərdən bəhs edərkən onları çox primitiv qəbilələr, çox primitiv insanlar olaraq görmək səhv olar. Keçmişdə yaşamış bütpərəstlər də dövrümüzdəki insanlar kimi normal insanlar idi; Allahın varlığını bilirdilər, lakin pul, güc, zənginlik, qadın kimi anlayışlara həddindən çox dəyər verərək, onları özlərinə tanrı etdikləri üçün (Allahı tənzih edirik) bütpərəst olmuşdular.

Quranda bütpərəstliklə əlaqədar verilən nümunələrdən bir digəri də bəzi İsrail oğulları ilə əlaqədardır. Hz. Musa ilə birlikdə Fironun qövmündən xilas olan İsrail oğulları səfərləri əsnasında bütə tapınan bir qövmlə qarşılaşmışlar və içərlərindən bəziləri Musa peyğəmbərdən özlərinə eyni şəkildə bir büt düzəltməsini istəmişlər. Bu vəziyyət Quranda belə bildirilir:

Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: “Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt”. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız. Şübhəsiz ki, bunların etiqad etdikləri əqidə məhvə məhkumdur, gördükləri işlər isə batildir”. (Əraf surəsi, 138-139)

Göründüyü kimi, İsrail oğullarından bir qrup cahil şəkildə bir rəftar göstərib, gözləriylə gördükləri, qarşısında əyiləcəkləri, bəlkə də dəbdəbəli mərasimlər edəcəkləri bir saxta ilah istəyirlər. Bu vəziyyət onların Allahın qədrini təqdir edə bilmədiklərinin və qavraya bilmədiklərinin göstəricisidir. Hz. Musa onlara həqiqəti açıqladığı halda peyğəmbərləri yanlarından ayrılar-ayrılmaz dərhal özlərinə bütlər seçmişlər. Bu, çox böyük bir azğınlıqdır. Necə ki, bu davranışlarının ardınca peşman olduqları Quranda belə bildirilmişdir:

Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər bu heykəlin onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? Buna baxmayaraq ona məbud kimi sitayiş edib zalımlardan oldular.

Onların əlləri yanlarına düşdükdə (tutduqları işə görə peşman olduqda) və haqq yoldan azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq” – dedilər. (Əraf surəsi, 148-149)

Ancaq Allah Quranda ağılsız şəkildə bu buzovu ilah qəbul edənlərə əlaqədar olaraq belə buyurur:

Həqiqətən, buzova sitayiş edənlərə öz Rəbbindən bir qəzəb və dünya həyatında zillət üz verəcəkdir. Biz iftira yaxanları belə cəzalandırırıq. (Əraf surəsi, 152)

Ayədə bildirildiyi kimi, Allah Özünə şərik qoşanları dilədiyi təqdirdə bağışlamaz. Çünki ayədə də ifadə edildiyi kimi Allaha şirk qoşanlar əslində yalan uydururlar. Bir və tək olan İlahın Allah olduğu açıq-aşkar bir həqiqət olduğu halda, onlar saxta ilahlar əldə etməkdədirlər. Bu uydurma ilahların qarşısında bel büküb əyilmək isə Allaha qarşı işlənmiş çox çirkin bir günahdır.

Cinlərə Tapınanlar

İnsanların Allaha şərik qoşduqları varlıqlardan biri də cinlərdir. Cinlər yaradılış baxımından insanlardan fərqli bir quruluşa sahibdirlər. Quran ayələrində cinlərin insanın əksinə torpaqdan deyil, oddan yaradıldıqları göstərilmişdir. (Rəhman surəsi, 15) Cinlər hər zaman gözlə görünmədikləri, insanlardan fərqli bəzi güc və xüsusiyyətlərə sahib olduqları üçün onlarla həmsöhbət olan bəzi cahil və zəif xarakterli kəslər, cinləri gözlərində böyüdüb onlardan mədət ummağa başlayarlar. Cinlərin, sanki Allahdan müstəqil varlıqlarmış kimi özlərinə aid gücləri olduğunu sanar, onlardan kömək umar, onların himayəsinə girər, onlardan qorxar, onlara bağlanarlar. Qısaca, ağılsızca onları ilah bilərlər (Allahı tənzih edirik). Bu vəziyyət ayələrdə belə xəbər verilir:

" Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı. " (Cin surəsi, 6)

Cinləri Allaha şərik qoşdular. Halbuki, onları da Allah yaratmışdır ... (Ənam surəsi, 100)

Halbuki, cinlər də bütün yaradılmışlar kimi Allahın qullarıdır. Allahın onlara verdiyindən başqa kənarda heç bir güc və məlumatları yoxdur. İnsanlar kimi möminləri və kafirləri vardır. Bu dünyada imtahan olar, axirətdə də imani vəziyyətlərinə görə cənnətə və ya cəhənnəmə göndərilir. Quranın bir çox ayəsində, xüsusilə də Cin surəsində cinlərlə əlaqədar əhəmiyyətli məlumatlar verilmişdir. Bu ayələrin birində Allah cinlərlə əlaqədar belə buyurur:

Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zariyat surəsi, 56)

Göründüyü kimi, cinlərin yaradılış məqsədi Allaha qulluq və ibadət etməkdir. Yəni cinlər də eynilə insanlar kimi Allahın yaratmasıyla var olan, hər an Allaha möhtac olan varlıqlardır. Buna görə onların özlərinə xas bəzi fiziki xüsusiyyətlərinin sehrinə qapılaraq onları haqsız yerə ilahlaşdırmaq, əmrlərinə girmək son dərəcə ağılsız və azğın bir mövqe olar.

Bütün bu həqiqətlərə baxmayaraq cinlərin təsiri altında qalan, cinləri Allaha şərik qoşaraq bu yolla qürurunu razı salan bir çox insan gəlib keçmişdir. Ancaq cinlərə ayrı bir güc ithaf edən, onlara müstəqil bir mənlik verən, onları Allahdan müstəqil güclərə sahib zənn edən hətta onları Allaha ortaq görən insanlar böyük bir ziyana uğrayanlardır və şirk içində olduqlarını anlayacaqlar. Allah Quranda bu cür insanların axirətdəki vəziyyətlərini belə xəbər verir:

Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır. (Saffat surəsi, 158-159)

Allah cinlərdən inkarçı olanlar ilə onların azdırdıqları kəslərin axirətdəki vəziyyətlərini bir ayədə belə açıqlayır:

Allah onların hamısını bir yerə toplayacağı gün deyəcəkdir: “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. Allah deyəcək: “Sizin qalacağınız yer Oddur. Allahın istədikləri kəslərdən başqa siz orada əbədi qalacaqsınız”. Həqiqətən, Rəbbin Müdrikdir, Biləndir. (Ənam surəsi, 128)

İstəklərini Ağılsızca Ilah Tutanlar

Quranda bəhs edilən, insanların böyük bir cahilliklə ilah əldə etdikləri (Allahı tənzih edirik) anlayışlardan biri də "istək"dir. İstək nəfsin arzu və həvəsləri, istək və ehtirasları mənasını verər. İstəyini ilah edən də insanın öz nəfsinin istəklərini Allahın əmr və istəklərindən üstün tutması ilə olur. İstəyin ilah edilməsi həqiqətdə bütün müşriklərin içində olduğu bir azğınlıqdır. İstər heykəllərə tapınsın, istər cinlərə tapınsın, istəsə başqa kəslərə və ya varlıqlara tapınsınlar, bütün şirk qoşanlar eyni zamanda nəfslərinin arzu və əmrlərini yerinə yetirməyə çalışırlar. Ancaq bura qədər saydığımız bütlərə tapınmayıp yalnız istəklərinə tapınan kəslər də yaşadığımız cəmiyyətdə böyük bir qrupu təşkil edirlər.

Nəfsin istəkləri sərhədsizdir və bunların hamısının yerinə yetirilməsini istəyir. Buna görə də insanı Allahın qadağalarını aşmağa, Allahın əmr və hökmlərini tapdalamağa məcbur edər. Quranda nəfsin bu cəhəti vurğulanmış və hz. Yusifin belə dediyi ayələrdə bildirilmişdir:

"... Çünki həqiqətən nəfs Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla var gücüylə pisliyi əmr edər ..." (Yusif surəsi, 53)

Məsələn, nəfs çox zəngin olmaq, sərhədsiz mal, mülk və sərvət əldə etmək istəyər. Bunu halal və qanuni yollardan əldə etmə imkanı yoxsa, qeyri qanuni yolları seçim etməkdən də çəkinməz. Ona görə nəfs insana, bu arzusuna çatmaq üçün oğurluq, saxtakarlıq etməyi, insanların mallarını haqsızlıqla yeməyi, malı yığıb saxlamağı və bunlara bənzər üsulları istifadə etməyi əmr edir. Halbuki, bunların hamısı Allahın haram buyurduğu hərəkətlərdir. Bir tərəfdən də nəfs insana malının bir hissəsini infaq etmək, sədəqə, zəkat vermək kimi Allahın fərz buyurduğu ibadətlərdən mümkün dərəcədə çəkinməyi, beləcə malının azalmasının qarşısını almağı təlqin edir. İman edən bir kimsə Allahın əmrlərinə tabe olar və haram etdiklərindən çəkinər. Ağılsız şəkildə istəyini ilah edən kəs isə bunun tərsinə nəfsinin əmrinə uyar, Allahın qadağanlarını tapdalayar, əmrlərini də yerinə yetirməz.

Şəhvət də nəfsin sərhədsiz istək və ehtirasları arasındadır. Nəfs, zina etməkdə bir qorxu görməz hətta adamı buna məcbur edər. Halbuki, zina möminlərə haram qılınmışdır. Allahın haram qıldığını bilə-bilə qəsdən zina edən və bunda problem görməyib peşman olmayan, tövbə etməyən kimsə cahil şəkildə istəyini ilah etmiş, onu Allaha şirk qoşmuş olar. Buna görədir ki, bu cür kəslər ayədə müşriklərlə (yəni bütlərə tapınmağı din kimi mənimsəmiş kəslərlə) bir sayılmışdır:

Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir. (Nur surəsi, 3)

Nəfsin istəyi, yəni arzu və ehtiraslarını saymaqla bitməyəcəyi üçün bu nümunələri çoxaltmaq da mümkündür. Amma insan artıq istək və həvəsinə görə yaşamağı bir həyat şəkli halına gətirdisə, nəfsi onu istədiyi istiqamətə rahatlıqla yönəldə bilirsə, buna qarşı bu insan nəfsini pisliklərdən təmizləməyə cəhd etməyib ona təslim olarsa, Allahın qoyduğu sərhədləri nəfsinin əmri ilə asan aşa bilirsə, bu insan istək və həvəsini, həqiqətən, böyük bir azğınlıqla ilah etmişdir. O artıq öz saxta tanrısına tamaşa edir, yəni nəfsinə tapınır, o nə desə onu edir, onun əmrlərindən çölə çıxmır deməkdir. Məhz belə bir adamın bir müddət sonra digər müşriklər kimi nəfsinin əsiri olmasına görə ağılı və bəsirəti gedər, vicdanı korlaşar, buna görə heyvanlardan daha aşağı bir vəziyyətə düşər. Nəfslərini böyük bir cahilliklə ilah edənlərin bu vəziyyəti Quranda belə təsvir edilir:

Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir. (Furqan surəsi, 43-44)

İstəyini ağılsızca ilah etmə bugünki cəmiyyətləridə ən məşhur olan şirk növüdür. Dünyanın bir çox ölkəsində cəmiyyətin geniş bir sektoru böyük ölçüdə Allahdan, din əxlaqından xəbərsiz, ehtiraslarını, arzularını, istəklərini təmin etmədə sərhəd tanımayan və bütün ömrünü bu yolda sərf edən fərdlərdən meydana gəlmişdir. Bu insanların yeganə məqsədləri, məqam-mövqe sahibi olmaq, pul və mal arxasınca qaçıb sərvət yığmaq, nəfslərinin hər cür istəyini sərhədsiz edə bilməkdir. Amma dərhal bildirmək lazımdır ki, pul qazanmaq, mal mülk sahibi olmaq pis bir əlamət olaraq qəbul olunmamalıdır.

Səhv olan insanın bunları edərkən nəfsinin əsiri olması, bunu tamamilə eqoist bir bağlılıq və ehtirasa çevirməsi və ən əhəmiyyətlisi bunu edərkən Allahın qoyduğu sərhədlərdən güzəştə getməsidir. Yəni müşriklikdə məqsəd, Allahın dinini yaşamaqdansa, Allahın qoyduğu əmr və qadağalara əməl etməkdənsə nəfsinin arzularını yerinə yetirməkdir. Bu cür insanların gözlərinin qarşısında sanki bir pərdə vardır. Belə ki, özlərini yaradanı, nə üçün yaradıldıqlarını və axirətin varlığını düşünməzlər. Bu mövqedə olan insanların vicdanlarının və şuurlarının bağlandığı bir başqa ayədə belə bildirilir:

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23)

Müşriklər ağıl və vicdandan istifadə etmədikləri üçün müəyyən təməl həqiqətlər haqqında sağlam qiymətləndirmə qabiliyyətləri itmişdir. Quranda Kəhf qissəsində bəhsi keçən, gözünü mal və dünya ehtirası bürümüş bağ sahibinin Allahın qüdrəti və axirətin varlığı mövzusundakı anlayışsızlığını, şirk qoşanların hər dövrdə düşdükləri ağıl və məntiq zəifliyini göstərməsi baxımından çox əhəmiyyətli bir nümunədir. Ayələrdə belə buyurulur:

Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi. O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” (Kəhf surəsi, 32-36)

Bu müşrik bağ sahibinin vəziyyəti, din əxlaqından uzaq, Uca Allahı gərəyi kimi təqdir edə bilməyən, axirətə inanmayan insanların vəziyyətini çox köklü bir şəkildə təsvir edir. Bu cür insanlar sonsuza qədər yox olma kimi səhv fikirlərin qorxusuna qarşı, hər nə qədər qəti bir məlumatla inanmasalar da, xoşbəxt və məmnun olacaqlarını ümid etdikləri axirət anlayışına "ehtimal edərək" özlərinə təsəlli edərlər. Amma həqiqi mənada ölümdən sonra həyata, yəni axirətə iman etmədikləri üçün də heç bir hazırlıq görməz, bunun gərəklərini yerinə yetirməzlər. Burada əhəmiyyətli bir xüsusa daha diqqət çəkməkdə fayda vardır. Nəfsin arzu və istəkləri, həvəs və ehtirasları sərhədsizdir demişdik. Bu vəziyyət yalnız inkarçılar üçün etibarlı deyil; möminlərin nəfsləri də onlara pisliyi əmr edər. Allah insanları imtahan etmək və kimin nəfsinin əmirlərinə uyaraq istəyini ağılsız şəkildə ilah etdiyini, kimin də nəfsinə hakim olub yalnızca Allahın əmrlərini güddüyünü ortaya çıxarmaq üçün nəfsdə belə bir xüsusiyyət yaratmışdır. İstəklərini bu dünyada yerinə yetirə biləcəkləri üçün Allahın sərhədlərini gözardı edən müşriklər bu imtahanı itirərlər. Və nəfslərini Allahın razılığından üstün tutduqlarına görə sonsuz əzaba məhkum olarlar. Onların bu vəziyyətləri Quranda belə izah edilir:

... Onlara deyiləcəkdir: “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”." (Əhqaf surəsi, 20)

Bu dünyada Allahın əmrlərini hər şeydən üstün tutan, nəfslərinin əmr etdiyi pisliklərə əməl etməyən möminlər isə axirətdə, həm Allahın məmnuniyyətinə, həm də bir mükafat olaraq nəfslərinin hər cür istəklərini qanuni şəkildə təmin edə biləcəkləri cənnətlərə qovuşarlar. Bu müjdəni xəbər verən ayə belədir:

Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. (Zuxruf surəsi, 71)

Ağılsız Şəkildə Özlərini Ilahlaşdıranlar

Cəmiyyətdə məşhur olaraq görünən şirk növlərindən biri də insanın böyük bir ağılsızlıqla özünü ilahlaşdırmasıdır. İlk baxışda, bəlkə, belə bir insan modelinə çox nadir rast gəldiyi zənn edilə bilər. Halbuki, belə insanlara bugünki cəmiyyətlərdə tez-tez rast gəlmək mümkündür. Bir çox insan, bəlkə də, yaşadığı bu təhlükəli vəziyyəti adlandıra bilmir, ancaq səmimi olaraq qiymətləndirildiyində bunun nə dərəcə məqsədə uyğun bir diaqnoz olduğu aydın olur.

Məsələn, insanların bir çoxu qazandığı nailiyyətləri, sahib olduğu üstün xüsusiyyətləri, zəkasını, gözəlliyini, soyunu, zənginliyini, mallarını, rütbəsini, mövqeyini və s. xüsusiyyətlərini öz əsəriymiş kimi düşünər və buna görə də qürurlanar. Üstəlik bu sayılan xüsusiyyətlərin birdən çoxuna sahibsə bu qürurun sərhəddi daha da artar. Bütün bunların ondan qaynaqlandığına, öz müvəffəqiyyəti olduğuna son dərəcə əmindir. Buna görə digər insanları ucuz görə, onları alçalda bilər, özünü sahib olduğu bu xüsusiyyətlərə görə üstün bilər.

Belə insanlar olduqları mühitdə eqoizmli, ya da digər ifadəylə qürurlu rəftarlarıyla diqqət çəkərlər. Bu vəziyyət əslində Allaha qarşı işlənmiş bir cinayətdir. Çünki insana sahib olduğu hər şeyi verən Allahdır. Gözəllik Allahın təcəllisidir, bir sözlə Allahın gözəlliyidir, təriflənməsi lazım olan da Allahdır. Məsələn, bir şəklə baxıldığında şəklin gözəlliyi qarşısında əsl təriflənməsi lazım olan rəssamdır, şəkil öz-özünə var olmamışdır. Bənzər şəkildə o insana sahib olduğu gözəlliyi verən də Allahdır və buna görə təriflənməsi lazım olan yenə Allahdır.

Mal, mülk üçün də eyni şəkildə düşünmək lazımdır. Malın əsl sahibi Allah olduğuna görə, insanın sahib olduğu heç bir şeydə öyünmək payı ola bilməz. Allah dilədiyi anda gözəlliyi də, malı da rahatlıqla geri ala bilər; bu, Allah üçün son dərəcə asandır. Buna görə bir insanın əslində özünə aid olmayan bir şeylə öyünməsi, bundan qürurlanması böyük bir səhvdir. Doğrusu isə malın və gözəlliyin sahibinin Allah olduğunu bilmək və hamısı üçün Allaha şükr etməkdir. Quranda Süleyman peyğəmbərlə əlaqədar izah edilən bir hekayədə hz. Süleymanın sahib olduğu atlara və mallara olan sevgisinin qaynağı belə açıqlanar:

Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima Allaha üz tutardı. Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağının dırnağını yerə vuran, çapar atlar göstərildi. Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – atlar məni əsr namazından yayındırdı”. (Sad surəsi, 30-32)

Bu mövzuda Quranda verilən bir başqa nümunə isə Zülqərneyn ilə əlaqədardır. Bilindiyi kimi Zülqərneynə Allah güc, imkan və nemət vermişdi. Yəcuc və Məcuc təhlükəsinə qarşı özündən bir qövm kömək istədiyində dərhal onlara kömək etmişdi. Həqiqətən, Zülqərneyn çətini bacardığı və fitnə-fəsadı önlədiyi halda bu böyük müvəffəqiyyətindən özünə pay çıxarmamış tam tərsinə Allahı ucaltmışdır. Onun bu üstün əxlaqı ayədə belə xəbər verilir:

Zülqərneyn dedi: “Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə-yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir”. (Kəhf surəsi, 98)

Açıq şəkildə göründüyü kimi mömin rəftarı daim Allaha yönələn, Onun qarşısındakı acizliyini bilən və hər şeyin əsl sahibinin Allah olduğunu bilərək, Allaha qarşı bunun təvazökarlığını yaşayan bir modeldir.

Bura qədər araşdırdığımız Quran ayələrindən də aydın olduğu kimi, şirki yalnız əllə yonulmuş bəzi heykəlciklərə səcdə etmək şəklində qəbul olunaraq çox məhdud və sadə bir dünyagörüşü olacaq. Bu cür məntiqi ancaq müşriklər özlərini təmizə çıxarmaq məqsədiylə istifadə edirlər. Bu kəslər şirk anlayışının İslamın gəlməsindən sonra Kəbədəki bütlərin qırılması ilə ortadan əbədi qalxdığını zənn edirlər.

Halbuki, Quranda şirki təfərrüatlarıyla təsvir edən və möminləri şirkdən çəkindirən, qadağan edən çoxlu sayda ayə vardır. Quranın hökmü qiyamətə qədər etibarlı olduğuna görə bu ayələr bir çox hikmətə istiqamətli olaraq insanlara endirilmişdir.

Quranda din adına ortaya çıxaraq haqq dində olmayan bəzi hökmlər, əmrlər, halal və haramlar qoyan bir müşrik təbəqədən də bəhs edilir.

 

3 / total 9
"Harun Yəhyanın En Böyük Böhtan: Şirk kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net