< <
4 / total: 9

Allah Adina, Din Adina Şirk Qoşanlar

Əvvəlki hissədə, dindar olduğunu iddia edərək, Allah adına dində olmayan bəzi hökmlər, qaydalar icad edən, halallar, haramlar qoyan və bu şəkildə Allaha şərik qoşan bir müşrik təbəqədən söz etmişdik. Bunlar dini öz istək və arzularına, mənfəət və fanatizmlərinə görə dəyişdirməyə, əslindən uzaqlaşdırmağa cürət edən insanlardır. Öz ağıllarına görə Quran hökmlərində əlavələr, çıxarışlar və dəyişikliklər etməyə çalışarlar. Beləliklə, haqq dinlə eyni adı daşıyan, ancaq məzmunu tam fərqli olan batil bir din qurarlar.

Sözü gedən kəslər bu şəkildə, yalnız özlərini deyil, özləriylə birlikdə geniş insan kütlələrini də şirkə sürükləyər. İnsanlara öz azğın dinlərini təlqin edərlər. Din əxlaqının əslindən, Qurandan və hədislərdən xəbəri olmayan cahil kütlələr də bu kəslərin uydurduqları azğın dini mənimsəyirlər. Bunlar məhz bu hissənin mövzusunu meydana gətirən həqiqi müşriklərdir. Nəticədə, bu kəslər əvvəlki ümmətlərin düşdükləri vəziyyətə düşmüşlər. Bir ayədə əvvəlki ümmətlərin içində şirk qoşanların vəziyyəti belə bildirilmişdir:

Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki, onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa məbud yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır. (Tövbə surəsi, 31)

Allaha iftira yaxaraq Onun adına hökmlər uyduran və bunlara tabe olanlardan ibarət olan bu müşrik birliyinin ümumi məntiq və zehniyyətlərini təsvir edən ayələrdən bəziləri belədir:

Beləliklə, müşriklərin bir çoxuna övladlarını öldürməyi öz şərikləri gözəl göstərdilər ki, həm onları məhv etsinlər, həm də dinlərinə qarmaqarışıqlıq salsınlar. Əgər Allah istəsəydi, onlar bunu etməzdilər. Elə isə onları uydurduqları ilə birlikdə tərk et. Onlar öz batil iddialarına görə: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz” – deyirlər. Müşriklər mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də kəsərkən üstündə Allahın adını çəkmirlər. Onlar bunu Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır.Onlar: “Bu mal-qaranın qarınlarındakı balalar kişilərimizə halal, qadınlarımıza isə haramdır” – deyirlər. Əgər o bala ölü doğularsa, hamısı onu yeməyə şərik olurlar. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir. Axmaqlıqları üzündən dərk etmədən öz övladlarını öldürən və Allahın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər. (Ənam surəsi, 137-140)

Yuxarıdakı ayələrdə, müşriklərin Allahın bildirmədiyi qanunlar verərək Allahın nemətlərini haram qılmağa, Allahın halal buyurduğu ruzilərə, nemətlərə qadağa qoymağa meylli olduqları görülər. Bunların əsasən qadağanedici, dini çətinləşdirici bir zehniyyətə sahib olduqları da gözə dəyməkdədir. Ayələrdə xüsusilə bildirilən bir mövzu da, söz mövzusu müşriklərin bunlarla Allaha iftira etdikləridir. Buradan da aydın olduğu kimi, bu kəslərin Allah adına ortaya çıxdıqları çox dəqiq bir həqiqətdir. Onsuz da ilk ayədə də dində qarışıqlıq çıxardıqları ifadə edilir. Bunların Allahın icazə vermədiyi və razı olmadığı tam fərqli bir din qurduqları bir başqa ayədə belə bildirilir:

Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edə bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir. (Şura surəsi, 21)

Bunlar özlərini nə qədər dindar görsələr də əslində Allah qatında müşrikdir. Quranda müşriklərin nəsillər boyu eyni azğın anlayışı davam etdirdikləri və eyni düşüncəni bir-birlərinə köçürdükləri bildirilir:

Müşriklər deyəcəklər: “Allah istəsəydi, nə biz, nə də atalarımız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik”. Onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: “Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”. (Ənam surəsi, 148)

Ayədən də aydın olduğu kimi müşriklər Allahdan gələn qəti sənədləri bir tərəfə buraxaraq, zənn və təxminlə hərəkət edirlər. Müşriklərin Quranda xəbər verilən dini buraxaraq atalarından və ya babalarından öyrəndikləri səhv bir dini mənimsədikləri başqa ayələrdə də belə bildirilir:

Xeyr! Müşriklər: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!” – deyirlər. Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!” – dedilər. Peyğəmbər dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”. (Zuxruf surəsi, 22-24)

Atalarının dininə kor-koranə tabe olmaqda qərarlı olan müşriklərin söz anlamaz, mühafizəkar və fanatik xüsusiyyətləri başqa bir çox ayədə təsvir edilir. Bu ayələrdən bəziləri belədir:

Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə surəsi, 170)

Onlara: "Allahın nazil etdiyinə və peyğəmbərə tərəf gəlin!" Deyildikdə: "Atalarımızın getdiyi yol bizə yetər" deyərlər. Ya ataları bir şey bilməyib doğru yolda deyildilərsə? (Maidə surəsi, 104)

Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir” – deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” (Əraf surəsi, 28)

Bura qədər araşdırdığımız ayələrdən çıxan nəticəyə görə, müşriklərin doğru yoldan azmalarının səbəbi Quranı və sünnəti təməlini almamalarıdır. Onlar Allahın kitabı və Peyğəmbərimiz (s.ə.v)-in hədisləri yerinə atalarının izlərini, əsərlərini, onlardan din adına öyrəndikləri batil qaydaları mənimsəyər və tətbiq etməyə çalışırlar. Allahın halal qıldığı şeyləri ataları haram etmişsə, onlar da haram qəbul edərlər. Allahın fərz qılmadığı, lakin atalarının din adına fərz qıldığı şeyləri yerinə yetirməyə çalışarlar. Ancaq insanın atalarının dediklərinə əməl etməsi əslində imanla heç bir əlaqəsi yoxdur. Allahdan qorxan və Onun razılığını axtaran bir insan, atalarının ənənəsini mühafizə etməklə deyil, yalnız və yalnız Quran və Peyğəmbərimiz (s.ə.v.) vasitəsiylə bildirdiyi əmrlərinə əməl etməyə borcludur.

Sosial Bir Sinif Olaraq Müşriklər

Müşriklərlə əlaqədar Quran ayələrini araşdırdığımızda, özləri saxta bir din meydana gətirərək şirk qoşanların sosial bir zümrə olaraq bəhs edildiyini görürük. Quranda ümumi mənada şirk qoşmaq və müşriklik izah edilərkən bəzi yerlərdə "müşriklər" xüsusi adı altında müstəqil bir cəmiyyət təbəqəsindən bəhs edilir. Bunlar ortaq xüsusiyyətlərə, inanc və quruluşa sahib ictimai bir zümrədir. Bunlar digər dinlərə mənsub müşriklərdən ayrı bir kateqoriya kimi xatırlanarlar. Bir ayədə Allah belə buyurur:

Şübhəsiz ki, Qiyamət günü Allah möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir (Həcc surəsi, 17)

Peyğəmbərimizin (s.ə.v) dövrünə baxdığımızda bu müşriklərin xarakterlərini və əxlaq pozğunluqlarını asan anlaya bilərik. O dövrdə hz. İbrahimə vəhy edilən haqq dindən azaraq şirkə dayanan bir inanc və ibadət sistemini mənimsəmiş bir ərəb cəmiyyəti vardı. Bunlar bütlərə tapınırdılar, lakin Allahı inkar etmirdilər. Allahın varlığını bilir, ancaq öz uydurduqları bəzi bütləri da ağılsız şəkildə Allahla bir tutur (Allahı tənzih edirik), Ona ortaq qoşurdular. Hətta bu bütləri özlərinə vasitəçi edərək bunların Allah Qatında özləri üçün şəfaətçi olacaqları kimi batil bir inanca sahib idilər. Bir ayədə müşriklərin bu əyri inancları belə təsvir edilir:

Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!” – deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. (Yunus surəsi, 18)

Bu müşriklərin həccə getdiklərini, hacıları qonaq etdiklərini, Kəbəni ziyarət etdiklərini, namaz qıldıqlarını, Allah üçün xərclədiklərini yenə Qurandan öyrənirik. Bunlar özlərini dindar, Allah qatında bəyənilən kəslər olaraq tanıdarlar. Ancaq ibadətlərini yalnız Allaha layiq qılmadıqları, şirk düşüncəsiylə etdikləri üçün bunlar onlara bir fayda verməmişdi. Özlərini nə qədər dindar, nə qədər üstün, nə qədər Allaha yaxın saysalar da Allah onların Məscidi-Harama girmələrini qadağan etmişdi. Bunu xəbər verən ayə belədir:

Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, bilin ki, Allah istəsə, Öz lütfündən bəxş etməklə sizi varlandırar. Həqiqətən, Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 28)

Quran hər dövrə xitab etdiyi üçün, bu ayələrin günümüzə baxan hikmətlərini də bilmək lazımdır. Necə ki, müşriklərlə əlaqədar ayələrdə haqq dini pozmağa çalışıb, din adına ortaya bir şirk dini çıxarıb sonra buna uyanların və digər insanları da buna dəvət edənlərin əxlaq və düşüncəsi açıq şəkildə təsvir edilir. Buna görə bu gün də bənzər əxlaq və düşüncəyə sahib olanların, uydurulmuş bir şirk dinini tətbiq edən, ayələrin əsas məna və təriflərinə girdikləri açıqdır. Həqiqətən, də din adına bir çox azğın inancın məşhur olduğu bəzi cəmiyyətlərdə Allah adına dində hökm qoyan, halallar, haramlar, fərzlər, çıxaranlar və bunlara tabe olanlar, ayələrdə təsvir edilən, "Allaha qarşı yalan uydurmuş nizam", "Allahın nazil etdiyinə deyil, atalarına uyan", "Allaha qarşı bilmədiklərini söyləyən" bir müşrik təbəqəni meydana gətirərlər.

Üstəlik, bu müşrik təbəqəyə mənsub olanlar özlərini dinsiz olaraq görmür, hətta tərsinə, dinə əsl özlərinin sahib çıxdığını, əsl dindarların özləri olduğunu önə sürürlər. Buna görə də tarix boyunca haqq dini pozmağa çalışaraq Allaha şərik qoşanlar, cəmiyyətlər, özlərini doğru yola, xalis dinə döndərmək üçün göndərilən elçiləri öz zəif ağıllarına görə azğın, özlərini isə dinlərində qərarlı olaraq görmüşlər. Hətta bir çox qövm elçilərini "Allaha qarşı yalan qoşub uyduran"lar kimi ağıldan kənar bir ittihamla günahlandırmışdır. (Muminun surəsi, 78; Səba surəsi, 8) Eyni günahlandırma Peyğəmbərimiz (s.ə.v)-ə belə edilmişdir. (Şura surəsi, 24)

Başqa ayələrdə, "dinə sahib çıxma" iddiasıyla yola çıxan və bu şəkildə elçilərə böhtan atan müşriklərdən belə söz edilir:

Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”. Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil. Məgər içimizdən təkcə onamı Zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.(Sad surəsi, 4-8)

Bəhs edilənlər, doğru yolda olduqlarına dair özlərini aldadaraq inandırmışlar. Hətta axirət günündə şirk qoşduqları onlara xəbər verildiyi zaman müşrik olduqlarını qəbul etmək istəməzlər. Onların bu vəziyyətləri ayələrdə belə bildirilmişdir:

O gün onların hamısını bir yerə toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: “İddia etdiyiniz şərikləriniz haradadır?” Sonra onların: “Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!” – demələrindən başqa bir bəhanələri qalmayacaq. (Ənam surəsi, 22-23)

Ayələrdən də aydın olduğu kimi, şirk qoşulmasının təməlində, Allahın endirdiyi hökmləri deyil, din adına uydurulmuş hökmləri mənimsəmək durur. Quranı və sünnəti rəhbər tutmayan bir kəsin şirkə düşməsinin səbəbi yalnız bu səhv mövqedən qaynaqlanmır. Bu kimsə hər şeydən əvvəl Uca Allahı, Quranda tanıdıldığı kimi tanıyıb təqdir edə bilmədiyi üçün şirkə düşmüşdür. Xurafatlara, uydurma hekayələrə əsaslanan batil bir inancı vardır. Bu inancını Allaha bərabər tutar. Allaha olan sevgi və hörmət anlayışının da Quranda təsvir edilənlə heç əlaqəsi yoxdur. Halbuki, Allah Quranda Özünü insanlara tanıtmışdır. Buna görə Allahı təqdir edə bilməyin və dini həqiqətən anlamağın ən gözəl yolu Quranı və sünnəti rəhbər etməkdir. Quranda hər şeyin açıqlandığı və Quranın müsəlmanlara nemət olduğu belə bildirilir:

... Biz Kitabı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, bir rəhmət və bir müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

 

4 / total 9
"Harun Yəhyanın En Böyük Böhtan: Şirk kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net