< <
9 / total: 9

Bütləri Qirmaq

Şirk cahiliyyə cəmiyyətlərində böyüyən insan üçün bir növ "həyat forması"dır. Belə bir insan Allahdan qafil olan bir cəmiyyətdə böyüyər, beləcə o Allah yerinə mənimsədiyi saxta ilahları mənimsəyər. Bu səbəblə də şirk qoşmaq, çox insan üçün adət edilmiş bir şeydir. Onsuz da buna görə etdiyi işin Allaha qarşı bir üsyan olduğunu və özünü böyük bir cəzaya layiq görəcəyini də çox düşünməz. Üstəlik, özünü Allaha heç şirk qoşmadan iman etməyə çağıran bir insanı da mühakimə edə bilər.

Məkkənin əsas müşrikləri Peyğəmbərimiz (s.ə.v)-ə eyni reaksiyanı vermişdilər. Onlar da tək bir ilah var olduğuna, yəni Allaha inanırdılar. Ancaq böyük bir cəhalətlə dünyəvi işlərinin demək olar ki, hamısını kiçik saxta ilahlarla, bütlərlə əlaqələdirirmişlər. Ticarətin, sevginin, döyüşün, əkinçiliyin, hamısının ayrı-ayrı kiçik saxta ilahları var idi. Ən əhəmiyyətlisi isə, bu şirk nizamının onlara çox normal gəlməsi idi. Buna görə Peyğəmbərimiz (s.ə.v)-in bütün ilahları rədd edib, tək bir Allaha iman etməyə dəvət etməsi onları çaşdırdı. Ayələrdə bu mövzu belə bildirilir:

Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”. Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil. (Sad surəsi, 4-7)

Peyğəmbərimiz (s.ə.v)-in tək İlahın Allah olduğunu və digər sözdə ilahların heç bir gücünün olmadığını bildirməsi müşriklərin azğın məntiqlərinə sığmamışdı. Onların içində olduqları korluq səbəbiylə qavraya bilmədikləri həqiqət bu saxta ilahların onsuz da heç bir gücləri olmadığı idi. Dilədiyinə bərəkət verən, istədiyini növbənöv məhsullarla ruzi verən Uca Allahdır. Qüreyş surəsində bu həqiqət belə bildirilmişdir:

Qureyşin birliyi xatirinə, onların qış və yay səfərlərindəki birliyi xatirinə qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər. Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi (Qureyş surəsi, 1-4)

Bu gün də tək Allaha iman etməyə çağırılan bir insan bəzi qureyşlilərin düşdüyü azğınlığa düşə bilər. İlah etdiyi digər bütün anlayış və insanları buraxıb, yalnız Allaha qulluq edərək necə yaşayacağını anlamaya bilər. Halbuki, onu yaşadan və ruzi verən, onu qoruyan və nəzarət edən yalnız və yalnız Allahdır. Qarnını doyduran güc, ona maaş verən müdiri deyil, o müdiri qədərində yaradan və ona maaş verməyə məcbur edən Allahdır. Hadisələr, əsla başıboş və təsadüfi bir şəkildə, milyonlarla kiçik saxta ilahın müdaxiləsi ilə deyil, yalnız və yalnız Allahın dilədiyi şəkildə inkişaf edir. Uca Allah dünyanı bir qədər ilə yaratmışdır və insanlar da Təkvir surəsinin 29-cu ayəsində bildirildiyi kimi, O diləmədən heç bir şey diləyə bilməyəcək qədər Allahın iradəsinə boyun əymişlər. Quranda xəbər verildiyi kimi, " Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. " (Hud surəsi, 56).

Şeytan insana, şirkdən xilas olmağı; tövhidi, ixlası və imanı isə yaşamağı çətin kimi göstərə bilər. Halbuki, bu, yalnız şeytanın verdiyi bir vəsvəsədən ibarətdir. Şeytanın yalançı olduğu, Quranın bir ayəsində belə xəbər verilir:

İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır. "(İbrahim surəsi, 22)

Məhz buna görə şeytanın yalanlarından, vəsvəsələrindən ümidsizliyə düşmək, əhvalını pozmaq böyük bir ağılsızlıq olar.

Bilinməlidir ki, şirkdən xilas olmaq üçün səmimi bir niyyət dəyişikliyi kifayətdir. Bu niyyət dəyişikliyi insanın hər şeyə, hər kəsə və bütün hadisələrə qarşı olan dünyagörüşünü şirkdən tövhidə çevirəcək. Yəni qara eynək taxan birinin ətrafını görə bilmək üçün hər yeri tək-tək işıqlandırmasına ehtiyac yoxdur. Eynəyini çıxarması kifayətdir. Şirk də hər yeri qaraldan bu eynək kimidir. Eynəyi çıxartmadan məcburi üsullarla şirkdən təmizlənməyə çalışmaq çətindir. Bir həmləylə eynəyi çıxarmaq isə həm asan, həm də tək təsirli həlldir. Məhz insanın şirkdən, Allahın razı olduğu imanlı və ixlaslı həyata keçməsi də tək təsirli həmlə tələb edir. Bu da hər nə vəziyyətdə olursa olsun, Allaha güvənmək və Qurana hərfbəhərf və səmimi olaraq uymağa qərar verməklə olar. Bu səmimiyyət və dayanıqlılıq, şübhəsiz ki, özü Allahın köməyini, hidayətini və mərhəmətini gətirəcək.

Bunu da unutmaq olmaz ki, insan özünə hidayət verə bilməz, hidayəti ancaq Allah verir. O halda insan hidayət, səmimiyyət və ixlas üçün Allaha davamlı dua etməli və Allahın, bu səmimi və təmiz çağırışa mütləq razılıq verəcəyini bilməlidir. "Mən bu qədər işin içindən necə çıxacağam; xalis, təmiz imana necə sahib olacağam" kimi şeytani bir ümidsizliyə əsla düşməməli, lazım olan səmimiyyət və dözümlülüyü göstərdikdən sonra Allahın mütləq özünü ən doğru yola çatdıracağını, şeytanın azdırmalarından qoruyacağının şüurunda olmalı, bunun rahatlığını və sevincini yaşamalıdır.

Əlbəttə ki, şeytan imanı və ixlası çirkin, çətin və iztirab verici olaraq göstərməyə çalışacaq. Halbuki, əsl əziyyət, çətinlik və iztirab şirkdədir. Bu, dünyada da axirətdə də belədir.

Tapındığı saxta ilahları buraxaraq yalnız Allaha yönələn bir insan, "boşluqda" və "sahibsiz" qalmaz, əksinə tək, əsl ilah olan Allaha sığınaraq ola mümkün olan ən böyük dinclik, güvən və rahatlığı qazanar. Quranda möminlərə bu müjdə verilir:

Gözləmə vaxtı bitdikdə onları şəriətə müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir.. (Talaq surəsi, 2-3)

Buna görə şirk içində yaşadığını fərq edən və bundan peşmanlıq duyan insan, bir an belə tərəddüd etmədən bütlərini tərk etməlidir. Məsələn, daha əvvəl sahib olduğu malları, pulları, fabrikləri, mülkləri mütləq özünün sanan, ruzisinin bunlara bağlı olduğunu düşünən, bu böyük sərvətin özünün və nəslinin on illərcə səltənətini davam etdirəcəyini düşünən, bütün bunları özünə verənin Allah olduğunu düşünməyən və bunlarla qürurlanan bir insan, yaxşıca düşünərək baxış mövqeyini və rəftarını dəyişdirməlidir. Bundan belə mülkün tək sahibinin Allah olduğunu, bütün bu zənginlikləri Allahın özünü sınamaq üçün verdiyini, bunları Allahın razı olacağı şəkildə istifadə etməsi lazım olduğunu düşünməlidir. İçindəki qürur və sahiblik duyğusundan təcili olaraq xilas olmalıdır. Bunları etdiyində niyyət olaraq bütlərini qırmış olar, ancaq, əlbəttə ki, bunu faktiki olaraq isbat etməsi lazım olduğunda da eyni qərarlı rəftarı göstərməlidir. Məsələn, malını, pulunu Allah rizası üçün xərcləməsi lazım olduqda heç tərəddüd etmədən, gələcək və ruzi narahatlığına düşmədən bunu etməlidir. Bu mövzuda Allaha tam güvənməli, ruzini verənin Allah olduğunu unutmamalı və Allahın qarşısında acizliyini bilməlidir.

Göründüyü kimi, şirklə tövhid arasındakı fərq, çox vaxt niyyət və dünyagörüşü fərqidir. Mübarək Peyğəmbərimiz (s.ə.v) Kəbədəki bütləri faktiki olaraq qırmış, hz. Musa bəzi yəhudilərin əldə etdiyi buzovu yandırıb küllərini dənizə sovurmuşdur. Beləcə, şirkin məntiqini də tam olaraq dağıdıb. Bu gün də əsas məsələ şirk məntiqini kökündən yıxmaqdır ki, bu da niyyətin və dünyagörüşünün dəyişməsi ilə mümkün olar.

Buna görə, şirkdən imtina edib imana yönələn insanın yaşadığı böyük dəyişiklik, əvvəlcə zehnində meydana gəlir. Xarici görünüş olaraq bəlkə köhnə həyatının bəzi elementlərini davam etdirər, amma tamamilə fərqli bir dünyagörüşünə və qavrayışa sahib olar. Qısası, keçmişdən atalarından gördüklərinə, öz ehtiraslarına, bəzi insanların fikirlərinə görə təşkil etdiyi həyatını, indi yalnız Quranda və hədislərdə bildirildiyinə görə və yalnız Rəbbimizin rizası üçün nizamlayar. Beləcə, minlərlə kiçik saxta tanrıya ibadət etməyi, ağılsız şəkildə onları razı etmək üçün məşğul olmağı buraxaraq, "bir-birindən ayrı tanrılar daha yaxşıdır, yoxsa Qahhar olan bir tək Allahmı?" (Yusif surəsi, 39) ayəsində buyrulduğu kimi, yalnız özünü yaradan Allaha təslim edər.

Ayədə bu şəkildə bildirilmişdir:

Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Yusif surəsi, 40)

Çox insan şirkin böyük bir azğınlıq olduğunu bilir, amma bunun özüylə uzaqdan və ya yaxından əlaqədar ola biləcəyini heç düşünməz. Müşriklərin, yəni şirk qoşanların, yalnız daşdan, ya da taxtadan oyulmuş totemlərə səcdə edən insanlar olduqlarını sanarlar. Ona görə müşriklər yalnız Peyğəmbərimiz (s.ə.v)-dən əvvəl Kəbədəki bütlərə tapınan cahiliyyə ərəbləri və onlara bənzər primitiv bütpərəstlərdir. Halbuki, şirk yalnız taxtadan oyulmuş bütlərə tapınmaqla məhdudlaşan bir anlayış deyil və düşünüldüyündən artıq indiki vaxtda da bir çox cəmiyyətdə məşhurdur.

İnsanın Allahın razılığına müxalif olaraq özünə həyat məqsədi təyin etdiyi, özündən mədət umduğu, razılığını axtardığı hər varlıq, Allahın razılığına üstün tutduğu hər şey Allahdan başqa əldə etdiyi bir ilahdır, əslində. Buna görə şirki uzaq görməmək, onun insanın çox yaxınında ola biləcəyinə ehtimal vermək lazımdır.

Allaha şirk qoşmaq son dərəcə təhlükəli, qarşılığı mümkün olmayan, insanı cəhənnəmə qədər sürükləyə bir günahdır. Buna görə Allahdan qorxan və Onun cənnətini ümid edən bir adamın bu təhlükəyə qarşı diqqətli olması lazımdır. Ancaq diqqətli ola bilmək üçün də əvvəlcə şirki tanımaq, nələrin şirkin əhatəsinə girdiyini bilmək lazımdır.

Bu kitab şirki Quranda açıqlanan əsl mənasıyla təsvir etmək məqsədiylə hazırlanmışdır. Ola bilsin ki, məqsədinə çatar və insanların bütün bu bütləri buraxıb, yalnız və yalnız hər şeyin yaradıcısı olan Uca Allaha qulluq etmələrinə vəsilə olar.

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

 

9 / total 9
"Harun Yəhyanın En Böyük Böhtan: Şirk kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net