< <
2 / total: 7

Gözəl Söz Allaha Tərəf Çağırmaqdır

İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.
(Nəhl surəsi, 125)

Həqiqi gözəl sözün; Allahın dininə çağıran, axirəti xatırladan, cəhənnəmdən uzaqlaşdırıb cənnətə təşviq edən insanın sözü olduğunu giriş hissədə qeyd etmişdik. Bunu da ifadə etməliyik ki, bu çağırış Allahın bütün vicdanlı insanlara yüklədiyi əhəmiyyətli məsuliyyətdir. Allah; "qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır" (Ali İmran surəsi, 104) ayəsiylə bu məsuliyyəti insanlara bildirmişdir. Lakin insanların böyük hissəsi, digər insanları Uca Allaha iman etməyə dəvət etməyin özlərinə yüklənmiş məsuliyyət olduğunu, ətraflarındakı insanları gözəl söz söyləməyə çağırmağın bir ibadət olduğunu düşünməzlər. Yəni bu məsuliyyətdən xəbərsizdirlər.

Bunun ən aydın göstəricisi indiki vaxtda gözəl əxlaqın insanlar arasında güclü şəkildə yaşanmaması və insanların kafi müdaxiləsi olmadığı üçün də bunun getdikcə genişlənməsidir. İndiki vaxtda bir çox cəmiyyətdə; pis əxlaq göstərən, qeyri-qanuni yollarla hərəkət edən, insanlar arasında əxlaqsızlığın yayılması üçün səy göstərən, mərhəməti, şəfqəti, köməksevərliyi və hörməti zəiflik əlaməti hesab edən insanlar üstünlük təşkil etmiş və bu insanlarla iç-içə yaşayan insanlar doğrunu bilsələr də, onlara doğruluğu, gözəl əxlaqı tövsiyə etmək əvəzinə ya gözlərini həqiqətlər qarşısında yumur, ya da "mənə zərər verməyən min il yaşasın" kimi yanlış məntiq əsasında hadisələrə müdaxilə etməməyi variantını seçirlər.

Ancaq bunu ifadə etməliyik ki, bütün bu saydıqlarımız; "qəti məlumatla" iman etməyən və Allahdan qorxub çəkinməyən insanlara aiddir. Çünki əməlisaleh möminlər; "belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməkdə bir-birləriylə yarışırlar. Məhz onlar əməlisalehlərdəndirlər" (Ali İmran surəsi, 114) ayəsiylə də diqqət çəkilən bu şərəfli məsuliyyətin özlərinə yüklənilmiş əhəmiyyətli vəzifə olduğunu bilirlər. Bundan ötrü də, ətraflarındakı hər insanı, yaxınlarını, ailələrini və əlaqə yarada bildikləri bütün insanları Allaha iman etməyə, qorxub çəkinməyə və gözəl əxlaqı yaşamağa dəvət edərlər. İnananların hər an gözəl olana dəvət etmə xüsusiyyətləri Quranda belə bildirilmişdir:

Mömin kişilərlə mömin qadınlar bir-birinin vəliləridir (dostlarıdır). Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, dosdoğru namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. (Tövbə surəsi, 71)

Bu ayədən də aydın olduğu kimi, iman edən hər insan dünya həyatı boyunca daima gözəl əxlaqı izah etməklə, bilavasitə özü onu yaşamaqla və insanlara yaxşı əməllər etməyi tövsiyə edib, onları pis əməllərdən uzaqlaşdırmaqla məsuldur. Gözəl həyat istəyən insanın gözəl əməlləri təşviq etməsi, xeyirxahlıq istəyənin xeyirxahlığı yaymaq üçün səy göstərməsi, vicdanlı davranışlar görmək istəyən insanın vicdanlı olmağı tövsiyə etməsi, zülmə razı olmayanın zalımları xəbərdar etməsi, bir sözlə, düzgünlük istəyən insanın digər insanları da düzgünlüyə dəvət etməsi vacibdir. Bu dəvəti edərkən unudulmaması lazım olan ən əhəmiyyətli xüsuslardan biri isə; hidayəti verəcək və qarşı tərəfdə gözəl sözə qarşı təsir oyadacaq varlığın ancaq Allah olmasıdır.

Hidayəti Allah Verər

Əlbəttə ki, iman edənlərin ətraflarındakı insanları çağırışları, hər vaxt gözəl şəkildə və könüllü razılıqla nəticələnməyə bilər. Dəvəti edən insan bəzi hallarda gözlənilməz rəftarlarla qarşılaşa bilər, bəzi hallarda məsxərə mahiyyətli gülümsəmələrin hədəfi ola bilər, bəzi hallarda da təcavüzkar və qəzəbli insanların qarşısında olduğunu görə bilər. Çünki hər insan doğru yola çağırıldıqda, bu çağırışa, öz vicdanıyla, Allah qorxusuyla və səmimiyyətiylə düz mütənasib şəkildə cavab verər, dolayısilə olduqca müxtəlif hallar yarana bilər.

Məsələn, bir möminin təbliği qarşısında bir insan dərhal iman etdiyi halda, digər bir insan bu təbliğə inkar, məsxərə və təcavüzkar rəftarlarla qarşılıq verə bilər. Başqa bir insan vicdanın səsinə qulaq asıb, həyatını Allahın razı qalacağı şəkildə yaşamağa qərar verdiyi halda, digər insan isə inkarçılardan olub, gözəl sözə pis şəkildə cavab vermək qərarına gələ bilər. Ancaq bu inkar qarşılığında, dəvət edən kimsə qətiyyən ümidsizliyə qapılmaz və ya kədərlənməz. Burada əhəmiyyətli olan; Qurana iman gətirməyə dəvət edən insanın, qarşılaşdığı reaksiyalar nə olursa olsun daim Allahın razı olacağı əxlaqı göstərməsi, gözəl əxlaqından qətiyyən imtina etməməsi, təvəkküllü davranmasıdır. Çünki yer üzündəki kiçik-böyük hər hadisə Allahın yazdığı tale əsasında baş verir və iman etməyə dəvət edilən bir insana hidayəti verən də Allahdır.

Bundan ötrü də, möminlər, inkarçıların davranışlarından ötrü hər hansı sıxıntıya qapılmazlar. Quranda bu mövzuyla əlaqədar bir çox nümunə verilmişdir. Allah Peyğəmbərimiz (s.ə.v)-ə; "onlar bu sözə (Qurana) inanmasalar, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?" (Kəhf surəsi, 6) ayəsiylə Qurana dəvət etdiyi insanların iman etməmələrinə görə sıxıntıya qapılmamalı olduğunu bildirmişdir. Digər bir ayədə isə; "şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yola yönələcək kəsləri daha yaxşı tanıyır" (Qəsas surəsi, 56) deyə bildirilmişdir. Dolayısilə bir insanın etdiyi dəvət, söylədiyi gözəl sözlər, izah etdiyi hər təfərrüat, ancaq Allah istədiyi vaxt, qarşıdakı insanda təsir oyada bilər.

İman edən insanın tək məsuliyyəti Qurana dəvət etməkdir. İnkarçıların inkarda israr etmələrinə və bu etdiklərindən ötrü cəhənnəm əzabına layiq olmalarına görə, dəvət edənlər heç bir məsuliyyət daşımır. Rəbbimiz; "Biz səni haqq ilə (Quranla) müjdələyən və xəbərdarlıq edən biri olaraq göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan" (Bəqərə surəsi, 119) ayəsiylə bu həqiqəti Peyğəmbərimiz (s.ə.v)-ə də bildirmişdir.

Tarix Boyu Bütün Elçilər Qövmlərini Gözəl Sözə Dəvət Ediblər

Bütün dövrlərdə göndərilmiş elçilər əlaqə yarada bildikləri bütün insanlara Allahın ayələrini təbliğ etmiş və onları dəvət etmişdirlər. Bütün elçilər insanları gözəl sözə dəvət edərkən Quranda Peyğəmbərimiz (s.ə.v)-lə əlaqədar bildirildiyi kimi; "Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar..." (Ali İmran surəsi, 159) ayəsində göstərilən, təvazökar, mərhəmətli və şəfqətli rəftarı mənimsəmişdirlər. İllərlə boyu səbirlə qövmlərinin suallarını cavablandırmış, onlara bilmədiklərini öyrətmiş və Allahın ayələrini çatdırmışdırlar. Peyğəmbərlərin olmadığı dövrlərdə isə, bu vəzifəni Allahın saleh qulları boynuna götürmüş və onlar da Allahın ayələri əsasında, peyğəmbərlərin üstün əxlaqını özlərinə nümunə götürərək, onların açdığı izlə getmişdirlər.

İstər elçilərin, istərsə də möminlərin bu təvazökar, yüksək əxlaqı müqabilində inkarçıların rəftarı daim bunun əksi olmuşdur. İnkarçılar, dəvət olunduqları şeylərə iman gətirmək əvəzinə olduqca sayğısız, lağlağı, hətta təcavüzkar üslubla cavab vermişdirlər. Buna baxmayaraq, möminlərin rəftarında və üslubunda heç bir dəyişiklik olmamış, yenə Allahın özlərinə tövsiyə etdiyi kimi sözün ən gözəlini seçərək danışmağa və etidallı rəftarlar göstərməyə davam etmişdirlər. Çünki pislik qarşısında gözəl söz və gözəl rəftar göstərmək, Allahın qullarına olan əmridir. Allah Quranda mömin qullarına hamıya qarşı bu cür davranmalarını əmr etməklə, onlara bunun hikmətlərini də belə bildirmişdir:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət salmağa çalışır. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi ən gözəl tərzdə yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki mehriban bir dost olar. (Fussilət surəsi, 34)

Quranda elçilər və möminlərlə öz qövmləri arasında keçən danışıqlarda da bu izah etdiklərimizin bir çox nümunəsini görə bilərik. Hz. Nuhun qövmünün reaksiyası və bunun müqqabilində Nuh (ə.s)-ın daim gözəl sözlə onları xəbərdar edib qorxutması bu nümunələrdən yalnız biridir. Hz. Nuhun hikmətlə və gözəl sözlə insanları Allahın dininə dəvət etdiyi danışıqlarından biri Quranda belə bildirilmişdir:

Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edib qorxudan bir elçiyəm. Allahdan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq məşəqqət gününün əzabından qorxuram”. (Hud surəsi, 25-26)

Nuh dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Yoxsa siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz sizi ona inanmağa məcburmu edəcəyik? Ey qövmüm! Mən buna görə sizdən var-dövlət istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Çünki onlar Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm. Ey qövmüm! Əgər onları qovsam, məni Allahdan (Ondan gələcək əzabdan) kim qoruya bilər? Məgər düşünüb ibrət almırsınız? Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə demirəm ki, Allah onlara əsla xeyir verməyəcəkdir. Onların canında nələr olduğunu Allah daha yaxşı bilir. Əks təqdirdə, sözsüz ki, mən zalımlardan olardım”. (Hud surəsi, 28-31)

Qövmlərinin azğınlığına və anlamazlığına baxmayaraq, peyğəmbərlərin səbirlə onları Allahın dininə dəvət etmələrinin mühüm səbəbləri var. Peyğəmbərlər və yanlarındakı möminlər cəhənnəm əzabını ayələrdə təsvir edildiyi halıyla çox yaxşı bilən və buna qəti məlumatla iman edən insanlardır. Buna görə də, hz. Nuh (ə.s)-ın yuxarıdakı sözlərində də bir nümunəsini gördüyümüz kimi, möminlər qəflət içindəki insanları xəbərdar etmək və onları şiddətli əzabdan uzaqlaşdırmağa vəsilə ola bilmək üçün, çətin mübarizə apararlar. Ancaq bütün səylərinə baxmayaraq, inkarda israr edən, söylədiklərinə iman gətirməyən insanlara qarşı da yenə Rəbbimizin əmr etdiyi rəftarı göstərərlər. Allah; "sən bağışlama (və ya asanlıq) yolunu tut, (İslama) uyğun olanı əmr et və cahillərdən üz döndər" (Əraf surəsi, 199) ayəsiylə möminlərə cahillik edən insanlardan uzaqlaşa biləcəklərini bildirmişdir.

Ancaq bunu da ifadə etməliyik ki, inananlar inkarçılardan üz döndərərkən belə üslubları son bir çağırış şəklindədir və yenə onların qəlblərini yumşaltmaq və vicdanlarına təsir etmək mahiyyətindədir. Bu mövzuda Qurandan verə biləcəyimiz bir nümunə belədir:

Ey qövmüm! Nə üçün mən sizi nicat tapmağa çağırıram, siz isə məni oda çağırırsınız? Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız, mən isə sizi üstün və güclü olan, bağışlayan Allaha çağırıram. Heç şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur. Bizim dönüşümüz Allahadır. Həddi aşanlar isə od sakinləridirlər. Sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah qullarını çox yaxşı görür”. (Mümin surəsi, 41-44)

Möminlərin inkarçıların çirkin rəftarları müqabilində hər dəfə bağışlayıcı, sülhsevər və gözəl üslubla insanlara yaxınlaşmalarının ən əhəmiyyətli səbəbi; Rəbbimizin belə bir əxlaqdan razı və məmnun olacağını bilmələridir. Möminlər başqa heç bir qarşılıq gözləmədən yalnız Allahın rizasını və məmnuniyyətini qazanmaq üçün bu ibadətlərini yerinə yetirərlər.

Möminlər Qarşılıq Gözləmədən Allaha Tərəf Çağırarlar

Allahın xəbərdarlıq etmələri üçün göndərdiyi peyğəmbərlər və onların yolundan gedən möminlər, tarix boyu insanları haqq-hesab günüylə xəbərdar edib qorxudacaq və cənnətin sonsuz gözəlliyini müjdələyəcək, axirət üçün hazırlıq görməyə yönəldəcək, dinin təqdim etdiyi gözəl əxlaqın yaşanmasını təşviq edəcək gözəl sözlər söyləmiş, çağırışlar etmişdirlər. Hər mövzuda olduğu kimi, insanları Allaha çağırma mövzusunda da tamamilə vicdanlarının səsinə qulaq asmış və şərtlər nə olursa olsun qəflət içində olub haqq dindən uzaqlaşan və sonu cəhənnəmlə aparan yolla hərəkət edən insanları Allaha dəvət etməkdən imtina etməmişdirlər. İnsanların hər cür müqavimətlərinə, təkəbbürlü davranışlarına baxmayaraq, onları doğru yola gətirməyin yollarını axtarmış, bu mövzuda ciddi səy göstərmişdirlər.

Ancaq burada çox mühüm bir xüsusu da ifadə etməkdə fayda var: Möminlər Allahın bu əmrini yerinə yetirərkən qarşılarındakı insanlardan özləri üçün heç bir qarşılıq gözləməmişdirlər. Onlar üçün Allahın yaxşı əməlləri əmr etmək, pis əməlləri qadağan etmək əmrini yerinə yetirərkən əhəmiyyətli olan, qarşılarındakı insanların bundan məmnun olması deyil, Allahın özlərindən razı olmasıdır. Buna görə də, gözəl söz söyləyərək Allahın yoluna dəvət edən vicdanlı insanların gözlədikləri heç bir maddi mənfəət, dünyəvi tələb olmamışdır. Məqsəd; yalnız Allahın əmr etdiyi ibadəti yerinə yetirmək və saleh qullardan ola bilməkdir. İnananların, digər insanları Qurana və Allahın yoluna dəvət edərkən göstərdikləri bu səmimi səyi Allah Quranda belə bildirir:

Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən. Bu (Quran) aləmlər üçün ancaq bir öyüd və xatırlatmadır. (Yusif surəsi, 103-104)

Allahın elçiləri də göstərdikləri bu səy müqabilində heç bir maddi mənfəət gözləmədiklərini göndərildikləri qövmlərə dəfələrlə söyləmişdirlər. Bu mövzuda Quranda verilən nümunələrdən bəziləri belədir:

...De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Bu (Quran) aləmlər üçün yalnız bir öyüd və xatırlatmadır”. (Ənam surəsi, 90)

Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradandadır. Məgər anlamayacaqsınız? (Hud surəsi, 51)

Şübhəsiz ki, mən sizin üçün göndərilmiş etibarlı elçiyəm. Allahdan qorxun və mənə itaət edin. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm... (Şuəra surəsi, 143-145)

Bura qədər möminlərin istənilən şərtdə qorxmadan insanları gözəl sözə çağırdıqlarından və bunun müqabilində heç bir mənfəət gözləmədiklərindən bəhs etdik. Ancaq burada çox mühüm bir xüsusun xatırlanmasında fayda var. Möminlərin tək məsuliyyəti insanlara yalnız öyüd verməkdir. Bəqərə surəsinin 256-cı ayəsində də bildirildiyi kimi; "dində məcburiyyət (və təzyiq) yoxdur...". İnsanlar bu öyüd və çağırışlara müsbət cavab versələr, özləri xeyir qazanarlar; lakin inkarda israr etsələr, bu səmimi çağırışlara mənfi cavab versələr, o zaman da özləri ziyana uğrayarlar. Allah bu həqiqəti insanlara belə xatırladır:

Artıq sən öyüd verib xatırlat! Sən öyüd verib xatırladansan. Sən onlara ‘güc və təzyiq’ göstərən deyilsən. Lakin üz döndərib inkar edəni, Allah ən şiddətli əzabla cəzalandırar. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir. (Ğaşiyə surəsi, 21-26)

Möminlər gözəl söz və öyüdlə insanları Allahın yoluna çağırarkən bunu ibadət olaraq edərlər. Bundan ötrü də, Allah Qatında insanların yaxşılığına və xeyirinə vəsilə olacaq hər şeyi açıq şəkildə söyləyər, bundan da ibadət həzzi alarlar. Onlar başqalarının xilas olmalarına vəsilə olmağa çalışarlarkən, Allah bu səmimi səylərindən ötrü özlərini xilas edəcəyini ayələrində müjdələyər:

Tövbə edən, ibadət edən, həmd edən, (İslam üçün) səyahət edən, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi, 112)

Hörmətli Adnan Oktarın Allah Yoluna Gözəl Sözlə Dəvət Etməyin Əhəmiyyəti Haqqındakı Sözləri

Adnan Oktar: ...Qovulmuş şeytandan Allaha sığınıram. Nəhl surəsi, 125-ci ayə; "İnsanları Rəbbinin yoluna", yəni Quran əxlaqına, Qurana, "hikmətlə", qısa və əsaslı sözdür hikmət. Sözü uzatmadan, hikmət budur. Gözəl, təsir edici. "...Gözəl öyüd-nəsihətlə dəvət et", gözəl öyüd-nəsihətlə, qışqırıb bağırmaqla deyil. Bəzi xurafatçıların işlətdiyi kimi, insanlarda nifrət oyandıran üslubla deyil. "...Və onlarla ən gözəl tərzdə mübahisə et". Bax, gözəl, gözəl, gözəl həmişə gözəl, görürsənmi ayədə? "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et". Ən gözəl tərz nədir? Qan axıtmadan, problem çıxarmadan, incitmədən. Bu hz. Mehdi (ə.s)-ın işlədəcəyi üsul, istifadə edəcəyi mübahisə etmə tərzidir. "Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, hidayətə gələnləri də yaxşı tanıyır". Bu yenə, yəni ayə çox açıq şəkildə mehdiyyətə xitab edir, çünki Mehdi (ə.s) Allahın Hadi isminin təcəllisidir. "Hidayətə gələnləri də yaxşı tanıyır". Mehdi sözü Allah tərəfindən xüsusi olaraq hidayət edilən mənasını verir. "Cəza vermək istəsəniz, sizə nə cəza verilibsə, siz də eynilə cəza verin", yəni Allah; “insanlara cəza verərkən, həddi aşmayın” deyir. "Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir", yəni Allah; “bağışlasanız, səbir etsəniz bu sizin üçün daha xeyirli olar” deyir. "Səbir et! Sənin səbrin ancaq Allahın köməyi ilədir. Onlara görə kədərlənmə", gördüyün kimi, Allah kədərlənməyi qadağan edir. Kədərlənmək olmaz, haramdır. "...Və qurduqları hiylələrdən ötrü də sıxılma", deməli, müsəlmana hiylə qurula bilər, oyun oynanıla bilər. Bax, Allah: "Sıxılma" deyir. Bu möhkəm ayədir. Sıxılsan harama girərsən. Müsəlman sıxıntını dəf etməlidir. Sıxıntıya qapılmamalıdır, hüznə də qapılmamalıdır, kədərlənməməlidir, içinə qapanmamalıdır. Allah: “Bunları etmə” deyir. "Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir". Allah: “Yaxşı olun” deyir. Gözəl davranışlar göstərin ki, xoşbəxtlik və gözəlliyin sirri də məhz budur. Cənnətdə də belə olacaq, inşaAllah. Allah İsra surəsinin 7-ci ayəsində: "Əgər yaxşılıq etsəniz" deyir, şeytandan Allaha sığınıram, "özünüzə yaxşılıq etmiş olarsınız. Əgər pislik etsəniz o da sizin əleyhinizə olar". “Özünüzə pislik edərsiniz” deyir. Məsələn, insan kinli olsa narahat olar, canı yanar, təzyiqi qalxar, əzab çəkər, sevinci yox olar. Amma bağışlasa, şəfqətli olsa və sevsə, sevinər, rahat olar, özünə gələr. "Sonunda vəd gəldiyi zaman", Allahın vəd etdiyi zaman. Bu eyni zamanda Mehdi (ə.s)-a işarə edir. Çünki əbcədini baxırıq; 2019. (Hörmətli Adnan Oktarın TV KAYSERİ, SAMSUN AKS TV və GAZİANTEP OLAY TV-də verdiyi müsahibəsindən, 30 dekabr 2009-cu il)

 

2 / total 7
"Harun Yəhyanın Gözəl Sözə Əməl Etməyin Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net