< <
4 / total: 36

Sadiq Dostlarimiz: İtlər

İtlər bir çox canlıdan daha ağıllı və öyrədilmələri daha asan olan heyvanlardır. Yaxşı təlim keçmiş itləri bəzən keşik iti kimi istifadə edirlər. Bir keşik iti öz bədənindən 5-6 qat böyük bir canlını təsirsiz hala gətirə bilər. Ancaq çox maraqlıdır ki, təhlükə anlarında bu cür vəhşi ola bilən bu itlər sahiblərinə heç zərər verməzlər. Öz canlarını sahibləri üçün təhlükəyə ata bilərlər və nə olursa olsun sahiblərini çətinlik anlarında tərk etməzlər.

İtləri sevməyimizin bir başqa səbəbi isə, şübhəsiz, çox oynağan olmalarıdır. Həmçinin, itləri boyunduruqlarından tutub gəzdirmək də çox zövqlüdür. Bir də uzun tüklüdürsə və şirin-şirin baxırsa dərhal biz də belə birinə sahib olmaq istəyərik.

Köpek yavrusu

Məhz fərqli növlərdə və rənglərdə, böyüklü-kiçikli, tüklü-tüksüz yüzlərlə it növünün olması Allahın canlıları yaradarkən heç bir nümunə olmadan, bənzərsiz, nümunəsiz yaratmasının ən gözəl göstəricilərindən biridir. Quran ayələrində Rəbbimizin nümunəsiz yaratması belə izah edilir:

O, göyləri və yeri nümunə götürmədən yaradandır... Hər şeyi O yaratmışdır. O, hər şeyi bilir. Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyə vəkildir! (Ənam surəsi, 101-102)

İndi bir düşünün, bu günə qədər heç it görməmiş olsaydınız və sizdən bir it rəsmi çəkməyiniz istənilsəydi, bunu edə bilərdinizmi? Təbii ki, edə bilməzdiniz. Elə edə bilməməyiniz də çox normaldır. Bunu yalnız siz deyil, heç kim edə bilməzdi. Çünki insan təbiətdə bənzəri olmayan heç bir şey edə bilməz.

Məsələn, təyyarələr quşların uçuş sistemləri təqlid edilərək hazırlanır. Robotlar insanların bədən sistemləri təqlid edilərək istehsal olunur. Halbuki, Rəbbimiz yer üzündəki saysız canlı növünü nümunəsiz, bənzərsiz yaratmışdır. Qütblərdə yaşayan sevimli pinqvinləri, meşələr kralı aslanı, delfinləri, kəpənəkləri, quşları, arıları... qısası bütün canlıları yaradan Allahdır.

Köpek

Bütün canlılara özlərinə aid xüsusiyyətlər verən Allah, itlərə də digər canlılardan fərqli fiziki xüsusiyyətlər vermişdir. Məsələn, itlərin dişlərinin sayı bizimkindən on ədəd daha çox, tam 42 dənədir. Beləcə yeməklərini, xüsusilə də, sümükləri rahatlıqla ağızlarında parçalayıb üyüdə bilərlər. Həmçinin, itlər gözlərindəki xüsusi bir yaradılış sayəsində qaranlıqda insanlardan daha yaxşı görərlər. Hərəkətli cisimləri daha uzaqdan qəbul edə bilərlər. Bundan başqa, itlər, bizim eşidə bilmədiyimiz bəzi səsləri eşidə bildiklərindən səsləri, insanlardan 4 qat daha uzaq məsafədən hiss edə bilərlər. Məsələn, itlərə əmr verməyə yarayan it fitinin səsini insanlar eşitməz, amma onlar çox rahat eşidə bilərlər.

İtlərin qoxu hiss etmə duyğuları da çox güclü yaradılmışdır. Beyinlərindəki qoxu hiss etmə mərkəzi insanlardan 40 qat daha çox inkişaf etmişdir. Buna görə itlərin qoxu hiss etmə qabiliyyəti insanlardan daha üstündür.

Bütün bu xüsusiyyətləri sayəsində itlər ovun qoxusunu hiss edib, izi ilə gedərək ovçuların vurduqları ovları kilometrlərlə uzaqda da olsa tapıb gətirərlər. Polis itləri özlərinə iylədilən kiçik bir əşyadan başlayaraq o əşyanın sahibini tapa bilərlər. Məsələn, Sen Bernard cinsi itlər, hansı ki, böyük sallanan yanaqlı olur ha onlar, son dərəcə həssas burunları ilə qar altında qalan yaralıları asanlıqla tapıb çıxara bilərlər. Məhz itlərin sahib olduğu bu fövqəladə duyğu orqanı ayrılıqda elə bir möcüzədir.

Köpek

İtlər havadan tənəffüs etmək üçün də burunlarından istifadə edərlər. Hava buradan keçərkən süzülər, isidilər, nəmləndirilər və oradan da ciyərlərə dolarlar. Bu sevimli canlılar insanlarda olduğu kimi bədən temperaturlarını nizamlamaq üçün tərləməzlər, çünki bədənlərində tər vəziləri yoxdur. Temperaturlarını tənəffüs sistemləriylə nizamlayarlar. İtlərin bədənlərindəki tüklər isə çöldən gələn istiliyin dəri ilə təmasının qarşısını alar. Havanın temperaturunun artmasıyla itlərin bədən temperaturları da artar. Bədən temperaturu artan itlər meydana gələn bu istiliyi dillərini çıxararaq bədənlərindən kənarlaşdırarlar. Beləcə, isti günlərdə qalın tüklərinə baxmayaraq tərləməzlər. Allah onlara elə mükəmməl bir sistem vermişdir ki, insanların yarım saat hərəkət edincə dərhal tərləməsinə baxmayaraq, saatlarla heç dayanmadan qaçan itlər yenə də tərləməzlər. Artıq bunları bildiyinizə görə, isti havalarda dilləri çölə sallanmış itlər gördüyünüzdə onlar üçün kədərlənməyinizə gərək olmadığını da anladınız, deyilmi?

Köpek

Siz də gördüyünüz itləri düşünsəniz dərhal xatırlayacaqsınız, itlərin bədənləri həmişə yumşaq və parlaqdır. Məhz, onların dərilərinə bu yumşaqlığı və parlaqlığı verən dərilərində çox bol olan yağ vəziləridir.

Bir də, itlərin bədənlərində bizdə olmayan bəzi xüsusi sistemləri var. Bu sistemlər sayəsində heyvanın yeriyərkən həmişə yerə sürtünən pəncələri qıcıqlanmaz və çatlayıb qabarmaz. Gördüyünüz kimi, Rəbbimiz yaratdığı bu canlının ən kiçik bir problemini belə onun üçün yaratdığı bir qoruma mexanizmi ilə həll etmişdir. Rəbbimiz hər şeyi bir-biriylə uyğunluq içində yaradandır. Bu nümunədə də gördüyümüz kimi Allah hər canlını ehtiyacı olan xüsusiyyətlərlə təchiz etmişdir. Belə nümunələr bizi düşünməyə və Rəbbimizin yaratmasındakı sənəti dərk etməyə istiqamətləndirər.

 

4 / total 36
"Harun Yəhyanın Heyvanlar Aləmi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net