< <
6 / total: 36

Vəfali Dostumuz: Atlar

İtlərdən sonra ən sadiq dostlarımızın atlar olduğunu bilirdinizmi? Əhliləşdirilmiş atlar sahiblərini heç vaxt tərk etməzlər.

25-dən çox növü olan bu sadiq dostlarımız heç yorulmadan bizi kilometrlərlə uzağa apara bilərlər. Atlar tarix boyu insana ən çox köməkçi olmuş heyvanlardır.

Bu gün küçələrdə minlərlə avtomobil və bu avtomobillər üçün salınmış yollar var. Halbuki, bu avtomobillər ancaq son əsrdə insanlara xidmət etməyə başlamışlar. Sizin babanızın babasının doğulduğu illərdə heç kim avtomobilin nə olduğunu bilmirdi. O tarixdə nəqliyyat və yük daşıma işləri heyvanlar, xüsusilə də, atların hesabına edilirdi.

Yaxşı, atların yaşının kəsici dişlərinin aşınıb köhnəlməsinə görə təyin edildiyini bilirdinizmi? Atların yediyi ot, qumlu və tozlu olduğu üçün dişləri zamanla aşınar. Ancaq Allah atların dişlərini çox uzun yaratmışdır. Bu dişlər çənə sümüyünə çox dərin şəkildə basdırılan uzun boru halındadır. Yəni dişlərin kökü bizimkilərə nisbətən daha çox dərindədir. Diş aşındıqca sümüyün içindəki hissə çölə çıxar. Hətta yaşlı atlarda dişlərin kökü diş ətinin səthinə çatır. Hər bir diş yemək yemə qabiliyyətini itirmədən 2.5-5 sm aşına bilər. Bax, elə biz də bu aşınmanın miqdarına görə atların yaşını hesablaya bilərik. Düşünürsünüzmü ki, əgər Rəbbimiz atlara belə bir xüsusiyyət verməsəydi bu heyvanlar qısa müddətdə dişlərini itirib aclıqdan ölərdilər?...

At

Rəbbimiz atın tüklərinə də çox əhəmiyyətli bir xüsusiyyət vermişdir. Atların tükləri bədən temperaturlarının nizamlanması üçün termostat, yəni istilik nizamlayıcısı funksiyası yerinə yetirir. Bədənləri həmişə 38 dərəcə istilikdə olmalıdır. Bu temperaturun qorunması üçün soyuq qış günlərində atın tükləri uzanar, isti mövsümlərdə isə tökülər və bədən temperaturunun sabit qalmasını təmin edər.

Budur, sizə maraqlı bir xüsusiyyət daha: atlar ayaqüstə yatarlar! Yaxşı, nə üçün yatarkən yerə heç yıxılmazlar, bunu bilirsinizmi? Çünki, ayaq sümüklərinin kilidlənmək xüsusiyyəti var. Rəbbimizin verdiyi bu xüsusiyyət sayəsində atlar həm ayaqüstə yata bilər, həm də çox ağır yükləri daşıya bilərlər. Halbuki, insanlar oturduqları yerdə yuxuya getdikləri zaman belə başlarının çiyinlərinə düşməsinin qarşısını ala bilməzlər.

Atların ayaqları təkcə ağır yükləri daşıya bilmələri üçün deyil, eyni zamanda da sürətli qaça bilmələri üçün xüsusi yaradılmışdır. Atlarda da digər heyvanlarda olduğu kimi körpücük sümüyü yoxdur. Bu da onların daha böyük addım ata bilmələrinə şərait yarardar. Bundan başqa, atların ayaqlarının sürətləndikcə sərf etdikləri qüvvəni aşağı salan və buna baxmayaraq hərəkət edə bilmə qabiliyyətlərini artıran bir sümük-əzələ mexanizmi var. Bu mexanizmin işini avtomobillərdəki çarx sisteminə bənzədə bilərik. Sürətlənən bir avtomobilin çarxını böyütməsi kimi atlar da sürətləndikcə sanki çarxını böyüdərlər. Bunun sayəsində itələmə üçün sərf olunan güc azaldılarkən, hərəkət qabiliyyəti artar.

At

Yaxşı, atların bədənləri nə üçün çox ağır yükləri daşımaları və çox sürətli qaça bilmələri üçün dizayn edilmişdir? Normalda ağır yük daşımaq və sürətli qaçmaq qabiliyyətinə sahib olmaq atın çox ehtiyacı olan xüsusiyyətlər deyil. Elə isə atlar bu xüsusiyyətlərə nə üçün sahibdirlər?

Cavab çox sadədir. Atlara bu qabiliyyətlər özləri üçün deyil, insanlara faydalı ola bilmələri üçün verilmişdir. Yəni atları Allah bu xüsusiyyətləriylə insanlara xidmət etmələri üçün yaratmışdır. Rəbbimiz heyvanları insanlar üçün yaratdığını ayələrində belə bildirmişdir:

Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz. Mal-qaranı axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz. Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir. Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır. (Nəhl surəsi, 5-8)

 

6 / total 36
"Harun Yəhyanın Heyvanlar Aləmi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net