< <
7 / total: 36

Pijamali Atlar: Zebrlər

İnsana ilk baxışda atı xatırladan zebrlərə pijamalı sevimli atlar da deyilə bilər. Zebrlərin boynunun üst hissəsində eynilə atlarda olduğu kimi yal deyilən saçları var. Bədən quruluşları da atlara oxşar şəkildə yaradılmışdır və ən azından onlar qədər sürətli qaçırlar.

Ancaq ikisi arasında görünüş baxımından bir fərq var. Sizin də təxmin etdiyiniz kimi bu fərq, zebrin başından dırnaqlarına qədər bütün bədənini örtən, aydın seçilən lentlərdir. Lent deyib keçməyin, çünki bu səlis xətlər hər zebrdə fərqlidir. Necə ki, barmaq izi hər insanda fərqli olur, onun kimi zebrlərin üzərindəki xətlər də hər birində fərqlidir. Bir zebrin xətləri sanki onun şəxsiyyət vəsiqəsi kimidir. Zebrlərin uzununa xətləri eyni zamanda əhəmiyyətli bir müdafiə olunma vasitəsidir. Birlikdə dayandıqları zaman özlərini ovlamaq istəyən pələng və aslanlar bu xətlərə görə sürünü bütöv bir cisim hesab edərlər. Yəni ovçu heyvanlar zebrləri bir-birindən seçməkdə çətinlik çəkərlər. Bu da zebrlər üçün bir müdafiə olar.

Zebra

Zebrlərin həyatlarında əhəmiyyətli iki şey var, su və ot...

Bəzən ot və su tapa bilmək üçün sürü halında 50 km yol qət edə bilərlər. Lakin axşam təkrar yaşadıqları yerə qayıdarlar. Çünki daha əvvəl başqa heyvanlar üçün də izah etdiyimiz kimi, hər sürü özü üçün təyin etdiyi bir bölgədə yaşayar.

Zebrlərin ən çox xoşladıqları şeyin torpaqla duş qəbul etmək olduğunu bilirdinizmi? Bəli, çox qəribə olasada, doğrudur. Zebrlər torpaq duşunu çox sevərlər. Çünki torpaq duşu üstlərindəki parazit böcəkləri təmizləyər. Zebrlərin bir də onlara yoldaşlıq edən və təmizlənmələrinə kömək edən qonaqları var. Sanitar quşu (Oxpecker) deyilən bu quşlar zebrlərin üzərlərinə qonarlar və zebrlərin xəstəliyə yoluxmasına və qaşınmasına gətirib çıxaran parazit böcəkləri üstlərindən tək-tək dənləyərlər. Gördüyünüz kimi bütün canlıların həyatlarını təşkil edən, idarə edən və bir-birinə köməkçi edən Rəbbimiz heyvanlar aləmində də onları bir-birinə köməkçi olaraq vəzifələndirmişdir.

Zebra

Kiçik zebrlər doğulduqdan yarım saat sonra titrəyərək də olsa qalxıb yeriməyə başlayarlar. Dərhal analarına tərəf gələrək onların südlərini əmərlər. Süd onlar üçün çox faydalıdır. Allahın onlar üçün xüsusi olaraq yaratdığı çəhrayı rəngdəki süd, onları doğulduqları andan etibarən xəstəliklərdən qoruyar. Bununla yanaşı bağırsaqlarının da işləməsini təmin edər...

Allahın qoruması altında olan bütün canlılar kimi zebrlər də özlərinə öyrədilən müdafiə olunma sistemləri sayəsində yaşaya bilərlər. Bu müdafiə olunma sistemlərinin birincisi, Allahın onlara doğuşdan verdiyi görmə, eşitmə və qoxu hiss etmə duyğularının çox həssas olması sayəsində ortaya çıxar. Bu duyğu orqanlarının həssas olması zebrlərin düşmənlərini çox tez sezib, qaçmalarına imkan verər. Qaçmağa başladıqlarında isə inanılmaz bir sürətə çatarlar. İkincisi, sürü yuxuya getdiyində bir və ya iki zebrin baş verəcək təhlükələri sürüdəkilərə əvvəldən xəbər vermək məqsədiylə növbətçi qalmalarıdır.

Zebra

Baxın, zebrlər insanların istifadə etdiyi müdafiə olunma taktikalarına oxşar müdafiə olunma taktikalarıyla hərəkət edərlər. Ancaq bu heyvanların sürülər halında uyğunluq içində yaşamaları və müəyyən bir iş bölgüsü aparmaları qəribədir. Çox aydındır ki, bunu onlara əmr edən, zebrləri yaradan, onları bir yerə yığan, onlara yeməklərini verən Allahdır. Əgər belə olmasaydı, zebrlərin yuxularından imtina etmələrini, gecə boyu növbətçilik edən zebrin bu fədakarlığı nə üçün etdiyini heç kim açıqlaya bilməzdi.

Digər tərəfdən, dünyaya gözlərini yeni açmış bir bala zebr üçün Allahın ona öyrətdiyi müdafiə olunma taktikası çox sadədir. Balanın tək etməli olduğu şey anasının yaxınında olmaqdır. Çünki yeni doğulmuş bir zebrin dünyaya yeni açılmış gözləriylə həm hiyləgər düşmənlərini görməsi, həm də görsə belə titrək ayaqları ilə onlardan qaça bilməsi qeyri-mümkündür. Məhz Allah bu balaya doğulduğu andan böyüyənə qədər anasının yanından ayrılmaması lazım olduğunu ilham etmişdir. Yoxsa zebr balası doğular-doğulmaz özünü düşmənlərin gözlədiyini, bu düşmənlərdən qoruna biləcəyi ən etibarlı yerin anasının yanı olduğunu haradan bilə bilər?

Zebra

Zebrlərin çoxu gizlənəcək çox yer olmayan açıq otlaqlarda yaşayar. Buna görə həyatda qala bilmək üçün çox sürətli hərəkət etmək məcburiyyətindədirlər. Zebrlərin bütün bədən quruluşları bu ehtiyaclarını qarşılayacaq şəkildə yaradılmışdır. Məsələn, ayaqları çox uzundur, güclü əzələləri və həcmi böyük olan ağciyərləri var. Buna görə heç yorulmadan və yavaşlamadan çox uzun məsafələri qaça bilərlər. Zebrlərin sümükləri də, yüngül olmasına baxmayaraq, olduqca güclüdür.

Bundan başqa, zebrlər tez-tez su içmə ehtiyacı hiss edərlər. Suyun olmadığı bölgələrdə isə qoxu bilmə duyğularından istifadə edərək çuxur aça biləcək bir yer taparlar və təmiz suyu ortaya çıxararlar. Hər hansı bir təhlükə anında yetkin zebrlər, sürüdəki balaları qoruya bilmək üçün onları sürünün içinə doğru itələyərlər. Bütün zebr sürüsü qaçarkən balalar daim sürünün daxili hissəsində olar və daha yaxşı qorunmaq üçün analarına yaxın hərəkət edərlər.

 

7 / total 36
"Harun Yəhyanın Heyvanlar Aləmi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net