< <
11 / total: 36

Cepli Kangrular

Heç heyvanda da cib olar?" deyə bilərsiniz. Lakin həqiqətən də kenqurunun qarnında "kisə" deyilən və bala kenqurunun qidalanmasının, qorunmasının və inkişafının təmin edildiyi bir hissə var.

Cibin içindən başını çıxarmış balanın çox sevimli və şəfqət oyandıran bir görünüşü olar. Bu bala o cibə hələ 1 sm ikən anasının bətnini tərk edərək, yəni hələ heç bir orqan inkişafını tamamlamadan, 3 dəqiqəlik bir müddətdə çatar.

Kanguru

Anasının kisəsinin içində dörd fərqli məmə olar. Bu məmələrdən birində qatılığı və istiliyiylə seçilən, onun üçün xüsusi hazırlanmış bir süd var. Digər üç məmədə isə yeni doğulmuş bir körpə üçün deyil, yaşca daha böyük bir bala üçün hazırlanan süd var. Bu bala da bir neçə həftə sonra ilk əmdiyi məməni ötürəcək və yaşına görə olan məməni əmməyə başlayacaq. Bir az daha böyüyüncə isə başqa birinə keçəcək.

Uşaqlar, burada öz-özünüzə verməli olduğunuz bəzi suallar var: Əvvəlcə, 1 sm boyundakı kenquru balası bu dörd məmədən hansını seçəcəyini haradan bilər? Ana kenquru dörd məməsinin hər birinə bu qədər fərqli xüsusiyyətdəki südləri necə yerləşdirmişdir? Üstəlik, yeni doğan balanın əmdiyi süd digər məmələrdən gələn südlərə görə daha istidir. Tərkibində olan qidalar da daha fərqlidir. Yaxşı, ana kenquru bu məmə içindəki südü necə isitmişdir? Hər balanın ehtiyacı olan fərqli qidaları südün içinə necə yerləşdirmişdir?

Kanguru

Əsla unutmayın, bunların heç birini ana kenqurunun özü edə bilməz. Ana kenqurunun kisəsinin içindəki südlərin fərqli olduğundan xəbəri belə yoxdur. Məmələrindən birinin içindəki südün istiliyini hesablaya bilməsi mümkün deyil. Hər südə fərqli xüsusiyyət verməyi isə özü heç bacara bilməz. O hansı südün içində hansı qidanın olduğunu da heç zaman bilə bilməz. O yalnız Allahın ona əmr etdiyi şəkildə yaşayan bir kenqurudur. Balasının ehtiyaclarını da Allah yaratmışdır. Sonsuz şəfqət və mərhəmət sahibi olan Rəbbimiz ən uyğun tərkibli südləri kenquru balaları üçün ən uyğun yerə, yəni analarının qarınına yerləşdirmişdir.

Kenquru balası 6,5 ayı xüsusi kisəsindən heç çıxmadan keçirər. Ardınca təxminən 8 ayı növbəli olaraq həm kisənin içində, həm də çöldə keçirdikdən sonra, artıq həmişə çöldə qalmağa başlayacaq.

Kanguru

Bu vaxt, hələ birinci bala cibdən çıxmadan, ona yeni bir qardaş dırmaşa-dırmaşa gələr. Hər ikisi eyni cibdə və qətiyyən bir-birinə zərər vermədən uzun bir müddət yaşayar. Hər bala öz yaşına uyğun qidalarla zəngin olan südün olduğu məməni əmər. Bəs, hər kenquru özünün əmməsi lazım olan məmənin hansı olduğunu haradan bilər?

Bu sualın cavabı çox aydındır: Allahın ilhamıyla, öyrətməsiylə.

Kenqurular bədənləriylə də olduqca diqqət çəkər; gövdələri 1,5 m, quyruqları isə 1 m-dir. Kenquru ailəsi arxa ayaqlarının böyüklüyü sayəsində 8 metrlik məsafəni bir anda qət edə bilər. Sürətli qaçarkən tarazlıqlarını çox güclü və iri olan quyruqlarıyla təmin edərlər. Yaxşı, sizcə ayaqları təsadüfənmi bu qədər böyükdür? Ya da rahatlıqla sıçramaq üçün çox böyük arxa ayaqlara ehtiyacları olduğunu analarımı hesablamışdır?

Təbii ki, doğru cavab bunların heç biri deyil. Heç bir şey təsadüfən olmamışdır. Hər şeyi canlıların ehtiyaclarına görə yaradan Allah kenqurunu da digər bütün canlıları yaratdığı kimi ən mükəmməl şəkildə yaratmışdır.

 

11 / total 36
"Harun Yəhyanın Heyvanlar Aləmi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net