< <
12 / total: 36

Yatağan Koalalar

Koala dədikdə, ağılımıza evkalipt ağacı deyilən ağacın gövdəsinə qollarını və ayaqlarını sarıyaraq yapışmış boz tüklü, sevimli bir heyvan gəlir. Həqiqətən də koalaların bu görünüşləri çox sevimlidir. İndi fikirləşirsiniz ki, biz niyə koalalara yatağan deyirik. Dərhal söyləyək, koalalar gündə 18 saat yatarlar!

Koala

Koalaların əlləri və ayaqları, ömürlərinin çox böyük qismini evkalipt ağaclarının üzərində keçirmələrinə imkan verəcək şəkildə yaradılmışdır.

Koala uzun bükük qolları, iti pəncələri və ağaca möhkəmcə yapışan əllərinin köməyiylə geniş ağac gövdələrinə sürətlə dırmaşa bilər. Bu heyvanların ön ayaqlarındakı ilk iki barmaqları digər üç dənəsindən ayrıdır. Öz əlimizə bənzətsək, iki dənə baş barmaqlarının olduğunu deyə bilərik. Arxa ayaqlardakı baş barmaqlar da digərlərindən ayrıdır və digər dörd barmaq kimi iti pəncələrə sahib deyil. Digər barmaqlardan fərqli olan bu baş barmaqlar kiçik budaqlara asanlıqla yapışmağı təmin edir. Koalalar pəncələrini ağacların yumşaq və düz gövdələrinə çəngəl kimi batıraraq yapışarlar. Dörd ayaqlarıyla da, eynilə bizim bir çubuqdan yapışdığımız kimi ağac budaqlarından rahatlıqla yapışa bilər və ağac budaqlarına sarılaraq dırmaşa bilərlər. Elə koalanın ağacların üstündə yaşamasını asanlaşdıran quruluş budur.

Koalalar tənbəl hesab edilsə də ağaclar üzərində sürətlə hərəkət edə bilər hətta bir budaqdan digərinə bir metr məsafədə tullana bilərlər. Dişi koala iki ildə bir bala dünyaya gətirər və onu kenquru kimi kisəsində gəzdirər.

Koala

Bala ilk aylarda anasının kisəsindən çıxmaz və daha sonra 1 yaşına qədər anasının kürəyində yaşayar. Təbii ki, anası da yenə evkalipt ağacının üzərindədir. Koalaların bu ağacın üzərində yaşamalarının səbəbi, onun yarpaqlarını yeyərək qidalanmalarıdır. Onsuz da, buna görədir ki, koalalara ancaq tək bir qitədə, evkalipt ağacının geniş şəkildə yayıldığı Avstraliya qitəsində rast gəlirik.

Avstraliyada Evkalipt ağacının 600-dən çox növü olmasına baxmayaraq, koalalar bunların yalnız 35-ə yaxınından istifadə edərlər. Evkalipt ağacı bir koala üçün təkcə sığınacaq yeri deyil, eyni zamanda əhəmiyyətli bir qida qaynağıdır. Hətta evkalipt yarpaqlarının koalanın yeganə qidası olduğunu demək səhv olmaz.

Digər tərəfdən, koalaların bir çox fərqli növü var. Bu növlərin hər biri fərqli bir evkalipt yarpağı ilə qidalanır. Əgər bir koalanı götürüb başqa bir yerə aparsanız özünüzlə onun yediyi evkalipt yarpağını da götürməlisiniz. Yarpaqlarının ləzzətindən başqa bu heyvanların evkalipt ağacından çox az enmələrinin bir səbəbi də yerdə yeriyərkən çox çətinlik çəkmələridir.

Koala

Bu evkalipt ağacı, əslində bildiyimiz nanə şəkərinin hazırlandığı ağacdır. Yarpaqlarında fərqli kimyəvi maddələr var. Bu maddələr koaladan başqa bütün heyvanlar üçün zəhərli və təhlükəlidir. Başqaları üçün zəhərli olan bu yarpaqları koala udmadan əvvəl dişləriylə üyüdər. Yarpaqdakı zərərli maddə koalanın bədənində, qaraciyərdə təmizlənər və bədənindən çölə xaric olunar. Digər canlılar üçün zəhərli olan bu yem Allahın diləməsiylə koalaya zərər verməz. Buna görə bir koala hər gün təxminən 1 kq zəhərli yarpağı heç bir problemlə qarşılaşmadan yeyə bilər. Həmçinin, koalalar ehtiyacları olan suyun böyük bir qismini də evkalipt yarpaqlarını yeyərək qəbul edərlər. İlin müəyyən vaxtlarında evkalipt yarpaqlarının üçdə ikisi su saxlayır. Buna görə bir koala yalnız yarpaqları yeyərək, aylarla su içmədən yaşaya bilər. Evkalipt ağaclarının təpələri olduqca küləklidir. Buna görə koalaların isti qala bilmələri üçün kürəklərində çox qalın bir kürkləri var.

Zəhərli bir bitki ilə bir heyvan arasındakı bu uyğunluq bizə koalaların və evkaliptlərin eyni Yaradıcı tərəfindən yaradıldıqlarını göstərir. Yaratdığı hər şeyi qüsursuz edən bu Yaradan, heç şübhəsiz ki, bütün aləmlərin Rəbbi olan Allahdır.

 

12 / total 36
"Harun Yəhyanın Heyvanlar Aləmi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net