< <
16 / total: 36

Maskali Pandalar

Panda yavrusu

Nəhəng bir oyuncağa bənzəyən bu heyvanları hamınız görmüsünüz. Bu sevimli heyvanların yalnız bambuk yediyini bilirdinizmi? Məsələn, yetkin bir panda gündə 15 kq bambuk yeyər. Bu da ildə 6 ton bambuk edir. Buna görə günün hər saatı yemək yeyərlər. Görürsüz nə qədər qarınquludurlar?

Pandaların çox maraqlı bir xüsusiyyəti var. İndi öz əlinizə baxın. 5 barmağınız var. Amma pandaların bir barmağı daha var. Hər işi asanlaşdıran Rəbbimi, pandalara altı barmaq verərək yeməklərini möhkəmcə tutmalarını və asanlıqla yemələrini təmin etmişdir.

PandaPandalar həmişə soyuq olan və nəmli mühitlərdə yaşayarlar. Buna görə balalarını mağara kimi yerlərdə dünyaya gətirərlər. Pandaların kiçik və sevimli bir oyuncağa bənzəyən balaları doğulduqlarında kor və dişsiz olar. Ümumiyyətlə, sentyabr ayında doğulan balaların boyları 10 sm-dir və bu körpə pandalar 142 qram ağırlığındadır. Çox tez inkişaf edib böyüyən pandalar doğulduqlarında analarından 800 dəfə daha kiçik olarlar. Hələ doqquz aylıqkən 27 kq olarlar. Halbuki, doğulduqdan sonra bizim 27 kq olmağımız üçün ən az 6 il keçməlidir.

Pandanın digər bir xüsusiyyəti də təcavüzkar olmamasıdır. Tək etdiyi pəncəsi ilə ağacları cırmaqlamaqdır. Bunu da dırnaqlarını təmizləmək və cilalamaq üçün edər. Qaçmaq üçün o böyük bədəniylə ağaclara dırmaşar. Panda çox sakit bir heyvandır, yatarkən ona insanların yaxınlaşdığını hiss etsə belə kefini pozmadan yatmağa davam edər. Yəni bir gün bir pandayla qarşılaşsanız, bu sevimli heyvanı heç çəkinmədən rahatlıqla nəvaziş göstərə bilərsiniz.

Panda
Panda
Panda

 

16 / total 36
"Harun Yəhyanın Heyvanlar Aləmi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net