< <
25 / total: 36

Zərif Qu Quşular

Gömgöy suların üzərində zərif və uzun boyunları, iri gövdələri ilə dümağ qu quşuları qürurlu bir şəkildə asta-asta süzülərlər. Görünüşdəki bu zadəganlıq hər kəsdə onlara heyranlıq oyandırar. Bu qədər gözəl və estetik yaradıldıqları üçün bəzək quşu olaraq tanınarlar.

Kuğu

“Çirkin ördək balası” nağılını, bəlkə də, eşitmisiniz. Bu nağılda izah edildiyi kimi qu quşu balaları yumurtadan çıxdıqlarında çox çirkin olarlar. Qəhvə rəngi, ya da krem rəngindədirlər. Qısa boyunlu və sıx tüklərlə örtülü olaraq yumurtadan çıxan balalar bir neçə saat ərzində qaça biləcək və üzə biləcək vəziyyətə gələrlər. Ana və ataları balalarına bir neçə ay ərzində diqqətlə baxarlar. Sonda çirkin bala möhtəşəm bir qu quşuna çevrilər. Bu balaların bu qədər qısa müddətdə üzə bilmələri və dəyişərək çox gözəl bir görünüş qazanmaları ancaq Rəbbimizin yaratma sənətindəki mükəmməllik sayəsində olar. Bir ayədə bildirildiyi kimi Allah “yaratdığı hər şeyi ən gözəl şəkildə yaratmış” olandır. (Səcdə surəsi, 7)

Qu quşuların “trumpeter” adı verilən bir növü inkişaf etməkdə olan yumurtalarının isti qalmalarını təmin etmək üçün yumurtaların üzərinə oturarlar. Yalnız bəzən ayağa qalxaraq yumurtaları çevirərlər. Beləcə, istiliyin hər yerə bərabər paylanmasını təmin etmiş olarlar. Şübhəsiz ki, yumurtalarının necə bir qayğıya ehtiyacları olacağını qu quşulara ilham edən Allahdır.

Kuğu yavrusu

Qu quşular Allahın onlara verdiyi qabiliyyət sayəsində həm su üstündə, həm də havada ən sürətli gedən su quşlarıdır. Suda quruya nisbətən daha rahat yaşayan qu quşuları pərdəli ayaqları sayəsində çox sürətli üzərlər.

Havalar soyuduqda uçaraq köç edən qu quşuları çox hündürdən və çarpaz bir xətt şəklində düzülərək uçarlar. Bu vaxt qarşılaşdıqları güclü külək axınını yarmaq üçün "V" formasında irəliləyərlər. Bu ağıllı üsul daha sürətli uçmalarını və yol boyunca yorulmadan irəliləmələrini təmin edər. Təbii ki, müasir bir fizika məlumatı tələb edən bu üsulu qu quşuların özlərinin kəşf etməsi qeyri-mümkündür. Hər şeyi bilən Allah onlara bu şəkildə uçmalarını ilham etdiyi üçün belə uçarlar.

Məgər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (Mülk surəsi, 19)

Kuğu

Qu quşular bataqlıqların, dərələrin, göllərin dibində tapdıqları bitkilərlə qidalanarlar. Uzun boyunları qidalara çatmalarını asanlaşdırar. Ördəklər kimi suya dala bilərlər və qısa dalışlarında heç bir çətinliklə qarşılaşmazlar. Qu quşuların bitkiləri qoparmasının faydalı bir istiqaməti də vardır: Bəzi bitkilər torpaq qabardıldıqca böyüyərlər və yetkinləşərlər. Elə qu quşu yemək tapmaq üçün dibi qarışdırdıqca bitki örtüyünün inkişafını təmin edər. Beləliklə, özlərindən sonra yaşayacaq heyvanlar üçün bol-bol bitki yetişməsinə səbəb olarlar. Rəbbimiz, beləliklə, qu quşularını vasitəçi edərək bitki örtüyünün inkişafını təmin edər.

Kuğu

 

25 / total 36
"Harun Yəhyanın Heyvanlar Aləmi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net