< <
26 / total: 36

Dəvəquşulari
(O Qədər Böyükdür ki, Uça Bilmir!)

Dəvəquşular dünyadakı ən böyük quşlardır. Boyları bizim boyumuzdan daha uzundur. Bir dəvəquşu təxminən 2.5 metr uzunluğunda və təxminən 120 kq ağırlığındadır.

Devekuşu

Orta Afrikada qruplar halında yaşayan bu quşlar uçma qabiliyyətinə sahib deyillər. Amma Allah onlara düşmənlərindən xilas olmaları üçün başqa bir xüsusiyyət vermişdir. Uzun ayaqları ilə çox sürətli qaçarlar, o qədər sürətlidirlər ki, heç bir insan qaçaraq onlara çata bilməz. Dəvəquşu heyvanlar aləmindəki ən sürətli qaçan iki ayaqlı heyvandır və 1 saatda təxminən 70 kilometrlik bir sürətə çata bilir. Və indi sizə çox maraqlı bir şey söyləyək:

Dəvəquşunun hər bir ayağında yalnız iki barmağı var, bilirsinizmi? Üstəlik, bu barmaqların biri digərindən daha böyükdür və dəvəquşular yalnız bu böyük barmaqlarının üzərində qaçarlar.

Həmçinin, dəvəquşular sürətli qaçmalarını təmin edən uzun ayaqları sayəsində mahir bir döyüşçüdürlər. Ayaqlarıyla təpik atarlar və pəncələriylə düşmənlərinə qarşı özlərini rahatlıqla müdafiə edərlər.

Devekuşu

Dünyanın bu ən böyük quşunun yumurtası da quş yumurtalarının ən böyük olanıdır. Bu nəhəng yumurtalar üçün qumda geniş bir çuxur qazar və bütün yumurtaları bura qoyar. Lakin 10-12 dənə yumurtladıqlarında çuxurun böyüklüyünü də ona görə nizamlamalıdırlar. Əgər dəvəquşu çuxuru qumda yox, torpaqda qazsaydı, bu çox zaman alardı və quşun daha çox enerji sərf etməsinə səbəb olardı. Həqiqətən, də qumun daşınması torpağa görə daha asandır. Qumu əlinizlə belə eşələyə bilirsiniz, lakin torpaq üçün heç olmasa bir bel lazımdır. Elə bu səbəblə, Allahın ilhamıyla hərəkət edən dəvəquşular qazmaq üçün torpağı yox, ən az əmək sərf etdikləri qumu seçərlər. Sonra da yumurtaların üzərini asanlıqla yenə qumla örtərlər.

Dəvəquşular haqqındakı bir başqa maraqlı məlumat da sürüdəki bütün yumurtaları qorumağı tək bir dişinin boynuna götürməsidir. Ancaq yuva müəyyən sayda balanı saxlaya bildiyi üçün bu dişi üstünlüyü öz yumurtalarına verəcək. Dəvəquşular öz yumurtalarını qabıqların üzərindəki hava dəlikləri sayəsində ayırd edərlər.

Devekuşu

Yumurtadan çıxan balalar zəif və gücsüzdür. Hər an yırtıcı bir quşa yem ola bilərlər. Ancaq balalar bir təhlükə ilə qarşılaşdıqlarında özlərini qorumaq üçün yerə sərilərək ölmüş təqlidi edərlər. Bu şəkildə, düşmənləri onların ölü olduğunu düşünərək onlara hücum etməz. Bu təqlidi bütün balalar eyni şəkildə tətbiq edər.

Hələ dünyaya yeni gələn bir quşun bunu düşünməsi və ya öyrənməsi qeyri-mümkündür! Yaxşı, onda necə olar ki, bir quş doğular-doğulmaz sanki bir aktyor kimi belə bir rol oynamaq qabiliyyətinə sahib ola bilər? Cavab çox aydındır. Allah "Rəb" yəni öyrədən, təlimləndirən sifətiylə başqa heç bir müdafiəsi olmayan bu balalara belə təsirli bir qorunma üsulunu öyrətmişdir.

 

26 / total 36
"Harun Yəhyanın Heyvanlar Aləmi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net