< <
31 / total: 36

Dənizlərin Sakinləri: Baliqlar

Yaşadığımız ev, təhsil aldığımız məktəb, üzərində yeridiyimiz səki, içində oynadığımız parklar, tənəffüs etdiyimiz hava hamısı bizim dünyamıza aid varlıqlardır. Bu dünyada quşlar, insanlar, ağaclar, bitkilər, heyvanlar var. Halbuki, bizim çox görmədiyimiz, yalnız varlığını bildiyimiz və əsasən televiziyadan izlədiyimiz bir dünya daha var. Bu dünyanın içində də özünə xas heyvanlar və bitkilər yaşayır. Onlar da bizim dünyamızın necə bir yer olduğunu bilməzlər. Biz onların dünyasında yaşaya bilmərik, onlar da bizim dünyamızda yaşaya bilməzlər. Hətta o dünyada nəfəs almağımız belə qeyri-mümkündür.

Balık

Bəli, bəhs etdiyimiz dünya balıqların yaşadıqları sualtı dünyadır. Unutmayacağımız önəmli bir şey var. Sualtı dünyada yalnız balıqlar yaşamaz. Sürünənləri, böcəkləri, bitkiləri saxlayan sualtı dünya milyonlarla növ canlıya ev sahibliyi edir. Bu dünyada yaşayan canlılar da özlərinə xas üsullarla qidalanar, nəfəs alar və yatarlar.

Balıqların tənəffüs sistemləri bütün canlılardan fərqlidir. Balıqlar bizdəki burunların əvəzinə nəfəs almaq üçün qəlsəmələrə sahibdirlər. Bunlarla suyun içindəki oksigendən istifadə edə bilərlər. Davamlı olaraq ağızdan qəbul edilən su qəlsəmə yaylarının üstündən arxaya doğru keçər. Qəlsəmədəki kapilyar damarlar sudakı həll olmuş oksigeni qəbul edib, bədəndəki karbon 4 oksidi suya buraxarlar. Balıqların əksəriyyətində burun dəlikləri var, amma bunlar tənəffüs etmək üçün istifadə edilməz. Burun dəlikləri kiçik kisəciklərə açılar və balıq bunlara dolan sudan qoxunu alarlar. Məsələn, köpəkbalıqları ovlarını qoxularından tapar.

Həmçinin, balıqlarda insanlardakı kimi göz qapaqları yoxdur. Balıqlar dünyaya gözlərinin üstünü örtən şəffaf bir örtük arxasından baxarlar. Bu pərdə dalğıcların sualtı eynəklərini xatırladar. Çox vaxt olduqca yaxındakı obyektləri görməli olduqlarından balıqların gözləri də bu ehtiyaca görə yaradılmışdır. Girdə və sərt olan quruluşları yaxın planı görməyə görə nizamlanmışdır. Uzağa baxmaq istədiyində isə, bütün linza sistemi gözün içindəki xüsusi bir əzələ mexanizmiylə arxaya doğru çəkilər.

Balık

Balıqlar ətraflarındakı dünyanı iyləmə, eşitmə, toxunma və dadma kimi beş əsas duyğuları ilə yanaşı “yan” xətləriylə də hiss edirlər. Bu xətlər boyunca uzanan həssas sinir hüceyrələri yanından keçdikləri cismin böyüklüyünü və istiqamətini hiss edərlər. Kor olan mağara balıqları qaranlıqda, beləliklə, asanlıqla hərəkət edə bilər. Bu sistem bir növ dənizaltı radarı ya da digər adıyla “sonar”dır.

Həmçinin, bir çox balıq növünün qarın boşluğunda incə uzun, şara bənzər, içi hava ilə dolu bir kisəcik vardır. Bu kisəciyin sayəsində suyun içində tarazlıqlarını qoruyarlar.

Denizaltı

Allahın diləməsiylə növbənöv yaradılmış balıqlar gözəl rəngləri, formaları və hərəkətləriylə insanları heyrətə salır. Bir çox balıqda görünən canlı və parlaq rəngləri digər heyvanlarda tapmaq çətindir.

Bura qədər izah etdiklərimizi bəlkə də bilirdiniz. Ancaq balıqlarla əlaqədar çox təəccüblənəcəyiniz bir incəlik daha var.

Balıqlar üzərlərində yaşayan parazitlərindən təmizlənmək üçün çox vaxt özlərindən daha kiçik təmizləyici balıqlara ehtiyac duyarlar. Bu təmizləyici balıqlar rahat və qorxusuz bir şəkildə bəzən özlərindən çox böyük bir balığın ağzına girərlər. Bu balığın dişlərini və qəlsəmələrini təmizləyər, bunun sayəsində öz qarınlarını da doyurmuş olarlar. Böyük balıqlar da təmizlənmələrinə köməkçi olan bu balıqlara heç bir zərər verməzlər.

Denizaltı

Bəs, təmizləyici balıqlar ağızlarına girdikləri böyük balıqların özlərini bir anda udmayacağından necə əmin olarlar? Ağızlarını təmizlədikləri böyük balıqların özlərinə heç zərər verməyəcəyini haradan bilərlər? Sanki qarşılıqlı bir razılaşmaları varmış kimi onlara necə güvənə bilərlər? Razılaşmaları olsa belə işləri bitdiyində böyük balığın razılaşmanı pozub onları yeməyəcəyi haqqında nə zəmanətləri var?

Bəli, təmizləyici balıqlar bu təhlükələrin heç birindən əmin ola bilməzlər. Ancaq Rəbbimiz hər iki balığa da bir-birlərindən qarşılıqlı faydalanmağı ilham etdiyi üçün nə böyük balıq təmizləyici balığa zərər verər, nə də təmizləyici balıq böyük balıqdan çəkinib qorxar. Böyük balıq təmizlənər, kiçik balıq isə təmizlədiyi parazitlərlə qarnını doyurar. Allahın onlara olan ilhamı nəticəsində hər ikisi də böyük bir uyğunlaşma və qarşılıqlı yardımla həyatlarını davam etdirərlər.

 

31 / total 36
"Harun Yəhyanın Heyvanlar Aləmi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net