Hz. İsa (ə.s) Gələcək

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
2 / total: 10

Allah Qatındakı Din İslamdır

Tarix boyu müxtəlif qövmlərə peyğəmbərlər göndərilmişdir. Allahın elçiləri, göndərildikləri qövmləri doğru yola dəvət etmiş və onlara haqq dini təbliğ etmişdirlər. Bəzi insanlar isə, keçmişdə elçilərlə birlikdə bir-birindən fərqli bir çox dinin göndərildiyini düşünürlər. Halbuki bu olduqca yanlış bir düşüncədir. Çünki Allahın müxtəlif dövrlərdə müxtəlif qövmlərə göndərdiyi din əslində təkdir. Məsələn, hz. İsa (ə.s)-a vəhy edilən dinlə, ondan əvvəlki dinin bəzi qadağaları aradan qaldırılmışdır. Lakin təməldə Allahın göndərdiyi dinlər arasında çox böyük fərqlər yoxdur. Keçmiş peyğəmbərlərə göndərilən də, hz. Musaya, hz. İsa (ə.s)-a vəhy edilən də və son peyğəmbər olan hz. Məhəmməd (s.ə.v)-ə endirilən də, Allah qatında haqq olan tək dindir. Bu həqiqəti xəbər verən ayələrdə belə buyurulur:

De: “Biz Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil edilənlərə, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birinin arasında fərq qoymuruq. Biz təkcə Ona təslim olanlarıq!” İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. (Ali İmran surəsi, 84, 85)

Ayədə bildirildiyi kimi, Allahın insanlara göndərdiyi haqq din, əlbəttə ki, İslamdır. Quran ayələrində bildirildiyi kimi, bütün peyğəmbərlər ortaq bir dini qövmlərinə təbliğ ediblər. Başqa bir ayədə isə: "...bir din olaraq sizin üçün İslamı bəyənib seçdim..." deyə buyurulur (Maidə surəsi, 3). Allah Öz qatında seçib bəyəndiyi bu dini zamanla bütün qövmlərə göndərmiş və elçiləri vasitəsilə bütün insanları xəbərdar etmişdir. Haqq dinin təbliğ edildiyi hər insan, Allahın elçiləri vasitəsilə dəvət etdiyi bu dinə tabe olmaqla məsul tutulmuşdur. Lakin özlərinə haqq dini təbliğ edən elçilər gəldikdə bəzi qövmlər onlara tabe olmuş, bəziləri isə inkar etmişdirlər. Bəziləri də, peyğəmbərin ölümündən bir müddət sonra degenerasiyaya uğramış və haqq dini tərk edərək bəzi azğın inanclara üz tutmuşdurlar. Bu həqiqət Quranda belə bildirilir:

Həqiqətən, Allah qatındakı din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı həsəd və haqqa baş qaldırmaq üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir. (Ali İmran surəsi, 19)

Haqq dini tərk edib uzaqlaşdığı bildirilən qövmlərdən biri də bəzi İsrail oğullarıdır. Allah İsrail oğullarına çox peyğəmbər göndərmiş və peyğəmbərləri onlara haqq dini təbliğ etmişdir. Lakin bəziləri hər dəfə peyğəmbərə baş qaldırmış və ya peyğəmbərin vəfatından sonra haqq dini təhrif edib, azğın inanca döndərmişdirlər. Hətta Quranda hz. Musa hələ həyatda olarkən, aralarından qısa müddət üçün ayrıldığı vaxt belə, İsrailoğullarının bir hissəsinin bütlərə tapınmağa üz tutduqları bildirilmişdir (Taha surəsi, 83-94). Allah, hz. Musadan sonra da haqq dindən uzaqlaşıb azğın yola daxil olan İsrail oğullarını xəbərdar edib qorxutması üçün, müxtəlif peyğəmbərlər göndərmişdir. Bunlardan biri də hz. İsa (ə.s)-dır.

Hz. İsa (ə.s), həyatı boyu İsrail oğullarını və içində olduğu cəmiyyəti, Allahın endirdiyi dinin əslini yaşamağa və səmimi qul olmağa dəvət etmişdir. Onlara, təhrif edilmiş Tövratın həqiqi hökmlərini təsdiqləyən İncili öyrətmişdir. Haqq dini əlləriylə yazıb təhrif etmiş bəzi hahamların, qəlibləşmiş və yeknəsəq batil təlimlərini tənqid etmişdir. Bəzilərinin mənfəət əldə etmək üçün, dinə daxil etdikləri yanlış qanunları ortadan qaldırmışdır. Bütün insanları tövhid inancına, səmimiyyətə və gözəl əxlaqı yaşamağa dəvət etmişdir. Bu həqiqəti Allah Quranda bizə belə bildirir:

Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün, Rəbbinizdən bir əlamət gətirdim. Artıq Allahdan qorxun və mənə itaət edin. (Ali İmran surəsi, 50)

Lakin hz. İsa (ə.s)-ın dünyadan ayrılmasından bir müddət sonra, bu dəfə onu qəbul edən İsəvilərin bir hissəsi dinlərini təhrif etməyə başlamış və bəzi bütpərəst inanclardan təsirlənərək əsil İncildə qeyd olunmadığı halda, "təslis" (Ata, Oğul və Müqəddəs Ruh) (Allahı tənzih edirik) azğınlığını ortaya atmış və "xristianlıq" adı altında, tam fərqli bir din yaşamağa başlamışdırlar. Hər nə qədər içində haqq dinin qorunmuş bəzi inanc və tətbiqləri olsa da, hz. İsa (ə.s)-a vəhy edilən din, özündən sonra bəzi insanlar tərəfindən təhrif edilmişdir. Bu gün əlimizə çatan İncillər isə, hz. İsa (ə.s)-dan çox uzun illər sonra kimliyi naməlum insanlar tərəfindən yazılmış və sonrakı dövrlərdə yaşamış tarixçilər tərəfindən toplanmışdır. Dolayısilə xristianlıq, Allahın hz. İsa (ə.s)-a endirdiyi haqq dindən böyük ölçüdə uzaqlaşmışdır.

Allah, hz. İsa (ə.s)-dan sonra haqq dini yenidən bütün dünyaya təbliğ etməsi üçün, başqa bir qövm arasından bir peyğəmbər göndərmiş və ona qiyamətə qədər əsla dəyişilməyəcəyini vəd etdiyi haqq kitabı nazil etmişdir. Allahın insanlar üçün seçib bəyəndiyi dini yer üzünə təbliğ etmək üçün göndərdiyi bu son peyğəmbər hz. Məhəmməd (s.ə.v), ona vəhy etdiyi kitab isə Qurandır. Quran bütün insanlara göndərilmiş, şərqdən-qərbə, şimaldan-cənuba bütün ölkələrdəki insanların məsul olduğu və haqq-hesab günü sorğu-sual ediləcəkləri kitabdır. Xüsusilə hazırkı dövrdə inkişaf edən texnologiya ilə bütün dünya ölkələri birləşmiş və müəyyən mənada tək bir qövmə çevrilmişdirlər. Buna görə də, bu gün yer üzündə Quranın varlığından xəbərdar olmayan, onunla bildirilən İslamı tanımayan insan demək olar ki, yoxdur. Lakin bütün bunlara baxmayaraq, insanların yalnız müəyyən hissəsi Qurana iman gətirir.

Məhz xristianların içində olduğu bu ziddiyyətli vəziyyətin düzəldilməsi üçün, hz. İsa (ə.s)-ın dünyaya bir daha gəlməsi və insanları haqq kitab olan Qurana dəvət etməsi Qurani Kərimdə xəbər verilən, hədislərdə ətraflı şəkildə bildirilən bir müjdədir. Hz. İsa (ə.s), kitabın irəliləyən hissələrdə də görüləcəyi kimi, Allah qatına ölmədən yüksəldilmişdir. Həmçinin müəyyən vaxtdan sonra təkrar gələrək, hədislərdə təsvir edildiyi kimi, hz. Mehdi (ə.s)-la birlikdə, İslam əxlaqını yer üzünə hakim edəcək. Bütün xristian və müsəlman aləmi, əsrlərdir ki, bu müqəddəs qonağı ən gözəl şəkildə qarşılamaq və onun üstün əxlaqına layiq ola bilmək üçün hazırlıq görür.

 

2 / total 10
"Harun Yəhyanın Hz. İsa (ə.s) Gələcək kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net