Hz. İsa (ə.s) Gələcək

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
7 / total: 10

Risale-i Nurda Hz. İsa (ə.s)-ın İkinci Dəfə Yer Üzünə Gəlməsi

Hicri 13-cü əsrin mücəddidi kimi qəbul edilən böyük İslam alimi Bədiüzzaman Səid Nursi Risale-i Nur külliyyatında hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlməsiylə əlaqədar mühüm açıqlamalar vermişdir. Ayələr və hədislər əsasında, hz. İsa (ə.s)-ın Axırzamanda yenidən dünyaya gələcəyini, xristianları batil inanc və tətbiqlərindən təmizləyərək haqq din əxlaqına dəvət edəcəyini, bu dövrdə hz. İsa (ə.s)-a itaət edən səmimi İsəvilərlə müsəlmanların ittifaq yaradacaqlarını, hz. İsa (ə.s)-ın hz. Mehdi (ə.s)-la birlikdə İslam əxlaqının yer üzünə hakim olmasına vəsilə olacağını qeyd etmişdir.

Lakin Bədiüzzamanın bu açıqlamaları bəzən yanlış başa düşülərək yanlış şərh olunur. Xüsusilə Bədiüzzamanın hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın "şəxs-i mənəviləri"ndən bəhs etdiyi sözlərindən, hz. İsa (ə.s)-ın mübarək şəxsinin gəlməyəcəyi kimi yanlış bir məna çıxardılır. Halbuki Bədiüzzamanın sözləri belə məna daşımır. Risale-i Nurun bir çox fərqli yerində açıqca ifadə edildiyi kimi, Bədiüzzaman hz. İsanın şəxsinin Axırzamanda ikinci dəfə yer üzünə gələcəyini söyləmişdir.

Necə ki, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın mənəvi bir şəxs, ruh və ya xəyal kimi görünməz bir güc olaraq xarakterizə olunması, Quran ayələrində bildirilən Allahın qanunu ilə tamamilə ziddiyyət təşkil edir. Tarix boyu heç bir elçi və ya peyğəmbər, şəxs-i mənəvi kimi gəlməmişdir.

Quranda müxtəlif cəmiyyətlərə göndərilən elçilər, nəbilər və rəsulların həyatları, mübarizələri və təbliğləri haqqında bir çox məlumat verilmişdir. Həyatlarının sonuna qədər göndərildikləri qövmləri haqq dinə dəvət etmiş, onları Allahın əzabına qarşı xəbərdar edib qorxutmuş və iman gətirənləri cənnətlə müjdələmişdirlər. Yaşadıqları cəmiyyətlərdəki inkarçıların təzyiqlərinə, qurduqları tələlərə və haqq dinə istiqamətli mübarizələrinə səbir və təvəkkül göstərməklə etiraz etmiş, onları Allahın razı olacağı əxlaqı yaşamağa dəvət etmişdirlər. Bütün bu məlumatlar bizə, tarix boyu heç bir elçi, nəbi və ya rəsulun mənəvi şəxs kimi göndərilmədiyini, bütün elçilərin fərd kimi gəldiklərini göstərir.

Əsrlərdir davam edən bu adətullah (Allahın qanunu), bütün İslam tarixində olduğu kimi, Axırzamanda gələcək hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) üçün də hakimdir. Lakin, əlbəttə ki, bütün peyğəmbərlər və elçilərin olduğu kimi, hz. İsa (ə.s.) və hz. Mehdi (ə.s)-ın da özlərindən ayrı surətdə şəxs-i mənəviləri də olacaq. Quranda, göndərilmiş bütün peyğəmbərlər və elçilərin ətrafında, onlara iman gətirən və onların göstərdikləri haqq yolla gedən müəyyən cəmiyyət olduğu xəbər verilmişdir. Elçilərə iman gətirən bu insanlar və onların elçiləriylə birlikdə apardıqları bütün fəaliyyətlər, bu elçilərin şəxs-i mənəvilərini meydana gətirər.

Quranda peyğəmbərlərin həyatlarından bəhs edən hekayələrdə bu vəziyyət açıqca görünür. Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in səhabələri, onun şəxs-i mənəvisini meydana gətirmişdir. Lakin bu, Peyğəmbərimiz (s.ə.v)-in varlığı şərti ilə meydana gəlmişdir. Bu vəziyyət Axırzamanda da dəyişməyəcək, Bədiüzzamanın da dilə gətirdiyi kimi, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) yanlarındakı möminlərin başında bilavasitə hidayət öndəri kimi çıxış edəcəklər.

Dolayısilə Bədiüzzaman Səid Nursi də "şəxs-i mənəvi" terminindən istifadə edərkən Quranda bildirilən adətullahda olduğu şəkildə istifadə etmişdir. Necə ki, Bədiüzzaman Səid Nursi də öz tələbələri və əsərləri üçün şəxs-i mənəvi ifadəsindən istifadə etdiyi halda, bu şəxs-i mənəvinin başında yenə özü olmuşdur.

Risale-i Nurun şəxs-i mənəvisinə, əsərlərlə onun ardınca gedən tələbələr də daxildir, lakin Nur hərəkatının öndəri Bədiüzzaman da bu ifadədən ayrı tutula bilməz.

Risale-i Nurda hz. İsa (ə.s)-ın ikinci dəfə gəlməsiylə əlaqəli şərhlər araşdırıldıqda bu həqiqət daha yaxşı aydın olacaq:

1) Bir vəchi (səbəbi) budur: SEHR, HİPNOZ VƏ SPİRİTİZM KİMİ İSTİDRACI MÖCÜZƏLƏRİYLƏ (hipnoz və ruhlarla əlaqə tərzindəki saxta möcüzələriylə) ÖZÜNÜ MÜHAFİZƏ EDƏN VƏ HƏR KƏSİ TƏSHİR EDƏN (ovsunlayan, aldadan) O DƏHŞƏTLİ DƏCCALI yox edə biləcək, peşəsini dəyişdirəcək; TƏKCƏ XARİQƏ, MUCİZATLI VƏ UMUMUN MƏQBULU (möcüzələri olan və hər kəsin qəbul etdiyi) BİR ŞƏXS OLA BİLƏR Kİ, O ŞƏXS, ən çox əlaqədar və əksər insanların (insanların çox hissəsinin) Peyğəmbəri olan HƏZRƏTİ İSA ƏLEYHİSSALAMDIR. (Şualar, səh. 493)

Bədiüzzaman, Axırzamanda ortaya çıxacaq Dəccalın bəzi fövqəladə güclərlə insanları aldatmağa çalışacağını, lakin onun bu fitnəsinin, hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlməsiylə tamamilə ortadan qalxacağını qeyd edir:

SEHR, HİPNOZ VƏ SPİRİTİZM KİMİ İSTİDRACI MÖCÜZƏLƏRİYLƏ (HİPNOZ VƏ RUHLARLA ƏLAQƏ TƏRZİNDƏKİ SAXTA MÖCÜZƏLƏRİYLƏ)… HƏR KƏSİ TƏSHİR EDƏN (OVSUNLAYAN, ALDADAN) O DƏHŞƏTLİ DƏCCALI

Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in hədisləri əsasında Dəccalın bəzi fövqəladə güclərə sahib olacağına diqqət çəkir.

Dəccalın saxta möcüzələr göstərəcəyini bildirən hədislərdən bəziləri belədir:

Fitnəsindən biri də budur: O, bir bədəviyə: "Söylə görüm! Əgər mən SƏNİN ÜÇÜN ANANI VƏ ATANI DİRİLTSƏM mənim sənin Rəbbin olduğuma şahidlik edərsənmi?" deyəcək. Bədəvi də: "Bəli" deyəcək. Bundan sonra da İKİ ŞEYTAN ONUN ATASI VƏ ANASI SURƏTLƏRİNDƏ ONA GÖRÜNƏCƏK... (Sünen-i İbni Mace, 4077)

Onun bir fitnəsi də budur: O, tək bir insana müsəllət edilərək O İNSANI ÖLDÜRÜB MİŞARLA BİÇƏCƏK. Hətta o insanın cəsədi iki hissəyə bölünmüş halda (ayrı-ayrı yerlərə) atılacaq. Sonra isə Dəccal (oradakılara) belə deyəcək: "Bu (öldürdüyüm) quluma baxın. İNDİ MƏN ONU DİRİLDƏCƏYƏM.." (Sünen-i İbni Mace, 4077)

Hədislərdə, Dəccalın saxta möcüzələrindən, fitnələrini insanlara qəbul etdirə bilmək üçün, istifadə edəcəyi bildirilir (doğrusunu Allah bilər). Zəif ağıllı insanlar bunları sanki bir "möcüzə" zənn edə bilərlər. Halbuki möcüzə Allahın vəli qullarına lütf etdiyi bir nemətdir. Dəccalın göstərdiyi fövqəladə hadisələr isə bir istidrac, yəni Allahın insanları sınamaq üçün yaratdığı və inkarçılarda görülən saxta möcüzələrdir.

Bədiüzzaman, Dəccalın bu hiyləgər üsullardan istifadə edərək insanların əksəriyyətini təsiri altına alacağını qeyd edir. Xüsusilə də bütün xristian aləminin hz. İsa (ə.s)-ı, yəhudilərin isə Dəccalı gözlədikləri bir dövrdə, Dəccalın göstərdiyi bu saxta möcüzələr və hiylələr, bir çox insanın Dəccala aldanmasına səbəb ola biləcək. Bədiüzzaman buradakı sözüylə, Dəccalın bu xüsusiyyətini vurğulayaraq, eyni zamanda onun bir şəxs-i mənəvi olmadığını da ifadə edir. Bədiüzzaman, Dəccalın insanları aldada biləcək xüsusiyyətdə, hipnoz və cadu kimi hiyləgər üsullardan istifadə edə bilmə qabiliyyətinə sahib olduğundan bəhs edərək bu vəziyyəti aydınlığa qovuşdurmuşdur.

Şübhəsiz ki, Bədiüzzamanın Dəccal mövzusundakı bu izahatları əsasında Dəccalın bir şəxs olduğunu qəbul edib, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) mövzusunda verdiyi onlarla dəlil və təfərrüata baxmayaraq, onların bir şəxs-i mənəvi ola biləcəkləri ehtimalını irəli sürmək çox yanlış yanaşma tərzi olar.

Böyük elm sahibi bir şəxs olan Bədiüzzaman, mütləq bütün sözlərini, müsəlmanları ən düzgün məlumatlandıracaq şəkildə açıqlamış, bu mövzuda da heç bir şübhəyə yer verməyəcək bir üslubla; "Dəccal kimi, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın da BİR ŞƏXS olduqlarını" ifadə etmişdir.

TƏKCƏ XARİQƏ, MUCİZATLI VƏ UMUMUN MƏQBULU (MÖCÜZƏLƏRİ OLAN VƏ HƏR KƏSİN QƏBUL ETDİYİ) BİR ŞƏXS OLA BİLƏR Kİ,:

Bədiüzzaman, Dəccalın fitnəsini ortadan qaldıra biləcək insanın, Allahın rəhməti ilə, möcüzələri olan və insanların əksəriyyətinin özünə tabe olduğu mübarək "BİR ŞƏXS" olacağını söyləyir. Sözünün davamında isə, bu müqəddəs insanın hz. İsa (ə.s) olduğunu bildirir. Bu olduqca aydın və başqa heç bir fərqli düşüncəyə yer verməyəcək dəqiqlikdə bir sözdür.

Bədiüzzaman açıqca "hz. İsa (ə.s)-ın BİR ŞƏXS olduğunu" ifadə edir və bu qəti ifadəsiylə onun bir şəxs-i mənəvi ola biləcəyi istiqamətindəki bütün düşüncələri tamamilə rədd edir.

Bununla yanaşı, Bədiüzzaman burada istifadə etdiyi: "XARİQƏ, MUCİZATLI VƏ UMUMUN MƏQBULU BİR ŞƏXS" sözləriylə də, hz. İsa (ə.s)-ın yenə bir şəxs olduğunu göstərən bəzi mühüm xüsusiyyətlərini vurğulayır. Bədiüzzaman; "hz. İsa (ə.s)-ın xariqələr və möcüzələr göstərə bilən BİR ŞƏXS olduğunu" ifadə etmişdir. Həmçinin, "hz. İsa (ə.s)-ın insanların böyük əksəriyyəti tərəfindən qəbul edilən BİR ŞƏXS olduğunu" xatırladır.

Üstün bir elmə sahib olan Bədiüzzaman, bir şəxs-i mənəvinin möcüzə göstərməsinin mümkün olmayacağını çox yaxşı bilir. Eynilə bir şəxs-i mənəvinin "umumun məqbulu bir şəxs" ola bilməyəcəyini də bilir və hz. İsa (ə.s)-ı tanıdan bütün bu xüsusiyyətlərdən çox şüurlu şəkildə istifadə edərək, onun "BİR ŞƏXS" kimi yer üzünə ikinci dəfə gələcəyini bütün müsəlmanlara müjdələyir.

O ŞƏXS... HZ. İSA ƏLEYHİSSALAMDIR:

Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində xəbər verdiyi kimi, Dəccalın fitnəsini hz. İsa (ə.s)-ın ortadan qaldıracağını bildirir:

Allahın düşməni olan MƏSİH DƏCCAL, İSA ƏLEYHİSSALAMI GÖRDÜKDƏ, DUZUN SUDA ƏRİDİYİ KİMİ ƏRİYƏCƏK. Hz. İsa onu tərk edib getsə belə həlak olana qədər əriyib gedəcək. Lakin ALLAH ONU BİLAVASİTƏ İSA ƏLEYHİSSALAMIN ƏLİYLƏ YOX EDƏCƏK. (Müslim, Kitabü'l Fiten: 34)

...DƏCCAL ORTALIĞA FİTNƏ SAÇDIĞI BİR VAXTDA, ALLAH, MƏRYƏM OĞLU İSA MƏSİHİ GÖNDƏRƏCƏK... Nəfəsini alan hər kafir mütləq yox olacaq. Hz. İsa Dəccalla Lut (Beytül-müqəddəsə yaxın bir diyar) qapısında qarşılaşacaq və ONU YOX EDƏCƏK. (Sahih-i Müslim; Büyük Fitne Mesih-i Deccal, Saim Güngör, səh. 104)

...Sonra da HZ. İSA, DƏCCALI AXTARACAQ və nəhayət Beytül-müqəddəsə yaxın bir yer olan Lut qapısı adlı yerə çataraq, ONU YOX EDƏCƏK. (Sahih-i Müslim, cild: 4/2251-2255; İmam Şarani, Ölüm, Kıyamet, Ahiret ve Ahir Zaman Alametleri, Bedir nəşriyyatı, səh. 491)

Bədiüzzaman işlətdiyi "O ŞƏXS" ifadəsiylə, hz. İsa (ə.s)-ın "BİR ŞƏXS" olduğunu açıqca ifadə etmişdir. Bədiüzzaman burada "iki və ya üç şəxs" deməmişdir. Əksinə hz. İsa (ə.s)-dan bəhs edərkən işlətdiyi bütün sözlər həmişə "TƏKLİKDƏ İŞLƏNMİŞ" ifadələrdir; və hamısında da "TƏK BİR ŞƏXSDƏN" bəhs edir. Bədiüzzaman bu açıqlamalarıyla bir daha hz. İsa (ə.s)-ın şəxs-i mənəvi olmadığını, "MÜBARƏK BİR İNSAN" olduğunu çox açıq ifadələrlə göstərmişdir.

2) Hətta HƏZRƏTİ İSA ƏLEYHİSSALAMIN NÜZULU (yer üzünə enməsi) və ÖZÜNÜN İSA ƏLEYHİSSALAM OLDUĞU, NUR-U İMANIN DİQQƏTİ İLƏ (imanın nuruyla) MƏLUM OLAR; HƏR KƏS TANIYA BİLMƏZ. Hətta DƏCCAL VƏ SÜFYAN KİMİ ƏŞHAS-İ MÜDHİŞƏNİN (ürküdücü şəxslər) ÖZÜ BELƏ ÖZÜNÜ TANIMIR... (Şualar, səh. 487)

Bədiüzzaman, hz. İsa (ə.s)-ın Axırzamanda yer üzünə ikinci dəfə gələcəyini bildirir, lakin bu mübarək şəxs gəldikdə hər kəsin özünü tanımayacağına diqqət çəkir:

HƏZRƏTİ İSA ƏLEYHİSSALAMIN NÜZULU (YER ÜZÜNƏ ENMƏSİ):

Bədiüzzaman "HƏZRƏTİ İSA ƏLEYHİSSALAMIN NÜZULU" sözləriylə hz. İsa (ə.s)-ın, Allahın bir möcüzəsi kimi, Axırzamanda insani bədəni ilə yer üzünə enəcəyindən bəhs edir. Bədiüzzaman verdiyi bu məlumatlarla hz. İsa (ə.s)-ın Axırzamanda xristian cəmiyyətinin başında müəyyən xəyal və ya mənəvi bir lider kimi deyil, bilavasitə hidayət öndəri olan "BİR ŞƏXS" kimi çıxış edəcəyini qəti ifadələrlə açıqlayır.

ÖZÜNÜN İSA ƏLEYHİSSALAM OLDUĞU:

Bədiüzzaman bu sözləriylə hz. İsa (ə.s)-ın yer üzünə ilk endiyi vaxt, özünün də hz. İsa (ə.s) olduğunu əvvəllər bilməyəcəyini, lakin daha sonra biləcəyini bildirmişdir. "Belə şüur və idrakın şəxs-i mənəvi üçün mümkün ola bilməyəcəyi" çox aydındır. "BİLMƏK" və "ANLAMAQ" məhfumları təkcə "BİR İNSAN" üçün mümkün ola bilər. Lakin "bir insan özünün kim olduğunu anlaya bilər", içində olduğu vəziyyəti görə bilər.

Bədiüzzaman da bu vəziyyəti çox yaxşı bilən bir kimsə olaraq, bu sözlərdən istifadə etmiş və hz. İsa (ə.s)-ın şəxs-i mənəvi olmadığını açıqca ifadə etmişdir. Bədiüzzamanın bu həqiqəti vurğuladığı ifadələrindən biri də "ÖZÜ" sözüdür. Bu söz də yenə "ŞƏXS" ifadə edən bir məhfumdur və Bədiüzzaman bu yolla "hz. İsa (ə.s)-ın maddi varlığı olan mübarək ŞƏXS kimi gələcəyini" təkrar dilə gətirir.

NUR-U İMANIN DİQQƏTİ İLƏ (İMANIN NURUYLA) MƏLUM OLAR; HƏR KƏS TANIYA BİLMƏZ:

Bədiüzzaman, ətrafındakı insanların, hz. İsa (ə.s)-ın Axırzamanda gözlənilən peyğəmbər olduğunu və Onu təkcə "İMANLARIYLA GÖRƏ BİLƏCƏKLƏRİNİ" söyləmişdir. Bu da yenə Bədiüzzamanın hz. İsa (ə.s)-dan şəxs-i mənəvi kimi bəhs etmədiyini açıqca göstərir. Bədiüzzaman burada açıqca insanların bir şəxs-i mənəvini deyil, "GÖZLƏDİKLƏRİ BİR ŞƏXSİ" tanımalarından bəhs edir. Bədiüzzaman həmçinin "HƏR KƏS TANIYA BİLMƏZ" deyərək hz. İsa (ə.s)-ı hər kəsin tanıya bilməyəcəyini bir daha ifadə etmişdir.

Bədiüzzamanın da ifadə etdiyi kimi, hz. İsa (ə.s) ikinci dəfə yer üzünə gəldikdə də, səmimi iman gətirənlər imanlarının vəsiləsi ilə, Allahın icazəsi ilə bu mübarək şəxsi dərhal tanıyacaq, onun köməkçisi və dəstəkçisi olacaqlar.

DƏCCAL VƏ SÜFYAN KİMİ ƏŞHAS-İ MÜDHİŞƏNİN (ÜRKÜDÜCÜ ŞƏXSLƏR) ÖZÜ BELƏ ÖZÜNÜ TANIMIR:

Bədiüzzaman, bu sözləriylə məsih Dəccal və süfyan Dəccal kimi, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-a qarşı inkara əsaslanan mübarizə aparacaq Axırzaman şəxslərinin də hər kəs tərəfindən tanına bilməyəcəyinə diqqət çəkir. Bədiüzzaman burada istifadə etdiyi "ƏŞHAS-İ MÜDHİŞƏ" sözlərində işlənən "ƏŞHAS-İ" sözüylə, Süfyan və Dəccalın "BİR ŞƏXS" olduğunu ifadə edir.

Bədiüzzaman əsərlərində şəxs mənasını verən bənzər sözlərdən hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) üçün də istifadə etmişdir. Süfyan və Dəccalın şəxs kimi ortaya çıxacağını qəbul edib, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın isə, təkcə şəxs-i mənəvilərinin olacağını düşünmək olduqca təzadlıdır. Bədiüzzamanın da bildirdiyi kimi, süfyan Dəccal və məsih Dəccal necə bir şəxs kimi ortaya çıxırlarsa, bunların fitnələrini ortadan qaldıracaq hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) də Allahın icazəsi ilə Axırzamanda mübarək şəxsləriylə ortaya çıxacaqdırlar.

3) Hətta, "HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLƏR, HZ. MEHDİYƏ NAMAZDA İQTİDA EDƏR (uyar), TABE OLAR" deyə rəvayəti BU İTTİFAQA (birləşməyə) VƏ HƏQİQƏT-İ QURANİYƏNİN MƏTBUİYƏTİNƏ VƏ HAKİMİYYƏTİNƏ (Quran həqiqətlərinə uyulmasına və tabe olunmasına) işarə edər. (Şualar, səh. 493)

Peyğəmbərimiz (s.ə.v) bir hədisində, hz. İsa (ə.s)-ın, hz. Mehdi (ə.s)-ın arxasında namaz qılacağını bildirib:

İmamları saleh bir insan olan Mehdi olduğu halda, Beytül-müqəddəsə sığınarlar. Orada imamları özlərinə səhər namazını qıldırmaq üçün önə keçdiyi bir vaxtda, bir də görərlər ki, Məryəm oğlu İsa səhər vaxtında enmişdir. Mehdi, hz. İsanı önə keçirmək üçün arxaya çəkilər. Hz. İsa əlini Onun çiyinlərinə qoyar və Ona belə deyər: "Keç önə namazı qıldır. Çünki iqamə (fərz namazını qılmaq üçün oxunulan azan; namaza başlama işarəsi) sənin üçün gətirilib"... (Əbu Rafidən rəvayət edilib; İmam Şarani, Ölüm, Kıyamet, Ahiret ve Ahir Zaman Alametleri, Bedir nəşriyyatı, səh. 495-496)

Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in bu hədisinə diqqət çəkir və bu hadisənin hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın zühurlarının mühüm əlamətlərindən biri olduğunu xatırladır.

Bədiüzzaman sözlərində həmçinin hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) dövründə Allahın icazəsi ilə, İslam əxlaqının bütün dünyaya hakim olacağını ifadə edir. Bu hakimiyyətə, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın ittifaqıyla aparılacaq böyük fikri mübarizənin vəsilə olacağını ifadə edir.

"HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLƏR, HZ. MEHDİYƏ NAMAZDA İQTİDA EDƏR (UYAR), TABE OLAR":

Bədiüzzaman bu sözündə Peyğəmbərimiz (s.ə.v)-in səhih hədisləri əsasında "HZ. İSA (Ə.S)-IN, HZ. MEHDİ (Ə.S) İLƏ BİRLİKDƏ NAMAZ QILACAĞINI" ifadə etmişdir. Namaz, Rəbbimizin insanlar üçün fərz buyurduğu bir ibadətdir. Şəxs-i mənəvilərin birlikdə namaz qılması, namazda imamlıq etmələri qeyri-mümkündür. Şübhəsiz ki, Bədiüzzaman da bu həqiqəti çox yaxşı qavrayır və bu sözləriylə, hz. İsa (ə.s)-ın və hz. Mehdi (ə.s)-ın "BİR ŞƏXS" kimi ortaya çıxacaqlarını xəbər verir. Hz. İsa (ə.s), yer üzünə əvvəlki gəlişində namaz ibadətini yerinə yetirdiyi kimi, ikinci dəfə gəlişində də Allahın icazəsi ilə bu ibadətinə davam edəcək. Bir ayədə belə buyurulur:

O (İsa) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və NƏ QƏDƏR Kİ SAĞAM, MƏNƏ NAMAZ QILIB ZƏKAT VERMƏYİ VƏSİYYƏT (ƏMR) ETDİ. (Məryəm surəsi, 30-31)

Axırzamanda hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın mübarək şəxsləri ortaya çıxacaq, hz. İsa (ə.s), hz. Mehdi (ə.s)-ın imamlığı altında namaz qılacaq və bu iki mübarək şəxsin aparacaqları böyük fikri mübarizə nəticəsində İslam əxlaqı yer üzünə hakim olacaq. Bədiüzzaman bir çox səhih hədisdə qeyd olunan bu mövzunu xatırladaraq, hz. İsa (ə.s) ilə hz. Mehdi (ə.s)-ın gəldikləri vaxt, qarşılıqlı dialoq içində olacaqlarını bildirir. Bunun üçün də, hər iki mübarək şəxs, eyni dövrdə ortaya çıxmalı və bir yerə gəlməlidirlər. Hz. İsa (ə.s)-ın gəlişi və hz. Mehdi (ə.s)-la birlikdə namaz qılmaları bütün dünya müsəlmanları tərəfindən gözlənilir.

4) İSA ƏLEYHİSSALAMI NUR-U İMAN ilə (imanın nuruyla) TANIYAN və TABE OLAN CAMAAT-I RUHANİYƏ-İ MÜCAHİDİNİN (mübarizə aparan ruhani camaatının) KƏMİYYƏTİ (sayı), Dəccalın məktəb və əsgər cəhətdən elmi və maddi ordularına nisbətən çox AZ VƏ KİÇİK olmasına işarə və kinayədir (məqsədlidir). (Şualar, səh. 495)

Bədiüzzaman bu sözündə, ikinci dəfə yer üzünə gəldikdə, hz. İsa (ə.s)-ı tanıyacaq və dəstəkçisi olacaq cəmiyyətin xüsusiyyətlərindən bəhs edir:

İSA ƏLEYHİSSALAMI NUR-U İMAN İLƏ (İMANIN NURUYLA) TANIYAN:

Bədiüzzaman bu sözündə bir daha hz. İsa (ə.s)-ın, onu dəstəkləyən camaatı tərəfindən "İMANIN NURUYLA TANINACAĞI"ndan bəhs etmiş və açıqca hz. İsa (ə.s)-ın "BİR ŞƏXS" olduğunu ifadə etmişdir. "TANINMAQ" feli, burada "tanınacaq bir kimsə olduğunu" ifadə edir və Bədiüzzamanın mənəvi bir varlığı deyil, bilavasitə hz. İsa (ə.s)-ı nəzərdə tutduğunu göstərir.

Bununla yanaşı, Bədiüzzaman bu sözləriylə hz. İsa (ə.s)-ın və onun şəxs-i mənəvisinin bir-birindən ayrı məhfumlar olduğunu ifadə edir. Çünki Bədiüzzaman "hz. İsa (ə.s)-ı tanıyan bir cəmiyyət"dən bəhs edir, həmçinin "hz. İsa (ə.s)-ın da bu cəmiyyət tərəfindən tanınacağını" bildirir. Bir şəxs-i mənəvinin başqa bir şəxs-i mənəvini tanıması və ya bir şəxsi mənəvi tərəfindən tanınması istənilən cəhətdən qeyri-mümkündür.

VƏ TABE OLAN:

Bədiüzzaman burada hz. İsa (ə.s)-a "TABE OLAN" bir camaatın varlığından bəhs edir. Əlbəttə ki, bir şəxs-i mənəvinin başqa bir şəxs-i mənəviyə tabe olması qeyri-mümkündür. Çünki, bir şəxs-i mənəviyə deyil, təkcə bir şəxsə tabe oluna bilər. Bədiüzzaman da bu ifadəsiylə bu həqiqəti dilə gətirmiş; hz. İsa (ə.s)-ın, özünə itaət edən, tabe olan və onun göstərdiyi yolun ardınca gedən camaatının, yəni şəxs-i mənəvisinin başında "BİR ŞƏXS" kimi çıxış edəcəyini xatırlatmışdır. Hz. İsa (ə.s) ilə eyni dövrdə yaşamaq, ona tabe olmaq, həvariləri kimi Allah yolunda bu mübarək şəxsin köməkçiləri olmaq, bütün müsəlmanların nail olmağı arzuladıqları böyük şərəfdir. Hədislərdə və Bədiüzzamanın sözlərində ifadə edildiyi kimi, Allah, hz. Mehdi (ə.s) və yanındakılara, hz. İsa (ə.s) və ona tabe olan az saydakı iman sahibləriylə eyni cərgədə fikri mübarizə aparmağı nəsib edəcək. Bədiüzzaman əsərlərində bu haqq fikri mübarizənin özündən dərhal sonrakı dövrdə aparılacağını ifadə edərək, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın onun yaşadığı illərdə hələ zühur etmədiyini ifadə etmişdir.

CAMAAT-I RUHANİYƏ-İ MÜCAHİDİNİN (MÜBARİZƏ APARAN RUHANİ CAMAATININ):

Bədiüzzaman bu sözlərində hz. İsa (ə.s)-ın, özünü dəstəkləyən, ona iman gətirən və göstərdiyi yolun ardınca gedən insanlardan ibarət olan bir camaatı olacağından bəhs edir.

Bu camaat hz. İsa (ə.s)-ın şəxs-i mənəvisini meydana gətirir. Lakin başında da bir lider və bu şəxs-i mənəvini təmsil edən şəxs kimi, bilavasitə hz. İsa (ə.s) çıxış edəcək. Bədiüzzaman da bu sözləriylə, hz. İsa (ə.s)-ın şəxsi ilə onun şəxs-i mənəvisinin bir-birindən iki fərqli anlayış olduğunu vurğulayır.

Hz. İsa (ə.s)-ın yüksək mənəviyyatını anlamaq, təkcə bu mübarək şəxsi qəbul edə biləcək səviyyədə mənəviyyata sahib insanlara nəsib olacaq. Bu cəmiyyət Bədiüzzaman tərəfindən "camaat-ı ruhaniyə-i mücahidin" sözləriylə ifadə edilmişdir. Bədiüzzamanın da ifadə etdiyi kimi bu dəstə, ruhaniyəti, mənəvi dərəcəsi yüksək və Allah yolunda fikri mübarizə edən, davamlı səy içində olan bir dəstədir.

KƏMİYYƏTİ (SAYI)... AZ VƏ KİÇİK:

Bədiüzzaman hz. İsa (ə.s)-ın bir lider kimi başında olduğu dəstənin sayının, Allahı inkar edən dəstə ilə müqayisədə daha az və kiçik olduğunu bildirir. Uca Allahın Quranda bildirdiyi kimi: "...neçə-neçə az saylı dəstələr Allahın icazəsi ilə çox saylı dəstələrə qalib gəlmişdir!" (Bəqərə surəsi, 249).

Axırzamanda da hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-a bağlı olub sayları az, lakin Allaha qəlbən iman gətirən saleh möminlər (Allahın icazəsi ilə) üstün gələcəklər, Dəccalın fitnəsini tam mənasıyla ortadan qaldıracaqlar. Bədiüzzaman bu sözləriylə bir daha hz. İsa (ə.s)-ın bilavasitə təmsil etdiyi camaatından bəhs edir, bu camaatın xüsusiyyətlərini izah edir. Lakin yuxarıda da açıqlandığı kimi, bu mömin camaatın başındakı lider də hz. İsa (ə.s)-ın şəxsidir. Bədiüzzaman bu yolla hz. İsa (ə.s)-ın mənəvi şəxsiyyət deyil, təmsil etdiyi şəxs-i mənəvinin başında olan "BİR ŞƏXS" olduğunu ifadə edir.

5) O qədər qüvvətlidir və belə davam edər; “TƏKCƏ HƏZRƏTİ İSA (Ə.S) ONU YOX EDƏ BİLƏR, BAŞQA ÇARƏ OLA BİLMƏZ” deyə rəvayət edilib. Yəni, ONUN PEŞƏSİNİ VƏ VƏHŞİ REJİMİNİ KORLAYACAQ, YOX EDƏCƏK; lakin SƏMAVİ VƏ ÜLVİ, XALİS (vəhyə əsaslanan və uca, qatqısız) BİR DİN İSƏVİLƏRDƏ ZÜHUR EDƏCƏK (ortaya çıxacaq) VƏ HƏQİQƏT-İ QURANİYƏYƏ (Quranın həqiqətlərinə) İQTİDA (tabe olan) VƏ İTTİHAD EDƏN (İslamiyyətlə birləşən) BU İSƏVİ DİNİDİR Kİ, HƏZRƏTİ İSA (Ə.S)-IN NÜZULU İLƏ (yer üzünə enməsiylə) O DİNSİZ PEŞƏ MƏHV OLAR, YOX OLAR... (Şualar, səh. 581)

Bədiüzzaman bu sözündə Dəccalın fitnəsini, təkcə hz. İsa (ə.s)-ın təsirsiz hala gətirə biləcəyinə işarə edən bir hadisə diqqət çəkmişdir. Dəccalın inkara əsaslanan nizamını, təcavüzkar rejimini ortadan qaldıracaq, "dinsizliyi insanlar arasında yaymaq və müqəddəs şeyləri pozmaq" kimi təsvir edilən peşəsini pozacaq insanların, hz. İsa (ə.s) və ona tabe olan səmimi İsəvilər olduğunu ifadə etmişdir. Hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlməsiylə Dəccalın dinsiz peşəsi yox olub təsirsiz hala gələcək:

TƏKCƏ HƏZRƏTİ İSA (Ə.S) ONU YOX EDƏ BİLƏR, BAŞQA ÇARƏ OLA BİLMƏZ:

Bədiüzzaman bu sözləriylə, Peyğəmbərimiz (s.ə.v)-in hədisləri əsasında Dəccalı fikirlə təsirsiz hala gətirib, onun fitnəsini yer üzündən yox edə biləcək insanın təkcə hz. İsa (ə.s) olduğunu ifadə edir.

Bədiüzzaman burada işlətdiyi "ONU" sözüylə, Dəccalın "BİR ŞƏXS" olduğunu dilə gətirmişdir. Bədiüzzamana görə, bu şəxsin inkara əsaslanan səyini dayandıracaq insan isə, yenə "BİR ŞƏXS OLAN HZ. İSA (ə.s)”dır. Bədiüzzamanın bu sözləri olduqca aydındır. Buna baxmayaraq, Dəccalın bir şəxs, lakin hz. İsa (ə.s)-ın mənəvi varlıq olacağı düşüncəsini mənimsəmək, şübhəsiz ki, Bədiüzzamanın verdiyi bu məlumatlarla açıqca ziddiyyət təşkil edir. Bədiüzzaman, Dəccalı təsirsiz hala gətirə biləcək tək şəxsin hz. İsa (ə.s) olduğunu açıqca ifadə etmiş və bütün iman sahiblərini bu qiymətli şəxsin yer üzünə ikinci dəfə gəlməsiylə müjdələmişdir.

ONUN PEŞƏSİNİ VƏ VƏHŞİ REJİMİNİ KORLAYACAQ, YOX EDƏCƏK:

Bədiüzzaman, Dəccalın fitnəsinin bütün yer üzündə böyük fitnə-fəsada səbəb olacağına diqqət çəkir. Bu fitnənin tam mənasıyla ortadan qaldırılmasının isə, hz. İsa (ə.s) vəsiləsi ilə mümkün olacağını bildirir.

Bədiüzzaman, Dəccalın peşəsinin dinsizliyi bütün yer üzünə yaymaq və dinsizlikdən qaynaqlanan fəlakətlər meydana gətirmək olduğunu ifadə edir. Yenidən yer üzünə qayıtdığı vaxt, hz. İsa (ə.s)-ın, Dəccalın səbəb olduğu fəlakət və pisliklərin qarşısını alacağını, onun peşəsini təsirsiz hala gətirəcəyini və İslam əxlaqını bütün dünyaya hakim edəcəyini müjdələyir. Bədiüzzaman bu sözlərində, hz. İsa (ə.s)-ın yer üzünə maddi varlığı olan "BİR İNSAN" kimi gələcəyini təkrar xatırladır. "ONUN" sözüylə isə, Dəccalın da bir şəxs olduğunu bir daha vurğulamış və bu şəxsin yenə "BİR ŞƏXS" olan hz. İsa (ə.s) tərəfindən təsirsiz hala gətiriləcəyini ifadə etmişdir.

SƏMAVİ VƏ ÜLVİ, XALİS (VƏHYƏ ƏSASLANAN VƏ UCA, QATQISIZ) BİR DİN İSƏVİLƏRDƏ ZÜHUR EDƏCƏK (ORTAYA ÇIXACAQ) VƏ HƏQİQƏT-İ QURANİYƏYƏ (QURANIN HƏQİQƏTLƏRİNƏ) İQTİDA (TABE OLAN) VƏ İTTİHAD EDƏN (İSLAMİYYƏTLƏ BİRLƏŞƏN) BU İSƏVİ DİNİDİR Kİ:

Hz. İsa (ə.s) Allahın mübarək bir elçisidir. Bütün peyğəmbərlər kimi, o da insanları bir və tək olaraq Allaha iman gətirməyə və Allahın əmr etdiyi din əxlaqını yaşamağa dəvət etmişdir.

Lakin hz. İsa (ə.s)-ın Allah qatına yüksəldilməsindən sonra, xristianlıq inancı təhrif olunmuş və xristianlar hz. İsa (ə.s)-ın özlərinə təbliğ etdiyi haqq dindən uzaqlaşmışdırlar. Hz. İsa (ə.s) ikinci dəfə yer üzünə gəldikdə, xristianlığı təhrif olunmuş istiqamətlərindən təmizləyəcək və yenidən əslinə qaytaracaq. Bədiüzzaman da "XALİS BİR DİN İSƏVİLƏRDƏ ORTAYA ÇIXACAQ" sözləriylə bu həqiqətə diqqət çəkir. Bədiüzzaman xristianlığın Qurana tabe olaraq İslamiyyətlə birləşəcəyini bildirmiş və bütün bu hadisələrin hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlməsinin əlamətlərindən olacağını xatırlatmışdır. Bədiüzzamanın müjdələdiyi bu hadisələr hələ baş verməmişdir. Bədiüzzaman da yaşadığı dövrdə bu mövzuya diqqət çəkərək, həm hz. İsa (ə.s)-ın sonrakı bir tarixdə gələcəyini müjdələmiş, həm də hz. İsa (ə.s) ilə eyni dövrdə yaşayacaq hz. Mehdi (ə.s)-ın da, öz dövründə zühur etmədiyini vurğulamışdır.

HƏZRƏTİ İSA (Ə.S)-IN NÜZULU İLƏ (YER ÜZÜNƏ ENMƏSİYLƏ) O DİNSİZ PEŞƏ MƏHV OLAR, YOX OLAR:

Bədiüzzaman, Quran ayələrində bildirilən işarələrə və hədislərdə verilən məlumatlara əsaslanaraq, hz. İsa (ə.s)-ın yer üzünə yenidən gələcəyini söyləyir. Bədiüzzaman burada işlətdiyi "NÜZUL" sözüylə, hz. İsa (ə.s)-ın "bir xəyal, bir ruh və ya təmsili bir şəxs" deyil, Allahın bir möcüzəsi olaraq insani bədəniylə ikinci dəfə yer üzünə gələcək "BİR ŞƏXS" olduğunu açıqlayır.

Bədiüzzaman, Dəccalın inkara əsaslanan səylərinin də, hz. İsa (ə.s)-ın "NÜZULU", yəni "BİR ŞƏXS KİMİ YER ÜZÜNƏ GƏLMƏSİ"ndən sonra bitəcəyini ifadə edir.

6) Bəli, hədisin ifadəsiylə HƏZRƏTİ İSANIN SƏMAVİ NÜZULU (səmadan enməsi) QƏTİ OLMAQLA YANAŞI; məna-yi işarisiylə (işarə etdiyi məna ilə) başqa həqiqətləri ifadə etdiyi kimi, bu həqiqətə də möcizanə (möcüzəvi şəkildə) işarə edir. (Kastamonu Lahikası, səh. 50)

Bədiüzzaman, hz. İsa (ə.s)-ın Axırzamanda yenidən yer üzünə gəlməsinin qəti olduğunu ifadə edir:

HƏZRƏTİ İSANIN SƏMAVİ NÜZULU (səmadan enişi) QƏTİ OLMAQLA YANAŞI:

Hz. İsa (ə.s)-ın Axırzamanda yenidən yer üzünə gələcək olması, Qurani Kərimdə və hədislərdə bildirilən bir həqiqətdir. Bədiüzzaman da bu həqiqəti dilə gətirir və hədislərdə hz. İsa (ə.s)-ın yenidən dünyaya gələcəyinin açıqca bildirildiyini söyləyir. Bu, səmimi iman sahibləri üçün çox dəyərli müjdədir. Allahın icazəsi ilə, Axırzamanda yaşayan möminlər bu möcüzəyə şahidlik edəcək, aradan keçən 2000 ildən sonra, hz. İsa (ə.s)-ın təkrar yer üzünə gəlməyinə şahid olacaqlar.

Bədiüzzaman bu sözündə işlətdiyi "QƏTİ" sözüylə, hz. İsa (ə.s)-ın yenidən dünyaya qayıtmasının "MÜTLƏQ" bir həqiqət olduğunu ifadə edir. Bədiüzzamanın, Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq verdiyi bu xəbər, əks istiqamətdəki bütün iddiaları qüvvədən salır.

7) ...HƏZRƏTİ İSA ƏLEYHİSSALAM, İSƏVİLİK ŞƏXS-İ MƏNƏVİSİNİ TƏMSİL EDƏRƏK DİNSİZLİYİN ŞƏXS-İ MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI yox edəcək... (Mektubat, səh. 6)

Bədiüzzaman bu sözündə, hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gələcəyini və Dəccalın fitnəsini fikirlə təsirsiz hala gətirəcəyini bildirir:

HƏZRƏTİ İSA ƏLEYHİSSALAM, İSƏVİLİK ŞƏXS-İ MƏNƏVİSİNİ TƏMSİL EDƏRƏK:

Bədiüzzaman bu sözündə "HZ. İSA (Ə.S)-IN XRİSTİANLIĞIN ŞƏXS-İ MƏNƏVİSİNİ TƏMSİL ETDİYİNİ" ifadə edir. Bədiüzzaman, tarix boyu göndərilmiş bütün elçilər və peyğəmbərlər kimi, hz. İsa (ə.s)-ın da onu dəstəkləyən, ona iman gətirən və onun ardınca gedən insanlardan ibarət olan şəxs-i mənəvisi olacağını bildirir.

Lakin Bədiüzzaman "İSƏVİLİK ŞƏXS-İ MƏNƏVİSİNİ TƏMSİL EDƏRƏK" sözləriylə, Allahın qanununa uyğun olaraq "HZ. İSA (Ə.S)-IN DA BU ŞƏXS-İ MƏNƏVİNİN BAŞINDA BİLAVASİTƏ BİR HİDAYƏT ÖNDƏRİ KİMİ ÇIXIŞ EDƏCƏYİNİ" ifadə edir.

Necə ki, bir şəxs-i mənəvinin başqa bir şəxs-i mənəvini təmsil etməsi qeyri-mümkündür. Bir şəxs-i mənəvinin meydana gələ bilməsi üçün, əvvəla onun başında "BİR ŞƏXS" olmalıdır. Bədiüzzaman da bu həqiqəti vurğulayaraq hz. İsa (ə.s)-ın şəxs-i mənəvi olmadığını, öz şəxs-i mənəvisinin başında çıxış edəcəyini və onlara bilavasitə liderlik edəcəyini açıqlayır. Bədiüzzamanın ifadə etdiyi bu həqiqətlər, bir iki sual verildikdə də asanlıqla aydın olur:

1) İsəvilik şəxs-i mənəvisini bir insan təmsil edir. Bəs bu kimdir?

Hz. İsa (ə.s).

2) Hz. İsa (ə.s) kimi təmsil edir?

İsəvilik şəxs-i mənəvisini.

Bu sualların cavabları Bədiüzzamanın hz. İsa (ə.s)-dan və şəxs-i mənəvisindən ayrı anlayışlar kimi bəhs etdiyini açıqca göstərir.

DİNSİZLİYİN ŞƏXSİ MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI:

Bədiüzzaman eynilə hz. İsa (ə.s) kimi Dəccalın da şəxs-i mənəvisi olacağını ifadə edir. Lakin Bədiüzzaman "DİNSİZLİYİN ŞƏXS-İ MƏNƏVİSİNİ TƏMSİL EDƏN DƏCCALI" sözləriylə, Dəccalın da yenə "BİR ŞƏXS KİMİ BU ŞƏXS-İ MƏNƏVİNİN BİLAVASİTƏ BAŞINDA ÇIXIŞ EDƏCƏYİNİ" ifadə edir.

Bədiüzzaman əsərlərində, Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda gələcəyini xəbər verdiyi bütün adların bir şəxs olduqlarını müxtəlif dəlillərlə açıqlamışdır. Dəccal da bu Axırzaman şəxslərindən biridir. Bədiüzzaman Dəccalın bir şəxs olacağını nə qədər təfərrüatlı şəkildə açıqlamışdırsa, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın şəxs olacaqları mövzusunda da eyni açıqlıqda dəlillər ortaya qoymuşdur.

Şübhəsiz ki, Bədiüzzamanın bu izahatlarından bir hissəsini fərqli şərh edib, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın şəxs-i mənəvi, lakin Dəccalın şəxs olacağını düşünmək çox yanlış yanaşma tərzi olacaq. Çünki Bədiüzzaman Dəccal kimi, "hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın da BİR ŞƏXS KİMİ gələcəklərini" israrla təkrarlamış və bunları dəlilləriylə birlikdə açıqlamışdır.

8) ...Dinsizlik cərəyanına qarşı ayrı-ayrılıqda mübarizə apararkən məğlub olan İsəvilik və İslamiyyət; ittihad (birləşmələri) nəticəsində, dinsizlik cərəyanına (axınına) qələbə çalıb (qalib gəlib), onu yox edəcək istedadda (qabiliyyətdə) olarkən, ALƏM-İ SƏMAVATDA (göylər aləmində) CİSM-İ BƏŞƏRİSİYLƏ (insani cismiylə, bədəniylə) MÖVCUD OLAN ŞƏXSİ İSA ƏLEYHİSSALAM O DİN-İ HAQQ CƏRƏYANININ (haqq dinin) BAŞINA KEÇƏCƏYİNİ bir Müxbiri Sadiq (doğru xəbər çatdıran (Peyğəmbərimiz (s.ə.v)-in sifətlərindən biri)), bir Qadir-i Külli Şeyin (hər şeyə qadir olan uca Allahın) vədinə isnad edərək (əsaslanaraq) xəbər vermişdir. Madam ki, xəbər vermişdir, haqqdır; madam ki, QADİR-İ KÜLLİ ŞEY (hər şeyə qadir olan uca Allah) VƏD EDİB, O ZAMAN, ƏLBƏTTƏ, EDƏCƏK... (Mektubat, səh. 53-54)

Bədiüzzaman, xristianların Qurana qayıdaraq İslamiyyətə tabe olmaları və bu iki İlahi dinin birləşmələri nəticəsində güclənib, inkarçı fəlsəfələri yox edəcək güc qazanacaqlarını izah edir.

Bu dövrdə, hz. İsa (ə.s) ikinci dəfə yer üzünə gəlib, bu gücün başına keçəcək. Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in bu müjdəni Allahın vədinə əsaslanaraq xəbər verdiyini bildirmiş və Allahın Öz vədini mütləq yerinə yetirəcəyini xatırlatmışdır:

ALƏM-İ SƏMAVATDA (GÖYLƏR ALƏMİNDƏ) CİSM-İ BƏŞƏRİSİYLƏ (İNSANİ CİSMİYLƏ, BƏDƏNİYLƏ) MÖVCUD OLAN:

Bədiüzzaman bu sözündə, yaxın gələcəkdə xristianlığın, dinə sonradan daxil edilən bəzi inanc və tətbiqlərdən təmizlənərək əslinə qayıdacağını və Qurana tabe olacağını izah edir. İslamiyyətə tabe olan xristianlığın, güclərini müsəlmanlarla birləşdirəcəklərini və dinsizliyə qarşı ortaq fikri mübarizə aparacaqlarını bildirir.

Bədiüzzaman "ALƏM-İ SƏMAVATDA CİSM-İ BƏŞƏRİSİYLƏ MÖVCUD OLAN" sözləriylə, bədəni ilə göylər aləmində olan hz. İsa (ə.s)-ın, yer üzünə enərək bu mübarizənin başına keçəcəyini ifadə edir. Bədiüzzaman bu sözlərində bədəni (cism-i bəşərisi) ilə yer üzünə enəcəyini bildirərək, hz. İsa (ə.s)-ın mübarək şəxsiylə "BİR ŞƏXS" kimi yer üzünə gələcəyini ifadə etmişdir.

Bədiüzzaman burada "İNSAN" mənasını verən "BƏŞƏR" sözündən istifadə edərək hz. İsa (ə.s)-ın şəxs-i mənəvi deyil, "cismani cəhətdən varlığı olan bir şəxs" olduğunu açıqca ifadə etmişdir.

ŞƏXS-İ İSA ƏLEYHİSSALAM:

Bədiüzzamanın burada işlətdiyi "ŞƏXS-İ İSA ƏLEYHİSSALAM" ifadəsi, "HZ. İSA (Ə.S)-IN ŞƏXSİ" mənasını verir. Dolayısilə Bədiüzzaman sözləriylə hz. İsa (ə.s)-ın "şəxsi mənəvi olmadığı" mövzusuna qəti aydınlıq gətirir. Hz. İsa (ə.s) Axırzamanda bir şəxs kimi ikinci dəfə yer üzünə gələcək, Dəccalın fitnəsini aradan qaldıracaq və hz. Mehdi (ə.s) ilə əməkdaşlıq edəcək. Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın vəsilə olmasıyla İslam əxlaqı bütün dünyaya hakim olacaq.

Axırzamanın bu böyük müjdələri hələ gerçəkləşməmişdir və İslam aləmi tərəfindən bu müqəddəs hadisələrin gerçəkləşməsi gözlənilir. Bədiüzzaman da bu ifadəsiylə, hz. Mehdi (ə.s)-ın keçmiş dövrdə zühur etdiyi iddiasının yanlışlığını göstərir. Çünki hələ, hz. İsa (ə.s)-ın gəlişi və hz. Mehdi (ə.s)-la olan ittifaqı baş tutmamış və Dəccalın fitnəsi tam mənasıyla aradan qaldırılmamışdır.

Şübhəsiz ki, belə geniş miqyaslı hadisələr bütün dünyanın gözləri qarşısında cərəyan edəcək. Kütləvi informasiya vasitələrinin vasitəçiliyi ilə, hər kəsin dərhal xəbərdar olacağı və yaşayacağı bu böyük dəyişiklik, nə Bədiüzzamanın dövründə, nə də başqa dövrdə yaşanmamışdır.

O DİN-İ HAQQ CƏRƏYANININ (HAQQ DİNİN) BAŞINA KEÇƏCƏYİNİ:

Bədiüzzaman, "O DİN-İ HAQQ CƏRƏYANININ BAŞINA KEÇƏCƏYİNİ" sözləriylə hz. İsa (ə.s)-ın, yenidən yer üzünə gəldikdə həqiqi İsəvilərin lideri olacağını bildirir. Hz. İsa (ə.s)-ın gəlməsiylə, xristianlıq batil inanc və hökmlərindən təmizlənəcək və Qurana tabe olacaq.

Bədiüzzamanın hz. İsa (ə.s) ilə əlaqədar xəbər verdiyi bütün bu hadisələr, hz. Mehdi (ə.s)-ın zühur etdiyi eyni dövrlərdə baş verəcək. Lakin nə hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlməsi və bütün İsəvilərin liderliyini boynuna götürməsi, nə də xristianların dinlərini batil inanc və tətbiqlərdən təmizləyərək İslama yönəlmələri hələ baş tutmamışdır.

Bu hadisələrlə birlikdə hz. İsa (ə.s)-ın hz. Mehdi (ə.s)-la olan birgəliyi hələ gerçəkləşməyib. Dolayısilə Bədiüzzaman, verdiyi bütün bu məlumatlarla bizə hz. Mehdi (ə.s)-ın keçmiş dövrlərdə gəlmədiyini, gözlənilən bütün bu hadisələrin də hz. Mehdi (ə.s)-ın zühurunun ən aydın əlamətlərindən olacağını müjdələyir.

QADİR-İ KÜLLİ ŞEY (HƏR ŞEYƏ QADİR OLAN UCA ALLAH) VƏD EDİB, O ZAMAN, ƏLBƏTTƏ, EDƏCƏK:

Bədiüzzaman, bu müqəddəs hadisələrin gerçəkləşməsinin uca Allahın bir vədi olduğuna diqqət çəkir. Allah Quranda bütün iman gətirənləri, İslam əxlaqının yer üzünə hakim olacağı mövzusunda müjdələyir.

Allahın bu vədi bir ayədə belə bildirilmişdir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri “güc və hakimiyyət sahibi” etdiyi kimi, onları da “güc və hakimiyyət sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar təkcə Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra inkar edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

Quranda Allahın vədini mütləq yerinə yetirəcəyi isə, bəzi ayələrdə belə bildirilir:

Budur Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların əksəriyyəti bilmir. (Rum surəsi, 6)

...Həqiqətən, Allah vədinə xilaf çıxmaz! (Ali İmran surəsi, 9)

...Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz. (Rad surəsi, 31)

Allahın Quran ayələrində bildirilən bu müjdəli vədləri inşaAllah yerinə yetəcək. Bədiüzzaman da sözlərində Qurandakı bu məlumatlara əsaslanaraq çox qəti bir ifadə işlətmiş və Allahın icazəsi ilə Axırzamanda bu hadisələrin "MÜTLƏQ BAŞ VERƏCƏYİNİ" xatırlatmışdır.

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində və Bədiüzzamanın sözlərində Axırzamanla əlaqədar bildirilən hadisələr bu günə qədər baş verməmişdir. Necə ki, Bədiüzzaman "EDƏCƏK" ifadəsiylə "baş vermis və ya baş verməkdə olan" bir hadisəni deyil, "GƏLƏCƏKDƏ BAŞ VERƏCƏK" bir hadisəni izah edir.

Hz. İsa (ə.s) hələ ikinci dəfə yer üzünə gəlməmişdir. Bu mübarək şəxsin ikinci dəfə gəlməsini bütün İslam və xristian aləmi gözləyir. Hz. Mehdi (ə.s) ilə olan ittifaqı da hələ baş tutmamışdır. Bədiüzzaman da bu sözlərində bu həqiqəti xatırlatmış və hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın özündən "DAHA SONRAKI BİR TARİXDƏ GƏLƏCƏKLƏRİNİ" müjdələmişdir.

9) Bəli HƏR VAXT SƏMAVATDAN MƏLAİKƏLƏRİ (səmadan mələkləri) YERƏ GÖNDƏRƏN və bəzi vaxtda insan surətinə vəz edən (salan) (həzrəti Cəbrayılın "dihyə" surətinə girməsi kimi) və ruhaniləri (cisim olmayıb gözlə görülməyən varlıqları; cin və mələkləri) aləm-i ərvahdan (ruhlar aləmindən) göndərib bəşər surətinə (insan formasına) təməssül etdirən (salan, cisimləşdirən), hətta ölmüş övliyaların çoxlarının ərvahlarını (ruhlarını) cəsəd-i misalıyla (varlığı maddi olmayan lakin cinsinin cəsədinə bənzəyən bədən) dünyaya göndərən bir Hakimi Zülcəlal (hər şeyə qadir olan uca Allah), HƏZRƏTİ İSA ƏLEYHİSSALAMI, İSA DİNİNƏ AİD ƏN MÜHÜM BİR HÜSN-Ü XATİMƏSİ (gözəl nəticəsi) ÜÇÜN, nəinki SƏMA-İ DÜNYADA (göylər aləmində) CƏSƏDİYLƏ (insani bədəniylə) MÖVCUD OLAN VƏ HƏYATDA OLAN HƏZRƏTİ İSA, bəlkə ALƏM-İ AXİRƏTİN (axirət aləminin) ƏN UZAQ GUŞƏSİNƏ GETSƏYDİ VƏ HƏQİQƏTƏN ÖLSƏYDİ, YENƏ BELƏ BİR NƏTİCƏ-İ ƏZİMƏ (böyük nəticə) ÜÇÜN ONU YENİDƏN CƏSƏD SAHİBİ EDİB DÜNYAYA GÖNDƏRMƏK, O HAKİMİN HİKMƏTİNDƏN UZAQ DEYİL... bəlkə Onun hikməti elə iqtiza etdiyi üçün (lazım olduğu üçün) VƏD EDİB VƏ VƏD ETDİYİ ÜÇÜN, ƏLBƏTTƏ, GÖNDƏRƏCƏK. (Mektubat, səh. 56-57)

Bədiüzzaman, bir daha hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlməsinin mütləq gerçəkləşəcəyini bildirir və mələklərin mövqeyini nümunə verərək bu mövzunu açıqlayır:

HƏR VAXT SƏMAVATDAN MƏLAİKƏLƏRİ (SƏMADAN MƏLƏKLƏRİ) YERƏ GÖNDƏRƏN:

Hz. İsa (ə.s)-ın Axırzamanda yenidən dünyaya qayıdacaq olması Rəbbimizin möcüzələrindən biridir. Bədiüzzaman sözləriylə Quranda və hədislərdə xəbər verilən bu açıq həqiqəti dilə gətirir və hz. İsa (ə.s)-ın Allahın icazəsi ilə yer üzünə ikinci dəfə gəlməsinin qəti həqiqət olduğunu açıqlayır.

Bədiüzzaman, mələklərin də Allahın icazəsi ilə lazım gəldikdə yer üzünə gəldiklərini söyləyir, hz. İsa (ə.s)-ın da, Allahın təqdir etdiyi vaxt gəldikdə, yer üzünə geri qayıdacağını və Rəbbimizin elçisi kimi insanları həqiqi din əxlaqına dəvət edəcəyini izah edir. Mələklər, insanların bildiyi zaman və məkan aləmindən fərqli aləmdə yaşayarlar. Mələklərin yaşadığı aləmin, bizim bildiyimiz anlayışlardan kənar olduğuna işarə edən bir ayə belədir:

(Bu əzab) Yüksək mövqelərin sahibi olan Allahdandır. Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar. (Məaric surəsi, 3-4)

Ayədə bildirilən "əlli min ilə bərabər bir gün" ifadəsi, mələklərin bizim məhdudlaşdığımız zaman məhfumu ilə məhdudlaşmadıqlarını göstərir. Həmçinin insana məlum olan zaman məhfumundan kənar bir həyat daha olduğunun və bu həyatın dünyadakına bənzər zaman və ya məkan məhfumundan asılı olmadığının dəlillərindən biridir. Hz. İsa (ə.s) da belə bir aləmdə yaşamaqda bilər (doğrusunu Allah bilər).

Mələklərin, Allahın istədiyi vaxtda təqdir etdiyi bir iş üçün dünyaya gəlmələri isə, digər aləmlərdən bizim aləmimizə keçməyin, Rəbbimizin icazəsi ilə mümkün olduğunu göstərir. Quranda mələklərin, bəzən Allahın insanlara vəhyini çatdırmaq, bəzən də möminlərə kömək etmək və onlara dəstək olmaq üçün, Allahın icazəsi ilə yer üzünə endikləri bildirilir:

O vaxt sən möminlərə demişdin: “Rəbbinizin göndərdiyi üç min mələklə köməyinizə çatması, sizə bəs etmirmi?” (Ali İmran surəsi, 124)

Allah qullarından istədiyi kimsəyə mələkləri əmrindən olan ruhla endirib buyurur: “Qullarımı xəbərdar edin ki, Məndən başqa İlah yoxdur. Məndən qorxun!” (Nəhl surəsi, 2)

Həmçinin, Quranda hz. İbrahim və hz. Luta mələklərin elçilər kimi gəlib qövmlərinə gələcək əzabı xəbər verdikləri; hz. Zəkəriyaya gəlib onu bir uşaqla müjdələdikləri; hz. Məryəmə gəlib özünün seçilmiş olduğunu və hz. İsa (ə.s)-ın doğumunu xəbər verdikləri bildirilir. Qurani Kərimin Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə Cəbrayıl vasitəsilə vəhy edilməsi və Peyğəmbərimiz (s.ə.v)-in Cəbrayılı görməsindən də bəhs edilir. Bədiüzzaman da mələklərin bu mövqeyini nümunə verərək, hz. İsa (ə.s)-ın Axırzamanda insani bədəniylə ikinci dəfə yer üzünə gəlməsinin Allahın qanununa uyğun olduğunu və Allahın bu vədinin gerçəkləşəcəyini bildirir.

HƏZRƏTİ İSA ƏLEYHİSSALAMI, İSA DİNİNƏ AİD ƏN MÜHÜM BİR HÜSN-Ü XATİMƏSİ (GÖZƏL NƏTİCƏSİ) ÜÇÜN:

Bədiüzzaman "İSA DİNİNƏ AİD ƏN MÜHÜM BİR HÜSN-Ü XATİMƏSİ ÜÇÜN" sözləriylə Rəbbimizin "MÜHÜM BİR GÖZƏL NƏTİCƏ" üçün hz. İsa (ə.s)-ı ikinci dəfə yer üzünə göndərəcəyini müjdələyir. Hz. İsa (ə.s)-ın yenidən yer üzünə gəlməsiylə, xristianlıq bütün batil inanc və batil tətbiqlərindən təmizlənəcək və İslama qayıdacaq.

Bu vəsilə ilə, xristianlıq hz. İsa (ə.s)-a vəhy edilmiş haqq vəziyyətinə qayıdacaq, müsəlmanlarla həqiqi İsəvilər arasında ittifaq qurulacaq və bu haqq ittifaq yer üzünə sülh və dinclik gətirəcək.

SƏMA-İ DÜNYADA (GÖYLƏR ALƏMİNDƏ) CƏSƏDİYLƏ (İNSANİ BƏDƏNİYLƏ) MÖVCUD OLAN VƏ HƏYATDA OLAN HƏZRƏTİ İSA:

Bədiüzzaman, bu sözləriylə hz. İsa (ə.s)-ın da eynilə mələklər kimi, Allah qatında diri olduğunu və Allahın təqdir etdiyi vaxt gəldikdə yer üzünə gələcəyini söyləyir.

Mələklər, Allahın istəyi ilə müxtəlif dövrlərdə yer üzünə enir və təkrar Allah qatına çıxırlar. Lakin onların Allah qatına çıxmaları, əlbəttə, dünyada bizə məlum olan məhfumlara görə yox olmaları mənasını vermir. Onlar, təkcə başqa aləmə keçir və bizim qavraya bilmədiyimiz həyatlarına davam edirlər.

Eynilə hz. İsa (ə.s)-ın Allah qatına alınmış olması da, öldüyü mənasını verməz. Necə ki, bir çox ayədə hz. İsa (ə.s)-ın ölmədiyi açıq şəkildə bildirilir və bu həqiqət hədislərlə də bir daha təsdiq edilir. Hz. İsa (ə.s) da bizim qavraya bilmədiyimiz bir aləmdə diridir. Həmçinin, mələklərin iki aləm arasında, Allahın istəyi ilə, hərəkət etmələri də, Rəbbimiz istədiyi təqdirdə bunun çox asan olduğunu göstərir. Hz. İsa (ə.s) da, Allahın təqdir etdiyi vaxt gəldikdə, yer üzünə geri qayıdacaq və Rəbbimizin elçisi kimi insanları həqiqi din əxlaqına dəvət edəcək. Bədiüzzaman da bu sözləriylə bu həqiqəti dilə gətirir.

Bədiüzzaman "SƏMA-İ DÜNYADA CƏSƏDİYLƏ MÖVCUD OLAN VƏ HƏYATDA OLAN HƏZRƏTİ İSA" sözləriylə hz. İsa (ə.s)-ın ölmədiyini, hələ də həyatda olduğunu və insani bədəniylə ikinci dəfə yer üzünə gələcəyini bildirir. Bədiüzzaman verdiyi bu məlumatlarla, hz. İsa (ə.s)-ın şəxs-i mənəvi olmadığını açıqca göstərir və bu mübarək peyğəmbərin Axırzamanda Allahın bir möcüzəsi olaraq ikinci dəfə "İNSANİ BƏDƏNİYLƏ BİR ŞƏXS KİMİ YER ÜZÜNƏ GƏLƏCƏYİNİ" müjdələyir.

ALƏM-İ AXİRƏTİN (AXİRƏT ALƏMİNİN) ƏN UZAQ GUŞƏSİNƏ GETSƏYDİ VƏ HƏQİQƏTƏN ÖLSƏYDİ, YENƏ BELƏ BİR NƏTİCƏ-İ ƏZİMƏ (BÖYÜK NƏTİCƏ) ÜÇÜN ONU YENİDƏN CƏSƏD SAHİBİ EDİB DÜNYAYA GÖNDƏRMƏK, O HAKİMİN HİKMƏTİNDƏN UZAQ DEYİL:

Bədiüzzaman bu sözləriylə Rəbbimizin gücünün sonsuz olduğunu və hər istədiyini etməyə qadir olduğunu xatırladır və hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəlməsinin Allahın icazəsi ilə mütləq gerçəkləşəcəyini ifadə edir. Bədiüzzamanın, hz. İsa (ə.s)-ın gəlməsindən Rəbbimizin sonsuz gücünü dilə gətirərək bəhs etməsi, şübhəsiz ki, bu mövzuda nə qədər qəti qənaətə sahib olduğunun ən aydın göstəricilərindəndir.

Bədiüzzaman həmçinin burada bir nümunə verərək: "HƏQİQƏTƏN ÖLSƏYDİ, yenə belə bir nəticə-i əzimə (böyük nəticə) üçün Onu YENİDƏN CƏSƏD SAHİBİ EDİB DÜNYAYA GÖNDƏRMƏK, O HAKİMİN HİKMƏTİNDƏN UZAQ DEYİL" deyir. Bədiüzzaman bu sözləriylə açıqca "BİR İNSAN"dan bəhs etdiyini və hz. İsa (ə.s)-ın şəxs-i mənəvi olmadığını göstərir.

Rəbbimizin təqdiriylə hz. İsa (ə.s)-ın Axırzamanda "BİR ŞƏXS" kimi ikinci dəfə yer üzünə gələcəyini bir daha müjdələyir.

VƏD EDİB VƏ VƏD ETDİYİ ÜÇÜN, ƏLBƏTTƏ, GÖNDƏRƏCƏK:

Allah, hz. İsa (ə.s)-ın yenidən dünyaya gələcəyini bildirmişdir. O bu vədini mütləq yerinə yetirəcək.

Bütün bu dəlillər, Allahın gücünü və qüdrətini lazımınca təqdir edə bilmədikləri üçün, hz. İsa (ə.s)-ın ölmədiyi və yer üzünə geri qayıdacağı həqiqətini rədd etməyə çalışan insanların, xeyli yanıldıqlarının göstəricisidir.

Unutmamaq lazımdır ki, Allah üstün güc və qüdrət sahibi və hər şeyə qadir olandır. İstədiyini istədiyi şəkildə yaradar. Elmi sonsuzdur. Allahın müəyyənləşdirdiyi müddət gəldikdə, böyük bir möcüzə baş verəcək və hz. İsa (ə.s) dünyaya geri qayıdacaq. Bu həqiqət, ayələrlə və hədislərlə müjdələnilmişdir və bütün iman gətirənlərin üzərində düşünməli olduqları bir möcüzədir. Bədiüzzaman da Allahın bu vədini dilə gətirmiş, Quranda bildirildiyi kimi, Rəbbimizin vədini mütləq yerinə yetirəcəyini xatırladaraq, hz. İsa (ə.s)-ın insani bədəniylə yer üzünə ikinci dəfə gəlməsinin "QƏTİ BİR HƏQİQƏT" olduğunu müjdələmişdir.

10) ...HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLDİYİ VAXT, hər kəsin ONUN HƏQİQİ İSA, olduğunu bilməsi lazım deyil. ONUN MÜKƏRRƏB VƏ HAVASSI (dərin imanlı yaxın tələbələri), nur-u iman (imanın nuru) ilə ONU TANIYAR. Yoxsa bədahət (birdən-birə və açıqca) dərəcəsində HƏR KƏS ONU TANIMAYACAQ... (Mektubat, səh. 60)

Bədiüzzaman, yer üzünə qayıtdığı ilk illərdə hz. İsa (ə.s)-ı tanıya biləcək insanların sayının çox az olacağını bildirmişdir. Buna görə də, təkcə yaxın ətrafı və dərin iman sahibi tələbələri hz. İsa (ə.s)-ı imanlarının nuru ilə tanıya biləcək, lakin bütün insanlar onun açıqca hz. İsa (ə.s) olduğunu bilməyəcək:

HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLDİYİ VAXT:

Bədiüzzaman "HZ. İSA ƏLEYHİSSALAM GƏLDİYİ VAXT" sözləriylə bir neçə mühüm mövzuya aydınlıq gətirir. Bədiüzzaman "GƏLDİYİ VAXT" ifadəsiylə əvvəlcə hz. İsa (ə.s)-ın "QƏTİ OLARAQ GƏLƏCƏYİNİ" müjdələyir. Bədiüzzaman buradakı "GƏLMƏK" feliylə isə, hz. İsa (ə.s)-ın "mənəvi bir varlıq" olmadığını "BİR ŞƏXS" olduğunu açıqlayır.

Bir şəxs-i mənəvinin "gəlməsi" qeyri-mümkündür. Bir şəxs-i mənəvi ancaq "meydana gələ bilər". "GƏLMƏK" hərəkəti "bir insanın edə biləcəyi bir hərəkət"dir. Bədiüzzaman da bu sözləriylə bu mühüm fərqi vurğulayır və hz. İsa (ə.s)-ın bir şəxs kimi yer üzünə gələcəyi mövzusuna qətilik qazandırır.

ONUN HƏQİQİ İSA:

Bədiüzzaman, "ONUN HƏQİQİ İSA" ifadəsiylə, hz. İsa (ə.s)-ın mənəvi varlıq deyil, "BİR İNSAN" olacağını bir daha açıqlayır. Bədiüzzaman "HƏQİQİ İSA" deyərək, "BİR İNSAN"dan bəhs edir və hz. İsa (ə.s)-ın başqa şəxslərdən olan fərqini isə, "HƏQİQİ" sözüylə konkretləşdirir. Bədiüzzaman həmçinin burada işlətdiyi şəxsiyyət ifadə edən "ONUN" sözüylə də hz. İsa (ə.s)-ın "BİR ŞƏXS" olduğunu bir daha dilə gətirir. Bədiüzzaman həmçinin buradakı "HƏQİQİ İSA" sözləriylə hz. İsa (ə.s)-ın, yer üzünə ikinci dəfə gəldikdə, yenə hamısı bir şəxs olan "saxta Məsihlər"dən fərqli olacağını vurğulamış və bu mübarək şəxsin "HƏQİQİ HZ. İSA (Ə.S)" olacağını ifadə etmişdir.

Hz. İsa (ə.s) gəldikdə, Quran ayələrində və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirilən işarələrə uyğun xüsusiyyətləriylə, bu saxta Məsihlərdən seçiləcək və Bədiüzzamanın ifadə etdiyi kimi, "həqiqi hz. İsa (ə.s)" olacaq.

ONUN MÜKƏRRƏB VƏ HAVASSI (DƏRİN İMANLI YAXIN TƏLƏBƏLƏRİ):

Bədiüzzaman burada "MÜKƏRRƏB VƏ HAVASSI" deyərək hz. İsa (ə.s)-ın "DƏRİN İMANLI YAXIN TƏLƏBƏLƏRİ" olacağından bəhs etmişdir. Bir şəxs-i mənəvinin "tələbələri" və ya "yaxın ətrafı" olacağından bəhs edə bilmək əsla mümkün deyil. Lakin bir insanın tələbələri ola bilər.

Şübhəsiz ki, Bədiüzzaman da bu həqiqəti çox yaxşı bilir. Hz. İsa (ə.s)-ın tələbələrindən bəhs edərək, onun şəxs-i mənəvi olmadığını müsəlmanlara açıqlayır və mübarək şəxsiylə tələbələrinin başında bilavasitə çıxış edəcəyini xəbər verir.

ONU TANIYAR:

Bədiüzzaman burada işlənən "ONU" sözüylə, yenə hz. İsa (ə.s)-ın "BİR ŞƏXS" kimi gələcəyini ifadə edir. Bədiüzzamanın işlətdiyi "TANIYAR" ifadəsi isə, bu mövzunu heç bir etiraza yer verməyəcək şəkildə dəqiqləşdirir. "TANIMAQ" vəziyyəti, təkcə "BİR İNSAN", "BİR ŞƏXS" üçün mümkün ola bilər. "Yaxın ətrafının bir şəxs-i mənəvini tanıması", əlbəttə, qeyri-mümkündür.

Lakin Bədiüzzaman, dərin imanlı yaxın tələbələrinin imanın nuru ilə hz. İsa (ə.s)-ı tanıya biləcəklərini ifadə edir. Əlbəttə ki, Bədiüzzaman bu məlumatı verərkən bu həqiqətlərdən xəbərdardır. Bədiüzzaman bu açıqlamaları olduqca şüurlu şəkildə vermiş və bu yolla hz. İsa (ə.s)-ın, iman sahibləri tərəfindən tanına biləcək "BİR ŞƏXS" olduğunu qəti olaraq dəlilləndirmişdir.

HƏR KƏS ONU TANIMAYACAQ:

Bədiüzzaman "HƏR KƏS ONU TANIMAYACAQ" sözləriylə hz. İsa (ə.s)-ın kim olduğunu, gəldiyi ilk illərdə hər kəsin anlaya bilməyəcəyini, dolayısilə bütün insanların onu tanıya bilməyəcəyini ifadə edir. Bədiüzzaman bu sözləriylə yuxarıda qeyd edilən və insanlara aid bir vəziyyət olan "TANINMA" xüsusiyyətinə bir daha diqqət çəkir. Əgər Bədiüzzaman hz. İsa (ə.s)-ın şəxs-i mənəvi olduğu qənaətində olsaydı, belə bir açıqlama verməzdi. Hz. İsa (ə.s)-ın tanınmasından bəhs etməzdi. Lakin Bədiüzzaman "ONU" sözüylə hz. İsa (ə.s)-ın "BİR ŞƏXS" olduğunu bildirmiş və sonra da açıqca onu kimlərin tanıya bilməyəcəyini açıqlayaraq, bu vəziyyəti bir daha vurğulamışdır.

 

7 / total 10
"Harun Yəhyanın Hz. İsa (ə.s) Gələcək kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net