Hz. İsa (ə.s) Gələcək

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
9 / total: 10

Son söz

Şübhəsiz ki, hz. İsa (ə.s)-ın Allah qatından dünyaya yenidən göndəriləcək olması, çox böyük İlahi müjdədir. Hz. İsa (ə.s)-ın yenidən yer üzünə gəlməsiylə İslam əxlaqı bütün dünyaya hakim olacaq. O, Allahın bütün insanlara "xilaskar" kimi göndərdiyi mübarək bir insandır. Necə ki, dünyadakı qarışıqlıq və zülm mühitinin gücləndiyi dövrlərdə insanlar həmişə Allahdan bir "yardımçı" tələb etmiş və Allah da onların bu istəyini qəbul etmişdir:

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi xalqı zalım olan bu ölkədən çıxart, bizə Öz tərəfindən bir himayəçi göndər, bizə Öz tərəfindən bir yardımçı göndər!” deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda mübarizə aparmırsınız? (Nisa surəsi, 75)

Daha əvvəl də ifadə etdiyimiz kimi, yaşadığımız dövrdə bizim üçün bu xilaskar, Quran əxlaqının hakimiyyətidir. Hz. İsa (ə.s) gəldiyi dövrdə isə, Allahın əmr etdiyi bu əxlaqı təbliğ edəcək və bunu dünyadakı bütün insanlara çatdırmaq üçün səy göstərəcək.

Bu mübarək dövrü və insanı gözləyənlərə düşən şey; hz. İsa (ə.s)-ın bütün möminlərə sahib çıxacağı kimi, ona sahib çıxmaları, tabe olmaları, özünün dəstəkçisi və müdafiəçisi olmaları və bu mübarək hadisəyə ən gözəl şəkildə hazırlanmalarıdır.

Belə mühüm bir qonağı qarşılamaq məsələsində göstəriləcək zəiflik və tənbəllik isə, əlbəttə, böyük vicdansızlıqdır. Allahın ayələrinə iman gətirən, dünyadakı hadisələri və Axırzamanın əlamətlərini ağlı və vicdanıyla qiymətləndirən heç bir insan bu mübarək qonağı hazırlıq görmədən gözləyə bilməz. Yaxud: "Hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gələcəyinə iman gətirirəm" dedikdən sonra, "lakin indi hazırlıq görməyim, daha sonra bu səhvimi düzəldərəm" düşüncəsinə də sahib ola bilməz.

Allahın göndərdiyi elçilərin ardınca gedənlər, onları qəlbən müdafiə edib dəstəkləyənlər və onların mübarək əxlaq xüsusiyyətlərini mənimsəyənlər isə, Allahın rizasını, rəhmətini və sonsuz cənnətini qazanmağı ümid edə bilərlər. Bu da Allahın iman gətirənlərə verdiyi qəti vədi və müjdəsidir:

İman gətirib yaxşı işlər görənləri zülmətlərdən nura çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan bir elçi göndərmişdir. Hər kəs iman gətirib saleh əməl işləsə, Allah onu içində əbədi qalacağı, ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Allah həqiqətən ona gözəl ruzi nəsib etmişdir. (Talaq surəsi, 11)

Hz. İsa (ə.s), digər bütün peyğəmbərlər kimi, özünə, Allahın insanları doğru yola dəvət etmək vəzifəsini verdiyi seçilən bir quludur.

Lakin hz. İsa (ə.s)-ı digər peyğəmbərlərdən fərqləndirən bəzi xüsusiyyətlər var. Bunlardan ən əhəmiyyətlisi, onun hələ də ölməmiş, Allah qatına yüksəldilmiş və yer üzünə təkrar geri qayıdacaq olmasıdır.

Hz. İsa (ə.s) çarmıxa çəkilib öldürülməmiş və başqa səbəblə də ölməmişdir. Quranda onu asa və öldürə bilmədikləri qəti şəkildə bildirilir və Allahın onu Öz qatına yüksəltdiyi xəbər verilir. Heç bir ayədə hz. İsa (ə.s)-ın öldüyündən və ya öldürüldüyündən bəhs edilmir.

Bunlarla yanaşı, Quranda hz. İsa (ə.s) barəsində elə məlumatlar verilir ki, bunlar hələ gerçəkləşməmişdir və bu hadisələrin gerçəkləşməsi, təkcə hz. İsa (ə.s)-ın yer üzünə geri qayıtması ilə mümkün olacaq. Allahın Quranda xəbər verdiyi hadisələrin gerçəkləşəcəyinə heç bir şübhə yoxdur.

Bu kitabda, hz. İsa (ə.s)-ın ölmədiyinin, Allah qatına yüksəldiyinin və Axırzamanda yer üzünə yenidən göndəriləcəyinin dəlilləri Quran ayələri əsasında araşdırılmışdır.

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

 

9 / total 10
"Harun Yəhyanın Hz. İsa (ə.s) Gələcək kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net