< <
3 / total: 12

Həyatın Ritmi: Tiroid Vəzləri

Müasir fabriklərdə və müasir sənaye müəssisələrində gündəmdə saxlanılan ən əhəmiyyətli xüsus "səmərə"dir. Fabrikin bütün bölmələrindəki iş prosesi ideal sürətdə olmalıdır. Ancaq bölmələrdəki iş prosesinin sürətlə getməsi təklikdə kifayət deyil. Bölmələr arasında uyğunluq olmalıdır. Bir bölmədəki iş prosesinin digərlərindən olduqca sürətli getməsi ayrılıqda qiymətləndirildikdə üstünlük kimi görünsə də, ümumi plan düşünüldükdə bu vəziyyət faydadan çox zərər gətirə bilər. Buna görə də, fabriklər və müəssisələrdə planlama həyata keçirmək və səmərə əldə etmək üçün sənaye mühəndisləri, inzibatçılar və bu sahədə təhsil almış ixtisaslı kadrlar işləyər.

 fabrika, fabrika çalışanları

Bir fabrikada üretimin en yüksek seviyeye ulaşması, fabrika çalışanlarının çalışma hızlarının kontrolüne ve düzenlenmesine bağlıdır.

İndi hamımız təsəvvürümüzdə yenidən nəhəng bir fabrika canlandıraq. Bu fabrikdə milyonlarla fərqli məhsul istehsal olunsun. Fabrik 24 saat müddətində fasiləsiz işləsin və bu fabrikdə insan təsəvvür edə bilməyəcəyi sayda işçi çalışsın; 100 trilyon işçi.

Şübhəsiz ki, belə bir fabrikin istehsal planını hazırlamaq, hansı işçi qruplarının hansı sürətdə ən səmərəli şəkildə işləyəcəklərini hesablamaq üçün mühəndislər və administratorlar ordusu lazımdır.

Gerçək həyatda belə bir fabrik var. Ancaq bu fabrikdə administratorlar və mühəndislər vəzifə yerinə yetirməz. Bu vəzifəni kiçik bir ət parçası və bu kiçik ət parçasının ifraz etdiyi hormonlar yerinə yetirər.

Əlbəttə ki, bu fabrik insan orqanizmidir. Bu fabrikin səmərəli fəaliyyətindən məsul olan rəhbər isə tiroid vəzisidir. Tiroid vəzisi ifraz etdiyi tiroksin hormonunun köməyi ilə 100 trilyon hüceyrənin işləmə tempini ayrı-ayrılıqda qaydaya salar, sürətlərini tənzimləyər. Qidaların hüceyrələr tərəfindən enerjiyə çevrilmə sürətlərini müəyyənləşdirər. Bu da yediyiniz qidalardan necə bir səmərə ilə faydalandığınızı müəyyənləşdirər.

 çoçuklar, koşan çocuk

Özellikle çocuklar oldukça yüksek bir metabolizma hızına sahiptirler. Bunun nedeni, bu dönemde vücut hücrelerinin besinlerden daha yüksek bir verimle enerji elde etmeleridir. Vücut hücrelerinin çalışma hızlarını denetleyen ve belirleyen ise tiroksin isimli hormondur.

Məsələn, gənc insanların, xüsusilə də yetkinlik yaşındakı insanların əksəriyyəti olduqca yüksək maddələr mübadiləsi sürətinə sahibdirlər və yedikləri qidaları sürətlə enerjiyə çevirərlər. Digər bir sözlə, yedikləri qidaları asanlıqla həzm edər və kökəlməzlər. İnsanın yaşı irəlilədikcə adətən iştahında fərq yaranmaz; lakin eyni miqdarda qida qəbul etməsinə baxmayaraq, gənclik dövrü ilə müqayisədə kökələr. Bunun səbəbi gənclik dövründə orqanizm hüceyrələrinin qidalardan daha yüksək səmərə ilə enerji əldə etmələridir. Yaşlılıq dövrü başladıqda, hüceyrələr qidaları daha az səmərə ilə həzm etməyə başlayar və həzm olunmayan qidalar yağ halında orqanizmdə toplanar.

Mövzunun başında verdiyimiz fabrik nümunəsini yenidən ələ alaq. Əgər bir fabrik sahibi olsaydınız, sizin üçün çalışan işçilərin ən səmərəli şəkildə çalışmalarını, bunu edərkən də öz sağlamlıq və təhlükəsizliklərinə diqqət yetirmələrini təmin etməyə çalışardınız. Əgər fabrikinizdə çalışan işçilərin bir hissəsi heç bir bəhanələri olmadığı halda yavaş çalışsaydılar, bu, fabrikin əldə edəcəyi səmərə baxımından, əlbəttə ki, qətiyyən yaxşı olmazdı. Əgər işçilərə hansı işi hansı sürətdə görməli olduqlarını söyləyən bir rəhbər olmasa, bir müddət sonra bu fabrikin istehsal prosesində də ləngimələr baş verərdi.

Eyni şey orqanizmimizə də aiddir. Əgər hüceyrələrinizə hansı sürətdə işləməli olduqlarını söyləyən bir rəhbər olmasa, alınacaq nəticə orqanizminiz üçün faydalı olmaz. Belə olacağı təqdirdə, hüceyrələrin fəaliyyəti yavaşlayar, yediyiniz qidalar sürətlə yağa çevrilər, qolunuzu qaldıracaq halınız qalmaz və bütün orqanizminiz funksiyalarını dayandıracaq vəziyyətə gələr. Hətta bu vəziyyət əqli geriliyə belə səbəb ola bilər. Necə ki, tiroksin hormonu az ifraz olunduğu təqdirdə "miksedema" xəstəliyi yaranar və həmin bu əlamətlər müşahidə olunar.(11)

Ancaq sizin xəbəriniz belə olmadan, sizin üçün çalışan tiroid vəzinizin ifraz etdiyi tiroksin hormonu, 100 trilyon hüceyrənizin hər birini ayrı-ayrılıqda tapar və tənbəllik etmələrinin qarşısını alar. Beləliklə də, gündəlik həyatınızı normal şəkildə davam etdirə bilərsiniz.

Tiroksin hormonu yalnız hüceyrələrinizin tənbəllik etmələrinin qarşısını almaz, həmçinin həddindən artıq işləmələrinin də qarşısını alar. Tiroksin hormonunun müəyyən miqdarda ifraz olunması sayəsində orqanizm hüceyrələrinin işləmə sürətləri daim tarazlıqda saxlanılar. Əgər orqanizm hüceyrələri olması lazım olandan daha sürətlə işləsə nə baş verər? Bu vəziyyət tiroksin hormonunun çox ifraz olunduğu "zəhərli zob" xəstəliyində müşahidə olunar.(12) Metabolik fəaliyyət artar, orqanizm temperaturu və qan təzyiqi yüksələr, arıqlama müşahidə olunar, tərləmə artar və insan ümumiyyətlə əsəbi hərəkət edər. İnsanın göz alması önə qabarar. Bu hal, xəstəliyin irəliləmiş mərhələsində korluğa və hətta ürək çatışmazlığından ötrü ölümə də səbəb ola bilər.

 grave hastalığı, troid hastalığı

Tiroid bezinin çalışmasındaki düzensizliklerin sebep olduğu hastalıklardan biri Grave's hastalığıdır. Bu hastalıkta gözler dışarı doğru çıkar. (solda) Bir diğer hastalık ise guatr olarak bilinen, tiroid bezinin büyümesidir. (sağda)

İnsan orqanizmini meydana gətirən toxumalar daim yenilənər. Gündə təxminən 200 qram əzələ və toxuma hüceyrəsi yenilənər.(13) Bunu təmin etmək üçün orqanizmimizdə hər dəqiqə 200 milyon hüceyrə əmələ gələr və ölmüş hüceyrələrlə yer dəyişdirər.(14) Orqanizmimizdəki bu bərpa və yenilənmə fəaliyyətinin sürətini müəyyənləşdirən də tiroksin hormonudur.

Bəs bu hormonu ifraz edən tiroid vəzisi, orqanizmimizdəki hüceyrələrin hansı sürətdə işləməli olduqlarını haradan bilir? Orqanizm hüceyrələrinin yenilənmə sürətini necə müəyyənləşdirir? İnsanın özü də orqanizm hüceyrələrinin hansı sürətdə işləməli olduqlarını bilməz. Hətta insanların çoxu orqanizm hüceyrələrinin işləmə sürəti olduğundan belə xəbərsizdirlər. Əgər insan, öz hüceyrələrinin işləmə sürətlərinə müdaxilə etmək istəsə, qətiyyən öz iradəsi ilə hüceyrələrinə söz keçirə bilməz. Bunun üçün ya tibbi yardım alınmalı, ya da hər hansı bir dərmandan istifadə edilməlidir. Çünki hüceyrələrin işləmə sürətləri insanın özünün deyil, kiçik bir ət parçasının, tiroid vəzisinin nəzarəti altındadır.

Bəs tiroid vəzisi və tiroksin hormonu bu üstün ağıla necə sahib olmuşdurlar? Tiroid vəzisi orqanizm hüceyrələrinin ən ideal işləmə sürətini necə müəyyənləşdirmişdir? Hüceyrənin içində yerləşən və insanın hələ də necə işlədiyini araşdırdığı yüzlərlə fərqli sistemin hansı sürətdə işləməli olduğunu haradan bilir? Bəşəriyyət hələ də bu sistemlərin necə işlədiyini anlamağa çalışdığı halda, tiroid hormonu bu sistemin bütün incəliklərini və hətta bu sistemin işləmə sürətini artırmaq üçün, ona necə müdaxilə etməli olduğunu da çox yaxşı bilir. Buna uyğun molekulu ifraz edir və hüceyrələrin hər birinə ayrı-ayrılıqda göndərir. Belə olan halda, tiroid vəzisini meydana gətirən və tiroksin hormonunu ifraz etmək vəzifəsini yerinə yetirən hüceyrələrin insandan olduqca üstün bir ağla sahib olduğunu qəbul etməliyik.

 tiroid hormonu, tiroid hormonunun görevleri

1.Tiroid Bezi
2. Tiroid Kıkırdağı

3. Gırtlak Çıkıntısı
4. Tiroid Bezinin Sol Lobu

5. Tiroid Bezi Geçidi
6. Nefes Borusu

Tiroid hormonları, metabolizmayı, büyümeyi, gelişmeyi ve sinir sisteminin aktivitelerini düzenlemekle görevlidir.

Ancaq unudulmaması lazım olan və bu kitabda bir çox dəfə təkrar edilən əhəmiyyətli bir mövzu var. Orqanizmdəki bütün hüceyrələr kimi, tiroid vəzisini meydana gətirən hüceyrələr də hər hansı ağıl və ya şüur sahibi deyildirlər.

tiroid hormonu molekülü, insan vücudu

Vücut hücrelerinin çalışma hızlarını belirleyen tiroid hormonunun yapısı.

Yandakı şəkildə görüldüyü kimi, bir tiroid hormonu molekulu cansız və şüursuz atomlardan ibarətdir. Hüceyrələr ancaq nüvələrində yazılmış və insan ağlının hüdudlarını aşan mükəmməl bir genetik proqram əsasında hərəkət edərlər. Belə olan halda, yaradılış möcüzəsinin böyüklüyü daha da açıq şəkildə ortaya çıxar.

Sonsuz ağıl və elm sahibi olan Allah, orqanizm hüceyrələrini, bu hüceyrələrin işləmə sistemlərini müəyyənləşdirən genetik proqramı və bu genetik proqramı oxuyan və qiymətləndirən hüceyrə daxili sistemləri ən mükəmməl şəkildə yaratmışdır. Həmçinin tiroid vəzisini meydana gətirən hüceyrələrin genetik proqramlarına da digər hüceyrələrin işləmə sistemlərini sürətləndirəcək hormonun molekulyar formulunu yazmışdır. Belə olan halda, fövqəladə uyğun bir sistemin qurulduğu ortaya çıxır və bu sistem Allahın yaratmasındakı mükəmməlliyi yenidən sübut edir. Allah Quran ayələrində yer üzünün hər yerində görülən bu uyğunluq və mükəmməliyi belə bildirmişdir:

Yeddi göyü bir-biri ilə “tam uyğunluq” içində təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir gözünü gəzdirib bax, məgər hər hansı bir çat görürsənmi? Sonra gözünü iki dəfə daha gəzdirib bax. O göz (uyuşmazlıqdan tapmaqdan) ümidini kəsərək, əldən düşmüş halda sənə qayıdacaq. (Mülk surəsi, 3-4)

Orqanizmimizdəki Nisbət

küçük kız, sevimli çocuk

Tiroksin hormonunun başqa bir möcüzəvi xüsusiyyəti də var: tiroksin hormonu böyümə hormonu ilə əməkdaşlıq edər. Bu çox diqqətçəkən bir məqamdır. İki molekul ortaq bir məqsəd üçün və bir-birləri ilə uyğun şəkildə hərəkət edir. Bunun tək bir izahı var; bu iki molekul ortaq bir məqsəd üçün yaradılıblar.

Əvvəlki səhifələrdən də xatırlanacağı kimi, böyümə hormonu, inkişaf dövründəki bir uşağın hüceyrələrinə bölünərək çoxalma və böyümə əmrini verən molekuldur. Böyümə hormonu hüceyrələrin neçə dəfə bölünəcəklərini və saylarını müəyyənləşdirər. Lakin çox mühüm bir incəlik də planlanmalıdır; hüceyrələrin bölünmə sürəti. Tiroksin hormonu böyümə dövründə hüceyrələrin bölünmə sürətlərinə də təsir göstərərək inkişafın tam şəkildə başa çatmasını təmin edir.

Tiroksin hormonunun əhəmiyyətini anlamaq üçün aynaya baxmağınız kifayətdir. Anadangəlmə bir xəstəliyi olmadığı müddətcə hər insanın ağzı, burnu, gözləri, bir sözlə, üzünün və orqanizminin hər yeri demək olar ki, hər insanda bir-birinə bənzər nisbətə malikdir. Orqanizminizin bu nisbətə malik olmasını, Allahın mükəmməl funksiya ilə yaratdığı tiroksin hormonuna borclusunuz. Əgər bundan illərlə əvvəl (yetkinlik dövründə olan bir oxucusunuzsa, bu sətirləri oxuduğunuz anda) orqanizminiz hələ də inkişaf etməyə davam edərkən, tiroksin molekulları hüceyrələrinizə ayrı-ayrılıqda gedib, hansı sürətdə bölünməli olduqlarını bu hüceyrələrə bildirməsəydi, orqanlarınız olduqca qeyri-mütənasib inkişaf edərdi. Hətta bu hal, əqli geriliyə belə səbəb ola bilərdi. Necə ki, doğumdan dərhal sonra tiroksin hormonunun az ifraz olunması nəticəsində yaranan kretinizm (kəmağıllıq) xəstəliyində əqli gerilik müşahidə olunar. Bu xəstəliyə tutulan insanlar inkişaf dövrünün sonunda qeyri-mütənasib orqanizmə sahib olarlar (əsasən çox qısa ayaqlı və böyük kəlləyə). Həmçinin tiroksinin çatışmazlığı cırtdanboyluluğa da səbəb olar.(15)

tiroid hormonu molekülü, insan vücudu

Vücut hücrelerinin çalışma hızlarını belirleyen tiroid hormonunun yapısı.

Gündəlik həyatda gördüyünüz insanlar; məktəb yoldaşlarınız, iş yoldaşlarınız, küçədə yeriyən insanlar, ailəniz və sair. Bütün bu insanlar orqanizm formalarına Allahın mükəmməl şəkildə yaratdığı bu iki kiçik molekul (böyümə və tiroksin hormonları) sayəsində sahib olmuşdurlar. Bu hormonlar ən doğru vaxtda, ən doğru miqdarda ifraz olunmuş, trilyonlarla hüceyrəyə ayrı-ayrılıqda hökm etmiş, bu hüceyrələrə nə qədər və hansı sürətdə çoxalmalı olduqlarını bildirmiş və nəticədə ortaya insanın mükəmməl quruluşu çıxmışdır.

Hər insanda bu molekulların ifraz olunma miqdarı olduqca xüsusi şəkildə (nə az, nə də çox) və hər insanın orqanizminə ən uyğun şəkildə tənzimlənmişdir. Əgər bu hormonların ifrazat miqdarlarında insandan insana ciddi dəyişikliklər olsaydı nə olardı? Belə olmasaydı, insanların fiziki görünüşləri arasında çox ciddi dəyişikliklər olardı. Milyardlarla insanın boyu 2,5-3 metr uzunluğunda, digər milyardlarla insanın boyu isə 1 metr və ya daha az uzunluqda olar, eləcə də, hamısı qeyri-mütənasib orqanizm və üz quruluşuna sahib olardı. Üstəlik, bu insanların demək olar ki, hamısı həyatını əqli gerilik içində davam etdirərdi. Milyardlarla insan da hələ həddi-büluğ dövründə həyatını itirərdi.

Nəticə etibarilə, təkrar vurğulamaq lazımdırsa; insan nəsli sahib olduğu xarici görünüşünü və fiziki xüsusiyyətlərini (Allahın mükəmməl şəkildə yaratdığı) bu iki kiçik molekula (yəni böyümə və tiroksin hormonlarına) borcludur. Bu da insanın Allah tərəfindən necə həssas tarazlıqlar üzərində yaradıldığının digər bir dəlilidir:

O göyləri və yeri haqq olaraq yaratdı, sizə nizamlı surət verdi və surətlərinizi də gözəl şəkildə yaratdı. Dönüş Onadır. (Təğabun surəsi, 3)

100 Trilyon Mikro Radiator

tiroid hormonu molekülü, insan vücudu

Vücudumuza ihtiyacı olan ısıyı kazandıranlar, bir mikro kalorifer görevi gören hücrelerdir.

Bu yazını oxuya bilməyiniz üçün, orqanizm temperaturunuz mütləq müəyyən bir dərəcədə olmalıdır. Bu temperaturun həddindən artıq dərəcədə enməsi və ya yüksəlməsinin nəticəsi ölüm olar. Buna görə də, orqanizm temperaturunuzun müəyyən səviyyədə olmasını nizamlayan bir çox sistem yaradılmış və dünyaya gəldiyinizdən bəri orqanizminizə yerləşdirilmişdir. Bu fövqəladə sistemlərdən biri də tiroksin hormonudur.

Orqanizm hüceyrələrinin fəaliyyətləri nəticəsində müəyyən istilik yaranar. 100 trilyon hüceyrənin fəaliyyəti nəticəsində də, orqanizm müəyyən temperatur səviyyəsinə çatar. Belə olan halda, hüceyrələri, orqanizminizi isidən mikro radiatorlara bənzədə bilərik. Bu mikro radiatorlardan hər birinin nə qədər istilik verməsi lazım olduğunu qaydaya salan möcüzəvi molekul yenə tiroksin hormonudur.

Hüceyrənin işləyərkən müəyyən istilik yayması və 100 trilyon hüceyrənin yaydığı ümumi istilik miqdarının insan həyatı üçün lazım olan istilik miqdarını təmin etməsi ayrılıqda bir möcüzədir. Üstəlik, tiroksin molekulları hüceyrənin nə qədər istilik yaymalı olduğunu da bilər. Bütün bunlarla yanaşı, hüceyrənin işləmə metabolizminə necə təsir göstəriləcəyini və bu istiliyin necə artırılacağını bilmələri yaradılış möcüzələrindəndir.

 

Həssas Nəzarət Mexanizmi

 tiroid hormonu, tiroid hormonunun görevleri

1. Hedef Dokular
2. Hipotalamus
3. Kan Damarı

4. Ön Hipofiz Bezi
5. Tiroid Bezi

a. Hipotalamus kanda düşük miktarda hormon olduğunu tespit eder.
b. Hipotalamus ön hipofiz bezine uyarı gönderiri.
c. Ön hipofiz bezi dolaşım sistemine daha fazla tiroid serbestleştirici hormon (TSH) salgılar.

Yeterli tiroid hormonu üretildiğinde hipotalamus tiroid serbestleştirici hormonu üretmeyi durdurur.

Tiroksinin ifraz olunma miqdarını və vaxtını tənzimləmək üçün, çox qabaqcıl texnologiya və plana sahib bir sistem qurulmuşdur. Tiroksin hormonunun ifraz olunması yenə əmr zənciri sayəsində baş verər. Şüursuz hüceyrələrin birləşməsi nəticəsində yaranmış ət parçaları, öz aralarında olduqca intizamlı və nizamlı iyerarxiyaya malikdirlər.

Tiroksin hormonuna ehtiyac duyulduğu anda hormonal sistemin beyni olan hipotalamus, hormonal sistemin orkestra dirijoru olan hipofiz vəzisinə bir əmr (TRH-tireotropin-rilizinq-hormon) göndərər. Əmri alan hipofiz vəzi, tiroid vəzisinin hərəkətə keçməli olduğunu anlayar. O da dərhal tiroid vəzinə bir əmr (TSH-Tiroid stimulə edici hormon) göndərər. Əmr zəncirinin son halqası olan tiroid vəzisi də özünə çatan bu əmr əsasında dərhal tiroksin hormonu ifraz edər və bunu qan yoluyla bütün orqanizmə paylayar.

Tiroksin hormonunun təkcə vəzifəsinin deyil, ifraz olunma miqdarının da olduqca əhəmiyyətli olduğu yuxarıdakı sətirlərdə bildirilmişdi. Bəs bu molekulun ifraz olunma miqdarı necə müəyyənləşdirilər? Necə olur ki, bu hormon (xəstəlik halları istisna olmaqla) ehtiyacdan çox və ya az ifraz olunmur?

Tiroksin hormonunun ifraz olunma miqdarı da Allahın çox böyük sənətlə yaratmış olduğu xüsusi bir sistem sayəsində müəyyənləşdirilər. Bu sistem iki ayrı ölçmə və əks-əlaqə mexanizmindən ibarətdir. Bu mexanizmlərin hər biri bənzərsiz mühəndislik dizaynı nümunəsidir.

Qandakı tiroksin miqdarı normadan artıq olduqda tiroksin hormonu hipofiz vəzisi və bəzən də bilavasitə hipotalamus üzərində çox qəribə bir təsir meydana gətirər: Hipofiz vəzinin TRH hormonuna olan həssaslığını azaldar.

Əgər bir qədər diqqətli düşünülsə, ortada əsil bir möcüzə olduğu görüləcək. Çünki TRH hormonunun vəzifəsi, hipofiz vəzini hərəkətə keçirmək və tiroid vəzinə bir əmr (TSH-Tiroid stimulə edici hormon) göndərməsini təmin etməkdir. Bu əmr, tiroksin hormonunun ifrazı üçün yaradılmış əmr zəncirinin ikinci halqasını meydana gətirər.

 fabrika, fabrika çalışanları

1. Tirotropin Serbestleştirici Hormon
2. Hipotalamus
3. Hipofiz Bezi
4. Tiroid Serbestleştirici Hormon
5. Tiroid Hormonu
6. Azaltılmış TRH Salgısı
7. Azaltılmış TSH Salgısı
8. Negatif Geri Tepki
9. Fazla Tiroid Hormon
10. Artırılmış TRH Hormonu
11. Artırılmış TSH Hormonu
12. Zayıflatılmış Geri Tepki
13. Az Tiroid Hormonu

Tiroksin hormonuna ihtiyaç duyulduğunda hipotalamus, hipofiz bezine bir emir gönderir. Emri alan hipofiz bezi, tiroid bezinin harekete geçmesi gerektiğini anlar. O da hemen tiroid bezine bir emir gönderir. Tiroid bezi de kendisine ulaşan bu emir doğrultusunda hemen tiroksin hormonu üretir ve kan yoluyla bütün vücuda dağıtır.

Sistem elə müfəssəl şəkildə planlanmışdır ki, artan tiroksin hormonu özünü ifraz edən mənbəyin, özündən daha çox ifraz etməməsi üçün olduqca ağıllı bir tədbir görür və öz ifrazı üçün meydana gətirilmiş əmr zəncirini icrasına son qoyur. Beləliklə də, qandakı tiroksin miqdarı normasını keçən kimi tiroksin ifrazı avtomatik şəkildə yavaşlaya bilir.

Bu vəziyyəti bu nümunə ilə daha yaxşı anlaya bilərik: Xəyali bir fabrikdə kiçik və ağıllı maşınların istehsal olunduğunu düşünək. Bu maşınların istehsalı üç mərhələdə reallaşar.

  1. Birinci mərhələdə A kompyuteri B kompyuterinə istehsal əmri göndərər.
  2. İkinci mərhələdə B kompyuteri bu əmri başqa bir dilə çevirib, C kompyuterinə göndərər.
  3. Üçüncü mərhələdə isə, C kompyuteri özünə bağlanmış bir montaj robotu sayəsində istənilən maşınları istehsal etməyə başlayar.

Nəhayət normadan artıq istehsal prosesi gedər və anbarlarda ehtiyac duyulandan çox maşın yığılar. Belə olan halda, istehsal prosesi dayanmalıdır. Bu mərhələdə çox möcüzəvi bir hadisə baş verər. Anbarda gözləyən maşınların bir hissəsi B kompyuterinə gedər və bu kompyuterlə A kompyuteri arasında informasiya axınını təmin edən kabeli sökər. Beləliklə də, B kompyuteri A kompyuterindən əmr ala bilməz. Buna görə də C kompyuterinə maşın istehsal etmə əmrini göndərə bilməz və istehsal dayanar. Bu vəziyyət anbardakı maşınlar bitənə qədər davam edər. Ehtiyyatdakı maşınlar azaldığı zaman A kompyuterini B kompyuterinə bağlayan kabel, maşınlar tərəfindən təkrar yerinə qoşular və istehsal prosesi davam edər.

Əgər öz istehsalına və özünü istehsal edən maşınlara ən ağıllı və ən səmərəli şəkildə nəzarət edən belə bir məhsul istehsal olunsaydı, bu, sənaye və texnologiya sahəsində bir inqilab olardı. Ancaq bu gün insan üçün xəyal kimi, görünən bu istehsal prosesi, insanın öz orqanizmində hər an baş verir.

Tiroksin hormonunun ifraz miqdarını müəyyənləşdirən ikinci bir sistem daha var. Artan tiroksin, hipotalamus hüceyrələrinə təsir edər. Bu hüceyrələr də TRH ifrazatı azaldarlar. Dolayısilə hipofizdən ifraz olunan TSH miqdarı da azalar. Beləliklə də, tiroksin ifrazı yavaşlayar.

Bu ikinci sistemi yuxarıda verdiyimiz fabrik nümunəsini ələ alaraq araşdırmaq yerində olacaq. İfraz olunan tiroksinin hipotalamusa təsir göstərməsi və TSH ifrazatını yavaşlatması, xəyali fabrikdə istehsal olunan maşınların A kompyuterinə də gedərək, bu kompyuterdən informasiya çıxışını yavaşlatmalarına bənzəyir. Beləliklə də, həm A və B kompyuterləri arasındakı əlaqə kəsilər, həm də A kompyuterinin işləmə sürəti yavaşladılaraq B kompyuterinə bir əmr göndərməsinin də qarşısı alınmış olar.

Qandakı tiroksin miqdarı azaldığı vaxt, bu sistem tam əksinə işləyər. A kompyuterindən daha çox əmr göndərilər, B kompyuterinin bu əmrləri alma potensialı yüksəldilər. Yəni hipotalamus daha çox TSH hormonu ifraz edər, hipofiz vəzinin özünə gələn əmrə həssaslığı artar və TSH hormonu ifrazı artar. Beləliklə də, daha çox tiroksin hormonu ifraz olunmuş olar.(16)

Belə olan halda, bu sualları verməliyik; tiroksin hormonu ifrazın dayanması üçün əmr zəncirinin dayandırılmalı olduğunu haradan bilir? Hipotalamus hüceyrələri tiroksin miqdarı artdığı vaxt, hormon ifraz etməyi dayandırmalı olduqlarını, tiroksin miqdarı azaldığı vaxt isə, hormon ifrazını artırmalı olduqlarını haradan bilirlər? Bu mükəmməl sistem necə əmələ gəlmişdir?

Bu cür incə planlanmış bir sistemin təsadüfən meydana gəldiyini düşünmək, bir kompyuter və ya televizorun təsadüfən meydana gəldiyini düşünməkdən olduqca məntiqsiz bir iddia olar. Çünki bu sistemin işləyə bilməsi üçün, hal-hazırda burada incəlikləri qeyd olunmayan, ancaq molekulyar ölçüdə reallaşan xüsusi olaraq planlanmış yüzlərlə incəlik var. Bu sistemin çox üstün bir ağıl, yəni Allah tərəfindən yaradıldığı çox açıq bir həqiqətdir.

 fabrika, hormonlar  fabrika, hormonlar

1)A bilgisayarından B bilgisayarına üretim emri gelir.
2)B bilgisayarı bu emri anlaşılır bir dile çevirerek, C bilgisayarına gönderir.
3)C bilgisayarı kendisine bağlı bir montaj robotu sayesinde istenilen makineleri üretmeye başlar.

Stokta gereğinden fazla makine biriktiğinde, bu makinelerden biri B bilgisayarına gider ve B ile A bilgisayarı arasındaki bağlantıyı koparır. Böylece A bilgisayarı üretim emri veremez ve bu durum stoklar tükeninceye kadar devam eder.

On Min Molekuldan Dördü

Tiroksin hormonunun ifraz olunma miqdarı, yuxarıda bəhs etdiyimiz heyrətləndirici sistemlər sayəsində zəmanət altına alınmışdır. Ancaq bütün bunlarla yanaşı, hər hansı kritik vəziyyətə qarşı qandakı tiroksin miqdarını sabit saxlayan fövqəladə bir sistem daha var.

Tiroid vəzi tərəfindən qana ifraz olunan tiroksin molekulları sırf bu iş üçün xüsusi olaraq hazırlanmış daşıyıcı bir molekula bağlanar və qanda bu yolla gəzərlər. Eləcə də, bu molekula bağlı olduqları müddətcə vəzifələrini yerinə yetirə bilməzlər. Ancaq və ancaq 10 min tiroksin molekulundan yalnız 4-ü qanda sərbəst şəkildə gəzər. Hüceyrələrin maddələr mübadiləsi sürətlərinə təsir edən tiroksin molekulları da bu hər 10 000 tiroksin molekulundan 4-dür.(17)

Sərbəst tiroksin molekulları hüceyrələrin içinə girdikcə, onların yerinə daşıyıcılarından ayrılan yeni tiroksin molekulları keçər. Beləliklə də, daşıyıcılarına bağlanmış tiroksin molekulları ehtiyyat kimi istifadə edilər və lazımi tiroksin həmişə hazır vəziyyətdə saxlanılmış olar.

Hüceyrələrə təsir göstərməli olan tiroksin miqdarının nə qədər həssas şəkildə tənzimləndiyi və hüceyrələrə təsir göstərən tiroksin miqdarının artması və ya azalması nəticəsində hansı təhlükələrin yaranacağı daha əvvəl ələ alınmışdı. Həmçinin bu həssas miqdarda, bir qədər əvvəl toxunduğumuz 10 000-də 4-lük nisbət də var. Belə olan halda, mütləq bu suallar verilməlidir:

Kim trilyonlarla molekulun sayını hesablamış və bu molekulların yalnız 10 000-də 4-lük hissəsinin insan sağlamlığı üçün uyğun olduğuna qərar vermişdir? Kim geridə qalan 9996 molekulun passiv vəziyyətdə gözləməli olduğunu hesablamışdır? Qan damarlarının içində 4 molekul sayında azalma olduğunu bilib, digər molekulları sərbəst buraxdıran kimdir? Bu ağlasığmaz riyazi hesablamanı və bu hesablama əsasında qurulmuş və yer üzündə gəlib-keçmiş bütün insanlarda mövcud olan bu sistemi kim meydana gətirmişdir?

Şübhəsiz ki, bu nümunə Allahın gözlə görə bildiyimiz və ya görə bilmədiyimiz hər aləmə hakim olduğunun, hər şeyi əhatə etdiyinin və yer üzündəki hər şeyin sayını müəyyənləşdirdiyinin bir dəlilidir:

O hər şeyi əhatə etmiş və onları sayıb hesablamışdır. (Cin surəsi, 28)

 

Dipnotlar

11. Musa Özet, Osman Arpacı, Biyoloji 2, Sürat Yayınları, Şubat 98, s. 126

12. Musa Özet, Osman Arpacı, Biyoloji 2, Sürat Yayınları, Şubat 98, s 126

13. Body Atlas, Ambrose Video Publishing, Inc. New York, Discovery Communications, 1994

14. Glissor S. Linda, Jensen Karen, Lanoutte Edward, Human Machine, s. 222

15.  Glissor S. Linda, Jensen Karen, Lanoutte Edward, Human Machine, s. 241

16. Biological Science A Moleculer Approach, s. 521

17. Biological Science A Moleculer Approach, s. 521

3 / total 12
"Harun Yəhyanın Hormon Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net