< <
5 / total: 12

Orqanizmimizdəki Şəkər Fabriki

Əgər ehtiyacınızdan bir qədər artıq şəkərli hər hansı qida yesəniz, orqanizminizdəki bir sistem qandakı şəkər nisbətinin yüksəlməsinin qarşısı almaq üçün fəaliyyətə keçər:

1) Əvvəlcə mədəaltı vəzi hüceyrələri, qan mayesindəki milyonlarla molekul arasından şəkər molekullarını tapar və digərlərindən ayırd edər. Üstəlik, bu molekulların sayılarının çox və ya az olduqlarına qərar verər, sanki şəkər molekullarını sayar. Gözü, beyni, əlləri olmayan, gözlə görə bilməyəcəyimiz kiçiklikdəki hüceyrələrin bir mayedəki şəkər molekullarının nisbəti haqqında fikir sahibi olması, üzərində düşünülməli mövzudur.

2) Əgər mədəaltı vəzi hüceyrələri qanda normadan artıq şəkər olduğunu müəyyənləşdirsə, bu artıq şəkərin ehtiyyat halında toplanmasına qərar verərlər. Ancaq bu işi özləri etməz, özlərindən çox uzaqda yerləşən başqa hüceyrələrə etdirərlər.

3) Uzaqdakı bu hüceyrələr özlərinə əks bir əmr gəlmədiyi müddətcə şəkəri ehtiyyat halında toplamaq istəməzlər. Ancaq mədəaltı vəzi hüceyrələri, bu hüceyrələrə "şəkəri ehtiyyat halında toplayın" əmrini daşıyacaq bir hormon göndərərlər. "İnsulin" adlandırılan bu hormonun formulu, mədəaltı vəzi hüceyrələrinin ilk yarandıqları andan etibarən DNT-lərində mövcuddur.

4) Mədəaltı vəzi hüceyrələrindəki xüsusi "fermentlər" (işçi zülallar) bu formulu oxuyarlar. Oxunan formul əsasında da insulin ifraz edərlər. Bu ifraz prosesində hər biri fərqli vəzifələr yerinə yetirən yüzlərlə ferment iştirak edər.

5) İfraz edilən insulin hormonu, ən etibarlı və ən sürətli nəqliyyat şəbəkəsi olan qan yoluyla hədəf hüceyrələrə çatdırılar.

6) İnsulin hormonunda yazılı olan "şəkəri ehtiyyat halında toplayın" əmrini oxuyan digər hüceyrələr isə bu əmrə qeydsiz-şərtsiz itaət edərlər. Şəkər molekullarının hüceyrələrin içinə keçməsini təmin edəcək qapılar açılar.

7) Ancaq bu qapılar hər şey üçün açılmaz. Şəkəri ehtiyyat halında toplayacaq hüceyrələr qandakı yüzlərlə fərqli molekul arasından yalnız şəkər molekullarını ayırd edər, tutar və öz içlərinə həbs edərlər.

8) Hüceyrələr, özlərinə çatan əmrə heç vaxt itaətsizlik etməzlər. Bu əmri yanlış başa düşməz, səhv maddələri tutmağa, ehtiyyatda normadan artıq şəkər toplamağa çalışmazlar. Böyük intizam və fədakarlıqla çalışarlar.

vücudumuzdaki şeker fabrikası

1. Karbonhidratlar, Şeker, vs.
2. Yemek Borusu
3. Karaciğer
4. Mide
5. Bağırsaklar
6. NORMAL BIR İNSAN

7. Insülin
8. Glikoz
9. Aktif Alıcı
10. Aktif Taşıyıcı
11. Glikoz Enerjiye Çevrilir
12. Glikoz

13. Kırmızı Kan Hücreleri
14. Normal Damar
15. DİABETİK BİR İNSAN
16. Inaktif Alıcı
17. Inaktif Taşıyıcı
18. Etkilenen Damar

A. Karbonhidratlar bağırsaklarda glikoz haline gelirler ve kanla birleşirler. Glikoz oranı çok yükselirse, pankreas, hücrelerin glikozu emmesine yardım eden insülin isimli bir hormon salgılar.

B. Hormon, glikoz taşıyıcısını aktif hale getiren alıcısı ile birleşir. Glikoz hücrenin içine girer ve enerjiye dönüşür. Kandaki glikoz oranı sabit kalır. Diabetik hastalarında ise, insülin alıcısına bağlanamaz ve taşıyıcı inaktif (aktif olmayan) hale gelir. Glikoz kan dolaşımı içinde kalır. Ve kandaki şeker oranı yükselir.

Beləliklə də, siz çox şəkərli bir çay içdiyinizdə, bu fövqəladə sistem fəaliyyətə keçər və artıq şəkəri orqanizminizdə ehtiyyat halında toplayar. Əgər bu sistem işləməsəydi, o zaman qanınızdakı şəkər miqdarı sürətlə yüksələr və komaya girərək ölərdiniz. Bu o qədər mükəmməl bir sistemdir ki, yeri gəldikdə tərsinə də işləyə bilər. Əgər qandakı şəkər normadan aşağı düşsə, bu dəfə mədəaltı vəzi hüceyrələri tam fərqli bir hormon olan "qlükaqon"u ifraz edərlər. Qlükaqon daha əvvəl ehtiyyat halında şəkər toplayan hüceyrələrə bu dəfə "qana şəkər qarışdırın" əmrini daşıyar. Bu əmrə də itaət edən hüceyrələr ehtiyyat halında topladıqları şəkəri geriyə buraxarlar.

Bir beynə, sinir sisteminə, gözə, qulağa sahib olmayan hüceyrələr, bu cür böyük hesablama əməliyyatlarını və işləri mükəmməl şəkildə etməyi necə bacararlar? Zülalların və yağ molekullarının yan-yana gəlməsiylə yaranan bu şüursuz varlıqlar, insanların belə edə bilməyəcəkləri qədər böyük işlər görməyi necə bacarırlar? Şüursuz molekulların göstərdikləri bu böyük şüur kimə məxsusdur? Əlbəttə ki, bu hadisələr, bizə bütün kainata və bütün canlılara hakim olan Allahın varlığını və qüdrətini göstərir.

 

5 / total 12
"Harun Yəhyanın Hormon Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net