< <
7 / total: 12

Cinsiyyət Hormonları

Qadın və kişilərin orqanizmləri doğulduqları andan etibarən müəyyən müddət bir-birinə bənzəyər. Ancaq aradan illər keçdikdən sonra hər iki orqanizmdə də fərqlər ortaya çıxmağa başlayar. Oğlanların saqqalı çıxar, səsləri qalınlaşar, çiyinləri genişlənər və tipik kişi orqanizmi görünüşünə sahib olarlar. Qızlar da tipik qadın orqanizmi görünüşünə sahib olmağa başlayarlar. Cinsiyyət üzvləri istisna olmaqla, bir-birinə olduqca bənzəyən iki orqanizm, həddi-büluğ dövründə bu hormonların ifraz olunmasından sonra çox fərqli görünüşlərə sahib olar.

Qadın və kişi orqanizmləri arasındakı fərqi meydana gətirən, Allahın böyük nizam içində yaratdığı cinsiyyət hormonlarıdır.

Cinsiyyət hormonları kişidə testosteron, qadında estrogen və progesterondur. Bu hormonların ifraz olunma mexanizmlərini araşdırdığımız vaxt, yenə bir çox yaradılış möcüzəsinə şahid olarıq.

Cinsiyyət hormonları kişidə xayalardan, qadında isə yumurtalıqlardan ifraz olunar. Ancaq bu hormonların ifraz olunmasını təmin edən sistem, bu orqanlardan xeyli uzaqda yerləşir. Daha əvvəl də araşdırdığımız kimi cinsiyyət hormonlarının ifrazına hipofiz vəzi və hipotalamus tərəfindən nəzarət olunar.

Cinsiyyət hormonlarının hərəkətə keçirilməsi üçün doğumdan etibarən uzun illər gözlənilər. Bu çox böyük bir möcüzədir. Çünki beynin hipotalamus nahiyəsi, doğumdan etibarən illər boyunca, cinsiyyət hormonlarının ifraz olunma əmrini verməz. Lakin ən doğru vaxt gəlib çatanda, yəni uşaq artıq həddi-büluğ dövrünə çatanda, hipotalamus hipofiz vəzinə bir əmr göndərər. Bu əmr QTRH hormonudur. Hipotalamusun milyardlarla insanda tam eyni vaxtda bu əmri göndərməsi çox fövqəladə bir hadisədir. Kiçik bir ət parçası günləri, ayları, illəri hesablayaraq, təqvimə sahib olmadan, daha doğrusu bir təqvimdən baş çıxaracaq ağla və şüura da sahib olmadan bu mükəmməl zamanlamanı necə edə bilir? Bu həqiqət, hipotalamusun, Allah tərəfindən bu zamanlamanı edəcək şəkildə dizayn olunduğunun böyük bir dəlilidir.

Bu əmri alan hipofiz vəzi iki hormon (LH və FSH) ifraz edər. Bu hormonların hədəfləri qızlarda yumurtalıq, oğlanlarda isə xayalardır. Hormonlar illərdir ki, fəaliyyətsiz dayanan bu orqanlara "fəaliyyətə keçin" əmrini verərlər.

Xayalar və yumurtalıqlar da, həm oğlanlar və qızlara məxsus cinsiyyət hüceyrələrini əmələ gətirməyə, həm də cinsiyyət hormonları ifraz etməyə başlayar.

Burada çox diqqətçəkici bir məqam var. LH və FSH hormonları həm qızlarda, həm də oğlanlarda eyni molekulyar quruluşa malikdir. Ancaq hər ikisi də qız və oğlan orqanizmində fərqli hadisələrə səbəb olar.

Bu hormonların fərqli təsirlərə sahib olmaları və ifraz olunmaq üçün uzun illər gözləmələrinin nə qədər böyük bir möcüzə olduğu mövzusunu; "vaxt tənzimləməsi və cinsiyyət seçimi apara bilən hormonlar (FSH və LH)" başlıqlı hissədə araşdırmışdıq.

İndi isə, qadın və kişi reproduktiv sistemlərinin necə əmələ gəldiklərini araşdıraq və Allahın yeni bir insanın dünyaya gəlməsi üçün necə bir sistem yaratmış olduğunu görək.

Qadınların Reproduktiv Sistemi

 heykeltraş

Cinsiyet hormonları bir heykeltraş ustalığı ile kadın ve erkek bedenini şekillendirirler.

Qadınların reproduktiv sisteminin ən əhəmiyyətli orqanı hər biri 10-20 qram ağırlığında olan yumurtalıqlardır. Yumurtalıqlar, doğulacaq bir insanın yarısı olaraq qəbul edilən yumurta hüceyrəsini meydana gətirərlər. Doğulacaq insanın digər yarısı isə kişi orqanizmindən gələcək sperma hüceyrəsidir.

Yumurtalıqların digər bir vəzifəsi isə cinsiyyət hormonlarını ifraz etməkdir. Bu çox əhəmiyyətli bir vəzifədir, çünki cinsiyyət hormonları uşaq orqanizmini qadın orqanizmi halına gətirər. Bu əməliyyat sanki bir heykəltəraşın bir heykəl düzəltməsinə bənzəyər. Ancaq hormonlar bu heykələ, heykəltəraş kimi kənardan deyil, heykəlin, yəni orqanizmin içindən forma verərlər.

Məsələn, qadında əmələ gətirilən cinsiyyət hormonlarının ifraz olunmasıyla, çanaq sümükləri genişləyər. Bu çox xüsusi bir dizayndır və hamiləlik vəziyyətində ana bətnindəki körpəyə yer təmin etmək məqsədiylə edilmişdir.(36)

Belə olan halda, təkrar düşünmək lazımdır. Qadın hormonlarını ifraz edən hüceyrələr, gələcəkdə qadının hamilə qala biləcəyini və körpənin daha geniş bir yerə ehtiyacı olacağını necə bilirlər? Bu məlumata sahib olduqlarını fərz edək. Bəs çanaq sümüyünü meydana gətirən hüceyrələrə, nə qədər bölünməli və çanaq sümüyünü nə qədər genişlətməli olduqlarını deməyi necə bacarırlar? Çanaq sümüyünün nə böyüklükdə olmalı olduğunu necə bilirlər?

Eləcə də, yağların qadınlarda fiziki olaraq omba və çanaqlarda toplanması da yenə estrogenin təsirindən ötrüdür. Oğlanda isə inkişaf mərhələsində yağ deyil, cizgili əzələ kütləsi artar. Qadınlarda yağ kütləsi artımı gələcəkdə hamiləlik və süd vermə dövrünün tələb edəcəyi enerjinin toplanması üçün xüsusi olaraq yaradılmışdır.(37)

Cinsiyyət hormonları qızlarda səsi incəldər, oğlanlarda isə, qalınlaşdırarlar.(38) Hormon molekulları kişi və qadın səsi arasındakı fərqi necə bilirlər? Kişi səsinin qalın, qadın səsinin isə incə olmalı olduğuna necə qərar verə bilərlər? Eləcə də, eyni formula sahib hormonlar qadında incə, kişidə isə qalın səs meydana gətirməyi necə bacara bilərlər?

Qadınlıq hormonlarının müəyyən yaşa qədər ifraz olunmamalarının da çox əhəmiyyətli bir hikməti var. Çünki qadın ağıl və orqanizm cəhətdən kafi yetkinliyə çatdıqda, yəni orqanizmi bir körpəni daşıyacaq yetkinliyə, ağlı da onu böyüdüb yetişdirəcək yetkinliyə çatdığı yaşlarda qadınlıq hormonları fəaliyyətə keçməyə başlayar.(39) Şübhəsiz ki, bu tənzimləmə əməliyyatı, insanın müəyyən plan əsasında yaradılmış olduğunun digər bir dəlilidir.

Dörd Həftəlik Həyat Sikli

 yumurtalıklar

Kadının cinsiyet hormonlarının üretildiği yumurtalıklar.

Sağlam bir qadının orqanizmi, hər dörd həftədən bir əhatəli hazırlıq görər. Bu hazırlıq, yeni bir insanın dünyaya gəlməsini təmin etmək üçün, qadın orqanizmindəki hüceyrələr tərəfindən həyata keçirilər.

Necə ki, bir ana uşağının hər cür ehtiyacını düşünər, onun sağlamlığına, inkişafına diqqət göstərər və uşağı üçün uzunmüddətli planlar qurursa, ananın reproduktiv orqanlarını meydana gətirən hüceyrələr də yumurta hüceyrəsinə eyni həssaslığı göstərərlər. Yumurta hüceyrəsinin mayalanması üçün özlərinə öyrədilmiş uzunmüddətli bir planı icra edərlər. Əlbəttə ki, bu planın icrasında başlıca faktor hormonlardır.

Dörd həftəlik siklin başlanğıcında hipofiz vəzi LH hormonu ifraz edər. Bu hormon kəllədən yola çıxdıqdan sonra, uzun bir yol qət edərək qan yoluyla yumurtalıqlara çatar. Artıq yumurtalıqların fəaliyyətə keçmə vaxtı gəlib çatmışdır.

Yumurtalığın içində minlərlə yetkinləşməmiş (nüvə) yumurta hüceyrəsi var. Hipofizdən gələn LH hormonunun təsiriylə bu nüvə hüceyrələrdən bir hissəsi yetişməyə başlayar. Yetişən hüceyrələrdən yalnız biri tam şəkildə yetişəcək və yumurta hüceyrəsi olaraq yumurtalıqdan xaric ediləcək (İki hüceyrənin xaric edildiyi və hər ikisinin də mayalandığı hallarda "əkiz" körpələr dünyaya gələr).

Yetişən yumurta hüceyrəsinə və ətrafındakı qidalandırıcı təbəqəyə follikul deyilər. Hipofiz vəzindən göndərilən FSH hormonu follikul üzərində çox qəribə bir təsir yaradar və follikul birdən-birə xüsusi bir molekul ifraz etməyə başlayar. Bu molekul "estrogen" adlı hormondur.

Hələ özü tam olaraq yetişməmiş follikul, bir hormon ifraz etməyə necə başlamışdır? Bu ifrazın məqsədi nədir? Bu sualların cavabları bizə başqa bir yaradılış dəlili göstərəcək.

 sperm

Erkek üreme hücresi olan sperm

1. Follikul, yumurta hüceyrəsinin əmələ gətirildikdən sonra uşaqlığa çatacağından və burada yerləşəcəyindən necə xəbər tutmuşdur? Uşaqlıqdakı kapilyar damarların yumurta hüceyrəsini qida ilə təmin edəcəyini necə bilir? Bu kapilyar damarların çoxalmasını təmin edəcək üsulu kimdən öyrənmişdir?

2) Estrogenin təsiri ilə uşaqlıq əzələləri də inkişafa başlayar və əzələ gücü artar. Bu da mümkün mayalanma vəziyyətində yumurtanın yerləşəcəyi yatağı qorumaq üçün alınmış bir tədbirdir.(40)

3) Qadınlarda inkişaf dövründə, sinə nahiyəsində görülən böyümə də bilavasitə estrogen hormonunun təsirindən asılıdır. Estrogen sinələrdə yağ toplanmasını artırar və sinənin daxilindəki süd vəzlərinin də çoxalmasını təmin edər.(41) Bütün bu hazırlıqlar gələcəkdə doğulacaq körpənin ana tərəfindən əmizdirilməsini təmin etmək üçündür.

4) Qadına məxsus orqanizm quruluşunun qalan hissələrinin meydana gətirilməsi də estrogen sayəsində reallaşar. Bu da çox qəribə vəziyyət yaradar. Məsələn, estrogen qadında sinə nayihəsinin genişləməsini təmin edər. Bu hormon heç vaxt çiyin sümüklərinin genişlənməsini və kişiyə məxsus bir görünüşə sahib olmalarını təmin etməz.

Qadında incə səsin meydana gəlməsinin təmin edən də estrogendir. Estrogen qadında kişiyə məxsus səs tonu meydana gətirməz. Həmişə necə bir səs tonu meydana gətirməli olduğunu, yəni qadın səsini meydana gətirməyi çox yaxşı bacarar. Qadın orqanizminin özünəməxsus xüsusiyyətlərini meydana gətirən heykəltəraş "estrogen" hormonudur.

5) Estrogen həmçinin mayalanmanın asanlaşmasını da təmin edər. İkinci həftənin sonunda yumurta hüceyrəsi mayalanmaq üçün ən uyğun vəziyyətə çatdıqda qandakı estrogen miqdarı da olduqca artmış olar. Bu da uşaqlıqdan uşaqlıq yoluna doğru xüsusi bir mayenin ifraz olunmasına səbəb olar. Bu maye kişi reproduktiv hüceyrəsi olan spermanı öz içində həbs edər və yuxarıya doğru daşıyar. Bu maye spermanın aktivliyini artırar və spermanı yuxarıya doğru, yəni yumurta hüceyrəsinə doğru daşımış olar.

6) Ana bətni (əgər xüsusi bir tədbir alınmasa) olduqca mikroblu mühitdir. Bu, ananın və doğulacaq körpənin sağlamlığı üçün ciddi bir təhdid meydana gətirər. Bəs bu təhlükəni aradan qaldırmaq üçün hansı tədbir alınmalıdır? Estrogen hormonu möcüzəvi şəkildə bu təhlükənin aradan qaldırılmasını təmin edər. Estrogen molekulları ana bətnindəki epitel hüceyrələrə çatdıqda bu hüceyrələr turşu ifraz etməyə başlayarlar. Bu turşulu mühit, faydalı mikrobların (laktobasillər) çoxalması üçün əlverişli mühit əmələ gətirər və uşaqlıq yolunu infeksiyalardan qoruyar.(42)

Kiçik bir follikulun ifraz etdiyi kimyəvi molekul, insanın orqanizminə başdan-ayağa forma verir və gələcəkdə yeni bir insanın doğulması üçün lazımi tənzimləmələri aparır. Halbuki estrogen hormonu, atomların yan-yana düzülməsi ilə meydana gəlmiş şüursuz bir maddədir. Şüursuz hüceyrələr tərəfindən ifraz olunur və şüursuz hüceyrələr üzərində təsir göstərir. Lakin bütün bunlar böyük plan əsasında həyata keçir və bu planın sonunda insan cinsiyyətlərindən biri əskiksiz olaraq ortaya çıxır.

Belə olan halda bu həqiqət təkrar görülər:

Estrogen hormonu üzərində təcəlli edən ağıl nə şüursuz atomlara, nə şüursuz hüceyrələrə, nə də təsadüflərə məxsus ola bilməz. Bu ağıl insanı erkək və dişi olaraq yaradan və insanı bənzərsiz şəkildə yoxdan var edən Allaha aiddir.

Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. (Nisa surəsi, 1)

Yumurta Hüceyrəsini Qarşılamaq Üçün Görülən Hazırlıq

 yumurtalığın yapısı

1. korpus luteum
2. bozulmaya uğramış korpus luteum
3. birincil fölikül
4. kan damarı
5. gelişme aşamasında olan folikül
6. ikincil oosit
7. olgun kabarcıklı folikül
8. dış tabaka
9. olgunlaşmış folikül
10. patlayan folikül
11. yumurtalık çıkışı
12. yumurta

Kadınların cinsiyet hormonlarının üretildiği yumurtalığın yapısı

Dörd həftəlik həyat siklinin ikinci hissəsinə, yəni təxminən 14-cü günə gəldikdə yetişən yumurta, yumurtalıqdan çölə buraxılar. Artıq yumurta hüceyrəsinin ana bətninə doğru səfəri başlamışdır. Bu səfər əsnasında mayalansa yeni bir həyat başlayacaq, mayalana bilməsə öləcək və orqanizmdən kənarlaşdırılacaq.

Yumurta hüceyrəsi yumurtalığı tərk etmiş və bir səfərə çıxmışdır. Ancaq geridə qoyub getdiyi yumurtalığın içindən və çox uzaqda yerləşən hipofiz vəzindən özünə böyük dəstək verilər.

Hipofiz vəzi, buraxılan yumurta hüceyrəsinin köməyə ehtiyacı olduğunu sanki bilər və LTH adlı xüsusi bir hormon ifraz edər. Bu hormon qan yoluyla yumurtalıqlara gəlib çatar və yumurtalığın içindəki "sarı cismə (lat. korpus luteum)" təsir göstərər. Sarı cisim də progesteron hormonu ifraz edər.

Progesteron hormonu da xüsusi bir dizayn məhsuludur və çox xüsusi məqsədlər üçün ifraz olunmuşdur. Yumurtalıqdan heç çölə çıxmayan və xarici mühiti heç görə bilməyən sarı cisim hüceyrələrinin ifraz etdiyi bu hormon, çox uzaqda yerləşən bir çox hüceyrəyə təsir göstərər. Bu hüceyrələrin müəyyən plan əsasında hərəkət etmələrini təmin edər. Bu proses insan orqanizmindəki yaradılış möcüzəsinin digər bir nümunəsidir.

Progesteron molekulları uşaqlığa çatdıqları vaxt, eynilə estrogen kimi yumurta hüceyrəsinin qarşılanması üçün hazırlıq görülməsini təmin edərlər, müəyyən mənada estrogenin gücünə güc qatarlar.

Progesteron hormonu eyni zamanda içindən ifraz olunduğu yumurtalığın özünə də təsir göstərər. Yumurtalıqdan yeni bir yumurta hüceyrəsinin sərbəst buraxılmasına mane olar. Əks halda ana bətnində bir rüşeym əmələ gələrkən, ikinci bir yumurta hüceyrəsi də mayalanacaq və həm inkişaf edən rüşeym, həm də ana baxımından çox təhlükəli bir vəziyyət yaranacaq.

Progesteron molekulları mayalanma getdikdən sonra, ikinci bir mayalanmanın getməməli olduğunu, bunun üçün yumurtalığın fəaliyyətinin dayandırılmalı olduğunu haradan bilirlər? Yalnız bir molekul olan progesterona bu xüsusiyyətləri kim qazandırmışdır? Şübhəsiz ki, bunlar, üzərində düşünülməli olan olduqca əhəmiyyətli mövzulardır.

Progesteronun digər bir xüsusiyyəti də hipofizdən ifraz olunan oksitosin hormonunun təsirini azaltmasıdır. Bu da digər bir planlama möcüzəsidir. Oksitosin hormonu daha əvvəl də araşdırdığımız kimi doğum yaxınlaşdığı vaxtda fəaliyyətə keçən və bətni təşkil edən əzələlərinin yığılmasını təmin edən bir hormondur. Bu yığılmalar sayəsində körpənin ana bətnindən çıxması asanlaşdırılar.

FSH ve LH hormonları

1. Hipotalamus Serbestleştirici Hormonlar Salgılar.
2. Ön Hipofiz Bezi FSH ve LH Salgılar.
3. Foliküler Östrojen ve Progesteron Salgılar
4. Östrojen Ve Progesteron Rahim Mukozasının Büyümesine Neden Olur.
5. Bu Döngünün Sonuna Doğru Kandaki Östrejen ve Progesteron Seviyesi Yükselir.
6. Negatif Geri Besleme Hipotalamusu Engeller

a. Rahim
b. Mukoza
c. Negatif Geri Besleme
d. Yumurtal
e. Korpus Luteum
f. Östrojen ve Progesteron Hormonları Ergenlik Çağının Başlamasına Neden Olur.

Kadınlardaki hormon kontrolünü gösteren bir şema. Hipotalamustan salgılanan FSH ve LH hormonları ile birlikte hormonal sistem aktifleşmeye başlar. Bunun sonucunda salgılanan östrojen ve progesteron hormonları kadında ergenlik çağının başlamasına neden olur.

Əgər mayalanmanın ilk günlərində oksitosin hormonu bətni təşkil edən əzələlər üzərində öz təsirini göstərsə, bu yığılma prosesi ana bətninə yapışmağa çalışan mayalanmış yumurtanı çölə atacaq və hamiləlik heç vaxt baş tutmayacaqdı. Bu mərhələdə fəaliyyətə keçən progesteron hormonu oksitosin hormonunun təsirini yox edər və mayalanan yumurtanın orqanizmdən kənarlaşdırılmasına mane olar. Progesteron hormonu təəccüblü şəkildə oksitosin hormonunun təsirini yox edəcək bir dizayna malikdir.

İndi təkrar düşünək. Progesteron yumurtalığın içindəki hüceyrələr tərəfindən ifraz olunmuşdur. Oksitosin hormonu isə yumurtalıqdan çox uzaq bir yerdə, kəllənin içində yerləşən hipofiz vəzindən ifraz olunur.

Progesteronu ifraz edən hüceyrələr oksitosin hormonunun mövcud olduğunu haradan bilirlər? Oksitosin hormonunun, bətnin yığılmasına səbəb olacağını və belə olan halda, mayalanmış yumurtanın çölə atılacağını kimdən öyrəniblər? Hansı ağılla bu hadisəyə mane olmaq üçün progesteron molekulunu dizayn etmişdirlər?

Şübhəsiz ki, bu hadisədə görülən plan, bu planı quran bir ağlın varlığını göstərər və bu planın qurulması üçün insan orqanizminə dair bütün incəliklərə və məlumatlara sahib olunmalıdır. İnsanı bütün xüsusiyyətləri ilə birlikdə yaradan Allah, progesteron-oksitosin mexanizmindəki uyuşmanı da ən ideal şəkildə yaratmışdır.

Progesteron hormonunun digər bir xüsusiyyəti daha vardır ki, bu xüsusiyyət də insanın özünü yaradan Allah qarşısındakı acizliyinin başqa bir dəlilidir.

Mayalanmış yumurta hüceyrəsi, bətn divarına çatdığı və burada böyüməyə başladığı anda ana orqanizmi üçün yad cisim mövqeyindədir. Ana orqanizminə aid müdafiə hüceyrələrinin, bölünən və böyüyən hüceyrə toplusuna hücum etmələri labüddür. Bu hücum insan həyatını hələ başlamadan bitirəcək və hamiləlik heç vaxt baş tutmayacaq.

Ancaq progesteron hormonu müdafiə sistemi hüceyrələrinin bətn divarında yerləşən ziqota hücum etmələrinə mane olar. Bu da çox təəccüblü bir hadisədir. Progesteron bir çox vəzifəsiylə yanaşı, bir də inkişaf etməkdə olan hüceyrə toplusunu hücumlardan qoruyur. Şübhəsiz ki, bu hadisə, progesteronun çox üstün bir ağıl, yəni Allah tərəfindən yaradılmış olduğunu yenidən göstərər.

Progesteronun ifrazı daha əvvəl də ifadə edildiyi kimi dörd həftəlik siklin ikinci hissəsində reallaşar. Əgər bu zaman kəsiyində mayalanma baş verməsə, qandakı progesteron və estrogen miqdarı sürətlə azalar. Yeni bir insana həyat vermək üçün görülən hazırlıqlara hələlik ehtiyac qalmamışdır. Bu hazırlıqlar (mayalanacaq yumurtanı qidalandırmaq üçün bətn divarında çoxalan kapilyar damarlar) orqanizmdən kənarlaşdırılar və bu qadınlarda aybaşı olaraq bilinən vəziyyəti meydana gətirər.

Dörd həftə sonra hipofiz vəzinin FSH hormonunu ifraz etməsi ilə yumurtalığın içində yeni bir yumurta hüceyrəsi yetişməyə başlayar. Beləliklə də, dörd həftəlik yeni bir hazırlıq dövrü başlamış olar.

Kişilərin Reproduktiv Sistemi

 erkeklerdeki hormonal yapı

a. Saçak
b. Korpus Luteum
c. Yumurtalık

d. Fallop Tüpü
e. Rahim

Olgunlaşan yumurta, yumurtalıktan fallop tüpüne doğru atılır. (1) Fallop tüpü boyunca ilerleyen yumurta (3-4) rahme geldiğinde burada rahim duvarına gömülür. (5-6)

Kişilərin reproduktiv sistemində də hormonlar əsas rol oynayır. Doğumdan təxminən 10 il sonra, inkişaf dövrünün başlamasıyla birlikdə kişi hormonları tam olaraq fəaliyyətə keçər. Bu hormonların fəaliyyətə keçməsi, yenə orqanizmdə qurulmuş bir əmr zəncirinin işə düşməsiylə reallaşar. Bu əmr zəncirinin ən böyük rəhbəri hipotalamusdur.

Hipotalamus doğumdan sonrakı illərdə hər 3-4 saatdan bir LHRH adlı bir hormon ifraz edər. Ancaq bu hormonun ifraz olunma miqdarı olduqca azdır. Təxminən on il sonra hipotalamus kişi orqanizminin formalaşması üçün, sanki doğru vaxtın gəldiyini anlayar və LHRH hormonunu daha qısa fasilələrlə ifraz etməyə başlayar.(43) LHRH hormonu əmr zəncirinin ikinci halqası olan hipofiz vəzinə çatar. Hipofiz vəzi bu əmri alan kimi LH adlı başqa bir hormon ifraz edər. Bu hormon da kişi cinsiyyət vəzlərinə, yəni xayalara ifraza başlama əmrini verər.

Bütün bu əməliyyatlar niyə illər sonra başlayır və bu mexanizmin işə düşmə zamanı necə müəyyənləşdirilir? Bu sualların cavabları elm aləmi üçün hələ də sirr olaraq qalır. Necə ki, insanın hələ də sirlərini aça bilmədiyi bu sistem insanlıq tarixinin başlanğıcından bəri insanların orqanizmlərində işləyir.

LH hormonu qan yoluyla xayalara çatdıqda buradakı hüceyrələr testosteron adlı hormonu ifraz etməyə başlayarlar. Testosteron ifraz edən hüceyrələr sanki aid olduqları orqanizmin, uşaqlıqdan kişiliyə keçmə vaxtının gəlib çatdığını bilirlər. Çünki ifraz etdikləri testosteronun kimyəvi formulu, inkişaf etməkdə olan bir uşağı yetkin bir kişiyə çevirəcək.

Testosteron molekulları orqanizmə paylanar və müəyyən nahiyələrdəki hüceyrələrə nə etməli olduqlarını bildirər. Testosteronun kişi orqanizmini meydana gətirən vəzifələrindən bəziləri belədir:

  1. Testosteron molekulları əzələ hüceyrələrinin çoxalmalarına səbəb olarlar. Buna görə kişi orqanizmi qadın orqanizminə görə daha əzələli və daha güclüdür. Əzələ kütləsindəki artım tipik kişi orqanizmi görünüşünü ortaya çıxarar.
  2. Testosteron molekulları eyni zamanda tük kökü hüceyrələrinə təsir göstərər, saqqal və bığın çıxmasına da səbəb olarlar. Alın saç xətti daha geriyə çəkilər.
  3. Testosteron molekulları səs tellərinə də təsir göstərərlər. Kişilərin səslərinin qadınlara görə daha qalın olması bu təsirdən qaynaqlanar. Testosteron molekulu həmçinin kişi orqanizminə dişi yumurtasını mayalandıra bilmə xüsusiyyətini də qazandırar.

Şübhəsiz ki, bütün bunları şüursuz bir molekulun edirmiş kimi görünməsi olduqca təəccüblüdür. Bu molekul sanki, bir kişi orqanizminin xüsusiyyətlərini bilir və trilyonlarla hüceyrəni bir kişi orqanizmi meydana gətirmələri üçün idarə edir.

Testosteron hormonunun yaradılışındakı plan bunlarla məhdudlaşmır. Bu hormonun təsir mexanizmində də açıq bir dizayn görülər. Testosteron yuxarıda sadaladığımız təsirləri meydana gətirmək üçün hədəf toxumaya (kişi genital orqanları) çatdıqda hüceyrələrin içinə daxil olar. Hüceyrənin içində yenə xüsusi olaraq testosteron üçün yaradılmış bir fermentlə birləşər və beləliklə də, testosteron olduqca təsirli bir hala gətirilər.

Erkeklerdeki Hormonal Yapıyı Gösteren Şema
 erkeklerdeki hormonal yapı

1. Hipotalamus Serbestleştirici Hormonlar Salgılar
2. Ön Hipofiz Bezi FSH ve LH Salgılar
3. Testis Testosteron Salgılar
4. Sperm Üretimi
5. Testis Tarafından Inhibin Salgılanır
6. Negatif Geri Besleme

a. Negatif Geri Besleme Hipotalamusu Baskılar Fiziğindeki Farklılıklar
b. Inhibin Ön Hipofiz Bezini Baskılar
c. Kandaki Testosteron Seviyesi Artar
d. Erkek Cinsiyet Farklılığı, Ergenlik Çağının Başlaması, Erkek

Dizayn və planlama hələ də bitməmişdir. Bu yeni yaranan hormon da yenə özü üçün xüsusi olaraq dizayn olunmuş xüsusi bir reseptora birləşər. Ortaya çıxan molekulyar kombinasiya hüceyrənin DNT-sinə bağlanar və DNT-dən alınan məlumatlar əsasında yeni bir zülal sintezi baş verər. Bu hadisə kişi və qadın orqanizmi arasındakı fərqin meydana çıxmasını və cinsi funksiyaların davamını təmin edər.

Ortada o qədər mükəmməl yaradılmış bir sistem vardır ki, testosteron-ferment-reseptor üçlüsündən ibarət olan mexanizm, DNT-dəki milyardlarla məlumat arasından, özləri üçün yazılı hissəni tapar və buradakı məlumatlar əsasında sintez prosesini təmin edər. Məsələn, saqqal çıxması üçün saqqal kökü hüceyrələrinin DNT-lərinin hansı hissəsinə təsir göstərməli olduqlarını bilərlər. Səsin qalınlaşması üçün səs telləri hüceyrələrinin DNT-lərinin hansı hissəsinə təsir göstərməlidirlərsə o yerə təsir göstərərlər.

Burada verilən məlumat olduqca əhəmiyyətlidir. Testosteron (C19H28O2), karbon, hidrogen və oksigen atomlarının müxtəlif saylarda birləşməsindən əmələ gəlmiş bir molekuldur. Bu cansız, şüursuz varlıq, DNT-də öz işinə yarayacaq məlumatın olduğunu haradan bilə bilər? Daha da əhəmiyyətlisi, 3 milyard hərfdən ibarət olan, minlərlə cildlik ensiklopediyanı dolduracaq qədər çox məlumatın arasından, öz axtardığı bir neçə hərfi necə düzgün şəkildə və böyük sürətlə tapa bilir? Bugünkü gündə “İnsan Genomu” layihəsi çərçivəsində, 10 ildir ki, işləyən yüzlərlə elm adamı, dünyanın ən qabaqcıl texnologiyasından istifadə edərək, təkcə DNT-i oxumağı bacara bilmişdirlər. Lakin DNT-in hansı hissəsinin insan orqanizminin hansı orqanı, zülalı və ya hormonu ilə əlaqədar olduğunu hələ də bilmirlər. Ancaq, C18H24O2 formuluna sahib estrojen və C19H28O2 formuluna sahib testosteron hormonları, bunu çox yaxşı bilir, milyonlarla ildir ki, milyardlarla insan orqanizmində səhvliyə yol vermədən bildiklərini tətbiq edirlər.

Şübhəsiz ki, yalnız bu sistem belə Allahın sənətinin gözlər önünə sərildiyi bir yaradılış möcüzəsidir.

Testosteron hormonu, hipofiz vəzindən ifraz olunan LH hormonu sayəsində ifraz olunar. Ancaq testosteron LH hormonunun nəzarəti altında olduğu qədər, LH hormonu da testosteronun nəzarəti altındadır. Qanda testosteron miqdarı artdığı vaxt, testosteron molekulları hipofiz vəzinə daha çox LH hormonu ifraz etməmələri üçün təzyiq göstərər. Nə vaxt testosteron miqdarı azalarsa, elə o zaman LH hormonunun ifrazı təkrar başlayar. İfraz olunan LH hormonu xayaları hərəkətə keçirər və azalan testosteron miqdarının artırılması üçün əlavə ifraz edilməsini əmr edər.

Buradan bu nəticə çıxar; hipofiz vəzi və xayalar arasında qarşılıqlı məlumat alış-verişi həyata keçirilir. Şüursuz iki ət parçası bir-birlərinin ifraz proseslərinə nəzarət edir və əlbirlik içində insan üçün ən ideal miqdarda testosteron ifraz olunmasını təmin edir, testosteronun az və ya çox ifraz olunması nəticəsində yaranacaq zərərlərin qarşısını alırlar. Daha doğrusu, hər iki ət parçasının içinə bir-birləri ilə uyğun şəkildə işləmələrinə təmin edən molekulyar alt sistemlər yerləşdirilmişdir. Əlbəttə ki, bu mükəmməl dizayn bu sistemlərin müəyyən məqsəd əsasında meydana gətirildiklərini, yəni Allah tərəfindən yaradıldıqlarını göstərər.

Eyni dövrdə hipofiz vəzinin ifraz etdiyi FSH hormonu da xayalarda sperma ifrazatını başladar. Spermalar yumurta hüceyrəsini mayalandırmaq üçün xüsusi dizayn olunmuş hüceyrələrdir. İnkişaf dövrünün başlamasıyla birlikdə, ən doğru vaxtda FSH hormonunun ifraz olunması və sperma ifrazatının başladılması digər bir dizayn nümunəsidir.

Eyni Xammaldan Fərqli Cinsiyyətlər

Kişi və qadın cinsiyyət hormonlarının ortaq bir xüsusiyyəti var. Kişi hormonu olan testosteron və qadın hormonları olan estrojen və progesteron eyni xammaldan hazırlanılar. Bu hormonları ifraz edən hüceyrələr xammal olaraq xolesterin molekullarından istifadə edərlər.

Hüceyrələr eyni xammaldan istifadə edərək fərqli cinsiyyətlərin meydana gəlməsini necə təmin edərlər? Bir xaya hüceyrəsi özünə verilən xammaldan kişi xüsusiyyətlərini əmələ gətirəcək şəkildə istifadə etdiyi halda, bir yumurta hüceyrəsi eyni xammal vasitəsilə qadın xüsusiyyətlərini meydana gətirən estrojen və progesteron hormonlarını əmələ gətirir. Eyni maddə yalnız bir hüceyrənin özünə verdiyi forma sayəsində kişinin saqqallarını çıxardıb, çiyinlərini genişləndirib, səsini qalınlaşdırıb, sperma ifraz etməsini təmin edir. Yenə eyni maddə digər bir hüceyrənin özünə verdiyi fərqli bir forma sayəsində qadının çanaq sümüyünü genişləndirib, sinələrini böyüdüb, səsini incəldib, uşaq doğmasını təmin edəcək hazırlıqları görməsini təmin edir.

Tamamilə ağılsız hüceyrələr, eyni xammaldan istifadə edərək çox fərqli məqsədlər üçün istifadə edilən və hər biri mükəmməl dizayna malik molekullar ifraz edirlər. Yalnız bu nümunə belə, gözlə görülə bilməyəcək qədər kiçik hüceyrələrin üzərlərində təcəlli edən ağlın böyüklüyünü göstərmək üçün kifayətdir.

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

 

Dipnotlar

36. Intimate Universe, British Broadcasting Corporation- The Learning Channel Co-Production Video, 1998

37. Oğuz Kayaalp, Rasyonel Tedavi Yönünden Tıbbi Farmakoloji, s. 2751

38. Oğuz Kayaalp, Rasyonel Tedavi Yönünden Tıbbi Farmakoloji, s. 2723 

39. Kemalettin Büyüköztürk, İç Hastalıkları, s. 369

40. Oğuz Kayaalp, Rasyonel Tedavi Yönünden Tıbbi Farmakoloji, s. 2750

41. Oğuz Kayaalp, Rasyonel Tedavi Yönünden Tıbbi Farmakoloji, s. 2750

42. Oğuz Kayaalp, Rasyonel Tedavi Yönünden Tıbbi Farmakoloji, s. 2750 

43. Kemalettin Büyüköztürk, İç Hastalıkları, s. 392

7 / total 12
"Harun Yəhyanın Hormon Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net