< <
5 / total: 16

Sahib Olduğunuz Hər Şeyi Allahın Nemət Olaraq Verdiyini Anlamazlıq Etməyin

Yaşadığımız dünyada bir çox gözəlliklər və nemətlər var. Hər canlının bütün ehtiyacları ayrı-ayrı düşünülmüş və lazım olan heç bir incəlik əskik buraxılmamışdır.

Əvvəlcə özümüz barədə düşünək. Səhər yuxudan oyandığımız andan etibarən nələr edərik, nələrə ehtiyac duyar, nələrlə qarşılaşarıq, daha doğrusu bizə nə kimi gözəlliklər verilər, gəlin bunları birlikdə düşünək.

Oyanan kimi nəfəs ala bilərik, mükəmməl tənəffüs sistemimiz sayəsində bunu edərkən heç çətinlik çəkmərik, atmosferdəki qazların nisbətlərinin doğru olub-olmadığını düşünmək ağlımıza belə gəlməz.

Gözümüzü açan kimi görə bilərik, gözümüzdəki bənzərsiz yaradılış sayəsində dəqiqlik, rəng və məsafə tənzimləməsi kimi tənzimləmələr aparmaq məcburiyyətində qalmarıq. Yemək yeyərik və ləzzət alarıq. Yediyimiz hər tikədəki vitaminlərin, mineralların, karbohidratların, zülalların hara getməsi lazım olduğunu, nisbətlərini, artığının ehtiyyat halında toplanması və ya atılması kimi əməliyyatları ağlımıza belə gətirmərik. Hətta çox vaxt içimizdə belə əməliyyatların getdiyindən xəbərimiz belə olmaz. Əlimizə götürdüyümüz bir cismin sərt və ya yumşaq olduğunu dərhal anlaya bilərik. Hər hansı bir cismi heç bir zehni səy göstərmədən rahatlıqla tuta bilərik.

Hər saniyə insan bədənində bu nümunələrə bənzər bir çox əməliyyat həyata keçirilir. Bu əməliyyatların hər birinin icra edildiyi orqanlar, bu orqanlarda da mürəkkəb mexanizmlər var. İnsan bədəni sanki bir fabrik kimi işləyər. Bu fabrik insana verilmiş ən böyük nemətlərdən biridir, çünki insan bu fabrik sayəsində mövcuddur və həyatını bu fabrik sayəsində davam etdirər.

Bəs bu fabrikin işləməsi üçün lazım olan xam maddələr necə təmin edilir? Yəni insanı enerji ilə təmin edən yeməklər, su, hava kimi maddələr necə yaranır?

Əvvəlcə meyvə və tərəvəzləri düşünək. Qara torpağa atılan və bir taxta parçası görünüşündəki toxumlardan yaranan qarpızları, qovunları, alçaları, gilasları, portağalları, bibərləri, pomidorları, ananasları, tutları, çiyələkləri, badımcanları və bunlar kimi digər bütün bitki mənşəli qidalarımızı düşünək. Vərdiş etdiyimiz düşünmə tərziylə deyil, fərqli yönlərdən yaxınlaşaraq düşünək. Çiyələyin o möhtəşəm qoxusunu və dadını, qovunun heç dəyişməyən məşhur qoxusunu və ləzzətini ağlımıza gətirək. Bir də insanların laboratoriyalarda eyni qoxuları əldə etmək üçün sərf etdikləri vaxtı və istifadə etdikləri texnologiyanı düşünərək müqayisə aparaq. Laboratoriyalarda əldə edilən nəticə təbiətdəki bənzərlərinin sadəcə pis təqlidi olmaqdan kənara çıxmaz. Allahın insanlar üçün təbiətdə yaratdığı qoxu, ləzzət və rəng müxtəlifliyi bənzərsiz mükəmməlliyə malikdir.

Bütün bitki mənşəli qidaların dadlarının, qoxularının fərqli olması, hamısının özlərinə məxsus rənglərinin olması insan üçün xüsusi olaraq hazırlanmışdır. Bunların hamısı Rəbbimiz tərəfindən nəmətlər kimi verilir.

Eynilə heyvanlar da insanlar üçün xüsusi olaraq yaradılıblar. Onlarda insanların həm qida olaraq faydalanacağı, həm də görünüşlərindən zövq alacağı gözəlliklər var. Dəniz altındakı rəngarəng balıqlar, mərcanlar, dəniz ulduzları, dünyanın müxtəlif bölgələrində yaşayan bir-birindən fərqli bəzəkləri olan bütün quş növləri, çox sevimli pişiklər, itlər, delfinlər, pinqvinlər və digərləri… Bütün bunlar Allahdan gələn nemətdirlər. Allah bu mövzunu bir çox ayəsi ilə qullarına bildirmişdir:

Özündən (nemət olaraq) göylərdə və yerdə olanların hamısını O, sizə ram etmişdir. Şübhəsiz ki, bunda, düşünən qövm üçün dəlillər var. (Casiyə surəsi, 13)

Əgər Allahın nemətlərini saymalı olsanız Onu ümumiləşdirmə edərək də sayıb qurtara bilməzsiniz. Həqiqətən Allah, bağışlayandır, rəhmlidir. (Nəhl surəsi, 18)

Burada bəhs edilənlər Allahın verdiyi nemətlərin və gözəlliklərin çox kiçik hissəsidir. İnsan dünyada gözünü hara çevirsə, Allahın; Bərr (qullarına qarşı yaxşılığı çox olan), Kərim (kərəmi bol, comərd), Lətif (lütf sahibi), Rəzzaq (ruzi verən), Sani (sonsuz gözəlliklər yaradan) kimi sifətlərinin təcəllilərinin nümunələrini görə bilər.

Məhz siz də indicə ətrafınıza nəzər salıb düşünün. "Nemət olaraq sizə çatan nə varsa, Allahdandır…" (Nəhl surəsi, 53) ayəsiylə xəbər verildiyi kimi sizə verilən sonsuz nemətlərin sahibinin Rəbbimiz olduğunu QƏTİYYƏN ANLAMAZLIQ ETMƏYİN.

 

5 / total 16
"Harun Yəhyanın Qətiyyən Anlamazlıq Etməyin kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net