< <
6 / total: 16

Bu Dünyada Uzun Müddət Qalmayacağınızı Anlamazlıq Etməyin

Dünyada gözəl və möhkəm olan hər şey, gün gələndə xarab olar, çürüyər və ya köhnələr. İnsanın da sonu belədir və bundan qaçması qeyri-mümkündür. Hər insan doğulduğu andan etibarən geri dönüşü mümkün olmayan qocalıq və ölümə doğru addımlama prosesinə daxil olar. Bu açıq-aydın həqiqəti hər kəs bilər, lakin buna baxmayaraq, bəzi insanlar özlərini gündəlik həyatın gedişatına qapdırarlar. Dünyanın müvəqqəti bəzəklərinə layiq olduğundan çox dəyər verər, ehtirasla bağlanarlar.

Halbuki bu bağlılıqları mənasızdır. Çünki dünyadakı həyatın sonu var. Sonu olmayan həyat isə, axirət həyatıdır. Sonsuz həyata qarşılıq dünyanın tükənəcək faydasının arxasınca qaçmağın şüurlu hərəkət olmadığı da qətidir. İnsanın bütün bunları anlamazlıqdan gələrək dünyaya dair edəcəyi hər hərəkət, ona axirətdə əbədi peşmançılıq yaşada bilər. Siz bu əbədi peşmançılığı yaşamaqdan şiddətlə qaçın və dünyadakı həyatınızın bir gün mütləq sona çatacağı AÇIQ-AYDIN bir həqiqət olduğu halda, qətiyyən bunu anlamazlıq etməyin.

Gündəlik işlərinə dalaraq ölümü düşünməyən bəzi insanlar çox mühüm bir həqiqəti də görməzlikdən gəlirlər. Dünyadakı həyat inanılmaz dərəcədə qısadır. Sevdiyiniz və sahib olduğunuz şeyləri belə gözünüzün önünə gətirin. Hamısı qısa müddətdə köhnəlib, çürüyüb, korlanıb və ya yox olub. Sevdiyiniz insanlar bir-bir, iki-iki ölüb, əşyalar qırılıb dağılıb. Evlər, binalar köhnəlib, dağılıb, geyimlər sökülüb, cırılıblar. Bir sözlə, sahib olduğunuz hər şey sürətlə məhv olub.

Dönüb arxanıza baxdığınız zaman, zamanın fövqəladə sürətlə keçdiyinə görə heç nədən tam məmnun ola bilmədiyinizi görərsiniz. Bəlkə müəyyən vaxtadək bu həqiqəti bilməmiş də ola bilərsiniz. Lakin bu qəti həqiqəti anlamağa başlayan bir insan artıq hər şeyi daha şüurlu düşünməli, özünü və hər şeyi yaradan Allahın insanlardan istədiklərini öyrənməli, həyatını da buna əsasən qaydaya salmalıdır. Hər şeydən əvvəl, dünyada özünə hər şeyi verən, axirətdə isə sonsuza qədər verəcək olan Rəbbimizi məmnun etməyə çalışmalıdır. Çünki bu həqiqəti anlamazlıqdan gəlib, qısa dünya həyatlarını məsuliyyətsiz şəkildə başa çatdıran inkarçılar axirətdə böyük heyrətə gələcəklər. Dirildilib Allahın hüzuruna gətirildikləri zaman, dünyada çox qısa müddət qaldıqlarını anlayacaqlar. Bu həqiqəti Allah Quranda belə bildirmişdir:

O dedi: “Yer üzündə neçə il qaldınız?”. Onlar dedilər: “Bir gün yaxud bir günün bir hissəsi qədər qaldıq. Sən sayanlardan soruş”. O dedi: “Siz (orada) çox az qaldınız. Kaş biləydiniz! (Muminun surəsi, 112-114)

Məhz buna görə də, həyatın çox qısa olduğunu anlamazlıqdan gəlib, bu müvəqqəti şeylərə bu qədər bağlanmayın. Bu dünyada çatışmayanların cənnəti arzulamanız üçün verildiyini bilin və əsil həqiqi yurda, sonsuz olan hər şeyin olduğu axirət həyatı üçün hazırlıq görün.

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək,
bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
(Hədid surəsi, 20)

Dünyadakı hər şey köhnəlir, xarab olur, çürüyür, yox olur. Təbiətdəki hər şey solur, məhv olur. Ən ehtişamlı məkanlar bir gün xarabalığa çevrilir. Bu gerçəkləri düşünün və Allahın bu görüntüləri dünyaya bağlanıb axirəti unutmanıza mane olmaq üçün sizə göstərdiyinə qətiyyən etinasızlıq etməyin.

Allah insanı ən gözəl surətdə yaratmışdır. Lakin insanı çox hikmətli şəkildə müxtəlif acizliklərlə birlikdə yaşadır. Belə ki, insan bununla Rəbbimizi qarşısındakı acizliyini anlasın və bu dünyaya ehtirasla bağlanmasın deyə.

Nə qədər gözəl, nə qədər zəngin olsa da, hər insan həyatı boyu bir-birinə bənzər acizliklərlə iç-içədir. Hər insan susayar, acar, yorular. Üstəlik, davamlı təmizlənmək məcburiyyətindədir. Yalnız təmizlik belə insana nə qədər acizlik içində olduğunu göstərən çox önəmli hadisədir. İnsanın etdiyi təmizliyin müvəqqəti olması və bunu da mütəmadi şəkildə təkrarlamaq məcburiyyətində qalması çox xüsusi vəziyyətdir. Məsələn, bir gül düşünün; torpağın içindən çıxıb çöldə yetişdiyi, toz, tüstü, çirk kimi müxtəlif təsirlərə məruz qaldığı halda tərtəmizdir, olduqca gözəl qoxar. Bunun üçün "təmizlik" etməsi lazım deyil. Bu gözəl qoxusunu da heç vaxt itirməz. Halbuki insan üçün vəziyyət heç də belə deyil. Onun müxtəlif tədbirlərlə əldə etdiyi "təmizlik" müvəqqətidir. Müxtəlif səylərlə, bəzi dəstəklərlə əldə etdiyi gözəl qoxular da heç vaxt davamlı deyil.

Dünyadakı hər şey köhnəlir, xarab olur, çürüyür, yox olur. Təbiətdəki hər şey solur, məhv olur. Ən ehtişamlı məkanlar bir gün xarabalığa çevrilir. Bu gerçəkləri düşünün və Allahın bu görüntüləri dünyaya bağlanıb axirəti unutmanıza mane olmaq üçün sizə göstərdiyinə əsla etinasızlıq etməyin.

Xəstəliklər də insana acizliyini göstərməsi baxımından çox əhəmiyyətli nümunələrdir. Allah insan bədənini olduqca mükəmməl sistemlərə sahib şəkildə yaratmışdır. Buna baxmayaraq, bədənimiz çox vaxt kiçicik bir virusa məğlub olmaqdan qurtula bilməz. Tibbin imkanlarından nə qədər geniş istifadə edilsə də, kiçicik bir yaradan bədənə daxil ola biləcək bir mikrob insanı şikəstliyə və ya ölümə aparacaq nəticələr yarada bilər. Yaxud bədənin içində birdən üsyan edən bir hüceyrə xərçəng yarada bilər. Üstəlik, insan bundan xəbər tutduqda gec qalınmış da ola bilər. Bir səhər yuxudan oyandıqda hər insan xilas olmaq imkanı olmayan ciddi bir xərçəng xəstəliyi ilə üz-üzə qala bilər.

Eynilə qəzalar da, insanın hər an başına gələ biləcək hadisələrdir. Nə qədər özündən uzaq görsə də, bir insanın ayağının ilişib nərdivandan yıxılması və nəticədə şikəst qalması, boğazına bir şey ilişib boğulması, çox tez baş verən yol qəzalarından birində özünün də yaralanması kimi hadisələr, sadə səbəblərdən asılı olan, hər an ola biləcək hadisələrdir. Belə həssas vəziyyətdə, müxtəlif acizliklər içində yaşamağa davam edən bir insan, Allaha olan möhtaclığını anlamazlıqdan gəlməməlidir. Bütün bunları yaxşı şəkildə düşünüb dərk edən bir insanın dünyaya bağlılıq göstərməsi də qeyri-mümkündür.

Hər gün qəzetlərdə onlarla qəza xəbərləri oxuyursunuz. Unutmayın ki, bu xəbərlərdən birində bir gün sizin və ya bir yaxınınızın da adı ola bilər.

Buna görə siz də düşünən bir insan olaraq bədəninizi Allahın dünyaya bağlanmanıza əngəl olacaq acizliklərlə birlikdə yaratdığını anlamazlıq etməyin. Hamısı xatırlatma, nəsihət və xəbərdarlıq səciyyəsi daşıyan bu hadisələrdən və vəziyyətlərdən özünüz üçün lazımi nəticəni çıxardın. Eləcə də, heç bir acizliyin, çətinliyin, xəstəliyin, sıxıntının olmadığı cənnət həyatını istəyib, sonsuz gözəlliklərə dolu cənnət üçün çalışın.

Hər gün qəzetlərdə onlarla qəza xəbərləri oxuyursunuz. Unutmayın ki, bu xəbərlərdən birində bir gün sizin və ya bir yaxınınızın da adı ola bilər.

Qətiyyən bu insanlar kimi qocalacağınıza və fiziki gücünüzü itirəcəyinizə etinasızlıq etməyin. Və bu həqiqəti özünüzdən çox uzaqda görməyin.

Əsla bu insanlar kimi qocalacağınıza və fiziki gücünüzü itirəcəyinizə etinasızlıq etməyin. Və bu həqiqəti özünüzdən çox uzaqda görməyin.

Qocalıq insanların heç düşünmək istəmədikləri, xüsusilə gənclik dövründə heç vaxt mövzusunu belə açmadıqları, lakin hər insanın qarşılaşacağı qaçılmaz sondur. Heç kim qocalığın insanlar üzərində yaratdığı fiziki və zehni təsirlərin qarşısını nə etsə də ala bilməmişdir. Zaman sürətlə irəlilədikcə zəngini də, yoxsulu da, gözəli də, çirkini də qocalır. İllərin təsiri insanın güzgüyə baxarkən rahatlıqla görə biləcəyi qədər açıqdır. Gənclikdəki gərgin və parlaq dəri qırışmağa başlamış və əvvəlki parlaqlığını itirərək rəngi də solmuşdur. Göz və ağız kənarlarındakı nəzərə çarpan xətlər qırışmağı ən çox göstərən yerlərdən biridir, əllərin və boynun vəziyyəti ortadadır. Sümüklər də əvvəlki kimi sağlam və möhkəm deyil, həmçinin yaddaş da əvvəlkinə görə zəifləmişdir. Bunlar qocalığın qaçılmaz həqiqətləridir və insan düşünməkdən qaçsa da, onu izləyər. Allah bir ayəsində qocalıq barədə belə söyləyir:

Allah sizi yaratdı, sonra sizi öldürür, sizlərdən bəziləri də vaxtilə bildiyi şeyləri unutsun deyə ömrün ən aşağı ucuna (qocalığa) çatdırılır. Şübhəsiz ki, Allah biləndir, hər şeyə qadirdir. (Nəhl surəsi, 70)

İnsan qocalıqla birlikdə gənc vaxtında sahib olduğu bütün gücünü və qabiliyyətini itirməyə başlayar. Müəyyən yaşdan sonra yaranan fiziki və zehni zəiflik insanı sanki uşaq vəziyyətinə gətirər. Əslində Allah istəsəydi insana ölümdən əvvəl qocalığı yaşatmayıb olduqca güclü və gənc qalmasını təmin edərdi. Lakin Allah insana dünyanın müvəqqəti olduğunu, qocalığı və bunlarla birlikdə gələn əskiklikləri də yaşadaraq xatırladır. Bu açıq-aydın həqiqətlər qarşısında dünyaya bağlılıq göstərməyən insan, əsil yurd olan axirət üçün hazırlıq görəcək.

Siz də bir gün qocalacağınızı, dərinizin qırışacağını, fiziki funksiyalarınızın zəifləyəcəyini, üstəlik, zehninizin də qocalığın təsirlərinə məruz qalacağını qətiyyən anlamazlıq etməyin. Eləcə də, yaşınızın irəliləməsini gözləmədən, fiziki və zehni gücə sahib olduğu bir vaxtda, bu həqiqəti dərk edərək axirət üçün hazırlıq görməyə başlayın.

Dünya biz nə qədər hiss etməsək də, çöldən və içəridən bir çox təhlükə ünsürüylə doludur. Kosmosda sürətlə irəliləyərkən qara dəliklər, meteoritlər, kometalar kimi bəzi təhlükələrlə qarşı-qarşıya olan Yer kürəsi, dərinliklərə enildikdə minlərlə dərəcə temperatura malik təbəqəyə sahibdir. Bütün bu təhlükələrdən başqa, atmosferdə fırtınalar, qasırğalar, küləklər kimi böyük zərərlərə səbəb ola bilən hadisələr də reallaşa bilir.

Məhz bu hadisələr hərdənbir Yer kürəsinə öz təsirini göstərdikdə bəzi təbii fəlakətlər baş verər. Bu fəlakətlər böyük can və mal itkisinə səbəb ola bilər. Başda zəlzələlər olmaqla, sellər, vulkan püskürmələri, qasırğalar və fırtınalar bir-birindən fərqli təsirləri olan hadisələrdir. Lakin hər biri qısa müddətdə bir şəhəri yox edə bilər, canlıları məhv edə bilər və çox böyük maddi ziyanlar yarada bilərlər. Heç kim də bu fəlakətlərə mane olmaq gücünə sahib deyil.

Bu həqiqəti bilmələrinə və tez-tez bu cür hadisələrə şahid olmalarına baxmayaraq, bəzi insanlar bu mövzuları anlamazlıqdan gələrlər. Halbuki bu fəlakətlərin hər biri insanların nəsihət qəbul edib düşünə bilməsi üçündür. Allah bu yolla insanların dünyaya olan bağlılıqlarını yox edir. Nəsihət qəbul edə bilənlər də bu hadisələrdən lazımi dərsi çıxarda bilir. Allah Quranda insanlara tez-tez fəlakət göndərdiyini və bu vəsilə ilə onları düşünməyə, ibrət almağa yönəltdiyini belə xəbər vermişdir:

Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, nəsihət qəbul edib (dərs çıxardıb) düşünmürlər. (Tövbə surəsi, 126)

Unutmayın ki, təbii fəlakətlər insanlara dünyanın müvəqqəti və təhlükəli olduğunu xatırladır. Allah bu hadisələri insanlar üçün müəyyən xəbərdarlıq olaraq yaradar. Bu həqiqəti, yəni Allahın insanları hər an xəbərdar edib qorxutduğunu anlamazlıq etməyin.

İnsanın qarşılaşdığı fəlakətlər, dünyanın nə qədər keçici və etibarsız bir yer olduğunu ona hər an xatırladır. İnsan bu hadisələri özündən uzaq görür, heç qarşılaşmayacağını zənn edir. Halbuki Allah hər an insanı heç gözləmədiyi bir yerdən bu fəlakətlərdən biriylə qarşılaşdırmağa qadirdir.

Allah Quranda bizə, həm bütün qövmlərə bir xəbərdar edənin gəldiyini, həm də xəbərdar edilmədən heç bir qövmün və ölkənin dağıdılmadığını bildirib. Allahın elçiləri göndərildikləri cəmiyyətlərdə hidayət öndəri olublar, insanlara Allahın qadağalarını bildirərək, onları Allahın dininə dəvət ediblər.

Peyğəmbərlərin etdikləri xatırlatma, xəbərdarlıq, nəsihət və möcüzələrlə qarşılaşan bir çox qövm ya Allaha iman gətirərək peyğəmbərlə birlikdə haqq yolda irəliləmiş, ya da xəbərdarlıqlara qulaq asmayaraq təkəbbür göstərmiş, Allahı inkar etmiş və Allahın dininə təslim olmamışdırlar. Şeytanın təlqinlərinə və dəvətlərinə qulaq asıb, onun yolunda irəliləməyi seçənlər isə cəhənnəmlə müjdələnmiş və dünyada da bir çox əzabla qarşılaşıb məhv olmuşdurlar:

Neçə-neçə məmləkətlər öz Rəbbinin və Onun elçilərinin əmrinə asi olub azdılar. Biz də onları sərt haqq-hesab çəkdik və bənzəri görülməmiş əzaba düçar etdik. Artıq o (ölkələrin xalqı), etdiyi əməllərin cəzasını daddı və işi ziyanla nəticələndi. (Talaq surəsi, 8-9)

İnsanın qarşılaşdığı fəlakətlər, dünyanın nə qədər keçici və etibarsız bir yer olduğunu ona hər an xatırladır. İnsan bu hadisələri özündən uzaq görür, heç qarşılaşmayacağını zənn edir. Halbuki Allah hər an insanı heç gözləmədiyi bir yerdən bu fəlakətlərdən biriylə qarşılaşdırmağa qadirdir.

Quranda Allahın bildirdiyi kimi, peyğəmbərlərin dəvət etdiyi haqq yolla getməyən qövmlər müxtəlif əzablarla qarşılaşıblar. Bu əzablar onlara heç gözləmədikləri anda gəlmişdir. Lakin hamısı bu pis aqibətə və həlaka layiq olan cəmiyyətlər olublar. Bəziləri özlərini yox edən əzab gəlmədən əvvəl elçilər tərəfindən xəbərdar edilmiş, sonra da bəlkə nəsihət qəbul edib düşünərlər deyə müxtəlif çətinliklərə, sıxıntılara uğradılıblar. Bəziləri də etdiklərinə görə qorxunc aqibətlə tarix səhnəsindən silinmişdir. Rəbbimiz Quranda bu qövmlərlə əlaqədar bir çox xəbər verir. Bu ayələrdən bir neçəsi belədir:

Mədyənə də qardaşları Şueybi (göndərdik). Beləliklə dedi: “Ey qövmüm! Allaha qulluq edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad törədənlər olaraq qarışıqlıq çıxartmayın”. Lakin onu yalançı saydılar. Buna görə də onları amansız sarsıntı yaxaladı və beləliklə də, öz yurdlarında səhərə qədər dizüstü çökmüş vəziyyətdə qaldılar. (Ənkəbut surəsi, 36-37)

And olsun ki, Biz də Fironun ailəsini (ətrafını), bəlkə nəsihət qəbul edib düşünərlər deyə quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq. (Əraf surəsi, 130)

Biz, çatacaqları müəyyən vaxta qədər əzabı onlardan sovuşdurduqda isə, onlar yenə (əhdlərini) pozdular. Biz də onlardan intiqam aldıq və ayələrimizi inkar etmələri və onlardan qafilmişlər kimi olmalarından ötrü onları suda boğduq. (Əraf surəsi, 135-136)

Neçə-neçə şəhərlər olmuşdur ki, (əhalisi) zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır. Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, (zalımların aqibətini) qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində (maddi) gözlər deyil, kökslərdəki qəlb kor olur.
(Həcc surəsi, 45-46)

Allahın əzabı özlərinə gəlmədən əvvəl yer üzündə lovğalanıb azmış olan cəmiyyətlərdən bəziləri, aqibətlərini öz əlləriylə hazırlayıblar. Lakin Allaha qarşı etdikləri bütün günahlara baxmayaraq, yaxınlaşan əzabın özlərinə xeyir gətirəcəyini zənn edəcək qədər kor və bəsirətsiz vəziyyətə düşüblər:

Birdən, onu (əzabı) vadilərinə doğru gələn bir bulud şəklində gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!” dedilər. Xeyr! Bu sizin tələsdiyiniz şeydir. Bir külək, o özü ilə ağrılı-acılı əzab gətirmişdir! Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edər!” Beləliklə də, məskənlərindən başqa bütün şeyləri görünməz vəziyyətə düşdü. Məhz Biz, günahkar qövmü belə cəzalandırarıq. (Əhqaf surəsi, 24-25)

Məhz siz də keçmişdə yaşamış bu insanların etdiyi yanlışlığı təkrarlamayın. Allahın insanlara etdiyi xəbərdarlıqdan təsirlənməyən keçmiş qövmlərin vəziyyətindən dərs çıxartmağın vacib olduğunu qətiyyən anlamazlıq etməyin. "Səmud xalqına gəldikdə isə; Biz onlara doğru yolu göstərdik, lakin onlar doğru yol əvəzinə korluğu seçdilər…" (Fussilət surəsi, 17) ayəsində Allahın xəbər verdiyi kimi korluğu seçməyin və Rəbbimizin qarşınıza çıxartdığı bütün hadisələrdən ibrət götürməyinizin vacib olduğunu anlamazlıq etməyin.

(Xalqı) zülm etdiyi zaman dağıtdığımız neçə-neçə ölkələr vardır ki, indi onlar alt-üst olmuş vəziyyətdə tək-tənha dayanır, istifadəyə yararsız quyuları (tərk edilmiş vəziyyətdə durur), uca qəsrləri isə (cingildəyir). (Həcc surəsi, 45)

Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünə biləcək qəlbləri eşidə biləcək qulaqları olsun? Çünki əslində gözlər deyil, kökslərdəki qəlb kor olar. (Həcc surəsi, 46)

 

6 / total 16
"Harun Yəhyanın Qətiyyən Anlamazlıq Etməyin kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net