< <
7 / total: 16

Ölüm Həqiqətinə Qarşı Anlamazlıq Etməyin

Ölüm, istisnasız bu günə qədər yaşamış hər insanın mütləq qarşılaşdığı və bundan sonrakı insanların da qarşılaşacağı bir aqibətdir. Buna görə də dindən uzaq olan insanların düşünməkdən və danışmaqdan qaçdıqları bir mövzudur. Bu insanlar ölümün ardınca dünyada həvəslə bağlandıqları hər şeydən uzaqlaşacaqlarını, Allaha hesab verəcəklərini, cənnətin və cəhənnəmin varlığını ağıllarına gətirmək istəməzlər.

Bəs bu günə qədər ölümü dadmayan tək bir insan da olmamasına baxmayaraq, insanlar necə belə qafil davrana bilirlər? Sanki heç ölümlə qarşılaşmayacaqlarmış kimi, necə yaşaya bilirlər?

İnsanların zehinlərində qurduqları bəzi ssenarilər var. Məsələn, ölümün həmişə müəyyən yaşdan sonra başlarına gələcəyinə və o yaşa çatana qədər də hələ önlərində çox uzun müddət olduğuna özlərini inandırarlar. Halbuki demək olar ki, hər gün qəzetlərdə gənc yaşda ölən şəxslərin xəbərlərini görərlər, ölüm elanlarının tək bir gün belə əskilmədiyini bilərlər. Televiziyalarda və küçələrdə gördükləri cənazə maşınları, yanından keçib getdikləri böyük qəbiristanlıqlar bu insanlara davamlı ölümü xatırlatdığı halda bütün bunları anlamazlıqdan gələrlər.

Halbuki ölüm hər insanın bir addım irəlisindədir. İnsan bir an "yaşayıram" dediyi bir vaxtda, göz açıb yumduğu vaxt qədər qısa müddət sonra qarşısında canını almağa gəlmiş ölüm mələklərini görə bilər. Məhz bu andan etibarən sonsuz həyatını qurtarmaq üçün edə biləcəyi heç nə yoxdur. Qəflət içində keçirdiyi ömrü geri qaytarması da qeyri-mümkündür.

Siz qətiyyən insanların düşdüyü bu dərin qəflətə düşməyin və ölümün təkcə bir anlıq keçid olduğunu, çox yaxın və qəti həqiqət olduğuna anlamazlıq etməyin.

İnsanlar ölümə qarşı bəzi tədbirlər alaraq ondan qaça biləcəklərini güman edərlər. Lakin bu, mənasız düşüncədir. İnsan harada olsa, nə qədər təhlükəsiz tikilidə yaşasa və yanında kimlər olsa da, ölümdən qaçması qeyri-mümkündür. Allah bu həqiqəti Quranda belə xatırlatmışdır:

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cümə surəsi, 8)

Harada olursunuzsa olun, ölüm sizi haqlar. Hətta yüksək yerlərdə möhkəmləndirilmiş qəsrlərdə olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!” deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!” deyərlər. De: “Hamısı Allahdandır!” Lakin bu cəmiyyətə nə olur ki, heç bir sözü anlamağa çalışmırlar? (Nisa surəsi, 78)

Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)

Hər an insanın ətrafında baş verən ölüm hadisələri, yaxınlarının yavaş-yavaş dünyadan ayrılması, ölümdən heç kimin qaça bilmədiyinin AÇIQ-AYDIN dəlilidir. Gənc, yaşlı, varlı, kasıb, gözəl, çirkin demədən ölümün insanı hər vaxt və hər yerdə haqladığını bilmək isə, insanın bu dünyaya bağlanmamasının və ölümdən sonrakı sonsuz axirət həyatı üçün hazırlıq görməsinin lazım olduğunu dərk etməsinə kömək edər.

Ölümün uzaq olduğunu düşünən bir insanın nə qədər böyük aldanış içində olduğunu qətiyyən anlamazlıq etməyin. Eləcə də, bu açıq-aydın həqiqətin insana verdiyi şüur və vicdanla hər an ölə biləcəkmiş kimi, Allahın məmnun olacağı bir həyat yaşayın.

İnsan gündəlik həyatında, qəzetlərdə, televiziyalarda bu mənzərələrə tez-tez şahid olur. Amma nədənsə bir gün yaxınlarının o tabutun içinə öz bədənini yerləşdirəcəklərini və onu məzara doğru aparacaqlarını düşünmür. Halbuki unutmayın ki, bir gün sizin tabutunuzu da bu şəkildə daşıyacaqlar. Bu dünyada qısa bir müddət qalıb Rəbbimizə tərəf qayıdacaqsınız.

Ölümü ağla gətirməmək anən ölünə biləcəyi həqiqətini qətiyyən dəyişdirməz. Olduqca sağlam ikən gözlənilməz yol qəzasıyla ölən, keçirdiyi ani beyin qanaması nəticəsində həyatını itirən insanları ya görmüsünüz, ya da xəbərlərini eşitmisiniz. Təcili iş yığıncağına çatmaq üçün yolda gedərkən avtomobil qəzası keçirib və ya nərdivandan aşağı düşərkən yıxılıb ani şəkildə ölməyəcəyini heç kim iddia edə bilməz. Bir insan üçün belə bir iddia necə ağılsızdırsa, bu mövzunu heç gündəmə gətirməyib, üzərində düşünməyib, ölümün özünü haqlamasının qarşısı ala biləcəyini zənn etmək də belədir. Heç bir insan nə vaxt, harada öləcəyini bilə bilməz. Allah ölüm vaxtı çatmış insana heç gözləmədiyi bir anda ölüm mələklərini göndərərək canını ala bilər.

İnsan gündəlik həyatında, qəzetlərdə, televiziyalarda bu mənzərələrə tez-tez şahid olur. Amma nədənsə bir gün yaxınlarının o tabutun içinə öz bədənini yerləşdirəcəklərini və onu məzara doğru aparacaqlarını düşünmür. Halbuki unutmayın ki, bir gün sizin tabutunuzu da bu şəkildə daşıyacaqlar. Bu dünyada qısa bir müddət qalıb Rəbbimizə tərəf qayıdacaqsınız.

Gündəlik məşğuliyyətlər içində, hər səhər yuxudan oyanıb yeni bir günə başlaya bilərsiniz. Çox məşğul, həmişə müəyyən şeyləri başa çatdırmağa, müəyyən şeylər yaratmağa çalışan, gələcəklə bağlı yüzlərlə planı olan bir insan da ola bilərsiniz. Lakin bütün planlarınızı reallaşdırmağınızın qətiyyən mümkün ola bilməyəcəyi aydındır. Ölüm hər an qarşılaşıla biləcək, bütün planları alt-üst edə biləcək bir həqiqətdir və insan sanki geri sayırmış kimi, hər keçən saniyə ölüm anına doğru irəliləyir.

Elə isə bu AÇIQ-AYDIN həqiqəti anlamazlıqdan gələrək qətiyyən ölümə qafil şəkildə yaxalanmayın. Ölümlə gözləmədiyiniz bir anda qarşılaşa biləcəyinizi anlamazlıq etməyin.

Din əxlaqından uzaq insanların hər zaman ölümlə bağlı yanlış düşüncələri olmuşdur. Bu düşüncələrdən biri Quranda belə xəbər verilir:

Və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik? Bizim əcdadlarımız da mı (dirildiləcək)?” De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da, bəlli günün müəyyən vaxtında mütləq toplanacaqlar”. (Vaqiə surəsi, 47-50)

Ayədə də diqqət çəkildiyi kimi ölüm, məzarın içində sonsuza qədər davam etdirilən, əbədi bir yuxunun başlanğıcı deyil. Ölüm, insanların dünyada etdikləri hər şeyin hesabını verib, sonsuz həyatlarını davam etdirmək üçün yerləşəcəkləri məkana keçməyi təmin edən bir qapıdır. İnsanların yalnız bədənləriylə və dünya ilə əlaqələrinin kəsildiyi an olan ölüm qətiyyən hər şeyin sonu deyil, əksinə hər şeyin və əsil həyatın başlanğıcıdır.

Mezarın altında çürüyüp bir kemik yığını haline gelen insana dünyada sahip olduğu malın hiçbir faydası olmaz.

Allah insanlara dünyada ölümü davamlı xatırlatmış, dünyanın müvəqqətiliyini göstərmiş, sonsuz həyatın varlığını və bu həyat üçün hazırlıq görməyin zəruri olduğunu bəyan edən elçilərini və hər şeyin açıqlayıcısı olaraq Quranı göndərmişdir. İnsanların da bütün bu xəbərdarlıqlara və xatırlatmalara görə həyatlarını nizamlamalarını istəmişdir. Ölüm anı, bütün bu nəsihətlərin hesabının veriləcəyi bir günün başlanğıcıdır. Elə isə ölümün sonsuz həyatın qapısından girişin bir açarı olduğu həqiqətini qətiyyən anlamazlıq etməyin və dünya həyatınızı ölüm həqiqətini heç unutmadan yaşayın. Çünki bunu düşünmək hər insanı sonsuz həyatında hesabını rahatlıqla verə biləcəyi hərəkətləri etməyə yönəldər. İnsanın qurtulmasını təmin edəcək olan Allahın razılığı da ancaq bu yolla qazanılar.

Bəzi insanların həyatları boyu əldə etmək üçün səy göstərdikləri mal, mülk, ailə, etibar, mövqe, hakmiyyət kimi dəyərlər əslində yalnız dünya həyatına aiddir. Bütün bunların əllərindən çıxacağı və ya yox olacağı həqiqətinə baxmayaraq, bəzi insanlar özlərini ehtirasla bunlara qapılmaqdan saxlaya bilməzlər. Gün gələndə onsuz da bütün bunları dünyada qoyub gedəcəkləri həqiqəti, tam açıq olduğu halda, yenə də anlamazlıqdan gələr, unutmağa çalışarlar.

Bu ruh halı içərisində bəzi insanların dünyəvi ehtirasları daha da artar. Keçmiş zamanlarda yaşayan hökmdarların, fironların, hakmiyyət sahibi zənginlərin bəziləri mallarının özlərini ölümsüz edəcəyini zənn etmiş, hətta bəziləri öldükdən sonra mallarıyla birlikdə basdırılmaq istəmişdirlər. Bunu edənlər, həqiqətləri anlamazlıqdan gəlib belə dərin qəflətə düşənlər, qapıldıqları böyük yanlış fikirləri öldükdən sonra anlayacaqlar, lakin bu onlara fayda verməyəcək.

Halbuki AÇIQ-AYDIN olan ölüm həqiqətini düşünən insanın dünyəvi ehtirasları sönəcək və həmin insan artıq əsil və sonsuz həyatın olduğu axirət üçün çalışmağa başlayacaq. Siz də bu dünya malının dünyaya aid olduğu həqiqətini qətiyyən anlamazlıq etməyin və bu səhvə yol verənlərin axirətdə yaşayacağı böyük peşmançılıqdan qorxub çəkinin.

Ömrü boyu ölümü özündən çox uzaq görərək düşünməyən, Allahın həyatı boyu göstərdiyi ibrətverici hadisələrdən lazımi nəticəni çıxartmayan, haqq çağırışlara cavab verməyən, xəbərdarlıqlar qarşısında qulaq tıxayan, beləliklə də, Allaha iman gətirmədən həyatını baş vurmuş bir insan düşünün. Yalnız öz nəfsinin istəklərinə uyaraq yaşayan, axirət üçün heç bir hazırlıq görmədən zamanını itirmiş bu insan, təbbi ki, ölümə də hazırlıqsız yaxalanacaq. O ankı peşmançılığıyla özünə bir haqq da verilməsini istəyəcək, lakin artıq geri dönüşü mümkün olmayan, qapıları bağlanmış bir qapıdan girmiş olacaq.

Siz, dünyada ölümün düşüncəsindən belə qaçan hər kəsin, o gün böyük dəhşətə gələcəyi həqiqətinə qətiyyən anlamazlıq etməyin. İndi ölməyəcəyinizin zəmanətini sizə nə özünüzün, nə başqasının verə bilməyəcəyini bilən biri olaraq həyatınızı bu qəti həqiqəti unutmadan nizamlayın və Allahın razı olacağı bir insan olmağa çalışın. Peşmançılığın və tövbənin fayda vermədiyi o gün gəlmədən əvvəl...

Sizdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!” deməmişdən əvvəl sizə verdiyim ruzidən infaq edin. Allah əcəli çatmışlara qətiyyən möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır. (Münafiqun surəsi, 10-11)

Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Belə ki, geridə qoyduğumda (dünya həyatında) saleh əməllər edim”. Qətiyyən! Həqiqətən bu, yalnız bir sözdür, bunu da özü söyləyir. Onların önündə dirildilib qaldırılacaqları günə qədər əngəl (bərzəx) var. (Muminun surəsi, 99-100)

Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrı-acılı əzab hazırlamışıq. (Nisa surəsi, 18)

 

7 / total 16
"Harun Yəhyanın Qətiyyən Anlamazlıq Etməyin kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top