< <
16 / total: 16

Nəticə


Kitabda gündəlik həyatda insanın çox da sıx düşünmədiyi, lakin əslində bir insan üçün dünyada olan ən mühüm həqiqətlərə diqqət çəkdik:

◉ Hər şeyin Yaradıcısı olan Allahın varlığına,

◉ Yer üzündə təkamül adlı prosesin yaşanmadığına, hər şeyin Allahın üstün yaratmasının dəlili olduğuna,

◉ Gözlərinin qarşısında saniyədə 500 dəfə qanad çırparaq uçan milçəkdəki möcüzəni bəzi insanların görməzlikdən gələ bildiyinə,

◉ Ətrafımızdakı növbənöv yeməklərin, incə gözəlliklərin həmişə Allahdan gələn nemət olduğuna,

◉ Bu dünyada qaldığımız 3-5 on ilin əslində 3-5 saniyə kimi sürətlə keçdiyinə,

◉ Sürətlə keçən bu zaman nəticəsində qəti bir həqiqətlə, ölüm həqiqətiylə mütləq qarşılaşacağımıza,

◉ Ölümün ardınca hesab günü dirildiləcəyimizə və Rəbbimizin hüzurunda hesab verəcəyimizə,

◉ Bu hesabın cənnət və ya cəhənnəmlə nəticələnə biləcəyinə,

◉ Cənnətə gedə bilmək üçün Allahın haqq olaraq göndərdiyi Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə tabe olmaq, Allahın dinini yaşamaq, mütləq Allahın əmr etdiyi gözəl əxlaqı yaşamağın vacib olduğuna...

Şübhəsiz ki, bunların hər biri bir insanın bilməsi, üzərində düşünməsi və qətiyyən unutmaması lazım olan həqiqətlərdir. İnsan dünyaya gəlib bunları heç öyrənmədən və ya eşidib də görməzlikdən gələrək yaşayırsa, deməli, o, böyük peşmançılıq və itkini də gözə almışdır. Bu itkini gözə alan insan isə bunu düşünməlidir:

Kitabın son fəsillərində ələ aldığımız həqiqətlər dünyaya ehtirasla bağlanmasını, yuxarıda sadaladığımız mühüm həqiqətləri unutmasını olduqca mənasız hala gətirir. Çünki FÖVQƏLADƏ vəziyyətlə qarşı-qarşıyadır.

Hansı tərəfə baxsaq, Allah həmin anda baxdığımız yöndəki təsvirləri anbaan yaradar. Doğulduğumuz andan etibarən gördüyümüz təsvirlərin kəsilməz və fasiləsiz olması, Rəbbimizin hər an yaratmağa davam etdiyinin açıq dəlilidir.

Allahın varlığını bilən, Onu layiqincə təqdir edə bilən bir insan dünya ehtiraslarına qapılaraq, həyatını qəflət içində keçirməz. Bu vəziyyətə düşənlər yalnız inkarçılardır. Allah, Yaradıcımızı unudan bu insanların vəziyyətini və uğrayacaqları sonu Quranda belə xəbər vermişdir:

İnkarçıların əməlləri dümdüz ərazidəki ilğıma bənzəyər, belə ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə heç nə tapa bilməz və öz yanında Allahı tapar. O da onun hesabını tam verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

Siz qətiyyən bu dünyanı mütləq hesab etməyin və ona aldanmayın. Uca Allahın sonsuza qədər nemətlər verəcəyi cənnətə qovuşmaq üçün səy göstərin. Bunun əksini etməyin sonsuz peşmançılıq gətirəcəyini də hələ vaxtınız varkən QƏTİYYƏN ANLAMAZLIQ ETMƏYİN.

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

 

16 / total 16
"Harun Yəhyanın Qətiyyən Anlamazlıq Etməyin kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net