< <
3 / total: 14

Ən Kiçik Canlı

Bədənimizin hər nöqtəsində kiçik, lakin kiçik olduğu qədər də mürəkkəb bir həyat hökm sürər. İnsanın hər hansı bir orqanının dərinliklərini mikroskop altında araşdırdığımız vaxt, orada həmin orqanı meydana gətirmək üçün, bir yerə toplanmış və hər an fəaliyyət göstərən milyonlarla kiçik canlının yaşadığını görərik. Təkcə insan deyil, bütün canlılar hüceyrə adlı bu mikroskopik canlıların bir yerə toplanmasından meydana gələrlər.

Hücre

(Şekil 1.1.) Hücre Kesiti: Ortada bulunan çekirdek ve hücre içinde bulunan organeller

Hüceyrələr nüvəsiz (prokariot) və nüvəli (eukariot) olmaqla iki yerə ayrılarlar. Bakteriyalar təkhüceyrəli nüvəsiz canlılardır. İnsan və heyvan hüceyrələri ilə bitki hüceyrələri isə, nüvəli hüceyrələrdən ibarətdirlər, lakin quruluş etibarilə bir-birlərindən fərqənirlər. Bitki hüceyrələri tərkiblərindəki xloroplastlar sayəsində günəş şüasından istifadə edərək insanlar və heyvanlar üçün qida və oksigen meydana gətirərlər. Bu kitabçada əsasən insan hüceyrələri üzərində dayanılmış, eyni zamanda hərdənbir bitki hüceyrələrinə də toxunulmuşdur.

İnsan bədənində 100 trilyondan çox hüceyrə var. Bu hüceyrələrdən bəziləri o qədər kiçikdir ki, bunlardan bir milyonu bir yerə toplansa, təkcə bir iynə ucu qədər yer tutar. Lakin, bu kiçikliyinə baxmayaraq hüceyrə, elm aləminin ortaq qənaətiylə, bəşər oğlunun bu günə qədər qarşılaşdığı ən mürəkkəb struktur ünvanını qoruyub saxlayır. Hələ də kəşf edilməmiş bir çox sirrə sahib olmağı davam etdirən hüceyrə, təkamül nəzəriyyəsinin də ən böyük çıxılmaz vəziyyətlərindən birini meydana gətirir. Necə ki, tanınmış rus təkamülçüsü A. L. Oparin (А. Л. Опарин) görməzlikdən gəlinə bilməyən bu həqiqəti belə ifadə edir: "Təəssüf ki, hüceyrənin meydana gəlmə prosesi, təkamül nəzəriyyəsinin ən qaranlıq nöqtəsini təşkil edir"(1). 1

Bu mövzudakı digər bir etiraf isə, İohan Qutenberq adına Mainz Universitetinin biokimya institutunun rəhbəri prof. dr. Klaus Doza (Klaus Dose) aiddir. Doz, canlı hüceyrənin meydana gəlməsi ilə əlaqədar; "böyük səylərə baxmayaraq, son 30 ildən indiyədək canlı hüceyrələrin meydana gəlməsini izah edə biləcək hər hansı bir fikir əldə oluna bilmədi"(2) 2  deyərək, təkamülün canlıların mənşəyinə bir izah gətirə bilmədiyini etiraf edir.

Bu etirafdan, təkamülün önünün hələ ilk mərhələdə kəsildiyi və daha çox irəliləmə imkanının qalmadığı asanlıqla aydın olur. Çünki, məlum olduğu kimi, canlı bədəninin əsas təməl elementi hüceyrədir. Dolayısilə, hələ hüceyrənin hətta hüceyrəni meydana gətirən zülallar və zülalları meydana gətirən amin turşularının meydana gəlməsini belə açıqlaya bilməyən bir nəzəriyyənin, yer üzündəki canlıların meydana gəlməsi barəsində, bir izah gətirməsi qeyri-mümkündür.

Əksinə, hüceyrə, insanın "yaradılmış" olduğunun ən göz qamaşdırıcı dəlillərindən birini meydana gətirir.

Hüceyrənin yaşaya bilməsi üçün, mühüm funksiyalara sahib bütün təməl hissələri bir yerdə olmalıdır. Yəni bir insan hüceyrənin guya təkamül prosesi nəticəsində meydana gəldiyini iddia edirsə, deməli, o, əslində hüceyrənin milyonlarla hissəsinin eyni anda və eyni yerdə təsadüfən meydana gəldiyini iddia edir. Üstəlik, bütün bu hissələr yenə eyni anda müəyyən nizam və plan nəticəsində bir yerə toplanmış olmalıdırlar. Belə bir hadisənin təsadüfən baş verə bilməsi isə, şübhəsiz ki, qeyri-mümkündür. Dolayısilə hüceyrə kimi bir strukturun varlığı, "yaradılış"ın açıq-aydın bir dəlilidir.

Hücre, hücre organelleri

(Şekil 1.2) Protein üreten ribozomları, enerji üreten mitokondrileri, merkezi bilgi bankası olan DNA, ulaştırma yapan endoplazmik retikulum, depolama yapan golgi cisimciği, giriş ve çıkış denetleyen hücre zarı, bütün tepkimelerde görev alan enzimler ve daha sayısız,planlı birçok faaliyet ile hücre kusursuz bir fabrika gibi çalışır. Unutulmaması gereken tüm bunları içinde barındıran hücre bir fabrikadan trilyonlarca kere daha küçük olan bir varlıktır.

Bir bənzətmə etsək, hüceyrənin, təkamülün iddia etdiyi kimi, təsadüflər nəticəsində meydana gələ bilməsi, mətbəədəki bir partlayışa görə təsadüf nəticəsində bir ensiklopediyanın nəşr edilmiş olmasından daha zəif ehtimaldır. Digər bir sözlə, canlıların təsadüfən meydana gəlmə ehtimalı yoxdur.

Buna baxmayaraq təkamülçülər, hələ, primitiv dünya şərtləri kimi, mümkün olan ən nəzarətsiz mühitdə canlıların təsadüflərlə meydana gəldiyini iddia edə bilirlər. Halbuki bu, heç vaxt elmi məlumatlarla uyğunlaşmayan bir iddiadır. Həmçinin ən sadə ehtimal hesablamaları belə, nəinki canlı bir hüceyrənin, hətta həmin hüceyrədəki milyonlarla zülaldan təkcə birinin belə təsadüfən meydana gələ bilməyəcəyini riyazi cəhətdən sübut etmişdir. Bu da təkamül nəzəriyyəsinin ağıl və məntiqdən çox, xəyal, fantaziya və isnadlara əsaslanan ssenarilər toplusu olduğunu göstərir.

hayvan hücresi

(Şekil 1.3) Hayvan hücresinin genelleştirilmiş şeması

Tək bir hüceyrənin varlığı qədər, hüceyrələr arasında mükəmməl uyğunlaşma və əməkdaşlığın olması da heyrət vericidir. İnsan bədənindəki bütün hüceyrələr başlanğıcda tək bir hüceyrənin bölünərək çoxalmasıyla meydana gəlmişdir. Həmçinin, hələ ən başından, bədənimizin hazırki quruluşu, forması, dizaynı və bütün xüsusiyyətləriylə əlaqədar hər cür məlumat bu ilk hüceyrənin nüvəsindəki xromosomlarda mövcuddur.

Bütün hüceyrələr ümumi xüsusiyyətləri baxımından bir-birlərinə bənzəyərlər. Lakin hər orqan, quruluşuna və vəzifəsinə görə xüsusiləşmiş formalar və qabiliyyətlərlə təchiz edilmiş, digər orqanlardakından fərqli hüceyrələrə malikdirlər.

Təkcə bir hüceyrə belə, bütün iş sistemləri, rabitə əlaqəsi, nəqliyyatı və idarəetmə sistemi ilə birlikdə, böyük bir şəhər kimi qarışıqdır: Hüceyrənin sərf etdiyi enerjini istehsal edən stansiyalar; həyat üçün zəruri olan ferment və hormonları sintez edən fabriklər; sintez ediləcək bütün maddələrlə əlaqədar məlumatların qeydə alınmış olduğu bir məlumat bankı; bir yerdən başqa bir yerə xammalları və maddələri nəql edən mürəkkəb daşıma sistemləri, boru xəttləri; kənardan gələn xammalları faydalı hissələrə çeşidləyən təkmilləşmiş laboratoriya və ayırma zavodları; hüceyrə daxilinə alınacaq və ya hüceyrədən kənara göndəriləcək maddələrin giriş-çıxışlarına nəzarət edən mütəxəssisləşmiş hüceyrə membranı zülalları bu mürəkkəb strukturun yalnız bir hissəsini meydana gətirir.

İnsan həyatının davam etməsi, özünü meydana gətirən bu hüceyrələrin həm özlərinin uyğunluq içində işləməsi, həm də bir-birləri arasında uyğunluq içində işləmələri sayəsində mümkün olar. Hüceyrə, digər hüceyrələrlə uyğunluq içində işləyərkən, öz həyatını da böyük nizam və həssas tarazlıq içində davam etdirər. Bu nizamını davam etdirmək, daxili tarazlığını qorumaq üçün ehtiyacı olan bir çox maddəni, enerjisi də daxil olmaqla, bilavasitə özü müəyyənləşdirər və əmələ gətirər. Özünün ödəyə bilmədiyi ehtiyacı olan maddələri isə, kənardan böyük diqqətlə seçib alar. Elə seçicidir ki, xarici mühitdə nəzarətsiz gəzən maddələrdən biri belə hüceyrənin icazəsi olmadan özbaşına onun qapılarından içəri girə bilməz. Hüceyrənin içində lazımsız, məqsədsiz tək bir molekul belə olmaz. Hüceyrədən kənara çıxan maddələrə də, eynilə həssas şəkildə nəzarət edilər və tam yoxlanışlardan keçirilər.

Bütün bunlarla yanaşı hüceyrə, hər cür xarici təhdid və hücuma qarşı özünü qoruyacaq müdafiə sisteminə də malikdir. Üstəlik, tərkibindəki bu qədər struktur və sistemə, içində davam edən saysız fəaliyyətə baxmayaraq, orta ölçüdəki bir hüceyrənin böyüklüyü müasir bir şəhər kimi, kvadrat kilometrlərlə deyil, təkcə millimetrin 100-də biri qədərdir.

Məhz bu dünyadakı ən kiçik canlının burada qısa şəkildə bir neçəsini saydığımız funksiyalarından hər biri, kitabın davamında da araşdıracağımız kimi, başlı-başına, inanılması çətin bir möcüzə xüsusiyyətindədir.

Dünyanın ən təkmilləşmiş fabriki

Hüceyrədəki sintez sistemini, dünyada hələ də bənzəri qurula bilməmiş, olduqca qabaqcıl texnologiya ilə, işləyən xəyali bir fabrikə bənzədə bilərik. Bu xəyali fabrik, çox sayda təkmilləşmiş strukturlardan ibarət olan və hər struktur da müxtəlif texnologiya məhsulları çıxardan nəhəng bir fabrikdir. Məhsullarının bir hissəsini öz daxili quruluşunda istifadə edər, bir hissəsini də, bir-biri ilə, birləşdirib yeni istehsal maşınları hazırlayar. İstehsal etdiyi məhsulların bir çoxunu da xammal və maşın halında çölə göndərər. İstehsal prosesində ən az tullantı meydana gətirməklə, ən yüksək səmərəni əldə edər. Yer üzündə heç bir fabrikin bacara bilməyəcəyi qədər ətraf mühiti qoruyur. Tullantılarını özü yox edərək, ətraf mühiti demək olar ki, heç çirklətməz.

Fabrikdəki istehsal və əməliyyat sistemləri mükəmməl şəkildə dizayn edilmişdir. Rəhbərlər, mühəndislər, işçilər, bir sözlə, bütün işçilər, vəzifələrini ən mükəmməl şəkildə yerinə yetirən üstün xüsusiyyətli robot və kompyuterlərdən meydana gəlmişdir. Bu kompyuter və robotlar isə, bənzərlərinə ancaq elmi-fantastik filmlərdə rast gələ biləcəyimiz dərəcədə təkmilləşmişdirlər.

Məhz hüceyrədəki sintez prosesi də, eynilə bu xəyali fabrikdəki kimi gedər. Fabrikdəki robotların və maşınların yerini hüceyrədə, "ferment" adlandırılan, xüsusi əməliyyatlar üçün mütəxəssisləşmiş mürəkkəb quruluşlu zülal molekulları tutar. Fabrikdəki, məlumatları toplayan və idarəetməni təmin edən kompyuterlər müqabilində, bu prosesləri hüceyrədə, bu mövzuda mütəxəssisləşmiş, çox sayda atomların birləşməsindən meydana gəlmiş, bir qədər böyük, spiralvarı bir molekul tərəfindən həyata keçirilər: "DNT" molekulu.

İndi isə, bu möcüzəvi molekulun heyrətləndirən quruluşuna və bacardığı inanılmaz işlərə şahid olaq.

 

Qeydlər

1) A. I. Oparin, Origin of Life, səh.196

2) Klaus Dose, "The Origin Of Life: More Questions Than Answers", Interdisciplinary Science Reviews, səh. 352

3 / total 14
"Harun Yəhyanın Hüceyrədəki Möcüzə kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net