< <
7 / total: 14

Möcüzəvi Molekullar: Zülallar

Zülalsız bir həyat qeyri-mümkündür. Çünki zülallar həm bədənin təməl elementləridir, həm də insan həyatında olduqca mühüm əhəmiyyətə sahib olan ferment və hormonların bünövrəsini əmələ gətirərlər. Ferment və hormonlar bədəndə müəyyən vəzifələr və reaksiyalar üzrə mütəxəssisləşmiş mürəkkəb zülal molekullarıdır. Bunlar bədən daxilindəki koordinasiyanın təmin edilməsindən, əsas həyat funksiyalarının davam etməsinə qədər bir çox mühüm vəzifəni icra edərlər.

Bu hissədə zülalların fövqəladə strukturlarını və zülallardan əmələ gələn bu mexanizmlərin bədən daxilində icra etdikləri inanılması çətin əməliyyatları araşdıracağıq. Hər an içimizdə milyardlarla belə əməliyyatların baş verdiyi düşünülsə, insan bədəninin, qavrama hüdudlarından kənara çıxan mürəkkəbliyə sahib bir sistem olduğu daha yaxşı aydın olar.

protein, hemoglobin

(Şekil 5.1) İnsan kanında bulunan hemeglobin proteinin üç boyutlu yapısı. Hemeglobin hayati önemi olan oksijenin kan yoluyla hücrelere taşınmasını sağlar.

Zülallar 20 fərqli növ amin turşusundan əmələ gəlir. Əslində təbiətdəki bu iyirmi növ amin turşusunun müxtəlif saylar və ardıcıllıqlar üzrə düzülməsi nəticəsində, sonsuz müxtəliflikdə fərqli zülal növləri əmələ gələ bilər. Zülalları bir zəncirə bənzətsək, amin turşuları bu zəncirin halqaları olar. Canlı varlıqlarda olan zülal növlərinin tərkibinə aid olan amin turşusu sayı 100-3000 arasında tərəddüd edir. Bir zülalı əmələ gətirən düzülüşdə, amin turşularından birinin təsadüfən çıxarılması, əlavə olunması və ya yerinin dəyişdirilməsi əsasən zülalın tamamilə işə yaramaz, hətta zərərli hala gəlməsinə səbəb olar.

Amin turşularının yerləri və sayları ilə, yanaşı, əmələ gətirdikləri zülalın üçölçülü həndəsi forması da çox əhəmiyyətlidir. Amin turşuları doğru sayda və düzülüşlə birləşməklə kifayətlənməz, həmçinin müəyyən hissələrdə bükülərək, zülalın vəzifəsini yerinə yetirə bilməsi üçün, sahib olması lazım gələn üçölçülü formasını da müəyyənləşdirərlər. Bunu təmin etmək üçün bükülmə yerlərindəki amin turşuları, müəyyən bucaq altında bükülməyə imkan verəcək şəkildə, digərlərindən daha zəif əlaqələrlə bir-birlərinə bağlanarlar. Əgər belə olmasaydı, yəni bütün amin turşuları bir-birlərinə eyni qüvvə ilə bağlansaydı, o zaman dümdüz, xüsusiyyətsiz və işə yaramaz bir zülal zənciri əmələ gələcəkdi.

Halbuki üçölçülülük, zülallar üçün çox mühüm xüsusiyyətdir. Xüsusilə fermentlər, təkcə sahib olduqları üçölçülü quruluş sayəsində bəzi reaksiyaları idarə edər, nəzarət edər və ya sürətləndirə bilərlər. Bir sözlə, doğru say və düzülüş təmin edilsə belə, lazım gələn həndəsi formanın təmin edilə bilməməsi bir zülalı funksiyasız hala gətirəcək. Bunun təmin edilməsi üçünsə, amin turşularının arasındakı cazibə qüvvələri belə, ağlasığmaz idarə və həssaslıqla ayrı-ayrılıqda tənzimlənir, ən kiçik bir incəlik belə xüsusi olaraq müəyyənləşdirilir.

Göründüyü kimi, tək bir zülal molekulunun əldə edilməsi belə, saysız əməliyyat və yoxlamalar nəticəsində mümkün ola bilir. Müasir texnologiya ilə, bir zülal molekulunu laboratoriya şəraitində belə süni şəkildə sintez etmək qeyri-mümkündür.

Lakin təkamülçülər, hər zamanki laqeydlik və korluqları içində, belə bir molekulun, primitiv yer atmosferində təsadüflər nəticəsində əmələ gəldiyini iddia edirlər.

İndi isə, bir zülalın təsadüfən əmələ gələ bilmə ehtimalına və bu qeyri-mümkünlük qarşısında təkamülçülərin düşdükləri çıxılmaz vəziyyətə nəzər salaq.

“Sonsuzda Bir Ehtimal”

hemoglobin, protein

(Şekil 5.2) Oksihemoglobin adlı proteinin yapısı

Təkamülün qabaqcıl müdafiəçilərindən olan rus alimi A. L. Oparin, “Origin of Life” (Hayatın Kökeni) adlı kitabında zülalların təsadüfən əmələ gəlməsinin mümkün ola bilməyəcəyini belə izah edir:

Hər biri müəyyən formallarda və özünəməxsus bir tərzdə düzülmüş minlərlə karbon, hidrogen, oksigen və azot atomuna malik bu maddələrin ən sadəsi belə, olduqca mürəkkəb quruluşa malikdir. Zülalların quruluşunu araşdıranlar üçün, bu maddələrin öz-özlərinə bir yerə toplanmış olmaları, Romalı şair Vergiliyin məşhur "eneida" şeirinin ətrafa saçılmış hərflərdən təsadüfən meydana gəlmiş olması qədər ehtimaldan kənar görünür.(10)10

Hər nə qədər təkamül tərəfdarı bir ideologiyaya sahib olsa da, bu tanınmış elm adamının yuxarıdakı ifadəsi müdafiə etdiyi nəzəriyyəni tamamilə etibarsız edən bir etirafdır. Həmçinin təkamülçülərin ziddiyyətli məntiq quruluşunu göstərməsi baxımından da diqqətçəkən bir nümunədir. Çünki həqiqətən də bir zülalın təsadüfən əmələ gəlməsi müəllifin dediyi kimi, tamamilə ehtimaldan kənardır; lakin təkamülçü elm adamları bunu görmələrinə baxmayaraq, "təsadüfə" olan batil inanclarından güzəştə getmirlər.

Türkiyənin tanınmış elm adamlarından təkamülçü prof. dr. Nevzat Baban, zülal əmələgəlmə prosesində riyazi cəhətdən təsadüfün baş vermə ehtimalının qeyri-mümkün olduğunu belə ifadə edir:

Molekul kütləsi 34.000 olan, tərkibində 288 amin turşusu olan və 12 müxtəlif amin turşusundan əmələ gətirilmiş nəzəri bir zülal molekulunun 10300 fərqli strukturu ola biləcəyi hesablanmışdır. Bu müxtəlif formalardan bir molekulun bir yerə gəlməsiylə meydana gələcək kütlənin ağırlığı 10280 qram olacaq. Halbuki planetimizin ümumi kütləsinin yalnız 1027 qram olduğu düşünülsə.... Quruluşunda, zülalların tərkibində ola bilən 20 amin turşusu növündən hamısının iştirak etdiyi 61 amin turşusundan əmələ gətirilmiş polipeptidin izomer sayı 5x1079 olduğu hesablanılır... buna görə də kainatdakı hər atom sayına yuxarıda quruluşunu açıqladığımız 61 amin turşusundan əmələ gəlmiş polipeptid molekulunun izomerinden 6-sının düşəcəyi aydın olur.(11)11

Babanın da ifadə etdiyi kimi, 61 amin turşusundan əmələ gələn kiçik bir zülalın halqalarının təsadüfi düzülməsi nəticəsində ortaya çıxacaq variantları meydana gətirməyə kainatdakı ümumi atom sayı belə kifayət etmir. Üstəlik, orta ölçülü bir zülal molekulu 61 deyil, 400 amin turşusundan əmələ gəlir. Bunun digər bir mənası isə budur: Kainatdakı bütün atomlar hər işi buraxıb, təkcə bu zülalı əmələ gətirmək üçün dayanmadan təsadüfi birləşsələr, kainatın yaranmasından indiyədək keçən milyardlarla il və kainatdakı bütün atomların sayı bir zülal molekulunun "təsadüfən" əmələ gələ bilmə ehtimalı üçün qeyri-kafi qalacaq.

Bir sözlə, 400 amin turşusudan əmələ gələn orta ölçülü bir zülal molekulunun təsadüfən əmələ gəlməsi, tək sözlə, qeyri-mümkündür. Üstəlik, canlıların inkişafında bir pillə daha irəlilədiyimiz vaxt, bu "qeyri-mümkün" sözünün belə qeyri-kafi qaldığını görərik. Çünki tək bir zülal heç nə ifadə etmir. İndiyə qədər məlum olan ən kiçik bakteriyalardan biri; Mycoplasma Hominis H39-un belə, 600 növ zülala sahib olduğu görülmüşdür. Belə olan halda, tək bir zülal üçün apardığımız yuxarıdakı ehtimal hesablamalarını 600 növ zülal üzərində yenidən aparmalıyıq. Bu vəziyyətdə qarşılaşacağımız rəqəmlər, insan ağlının qavraya bilməyəcəyi ölçülərə çatar.

Birinin belə təsadüfən əmələ gəlməsi qeyri-mümkün olan bu zülallardan orta hesabla bir milyonunun təsadüfən uyğun şəkildə bir yerə toplanıb, tam quruluşlu bir insan hüceyrəsini əmələ gətirməsi isə, milyardlarla dəfə daha qeyri-mümkündür. Üstəlik, hüceyrənin quruluşunda zülallardan başqa karbonhidrat, lipid, su, elektrolitlər (anion və kation) və vitaminlər vardır. Həmçinin bütün bunlardan bir çox fərqli orqanoidin daxilində təməl element və köməkçi molekullar kimi istifadə edilir.

Bu hüceyrələrdən 100 trilyonunun təsadüfən əmələ gəlib, insanın daxili və xarici orqanlarını mükəmməl əmələ gətirəcək formada və nizamda birləşməsinin nə qədər qeyri-mümkün bir şey olduğunu izah etmək üçün, çox təəssüf ki, uyğun söz tapmaq qeyri-mümkündür.

Göründüyü kimi, təkamül, yeganə "izahı" olan təsadüf iddiasıyla, nəinki hüceyrə, hətta hüceyrədəki milyonlarla zülaldan təkcə birinin əmələ gəlməsini belə izah etməkdən acizdir. Hələ zülal mərhələsini belə həll etməkdən aciz olduğu halda, həyatın və canlıların necə əmələ gəldiyi mövzusunda ssenarilər yazmağa çalışan bir nəzəriyyənin ciddiliyi və etibarlılığı isə, ortadadır.

Canlıların hansı mərhələsi və ya hansı hissəsi ələ alınsa belə, qeyd olunan "təsadüf" iddiası "dəlisov bir sözə" çevrilir. Məsələn, levo (sol əlli) zülalları ələ alaq.

Bütün amin turşularının əsas bünövrəsini bir karbon atomuna bağlı hidrogen və bir azot atomundan əmələ gələn bir hissə təşkil edər. Bu bünövrənin quruluşu bütün amin turşularında tamamilə eynidir. Lakin bu bünövrəyə oynaqla birləşən və "R qrupu" adıyla tanınan əlavə bir hissə vardır ki, bu qrup hər amin turşusuda fərqlidir. Amin turşusuna özünəməxsus xüsusiyyətini verən də bu R qrupudur. R qrupu atomları, quruluş etibarilə əsas bünövrənin sağ və ya sol tərəfində ola bilər. Bunlardan, R qrupu sol tərəfdə olanlar L-levo (sol əlli) amin turşuları, sağ tərəfdə olanlar isə, D-dextro (sağ əlli) amin turşuları adlandırılar. Həmçinin hər iki növün də əmələ gəlmə ehtimalı 50%-dir. Eyni molekulun sağ əlli və sol əlli formaları bir-birlərinin "optiki izomerleri" adlandırılar. Optiki izomerler arasındakı fərq, bir cisimlə həmin cisimin aynadakı görünüşü arasındakı fərq kimidir. Eyni atomlardan, eyni hissələrdən, bənzər nizamda əmələ gəlmələrinə baxmayaraq, bu molekullar, eynilə sağ əl ilə sol əl kimi, üçölçülü simmetrik quruluşa sahibdirlər.

Cansız dünyada bu izomerlərdən bərabər miqdarlarda (50%-50% nisbətində) tapılar. Həmçinin insan bədənində istifadə edilən 20 əsas amin turşusu növündən hər biri təbiətdə levo və ya dextro formalarında mövcud ola bilər.

Lakin aparılan tədqiqatlarda təəccüblü bir həqiqət ortaya çıxmışdır: Ən sadə orqanizmdən ən mürəkkəb orqanizmə qədər bütün bitki və heyvanlardakı zülallar, təkcə levo amin turşularından əmələ gəliblər. Hətta bəzi təcrübələrdə bakteriyalara dextro amin turşularından verilmiş, lakin bakteriyalar bu amin turşularını dərhal parçalamış, bəzi hallarda isə, bu parçalardan yenidən istifadə edə biləcəkləri levo amin turşularını əmələ gətirmişdirlər.

Təkamülçülər, belə xüsusi və şüurlu seçiciliyi qətiyyən izah edə bilmirlər. Əgər canlılar təsadüflərlə əmələ gəlmişdirsə, o zaman ortada, bu seçiciliyin olmaması lazım olduğunu göstərən kifayət qədər səbəb var. Təbiətdə hər iki cins amin turşusundan da bərabər miqdarda mövcuddur və hər iki qrupdan da amin turşuları, digəriylə mükəmməl şəkildə birləşə bilirlər. O zaman, bütün canlı orqanizmlərdəki zülalların təkcə levo amin turşularısından əmələ gəlməsi necə izah oluna bilər?

Sizin də gördüyünüz kimi, zülalların bu yeni xüsusiyyəti, təkamülçülərin "təsadüf" düyün nöqtəsini daha da çıxılmaz vəziyyətə gətirmişdir: Mənalı bir zülalın əmələ gəlməsi üçün, bir qədər əvvəl izah etdiyimiz kimi, təkcə bunu əmələ gətirən amin turşularının müəyyən sayda, mükəmməl düzülüşdə və xüsusi üçölçülü dizayna uyğun şəkildə birləşmələri artıq kafi olmayacaq. Bütün bunlarla yanaşı, bütün bu amin turşularının sol əlli (levo) olanlar arasından seçilmiş olması və aralarında bir dənə belə sağ əlli amin turşusunun olmaması da zəruridir. Bu da təsadüf anlayışını bir daha yox edən vəziyyətdir.

Bu vəziyyət təkamülün kor-koranə müdafiəçisi olan Brittanika Ensiklopediyasında belə bildirilir:

Əslində, yer üzündəki bütün canlı orqanizmlərdəki amin turşularının hamısı və zülallar kimi mürəkkəb polimerlərin təməl elementi, eyni asimmetriya tipindədir. Sanki tamamilə sol əllidirlər. Bu, sanki milyon dəfə havaya atılan dəmir pulun həmişə eyni tərəfi üstündə yerə düşməsinə bənzəyir. Molekulların necə sol əl və ya sağ əl olduğu tamamilə qavranıla bilməz. Bu seçim anlaşılmaz şəkildə, yer üzündəki həyatın mənbəyinə bağlıdır.(12)12

Bir dəmir pul milyonlarla dəfə havaya atılmasına baxmayaraq, həmişə eyni tərəfi üstündə yerə düşürsə, bunu təsadüflə izah etmək, yoxsa, birinin şüurlu şəkildə havaya atılan dəmir pula müdaxilə etdiyini qəbul etmək mi daha məntiqlidir? Cavab ortadadır: əlbəttə, şüurlu müdaxilə var. Lakin təkamülçülər, bu açıq həqiqətə baxmayaraq, sırf Allahın canlılar üzərindəki hakimiyyətini qəbul etmək istəmədikləri üçün, təsadüfə sığınırlar. Bu isə, bir qədər əvvəl ifadə etdiyimiz kimi, bir vəsvəsədən başqa bir şey deyil.

Amin turşularındakı sol əllilik hadisəsinə bənzər vəziyyət, nukleotidlər, yəni DNT və RNT-nin təməl elementləri üçün də hakimdir. Məsələn, canlı orqanizmlərdə olan bütün amin turşularının əksinə bunlar, təkcə sağ əlli olanlar arasından seçilmişdirlər.

Nəticə etibarilə; həyatın mənbəyinin təsadüflərlə izah olunmasının mümkün olmadığı, başdan bəri araşdırdığımız ehtimal hesablamaları ilə qəti şəkildə sübut edilir: 400 amin turşusundan əmələ gələn orta böyüklükdəki bir zülalın, yalnız sol əlli amin turşuları arsından seçilmə ehtimalını hesablamaya çalışsaq, 2400, yəni 10120-də 1 ehtimal əldə edərik. Bir müqayisə aparmağınız üçün, kainatdakı elektronların sayının bu saydan olduqca kiçik sayda, təxminən 1080 olduğunu da ifadə edək. Bu amin turşularının lazımi düzülüşü və funksional formanı meydana gətirmə ehtimalları isə, olduqca böyük rəqəmlər doğurar. Bu ehtimalları da əlavə edib, hadisəni birdən çox saya və növə malik zülallların əmələ gəlməsinə qədər uzatmağa çalışsaq, hesablamalar tamamilə içindən çıxılmaz vəziyyət alar. Bütün bunlardan sonra isə, son bir xatırlatma daha edilməlidir.

Yuxarıda izah etdiyimiz bütün qeyri-mümkün halları bir anlığa bir kənara qoyub, yenə də faydalı bir zülal molekulunun "təsadüfən" öz-özünə əmələ gəldiyini fərz edək. Lakin bu nöqtədə də təkamül bir daha bataqlığa batar. Çünki bu zülalın mövcudluğunu davam etdirə bilməsi üçün, həmin anda içində olduğu təbii mühitdən təcrid edilib çox xüsusi şərtlər altında qorunmalıdır. Əks halda, bu zülal yer səthindəki şərtlərin təsiriylə parçalanacaq və ya başqa amin turşuları və kimyəvi maddələrlə birləşərək xüsusiyyətini itirəcək, faydasız, hətta zərərli bir maddəyə çevriləcək.

Bura qədər izah etdiklərimiz, həyatın mənşəyində, canlı bir hüceyrənin əmələ gəlməsi üçün lazımi zülalların meydana gəlməsində, təkamülçü iddiaların qətiyyən çıxılmaz vəziyyətdə olduğunu göstərmişdir. O zaman qarşımızdakı tək həqiqət budur: Bütün bu fövqəladə tarazlıqları yaradan və sistemin işləməsini davam etdirən, bütün lazımi maddələri lazımi yerlərdə var edən və beləliklə də, zülalları yaradan sonsuz elm və qüdrət sahibi olan Allahdır.

Fermentlər

enzimler

(Şekil 5.3)
1) Enzim etkileyeceği maddenin üzerine şekilde temsil edildiği gibi tam olarak oturur.
2) Enzim tepkimeye gireceği maddeye uygun şekilde üç boyutlu olarak kusursuz yaratılmıştır. Tıpkı bir anahtar ile anahtar deliğinin uyumu gibi.
3) Madde üzerinde yapılması gerekli işlemleri yapar ve her basamakta ATP enerjisi kullanır.
4) Etkidiği maddeyi yepyeni yapıya soktuktan sonra kendisi bu işlemden hiç etkilenmeden yeni bir tepkimeye tekrar hazır hale gelir.
Şekiller enzim ile etkidiği madde arasındaki uyumun anlaşılabilmesi için verilmiştir.

Bədənimizin içində hər saniyə bir çox mürəkkəb hadisə baş verir. Bunlar o qədər təfərrüatlıdırlar ki, demək olar ki, hər mərhələlərində, bütün qarışıqlıqlara nəzarət edən, nizamı təmin edən və hadisələri sürətləndirən "əla nəzarətçilər"in müdaxiləsinə ehtiyac duyular: Fermentlər... Hər canlı hüceyrədə, hər biri öz xüsusi işini görən, məsələn, qida maddələrini parçalayan, qidalardan enerji meydana gətirən, sadə molekullardan zəncir istehsalını təmin edən və bunlar kimi saysız işlər görən minlərlə ferment mövcuddur.

Əgər bu fermentlər olmasa, ən sadəsindən ən mürəkkəbinə qədər demək olar ki, heç bir funksiyanız işləməz və ya dayanırmış kimi yavaşlayardı. Nəticə, hər iki halda da ölüm olardı. Nəfəs ala bilməz, bir şey yeyə bilməz, həzm edə bilməz, görə bilməz, danışa bilməz, bir sözlə, yaşaya bilməzdik.

Fermentlərin prosesləri sürətləndirməsini gündəlik həyatdan bir nümunə ilə uyğunlaşdıra bilərik. Əgər "fermentsiz" qalmaq kimi bir vəziyyətlə qarşılaşılsa; normal şərtlərdə oxunması bir neçə saniyə davam edəcək bir cümləni oxumaq, təxminən on il davam edərdi. Məhz fermentlər bədəndəki reaksiyaları ən azı bu nümunədəki qədər sürətləndirirlər. Fermentlərin, zülal sintezindən, enerji istehsalına qədər hüceyrənin bütün funksiyalarında mühüm əhəmiyyəti var.

Fermentlə təsir etdiyi maddə arasındakı əlaqə, açarla qıfıl arasındakı əlaqəyə bənzədilə bilər. Ferment və onun birləşəcəyi maddə, üçölçülü mürəkkəb bir həndəsi formada bir-birlərinə birləşərlər. Hər ikisi də bir-birləriylə tam uyğunluq təşkil edəcək şəkildə xüsusi olaraq yaradılıblar. Üstəlik, bu uyğunluq çox valehedici sürətlə işləyər. Bu sürət o qədər baş gicəlləndiricidir ki, bir ferment bəzən bir saniyədə 300 maddə ilə müəyyən ardıcıllığa uyğun şəkildə tək-tək birləşər, həmin maddəni istənilən formaya salar və sonra da ayrılar. (şekil 5.5)

Bir sözlə, hüceyrə fermentlər sayəsində yaşayır. Lakin fermentlər də hüceyrədə sintez edilir. Hər hüceyrə öz ehtiyacı olan fermenti, lazım gördüyü miqdarda, özü sintez edər.

Bütün bunlar, bir insanın ağlında bu sualları oyandırmalıdır: Bir hüceyrə bir şeyi necə lazımlı hesab edə bilər?, ehtiyacını necə hesablaya bilər? Yoxsa bir çox mürəkkəb işi görən və bir robotdan daha sürətli işləyən ferment adlı maşınları hüceyrə dizayn etmişdir? Bu planı quran ağıl sahibi haradadır?

Şüurlu bir insanın əldə edəcəyi cavab da bəllidir. Bütün bunlar, "hüceyrə" adlı mikroskopik strukturun və onun daxilindəki daha kiçik hissələrin əsəri ola bilməz. Həqiqət çox aydındır, belə ki, bütün bunlar Allahın: “..hər şeyi bir-birinə uyğun şəkildə, ziddiyyət və uyğunsuzluq olmadan yaratması...” (Mülk surəsi, 3) sonucunda gerçekleşmektedir.

enzim, subsrat

E. ENZİM
1. Değişime ulaştırılacak Molekül
2. Molekül Değişime uğradıktan sonra

(Şekil 5.4) Bir enzim (heksokinaz) ve etkidiği madde arasındaki üç boyutlu kusursuz uyumu gösteren şekil. Heksokinaz enzimi ATP molekülünü ADP'ye, ADP'yi ATP'ye çevirir. Birinci karede enzim değişime uğratacağı molekül üzerine bir kalıp gibi kapanır. İkinci karede enzimin parçaları birbirlerinden ayrılır ve molekül değişime uğramış bir şekilde ortama bırakılır.

 

enzim,subsrat

E. Enzyme
1. Etkilenen moleküller
2. Değişime uğrayan bölüm

(Şekil 5.5) Enzim etkidiği iki farklı molekülü birbirlerine kenetler ve yeni bir molekül inşa eder. Reaksiyon sonunda yapısını aynen koruyarak yeni moleküllere etkiyecek hazır hale gelir. Enzim ve moleküller arasındaki ilişki son derece kısa sürer.

Hormonlar

Çox hüceyrəli orqanizmlər olan heyvanlar və insanlar müxtəlif quruluş və vəzifələri olan hüceyrələrdən meydana gəliblər. Bədənin bütünlüyü, bu hüceyrələr arasındakı mürəkkəb, lakin olduqca uyğun əlaqələrdən asılıdır. İnsan bədənindəki 100 trilyon hüceyrə sanki bir-birlərini tanıyırmış kimi, hərəkət edərlər. Özlərinə ayrılmış xüsusi vəzifələri, sonuna qədər, heç bir laqeydlik və zəiflik göstərmədən yerinə yetirərlər. Məhz bu mükəmməl koordinasiyada hormon adlanan xəbərdar daşıyıcıları hüceyrələrə əmr daşımaqla vəzifəlidirlər. Bədənin böyüməsi, çoxalmanın təşkil edilməsi, bədəndəki daxili tarazlıq, sinir sistemindəki koordinasiya və daha bir çox əməliyyat hormonların əlaqədar hüceyrələrə çatdırdıqları xəbərdarlıqlar nəticəsində gerçəkləşər. Görünməz bir ağıl sahibi, hormonlar vasitəsilə hüceyrələrə əmrlərini çatdırar. Sizin xəbəriniz belə olmadan içinizdə möhtəşəm əmrlər sistemi yaradılmışdır. (şekil 5.6)

Bu böyük ağıl sahibi, yenə sizin xəbəriniz olmadan içinizdəki hər şeyi nəzarət altında saxlayar. Bu sistemdə heç bir söz sahibi deyilsiniz. Məsələn, bədəninizin böyüməsini ələ alaq. Siz nə qədər istəsəniz də boyunuzu normadan artıq uzada bilməzsiniz. Nə etsəniz də, içinizdəki hüceyrələrə "bölünün, çoxalın və məni böyüdün" kimi bir əmr verə bilməzsiniz. Lakin hüceyrələr, sizin üçün müəyyənləşdirilmiş boy uzunluğunu və bədən formasını bilər və həmin müəyyən formaya çatana qədər çoxalıb bədəni böyüdərlər. Sonra da tam lazım vaxtda böyümə prosesini dayandırarlar.

Əlbəttə ki, hüceyrələr bunları öz ağıl və iradələri ilə gerçəkləşdirə bilməzlər. Onlara bu mükəmməl əmrlər ardıcıllığını ilham edən və vəzifələrini tam şəkildə yerinə yetirmələrini təmin edən uca Allahdır.

1. Yüzey reseptörleri
2. Yüzey reseptörlerini etkiyen hormonlar
3. Düşük konsantrasyonda Ca+
4. Yüksek konsantrasyonda Ca+
5. Kandaki taşıyıcı proteinler
6. Hormon
7. Reseptörler
8. Reseptörler-hormon bileşik yapısı
9. Çekirdek

hücre, hormonlar

(Şekil 5.6)

A. Birinci hücrede düşük konsantrasyonda Ca+ iyonu mevcut. Hücre zarında bulunan reseptörlere belirli hormonların(peptid, protein hormonları veya epinefrin gibi hormonlar) bağlanmasıyla hücre Ca+ iyonunun konsantrasyonunu artırma emri alır.

B. Kan yoluyla, taşıyıcı proteinlerle taşınan bazı hormonlar(steroidler, tiroksin) hücrenin içine nüfuz eder. Hormonlar hücre çekirdeğinde bulunan özel reseptörlere bağlanarak belirli genlerin okunmasını sağlarlar. Böylece istenen proteinler üretilir.

Əsrarəngiz Nəzarət

Bədəninizə nəzarət edə bilmədiyinizi başqa bir nümunə ilə göstərək.

Qandakı şəkər miqdarının müəyyən səviyyədə olması, insan həyatı üçün zəruridir. Lakin təbiidir ki, gündəlik həyatda şəkərli qidalar yeyərkən bu həssas tarazlığı təmin etmək üçün hesablama apara bilməzsiniz. Lakin "sizin üçün" bu hesablamanı aparılar. Qanınızdakı şəkər miqdarı yüksəldikdə mədəaltı vəzi adlı orqanınız insulin adlı xüsusi maddə ifraz edər. Bu maddə qaraciyər və bədəndəki digər hüceyrələrə qandakı artıq şəkəri geri sorub ehtiyat halında toplamalarını əmr edər. Beləliklə də, qandakı şəkər miqdarı, heç vaxt təhlükəli həddə çatmaz.

İstəyirsinizsə bir sınaq aparın. Özünüzə əmr verin və başda qaraciyərinizdəkilər olmaqla, bədəninizdəki hüceyrələrə "qanımdakı şəkəri geri sorun" əmrini verin. Onlar da sözünüzü dinləyib şəkəri ehtiyat halında toplamağa başlasınlar!... Şübhəsiz ki, belə bir şey edə bilməzsiniz.

Nəinki onlara nəzarət edə bilər, hətta gündəlik həyatda nə mədəaltı vəzdən, nə insulindən, nə də qaraciyərdən xəbəriniz olar. Qanınızdakı şəkərin yüksəldiyini bilməzsiniz, hətta önünüzə müxtəlif səviyyədə şəkər miqdarına malik iki şüşə qan qoyulsa aradakı fərqi anlaya bilməzsiniz. Bunun üçün laboratoriyalara, təkmilləşmiş alətlərə ehtiyacınız olar. Lakin heç vaxt görmədiyiniz və bilmədiyiniz bəzi hüceyrələriniz, qandakı şəkəri bu laboratoriya və alətlərdən daha həssas şəkildə ölçər və nə edilməli olduğuna qərar verərlər. Sonra lazımi tədbirlər alınar, hüceyrələr qandakı şəkəri tanıyıb, ayırd edər və tutarlar. Yediyi bir tort ucbatından qısa müddətdə şəkər komasına girib ölməsi elə də asan olmayan insan, bu mükəmməl sistem sayəsində həyatda qalar.

deri hücresi, deri

(Şekil 5.7) İnsan derisinden, o deriyi oluşturan hücrelere, hücrelerden, hücre içindeki herhangi bir organele, bu organelin zarından, bu zarın üzerindeki proteinlere ve proteinleri oluşturan moleküllere kadar, her aşamada Allah'ın mutlak hakimiyeti ve kontrolü vardır. Kimi zaman kendisini Allah'a karşı bağımsız gören insanoğlu eğer kendi yaratılışını incelerse, Allah'ın bu hakimiyetini çok daha iyi görür.

Bəs bu mükəmməl sistemi kimə borcludur?

Həmişəki kimi təkamülçülər bu sistemin təkamül prosesində "təsadüfən" əmələ gəldiyini iddia edərlər.

Lakin bu iddianı qəbul etmək ağıl və məntiq çərçivəsində qeyri-mümkün görünür; çünki təkamülün digər iddiaları kimi bu da tək sözlə cəfəngiyatdır.

Təkamül, insan bədəninin milyonlarla illik müddət ərzində bugünkü halına gəldiyini iddia edər. Bu, bu deməkdir: İnsan bədənindəki orqanların bir hissəsi, bir zamanlar yox idi, lakin daha sonra təkamül keçirərək əmələ gəldi. Bu vəziyyətdə, qandakı şəkər tarazlığına nəzarət edən mədəaltı vəzin və onun ifraz etdiyi insulinin də təkamülün mərhələlərindən birində əmələ gəldiyini fərz etməliyik.

Lakin, əlbəttə, bu, təkamülçülər baxımından məntiqi məğlubiyyətdir. Çünki mədəaltı vəzə və insulinə sahib olmayan bir insan bədəninin yaşamasına imkan yoxdur. Mədəaltı vəzi olmayan bir yarım insanın milyonlarla il əvvəl yer üzündə dolandığını fərz edək. Bu zaman başına nə gələrdi?.. Cavab sadədir; tapdığı ilk şəkərli qidadan, məsələn, bir şəkər qamışından bolca yeyər və dərhal oradaca şəkər komasına girərək ölərdi. Eyni şey, digər bütün həmcinslərinin də başına gələr və hamısı, səbəbini anlaya bilmədən, şəkər komasından ölərdilər.

Biz yenə də bir hissəsinin çox "şüurlu" pəhriz edərək (əslində bu qeyri-mümkündür, çünki yediyimiz qidaların çox böyük hissəsində şəkər vardır) həyatda qaldığını fərz edək. O zaman bu sualla qarşılaşarıq: Görəsən bu "insanın dırnaqarası ataları", mədəaltı vəzə və insulinə necə sahib oldular?

Görəsən günlərin birində biri çıxaraq; "artıq bu şəkər problemini həll etməliyik, yaxşısı budur ki, mədənin altındakı bir yerə bir orqan yerləşdirək və bu orqan qandakı şəkəri tarazlayan bir hormon ifraz etsin" mi dedi? Həmçinin sonra özünü məcbur edərək mədəsinin altında həqiqətən də bir mədəaltı vəzi mi əmələ gətirdi? İnsulinin hansı formula sahib olmalı olduğunu hesablayıb sonra da bu formulu mədəaltı vəzə mi öyrətdi?

Yoxsa, günlərin birində, çox "müvəffəqiyyətli" bir mutasiya oldu da, bu mədəaltı vəzi olmayan dırnaqarası yarım insan canlılardan birinin DNT-sindəki müəyyən korlanma nəticəsində, ortaya birdən-birə bütün mükəmməl funksiyalarıyla bir mədəaltı vəzi və insulin hormonumu çıxdı?.. Lakin belə bir mutasiyanın meydana gəlməsi qeyri-mümkündür; çünki əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi mutasiyaların belə faydalı təsirləri yoxdur. Üstəlik, belə bir hadisənin meydana gəldiyini fərz etsək belə, yenə də bu, həmin bu yarım insanları yaşatmaq üçün kafi ola bilməzdi. Çünki bir də, qandakı şəkər miqdarını fasiləsiz şəkildə nəzarət altında saxlayacaq, lazım gəldikdə mədəaltı vəzə insulin ifraz etmə əmri göndərəcək, lazımi qədər insulinin ifraz olunmasından sonra da "dayan" əmri verəcək bir qərar mexanizminin beynin bir hissəsində başqa bir "təsadüf" nəticəsində meydana gəlməliydi.

"Təkamüllü məntiq"lə düşünülmüş bu iki "izah" da, əlbəttə, məntiqsizdir. Təkamülçülərin inancı isə, tam bu izah etdiyimiz şəkildədir. Lakin bunun nə qədər böyük yalan olduğunu özləri də bildiklərindən, bu mövzuları gündəmə gətirməməyi və mümkün qədər üstlərindən keçməyi seçərlər.

Təkamüli məntiqlərin insulin nümunəsində açıqca ortaya çıxan bu səfaləti, bizi tək bir nəticəyə gətirər: İlk insanın da eynilə bizimki kimi bir mədəaltı vəzi vardı. Bu orqanın "təkamül keçirmiş" olması əsla mümkün deyil.

Şübhəsiz ki, insulin nümunəsindən, bədəndəki digər orqanlar, minlərlə hormon, yüzlərlə fərqli sistem və saysız əməliyyat üçün də istifadə edilə bilər. Çünki bədənin içində, ən azı insulin qədər, hətta daha da mühüm minlərlə hormon və ya ferment var. Bunların hər biri, insan həyatı üçün "zəruri" şərtlərdir və çoxu insulin tarazlığından olduqca mürəkkəbdir. Məsələn, qan təzyiqini (təzyiqi) nizamlayan sistem, mədəaltı vəzi sistemindən olduqca mürəkkəb hesablamalar və əməliyyatlar ehtiva edir.

Əslində bədənin hansı orqanına baxsaq, eyni vəziyyətlə qarşılaşarıq. Böyrəkləri olmayan bir insan, ən çoxu üç gün yaşayar. Ağciyəri olmayan insan isə, bir-iki dəqiqədən artıq dözə bilməz. Həzm sistemi olmayan, hətta təkcə nazik bağırsağı çatışmayan bir insanın bir həftə yaşaması möcüzə olar. Qaraciyər, iki yüzə yaxın funksiyası ilə çatışmazlığına bir-iki saat dözülə biləcək bir orqandır. Ürəyin yoxluğuna, üç-beş saniyədən çox tab gətirilə bilməz. Beyni söyləməyə, yəqin ki, ehtiyac yoxdur.

Bu orqanlardan heç biri, "təkamül prosesi" nəticəsində "mərhələ-mərhələ" əmələ gəlmiş ola bilməzlər. Heç bir insan bədəni, özü üçün, "mutasiya nəticəsi"ndə əmələ gələcək bir böyrək əldə etmək üçün milyonlarla il gözləyə bilməz. Dolayısilə, ortada qəti bir həqiqət var. Bu da ilk insanın, bizim bu gün sahib olduğumuz bədən quruluşunun eynisinə sahib olmasıdır. Yəni bütün canlıların hakimi olan Allah insanı, mükəmməl və əskiksiz bir bədənlə birlikdə yaratmışdır.

İnsan üçün hakim olan bu vəziyyət, şübhəsiz ki, digər bütün canlılar üçün da hakimdir. Yer üzündə hərəkət edən ilk pələnglə bugünkü pələng arasında heç bir fərq yoxdur. Fillər, balinalar, qartallar və ya ilanlar da, Allah onları ilk dəfə nə cür yaratmışdırsa, indi də elədirlər.

Naməlum Bir Şey Uğruna Sərf Olunan Həyat

endokrin sistem

(Şekil 5.8) Hormon salgısını üreten hücreler, kendilerine göre binlerce kilometre uzakta bulunan hedef hücrelere tam olarak uygun şekilde üretim yaparlar. Şekilde endokrin bezlerinde üretilen hormonun, hedef hücrelere ulaşmaları gösteriliyor.

Daha əvvəl toxunduğumuz və təkamül üçün mütləq düyün nöqtəsi meydana gətirən insulin, əslində bədən daxilindəki hormonlardan təkcə biridir. Digər hormonlara baxdığımızda isə, ən azı insulin qədər heyrətamiz “dəlil”lərlə qarşılaşarıq.

Hüceyrələr sintez etdikləri bəzi fermentlərdən və hormonlardan özləri istifadə etməyib kənar mühitə göndərərlər. Bunlar, hüceyrənin tanımadığı və heç vaxt bilməyəcəyi bir uzaqlıqdakı tam fərqli hüceyrələr tərəfindən istifadə edilər. Məsafə o qədər uzaqdır ki, hüceyrənin ölçüsü düşünüldükdə sintez etdiyi maddənin qət etdiyi yol bizim ölçümüzdə min kilometrlə ifadə edilə bilər. Hüceyrə böyük diqqət və zəhmətlə sintez etdiyi maddələrin harada və necə istifadə edildiyini bilməz. Lakin bu naməlum məqsəd uğruna, nə işə yaradığını bilmədiyi mürəkkəb maddələri bütün həyatı boyu sintez etməyə davam edər. (şekil 5.8)

Məsələn, beyinin tam altında yerləşən hipofiz vəzisindəki hüceyrələrin sintez etdikləri xüsusi bir hormon, böyrək fəaliyyətlərini nizamlayar. Hipofizdəki bir hüceyrə, böyrəyin necə bir şey olduğunu, nəyə ehtiyac duyacağını bilməz. Bəs heç tanımadığı və həyatı boyunca da tanıya bilməyəcəyi bir orqan olan böyrəyin quruluşuna tam uyğun xüsusiyyətlərdəki bir maddəni necə sintez edə bilər? Bu sualın tək cavabı, şübhəsiz ki, Allahın hipofiz vəzisini bu işi görə bilməsi üçün yaratmış olmasıdır.

miyoglobin proteini

(Şekil 11.3) Miyoglobin adlı proteinin üç boyutlu çizimi.

Hüceyrədəki bu "naməlum məqsəd üçün" edilən hormon sintezini bir nümunə ilə izah edə bilərik: Yüzlərlə insanın bir fabrikdə bütün həyatları boyunca çox mühüm bir elektron alətin xüsusi və mürəkkəb bir sxemini meydana gətirdiklərini düşünün. Lakin bu insanlar bir dəfə də olsun nə bu aləti görüblər, nə də nə işə yaradığını bilirlər. Hətta bu insanlar yaşadıqları fabrikdən savayı heç nə görməyiblər. Bütün həyatlarını həsr edib, min bir zəhmətlə meydana gətirdikləri bu mürəkkəb sxemləri fabrikdən kənara göndərərlər. Bəziləri də bu sxemləri alıb minlərlə kilometr kənardakı başqa bir fabrikdə bəzi yeni hissələrlə birləşdirib, həmin bu aləti meydana gətirərlər. Birinci fabrikdəkilər, həyatlarını nəyə həsr etdiklərini belə bilmədən, heç yorulmadan, mükəmməl itaətkarlıqla iyirmi dörd saat çalışırlar.

Belə bir fabrikin necə meydana gəldiyi sualına isə, tək bir cavab verilə bilər: Şübhəsiz ki, hər iki fabriki də tanıyan və idarə edən bir iradə, müəyyən əmək bölgüsü hazırlamış və birinci fabrikə təkcə həmin bu elektron sxemi meydana gətirmə vəzifəsini vermişdir. Bunun necə ediləcəyini də çox ətraflı şəkildə təsvir etmiş, öyrətmişdir (çünki meydana gətirilən məhsulu heç tanımayan birinci fabrikin, öz qərarıyla belə bir şey meydana gətirməsi qeyri-mümkündür). Məhz ferment və hormon sintez edən hüceyrələr də eyni şəkildə çalışarlar. Heç vaxt tanımayacaqları bir yer üçün həmişə sintez edər, bütün həyatlarını bunun üçün fəda edərlər. Azacıq da olsa eqoistlik etməz, bezməz və ya nazlanmazlar, çünki onlara elə öyrədilmiş, daha doğrusu həmin işi görəcək şəkildə yaradılmışdırlar. Kainatdakı hər kəs və hər şey kimi onlar da aləmlərin Rəbbi olan Allahın əmrinə boyun əymişdirlər. Başqa variantları da yoxdur. Bir ayədə, bu belə bildirilir:

... Göylərdə və yerdə nə varsa Onundur, hamısı Ona könüllü surətdə boyun əymişdir. Göyləri və yeri (nümunəsiz olaraq) yaradan Odur. O, bir işin olmasına qərar versə, ona təkcə: "Ol" deyər, o da dərhal olar. (Bəqərə surəsi, 116-117)

 

Dipnotlar

10) A. I. Oparin, Origin of Life, səh. 132-133

11) Prof. Dr. Nevzat Baban, Cerrah Paşa Tıp Fakültesinden Protein Biyokimyası səh. 32

12) (Fabbri Britannica Bilim Ansiklopedisi, II cild, 22-ci buraxılış, səh. 519)

7 / total 14
"Harun Yəhyanın Hüceyrədəki Möcüzə kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net