< <
13 / total: 14

Nəticə

Kitabın əvvəlki səhifələrində, canlı hüceyrəsinin daxilində meydana gələn bir çox təəccüblü, hətta möcüzəvi hadisəni araşdırdıq. Araşdırdığımız hər mərhələ bizə, tək bir hüceyrə, hətta tək bir zülalın belə olduqca mürəkkəb və planlı quruluşa malik olduğunu göstərdi. Dolayısilə bunların hər hansı birinin, təkamülçülərin iddia etdiyi kimi "təsadüfən" meydana gəlməsi qeyri-mümkündür. Təsadüf, ancaq qarışıqlıq, pozuqluq, nizamsızlıq və xəta meydana gətirər, ortaya qəribə məxluqlar çıxardar. Hüceyrənin və canlıların digər bütün mərhələlərindəki möhtəşəm uyğunluq, nizam, tarazlıq, müvəffəqiyyət və estetika isə, bizə bütün canlıların şüurlu və mükəmməl yaradılışın məhsulu olduğunu göstərir.

Bir sözlə, araşdırdıqlarımız, təkamül nəzəriyyəsini mübahisəsiz şəkildə süqut etdirr və "növlərin mənşəyi"nin yaradılış olduğunu sübut edir.

Lakin araşdırdıqlarımızın bizə göstərdiyi həqiqət bundan ibarət deyil.

Əgər hüceyrə və ya canlıların digər hissələri sabit olsaydı, yuxarıdakı nöqtədən daha irəli gedə bilməzdik. Halbuki araşdırdığımız bütün hissələr; hüceyrələr, DNT-lər, ribosomlar, mitoxondrilər, viruslar, fermentlər və ya hormonlar, olduqca aktiv varlıqlardır və heyrətamiz işləri müvəffəqiyyətlə yerinə yetirirlər. Dolayısilə, bizim "ağıl" kimi tərif verdiyimiz şeyə, yəni; düşünmə, analiz etmə, qərar vermə kimi qabiliyyətlərə sahibdirlər. Üstəlik, bu "ağıl" insanların sahib olduğunu qəbul etdiyimiz ağıldan daha göz qamaşdırıcıdır. Tək bir zülal sintezi əsnasında hüceyrə orqanoidlərinin göstərdiyi "ağıl nümayişi", insanlar tərəfindən asanlıqla əldə oluna bilməyəcək səviyyədədir.

Lakin hüceyrədə ortaya çıxan ağlın, hüceyrəyə "aid" olduğunu qəbul etməyimiz məntiqi cəhətdən qeyri-mümkündür. Çünki "ağıl nümayişi" etdiklərini söylədiyimiz hüceyrə hissələri, müəyyən molekul yığınından başqa bir şey deyildirlər. Gördükləri işlər nəzərə alındıqda hər biri hərtərəfli "düşünə bilməlidirlər", lakin beyinləri yoxdur. Əslində onların heç nəyi yoxdur; nə gözləri, nə qulaqları, nə lamisə duyğuları, nə də sinir sistemləri var. Bunlar ardıcıl düzülmüş amin turşularıdan əmələ gələn kimyəvi zəncirlərdən başqa bir şey deyildirlər.

Lakin; görmə, eşitmə, hiss etmə, düşünmə, qərar vermə qabiliyyətindən məhrum olan bu kimyəvi birləşmələr, olduqca ehtişamlı "ağıl nümayişi" sərgiləyirlər.

O zaman bu sualı verməliyik: Bu ağlın mənbəyi nədir?

Ağlın Görünməz Mənbəyi

Kitabın əvvəllərində uzaqdan idarə olunan oyuncaq bir maşın nümunəsi vermişdik. Maşının etdiyi şüurlu manevrlər, əslində onu əmri verən insanın ağlının məhsulu idi, lakin bəzi "dardüşüncəli" insanlar, bunu anlamaqda çətinlik çəkirdilər. Əmri verən insanı görə bilmədikləri üçün, onun varlığını qəbul etmir və buna görə də, maşının "ağıllı" hərəkətlərini izah edə bilmək üçün, müxtəlif nəzəriyyələr yaradırdılar.

Bu insanlar maşının hərəkətləri barəsində müəyyən hesabat yazsalar, ehtimalla belə yazardılar: "Maşın, sürətini və gedəcəyi istiqaməti böyük müvəffəqiyyətlə nizamlayır, döngələri dönür, çuxurlardan uzaq durur və yolu izləmək kimi funksiyaları ən ideal şəkildə gerçəkləşdirir".

Lakin, diqqət yetirilsə, bu olduqca qeyri-kafi və səthi izahatdır. Əslində belə deyilməlidir: "Maşına əmrlər verən insan, maşının sürətini və gedəcəyi istiqaməti böyük müvəffəqiyyətlə nizamlayır. Bir anlıq da olsa, maşına əmr verməkdən imtina etmədiyi üçün, maşın, döngələri dönür, çuxurlardan uzaq durur və yolu izləmək kimi funksiyaları ən ideal şəkildə gerçəkləşdirir".

Açıqca görüldüyü kimi, hər iki izahatda da eyni hadisələr təsvir edilir, lakin aralarında çox böyük fərq var. Birincisi, səthi düşünən və dardüşüncəli bir müşahidəçinin istifadə edəcəyi üslubdur. İkincisi isə, qarşılaşdığı hadisənin iç üzünü qavramış bir müşahidəçinin istifadə edəcəyi üslubdur.

Hüceyrədə və ya təbiətin başqa hər hansı bir hissəsində, ortaya çıxan ağıl, "öz-özünə" yaranan bir ağıl deyil. Bütün varlıqlar, Allah tərəfindən özlərinə əmr edilən işi görürlər. Həmçinin bu işlərdə ortaya çıxan ağıl, Allahın ağlıdır.

Bal arısı ilə əlaqədar bir ayə, bu mövzuda bizə mühüm yol göstərir:

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Bal arıları da, hüceyrədəki orqanoidlər kimi "ağıl nümayişi" hesab ediləcək işlər görürlər. Bal hazırlamaq üçün tapdıqları çiçəklərin yerləşdiyi ərazinin "koordinatlarını" bir-birlərinə xəbər vermələri, şanlarını və pətəklərini seçilən memarlardan olduqca üstün şəkildə hörmələri və daha bir çox xüsusiyyətləri, açıq şəkildə "ağıl məhsulu"dur.

Bu ağlın mənbəyi isə, yuxarıdakı ayədə bildirilir. Allah, arılara "vəhy etmiş", yəni öz elmindən onlara nəql etmiş və onları gördükləri mürəkkəb işi bacaracaq qədər "şüur" sahibi etmişdir. Ortaya çıxan ağıl, arılara deyil, Allaha aiddir. O "Rəzzaq"dır (ruzi verən) və arılara verdiyi vəhy sayəsində bəşər oğluna bal kimi böyük nemət verir.

Şübhəsiz ki, bu vəziyyət təkcə arılar üçün hakim ola bilməz. Çünki təbiət, "ağıl nümayişi göstərən ağılsız varlıq"larla doludur. Bütün bunlar, kiçik bir böcəkdən nəhəng bir orqanizmə qədər, Allahın "vəhy etdiyi" ağılla hərəkət edərlər. Allah, hamısına müəyyən vəzifə və onu yerinə yetirə biləcək qədər "şüur" vəhy etmişdir və onlar da Allaha boyun əymiş şəkildə vəzifələrini yerinə yetirərlər. Bir ayədə belə deyilir:

Göylərdə və yerdə olanlar Onundur və hamısı Ona “könüllü surətdə boyun əymişdir”. (Rum surəsi, 26)

Başqa bir ayədə isə, insana: "Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi?.." (Həcc surəsi, 18) sualı verilir.

Ayədə insana "görmürsənmi?" sualının verilməsi olduqca əhəmiyyətlidir. Deməli, görən bir göz, göylərdəki və yerdəki hər şeyin Allaha boyun əydiyini asanlıqla qavraya bilir.

Görən Bir Göz

Bəhs etdiyimiz mövzunu daha yaxşı anlaya bilmək üçün, böyük bir İslam aliminin verdiyi bir nümunədən istifadə edə bilərik.

Talvarlı bir balkondan, günəşli bir havada dənizi seyr edən bir insan təsəvvür edin. Bu insan, talvarın qarşısını kəsdiyi günəşi görə bilməyəcək, lakin günəşin suda əks olunaraq meydana gətirdiyi milyonlarla kiçik parıltını izləyə biləcək. Olduqca xoş bir mənzərə meydana gətirən parıltılar, tək sözlə göz qamaşdırıcı gözəlliyə malikdirlər.

Bu parıltılardakı gözəlliyin mənbəyinin nə olduğunu düşündüyü zaman, barəsində danışılan insanın qarşısında iki variant olacaq. Ya, su üzərindəki hər parıltının "öz-özünə" və bir-birindən müstəqil şəkildə su tərəfindən yaradıldığını fərz edəcək, ya da hamısının günəşin bir əks olunması olduğunu qəbul edəcək. Su, işıq meydana gətirə biləcək qabiliyyətə malik deyil. İşıq ancaq günəşdən gələr ki, ətrafa yaydığı şüalar suyun üzərində milyonlarla dəfə əks olunar.

Məhz, bütün kainatın real vəziyyəti, bu nümunədəki kimidir.

Kainat ən incə təfərrüatına qədər Allah tərəfindən yaradılmış və Onun sifətləriylə formalaşmışdır. Hər şey, Ondandır. Var olan bütün gözəlliklər, Onun gözəlliyinin əks olunmasıdır. Var olan bütün ağıl, Onun ağlının təcəllisidir.

Allah, Hayy (həyat verən) sifətiylə, kainatdakı hər şeyə müəyyən müddət üçün həyat verər. Bunlar, Allahın ağlının yaxud gözəlliyinin yaxud da elminin kiçik əks olunmasını göstərər və sonra yenə Allahın müəyyənləşdirdiyi vaxtda yox olarlar.

İnsanlar da belədir. Ölü torpaqdan gələr, Allahın istədiyi qədər yaşayar və yenə ölü torpağa qayıdarlar. Yaşadıqları bu qısa müddət ərzində isə, Allahın bəzi sifətlərini Onun istədiyi qədər "əks etdirə bilərlər". Ana bətnində bir tikə ət parçası olan insan; böyüyər, dünyanın ən gözəl üzünə sahib olar və beləliklə də, Allahın böyük sənətini əks etdirər, sonra yaşlanar və ən sonunda torpağın altında qurdlanar və böcəklər tərəfindən parçalanar.

Hüceyrənin bu kitab boyunca araşdırdığımız bütün xüsusiyyətləri və kainatdakı bütün canlı-cansız varlıqların xüsusiyyətləri, yenə Allahın ağlının əks olunmalarıdır. Bir hüceyrə, əslində kiçik bir yağ yığını olduğu halda, Allahın istəyi nəticəsində ağıl, şüur və məlumat sahibi olar. Sonra yenə Allahın istəyi nəticəsində ölər.

Görən bir göz, məhz bunları görər. Kainatda, Allahın təcəllilərindən başqa heç nə yoxdur. Hər şey Ondandır, Onu göstərər, Onu tanıdar və Ona boyun əyər. Bir ayədə belə buyurulur:

Allah, Ondan başqa ilah yoxdur, Diridir, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun icazəsi olmadan Onun yanında kim şəfaət edə bilər? O, onların gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, çox ucadır, uludur. (Bəqərə surəsi, 255)

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

 

13 / total 14
"Harun Yəhyanın Hüceyrədəki Möcüzə kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net