İnsanın Yaradılış Möcüzəsi

< <
2 / total: 9

Yeni Həyat Üçün Yaradılmış Möcüzəvi Sistem

İnsanın yaradılış möcüzəsinin gerçəkləşə bilməsi üçün, insan bədənində lazım olan hazırlıqlar əslində illərlə əvvəl başlayır. Bunun üçün, əvvəlcə həm kişi, həm də qadın çoxalma hüceyrələri fəaliyyətə keçməlidir. Bu fəaliyyət hər insanda "həddi-büluğ dövrü" kimi adlandırılan proseslə birlikdə həyata keçər. Bu prosesdəki ən mühüm işçi, şübhəsiz ki, hüceyrələr arasındakı ünsiyyəti təmin edən hormonal sistemdir. Hormonal sistem isə beynin nəzarəti altında işləyir.

cell

Döl yataklarında size dilediği gibi suret veren O'dur.
O'ndan başka İlah yoktur; üstün ve güçlü olandır, hüküm ve hikmet sahibidir.
(Al-i İmran Suresi, 6)

Allah, insan bədənindəki bütün ehtiyacları və inkişafları, beynin idarə edəcəyi sistemlə yaratmışdır. Orqanlardan gələn mesajları qiymətləndirən beyin, ən uyğun cavabları lazımi yerlərə ola biləcək ən qısa müddətdə çatdırar. Bunu edərkən də hormonal sistemdən xəbərləşmə vasitəsi kimi istifadə edər. Allah, insan bədəni daxilində mükəmməl "poçt şəbəkəsi" yaratmışdır. Bu şəbəkə daxilində "hormon" adlandırılan mesaj daşıyıcı molekullar, sanki "poçtalyon" vəzifəsini boyunlarına götürmüşlər. Bir poçtalyonun bütün şəhəri gəzərək əlaqədar xəbərləri lazımi yerlərə çatdırması kimi, hormonlar da beyindən gələn əmrləri əlaqədar hüceyrələrə daşıyarlar. Həmçinin bu yolla bədən daxilində, insan həyatı üçün lazımi funksiyalar hərəkətə keçər.

Lakin burada xatırlatmalıyıq ki, hormonlar hara nə aparacağını bilən, buna görə özünə istiqamət təyin edən şüur sahibi insanlar deyil. Bunun üçün nə təhsil almışlar, nə də illərlə işləyərək təcrübə qazanmışlar. Hormon dediyimiz "poçt işçiləri", olduqca mürəkkəb formularla ifadə edilə bilən molekullardan ibarətdir. Bir molekulun hara nə aparacağını bilməsi, hansı hüceyrənin hansı mesajla hərəkətə keçəcəyini müəyyənləşdirə bilməsi, özündən milyardlarla qat böyüklükdəki qapqaranlıq insan bədəninin daxilində yolunu əsla azmadan tapa bilməsi, özünə və daşıdığı mesaja zərər gəlmədən bu vəzifəni mükəmməl yerinə yetirə bilməsi, şübhəsiz ki, olduqca möcüzəvi haldır. Təkcə bu nümunə belə, Allahın insan bədəni içinə nə qədər fövqəladə sistemlər yerləşdirdiyinin açıq dəlilidir.

Hormonal sistemin fəaliyyətə keçməsi əsasən insan hələ uşaqlıqda olarkən başlayar və o insanın ölüm anına qədər davam edər. reproduktiv vəziləri də hormonların təsiri nəticəsində hərəkətə keçən orqanlardır. Lakin bədənin digər hissələrindən fərqli olaraq reproduktiv vəziləriylə əlaqədar hormonların ifrazı həddi-büluğ dövründə başlayar. Hormonal sistemin başçısı kimi qəbul edilən beyindəki "hipotalamus", həddi-büluğ dövrünə gəlindiyi zaman, özünə bağlı şəkildə işləyən vəzilərdən biri olan hipofiz vəzinə reproduktiv orqanları fəaliyyətə keçirəcək əmrlər göndərməyə başlayar.

brain

1. Ön Korteks
2. Hipotalamus

3. Hipofiz
4. Hipokampüs

Resimde hormonal sistemin şefi olan hipotalamusun beyindeki diğer merkezlerle olan bağlantısı görülüyor.

Burada bir möcüzəyə daha diqqət çəkməkdə fayda var. Hipotalamus deyilən bu orqanımız insan bədənində gedən proseslərdən, məsələn, insanın neçə yaşına çatdığından, reproduktiv sistemin hərəkətə keçməsi üçün lazım olan fiziki inkişafı tamamlayıb-tamamlamadığından xəbərdardır. Həmçinin bu şüurla hərəkət edir. Digər bir sözlə, hipotalamus tarixi hesablayır və insanın yetkinliyə keçid vatxının gəldiyini müəyyən edərək bədəndəki digər ifrazat vəzilərinə lazımi əmrləri verir. Ən uyğun zamanda reproduktiv orqanlara getməsi lazım olan mesajları (hormonları) göndərir və insanların nəsillərini davam etdirə bilməsi üçün, lazım olan formalaşmanın başlamasını təmin edir. Üstəlik, bunu tək bir insanın hipotalamusu deyil, hazırda yer üzündə yaşayan milyardlarla insanın hər birinin hipotalamusu eyni şəkildə və demək olar ki, eyni dövrlərdə bu funksiyanı həyata keçirir.

Bədənimizdə bir neçə kəllə qənd böyüklüyü qədər yer tutan bu ət kütləsinin zamandan xəbərdar olması, aradan keçən illəri hesablayaraq tənzimləmə əməliyyatları aparması, əlbəttə ki, üzərində düşünülməsi lazım olan xüsusdur. Belə hesablama əməliyyatını hipotalamus necə aparır? Nələr etməli olduğu birisi tərəfindən hipotalamusa öyrədilmişdir, yoxsa hipotalamus bunu öz-özünə tapmışdır? Hipotalamus insanın əmələ gəlməsi üçün reproduktiv vəzilərinin inkişaf etməli olduğunu müəyyənləşdirib, bunun üçün zaman təyin edib, tam həmin zamanda o hormonu ifraz etməli olduğunu necə bilir? Üstəlik, hipotalamus ifraz etdiyi bir çox hormon arasından hansının tam zamanında reproduktiv sistemi hərəkətə keçirəcəyini necə müəyyənləşdirir? Gələcəyə istiqamətli planlar qurmağı, buna görə tədbir və hazırlıqlar görməyi "uzaqgörənliyi" sayəsində qərarlaşdırır? Niyə daha əvvəl və ya da daha sonra deyil, tam insan bədəninin fizioloji cəhətdən çoxalmağa (dölyaratmağa) hazır olduğu bir vaxta qədər gözləyir?

Gözü, qulağı, dili, hətta beyni belə olmayan bir ət kütləsinin, ağıl sahibi bir varlıq kimi hərəkət edərək hüceyrələri idarə etməsini təmin edən ağıl bizim təxəyyül edəcəyimizdən çox üstün, bənzərsiz ağıldır.

Hipotalamusun zamandan xəbərdar olmasını təmin edən nə təsadüflər, nə də hər hansı başqa gücdür. Hipotalamusa bu xüsusiyyətləri qazandıran üstün ağıl Allaha məxsusdur. Nələr etməli olduğu da hər şeyi bilən Allah tərəfindən bu kiçik ət parçasına ilham edilir. Allah hər şeyi idarəsi altında saxladığını; "Allah, hər şeyi idarə edəndir" (Əhzab surəsi, 52) ayəsiylə bildirir.

İrəliləyən səhifələrdə toxunulan mövzular oxunarkən bu həqiqətin davamlı yadda saxlanılmasında fayda var.

Cinsiyyət Ayrı-Seçkiliyi Edə Bilən Hormonlar

sperm_hipotalamus

 

1. Hipotalamus
2. Ön Hipofiz Bezi
LH
FSH
3. Dokular Arası Hücreler
4. Seminifer Tübül
5. Testis
6. Testesteron
7. Sperm

 

8. Hipotalamus
9. Ön Hipofiz Bezi
FSH
LH
10. Korpus Luteum
11. Oosit
12. Yumurtalık
13. Folikül
14. Östrojen
15. Progesteron

sperm_hipotalamus

Erkeklerde sperm üretimi, (solda) hipotalamus, hipofizin ön lobu ve testislerin iş birliği ile gerçekleşir. Kadınlarda hormonal düzenleme ise (sağda) hipotalamus, hipofiz ve yumurtalıkların birbirlerini etkilemesi ile gerçekleşir. Erkek ve kadına özgü olacak şekilde ayarlanmış bu biyokimyasal düzenlemeler bir tasarımın, bir planın varlığını bize göstermektedir.

Hipotalamus, Qn-RH (qonadotropin-sərbəstləşdirən hormon) adlı bir hormonu qan yolu ilə hipofiz vəzinə göndərərək qadın və kişidə həddi-büluğ dövrünün başlaması üçün zəruri olan ilk addımı atar. Hipotalamusun verdiyi əmrlər əsasında hərəkət etməyə başlayan hipofiz vəzi də əvvəlcə reproduktiv orqanları aktiv hala gətirəcək hormonlar göndərməyə başlayar. Bunlar LH (lüteinləşdirici) və FSH (follikulstimullaşdırıcı) adlı hormonlardır. Bu hormonların hər ikisi də həm kişilərdə, həm də qadınlarda ifraz olunur, lakin təsirləri bir-birindən fərqlidir.(1)

Həm qadınlarda, həm də kişilərdə eyni hormonlar ifraz olunmasına baxmayaraq, bunların təsirlərinin bir-birindən tamamilə fərqli olması olduqca təəccüblüdür. Məsələn, FSH adlı hormon qadınlarda yumurta hüceyrəsinin yaranmasını təmin edən hormondur. Kişilərdə isə eyni hormon spermatozoid yaranmasını təmin edir. LH hormonu isə qadınlarda yumurta hüceyrəsinin sərbəst hala gəlməsini və progesteron adlı başqa bir hormonun ifraz olunmasını təmin edən hormondur. Progesterondan uşaqlığın körpə üçün hazırlanmasında istifadə edilər. Eyni hormon kişilərdə tamam fərqli vəzifə boynuna götürür və testesteron hormonunun ifraz olunması üçün hüceyrələri xəbərdar edir. Testesteron isə kişiyə məxsus xüsusiyyətlərin yaranmasını və spermatozoid əmələ gəlməsini təmin edər.

Bənzər təsirə sahib hormonların fərqli bədənlərdə, lakin eyni formullar əsasında əmələ gətirilməsi və bir-birindən tamam fərqli təsirlərə səbəb olmaları, əlbəttə, düşündürücüdür.

Bir hormon kişi bədənində ifraz olunduğu zaman, bu hüceyrələrin kişiyə aid olduğunu anlayır və buna görə dəyişikliklər aparır. Məsələn, bu hormon kişi bədənin əzələlərin inkişaf etməsini, səsin daha qalın olmasını və saqqalın çıxmasını təmin edir.

progesterone_oestrogen

Üst sıradaki resimlerde progesteron hormonunun moleküler ve kristalleşmiş (1) yapısı, alt sıradaki resimlerde ise östrojen hormonunun moleküler ve kristalleşmiş (2) yapısı görülmektedir. İnsan bedenlerindeki değişiklikleri, birkaç atomdan oluşan bu hormonların kendi iradeleriyle planlayamayacağı çok açıktır. Hormonları yaratan ve onlara mucizevi özellikler veren Yüce Allah'tır.

Yenə eyni hormon qadın bədənində də eyni formul əsasında ifraz olunur, lakin qadında kişilərdə yaratdığı təsirlərin demək olar ki, tam əksi təsirlər yaradır. Qadınlara qadın səsi, kişilərə kişi səsi verən, bədənin inkişafını cinsiyyətə görə tənzimləyən bir hormon, bunu ayırd edə bilirsə, deməli o, qadın və kişi bədəninin anatomiyasından və kimyasından xəbərdardır. Bu da hormonun ağla sahib olması, hətta bu mövzuda təhsil almış olması deməkdir.

Bir çox insanın qadın və kişi reproduktiv orqanlarında öz təsirini göstərən hormonlardan, hüceyrələr arasındakı əlaqələrdən, əməliyyatların necə aparıldığından xəbəri belə yoxdur. Bədənindəki əmrlər ardıcıllığından, mesajların gedib-gəldiyindən, bədəninin inkişafının bu əmrlərdən asılı olduğundan, bu sistemin iş prinsipindəki ən kiçik ləngimənin həyatı baxımından çox ciddi problemlərə səbəb olacağından xəbərdar olmadığı kimi, bunların işləməsi üzərində də heç bir səlahiyyəti yoxdur. Xüsusi təhsil almamış bir insanın bu mövzuda məlumatının olmaması olduqca normaldır. Lakin müəyyən molekul qrupunun bu məlumatlara sahib olması normal qəbul edilməyəcək vəziyyətdir.

Aşağıda molekulyar quruluşları görünən hormonlar necə olub ki, kimya məlumatına sahib olur, üstəlik, təkcə insan bədənindəki kimyanın sirrini açmaqla kifayətlənməyib, həm əllərindəki məlumatlar əsasında kimyagər kimi davranaraq bədənin lazımi nahiyələrinə çatır, həm də başqa hüceyrələri lazım olduğu zaman lazım gələn hormonları əmələ gətirməyə yönəldir? Bütün bunları edəcək ağla, bu şüursuz molekul qrupu necə sahib olmuşdur? Bu ağlın hormon dediyimiz molekullara aid olmayacağı çox aydındır. Bütün bu tənzimləmə əməliyyatlarının təsadüfən və ya başqa bir təsirlə bu hala gələ bilməyəcəyi də qəti həqiqətdir.

Bu fövqəladə vəziyyətin tək izahı var. Kişi və qadına məxsus olacaq şəkildə nizamlanmış bu biokimyəvi tənzimləmələr bir dizaynın, bir planın varlığını bizə göstərir. Bu dizayn da üstün ağıl sahibi olan Allaha məxsusdur. İnsanın etməli olduğu isə bu mükəmməl sənət üzərində dərin-dərin düşünmək və hər şeyin tək hakimi olan Allaha təslim olmaqdır.

reproduktiv Hüceyrələrin Inkişafı

DNA_chromosome_2

1. Metafaz Kromozom
2. Sıkıştırılmış Form
3. Kromozom Iskeleti
4. Genişletilmiş Form
5. Kromatin Lifi
6. Kromatin
7. Çift Sarmallı DNA

DNA_chromosome

Sağda DNA'nın kromozom içinde nasıl depolandığı görülüyor. İnsanla ilgili bütün bilgilerin saklandığı DNA vücudumuzdaki yaklaşık 100 trilyon hücrenin her birinin çekirdeğinde bulunur.  DNA'daki yapı Allah'ın kusursuz yaratışının en güzel örneklerindendir.

DNA'nın depolandığı kromozomlar

Texnologiya alətləri istehsal edən bir fabrikdə məhsulların meydana gətirilməsi mərhələsində bir çox robot maşından istifadə edilər. Bu maşınların bütün fəaliyyət proqramları, əməliyyat sistemləri, texniki dəstək hissələri, bir sözlə, istehsal prosesi müddətində ehtiyac olacaq hər cür istehsal məlumatları, həmin fabrikin nəzarət mərkəzində olar. Bura, istehsal, keyfiyyətə nəzarət, ziyanı aradan qaldırma kimi mərhələlərdə istifadə edilən bütün məlumatların toplandığı bir bank kimidir. Dünyanın ən qabaqcıl və mürəkkəb quruluşu olan insan bədənini də belə bir fabrikə bənzətsək, bu fabrikin funksiyalarını davam etdirə bilməsi üçün, lazım olan bütün məlumatın hüceyrələrin nüvəsindəki DNT molekulunda olduğunu söyləyə bilərik.

İnsan, hələ uşaqlıqda yeni mayalanmış bir yumurta hüceyrəsi olarkən belə, gələcəkdə sahib olacağı bütün xüsusiyyətlər Allah tərəfindən təyin olunmuş və müəyyən nizam içində DNT-lərinə yerləşdirilmişdir. Saç rəngindən boyunun uzunluğuna, həyatı boyu keçirməyə meylli olduğu xəstəliklərdən ağla gələ biləcək hər cür fiziki xüsusiyyətinə qədər insanın hər cür xüsusiyyəti onun təkcə elektron mikroskoplarıyla görə bildiyi kiçiklikdə diqqətlə qorunur.

DNT bədənimizdəki təxminən 100 trilyon hüceyrənin hər birinin nüvəsində mövcuddur. Hüceyrənin diametrinin orta hesabla 10 mikron (1 mikron millimetrin mində bir hissəsidir) olduğu nəzərə alınsa, DNT-nin nə qədər kiçik yerdə nə qədər böyük məlumatı saxladığı daha yaxşı aydın ola bilər.

Canlının həyatını müəyyən plan və proqram əsasında davam etdirməsini təmin edən DNT-ni, bir ensiklopediya kimi düşünsək, bu ensiklopediyanın cildləri də xromosomlardır.

Xromosom cildlərinin DNT molekulunda cütlər halında yerləşməsi çox önəmlidir. Hər insanın yaradılış mərhələsində bu cüt xromosom cildlərinin yarısı anadan digər yarısı isə atadan gəlir. Anadan gələn 23 xromosom və atadan gələn 23 xromosom bir-birinin cütüdür. Yəni hər insanın hüceyrə nüvəsindəki 46 xromosom, əslində 23 cütdən ibarətdir. Təkcə 23-cü xromosomun xüsusi vəziyyəti var. 23-cü xromosom əsasən X və ya Y işarəsiylə göstərilər. Kişilərdə 23-cü xromosom cütünün biri X digəri isə Y xromosomudur. Qadınlarda isə 23 xromosom X xromosomunun cüt vəziyyətdə olmasından əmələ gələr.(2)

Bu məlumatlardan sonra ağla bu sual gələcək: hər insanın bütün hüceyrələrində 46 xromosom olduğuna görə necə olur ki, ana və atanın hüceyrələrinin birləşməsiylə dünyaya gələn yeni fərdin də 46 xromosomu olur? Əgər anadan gələn xromosom sayı 46, atadan gələn xromosom sayı da 46 olsaydı normal şərtlər altında 92 xromosomlu, anormal bir canlının dünyaya gəlməsi lazım idi. Lakin belə olmaz. Bəs necə olur ki, hər insan 46 xromosomla doğulur? Bu sualın cavabı çox mühüm bir yaradılış möcüzəsini gözlər önünə sərir.

Xətasız Bölünmə...

Bədən hüceyrələrində iki növ bölünmə baş verər. Bunlardan "mitoz" adlandırılan bölünmə növü bütün bədən hüceyrələrində görünən bölünmədir. Bu bölünmə nəticəsində hüceyrələrin xromosom sayında dəyişiklik olmaz. Yaranan yeni hüceyrələrdə də heç bir pozulma və dəyişiklik olmaz, hamısı bir-birlərinə bənzəyər.

Burada dərhal bir xüsusu bildirməkdə fayda var. Əgər reproduktiv hüceyrələr də bu şəkildə bölünsəydilər, insanın insan olması mümkün olmazdı. Çünki anadan və atadan ayrı-ayrı 46 xromosumun gəlməsi, bir qədər əvvəl də ifadə etdiyimiz kimi, körpənin 92 xromosomla doğulmasına səbəb olardı ki, bu, insanın quruluşunu tamamilə pozardı. Lakin bədənimizdəki bənzərsiz dizayn sayəsində belə vəziyyət baş verməz. Çünki reproduktiv hüceyrələrinin formalaşması zamanı baş verən və "meyoz" kimi xarakterizə edilən bölünmə formasında vəziyyət fərqlidir. Meyoz bölünmə nəticəsində hüceyrənin xromosom sayı 46-dan 23-ə, yəni yarıya endirilmiş olar.

Yumurta ve Sperm Hücrelerinin Oluşum Aşamaları

FormationEggCell

1. oogonyum (2n; 46 kromozom)
1a. mitoz (yumurta)
2. birincil oosit (2n; 46 kromozom)
3. mayoz I
4. kromozom sayısı yarıya iner
5. birincil kutup hücre (n)
6. sperm
7. ikincil oosit n; 23 kromozom
8. mayoz II
9. ikincil oositte mayoz tamamlanır
10. birincil kutup hücre (n) bölünürse
11. sperm çekirdeği
12. ootid (haploit, n; 23 kromozom) olgunlaşarak yumurtayı oluşturduğunda spermle birleşmeye hazırdır.
13. ikincil kutup hücre (n)
14. kutup hücreleri yıkılır
15. zigot (diploit 2n; 46 kromozom)
16. Spermatogonyum (diploit, 2n; 46 kromozom)
17. mitoz testislerde
18. birincil spermatosit (diploit, 2n; her hücrede 46 kromozom)
19. mayoz I kromozom sayısı yarıya iner
20. ikincil spermatosit  (haploit, n; her hücrede 23  kromozom)
21. mayoz II
22. spermatit (haploit, n; her hücre 23 kromozom içerir)
23. sperm (haploit, n; her sperm 23 kromozom)

FormationSpermCell

Yumurtalıklardaki ana yumurta hücrelerinin geçirdiği çeşitli bölünmeler sonucunda 3 tane küçük ikincil kutup hücresi ve 1 tane de "ootid" adı verilen hücre oluşur. Küçük olan hücreler ölürler, büyük olan da yumurtayı oluşturur. Eğer oluşan hücreler birbirinin aynı büyüklüğe sahip olsalardı, döllenme sonucu oluşan zigot yeterli beslenemezdi.

Kadın üreme hücresi olan yumurtanın oluşum aşamaları solda görüldüğü gibidir. Yumurta, yumurtalıklardaki ana yumurta hücrelerinin (oogonium) bir dizi bölünme geçirmesi sonucunda oluşur. Erkeklerde sperm oluşumu ise testislerdeki sperm ana hücrelerinin (spermatogonyum) bölünmesi ile gerçekleşir. Üreme hücreleri daha ilk bölünmeye başladıkları andan itibaren bir denetim altında hareket ederler. İnsan bedenini oluşturan parçalar (hücreler, enzimler, hormonlar) arasındaki bu uyum üzerinde düşünen her insan bu sistemin tesadüfen oluşamayacağını anlayacaktır. İnsanı yaratan Allah'tır. Bedenimizde gerçekleşen olağanüstü olaylar da Allah'ın yaratma sanatının örneklerindendir.

Bu bölünmələr tamamlanmadan reproduktiv hüceyrələr yetişmiş olmazlar. Həm kişi, həm də qadın bədənlərində bu hüceyrələri yetişdirəcək, yetişdirdikədən sonra çıxacaqları çətin səfərə hazırlayacaq xüsusi mexanizmlər var. Bir-birindən tamamilə xəbərsiz və bir çox cəhətdən fərqli olan qadın və kişi reproduktiv sistemləri yaratdıqları hüceyrələri digəri üçün ən hazır vəziyyətə gətirməyə çalışarlar.

Bu mövzuyla əlaqədar təfsilatlı məlumatlar irəliləyən səhifələrdə nəzərdən keçiriləcək. Lakin bunlar oxunarkən diqqət yetirilməsi lazım olan mühüm xüsus var. reproduktiv hüceyrələri hələ ilk bölünməyə başladıqları andan etibarən müəyyən nəzarət altında hərəkət edərək, müəyyən plan tətbiq edirlər. Heç bir nəzarətsizlik yoxdur. Hüceyrələr tam lazımi bölünmələrdən keçir, lazımi xromosom saylarını əldə edir, əməliyyatların ardıcıllığında heç bir dəyişiklik və ya əksiklik olmur. Hər orqan, bunları əmələ gətirən hüceyrələr, bu hüceyrələri əmələ gətirən orqanoidlər böyük uyğunluq içində hərəkət edirlər. Bundan başqa, bədəndəki əməliyyatların gerçəkləşməsinde funksiya yerinə yetirən hormonları və fermentləri əmələ gətirən molekullar da, bu molekulları əmələ gətirən atomlar da olduqca sistemli xəbərləşmə sayəsində nə zaman fəaliyyətə başlayacaqlarını bilir, hansı orqanda necə təsir yaratmalı olduqlarını heç səhv salmırlar.

grandfather_grandson

Hüceyrələr, fermentlər, hormonlar, bir sözlə, bədənin hissələri arasındakı bu uyğunlaşma, əlbəttə ki, üzərində düşünülməsi lazım olan bir mövzudur.

Bir molekulun, bu molekulu əmələ gətirən atomların plan qurması, bu plana uyğun hərəkət etməsi, bir hissəsinin əmr verib, digərlərinin bu əmrə uyğun hərəkət etməsi, verilən əmri anlaya bilməsi və tam yerinə yetirməsi, təsadüfən baş verməsi mümkün olmayacaq qədər fövqəladə hadisələrdir. Üstəlik, bu günə qədər yaşamış və hələ də yaşayan milyardlarla insanın hər birinin bədənində bunların istisnasız gerçəkləşməsi, eyni uyğunlaşmanın mükəmməl şəkildə hər insanda işləməsi, vəziyyəti olduqca fövqəladə hala gətirir. Bədənimizi təşkil edən gözlə görülməyəcək qədər kiçik hüceyrələrə və bu hüceyrələrin əmələ gətirdikləri hormonlara, fermentlərə və digər yüz minlərlə təfsilata üstün ağıl və şüur tələb edən bütün bu xüsusiyyətləri qazandıranın, nəzarətsiz təsadüflər ola bilməyəcəyi aydındır. İnsan bədənində mükəmməl şəkildə işləyən bütün sistemlərin hər mərhələsinin və hər hissəsinin, insanın qavrama hüdudlarından kənarda və bənzərsiz bir ağlın gücü ilə hərəkət etdikləri çox aydındır.

Bu üstün ağıl, ən incə nöqtəsinə qədər bütün kainatı yaratmış olan Allaha məxsusdur. Allah ayələrində Özündən başqa ilah olmadığını bildirmişdir. Bəqərə surəsində belə buyurulur.

Allah… Ondan başqa ilah yoxdur, Diridir, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Onun icazəsi olmadan Onun yanında kim şəfaət edə bilər? O, önlərindəkini və arxalarındakını bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç nə qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, çox Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

 

Qeydlər

1  Guyton&Hall, Tıbbi Fizyoloji, Nobel Tıp Kitabevleri, İstanbul, 1996, 9. baskı, s. 1005, 1017

2  Keith L. Moore, The Developing Human - Clinically Oriented Embryology, W. B. Saunders Company, 1983, Canada, s. 141

2 / total 9
"Harun Yəhyanın İnsanın Yaradılış Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net