İnsanın Yaradılış Möcüzəsi

< <
6 / total: 9

Yeni Dünyaya Doğru

Yeni dünyaya addım atacaq döl üçün bütün hazırlıqlar tamamlandığı zaman, amnion mayesi də doğum üçün yeni fəaliyyətlərə başlayar. Uşaqlıq boynunu genişləndirəcək su kisəcikləri əmələ gətirən amnion mayesi, bu sayədə uşaqlığı körpənin keçəcəyi böyüklüyə çatdırar. Bu kisələr eyni zamanda dölün doğum zamanı uşaqlıqda sıxışmasının da qarşısını alacaq. Həmçinin doğumun başlanğıcında kisələr deşilib içindəki mayelər axdığı zaman isə, dölün hərəkət edəcəyi yol həm sürüşkənləşər, həm də sterilizə olmuş olar. Beləliklə də, doğum həm daha rahat, həm də mikroblardan təbii olaraq təmizlənmiş şəkildə baş verər.(51)

womb, baby

Allah, sizi annelerinizin karnından hiçbir şey bilmezken çıkardı ve umulur ki şükredersiniz diye işitme, görme (duyularını) ve gönüller verdi.
(Nahl Suresi, 78)

Uşaqlıqda aparılan bu hazırlıqlarla yanaşı, körpənin etibarlı şəkildə dünyaya gələ bilməsi üçün, bir çox şərt də eyni anda yaranmalıdır. Məsələn, körpə çölə çıxmaq üçün, ən əlverişli dayanma mövqeyini almalıdır. Bunun üçün ayaq hərəkətləri ilə yavaş-yavaş dönməyə başlayar və sonunda başı ananın uşaqlıq boynuna daxil olar. Artıq körpənin hərəkət qabiliyyəti məhdudlaşmışdır və körpə başını buradan çıxarda bilməz.(52) Bəs görəsən hələ dünyaya gəlməmiş bir körpə hansı mövqeyin əlverişli olduğuna necə qərar verir? Doğum üçün ən əlverişli mövqeyi haradan bilir? Üstəlik, doğum zamanının gəldiyini, uşaqlıqdakı bir döl necə müəyyənləşdirir? Əlbəttə ki, bunlar üzərində düşünülməsi lazım olan, olduqca mühüm təfsilatlardır. Hələ şüuru tam formalaşmamış bir varlığın bu cür şüurlu davranışlar göstərməsi, onun öz iradəsi ilə deyil, Yaradıcısı olan Allahın ilhamı ilə hərəkət etdiyinin açıq-aydın göstəricisidir.

Körpənin dünyaya gəliş mərhələsində daha bir çox möcüzəvi dizayn nümunəsi də görülür. Məsələn, sağlam doğumun gerçəkləşməsi üçün, körpənin kəlləsi də doğum kanalında zərər görməyəcək quruluşa sahib olmalıdır. Körpənin kəlləsinə baxdığımız zaman, tam bu ehtiyacı ödəyəcək şəkildə 5 sümük təbəqəsindən və bunlar arasındakı "əmgək" adlandırılan yumşaq toxumadan əmələ gəldiyini görərik. Bu yumşaq toxuma kəllənin elastik olmasına imkan yaradır və bu sayədə doğum anında yaranan təzyiqdən ötrü, körpənin beyninə və kəlləsinə heç bir zərər gəlməz.

Körpənin doğumundan əvvəl çox yüksək nəzarət altında hazırlıqlar aparılır. Mümkün ehtimallar düşünülərək tədbirlər görülür. Məsələn, doğumun asanlaşması və infeksiyaların qarşısının alınması üçün, amnion mayesi fəaliyyətə keçir.

womb, baby

1. Rahim
2. Plasenta
3. Göbek Kordonu

4. Bebek
5. Rahim Boynu
6. Doğum Kanalı

Döllenen yumurtanın anne bedeninde gelişimini sürdürebilmesi için güvenli bir yere ihtiyacı vardır. Hücreler öyle bir yer bulmalıdırlar ki, burada hem korunabilmeli, hem beslenebilmeli hem de dokuz ay sonra doğum rahatlıkla gerçekleşebilmelidir. Anne rahmi bütün bu işlemler için çok uygundur. Zigot dokuz ay boyunca rahimde konaklar. Dokuz ayın sonunda doğumun gerçekleşmesi için gerekli olan işlemler başlar. Gerekli kontroller yapılır ve bebek dış dünyaya çok hazır bir şekilde adım atar.

Bu vəziyyət ağla bu sualı gətirir: bütün hazırlıqların tamamlandığını və vaxtın gəldiyini kim yoxlayır? Gözlərin görməyə hazır olduğunu, ağciyərlərin nəfəs almağa hazır olduğunu, oynaqların tam tamamlandığını, beynin tam əmələ gəldiyini kim yoxlayıb körpəyə xəbər verir?

Yeni yaranan dölün bədənində bunları yoxlaya biləcək bir mexanizm yoxdur. Bədəndəki bütün yoxlamaların mərkəzi kimi qəbul edilən beyin də, döllə birlikdə inkişaf etməkdə olan bir orqandır. Üstəlik, beyin hər şeyi ilə tam mövcud olsa da, heç bir məna ifadə etməyəcək. Çünki həmin ana qədər uşaqlıqda inkişaf etmiş olan döl, çöldəki mühitdən tamamilə xəbərsizdir. Heç görmədiyi bir mühitə uyğun quruluşda olub-olmadığını müəyyənləşdirməsi qeyri-mümkündür. Doğumun zamanının gəldiyini müəyyənləşdirən, ananın özü də deyil. Ananın, ilk günündən etibarən bədənindəki gedişatın tək bir mərhələsinə belə müdaxilə etmə imkanı yoxdur ki, bu mərhələlərin biməsinin lazım olduğuna qərar versin.

Şübhəsiz ki, bu yoxlamaları aparan və hər insanın dünya həyatındakı həyatına başlayacağı zamanı təqdir edən Allahdır. İnsanı yaradan, onun davam etdirəcəyi həyatın hər anını bilən, hətta insan dünyaya gələrkən belə ölüm gününü bilən yalnız Allahdır. Hər insan üçün Allah tərəfindən müəyyən edilmiş bir vaxtda ölüm gələcək. Bu həqiqətlərdən xəbərdar olan ağıl sahibi hər insanın etməli olduğu, öz yaradılışı üzərində düşünərək Rəbbimizin sonsuz qüdrətinə bir daha şahid olmaq və bütün həyatını Allahı razı salacaq şəkildə qaydaya salmaqdır.

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan (rüşeymdən), daha sonra yaradılış forması tam da bəlli olmayan bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə açıqca göstərək. Sonra sizi uşaq kimi çıxardırıq, sonra da həddi-büluğ dövrünə yetişəsiniz deyə (sizi böyüdürük). Bəzilərinizin həyatına son qoyulur, bəzilərinizin də, bildikdən sonra heç nə bilməmə vəziyyətinə gəlməsi üçün ömrün ən aşağı pilləsinə (yaşlılığa) döndərilir. (Həcc surəsi, 5)

Dünya Həyatındakı Ilk Qida: Ana Südü

baby, couveuse

Anne bedeninde bebeğin gelişimi için tasarlanmış olan sistem kusursuz işler. Herhangi bir nedenle gelişimlerini tamamlamadan doğan bebeklere, yanda görüldüğü gibi özel bakım uygulanması gerekir.

Dünyaya gözlərini açdığı andan etibarən körpənin bədəni, yeni həyata uyğunlaşmaq məcburiyyətindədir. Bu uyğunlaşmanı asanlaşdıracaq hər cür köməkçi faktor hamiləlik müddəti boyunca yaradılmışdır. Buna ən aydın nümunə ana südünün əmələ gəlmə mərhələləridir.

Hamiləlik müddətində ananın hormonları tərəfindən ana südünün əmələ gətirilir. Süd əmələ gətirilmə prosesi, əsasən beyindəki ön hipofiz vəzi tərəfindən ifraz edilən "prolaktin" adlı hormondan asılıdır. Hamiləlik müddətində bu hormonun fəaliyyətə keçərək süd əmələgəlmə prosesini başlatmasının qarşısı, plasenta tərəfindən ifraz edilən progesteron və estrogen adlı hormonlar tərəfindən alınar. Lakin plasenta, doğumdan sonra atıldıqda, progesteron və estrogen hormonlarının qandakı səviyyəsi azalar və bununla da südün əmələ gəlməsində iştirak edən prolaktin fəaliyyətə keçər. Hormonlar arasındakı bu əlaqə sayəsində ana südü kimi çox qiymətli qida, tam körpənin ehtiyac duyduğu anda hazır olar. Şübhəsiz ki, bu, çox önəmli məlumatdır. Plasenta bədəndə olarkən olduqca mühüm vəzifələr boynuna götürmüşdür, lakin artıq bədəndən kənara atılma vaxtı da gəlmişdir. Bu da insan həyatı üçün çox mühüm hadisəni özü ilə gətirər. Göründüyü kimi, bir insanın yaradılış mərhələlərində hər saniyə formalaşan bütün təfsilatlar bir-birini tamamlayan, biri olmasa digəri olmayacaq hadisələrdir. Əlbəttə ki, bütün bunlar, hər insanın üstün qüdrətlə yaradıldığının açıq-aydın dəlilləridir. Üstəlik, bu mərhələlər körpə dünyaya gəldikdən sonra da dayanmadan davam edir. Anadakı süd əmələgəlmə prosesi də körpənin qidalanma ehtiyaclarına uyğun şəkildə sürətlənir. İlk günlərdə 50 qram qədər süd əmələ gətirildiyi halda, bu göstərici altıncı ayda gündə bir litrə qədər yüksələ bilər. Ana südünün formulunu tapmaq üçün çalışan elm adamları, apardıqları gərgin tədqiqatlardan sonra bunun mümkün olmadığını görüblər. Çünki standard tipdə ana südü yoxdur. Hər ananın bədənində, süd öz uşağının ehtiyacına görə əmələ gətirilir və bu süd körpəni heç bir kənar qida maddəsinin bəsləyə bilmədiyi ölçüdə bəsləyir. Ananın südündəki anticisim, hormon, vitamin və mineralların körpənin ehtiyacına görə nizamlandığı tədqiqatlar nəticəsində sübut edilmişdir.

Ana Südü Ilə Digər Qida Maddələri Arasındakı Fərqlər

breast, mother's milk

1. Kaburgalar
2.  Dokusu
3. Sütle Dolu Süt Bezleri
4. Alveol Bezi

5. Süt Kanalları
6. Süt Biriken Kanallar
7. Süt Taşıyan Kanal Lobları

Anne bedenindeki her detay bebeğin ihtiyacına uygun olacak şekilde tasarlanmıştır. Örneğin anne sütü bebeğin doğumuyla birlikte salgılanmaya başlar. Ancak hamilelik döneminde çeşitli hormonların denetiminde sütün oluşumu için gerekli bütün hazırlıklar yapılır. Anne sütünde bebeğin ihtiyacı olacak her türlü madde mevcuttur. Genel özellikleri düşünüldüğünde anne sütünün yerini hiçbir maddenin tutamadığı açıkça görülmektedir.

Ana südü əvəzinə başqa qida maddələrindən istifadə etmək, körpənin ehtiyacını tam ödəyə bilməz. Məsələn, digər qida maddələrindən heç biri körpənin immun sistemi üçün lazım olan anticisimlərə sahib ola bilməz.

Körpələr üçün klassik qida maddəsi kimi düşündüyümüz inək südü ilə müqayisə etdiyimiz zaman, ana südünün üstünlüyü daha yaxşı aydın olur. İnək südündə insan südündən daha yüksək miqdarda kazein mövcuddur. Kazein laxtalanmış (mayalanmış) süddə olan bir zülaldır. Bu maddə, mədədə daha böyük hissəciklərə parçalanar, yəni həzmi çətinləşdirər. Buna görə də, inək südünün həzmi, ana südünə görə daha çətindir. Bu maddənin ana südündə az miqdarda olması körpə üçün asanlıqdır.

Bu iki süd amin turşularının tərkibi baxımından da bir-birindən fərqlidir. Bu fərqli tərkib, inək südü ilə qidalanan körpələrin plazmasında ümumi amin turşusu miqdarının daha yüksək, bəzi amin turşularının ifrat yüksək, bəzilərində isə qeyri-kafi səviyyədə olmasına gətirib çıxardar. Bunun da həm mərkəzi sinir sistemi üzərində mənfi təsirləri var, həm də artıq zülal tərkibi böyrəklərin yükünü artırır.

Ana südünü fərqli edən digər xüsusiyyət də tərkibindəki şəkərdir. Ana südündə və inək südündə laktoza adlı eyni tip şəkər mövcuddur. Lakin insan südündəki laktoza miqdarı (litrdə 7 qr) inək südündən (litrdə 4,8 qr) daha çoxdur. Həmçinin inək südünün laxtalanmış böyük hissəcikləri nazik bağırsaqdan çox yavaş keçərlər. Bu da olduqca zəruri olan su və laktozanın böyük ölçüdə nazik bağırsağın ön hissəsində sorulmasına səbəb olar. Ana südünün laxtalanmış parçaları isə nazik bağarsağı asanlıqla keçərlər və su və laktoza yoğun bağırsağa çatar. Beləliklə də, insanlar üçün çox faydalı olan, içində faydalı bakteriyaların əmələ gəldiyi bağırsaq quruluşu meydana gələr. İnsan südündə bol miqdarda laktoza olmasının ikinci faydası isə, sinir sistemindəki mühüm strukturların meydana gəlməsində rol oynayan "serebrozid" adlı maddənin birləşməsini təmin etməsidir.

Ana südündəki və inək südündəki yağ miqdarlarının da demək olar ki, eyni olmasına baxmayaraq, bu yağların xüsusiyyətləri fərqlidir. Ana südündəki linol turşusu körpənin qidalarla qəbul etməsi lazım olan tək yağ turşusudur.

Ana südünü fərqləndirən digər xüsusiyyət də içindəki duz və mineral miqdarıdır. İnək südündə insan südündən olduqca yüksək miqdarda duz və mineral mövcuddur. Məsələn, inək südündə həm kalsium, həm də fosfor miqdarı yüksəkdir. Lakin bunların bir-birinə görə nisbəti o qədər fərqlidir ki, körpənin kalsium metabolizmi bundan mənfi təsirlənər. Dolayısilə həyatının ilk günlərində körpəyə inək südü verilməsi, qanındakı kalsium səviyyəsinin azalmasına və bəzi pozulmalara gətirib çıxardar.

Bundan savayı insan südündə 50% nisbətində dəmir mövcuddur. İnək südündə isə bu nisbət daha aşağı olduğu üçün inək südü ilə qidalanan körpələrdə dəmir çatışmazlığına görə qansızlıq yaranar.

Vitamin dəyəri də ana südünü körpələr üçün əvəzolunmaz edən digər məsələdir. Ana südü və inək südü tərkiblərindəki vitamin baxımından da bir-birlərindən olduqca fərqlidirlər. Hər iki süddə də A vitamininin eyni miqdarda olmasına baxmayaraq, E, C və K vitamini ana südündə daha çoxdur. D vitamini də yenə ana südündə körpəyə çatacaq qədər olar.

Ana Südü Körpəni Hər Mərhələdə Qoruyar

Ana bətnindəki qorunmuş və mikrobsuz sahədən çıxıb dünyaya gələn körpə, xarici dünyada bir çox mikrobla mübarizə aparmaq məcburiyytindədir. Ana südünün ən mühüm xüsusiyyətlərindən biri də körpəni infeksiyalara qarşı qorumasıdır. Ana südündən körpəyə keçən qoruyucu hüceyrələr (anticisimlər), körpənin daha əvvəl heç tanımadığı mikroblarla sanki məlumatı varmış kimi, mübarizə aparmağa başlamasını təmin edər. Xüsusilə doğumdan sonrakı ilk bir neçə gündə ifraz olunan və "ağuz" adlandırılan süddə bol miqdarda olan anticisimlər qoruyucu təsirlərini birbaşa göstərərlər.

Ana südünün körpəni yüngül infeksiyalardan çox ağır infeksiyalara qədər qoruması, xüsusilə ilk bir neçə ayda böyük əhəmiyyət daşıyar və faydası əmizdirmənin müddəti ilə mütənasib şəkildə artır.

Ana südünün körpəyə olan faydaları hər keçən gün daha çox ortaya çıxır. Elmin ana südü ilə əlaqədar yeni kəşf etdiyi həqiqətlərdən biri isə körpənin ana südü ilə 2 il ərzində qidalanmasının olduqca faydalı olmasıdır. Elmin yeni kəşf etdiyi bu mühüm məlumatı, Allah bizə bundan 14 əsr əvvəl belə bildirmişdir:

Biz insana ata-anasını (onlara yaxşı davranmağı) tövsiyə etdik. Anası onu, artan çətinliklə (bətnində) daşımışdır. Onun (süddən) ayrılması, iki il ərzində olur. "Həm Mənə, həm də ata-anana şükür et, dönüş təkcə Mənədir. (Loğman surəsi, 14)

 

Qeydlər

51 Laurence Pernoud, J’attends un enfant, Pierre Horay, Paris, 1995, s. 138

52 Geraldine Lux Flanagan, Beginning Life, A Dorling Kindersley Book, Londra, 1996, s. 103

6 / total 9
"Harun Yəhyanın İnsanın Yaradılış Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net