< <
17 / total: 20

Bədənimizdəki Məlumat Banki: DNT

Sizə daha əvvəl demişdik: insan bədənində trilyonlarla hüceyrə var. Bu hüceyrələrin hər birində bir insanın sahib olduğu bütün xüsusiyyətlər var.

Bəs bu məlumatlar hüceyrənin içində harada saxlanılır? Bundan daha əvvəl bəhs etməmişik.

Hüceyrələrin hər birinin nüvəsində DNT adlı molekul olur. DNT-də insan vücuduna aid bütün məlumatlar var. Saçınızın və ya gözlərinizin rəngi, daxili orqanlarınız, xarici görünüşünüz, boyunuzun uzunluğu və s. haqqında bütün məlumatlar DNT-nizdə şifrli olaraq qeyd olunmuşdur. Bu məlumatlar 4 fərqli hərfdən istifadə olunmaqla şifrlənmişdir: A, T, G, C. Hər hərf bir molekulun adının baş hərfini göstərir. Bu 4 hərf fərqli şəkillərdə düzülərək müxtəlif məlumatlar meydana gətirir.

DNA

This is a model of DNA. Inside DNA, there is enough data to fill about 900 volumes of an encyclopaedia.

Bunu əlifbaya bənzətmək olar. Məsələn, əlifbamızda 32 hərf var və bu hərflərin fərqli düzülüşləri ilə müxtəlif kəlmələr əmələ gəlir. Belə ki, DNT-dəki 4 hərfin də fərqli şəkillərdə düzülməsi ilə müxtəlif məlumatlar əmələ gəlir.

DNT-də çoxlu miqdarda məlumat var. Bunun nə qədər çox olduğunu anlamaq üçün belə bir misal verə bilərik: əgər DNT-dəki məlumatları kağıza yazmaq lazım olsa idi, hər biri 500 səhifə olan 900 cildlik kitab üçün böyük kitabxana tikmək lazım gələrdi. Bu kitabxana üçün isə futbol meydançası qədər yer lazım olardı. Lakin bu qədər çox məlumat bizim gözümüzlə görə bilmədiyimiz qədər kiçi molekula sığdırılmışdır.

Bəs bu qədər məlumatı ora kim yazıb? Bu qədər məlumatı o qədər kiçik yerə kim sığdırıb? Təkamülçülər bunların hamısının təsadüfən baş verdiyini deməyə məcburdurlar. Amma belə bir şeyin təsadüflər nəticəsində meydana gəlməsi qətiyyən mümkün deyil.

Yuxarıda sizə kitabxana misalını verdik. Siz bir kitabxanada çoxlu ensiklopediya görsəniz, onların təsadüfən yazıldığını, yoxsa professor və müəllimlər tərəfindən hazırlandığını düşünərsiniz? Əlbəttə, doğru olan ikinci seçimdir.

Təkamülçülərin DNT-nin təsadüfən əmələ gəldiyini demələrinin nəyə bənzədiyini bilirsinizmi? Elə təsəvvür edin ki, birisi gəlib sizə deyir ki, nəşriyyatda partlayış baş verdi və nəticədə bu kitabxana öz-özünə əmələ gəldi.

Yaxud da elə düşünün ki, sinifdə oturubsunuz və partada üzərində “Türkiyənin coğrafi xüsusiyyətləri” yazılmış kağız görürsünüz. Bunu kimin yazdığını soruşanda yanınızdakı dostunuz deyir ki, bir az əvvəl kağızın üstündə mürəkkəb qabı var idi, birdən əlim ona dəydi və mürəkkəb kağızın üstünə töküldü, sonra da bu yazı ortalığa çıxdı. Hər halda dostunuzun ağılsız olduğunu düşünərdiniz.

Odur ki, təkamülçülər bundan daha ağılsız şeyi iddia edirlər.

Bir səhifə yazı belə təsadüfən var ola bilməz, mütləq onu yazan biri var. DNT kimi mükəmməl məlumat bankı da öz-özünə təsadüflər nəticəsində əmələ gələ bilməz. DNT-ni yardan üstün və güclü olan, hər şeyi yaratmağa gücü çatan, yerin, göyün və ikisinin arasındakıların Rəbbi olan Allahdır.

DNA

 

17 / total 20
"Harun Yəhyanın Uşaqlar, Darvin Yalan Söyləyib! kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top