< <
2 / total: 17

Yalan Danışmaq Haramdır

Bəzi insanların ən böyük səhvlərindən biri, Allahın Quranda bildirdiyi şəkildə deyil, öz yanlış məntiqləri və ya cəmiyyətdə geniş yayılmış bəzi batil dəyər mühakimələri ilə hərəkət etmələridir. Bunun üçün heç düşünmədən, Allahın heç sevmədiyi və axirətdə cəzalandıracağı davranışları təsdiqləyə bilir, görməzlikdən gələ bilir və ya düşünmədən tətbiq edə bilir. Yalan danışmaq da, bu cür davranışların başında gəlir. Hər nə qədər cəmiyyətdə yalançılıq pis əxlaq xüsusiyyəti kimi bilinsə də, bu bəzən sözdə qalar. Çünki insanların mühüm hissəsi, ciddi xarakter pozuntusu olan yalançılığı vərdiş halına gətirmişdir. Allah bir ayəsində bu həqiqəti belə bildirir:

Yer üzündə olanların əksəriyyətinə itaət etsən, səni Allahın yolundan azdırarlar. Onlar təkcə zənnə uyar və onlar təkcə "zənn və təxminlə yalan danışarlar". (Ənam surəsi, 116)

Qəribə olan isə, yalan danışan insanın ətrafındakılar tərəfindən əsasən başa düşülməsi, lakin buna baxmayaraq, ifşa edilməməsi və bu insanın da, bunu bilə-bilə yalanlarına davam etməsidir. Yalançılıq bəzi insanlar arasında yaşadılan gizli dil kimidir. Bu cür cəmiyyətlərdə hər kəs bir-birinə bu mövzuda göz yumar, görməzlikdən gələr. Məsələn, yalan danışaraq ətrafındakılara göstəriş edən bir insanı, həmin mühitdəki insanlar çox vaxt ifşa etməzlər. Hətta özləri də göstəriş etmək üçün yalanlar uyduraraq, ilk yalan danışana çatmağa çalışarlar.

Yaxud iki insanın olduğu bir yerdə bir şey sındığı zaman, "bunu kim sındırdı?" sualına belə ehtiyac olmaz. Çünki soruşan insan sındırmadığına görə, digəri sındırmışdır. Lakin buna baxmayaraq, sındıran insan "mən sındırmadım" deyərək yalan danışar və öz ağlına görə "həmin anı qurtarar". Halbuki, özünü çox pis vəziyyətə salmışdır və bundsan xəbərsizdir. Çünki həm yalançı olduğu ortaya çıxmış və buna görə də, qurtarmağa çalışdığı qüruru, əslində daha çox zədələnmiş, həm də (ən əhəmiyyətlisi) uca Allahın razı olmadığı bir hərəkət etmişdir. Çünki yalan danışmaq haramdır. Necə ki, bir müsəlman haram olduğu üçün donuz əti yeməz və buna böyük diqqət göstərərsə, yaxud 5 vaxt namazını qılarsa, yalan danışmaq da eynilə diqqət göstərilməsi lazım olan haram hərəkətdir.

Lakin yalanın haram olduğunu düşünməyən insanlar, çətin vəziyyətdə qaldıqları hər şəraitdə, özlərini xilas etmək üçün dərhal yalana müraciət edərlər. Bəlkə həmin an həqiqətən çətin vəziyyətdən özlərini xilas edər və ya xilas etdiklərini zənn edərlər, lakin tövbə etmədikcə və dürüst insan olmadıqca, yalançılıqlarına görə, axirətdə məsul ola bilərlər.

Allah, Quranda ayələrinə inanmayanların yalan danışdıqlarını belə bildirir:

Yalanı təkcə Allahın ayələrinə inanmayanlar uydurar. Məhz əsil yalançılar onlardır. (Nəhl surəsi, 105)

İnsanların bir hissəsi axirəti düşünmədikləri üçün, bir hissəsi də, söylədikləri yalanların zərərsiz olduğunu zənn etdikləri üçün asanlıqla yalan danışa bilirlər. Bəzi cəmiyyətlərdə olduqca geniş yayılmış "ağ yalanlar" ifadəsi də bunun bir nümunəsidir. Guya ağ yalanlar, heç kimə zərər verməyən, günahsız, insanı həmin an bir çətinlikdən xilas edən kiçik yalanlardır. Bu cür yalanların heç bir problemi olmadığına inanarlar. Lakin yalan, istənilən halda səmimiyyətsizlik, ikiüzlülük və saxtakarlıqdır. Yalan danışan insan, qarşısındakı insanı aldadır, ona qarşı səmimiyyətsiz davranır, ona hörmət və sevgi bəsləmədiyini göstərir. Buna görə də, yalanı, qara və ya ağ kimi sifətlərlə təsnif edib, "bu yalandan heç nə olmaz", "bu zərərsizdir" kimi çıxarışlar etmək düzgün deyil.

Yalan, Allahın məmnun olmadığı və insanlara qadağan etdiyi bir davranışdır. Peyğəmbərimiz (s.ə.v) də, bunu tez-tez dilə gətirmişdir. Peyğəmbərimiz (s.ə.v)-in bu məsələ ilə əlaqədar sözlərindən bəziləri belədir:

"Yalanın hər növü günahdır..."(1)

"Ey insanlar, pərvanənin oda atılması kimi, sizi yalanın arxasına düşməyə sövq edən şey nədir?"(2)

"Yalan söz, böyük günahlardandır".(3)

Mömini Dürüst Edən Allah Qorxusudur

Müxbir: Allah qorxusundan bəhs etdiniz, yaxşı, belə bir sual vermək istəyirəm. Niyə Allahdan qorxmalıyıq?

Adnan Oktar: Allahdan qorxmaq, bizə, eşqi, sevgini, məhəbbəti verər. Yəni Allah qorxusu sevginin bütün zəminini meydana gətirər. Məsələn, dürüst olmağımızı təmin edər, yalan danışmamağımızı təmin edər, mərd olmağımızı təmin edər, vəfalı olmağımızı təmin edər, əziyyətə alışmış olmağımızı təmin edər. Bunlar eşqin və sevginin köküdür, yəni eşq və sevgi bu kökdən əmələ gələr. Gözəl əxlaq olmayan zəmində sevgi yaranmaz, məhəbbət yaranmaz. (Adnan Oktarın Denge telekanalına verdiyi müsahibədən, 9 dekabr 2009-cu il)

Həqiqi Sevgi, Dürüst Insanlar Arasında Yaşanar

Adnan Oktar: Romantizm məntiqli olmağı aradan qaldırır. Tutarlı danışmağı aradan qaldırar. Məsələn, bir kişi bir qadınla bərabərdirsə, ona qarşı emosional hərəkətlər etməsi, romantizmə uyğun hərəkətlər etməsi onu avtomatik şəkildə süniliyə sürükləyəcək. Qadınların da ən nifrət etdiyi şey sünilikdir. İstər kişi, istərsə də qadın olsun, insanlar süniliyi xoşlamaz. Təbii insan çox təsiredicidir. Bir qadına ən təsir edəcək şey qarşıdakı insanın dürüstlüyü, səmimiyyəti, Allah qorxusu, etibarlı olması, stabil və ağıllı olmasıdır, emosionallığı ağıllı bir qadını nifrət etdirər, qəzəbləndirər hətta. Narahat olar belə insandan. Lakin ağıllı, tutarlı, dərin düşünən insanı çox xoşlayar bir qadın. Onun ehtirasa olan dərinliyini, ağlını gördüyü zaman, Allah onda, ruhunda xüsusi güc meydana gətirər, qadın bu zaman onu çox sevər və çox təsirlənər ondan, ruhunda təsvir edə bilmədiyi zövq meydana gələr. Altıncı hiss meydana gələr. Lakin romantizmdə qarşılıqlı teatr sənətçisi kimi, qarşılıqlı aldatma var və xeyli alçaldıcı olar təbii ki. (Adnan Oktarın Ekin telekanalına verdiyi müsahibədən, 19 yanvar 2009-cu il)

 

Dipnotlar

1. Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, Akçağ Yayınları, 14. cilt, s.552; Tirmizi, Birr 26, (1940)

2. Sahih-i Buhari, Üçdal Neşriyat, 3. cilt, s.81

3. Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 10. cilt, s.6-7

2 / total 17
"Harun Yəhyanın Quranda Yalançının Üsulları kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net