< <
9 / total: 17

Yalançının Itirdikləri

Yalançı insanın məqsədi, çox vaxt ətrafındakıları aldatmaq və beləliklə də, özünə bəzi mənfəətlər təmin etməkdir. Çox vaxt da yalan danışaraq hiyləgərlik etdiyini zənn edər. Halbuki, yalançı, yalanı ilə minlərlə insanı aldada bilsə belə, həmişə itki içindədir. Lakin yalançı insan bu həqiqəti görə bilməz; təkcə həmin an yalanı ilə əldə etdiyi müvəqqəti mənfəəti nəzərə alar və bundan ötrü qazanclı olduğunu zənn edər. Kənardan baxıldığı zaman, həqiqətən də mənfəət təmin etmiş ola bilər. Əvvəlcə də qeyd etdiyimiz kimi, heç bir narahatlığı olmadığı halda bir işdən qaçmaq üçün yalan danışa bilər. Məsələn; "belim ağrıyır, sizə kömək edə bilmərəm" deyərək bir əşyanın daşınması işini başqalarına həvalə etmiş ola bilər.

Burada öz aləmində ağıllı bir üsulla fiziki yorğunluqdan xilas olmuşdur. Bu, həmin an üçün fayda kimi görünə bilər, lakin insanın əbədi həyatı üçün bu əslində zərərdir. Yalanla dünyada əldə etdiyi bu bir neçə dəqiqəlik istirahət və ya işdən qaçma həmin insanın axirətdə özü üçün fayda təmin edəcək mükafatı itirməsinə səbəb olmuşdur və əslində ona əbədiyyən davam edəcək zərər gətirmişdir. Necə ki, ağılsız olduğu üçün bunu düşünüb anlaya bilməz. Hər yalançı, mütləq həm dünyada, həm də axirətdə böyük itkilər yaşayar. Allah bir ayəsində, belə insanlar üçün bu cür buyurmuşdur:

(Özü də) Yer üzündə təkəbbürlənərək və pisliyi təşkil edərək. Halbuki hiylələr, təkcə öz sahibini əhatə edər. Artıq onlar əvvəlkilərin qanunundan başqasını gözləyirlər? Sən Allahın qanununda qətiyyən bir dəyişiklik tapa bilməzsən. (Fatir surəsi, 43)

Yalançı, insanları aldatmaq, özünü təmizə çıxartmaq, mənfəətlərini qorumaq üçün tələ qurar, lakin bunun nəticəsində öz tələsinə özü düşər və bir çox şeyi itirər. Yalan danışan insanların məruz qaldıqları itkilərdən bəziləri belədir:

Ətrafındakıların etimadını itirməsi: Hər yalançı nəhayətdə özünü ifşa etdiyi üçün, ətrafındakıların etimadını və hörmətini itirər. Doğru danışdığı sözlərinə belə artıq şübhə ilə yanaşılar. Bu insanlara heç nə əmanət edilməz, heç kim yalançı ilə ticarət etmək istəməz. Heç vaxt həqiqi və səmimi dost tapa bilməz. Hər kəs ona qarşı təmkinli davranar. İmam Qəzali yalan barədə: "böyük günahların analarındandır" demiş və sözünə belə davam etmişdir: "insan yalançı tanınsa sözünə etimad edilməz, gözlərdən düşər, nəzərlərdə dəyərsiz olar. Yalanın çirkinliyini anlamaq istəsən, başqalarının yalanının çirkinliyinə bax, nəfsin ondan nə qədər nifrət duyacaq gör, yalanının sahibini nə qədər xor görəcəyinə, söyləyəcəyi yalanını nə qədər çirkin hesab edəcəyinə diqqət yetir..."(8)

Özünə olan hörmət və etimadını itirər: Yalançı insan, əxlaqsızlığından xəbərdar olduğu üçün, özünü də pis və dəyərsiz hesab edər. Bundan ötrü də, özünə hörmət duymaz, etimadsız olar. Ətrafındakıların özünə necə baxdığını da bildiyi üçün məzlum və kompleksli rəftar göstərər. Bunu eyni zamanda hiyləgərlik və arxayınlıqla gizlətməyə çalışaraq tamamilə xoşagəlməz rəftar göstərər.

Yalanı hər dəfə ortaya çıxdıqda alçalar: yalançı insan yalanı hər dəfə ortaya çıxdıqda alçalmış vəziyyətə düşər. Özünü ucaltmaq, qürurunu qorumaq istəyərkən, tamamilə alçaq xarakter göstərər və bunu ətrafındakı hər kəs görər. Peyğəmbərimiz (s.ə.v)-in də bildirdiyi kimi; "yalançı həmişə özünü alçaltmaq üçün yalan danışar".(9)

İmam Rəbbani isə yalançıların düşdükləri vəziyyəti belə açıqlamışdır:

"İsra surəsinin 84-cü ayəsində tərcüməsində; "hər kəs özünə uyğun işi görər" deyə buyuruldu. Yəni insanın işi və sözü, özünün aynasıdır. Alçaqların sözlərinə yaxşı və ya pis qarşılıq verməmək daha yaxşıdır. Yalanın sonu gəlməz. Onların bir-birini tutmayan sözləri, özlərini rüsvay etməyə kifayət edər..."(10)

Vicdanı həmişə narahat olar: Yalan danışmaq insanın vicdanında böyük narahatlıq yaradar. Həmişə narahatlıq içində olar. Allahın qadağan etdiyi bir şeyi etməkdən ötrü həmişə daxili narahatlıqla yaşayarlar.

Yalançıların ağılsızlığı, söylədikləri yalanın onlara gətirəcəyi nəticələri düşünə bilməmələrindən də asanlıqla aydın ola bilər, belə ki;

1) Yalan danışaraq Allahın onun qarşısına çıxartdığı sınaqda müvəffəqiyyət qazana bilməmişdir.
2) Ehtimal ki, savab qazanacağı xeyirli bir işdən geri qalmışdır.
3) Çox vaxt dünyada arxasınca qaçdığı məqam-mövqe-böyüklük kimi sifətləri belə zədələnmişdir.
4) Həmçinin ən əhəmiyyətlisi, əbədiyyən qalacağı axirət həyatını təhlükə altına salmışdır.

Halbuki insan, özünü alçaltmaq naminə doğrunu söyləsə, mövqe sahibi olma və qürrələnmə iddiası olmadığını göstərəcək. Üstəlik, səhvini qəbul edərək acizliyini ifadə etdiyi üçün də, özünə şəfqət və etimad duyulmasına vəsilə olacaq.

Bunlarla yanaşı, Allahdan qorxduğu üçün vicdanının səsinə qulaq asıb şeytanını məğlub etmiş olacaq, yalanlarından sonra yaşayacağı vicdani sıxıntı və qarmaqarışıqlıqdan xilas olacaq.

Əlbəttə ki, ən böyük qazancı da, Allahın rizasını qazanaraq, böyük qurtuluş olan cənnətə yaxınlaşması olacaq.

Yalançılıqda israr edənlərin əsil böyük itkisi axirətdə olacaq. Dünyadakı kiçik mənfəətləri, anlıq zövqləri üçün Allahın sərhədlərini tanımayan, yalan danışaraq və bunu əhəmiyyətsiz hesab edərək haram işləyənlər, axirətdə bunun qarşılığını cəhənnəm əzabı ilə almaqdan qorxub çəkinməlidirlər. Hər günahkar öz əleyhinə günah qazanar və heç kimə zərər verə bilməz. Yalançının da hər yalanı öz əleyhinə qayıdar. Allah Quranda bu mövzu barədə bu ayələri bildirmişdir:

Kim bir günah qazanarsa, onu ancaq özünün əleyhinə qazanmış olar. Allah biləndir, hökm və hikmət sahibidir. (Nisa surəsi, 111)

(Guya) Allahı və iman gətirənləri aldadırlar. Halbuki təkcə özlərini aldadır və bunu anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də onlar üçün ağrılı-acılı əzab var. (Bəqərə surəsi, 9-10)

Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də pislik etsə, zərəri öz əleyhinə olar. Sənin Rəbbin qullara zülm edən deyildir. (Fussilət surəsi, 46)

 

Dipnotlar

8. Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 10. cilt, s.6

9. Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 14. cilt, s.548

10. İmam-ı Rabbani, Müjdeci Mektuplar, Hakikat Yayıncılık, Onbirinci Baskı, İstanbul 1994, s.262

9 / total 17
"Harun Yəhyanın Quranda Yalançının Üsulları kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net