< <
7 / total: 17

Yalançının Özünü Aldatma Üsulları

Hər insan, yalan danışmağın əxlaqsızlıq olduğunu çox yaxşı bilər. Buna görə də, yalan danışdığı zaman, vicdanını rahatlatmağa, yalançılığına bəhanələr tapmağa çalışar. Halbuki, doğru olan insanın yalan danışdığını etiraf edərək, doğruları söyləməsidir.

İnsan yalançılıq üçün uydurulan bəhanələri də bilməlidir. Çünki bu yolla insan, özü bir yalana əl atdıqda da, düşünəcək və özünü aldada bilməyəcək.

Xoşniyyətlə Yalan Söylədiklərini Iddia Edənlər

İnsanların etdikləri əxlaqsızlıqlar zamanı, özlərini aldatma üsullarından ən məlum olanı, xoşniyyətli olduqlarını irəli sürmələridir. Məsələn, bir insan dedi-qodu edən insanları tənqid edər, qınayar. Lakin özü dedi-qodu etdiyi zaman, özünün xoşniyyətli olduğunu və buna görə də, bunun zərəri olmayacağını iddia edər. Yalançıların böyük hissəsi də eyni müdafiə üsulundan istifadə edərlər; xoşniyyətlə yalan danışdıqlarını, məqsədlərinin pislik deyil, özlərini müdafiə etmək və ya başqasının içini rahatlaşdırmaq olduğunu söyləyərlər. Məsələn, məktəbə getməyən bir uşaq, anasını hirsləndirməmək üçün yalan danışdığını və məktəbə getmədiyini gizlətdiyini irəli sürər.

Bəzi insanlar isə, həqiqəti söylədikləri zaman, yaxınlarının sevgisini və etimadını itirməkdən qorxduqlarını və buna görə də, yalan danışdıqlarını iddia edərlər. Məsələn, gördüyü bir işdə müvəffəqiyyətsiz olan insan bunu müdirindən gizlətmək üçün müxtəlif yalanlara əl ata bilər. Həmçinin bunu "etimad itirməmək" adı altında rahatlıqla davam etdirə bilər. Bu insanlar, özlərini və ətraflarındakı insanları, xoşniyyətli olduqları üçün, söylədikləri yalanın zərəri olmayacağı məsələsində inandırmağa çalışarlar. Halbuki xoşniyyətli olduğunu irəli sürərək pis əxlaq göstərənləri Allah Quranda belə xəbər verir:

O zaman, necə olur ki, qazandıqları əməllər nəticəsində, onlara müsibət üz verir və sonra sənə gələrək: "şübhəsiz ki, biz yaxşılıqdan və uzlaşdırmaqdan başqa şey istəmədik!" deyə Allaha and içərlər? Məhz Allah bunların qəlblərində olanı bilir. O zaman sən onlardan üz döndər, onlara öyüd ver və nəfsləri barədə onlara açıq və təsiredici söz söylə. (Nisa surəsi, 62-63)

Bu cür insanlar, canları alınarkən də eyni iddianı irəli sürər və cəhənnəmlik olmalarına baxmayaraq, özlərinin yaxşı insanlar olduqlarını müdafiə edərlər.

Belə ki, mələklər, öz nəfslərinə zülm edənlərin canlarını aldıqları zaman; "biz heç bir pislik etmirdik!" deyə təslim olarlar. Xeyr, şübhəsiz ki, Allah sizin nələr etdiyinizi Biləndir. (Nəhl surəsi, 28)

Söylədikləri Yalanların Günahsız, Kiçik Yalanlar Olduğunu Irəli Sürənlər

Bir çox insanın özünü aldatma üsullarından biri, özünü başqaları ilə müqayisə edərək təmizə çıxartmağa çalışmasıdır.

Özlərini böyük fırıldaqçılar və ya yalançılarla müqayisə edənlər, söylədikləri yalanların kiçik və zərərsiz olduğunu düşünməklə özlərini aldatmağa çalışarlar. Yaxud söylədikləri yalanların günahsız yalanlar olduğunu, heç kimə hər hansı zərərinin toxunmadığını düşünərək, işlədikləri günahı yüngülləşdirməyə çalışarlar. Məsələn, alverdən sonra artıq qalan pulu götürən bir uşaq, anasına, heç artıq pul qalmadığını söyləyər və bunun heç kimə zərəri olmadığını düşünər. Halbuki yalanın kiçiyi və böyüyü yoxdur. Allah Həcc surəsinin 30-cu ayəsində insanlara; "...yalan söz söyləməkdən də qaçın" deyə əmr etmişdir.

And Içmədiyi Müddətcə Söylədiyi Yalandan Məsul Olmayacağını Zənn Etmək

Cahiliyyə əxlaqını yaşayan insanlar arasında çox geniş yayılmış yanlış bir fikir də, and içmədikləri müddətcə söylədikləri yalanlardan məsul olmayacaqlarını zənn etmələridir. Həmçinin bəzi insanların yalan danışarkən etdikləri (ayaq qaldırmaq, barmaq düyünləmək kimi) qəribə və cahil hərəkətlər də bu anlayışa malik şəxslərin niyə "cahil" adlandırıldığının bir göstəricisidir. Bu və bunun kimi edilən sadə oyunlar ilə haram davranışlardan xilas olacağını zənn etmək və bundan axirətdə məsul olmayacağını hesab etmək, təkcə cahil və Allahı lazımınca təqdir edə bilməyən insanların edəcəyi hərəkətlərdir. Bir çox batil inanc kimi bu düşüncənin də ağlı və ya dini bir əsası yoxdur. Allah, Quranda bunu belə açıqlamışdır:

Sizə nə olur? Necə hökm verirsiniz? Yoxsa (əlinizdə) oxuduğunuz bir kitab var? İçində, nəyi seçib bəyənsəniz, mütləq sizin olacaq deyə yazılıb. Yoxsa sizin üçün qiyamətə qədər and içmişik ki, siz nə hökm versəniz o, mütləq yerinə yetəcək. (Qələm surəsi 36-39)

Yalanı Başqa Yalanla Gizlətmə Çalışmaq Üslubu

Yalançının yalanları əsasən ortaya çıxar. Lakin yalan danışan insan, vicdanlı davranmadığı üçün hər dəfə əvvəlki vəziyyətini xilas etmək üçün bir yalan daha danışar, beləliklə də, zəncirvari yalanlar uydurar. Məsələn, bəzən insan özünə xəbərdarlıq edən yoldaşına etiraz etmək üçün susar və heç bir cavab verməz. Yoldaşı niyə susub heç nə söyləmədiyini soruşduğu zaman isə, ona etiraz etdiyini, bundan ötrü peşmanlıq duyub tövbə etməli olduğunu söyləmək əvəzinə; "bir şey düşünürdüm, ağlıma o ilişdi, buna görə susdum" kimi bir cavab verər. Bu ilk yalanıdır. Sonra nə düşündüyü soruşulduqda isə, ikinci bir yalan daha söyləyərək yalanını davam etdirər. Çünki əslində heç nə düşünmür, qarşısındakına etiraz etmək və hirsləndirmək üçün susur.

Yalançı insan, yuxarıda verilən nümunədəkinə bənzər şəkildə həmişə plan və hesab əsasında olar. Heç bir rəftarı və danışığı təbii, rahat, səmimi və dürüst olmaz.

İnsanlardan Çəkindiyi Üçün Yalan Danışmağa Məcbur Qaldığını Irəli Sürmək

Yalanı ortaya çıxan bir insanın özünü xilas etmək üçün əl atdığı üsullardan biri, qarşısındakı insanı günahlandırmaqdır. Ətrafındakı insanların rəftarından çəkindiyi, onlardan gələ biləcək zərərdən qorxduğu üçün yalan danışdığını iddia edər. Beləliklə də, özünü acındırar və yalanını haqlı çıxartmağa çalışar. Məsələn, özünə əmanət edilən pulu itirdiyini söyləməz. Pulu heç görmədiyini və ya almadığını söyləyər. Bu yalanı ortaya çıxdıqda isə irəli sürdüyü bəhanə, özünə pulu əmanət edən insanın reaksiyasından çəkinməsidir. Yaxud görməli olduğu bir işi görməz, lakin bunun üçün də bir çox yalan söyləyər. Başına bir çox hadisə gəldiyini, bunlardan ötrü işini görə bilmədiyini deyər, bir çox uydurma əhvalat danışar. Yalanları bəlli olduqda isə, özünü qorumaq üçün bu yalanları uydurduğunu söyləyər.

Halbuki doğru olan, insanın heç kimdən çəkinmədən, təkcə Allahdan qorxaraq doğruları söyləməsidir. Lakin insanlardan daha çox qorxan bu insanlar, Allahın sərhədlərini aşar və asanlıqla yalan söyləyə bilərlər. Həmçinin bir çox vəziyyətdə qarşılarındakı insanlardan heç bir zərər görməyəcəklər. Lakin etmədikləri və ya unutduqları şeyləri təkəbbürlərindən ötrü qəbul etmək istəmədikləri üçün, bunlara bəhanələr uydurmağı üstün tutarlar. Yalançı insan təkcə digər insanların gözündəki etimadını düşünər. Halbuki, əsil düşünməli və nəzərə almalı olduğu Allahın rizası, rəhməti və cənnətidir.

Günahsız və Uşaq Kimi Görünmələrinə Aldananlar

İnsanları aldadan məsələlərdən digəri də fiziki görünüşləridir. Bəzi insanların xarici görünüşü günahsız və uşaq kimidir. Lakin bu xarici görünüşləri onların günahsız olduqlarını göstərməz. Günahsız olanlar, Qurana tabe olanlar, Allahdan qorxub çəkinərək yaşayanlardır. Qeyd edilən insanlar isə, günahsız və uşaq kimi görünmələrinin özlərini axirətdə xilas edəcəyini zənn edərlər. Dünyada necə bu görünüşləri ilə insanları aldada bilirlərsə, axirətdə də, bu görünüşləri ilə özlərini xoşniyyətli insanlar kimi tanıda biləcəklərini zənn edərlər.

Həqiqətən də bu insanlar, dünya həyatında bir çox insanı günahsız olduqlarına inandıra bilərlər. Yalan danışdıqları zaman, əgər əksini sübut edən dəlil yoxdursa, bir çox insan onların dürüst olduqları nəticəsinə gələ bilər. Lakin Allah hər insanın qəlbini, düşüncələrini, şüur altını belə bilər. Bir insan digər insanlardan nəyi gizlətsə də, Allahdan heç nəyi gizlədə bilməz. Axirətdə isə, gizlətdiyini güman etdiyi hər şey bir-bir ortaya çıxar.

Axirətdə, bu insanların dünyadakı günahsız və uşağa bənzər üzlərindən əsər-əlamət qalmaz; bunun əvəzinə, dünyadakı əxlaqsızlıqlarının bir nəticəsi olaraq qaralmış üz ifadəsinə bürünərlər. Buna görə də, bu cür insanlar aynaya baxıb günahsız və təmiz üzlərinə aldanmamalı, əxlaqsızlıqdan, Quran əxlaqına zidd rəftarlardan qaçmalıdırlar. Çünki axirətdə hər kəsin həqiqi üzü ortaya çıxacaq. Allah bir ayəsində haqq-hesab gününü belə xəbər verir:

Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar. (Yunis surəsi, 27)

Yalan Danışıb Sonra Tövbə Edərək Bağışlanacaqlarını Düşünənlər

Bir çox insanın özlərini aldatma üsullarından biri, bir səhvi və ya günahı işləyib, sonra tövbə edərək özlərini xilas edəcəklərini zənn etmələridir. Allah, əlbəttə ki, tövbələri qəbul edər, günahları bağışlayar. Lakin Allahın qəbul etdiyi tövbə, bir insanın cəhalət nəticəsində işlədiyi bir günahından sonra peşmançılıq duyaraq, bir daha etməyəcəyinə qərar verərək etdiyi tövbədir. Allah Quranda belə bildirir:

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra dərhal tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Allah Biləndir, Hökm və Hikmət sahibidir. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)

Allahın ayələrdə bildirdiyi kimi, bir insanın əvvəlcədən; "mən indi bu yalanla özümü xilas edim, sonra tövbə edərəm və günahımdan xilas olaram" düşüncəsi ilə yalan danışması böyük səmimiyyətsizlikdir. Belə düşünən bir insanın tövbəsində səmimi olmayacağı da aydındır.

Nəticə

Allahın Quranda bildirdiyi kimi; "...insan, öz nəfsinə qarşı bəsirətdir. Öz bəhanələrini ortaya atsa belə" (Qiyamət surəsi, 14-15). Bir insan nə qədər bəhanə irəli sürsə də, öz içində yalan danışmaqla dürüst davranmadığını, əxlaqsızlıq etdiyini çox yaxşı bilər. Bəlkə qarşısındakı insanları haqlı və ya günah olduğuna inandıra bilər. Lakin həmişə öz-özünə şahiddir və ən əhəmiyyətlisi, Allah onun nəyi, nə üçün söylədiyini çox yaxşı bilir, içindən keçənləri, şüur altındakı düşüncələrini belə bilir.

Sözü aşkar etsən də, (gizlətsən də fərqi yoxdur). Çünki, şübhəsiz, O, gizlini də, gizlinin gizlisini də bilir. Allah; Ondan başqa ilah yoxdur. Ən gözəl adlar Ona məxsusdur. (Taha surəsi, 7-8)

 

7 / total 17
"Harun Yəhyanın Quranda Yalançının Üsulları kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net