< <
12 / total: 17

Yalanı Səmimi Şəkildə Etiraf Etmək Allaha Olan Sədaqəti Göstərər

Daha əvvəl də bəhs edildiyi kimi yalançılıq şeytana sədaqəti göstərər. Dürüstlük və ya yalanı səmimi şəkildə etiraf edərək doğrunu söyləmək isə insanın Allaha olan itaətini göstərər. İnsan, bir səhv edərək bir anlığa şeytana uyub yanlış bir söz söyləmiş ola bilər. Lakin dərhal sonra səhvini anlayaraq, yalanını etiraf etdiyi təqdirdə, şeytanın üzərindəki təsirini yox etmiş, ona sədaqət göstərməyərək, Allaha olan sədaqətini və Allahdan qorxub çəkindiyini göstərmiş olar.

Mömin, mənfəətinə xələl gəlsə belə mütləq dürüst olmalı, bir anlığa dalğın olub yanlış bir söz desə belə mütləq dərhal sonra həqiqətləri açıqlamalıdır. Allah bir ayəsində insanın əleyhinə belə olsa doğruları söyləməsini əmr edir:

Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, yaxud yaxınlarınızın əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun. Onların varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər dilinizi əyib bükər (sözü gəvələyər) və ya həqiqəti deməkdən boyun qaçırsanız, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)

Bir insanın yalanını və ya başqa bir günahını etiraf edərək, Allahdan bağışlanma diləməsi və bu günahı bir də işləməmək üçün tövbə edərək söz verməsi, ona bir çox gözəllik və nemət qazandırar. Hər şeydən əvvəl mömin Allahın sevgisini və rəhmətini qazanmaq üçün bunu etməklə məsuldur. Həmçinin insanın belə bir etiraf edərək, səhvini düzəltməsi onun təkəbbürünü yox edər və ona təvazökarlıq bəxş edər.

Allah Quranın bir çox ayəsində işlədiyi günahdan sonra, səhvini görərək Allaha yönələn və tövbə edən möminlərin nümunələrini verir. Bu, mömin üçün gözəllik və Allahın rəhmətini, cənnətini və rizasını qazanmaq üçün bir vəsilədir. Bu ayələrdən bəziləri belədir:

Digərləri isə günahlarını etiraf etdilər. onlar yaxşı əməli pis əməllə qarışdırıblar. Ümid edilir ki, Allah tövbələrini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Tövbə surəsi, 102)

Kim pis bir iş görsə və ya özünə zülm etsə, sonra da Allahdan bağışlanma diləsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər. (Nisa surəsi, 110)

Lakin kim gördüyü haqsız işdən sonra tövbə etsə və (davranışlarını) düzəltsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir. (Maidə surəsi, 39)

"Və “çirkin həyasızlıq” etdikləri və ya nəfslərinə zülm etdikləri zaman, Allahı xatırlayıb dərhal günahlarından ötrü bağışlanma diləyənlərdir. Allahdan başqa kim günahları bağışlaya bilər? Bir də onlar etdikləri (pis şeylərdə) bilə-bilə israr etməzlər". Onların mükafatı, Rəbbindən bağışlanma və altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Belə edənlərə necə gözəl mükafat var! (Ali İmran surəsi, 135-136)

Günahını etiraf edərək tövbə edən bir insanın üzərindən şeytanın təsiri yox olmuş və bu insan Allahın yoluna tabe olmuş deməkdir. Allah Quranda bəzi insanların Allaha, bəzilərinin isə şeytana qulluq etdiklərini belə bildirir:

Tağuta ibadət etməkdən uzaqlaşıb Allaha qəlbən yönələnlər isə; onlar üçün müjdə var, o zaman qullarıma müjdə ver. (Zumər surəsi, 17)

Halbuki şeytanın insanlar üzərində çox zəif təsiri var. Şeytan təkcə yalanlar söyləyər, insanları aldatmaq üçün əhvalatlar pıçıldayar. Lakin heç vaxt insanlar üzərində məcburedici təsiri olmaz. Lakin mənfəətlərinə və dünyaya aludə olan, təkəbbürlü insanlar dərhal şeytanın təlqinlərinin təsirinə düşərlər. Möminlər isə Allaha olan sevgi və sədaqətlərinə görə, şeytanın təsirinə düşməzlər. Şeytan onlara qısamüddətli təsir göstərsə belə, dərhal Allahı düşünərək həqiqətləri görərlər. Allahın Quranda bildirdiyi kimi;

həqiqət budur ki, iman gətirənlər və yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində, onun (şeytanın) heç bir məcburedici gücü yoxdur! Onun məcburedici gücü təkcə onu vəli tutanlarla, onunla Ona (Allaha) şərik qoşanlar üzərindədir! (Nəhl surəsi, 99-100)

Allahdan qorxan bir insan, mənfəətlərinə nə qədər xələl gəlsə də, Allahın razı olmayacağı bir şeyi qətiyyən etməz. Hər davranışında tək meyarı Allahın rizasını, rəhmətini və cənnətini qazanmaqdır. Təkəbbürlü, nəfsinin aludəçisi, həmişə ehtiraslarının arxasınca qaçan bir insan isə, dərhal günah işləyə bilər.

Allah bir ayəsində bu iki fərqli xüsusiyyətə sahib insanları belə qarşılaşdırır:

Ona: “Allahdan qorx!” deyildiyi zaman, təkəbbürü onu günaha sürükləyər, əhatə edər. Belə insana cəhənnəm kifayət edər. O nə pis məskəndir! İnsanların eləsi də var ki, Allahın rizasını axtar(ıb qazan)maq üçün canını da verər. Allah qullarına qarşı Şəfqətlidir. (Bəqərə surəsi, 206-207)

Bu ayələrdə bəhs edilən insanlardan təkəbbürlü olan, nəfsi üçün asanlıqla yalan danışa bilər. Allahın rizası üçün nəfsini satan isə, mənfəətlərinə nə qədər xələl gəlsə də, qətiyyən yalan danışmaz.

İslam alimlərindən Mehmed Zahid Kotku, möminlərin niyə yalan danışmaq istəmədiklərini açıqlayaraq, yalançının düçar olacağı aqibəti belə xatırladır:

...O zaman yalan, öz mənfəətini cəmiyyətin əleyhinə istifadə etmək olur ki, bu da, yəqin ki, təkcə şüurunu itirmiş, ağılsız, axmaq, hətta dinsiz və ya dini bilməyən sərsərilərindir. Özünü bilən insan heç vaxt yalana meyl etməz və üz tutmaz və bilər ki, yalan üz ləkəsidir; tez ya da gec ortaya çıxacaq. Bir müsəlman isə çox nəzakətlidir. Özünə ləkə gəlməsini qətiyyən istəməz. Bunun üçün yalana yanaşmaz və bilər ki, yalan münafiqlik əlamətidir. Allah sübhənəhu və təala həzrətləri yalan danışanı qətiyyən sevməz. Allah -Cəllə və Alinin –sevmədiyini, əlbəttə, Rəsulullah (s.ə.v)-də sevməz. Allah -Cəllə və Alinin – və onun Rəsulunun sevmədiyini, təbii ki, insanların və mələklərin də sevməsinə imkan yoxdur.

Bu zaman, yalançı; hər kəsin nifrət etdiyi, pisi, əxlaqsız, səviyyəsiz və dəyərsiz kimsə deməkdir. Dünyada da, axirətdə də halı pisdir. Sonra yalan, mərd insanların deyil, əclaf və daha doğrusu alçaq kəslərin işidir. Mərd insan, müsəlman olsun amma sonra işinə gəlmədiyi vaxt yalan söyləsin, heç olacaq şey deyil. Buna görə də, müsəlman həmişə mərd və dürüstdür. Yalana qətiyyən meyl etməz.(14)

Mehmed Zahid Kotku, dürüstlükdən imtina etməməyin lazım olduğunu da bu sözləri ilə möminlərə tövsiyə etmişdir:

"Dürüstlüyü axtarın. Hər nə qədər onda təhlükə varsa da, mütləq nicat yenə dürüstlükdədir. Dürüstlükdə izzət var, dürüstülkdən imtina etmə. Yalan, pis əxlaqdır. Ondan çəkin. Dünyada dürüstlük qədər yaxşı şey yoxdur. Allah və insanların yanında da, yalandan pis şey yoxdur".(15)

 

Dipnotlar

14. Mehmed Zahid Kotku, Tasavvufi Ahlak 5, s. 165

15. Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cilt 1, Seha Neşriyat, İstanbul 1984, s. 279

12 / total 17
"Harun Yəhyanın Quranda Yalançının Üsulları kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net