< <
14 / total: 17

Axirətdə Heç Kim Yalan Danışa Bilməyəcək

Dünyada söylədikləri hər şeydən məsul olduqlarını və axirətdə bunlardan hesaba çəkiləcəklərini unudaraq yalan söyləyən, hiyləgərlik edən, səmimiyyətsiz insanların, axirətdə yalan söyləməyə gücü çatmayacaq. Onlar yalan söyləməyə cəhd etsələr belə, Allah onların yalan söyləmələrinə imkan verməyəcək, onların ağızlarını möhürləyəcək, özlərini iradələrindən asılı olmadan danışdıraraq, onlar haqqındakı həqiqətləri söylətdirəcək.

Allah yalançının öz-özünə xəyanət etməsini və həqiqətləri ortaya çıxartmasını ayələrdə belə bildirir:

Bu gün Biz onların ağızlarını möhürləyərik; qazandıqlarını (günahlarını və savablarını), əlləri Bizə söyləyər, ayaqları isə (əleyhlərində) şahidlik edər. (Yasin surəsi, 65)

Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcək.

Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?” deyəcəklər. Dəriləri deyəcək: “hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”.

Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinmirdiniz. Əksinə, etdiyiniz əməllərin bir çoxunu Allahın bilməyəcəyini zənn edirdiniz. Sizin öz Rəbbiniz barəsindəki bu zənniniz sizi məhv etdi və siz ziyan çəkənlərdən oldunuz. Əgər indi səbir edə bilsələr, artıq onların yeri oddur. Əgər onlar məmnun olmağa (dünyaya) dönmək istəsələr, artıq məmnun olmayacaqlar. (Fussilət surəsi, 20-24)

Allah ayələrində "yalançı günahkarların" haqq-hesab günündə necə rəftar görəcəklərini və özləri illər ərzində içlərindəkiləri gizlətmiş olsalar da, o gün içlərindəkilərin necə ortaya çıxacağını belə bildirir:

Xeyr; əgər o, (bu əməlinə) son qoymasa, onu kəkilindən tutub sürükləyəcəyik; o yalançı, günahkar kəkilindən (alnından). O zaman da məclisini (yaxın ətrafını və tərəfdarlarını) çağırsın. Biz də zəbaniləri çağıracağıq. Xeyr; ona boyun əymə (Rəbbinə) səcdə et və yaxınlaş. (Ələq surəsi, 15-19)

Həqiqətən, insan Rəbbinə qarşı nankordur və həqiqətən özü buna şahiddir. O mütləq mal sevgisindən ötrü (eqoist və xəsisliyinə görə) çox qatıdır. Yenə də bilməyəcək? Qəbirlərdə olanların çölə çıxarılacağı və kökslərdə olanlar aşkar ediləcəyi zamanı? (Adiyat surəsi, 6-10)

Dünya həyatında yalançıların yalanları həmişə üzlərinə vurulmaz. Bəzən yalan söylədikləri görülməz, bəzən də yalanlarına səbir göstərilər. Lakin axirətdə hər insan etdiyi hər pisliyin qarşılığını misliylə alacaq. Allah bir ayədə ölüm anında belə, mələklərə yalan söyləyənlərin yalanlarının necə qəbul edilmədiyini və özlərinə verilən cavabı belə xəbər verir:

Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: "Harada idiniz?" Onlar: "biz yer üzündə zəif insanlar idik" deyəcəklər. (Mələklər də:) "Hicrət etməyiniz üçün Allahın ərzi geniş deyildimi?" deyəcəklər. Məhz onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis yataqdır? (Nisa surəsi, 97)

Allah Özünə qarşı yalanlar söyləyənlərin ölüm anlarını və uğradıqları aqibəti isə ayədə belə bildirir:

Allaha qarşı yalan uydurub böhtan atandan və ya özünə heç nə vəhy olunmadığı halda: "mənə də vəhy gəldi" deyən və "Allahın endirdiyinin bənzərini mən də endirəcəyəm" deyəndən daha zalım kim ola bilər? Sən bu zalımları ölümün “şiddətli sarsıntıları” vaxtı, mələklərin əllərini uzadaraq onlara: "canlarınızı (bu cəld yaxalanmadan) çıxardın, bu gün Allaha qarşı nahaq söz söylədiyinizə və Onun ayələrindən təkəbbürlənərək (üz döndərdiyinizə) görə alçaldıcı əzabla qarşılıq alacaqsınız!" (dediklərində) görsəydin... (Ənam surəsi, 93)

Allahın qoyduğu hüdudları pozanlar, yalanı vərdiş halına gətirənlər, axirətdə yalanlarından ötrü böyük peşmançılıq duyacaqlar. Ağıl və vicdan sahibi hər insan, bu aqibəti düşünərək yalanın böyük-kiçik istənilən formasından uzaq dayanmalı, həmişə doğru sözlü olmalıdır.

 

14 / total 17
"Harun Yəhyanın Quranda Yalançının Üsulları kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net